Cümə axşamı günü, 05 noyabr 2026
     

MDB məkanı üçün vahid təhlükəsizlik platformasında Azərbaycanın yeni rolu - Ramil Usubovun Moskva səfəri...

Image


Noyabrın 20-də Moskvada MDB ölkələri təhlükəsizlik şuraları katiblərinin iclası keçirilib. Azərbaycan Təhlükəsizlik Şurasının katibi Ramil Usubov iclasda iştirak edib.

İclas iştirakçıları MDB məkanında regional təhlükəsizliyin təmin olunması, təhlükəsizlik şuraları xətti ilə beynəlxalq əməkdaşlıq, qlobal təhlükəsizlik və strateji sabitliyə dair mövzuları və ABŞ-ın suveren dövlətlərin daxili işlərinə qarışmasını müzakirə ediblər.

Rusiya Federasiyası Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev iclasın açılışında çıxış edərək bildirib ki, iştirakçılar MDB məkanında təhlükəsizliyin təmin olunması məqsədilə mövcud problemlərin həllinə birgə yanaşmaları işləyib hazırlayacaqlar.

Rusiya KİV-nin verdiyi məlumata görə, artıq Ramil Usubovla Nikolay Patruşev arasında 2020-2021-ci illər üçün birgə əməkdaşlıq planı haqda saziş imzalanıb. Bildirilir ki, bundan əvvəl Usubovla Patruşev arasında Bakıda görüş olub və həmin vaxt təhlükəsizliklə bağlı ətraflı fikir mübadiləsi aparılıb. Patruşev öz çıxışında bildirib ki, Azərbaycanla əməkdaşlığın genişlənməsinə böyük önəm  verir. Göründüyü kimi, MDB məkanı üçün vahid təhlükəsizlik platformasının hazırlanacağına dair anons verilib. Bu platformada Azərbaycanın yeni rolu nədən ibarət ola bilər?

  • “Azərbaycan özünü müdafiə etməyə qadir olan ölkədir”

Təhlükəsizlik məsələləri üzrə ekspert Arzu Nağıyev “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, dünyada və regionda baş verən vacib proseslərin fonunda belə bir tədbirin keçirilməsi çox təqdirəlayiqdir: “MDB  təhlükəsizlik şurası katiblərinin məhz belə bir həssas məqamda bir araya gəlməsi və müəyyən qərarlar qəbul etməsi müsbət dəyərləndirilməlidir. Azərbaycan da MDB məkanına daxil olan bir dövlətdir. Bizim Rusiya və bir sıra MDB ölkələri ilə su və quru vasitəsilə sərhədlərimiz var. Təhlükəsizliklə bağlı təhdidlərin qarşısını almaq üçün koordinasiyalı şəkildə müəyyən addımların atılması zəruridir. Lakin bu o demək deyil ki, vahid sistemin yaradılmasında Azərbaycan Rusiyadan daha çox maraqlıdır. Rusiya öz sərhədləri boyunca bir bufer zona yaratmağa çalışır ki, baş verə biləcək hər hansı təhdidin qarşısının ilkin alınmasında onun tərəfdaşları da yaxından iştirak etsinlər. Azərbaycanı da bu rolda görürlər. Ölkəmizin şimal sərhədləri ilə Rusiyanın cənub sərhədinə düşən ərazisi o qədər də sakit zona kimi xarakterizə edilmir. Həmin coğrafiyada baş verə biləcək hər hansı bir insident, xüsusilə də Dağıstan istiqamətində terrorçuların hərəkətə gəlməsinin qarşısının alınmasında Rusiya Azərbaycanın roluna güvənir. Burada əsasən söhbət kəşfiyyat məlumatlarının mübadiləsindən gedir. Ancaq yaradılması barədə söhbət gedən vahid sistemdə müəyyən anlaşılmazlıqlar da yaşana bilər. Bilirsiniz ki, MDB ölkələrindən biri digərinin ərazisini işğal edib. Nə qədər ki, Ermənistan işğaldan əl çəkməyib, bizimlə İrəvan arasında birgə sistemin olması mümkün deyil. Yəni bu sistem bütün MDB ölkələri arasında işləyə bilməz. Düşünürəm ki, burada Rusiya daha çox öz maraqlarını güdür. Bundan əvvəl Rusiyanın xüsusi xidmət orqanlarının rəhbərləri Orta Asiya regionunda vəziyyətin gərginləşə biləcəyi ilə bağlı proqnozlar verirdilər. Həmin ölkələrdə müəyyən dini radikal qrupların fəallığı nəzərə çarpır. Rusiya bilir ki, ABŞ və ya Qərb bu amildən məharətlə istifadə edə bilər. Bu səbəbdən də əsas diqqət o istiqamətə yönəlməlidir”.

Ekspertin sözlərinə görə, Azərbaycan özünü müdafiə etməyə qadir olan ölkədir: “Türkdilli ölkələrin xüsusi xidmət orqanlarının burada keçirdikləri görüşdə məlum oldu ki, Azərbaycan müttəfiq ölkələrlə ikitərəfli qaydada, koordinasiyalı şəkildə məlumat mübadiləsini aparır. Vahid sistemin yaradılmasında başlıca maraqlı olan ölkə Rusiyadır. Çünki nəhəng ölkə kimi ona edilən təhdidlərin həcmi də böyükdür. Buna görə də Rusiya hətta NATO üzvü olan Türkiyə ilə də tərəfdaşlıq edir. Hesab edirəm ki, MDB məkanındakı dövlətlərin arasında ikitərəfli əməkdaşlığın perspektivi vahid sistemin yaradılmasından daha çoxdur. Rusiya ilə bu sahədə məlumat mübadiləsi aparmağımızın da bizə yalnız xeyri var. Vahid sistemin yaradılmasında da inanıram ki, Azərbaycan öz iqtisadi, milli və hərbi maraqlarını önə çəkib, yekun rəyini ortaya qoyacaq”.

Məhəmmədəli QƏRİBLİ



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Bunu səfir Birol Akgünə açıq məktubum kimi də oxuya bilərsiniz - Aydın QULİYEV yazır...

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

SON XƏBƏRLƏR

05.11.2026 / 14:33
Vuçiçin Moskvaya qaçan silahdaşlarının təyyarəsi Litva üzərindən geri qaytarıldı...

05.11.2026 / 14:14
Paşinyan Türkiyə gedir...

05.11.2026 / 14:06
Azərbaycanın konstitusiya tələbi Ermənistanda "baş-ayaq" təqdim olundu...

05.11.2026 / 13:50
Ermənistan hökuməti TRIPP-lə bağlı parlamentin fövqəladə iclasını çağırdı...

05.11.2026 / 13:43
"Azərbaycan radiosu milli yaddaşımızın və mədəni irsimizin etibarlı qoruyucularından biridir" - Əhməd İsmayılov

05.11.2026 / 13:39
Gələn ilin büdcəsində neftin qiyməti 65 dollar götürülüb

05.11.2026 / 13:25
Ünvanlı dövlət sosial yardımının məbləği artırılır...

05.11.2026 / 13:12
Ərdoğan Bakıya gəlir...

05.11.2026 / 13:04
Gələn il üçün yaşayış minimumu 314 manat müəyyən edilib

05.11.2026 / 12:57
“AİD Group” təhsil şirkətinin rəhbəri həbs olundu - dələduzluq, saxta sənədlər hazırlamaq ittihamı...

05.11.2026 / 12:40
Dronla İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alındı - DTX-dan əməliyyat...

05.11.2026 / 12:37
Putin və Cinpin Ağ Evin yeni zalında qonaq ola bilər - Tramp açıqladı...

05.11.2026 / 12:30
Mirzoyan Türkiyə ilə sərhədlərin hər an açıla biləcəyini deyir...

05.11.2026 / 12:20
Seçki məğlubiyyəti Ağ Evdə şok effekti yaratdı... Tramp dəyişikliyə hazırlaşır – Heqset və Rubio “vurula” bilər...

05.11.2026 / 12:09
​​​​​​​Nəqliyyat vasitələrinin utilizasiyası fondu ləğv edilir...

05.11.2026 / 11:57
Orta aylıq pensiya məbləğində 45 manat artım - 640 manat olacaq...

05.11.2026 / 11:43
Gələn il bir sıra sosial müavinətlər artırılacaq...

05.11.2026 / 11:25
BMT rəsmisi “ASAN xidmət” modelini digər ölkələr üçün nümunə adlandırdı

05.11.2026 / 11:07
Hörmüz boğazında minaya düşən iki tankerə köməyə gələn yedək gəmisi də alov aldı...

05.11.2026 / 10:51
Samvel Karapetyan barəsində 1 aylıq həbs qətimkan tədbiri seçildi...

05.11.2026 / 10:35
İranın lovğalanması Trampı hərbi əməliyyatları bərpa etməyə sövq edə bilər...

05.11.2026 / 10:31
Prezident: "Azərbaycan bundan sonra da Dayanıqlı İnkişaf Məqsədlərinin təşviqini dəstəkləyəcək"

05.11.2026 / 10:29
“ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir" - Prezident

05.11.2026 / 10:25
Dünya Azərbaycanlılarının VI Qurultayı keçiriləcək...

05.11.2026 / 10:25
Prezident İlham Əliyev beynəlxalq tədbir iştirakçılarına müraciət ünvanladı...

05.11.2026 / 10:16
Bakıda BMT İdarəetmə İnnovasiyaları Sammiti keçirilir

05.11.2026 / 09:52
Ukrayna Ryazanda neft zavodunu və Wildberries anbarını vurdu...

05.11.2026 / 09:28
Vens seçkilərdə respublikaçıların məğlubiyyətinin 4 əsas səbəbini açıqladı - buna dəydimi...

05.11.2026 / 09:10
SOCAR ABŞ-da 1,65 milyard dollarlıq aktiv alır - müqavilə imzalandı

05.11.2026 / 06:07
4 Knesset üzvü də Netanyahunu dəstəkləməyəcəyini açıqladı

05.11.2026 / 06:00
Tramp həm “impiçmentdən qorxmuram” dedi, həm də veto hüququnu xatırlatdı

04.11.2026 / 23:49
Macarıstan da Rusiya neft-qazından imtina edir…

04.11.2026 / 23:21
Prezidentin “Şərəf” ordeni ilə təltif etdiyi Kamran İmanov kimdir? - DOSYE

04.11.2026 / 21:40
Dünya Rusiyadan təhlükəsizlik təminatı istəyir, Rusiya isə Ukraynadan... Qalmaqal...

04.11.2026 / 21:19
Türkiyə Rusiyanın TDT üzvlüyünə rəsmi cavab verdi...

04.11.2026 / 21:04
Çində Ukraynaya sərfəli olmayan "yeni Yalta" sxemi hazırlanır...

04.11.2026 / 20:41
5 dövlət + NATO formatında Ukrayna ilə bağlı maraqlı müzakirə başladı...

04.11.2026 / 20:24
Tramp çox əlamətdar tarixi gündə İsrailə 4 milyardlıq hərbi yardımı kəsdi...

04.11.2026 / 20:07
Erməni mediası 2009-dan sonra Türkiyədə verdiyimiz yatırımlara qəribə izah verir... Guya...

04.11.2026 / 19:50
Trampın uduzmasından sonra da neftin bahalaşması dayanmadı...

04.11.2026 / 19:26
AK Parti Türkmənistanda da dini işlərlə ilgilənməyə başladı... Hicab da olacaq?

04.11.2026 / 19:10
Bu ana kimi onlar bizdən pul qazanırdılar, indi Azərbaycan mətbuatı onlardan qazanacaq...

04.11.2026 / 18:51
Amerikalıların son Qarabağ müharibəsindən kitab yazmaqlarının ayrı mənası var...

04.11.2026 / 18:35
Samvel Karapetyan, keçmiş PA rəhbəri və daha 36 nəfər saxlanıldı - Paşinyan rəqiblərini məhv edir...

04.11.2026 / 18:16
Ramiz Mehdiyevin çevriliş planını Rusiyaya kim çatdırıb? - YENİ FAKTLAR...

04.11.2026 / 18:02
Netanyahu bu vəziyyətə düşdü - hökumətə həm indiki iqtidar, həm də müxalifət rəhbərlik edəcək...

04.11.2026 / 17:46
Prezidentin sosial media hesablarında “AIREX 2026” sərgisi ilə bağlı videoçarx paylaşılıb

04.11.2026 / 17:40
İsrailin 4 müxalifət partiyası Netanyahuya qarşı hərəkətə keçdi - fövqəladə hökumət qurulur...

04.11.2026 / 17:15
Melaniya Tramp Rusiya və Ukrayna nümayəndələrini Ağ Evdə bir araya gətirir

04.11.2026 / 17:03
Yaşı 80-i keçən siyasətçilər Amerika siyasətini də qocaldır

04.11.2026 / 16:49
Dövlət qurumu yeni internet tarifləri müəyyənləşdirdi

04.11.2026 / 16:42
Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

04.11.2026 / 16:29
Qeşm adasına ABŞ-ın zərbələri Hörmüzdən azad neft keçidini təmin edə bilər?

04.11.2026 / 16:25
Ermənistan və Azərbaycan Rusiya, Çin və Qərb arasında: kimin manevr azadlığı daha çoxdur?

04.11.2026 / 16:22
Səudiyyə vəliəhdi Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:21
Avropa məhkəməsi Toroyanın mübahisəli ölümünü yüzlərlə qətl edilmiş azərbaycanlıdan üstün tutdu...

04.11.2026 / 16:20
Səudiyyə Kralı Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:18
Məkkə Sazişi İranı ABŞ hücumlarından müdafiə edir?..

04.11.2026 / 16:15
Pakistan Prezidenti Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

04.11.2026 / 16:07
Keçmiş nazirin oğluna yeni vəzifə verildi

04.11.2026 / 15:53
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edildi

04.11.2026 / 15:48
G20 sammitinə dəvət: Azərbaycanın və Prezident İlham Əliyevin artan beynəlxalq nüfuzunun sübutu

04.11.2026 / 15:40
Hersoq qərar verəcək - Netanyahu müsəlman qətliamını davam etdirəcək, ya...

04.11.2026 / 15:17
"Ermənistan Azərbaycanla ikitərəfli ticarəti genişləndirir" - Paşinyan

04.11.2026 / 14:52
"Gələn ildən növbəti böyük sosial islahat paketi planlaşdırılır" - Sahil Babayev

04.11.2026 / 14:39
Gələn il pensiyalar bu qədər artırılacaq...

04.11.2026 / 14:25
İspaniyadan Trampın seçki məlubiyyətinə ilk reaksiya - ifrat sağçı dalğa artıq dağılır…

04.11.2026 / 14:10
164 min manatlıq dələduzluq - boşanma mübahisəsindən istifadə edib qadının mənzilini və avtomobilini ələ keçirdi...

04.11.2026 / 13:57
Fuad Nağıyev professor Məhərrəm Zülfüqarlını təltif edib

04.11.2026 / 13:47
İran ABŞ-dakı seçkilərə belə reaksiya verdi - amerikalılar 'MÜHARİBƏYƏ YOX' dedilər...

04.11.2026 / 13:46
Paşinyan yeni konstitusiyanı bu ay dərc edəcəyinə söz verdi...

04.11.2026 / 13:34
ABŞ çərşənbə günü İrana zərbə endirə bilər – İDDİA…

04.11.2026 / 13:19
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq...

04.11.2026 / 13:07
Uşağın doğulmasına görə müavinət 600 manatdan 1500 manata qaldırılır...

04.11.2026 / 12:54
Respublikaçılar ümidini növbəti seçkiyə bağladı - Conson 2028-də aşağı palata üzərində nəzarətin bərpasına əmindir

04.11.2026 / 12:42
“Neft və mürəkkəb: Neftlə yazılmış hekayələr” sənədli filminin premyerası olub - FOTO

04.11.2026 / 12:40
"2027-ci ildə orta illik inflyasiya 5,3 faiz proqnozlaşdırılır" - Nazir

04.11.2026 / 12:31
Prezident və Birinci xanım “AIREX 2026” sərgisi ilə tanış olublar - FOTO

04.11.2026 / 12:17
Kürdəmir xəstəxanasında 125 min manatlıq yeyinti - bir nəfər barəsində qətimkan tədbiri seçildi...

04.11.2026 / 12:01
Azərbaycanda dəfn pulu artırılır - 946-dan 1200-ə...

04.11.2026 / 11:47
Ukrayna “Ozon”un Adıgeydəki logistika mərkəzini vurdu – güclü yanğın başladı... Sifarişlər dayandırıldı...

Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

XƏBƏR ARXİVİ