çərşənbə günü, 11 noyabr 2026
     

Azərbaycan Ermənistan üzərində əzici hərbi üstünlüyünü sürətlə artırır ...

Image


İrəvanın Moskvaya son xəyanətləri fonunda Rusiyadan Ermənistana yeni silahlar çatdırılması məsələsi də artıq böyük sual altına düşməkdədir. Aydındır ki, belə vəziryyətdə onsuz da dağılmaqda olan Ermənistan ordusunda vəziyyət daha da pisləşəcək və bu da birbaşa Dağlıq Qarabağ münaqişəsinə təsir edən faktorlardan sayılır.

Belə görünür ki, qarşıdakı dövr ərzində Rusiya Ermənistana hərbi təchizatı əhəmiyyətli dərəcədə dayandıracaq. Elə bu günlərdə  “Kommersant” nəşri də yazırdı ki, ölkənin keçmiş rəhbərlərinin Ermənistanın yeni hakimiyyəti tərəfindən təqib edilməsi Moskvada "xüsusi qıcıqlanma" yaradıb. Xüsusi halda Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) baş katibi Yuri Xaçaturovun məhkəmə prosesinə cəlb edilməsi Kremli özündən çıxarıb. Qəzetə məlumat verən mənbələrin sözlərinə görə, Rusiyada Ermənistanın indiki administrasiyasının hərəkətlərini hərbi blokun imicinə zərbə hesab edirlər. Qəzetin həmsöhbətləri qeyd edirlər kli, İrəvandakı yeni hakimiyyətin hərəkətləri ilə daha əvvəl uyğunlaşdırılan və dəyəri 100 milyon dollar qiymətləndirilən silah partiyasının Ermənistana çatdırılması təhdid altına düşüb.

 Baş verənlərə yenidən toxunan  “vzqlyad.ru” portalı isə yazır: “Rusiyanın Ermənistan hökumətinin hərəkətindən hirsi praktik müstəviyə keçərək, əvvəllər razılaşdırılmış silah və texnika tədarükünü təhlükə altında qoya bilər. Məhz sovet və Rusiya silahları Ermənistan silahlı qüvvələrinin əsası olaraq qalır, həm də güzəştli şərtlərlə tədarük olunur. Moskva niyə bu qədər sərt tədbirlər düşünür və İrəvan Rusiya silahları olmadan ötüşə bilərmi?

Moskva və İrəvan arasında anlaşılmazlıq KTMT baş katibinin həbsindən sonra getdikcə daha ciddi miqyaslar alır. İrəvanın 100 milyon dollar kredit almalı olduğu müqavilələrin ikinci zərfinin gerçəkləşməsi “böyük sual” altındadır. Moskva 2016-da müqavilələrin birinci zərfi çərçivəsində İrəvana 200 milyon dollar ayırıb. İkinci müqavilə atıcı silah, mühəndis rabitəsi vasitələri və şəxsi heyətin daşınması üçün nəqliyyatı nəzərdə tuturdu. Hələ Ermənistanın keçmiş rəhbərliyinin “İsgəndər-E” əməliyyat-taktiki kompleksinin ikinci divizionu və Su-30 SM qırıcılarının əldə edilməsi üzrə planları da “asılı vəziyyətdə” qalıb.

Siyasi araşdırmalar mərkəzinin direktoru Sergey Markov öz növbəsində qeyd edib: “Əlbəttə, istənilən ölkə – KTMT üzvü öz namizədini baş katib postundan geri çağırmaq və başqa namizəd təklif etməkdə suveren hüquqa malikdir”. O, “Vzqlyad” qəzetinə izah edib: “Amma burada problem bundadır ki, Xaçaturov Ermənistanın son 25 ildə Rusiya ilə sıx bağlı olan və Rusiya paqonluları tərəfindən öz adamları kimi yanaşılan ordu-güc korpusunu təmsil edir”. Markov vurğulayıb: “Norveç polisinin NATO baş katibini həbs edəcəyini təsəvvür edin. ABŞ hökumətinin buna reaksiyası necə olardı? Mən praktik surətdə əminəm ki, KTMT baş katibilə bağlı bütün durum Amerika xüsusi xidmətlərilə razılaşdırılıb. Və düşünürəm ki, buna görə də Kremlin təkcə qıcığı deyil, Ermənistan rəhbərliyinin NATO ölkələrinin, çox güman ki, ABŞ xüsusi xidmətləri vasitəsilə Rusiyanın düşmənlərilə gizli dialoqda olması anlayışı çoxalır. Heç kimə sirr deyil ki, Paşinyanın hakimiyyətə gəlişi ABŞ-dakı erməni diasporu tərəfindən maliyyələşdirilib. Yəni Ermənistan rəhbərliyi sadəcə antirusiya hərəkətinə deyil, Rusiyanın düşmənlərilə uzlaşdırılmış gizli plan üzrə fəaliyyətə yol verir. Və sabah silahı bizə sarı çevirə biləcək ölkəyə silah vermək siyasi səhv olardı”.

Politoloq yekun vurub: “Paşinyan KTMT baş katibi postuna Amerika xüsusi xidmətlərinin agenti olan adamı oturtmağı təklif edə bilər. Yəni burada məsələ bu şəxslərin siyasi mövqeyindədir, çünki Paşinyanın təklif etdiyi adama qarşı şübhə olacaq”. Markov bununla belə qeyd edib ki, əsəbiliyə baxmayaraq, Ermənistana qarşı hələlik heç bir gerçək basqı olmayıb: “Biz təxmin edə bilərik ki, yüngül basqı silah tədarükü haqda bu maddə ola bilər və ehtimal edirəm ki, bu, mütəşəkkil süzülmə kimi uzlaşdırıla bilərdi”.

Lakin Rusiya silahının Ermənistana tədarükünün yığışdırılması hər halda gerçəkləşdirilsə nə olacaq? Rusiya Hərbi-Sənaye Kompleksi kollegiyasının ekspert şurasının üzvü Viktor Muraxovski Rusiya və sovet silahını Ermənistanın silahlanma sisteminin özülü adlandırır. Muraxovski “Vzqlyad” qəzetinə bildirir: “Birdən bunu ləğv etsələr, onda bu, işbacarmaz ordu olacaq. Silah tədarükü qismində sonrakı dəstək, ən önəmlisi, bu silahlar üçün döyüş sursatı və raket tədarükü kəsilsə, qismən qısa müddətdən sonra olduqca xoşagəlməz durum olacaq”. Muraxovski yada salır ki, Ermənistana Rusiya silahlarının tədarükü “Qosoboronzakaz”ın müəyyən etdiyi daxili qiymətlərlə həyata keçirilir ki, bu qiymətlər də ixracatdakından xeyli aşağıdır. Muraxovski “Bu tədarüklərin böyük qismi tez-tez Ermənistan üçün Rusiya kreditləri hesabına həyata keçirilir” deyərək əlavə edir ki, Ermənistanı kreditləşdirməkdə və ona silah satmaqda maraqlı olacaq başqa ölkə görmür. Onun sözlərinə əsasən, Ermənistanın öz silahlı qüvvələrini inkişaf etdirmək, Rusiya ilə əməkdaşlıq çərçivəsindən kənarda çağdaş nümunələrlə təchiz etmək imkanlarına nəzər salınsa, bu çox “cüzidir”. Muraxovski bununla bağlı Ermənistanın Rusiya silahına alternativ tapmağa və başqa ölkələrin tədarükçülərinə bağlanmağa qabil olduğu haqda gümanları fantastika adlandırır. O hesab edir:“Ermənistan o qədər varlı ölkə deyil ki, hərbi-texniki əməkdaşlığın dünya bazarı qiymətlərinə silah sistemləri alsın”.

Digər ekspert Aleksandar Xramçixin də qeyd edib ki, Rusiya tədarüklərinin kəsilməsi İrəvan üçün ciddi zərbə olar və ölkənin müdafiə bacarığında dərhal əksini tapar. Amma onun fikrincə, ermənilərin sistemi başqa silahlara dəyişmələri çətin olsa da, “sonda onları buna vadar etsələr, onlar yenidən sistemləşməli olacaq”. O əlavə edib ki, Ermənistan son zamanlar ümumiyyətlə Rusiyadan az şey alıb. İrəvan Rusiyanın əsasən “İsgəndər-E” və “Qasırğa” komplekslərini alıb.

Strategiya və Texnologiyalar Analizi Mərkəzinin direktor müavini Konstantin Makiyenko yada salır ki, “zamanında Ermənistana Çinin böyük gücü olan reaktiv yaylım atəşi sistemlərinin tədarükü olub. Bununla belə, Rusiya Ermənistana ən böyük silah və hərbi texnika tədarükçüsü idi və belə də qalır. Rusiya tədarüklərinin kəsilməsi həqiqətən baş verərsə, bu, Ermənistanın hərbi və xarici-siyasi təhlükəsizliyinin təminatı üçün fəlakətli olmasa da, güclü zərbə olar”. O, bundan başqa, qeyd edir ki, “Ermənistan resursca məhduddur və ona bu qədər güzəştli şərtlərlə silah tədarük etməyə hazır olan ixracatçılar tapmaq çox çətin, daha doğrusu, mümkünsüz olacaq”. “Vzqlyad” qəzeti bununla yanaşı xatırladır ki, Moskva hələlik Rusiyanın Xarici İşlər Nazirliyinin başçısı Sergey Lavrovun qismində İrəvana xəbərdarlıq edib. Lavrovun sözlərinə görə, Ermənistanda baş verən hadisələr siyasi sələflərini təqib etməyəcəyini bildirən yeni ölkə rəhbərliyinin bəyanatları ilə ziddiyyət təşkil edir: “Rusiya Ermənistanın müttəfiqi kimi bu ölkənin sabitliyində maraqlıdır. Həmçinin, Ermənistanın MDB məkanında iştirak etdiyi təşkilatların normal işi nöqteyi-nəzərindən bu ölkədə baş verənlər bizi narahat edir. Son günlər ərzində bir neçə dəfə erməni rəhbərliyinə narahatlığımızı çatdırmışıq. Hesab edirik ki, vəziyyət konstruktiv yol üzrə gedəcək”. 

Qəzet yazır ki, Ermənistanda hadisələr Rusiyanın istədiyi kimi getməsə, təkcə bu ölkəyə silah çatdırılmasına son qoyulmayacaq, digər istiqamətlər üzrə də vəziyyət pisləşəcək. Bunlara paralel olaraq, qəzet Rusiya və Azərbaycan arasında münasibətlərin daha da sıxlaşacağını xüsusi vurğulayır. Yeri gəlmişkən qeyd edək ki, yaranmış durumda Rusiyanın Azərbaycana Ermənistanı qorxuya salacaq daha bir silah sata biləcəyi də məlum olub. Rusiyalı hərbi ekspert, Rusiya Silahlı Qüvvələrinin ehtiyatda olan polkovniki Sergey Suvorov “vzglyad” portalına müsahibəsində Ermənistan rəhbərliyinin yürütdüyü xarici-siyasi kurs, bunun Rusiya ilə hərbi sahədəki münasibətlərə təsiri, o cümlədən Moskva-Bakı hərbi əməkdaşlığından və gələcək perspektivlərdən danışarkən qeyd olunan xüsusda maraqlı açıqlamalar verib. Suvorov hazırda Azərbaycanla Rusiya arasındakı hərbi-texniki əməkdaşlığın uğurla davam etdirildiyini bildirib: “Azərbaycan həmişə Rusiyanın strateji tərəfdaşı olub və bu cür də qalır. Bu gün Bakı ilə Moskva olduqca yaxşı və sıx əlaqələrə malikdir. Mən elementar səviyyədə bunu öz şirkətimizin nümunəsində də göstərə bilərəm. Ötən il biz Azərbaycana hərbi texnika verilməsilə bağlı müqavilənin icrasını başa çatdırdıq. Ümid edirəm ki, bizim Azərbaycanla qarşılıqlı faydalı münasibətlərimiz gələcəkdə də davam edəcək və əhatə dairəsi genişlənəcək”.

Rusiyanın Azərbaycana yeni silahlar, xüsusən də çoxhədəfli, dördüncü nəsil Su-35 qırıcı təyyarələri verməsinin mümkünlüyünə də toxunan Suvorov gələcəkdə belə bir müqavilənin imzalanmasını istisna etməyib. Onun fikrincə, Azərbaycana yeni nəsil növbəti müasir silahların satışı tamamilə mümkündür: “Biz Su-35 təyyarələrini digər ölkələrə sata biliriksə, niyə də Azərbaycana satmayaq?”. Ermənistana silah satışına gəlincə isə, Suvorov bildirib ki, İrəvanla bağlanan əvvəlki sazişlər tam həcmdə icra olunacaq. Lakin Qərbə tərəf çevrilən Ermənistana güzəştli şərtlər altında növbəti silahlar çətin ki verilə: “İndiki proseslər vaxtilə Ukrayna ilə münasibətlərimizdə baş verənlərə bənzəyir. O zaman Kiyev Qərbə sarı çevrilməyə başlamışdı. Nəticədə Rusiya Ukraynaya verdiyi silahları və hərbi texnikanı tədricən məhdudlaşdırılmağa başladı. Və sonra Ukrayna Qərbin köməyinə ümid bağladı və hələ də qırıq təknədə oturub ümid edərək qalır. Eyni vəziyyət Ermənistanla da baş verə bilər”. Ekspert onu da vurğulayıb ki, İrəvan bundan sonra da Qərbə meyl etsə, Rusiyada heç kim Ermənistana güzəştli şərtlərlə silah verməyəcək: “ Ermənistan Qərbə tərəf çevrilsə, hərbi texnikanı Rusiya nümunəsində güzəştlə yox, Qərb siyasəti və proqramlarına sədaqət şərtləri altında öz qiymətinə almağa məcbur olacaq. Amma hamımız çox yaxşı bilirik ki, Ermənistanın maliyyə resursları bu həcmdə silah alışını mümkünsüz edir”. Bütün bunlar isə Azərbaycanın Ermənistan üzərində hərbi üstünlüyünü daha da artırır.

Tahir TAĞIYEV

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

11.11.2026 / 10:07
Ukrayna Rusiyanın Baltik dənizindəki ən böyük limanına hücum etdi...

11.11.2026 / 09:50
Azərbaycan nefti 99 dollara düşdü...

11.11.2026 / 09:37
Respublikaçılar Pentaqonun rəhbərini impiçment cəhdinin qarşısını aldı – ancaq Demokratlar dayanmayacaq...

11.11.2026 / 09:21
Evdə uşağı döyənlər 200 manat cərimələnəcək...

11.11.2026 / 08:52
Tramp demokratları Heqsetə qarşı impiçment cəhdlərinə son qoymağa çağırdı

10.11.2026 / 21:22
Ərəb millət vəkilləri İsrailin dövlət himni səsləndirilərkən Knesset zalını tərk etdilər - Mənsur Abbas xaric…

10.11.2026 / 21:02
Fransa supermarketlərində soyuducuları “qaynama dərəcəsinə” çatdıranların kimliyi bəlli oldu - iranlı haker qrupu…

10.11.2026 / 19:43
Fransada daha yaxşı təhsil şəraiti tələb edən şagirdlər məktəbləri mühasirəyə aldılar...

10.11.2026 / 19:27
Ermənistanın KTMT-də səsvermə hüququndan məhrum edilir - qərar sabah veriləcək...

10.11.2026 / 19:20
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başlayıb - FOTO

10.11.2026 / 19:05
Əbu-Dabidə Rusiya-ABŞ-Ukrayna danışıqlarının ilk günü başa çatdı - 4 saatdan çox davam edən görüşdə nələr müzakirə olundu...

10.11.2026 / 18:15
Bu şəxslər kredit götürənlərə zamin dura bilməyəcək - QƏRAR

10.11.2026 / 17:43
Rusiya Ukraynanın hücumlarına görə bütün strateji bombardmançılarını Uzaq Şərqə köçürdü...

10.11.2026 / 16:12
Azərbaycan, Türkiyə, Gürcüstan və Bolqarıstan təmiz enerji sahəsində strateji tərəfdaşlıq sazişi imzaladı

10.11.2026 / 15:10
Yerə zibil atanları 10 min manatadək cərimə gözləyir

10.11.2026 / 14:22
ABŞ daha bir Britaniya bazasından təyyarələrini geri çəkdi – İran təhlükəsi...

10.11.2026 / 14:08
Rusiya ilə Ukrayna arasında gizli razılaşma? - Ərazi mübadiləsi...

10.11.2026 / 13:44
Legioner elm: Azərbaycan elminin icarəyə verilmiş reytinqi - İlham Əhmədov yazır...

10.11.2026 / 13:07
İrəvandakı Azərbaycan məscidində erməni şairin büstü qoyulacaq - TƏXRİBAT

10.11.2026 / 12:40
Azərbaycan XİN Polşada baş verən silahlı hücumla bağlı başsağlığı verdi

10.11.2026 / 11:56
Konqres impiçment qərarına Pentaqon rəsmisindən başlayır - Heqset “narahat deyiləm” deyir…

10.11.2026 / 11:54
Prezident İlham Əliyev Polşa Prezidentinə başsağlığı məktubu ünvanlayıb

10.11.2026 / 11:47
Prezident İlham Əliyev Ərdoğana başsağlığı verdi

10.11.2026 / 11:43
Üç ölkə liderinin Çençjen görüşü sual altına düşdü - ABŞ və Çin görüşün formatı barədə razılığa gələ bilmir

10.11.2026 / 11:33
Vaşinqton və İran arasında “uran razılaşması” əldə olunub?..

10.11.2026 / 11:26
Üçrəngli Azərbaycan bayrağını ABŞ-da tanıdan məşhur meksikalı sənətkar - Enrike Kabrera

10.11.2026 / 10:33
Rubio Ukraynaya təhlükəsizlik zəmanətinin verilməsi üçün Rusiyanın razılığını vacib sayır...

10.11.2026 / 10:07
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Ərdoğanın Azərbaycana səfəri ilə bağlı paylaşım edilib - VİDEO

10.11.2026 / 09:27
Bu gündən nisyə mal satanlara yeni tələb qoyulur

10.11.2026 / 09:04
Rusiya Ukraynanı Dnepr çayı boyunca bölməyə çalışır - Zelenski açıqladı

09.11.2026 / 22:59
Azərbaycandan Türkiyəyə başsağlığı mesajı - “Kədərinizi bölüşürük…”

09.11.2026 / 22:15
Fransa SEPAH-ı genişmiqyaslı kiberhücumda ittiham etdi, Aİ-ni İrana qarşı sanksiyalar tətbiq etməyə çağırdı

09.11.2026 / 19:33
2026-cı il ən isti dörd ildən biri olacaq

09.11.2026 / 19:08
Baş Qərargah:"Müdafiə qüvvələri Donetsk vilayətinin müvəqqəti işğal olunmuş ərazisində Rusiyanın "Starlink" blokada stansiyasına zərbə endirib"

09.11.2026 / 18:17
Tramp "Nvidia"-nın baş direktoru Huanqı "ləyaqətli adam" adlandırdı, iddiaları isə müzakirə etmədiyini dedi

09.11.2026 / 18:10
Kolumbiya Konqresinin binası qarşısında və Boqota küçələrində Zəfər Günü aksiyası baş tutub

09.11.2026 / 18:02
Rusiya nümayəndə heyəti Ukrayna ilə bağlı danışıqlar üçün Əbu-Dabiyə gedib

09.11.2026 / 17:55
Omanda Zəfər Günü qeyd edilib

09.11.2026 / 17:48
Makrona etimad göstərənlərin sayı 12 faizə düşüb

09.11.2026 / 17:44
Ukrayna ordusunun da Kosmik Qüvvələri olacaq…

09.11.2026 / 17:35
Tehranda Zəfər Günü münasibətilə rəsmi qəbul keçirilib

09.11.2026 / 17:31
ABŞ İranla müharibəni bitirmək üçün Çindən kömək istədi...

09.11.2026 / 17:00
“Müharibə bitdikdən sonra Ukrayna "bir az fərqli bir formada" olacaq” - Tramp bununla nə demək istəyir...

09.11.2026 / 16:13
SOCAR ilə “Sinopec Corp.” arasında Anlaşma Memorandumu imzalanıb

09.11.2026 / 15:11
ABŞ dövlət katibi İranın tələblərini gülünc və qeyri-real adlandırdı - heç bir irəliləyiş yoxdur...

09.11.2026 / 14:04
Prezident Draqan Vladisavljeviçi “Dostluq” ordeni ilə təltif etdi

09.11.2026 / 13:39
“Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması öz nəticəsini verir" - Şoyqu

09.11.2026 / 13:25
Ölümdən sonra cənnətə gedəcəyimi gözləyirəm, cəhənnəmə getmək istəmirəm - Trampdan maraqlı açıqlama...

09.11.2026 / 13:03
Müdafiə naziri Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan Ordusunu təbrik etdi

09.11.2026 / 12:49
Trampdan Heqsetin mümkün impiçmentinə reaksiya – bu ədalətsizlikdir...

09.11.2026 / 12:33
Rusiya XİN Ermənistanı Aİ-yə üzvlük müraciətindən əvvəl referendum keçirməyə çağırdı...

09.11.2026 / 11:54
Naxçıvanda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüş olub

09.11.2026 / 11:43
Bakıda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüşlər keçirilir - FOTO

09.11.2026 / 11:35
Bölgələrdə yol qəzalarının sayı artıb - BDYPİ xəbərdarlıq edir...

09.11.2026 / 11:30
Prezident İlham Əliyev Kamboca Kralını təbrik etdi

09.11.2026 / 11:22
Rusiya XİN Ermənistanı öz məsuliyyətini KTMT-nin üzərinə atmaqda ittiham etdi...

09.11.2026 / 10:36
Rayonlara qar yağır - Faktiki hava

09.11.2026 / 10:10
Türkiyə XİN Azərbaycan xalqını Dövlət Bayrağı Günü münasibətilə təbrik etdi

09.11.2026 / 09:52
Ukrayna Rusiyanın ikinci ən böyük neft emalı zavodunu vurdu...

09.11.2026 / 09:28
Tramp ABŞ-ın bir saatda İranda 38 körpünü dağıda biləcəyini deyir - bunu istəmirəm...

09.11.2026 / 09:10
İran ABŞ-ın Qeşm adasına hücum etdiyini bildirir...

09.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım edib

09.11.2026 / 00:25
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub - VİDEO

09.11.2026 / 00:05
Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur

08.11.2026 / 21:12
Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb - FOTO

08.11.2026 / 20:56
Ərdoğanın Azərbaycana səfəri başa çatdı - FOTO

08.11.2026 / 20:42
Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO

08.11.2026 / 20:39
Ankarada əkiz qüllələr, İstanbulda körpü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılır - FOTO

08.11.2026 / 19:49
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

08.11.2026 / 19:25
Prezident Əliyevin sosial şəbəkə səhifələrində Ərdoğanla Şuşadakı görüşdən görüntülər paylaşılıb - VİDEO

08.11.2026 / 19:14
"Bakının sevinci Ankaranın sevincidir, Şuşanın qüruru bütün millətimizin qürurudur" - Ərdoğan

08.11.2026 / 18:24
Lider taktika və strategiyanı dəqiq seçdi - Zəfər qaçılmaz idi...

08.11.2026 / 17:57
Şaquli şəhərsalma və sıxlaşma nəzəriyyəsi

08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...

08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar - FOTO

08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası ətrafında söhbət ediblər - FOTO

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

08.11.2026 / 17:08
"Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb" - Ərdoğan

08.11.2026 / 17:04
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - FOTO/YENİLƏNDİ

08.11.2026 / 16:57
Ərdoğan: "Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər"

08.11.2026 / 16:55
Prezident İlham Əliyev və Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər - FOTO

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ