09/12/2019 21:40
728 x 90

Birinci vitse-prezident Mehriban Əliyevanın Moskvaya ilk rəsmi səfəri - maraqlı fakta ekspert rəyləri...

img

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva noyabrın 20-də Rusiyaya rəsmi səfərə gedib. Moskvanın “Vnukovo 2” Beynəlxalq Hava Limanında Mehriban Əliyevanı Rusiyanın Xarici işlər nazirinin müavini Aleksandr Pankin, bu ölkənin Azərbaycandakı səfiri Mixail Boçarnikov, Rusiya Xarici İşlər Nazirliyinin Dövlət Protokol İdarəsinin rəisi İqor Boqdaşev və Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu qarşılayıblar.

Rusiyada rəsmi səfərdə olan Birinci vitse-prezident Mehriban Əliyeva noyabrın 21-də Moskva şəhərindəki Aleksandr bağında naməlum əsgərin məzarını ziyarət edib.

Moskva şəhərinin hərbi komendantı Yevgeni Seleznyov Azərbaycanın Birinci vitse-prezidentinə raport verib. Mehriban Əliyeva naməlum əsgərin məzarını ziyarət edərək əbədi məşəl önünə əklil qoyub.

Azərbaycanın Dövlət Himni səsləndirilib. Sonra fəxri qarovul dəstəsinin keçidi olub.

Qeyd edək ki, bu, Mehriban Əliyevanın Rusiyaya Birinci vitse-prezident kimi etdiyi ilk rəsmi səfərdir. Edilən ilk rəsmi səfərlə bağlı nə kimi təəssüratlar söyləmək olar?

  • Nəzakət Məmmədova: “Azərbaycan Respublikasının ikinci ali vəzifəli şəxsi növbəti rəsmi səfərini də, eynilə Heydər Əliyev kimi, Rusiyaya etdi”

Politoloq Nəzakət Məmmədova “Bakı-Xəbər”ə bildirdi ki, Mehriban Əliyeva Heydər Əliyev siyasətinə sadiqdir və onun yolu ilə gedir: “Xatırlayaq ki, Heydər Əliyev də ilk rəsmi səfərini o zaman Fransaya etmişdi. Mehriban Əliyeva da bu ilin mart ayında Birinci vitse-prezident statusundakı ilk xarici səfərini Fransa Respublikasına etdi. Azərbaycan Respublikasının ikinci ali vəzifəli şəxsi növbəti rəsmi səfərini də, eynilə Heydər Əliyev kimi, Rusiyaya etdi. Təbii ki, xanım Əliyevanın Moskvaya rəsmi səfəri maraqla qarşılanır. Ələlxüsus, onun Rusiya Baş naziri Dmitri Medvedyevlə ikitərəfli rəsmi görüşü, habelə onuncu Rusiya-Azərbaycan regionlararası forumda iştirakı diqqət mərkəzindədir. Habelə Rusiya və Azərbaycanın iki yüksək vəzifəli şəxsi - Matvienko və Əliyevanın forumun plenar iclasının açılışında iştirakı da vacib məqamdır.

Forumu Rusiya və Azərbaycanın İqtisadiyyat nazirlikləri Roskonqres fondunun dəstəyilə təşkil ediblər. Bu, yəqin ki, yeni İqtisadiyyat naziri Cabbarov üçün də məsuliyyətli bir sınaqdır.

Elə forumun açılışında Rusiya Federasiyasının İqtisadi inkişaf naziri Oreşkin və Azərbaycanın İqtisadiyyat naziri Cabbarovun çıxış edəcəyi gözlənir. Moskvadakı məşhur Kutuzov prospektindəki “Redisson kollekşn” oteldə keçiriləcək tədbirə sədrliyi Valentina Matvienko və Mehriban Əliyeva edəcəklər. Nəqliyyat infrastrukturu, turizm, kənd təsərrüfatı və humanitar sferalarda regionlararası əməkdaşlığa dair dörd “dəyirmi masa”nın keçirilməsi nəzərdə tutulub. Mehriban Əliyevanın bu səfərinin də səmərəli olacağını gözləmək olar”.

Məhəmmədəli QƏRİBLİ

Son xəbərlər