Çərşənbə günü, 16 iyul 2025
     

“Qarabağ Azərbaycandır və nida”nın ardınca onlar hərbi büdcəni 20 faiz artırdı” – Ermənistan xofda və şokda…

Image

Azərbaycanın öz ordusunu davamlı şəkildə gücləndirməsi, bunun üçün böyük vəsaitlər sərf etməsi işğalçı Ermənistanda ciddi narahatlıq predmeti olaraq qalmaqdadır. Xüsusən də ölkəmizin gələn il üçün müdafiə xərclərinin artırılması istiqamətində atdığı növbəti addım düşmən ölkədə indi əsas müzakirə mövzularından birinə çevrilib və belə vəziyyətdə baş nazir Nikol Paşinyana yönəlik ittihamların daha da artması müşahidə olunur.

Bir daha xatırladaq ki, 2020-ci ilin dövlət büdcəsi xərclərinin 3 milyard 853,6 milyon manatı müdafiə va milli təhlükəsizliyin maliyyələşdirilməsinə yönələcək. Bu da o deməkdir ki, gələn il ordyua ayrılan xərclər  2019-cu ilə nisbətən 666 milyon manat və ya 20,9 faiz çox olacaq. Düşmən ölkədə hesab olunur ki, belə vəziyyətdə bu, Azərbaycanın Dağlıq Qarabağ münaqişəsini hərbi yolla həll etmək niyyətinin təsdiqidir və Ermənistan onun qarşısında tab gətirə bilməyəcək. Məsələyə münasibət bildirən erməni ekspert Avetik Çalabyan rəsmi Bakının addımlarının Ermənistan üçün ciddi çətinliklər yaradacağını vurğulayır: “Roma Papasından daha böyük katolik olmağı arzulayan hökumətimiz hərbi büdcədən vəsaitləri başqa "dinc" məqsədlərə yönləndirərək, haqlı olduqlarını izah etmək üçün səylərini əsirgəmir. Həm Ermənistan hökumətini, həm parlamentin müdafiə və təhlükəsizlik məsələləri üzrə daimi komissiyasını, həm də parlamentin ayrı-ayrı deputatlarını bu xoşbəxt komadan çıxmağa, vəziyyətin məsuliyyətini anlamağa, Ermənistanın 2020-ci il büdcəsinin müdafiə vəsaitlərinə yenidən baxmağa və ətrafımızda gərginləşən real çağırışlara adekvat cavab verməyə çağırıram”. O, Azərbaycan və Ermənistanın büdcə layihələrində müdafiə xərclərini müqayisə edib:  “Olduqca vacib məsələ ilə başlamaq istəyirəm. Cəmi 10 ay öncə bu barədə yazdım ki, Ermənistan hökuməti hərbi xərclərin artımını dondurur, bu şəraitdə ümumi dövlət büdcəsinin 2020-ci ildə 14% artımı proqnozlaşdırılır və Azərbaycanın gərginləşən döyüş ritorikası şəraitində müdafiə xərclərinin ən azı mütənasib artımı zərurətdir.
Oktyabrın 18-də Azərbaycanın 2020-ci ildə dövlət büdcəsi layihəsi nəşr olunub. Ümumi dövlət büdcəsi xərclərinin 1,7% artmasına baxmayaraq, müdafiə büdcəsi 20,9% artaraq 2,267 milyard ABŞ dollarına çatır. Bu məbləğdən 945 milyon dolları silahların alınması və hərbi sənaye sərmayələri üçün planlaşdırılır. Bu şəraitdə Ermənistan hökumətinin təqdim etdiyi 2020-ci il dövlət büdcəsi layihəsi ən azından çaşqınlıq yaradır. Bunun nə olduğunu, Azərbaycanın daha bir milyard dolları silah almaq üçün xərcləməklə nə edəcəyini anlamaq üçün alim olmağa gərək yoxdur”.

Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Artsrun Ovhannisyan məsələyə aydınlıq gətirərkən ölkəsinin Azərbaycanla ayaqlaşmasının mümkünsüzlüyünü etiraf edib: “Hərbçiyə ona verilən pulun kifayət edib-etməməsilə bağlı sual versəniz, o deyəcək ki, on dəfə artığını da verin, azdır. Yəni hərbçi həmişə deyir, çox, çox, çox. Burada sual fərqlidir. Bu sualda hökumət və qeyd edilən qurumlar hər zaman kompromisə gəlib, çünki ölkənin mütənasib inkişafı digər istiqamətlərin də inkişafını tələb edir. Rəqibimizlə müqayisəyə gəldikdə isə, hər birimiz bilirik ki, Azərbaycanın imkanları daha böyükdür. Digər bir məsələ budur ki, biz 2020-ci il dövlət büdcəsini sona qədər təqdim edə bilmərik. Müdafiə büdcəsi heç vaxt aydın və anlaşılan olmayıb, hər zaman da cari il ərzində düzəlişlər olub”. Amma erməni ekspert Andranik Tevanyan qeyd edir ki, Azərbaycandan fərqli olaraq, Ermənistan hakimiyyətinin sözü ilə əməli üst-üstə düşmür: “Qarabağ Azərbaycandır və nida” bəyanatından sonra Azərbaycanın hərbi büdcəsi 2020-ci il üçün 20% artıb. Azərbaycanın hərbi büdcəsi bizimkini bir neçə dəfə üstələyir. Bizim qonşumuz açıq şəkildə müharibəyə hazırlaşır,  buna Azərbaycanda baş verən kadr dəyişiklikləri də şahidlik edir. Xüsusilə baş nazir dəyişikliyi... Ermənistanın sözü ilə əməli üst-üstə düşmür. Bizim fəaliyyətlərimizlə Azərbaycanın fəaliyyətlərində asimmetriya var. Nəticə çıxarmaq çətin deyil”.

Yeri gəlmişkən qeyd edək ki, müdafiə xərcləri ilə yanaşı, son günlər Ermənistan mediasında ən çox müzakirə olunan məsələlərdən biri Prezident İlham Əliyevin sərəncamı ilə Əli Əsədovun baş nazir vəzifəsinə təyin edilməsi ilə bağlıdır. Belə ki, bir sıra erməni ekspertlər ölkəmizdə aparılan kadr islahatlarını xüsusi vurğulayır, bunu bunu hətta Azərbaycanın müharibəyə ciddi hazırlıq görməsi kimi qiymətləndirirlər. Azərbaycan Xarici İşlər Nazirlyinin sabiq rəhbəri, politoloq Tofiq Zülfüqarov bunu belə şərh edir: “Ölkəmizdə islahatlar doğrudan da gedir və bu, iqtisadiyyatın dirçəlməsinə gətirib çıxarır. Bununla paralel olaraq, kadrların yenilənməsi fərqli bir haldır. Azərbaycanda baş verən proseslərdən dolayı ermənilərin narahatlığının əsassız olmadığı da qeyd olunmalıdır. Ermənilər həmişə Azərbaycanda gedən prosesləri izləyiblər. Onlar başa düşürlər ki, çox qorxulu bir vəziyyət yaranıb. Bu yaxınlarda Rusiyanın xarici işlər naziri Sergey Lavrovun səsləndiriyi bir fikir diqqəti cəlb edir. Lavrov tərəflər arasında danışıqların olmadığını dedi. Azərbaycan tərəfi də bəyan etdi ki, danışıqlar yoxdur, sadəcə, görüşlər baş verir. Danışıqlar olmayan yerdə, təbii ki, məsələnin həlli ilə bağlı digər üsullar ortaya çıxır. Başa düşürük ki, hərbi əməliyyatların başlamasının mümkünlüyü artır. Hərbi əməliyyatların təşəbbüskarının kim olacağı fərq etmir. Amma məntiqə görə, Azərbaycanın tam hüququ var ki, öz ərazilərini işğaldan azad etsin. Çünki beynəlxalq vasitəçilik heç bir nəticə vermir. Bu baxımdan ermənilər Azərbaycanda baş verən islahatları özlərinə təhlükə kimi görməkdə haqlıdırlar. Çünki ermənilər başa düşürlər ki, onların potensialı və əsas gücü Rusiya tərəfindən onlara verilən hərbi təhlükəsizlik qarantiyasıdır. Ermənistan tərəfinin narahat olmasının əsas səbəbi bu qarantiyanın onların üzərindən götürülməsi və bu prosesin davam etməsi ilə bağlıdır. Ermənilər, demək olar ki, Azərbaycan tərəfinin bütün addımlarında müharibənin bərpasını görürlər. Bu baxımdan onların həqiqətdən uzaq olmadığını demək olar”.

Beləliklə, kadr islahatları, Azərbaycanın artan hərbi gücü, artırılan müdafiə xərcləri düşməni getdikcə daha çox əndişələndirir. Hazırda Ermənistanın elə bir böyük iqtisadi potensialı və gəlir mənbələri yoxdur ki, həm sosial, həm də hərbi sahədə büdcə artımına qərar verə bilsin. İndiyə qədər bu ölkədə hərbi xərclər sosial və digər xərclərin kəsilməsi hesabına artırılır. Düşmən ölkə üçün bunun başqa yolu yoxdur. Amma indiki şəraitdə artan sosial narazılıq fonunda Paşinyan iqtidarı sosialyönümlü xərcləri azaltmağa cürət etmir. Bu səbəbdən də hərbi xərclərin artımı mükünsüz hala gəlir. Belə vəziyyətdə də Ermənistanın Azərbaycanın həm büdcəsini, həm də hərbi xərclərini artırmasını narahatlıqla izləməkdən başqa yolu qalmır.

Digər tərəfdən, qarşıdakı dövrdə Ermənistan hərbi xərclərini nə qədər artırsa da, bu, Azərbaycanın hərbiyə xərclədiyi vəsaitdən qat-qat az məbləğ olacaq. Yəni Azərbaycanın bu sahədə üstünlüyü davam edəcək. Erməni iqtisadçı Aram Kayfacyan ölkəsinin 2020-ci il dövlət büdcəsi xərclərində müdafiə xərclərinin cəmi 0,8% artması fonunda məsələnin bu tərəfinə toxunarkən qeyd edir: “Bəlkə də bizim hökumətdə düşünürlər ki, büdcə xərclərini sosial, iqtisadi sahələrə yönəltmək daha məqsədəuyğundur. Hər birimiz bilirik ki, belə bir mühitdə, şəraitdə xərcləri hərbi sahəyə yönəltmək daha çox prioritetdir. Amma buna imkanımız yoxdur. Azərbaycanla ayaqlaşmaq çətindir”.
Azərbaycanın müdafiə xərclərini 20% artırması məsələsinə toxunan Kayfacyan bildirib ki, bu kimi dəyişikliklər Azərbaycanın müharibəyə hazırlaşdığını göstərir: “Bu cür impulslar almaq şəraitində, ən azından, eyni nisbəti qorumaq belə Ermənistan üçün müşkül məsələdir. Müdafiə xərclərinə neytral, qənaətedici yanaşma Azərbaycana daha güclü siyasət yürütməyə imkan verəcək. Onların 20 faizlik artımı böyük fərqdir”. Ermənistan parlamentinin sabiq vitse-spikeri Eduard Şarmazanovun da məsələyə reaksiyası olduqca maraqlıdır. Şarmazanov Paşinyanın “Ermənistanın hərbi büdcəsi kəskin artacaq” sözlərini xatırladıb: “Bu gün Azərbaycan hərbi büdcəsini 20 faiz artırır, biz isə, demək olar ki, artırmırıq. Burada bizim söz və iş arasında uyğunsuzluğumuz var. Mən sərt açıqlamalar vermək, Baş nazirin yalan danışdığını demək istəmirəm, lakin bizim bir adamla işimiz var. Bu adam ən vacib məsələdə bir şeyi bildirir, lakin başqa bir şey edir”. Şarmazanovun sözlərinə görə, Azərbaycanın hərbi büdcəsini 20 faiz artırması vəziyyətində şərab şüşəsi ilə partilər təşkil etmək, realiti şoularla insanları əyləndirmək dövlət rəhbərinin vəzifələrinə daxil edilə bilməz: “Ölkədə ailə şəkilləri paylaşmaqdan daha vacib məsələlər var. Mən bu şəkillərin paylaşılmasına qarşı deyiləm, lakin Azərbaycan hərbi büdcəsini artırır, sən isə vədini yerinə yetirmirsən, bu narahatedicidir”.

Şarmazanov ötən 1,5 il ərzində Türkiyə və Azərbaycan tərəfindən təşkil olunmuş bir sıra hərbi təlimlər, Ermənistana qarşı konkret hərbi fəaliyyət haqqında xatırlatma da edib: “Qarabağ məsələsi ilə bağlı bir-birinə zidd bəyanatlar verilir. Bu bəyanatlar danışıqlarda Ermənistanın mövqelərini zəiflədir. Azərbaycan Türkiyə ilə hərbi paradlar təşkil edir, bu il ərzində sayca 3-cü təlim keçirir, Ermənistan hakimiyyəti isə həmin anda generalları gözdən salmaq, həbs etmək və ya ittiham etməklə məşğuldur. Cənab baş nazir hərbi xərcləri artıracağını və hərbi potensialı gücləndirəcəyini vəd edirdi, lakin əlbəttə ki, 0,8 faiz yeni hökumətin vəd etdiyi rəqəm deyil”.

Belə vəziyyətdə Şarmazanov və digər erməni ekspertlər Azərbaycanın Ermənistan qarşısında daha güclü mövqe sahibinə çevrildiyini də etiraf edirlər.

Tahir TAĞIYEV
Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.



VİDEO

SON XƏBƏRLƏR

16.07.2025 / 01:27
Tramp geri addım atdı və Zelenskiyə xəbərdarlıq etdi – Moskvanı vurmayın...

15.07.2025 / 22:43
Yekaterinburqda Azərbaycan diaspor rəhbərinin oğlu saxlandı

15.07.2025 / 21:31
Tramp Putinə qarşı sərt addımlar üçün 50 gün gözləməyəcək...

15.07.2025 / 21:16
Ölkəyə gələn 31 tonun içində ərəb qızılı yoxdur - niyə?..

15.07.2025 / 21:02
AB Ermənistana 2,5 milyard avro dəstək qərarı verdi...

15.07.2025 / 20:47
“60 kənd boşaldılır, 300 min azərbaycanlı qayıdır” - Qərb daha çox şey gözləyirmiş...

15.07.2025 / 20:33
Zəngəzur dəhlizində 3-cü dövlətin nəzarəti ideyası kimə məxsusdur?

15.07.2025 / 20:20
Trampın bu 50 günü əvvəlki “60, 90 günlərə dönməsə yaxşıdır”...

15.07.2025 / 20:06
“3 dövlət birləşir” - Bakı-Dəməşq “qaz əməkdaşlığına” erməni mediasından hücum başladı...

15.07.2025 / 19:52
Rusiya Akkuyu AES-lə bağlı Türkiyəyə qəbuledilməz şərt qoydu...

15.07.2025 / 19:39
“Dini qurumlarla bu mövzu ətrafında toplaşmağımız çox əhəmiyyət daşıyır”- Rəşad Məcid

15.07.2025 / 19:37
Ermənistanın ağır müharibə cinayətləri məhkəmədə bir-bir sübuta yetirilir...

15.07.2025 / 19:25
Tərəqqi yolunun başlanğıcı – Əhliman Əmiraslanov yazır...

15.07.2025 / 19:12
Ukrayna öz qaz anbarlarını Azərbaycana təklif etdi...

15.07.2025 / 19:05
Polis Sumqayıtda ikitəkərli nəqliyyat sürücüləri ilə maarifləndirici söhbətlər aparıb - FOTO

15.07.2025 / 18:57
Tanınmış tədqiqatçı Qismət Yunusoğlu Aydın Quliyevi təbrik etdi

15.07.2025 / 18:50
Cəlilabaddakı yanğının söndürülməsinə 2 helikopter cəlb edildi

15.07.2025 / 18:44
Ursula Lyayen Paşinyanın “sülh siyasəti” barədə inanılmaz sözlər dedi...

15.07.2025 / 18:30
Subbakalavrların taleyini kim həll etməlidir - universitetlər, nazirlik, ya DİM?

15.07.2025 / 18:16
Tramp Ukrayna müharibəsinin gedişini dəyişəcək qərar verdi...

15.07.2025 / 18:03
Azərbaycanda 2 yeni qoruq yaradıldı - nə dəyişəcək?..

15.07.2025 / 18:00
“...Harada boşluq varsa, onu ya savadsızlıq, ya da xarici radikal çağırışlar doldurur” - Vüqar Əliyev

15.07.2025 / 17:50
Hansı ixtisasın lazım olub-olmadığına DİM özü qərar verə bilərmi?

15.07.2025 / 17:42
Vardanyanın məhkəməsində zərərçəkmiş şəxslərin ifadələri dinlənildi

15.07.2025 / 17:35
Ukraynanın baş naziri istefa verdi

15.07.2025 / 17:31
İkinci Qarabağ müharibəsinin iştirakçısı “Azəriqaz”da yüksək vəzifəyə təyin olundu

15.07.2025 / 17:27
Vətəndaşların şəxsi məlumatlarını xarici kiberbunkerlərə ötürən şəxs ifşa edildi - 300 min manatlıq ziyan...

15.07.2025 / 17:15
Trampdan Zelenskiyə Putini şoka salan təlimat - Moskva və Peterburqu vurun…

15.07.2025 / 17:01
Şamaxıdan mesaj - Media dinin siyasiləşdirilməsinə qarşı dayanan böyük qüvvədir...

15.07.2025 / 16:50
Ersin Tatar Kipr danışıqlarında Lefkoşanın şərtlərini açıqladı - heç bir federal quruluşundan söhbət gedə bilməz

15.07.2025 / 16:34
Şamaxıda “Müasir informasiya məkanı və dini etiqad azadlığı” mövzusunda konfrans başlayıb

15.07.2025 / 16:05
"Vaqif Poeziya Günləri" Qazaxda başladı

15.07.2025 / 16:03
BDU İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi ilə əməkdaşlıq haqqında anlaşma memorandumu imzalayıb

15.07.2025 / 15:22
Vətənə sevdalanan ömür...

15.07.2025 / 15:22
ABŞ Rusiyaya qarşı 10 milyardlıq planı işə saldı - Ukraynaya Rusiyanın dərinliklərini vura biləcək raketlər də veriləcək…

15.07.2025 / 14:39
"Ağdamda 8 yaşayış məhəlləsi, 1 qəsəbə, 23 kənd lahiyələndirilir" - Prezidentin xüsusi nümayəndəsi

15.07.2025 / 14:30
"Azərbaycan ilə Türkiyənin birgə layihələri regionun yeni geosiyasi mənzərəsini formalaşdırıb" - Samir Şərifov

15.07.2025 / 14:18
Tramp ATACMS raketləri ilə Rusiyaya zərbə endirməyə icazə verə bilər...

15.07.2025 / 14:02
Evdən 30 min dollar və 12 min manat oğurlayan qadın tutuldu...

15.07.2025 / 13:47
Laçından Ağcabədiyə 120 kq yararsız mal əti aparan şəxs yolda yaxalandı...

15.07.2025 / 13:34
"Azərbaycan ilə Türkiyənin qanunvericilik aktlarını bir-birinə uyğunlaşdırmağa çalışırıq" - Əhliman Əmiraslanov

15.07.2025 / 13:19
"Xain çevrilişə cəhd zamanı can Azərbaycanın ölkəmizə güclü dəstəyini xatırlayırıq" - Türkiyə səfiri

15.07.2025 / 13:10
Дмитрий Киселев! Совет Прессы Азербайджана в отличии от вас, никогда не врёт - ПРЯМАЯ ТРАНСЛЯЦИЯ

15.07.2025 / 12:53
Azərbaycandan qardaş Türkiyəyə 15 iyul mesajı - "dərin ehtiram və minnətdarlıqla anırıq”

15.07.2025 / 12:38
Baku Network Parisdə ilk dəfə olaraq erməni təcavüzü nəticəsində həlak olmuş azərbaycanlı jurnalistlərlə bağlı məsələ qaldırıb

15.07.2025 / 12:32
III MDB Oyunlarına 8 ölkədən 1846 idmançı qatılacaq

15.07.2025 / 12:20
"Bu gün Azərbaycanla Türkiyə gələcəyə doğru çiyin-çiyinə irəliləyir" - İlham Əliyev

15.07.2025 / 12:13
Slovakiya Azərbaycanda fəxri konsulluq açacaq

15.07.2025 / 12:10
"Bu layihələrin dünyada analoqu yoxdur" - Prezidentin xüsusi nümayəndəsi

15.07.2025 / 12:05
"Barselona" bu futbolçu üçün "pivəçilər"ə elçi düşdü...

15.07.2025 / 12:00
Hollivud ulduzunun bu fotosu 21 min dollara satıldı...

15.07.2025 / 11:51
2025-ci ilin ilk 6 ayı ərzində 44 milyondan çox tibbi xidmət göstərilib

15.07.2025 / 11:44
Xameneinin müşaviri yenə Azərbaycan əleyhinə danışdı - bu dəfə pakistanlı nazirlə görüşündə...

15.07.2025 / 11:40
Harmancı yenə xəbərdarlıq edir - COVID-19 davam edir

15.07.2025 / 11:35
6 min 300 ədəd çətənə kolu məhv edilib - polis

15.07.2025 / 11:11
Bu gündən tələbələrin köçürülməsi prosesinə başlanılıb

15.07.2025 / 11:03
ABŞ-ın Zəngəzurla bağlı mövqeyi çox təhlükəlidir - CANLI

15.07.2025 / 09:15
Samuxda zəlzələ olub - TƏCİLİ

15.07.2025 / 08:36
Azərbaycanda turistlər hotellərdən imtina edir - kirayə kənd evlərinə kütləvi axın başlayıb...

14.07.2025 / 23:48
Tramp Putini sərt tənqid etdi - Onu qatil adlandırmaq istəmirəm, amma o…

14.07.2025 / 23:40
Tramp Putinə 50 gün vaxt verdi - Ukrayna ilə bağlı razılaşma olmasa...

14.07.2025 / 21:32
Ermənilərin azərbaycanlıları əsir götürərkən işgəncə vermələrini əks etdirən videokadrlar məhkəmədə nümayiş etdirildi - FOTO

14.07.2025 / 21:19
Kilsə Paşinyana əks-hücuma keçdi - "katolikosa hücum Allaha hücumdur"...

14.07.2025 / 21:05
Bir neçə ərəb biznesmenə görə tariximizdən üz döndərməliyik? - Babək ərəblərlə vuruşub, ancaq tarix tarixdir...

14.07.2025 / 20:50
Əbu-Dabidə Əliyev-Paşinyan görüşünün ardınca Gorus görüşü başlayıb...

14.07.2025 / 20:35
Azərbaycanın "yaratdığı" Yeni Kaledoniya Dövləti müstəqil xarici siyasət aparacaq... Konstitusiyada ayrıca maddə...

14.07.2025 / 20:21
Azərbaycan qazının Suriyaya nəqlinin bir neçə marşrutu gözdən keçirilir...

14.07.2025 / 20:07
Supermarketlərimiz yerli bostan məhsullarına bağlıdır - Çindən qarpız idxalı 300 dəfə artır...

14.07.2025 / 19:53
Avropa Bakıdan əlavə 14 milyard kub qaz istəyir - ancaq problem var...

14.07.2025 / 19:40
İki dövlətli həll prosesində yeni ADDIMLAR: Nyu-Yorkda sərt mesajlar veriləcək

14.07.2025 / 19:37
Azərbaycan Yeni Kaledoniyanı dövlət kimi tanıyan ilk ölkə olacaq...

14.07.2025 / 19:25
Əməkdar mədəniyyət işçisi Musa Nəbioğlu Aydın Quliyevi təbrik etdi

14.07.2025 / 19:12
Mətbuatın 150 illiyi həm dövlətçilik, həm də ictimai hadisədir...

14.07.2025 / 18:57
ABŞ Zəngəzur dəhlizinə nəzarəti öz üzərinə götürməyi təklif etdi - səfir rəsmən təsdiqlədi...

14.07.2025 / 18:44
Rusiya pomidor ticarətindən Azərbaycana 1,2 milyard dollar ziyan vuracaq?..

14.07.2025 / 18:41
“Başlıbel: yaranışdan işğaladək” kitabının təqdimatı keçirilib

14.07.2025 / 18:30
Müxalifətə münasibətdə Fransa ilə Rusiya eyni ölkələrdir - qətllər, təqiblər...

14.07.2025 / 18:16
Azərbaycanın tərəvəzində həqiqətən xəstəlik tapılır, ya Rusiyada məsələ siyasiləşdirilir...

14.07.2025 / 18:02
Bakıda qapalı Suriya-İsrail danışıqlarında hər tərəfdən bir nəfər iştirak etdi... Çox ilginc...

14.07.2025 / 17:48
Putindən İrana gizli “nüvə mesajı” - Rusiyanın məqsədi nədir...

14.07.2025 / 17:35
40 nəfər bağça direktoru niyə “vuruldu”?..

Ermənistanın ağır müharibə cinayətləri məhkəmədə bir-bir sübuta yetirilir...

XƏBƏR ARXİVİ

İyul
B.eÇ.aÇC.aCŞB
301234567891011121314151617181920212223242526272829303112345678910