Cümə axşamı günü, 05 noyabr 2026
     

Paşazadənin erməni katolikosu ilə görüşü Qarabağ probleminin həlli prosesinə nə verə bilər...

Image


Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunması əsas prioritetdir. Məlum olduğu kimi, Ermənistanın bütün davranışları münaqişənin həllinin uzadılmasına, torpaqlarımızın daha uzun müddətdə işğal altında saxlanmasına xidmət edir. Bilirik ki, Ermənistanda həm siyasi qüvvələr, həm hökumət, həm də dini təsisat sülh naminə deyil, Azərbaycan torpaqlarının erməni işğalında qalması üçün fəaliyyət göstərirlər.

Həm keçən dövrlərdə, həm də müasir dövrdə Ermənistan katolikosları münaqişənin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməsinə qarşı olublar və bu istiqamətdə çirkin oyunlarını, təbliğat və fəaliyyətlərini davam etdiriblər.

Azərbaycan tərəfi bütün dövrlərdə münaqişənin həllinə çalışıb və torpaqlarımızın sülh, yaxud müharibə yolu ilə geri qaytarılmasına nail olmaq üçün müxtəlif addımlar atıb. Ölkəmiz münaqişənin həlli istiqamətində hər iki tərəfdən dini liderlərin görüşüb bu məsələni müzakirə etməsinin tərəfdarı olsa da, Ermənistan yenə də öz əməlindən qalmayıb.

Bu gün Azərbaycan və Ermənistanın dini liderlərinin yenidən görüşməsi məsələsi aktuallaşıb. Belə ki, Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı səfiri Örl Litzenberqeri qəbul edərkən qeyd edib ki, Azərbaycanda dövlət-din münasibətləri yüksək səviyyədədir, dövlət dini dəyərlərə, abidələrə və mənəvi irsə qayğı göstərir. O, həmçinin, vurğulayıb ki, dini mərkəz olan Qafqaz Müsəlmanları İdarəsi dinlərarası dialoq istiqamətində tədbirlər həyata keçirir.  

QMİ sədri Azərbaycan Prezidenti İlham Əliyevin səyləri sayəsində Azərbaycan dövlətinin beynəlxalq müstəvidə dinlərarası dialoq və əməkdaşlıq məsələlərinə verdiyi önəm və töhfələrdən söhbət açıb.

Azərbaycanın dövlət başçısının təşəbbüsü ilə Bakıda keçirilmiş Dünya Dini Liderlərinin II Bakı Sammitində ABŞ-dan təşrif buyurmuş geniş nümayəndə heyətinin çoxkonfessiyalı tərkibinin fəal iştirakından məmnun qaldığını bildirən QMİ sədri Zirvə görüşünün doğurduğu beynəlxalq rezonans barədə məlumat verib: “Azərbaycanın təşviq etdiyi, insan həmrəyliyinə xidmət edən multikulturalizm ideyalarına dünyanın ehtiyacı var və II Bakı Sammiti bu ümdə həqiqəti bir daha nümayiş etdirib. Dünyada mövcud olan və insan qırğınları ilə müşayiət olunan münaqişə bölgələrinin təmsilçilərinin bir araya gəlməsi, bu münaqişələrin qarşısının alınması üçün siyasi, dini, ictimai xadimlərin səylərinin birləşdirilməsi böyük dəyər kəsb edir".

QMİ sədri sammitdə nifrət çağırışlarına qarşı, dindən siyasi məqsədlər üçün istifadə olunması əleyhinə, habelə dini-mənəvi irsin saxtalaşdırılması, mənşəyinin dəyişdirilməsi və s. kimi ümumbəşəri məsələlərə dair ümumi mövqenin ifadə olunmasını, bunların Bakı Bəyannaməsində əksini tapmasını müsbət dəyərləndirdiyini bildirib.

ABŞ səfiri isə, öz növbəsində, QMİ sədrinin dinlərarası əməkdaşlıq işinə verdiyi töhfələri qeyd edərək, Şeyxülislamın Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanması yönündə səylərini xüsusi vurğulayıb.

O, ATƏT-in Minsk Qrupunun həmsədr dövləti kimi Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanması işinə xidmət edən belə ünsiyyətləri yüksək dəyərləndirdiklərini şeyxülislamın diqqətinə çatdırıb. Erməni dini lideri ilə təmasların davamlı olmasının əhəmiyyətini qeyd edən amerikalı səfir belə görüşlərin, müxtəlif səviyyədə cəmiyyət nümayəndələrinin – jurnalistlərin, dini icma nümayəndələrinin, qadın fəalların qarşılıqlı səfər və müzakirələrinin xalqlar arasında sülhün baş tutacağına ümidləri artırdığını bildirib.

Şeyxülislam A.Paşazadə öz tərəfindən, 1988-ci ildən bəri erməni dini liderləri ilə keçirdiyi görüşlər, o cümlədən, MDB Dinlərarası Şurasının həmsədri kimi İrəvana səfəri, erməni katolikosunu I Bakı Sammiti çərçivəsində Bakıya dəvət etməsi barədə danışıb. QMİ sədri bu görüşlər zamanı əldə olunmuş razılaşmalara erməni tərəfinin davamlı şəkildə əməl etməməsindən narazı qaldığını bildirib, lakin ümumən dini liderlərin görüşlərinə dair səfirin təklifini müsbət dəyərləndirib. A.Paşazadə həqiqətə, ədalətə istinad etmə şərtilə belə görüşlərə ümidlə baxdığını xüsusi vurğulayıb.

Şeyxülislam Allahşükür Paşazadə ilə erməni katolikosu II Qaregin görüşərsə, bu hər hansı bir nəticə verə bilərmi?

  • “Həmişə olduğu kimi, erməni katolikosu öz cəfəng fikirləri ilə əsl mətləbdən uzaqlaşacaq və oyunbazlıq edəcək”

Bakı Dövlət Universitetinin Erməni Araşdırmaları Elmi-Tədqiqat və Tədris Mərkəzinin böyük elmi işçisi, ermənişünas alim İsmayıl Tanrıverdi “Bakı-Xəbər”ə bildirdi ki, şeyxin erməni katolikosu ilə görüşü baş tutarsa, bu görüşdən heç bir müsbət nəticə gözləmək mümkün deyil. İ.Tanrıverdi qeyd etdi ki, hələ Dağlıq Qarabağ münaqişəsinin başlandığı dövrlərdə bir neçə dəfə bu müstəvidə görüşlər təşkil edilib, lakin hər dəfə erməni katolikosu görüşün müsbət nəticə verməsinə qarşı olub. İndiyə qədər dini liderlər səviyyəsində baş tutan görüş və müzakirələrdə erməni katolikosunun sağlam mövqe sərgiləməməsinə görə danışıqlar prosesində hər hansı bir dönüş yaratmayıb. “Deyim ki, münaqişənin həlli istiqamətində nəticələrə nail olmaq üçün hər zaman Azərbaycan tərəfindən addımlar atılıb, bu addımların qarşılığında isə Ermənistanın siyasi hakimiyyəti heç bir addım atmayıb. Əksinə, ermənilər münaqişənin həlli ilə bağlı Azərbaycan tərəfin atdığı addımları təhrif ediblər, onu erməni cəmiyyətinə və beynəlxalq ictimaiyyətə tamam fərqli tərəfdən çatdırmağa çalışıblar. ABŞ səfiri təklif edir ki, münaqişənin həllində uğurlu nəticələr əldə edilməsi üçün şeyxlə katolikos görüşsünlər. Bir ermənişünas kimi deyim ki, şeyxlə katolikosun görüşündən müsbət nəsə gözləmək düzgün deyil. Niyə? Ona görə ki, 1988-ci ildən başlayaraq indiyə qədər şeyxlə erməni dini liderləri arasında görüşlər baş tutub, lakin hər dəfə erməni katolikosları bu görüşdə oyun oynayıblar. Katolikos Vazgen də Ermənistanın işğalçılıq siyasətini dəstəkləyirdi, nə dildə, nə də əməldə münaqişənin ədalətli həlli barədə fikir bildirmirdi. Erməni katolikosu II Qaregin də eyni siyasəti davam etdirir və o da Azərbaycan torpaqlarının işğalda saxlanmasını, ölkəmizə qarşı təcavüzü, terroru, vandalizmi dəstəkləyir. Gizlin deyil ki, Azərbaycan torpaqlarının işğal edilməsi planının arxasında məkrli erməni kilsəsi dayanır. Bu halda, erməni kilsəsi və o kilsənin rəhbəri Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində ədalətli həllinə tərəfdar olarmı? Bu qədər hadisə baş verir, Ermənistan silahlı qüvvələri Azərbaycan rayonlarını atəşə tutur, uşaqlarımızı qətlə yetirir, işğal altında olan ərazilərimizdə ağılasığmaz vandalizm hərəkətləri törədir, amma katolikos bir dəfə də olsun terroru, vandalizmi pisləmir, lənətləmir. Bu baxımdan, fikrimcə, şeyxlə erməni katolikosunun görüşü baş tutarsa, ondan hər hansı bir müsbət irəliləyiş gözləmək olmaz, çünki bu görüşdə irəliləyiş əldə edilməsinə II Qareginin özü cəhd etməyəcək. Yəni həmişə olduğu kimi, erməni katolikosu öz cəfəng fikirləri ilə əsl mətləbdən uzaqlaşacaq və oyunbazlıq edəcək”.

Azərbaycanın münaqişənin həlli üçün nə lazımsa etdiyini deyən İ.Tanrıverdi bildirdi ki, Ermənistanın siyasi hakimiyyəti və dini lideri isə hər zaman münaqişənin həllinə mane olmaq yolunu tutublar.

İradə SARIYEVA 



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Bunu səfir Birol Akgünə açıq məktubum kimi də oxuya bilərsiniz - Aydın QULİYEV yazır...

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

SON XƏBƏRLƏR

05.11.2026 / 14:33
Vuçiçin Moskvaya qaçan silahdaşlarının təyyarəsi Litva üzərindən geri qaytarıldı...

05.11.2026 / 14:14
Paşinyan Türkiyə gedir...

05.11.2026 / 14:06
Azərbaycanın konstitusiya tələbi Ermənistanda "baş-ayaq" təqdim olundu...

05.11.2026 / 13:50
Ermənistan hökuməti TRIPP-lə bağlı parlamentin fövqəladə iclasını çağırdı...

05.11.2026 / 13:43
"Azərbaycan radiosu milli yaddaşımızın və mədəni irsimizin etibarlı qoruyucularından biridir" - Əhməd İsmayılov

05.11.2026 / 13:39
Gələn ilin büdcəsində neftin qiyməti 65 dollar götürülüb

05.11.2026 / 13:25
Ünvanlı dövlət sosial yardımının məbləği artırılır...

05.11.2026 / 13:12
Ərdoğan Bakıya gəlir...

05.11.2026 / 13:04
Gələn il üçün yaşayış minimumu 314 manat müəyyən edilib

05.11.2026 / 12:57
“AİD Group” təhsil şirkətinin rəhbəri həbs olundu - dələduzluq, saxta sənədlər hazırlamaq ittihamı...

05.11.2026 / 12:40
Dronla İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alındı - DTX-dan əməliyyat...

05.11.2026 / 12:37
Putin və Cinpin Ağ Evin yeni zalında qonaq ola bilər - Tramp açıqladı...

05.11.2026 / 12:30
Mirzoyan Türkiyə ilə sərhədlərin hər an açıla biləcəyini deyir...

05.11.2026 / 12:20
Seçki məğlubiyyəti Ağ Evdə şok effekti yaratdı... Tramp dəyişikliyə hazırlaşır – Heqset və Rubio “vurula” bilər...

05.11.2026 / 12:09
​​​​​​​Nəqliyyat vasitələrinin utilizasiyası fondu ləğv edilir...

05.11.2026 / 11:57
Orta aylıq pensiya məbləğində 45 manat artım - 640 manat olacaq...

05.11.2026 / 11:43
Gələn il bir sıra sosial müavinətlər artırılacaq...

05.11.2026 / 11:25
BMT rəsmisi “ASAN xidmət” modelini digər ölkələr üçün nümunə adlandırdı

05.11.2026 / 11:07
Hörmüz boğazında minaya düşən iki tankerə köməyə gələn yedək gəmisi də alov aldı...

05.11.2026 / 10:51
Samvel Karapetyan barəsində 1 aylıq həbs qətimkan tədbiri seçildi...

05.11.2026 / 10:35
İranın lovğalanması Trampı hərbi əməliyyatları bərpa etməyə sövq edə bilər...

05.11.2026 / 10:31
Prezident: "Azərbaycan bundan sonra da Dayanıqlı İnkişaf Məqsədlərinin təşviqini dəstəkləyəcək"

05.11.2026 / 10:29
“ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir" - Prezident

05.11.2026 / 10:25
Dünya Azərbaycanlılarının VI Qurultayı keçiriləcək...

05.11.2026 / 10:25
Prezident İlham Əliyev beynəlxalq tədbir iştirakçılarına müraciət ünvanladı...

05.11.2026 / 10:16
Bakıda BMT İdarəetmə İnnovasiyaları Sammiti keçirilir

05.11.2026 / 09:52
Ukrayna Ryazanda neft zavodunu və Wildberries anbarını vurdu...

05.11.2026 / 09:28
Vens seçkilərdə respublikaçıların məğlubiyyətinin 4 əsas səbəbini açıqladı - buna dəydimi...

05.11.2026 / 09:10
SOCAR ABŞ-da 1,65 milyard dollarlıq aktiv alır - müqavilə imzalandı

05.11.2026 / 06:07
4 Knesset üzvü də Netanyahunu dəstəkləməyəcəyini açıqladı

05.11.2026 / 06:00
Tramp həm “impiçmentdən qorxmuram” dedi, həm də veto hüququnu xatırlatdı

04.11.2026 / 23:49
Macarıstan da Rusiya neft-qazından imtina edir…

04.11.2026 / 23:21
Prezidentin “Şərəf” ordeni ilə təltif etdiyi Kamran İmanov kimdir? - DOSYE

04.11.2026 / 21:40
Dünya Rusiyadan təhlükəsizlik təminatı istəyir, Rusiya isə Ukraynadan... Qalmaqal...

04.11.2026 / 21:19
Türkiyə Rusiyanın TDT üzvlüyünə rəsmi cavab verdi...

04.11.2026 / 21:04
Çində Ukraynaya sərfəli olmayan "yeni Yalta" sxemi hazırlanır...

04.11.2026 / 20:41
5 dövlət + NATO formatında Ukrayna ilə bağlı maraqlı müzakirə başladı...

04.11.2026 / 20:24
Tramp çox əlamətdar tarixi gündə İsrailə 4 milyardlıq hərbi yardımı kəsdi...

04.11.2026 / 20:07
Erməni mediası 2009-dan sonra Türkiyədə verdiyimiz yatırımlara qəribə izah verir... Guya...

04.11.2026 / 19:50
Trampın uduzmasından sonra da neftin bahalaşması dayanmadı...

04.11.2026 / 19:26
AK Parti Türkmənistanda da dini işlərlə ilgilənməyə başladı... Hicab da olacaq?

04.11.2026 / 19:10
Bu ana kimi onlar bizdən pul qazanırdılar, indi Azərbaycan mətbuatı onlardan qazanacaq...

04.11.2026 / 18:51
Amerikalıların son Qarabağ müharibəsindən kitab yazmaqlarının ayrı mənası var...

04.11.2026 / 18:35
Samvel Karapetyan, keçmiş PA rəhbəri və daha 36 nəfər saxlanıldı - Paşinyan rəqiblərini məhv edir...

04.11.2026 / 18:16
Ramiz Mehdiyevin çevriliş planını Rusiyaya kim çatdırıb? - YENİ FAKTLAR...

04.11.2026 / 18:02
Netanyahu bu vəziyyətə düşdü - hökumətə həm indiki iqtidar, həm də müxalifət rəhbərlik edəcək...

04.11.2026 / 17:46
Prezidentin sosial media hesablarında “AIREX 2026” sərgisi ilə bağlı videoçarx paylaşılıb

04.11.2026 / 17:40
İsrailin 4 müxalifət partiyası Netanyahuya qarşı hərəkətə keçdi - fövqəladə hökumət qurulur...

04.11.2026 / 17:15
Melaniya Tramp Rusiya və Ukrayna nümayəndələrini Ağ Evdə bir araya gətirir

04.11.2026 / 17:03
Yaşı 80-i keçən siyasətçilər Amerika siyasətini də qocaldır

04.11.2026 / 16:49
Dövlət qurumu yeni internet tarifləri müəyyənləşdirdi

04.11.2026 / 16:42
Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

04.11.2026 / 16:29
Qeşm adasına ABŞ-ın zərbələri Hörmüzdən azad neft keçidini təmin edə bilər?

04.11.2026 / 16:25
Ermənistan və Azərbaycan Rusiya, Çin və Qərb arasında: kimin manevr azadlığı daha çoxdur?

04.11.2026 / 16:22
Səudiyyə vəliəhdi Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:21
Avropa məhkəməsi Toroyanın mübahisəli ölümünü yüzlərlə qətl edilmiş azərbaycanlıdan üstün tutdu...

04.11.2026 / 16:20
Səudiyyə Kralı Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:18
Məkkə Sazişi İranı ABŞ hücumlarından müdafiə edir?..

04.11.2026 / 16:15
Pakistan Prezidenti Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

04.11.2026 / 16:07
Keçmiş nazirin oğluna yeni vəzifə verildi

04.11.2026 / 15:53
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edildi

04.11.2026 / 15:48
G20 sammitinə dəvət: Azərbaycanın və Prezident İlham Əliyevin artan beynəlxalq nüfuzunun sübutu

04.11.2026 / 15:40
Hersoq qərar verəcək - Netanyahu müsəlman qətliamını davam etdirəcək, ya...

04.11.2026 / 15:17
"Ermənistan Azərbaycanla ikitərəfli ticarəti genişləndirir" - Paşinyan

04.11.2026 / 14:52
"Gələn ildən növbəti böyük sosial islahat paketi planlaşdırılır" - Sahil Babayev

04.11.2026 / 14:39
Gələn il pensiyalar bu qədər artırılacaq...

04.11.2026 / 14:25
İspaniyadan Trampın seçki məlubiyyətinə ilk reaksiya - ifrat sağçı dalğa artıq dağılır…

04.11.2026 / 14:10
164 min manatlıq dələduzluq - boşanma mübahisəsindən istifadə edib qadının mənzilini və avtomobilini ələ keçirdi...

04.11.2026 / 13:57
Fuad Nağıyev professor Məhərrəm Zülfüqarlını təltif edib

04.11.2026 / 13:47
İran ABŞ-dakı seçkilərə belə reaksiya verdi - amerikalılar 'MÜHARİBƏYƏ YOX' dedilər...

04.11.2026 / 13:46
Paşinyan yeni konstitusiyanı bu ay dərc edəcəyinə söz verdi...

04.11.2026 / 13:34
ABŞ çərşənbə günü İrana zərbə endirə bilər – İDDİA…

04.11.2026 / 13:19
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq...

04.11.2026 / 13:07
Uşağın doğulmasına görə müavinət 600 manatdan 1500 manata qaldırılır...

04.11.2026 / 12:54
Respublikaçılar ümidini növbəti seçkiyə bağladı - Conson 2028-də aşağı palata üzərində nəzarətin bərpasına əmindir

04.11.2026 / 12:42
“Neft və mürəkkəb: Neftlə yazılmış hekayələr” sənədli filminin premyerası olub - FOTO

04.11.2026 / 12:40
"2027-ci ildə orta illik inflyasiya 5,3 faiz proqnozlaşdırılır" - Nazir

04.11.2026 / 12:31
Prezident və Birinci xanım “AIREX 2026” sərgisi ilə tanış olublar - FOTO

04.11.2026 / 12:17
Kürdəmir xəstəxanasında 125 min manatlıq yeyinti - bir nəfər barəsində qətimkan tədbiri seçildi...

04.11.2026 / 12:01
Azərbaycanda dəfn pulu artırılır - 946-dan 1200-ə...

04.11.2026 / 11:47
Ukrayna “Ozon”un Adıgeydəki logistika mərkəzini vurdu – güclü yanğın başladı... Sifarişlər dayandırıldı...

Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

XƏBƏR ARXİVİ