çərşənbə günü, 11 noyabr 2026
     

Ermənistan NATO-nun zirvəsindən sonra hərbi təlimlərə də qatılır – Rusiya ilə yeni gərginlik başlayır

Image


Ermənistanın yeni iqtidarının Rusiyaya sadiqlik barədə növbəti bəyanatlarına baxmayaraq, Moskva-İrəvan münasibətlərinin getdikcə pisləşməsi müşahidə olunur.

Erməni ekspert Armen Gevorkyan bildirir ki, Rusiya artıq Ermənistanda mövqelərini itirir: “Heç bir ciddi Rusiya media resursu yoxdur ki, Ermənistanda cəmiyyətlə çalışsın. Rusiya belə bir işlə məşğul olmur. Zamanında Rusiyadakı dövlət orqanlarını Ermənistanda sosial qiyamın başlayacağı ilə bağlı xəbərdar edirdim”. Son məlumatlar göstərir ki, Kreml baş verənlərdən narahatdır və buna görə Ermənistana qarşı cəza tədbirlərini işə salıb. Ermənistanın “Qraparak” qəzeti yazır ki, bununla bağlı olaraq Rusiya Ermənistana verdiyi qazın qiymətini artırmaqla bağlı siyasi qərar qəbul edib.
Məlumata görə, Rusiya hazırkı qaz müqaviləsi başa çatan kimi qiymətləri yüksəldəcək. Qəzet yazır: “Rus ekspertlərindən biri bizə dedi ki, Moskva Belarusa verdiyi qazın da qiymətini qaldıracaq və beləliklə eyni ittifaqda təmsil olunduğu Ermənistana hədəfinin o olmadığını göstərəcək. Lakin sonradan Belarusa verilən qazın qiyməti əvvəlki həddə endiriləcək, Ermənistan isə yüksək qiymətlə qazı almağa davam edəcək. Moskva hazırda Ermənistanın yeni rəhbərliyinə etibar etmir. Həmçinin, verdiyi qərarlarla bağlı İrəvanı məlumatlandırmır”. Qəzetə danışan rusiyalı ekspert Ermənistana Gürcüstanın taleyini xatırladıb: “Qərb kömək etmədi və Gürcüstanın xarici borcu 14 milyard dollar oldu. Gürcüstan Abxaziyasız və Cənubi Osetiyasız qaldı”. Ermənistan mediası isə bu addımı Rusiyanın Ermənistana qarşı geosiyasi təzyiqi olaraq xarakterizə edib.
Erməni siyasi şərhçi Naira Ayrumyan yazır ki, qaz Rusiya üçün həmişə geosiyasi rıçaqdır: “Ermənistan dünyanın ən böyük qaz təchizatçılarından olan İranla qonşu olsa da, qazı Rusiyadan alır. Gürcüstan vasitəsilə gələn qaza tranzit haqqı da ödənilir. Lakin Rusiya qazı məhz ondan almaqla bağlı təkid edir. Ermənistanın əvvəlki rəhbərliyi Rusiya ilə maraqlı sxem üzərində razılaşmışdı: Rusiya sərhədə gələn qazın qiymətini Ermənistan üçün endirir, 1000 kubmetrə 150 dollara kimi qiymətləri salır, lakin bu, sonradan daxili qiymətlərin hesabına kompensasiya edilir. Nəticədə 1000 kubmetr qaz 289 dollara başa gəlir. Ermənistanın yeni rəhbərliyi bu sxemi dəyişdirmək fikrindədir və qazı İrandan almaq istəyir. Rusiya buna imkan vermək niyyətində deyil. Rus ekspertin Ermənistanı Gürcüstanın taleyi ilə qorxutması da buna hesablanıb”.
Qeyd edək ki, Mixeil Saakaşvilinin hakimiyyəti dövründə Gürcüstan Rusiyadan üz çevirərək Qərblə əməkdaşlığa başladı. Buna cavab olaraq Rusiya 2008-ci ildə “5 günlük müharibə” ilə Tiflisi cəzalandırdı və Abxaziya ilə Cənubi Osetiya Gürcüstandan ayrıldı. Qərb sözdə nə qədər danışsa da, əməldə Gürcüstana kömək etmədi. Bu gün Gürcüstan Rusiya ilə münasibətləri yenidən qurmağa can atır. Görünür, Moskva İrəvana “5 günlük müharibə” ssenarisini xatırlatmaqla xəbərdarlıq edir. Proseslər rusların istədiyi kimi davam etməsə, Ermənistana müdaxilə ola bilər. Moskvanı qəzəbləndirən həm də avqustun 1-də Gürcüstanda NATO-nun çoxmillətli “Noble Partner” (“Layiqli tərəfdaş”) hərbi təlimlər və Ermənistanın burada iştirakıdır. Artıq dördüncü ildir keçirilən bu təlimlər Rusiyada hər dəfə qəzəb və hiddətlə qarşılanıb. Kremldə Ermənistanın bu təlimlərdə iştirakı məsələsi hər dəfə xüsusi həssaslıqla nəzərdən keçirilib.

Qeyd edək ki, yeni təlimlərdə NATO üzvü olan ölkələrdən 3 mindən çox hərbçi, o cümlədən ABŞ ordusunun 1500-ə yaxın hərbçisi, onlarla “Abrams” tankları və “Apaçi” vertolyotları, digər hərbi texnikası iştirak edəcək. Erməni  siyasi analitik Akop Bədəlyanın  sözlərinə görə, Ermənistanın təlimlərdə iştirakı məsələsinə Rusiya amilinin təsiri aydındır: “Son zamanlar ümumiyyətlə Ermənistan-Rusiya münasibətlərinə böyük informasiya hücumu müşahidə edilir. Müxtəlif təbliğati mənbələrdən daim Kremlin nəzərinə çatdırmağa çalışırlar ki, Ermənistandakı hakimiyyət antirusiya mövqeyindədir. Güclü informasiya-təbliğat hücumu qarşısında isə indiki hakimiyyət doğrudan da ağır vəziyyətdədir, bu ağır vəziyyət NATO təlimlərində iştirak məsələsinə də təsir edir”.

Digər siyasi analitik Stepan Səfəryan isə bildirir ki, indiki hakimiyyət Ermənistanın NATO təlimlərində iştirakını əsaslandırmaq üçün kifayət qədər legitimliyə malikdir. Onun sözlərinə görə, bu məsələ Ermənistan hakimiyyətinin NATO ilə münasibətlərdə sınaq daşı olacaq. Başqa sözlə, mövqe seçməyin vaxtı çatıb. Bu arada xatırladaq ki, iki həftə əvvəl Nikol Paşinyan NATO sammitində iştirak etmək üçün Brüsselə gedəndə Rusiyadan ona qarşı çox güclü hücumlar başladı. Paşinyanı hətta təhqir etdilər, Rusiya mətbuatı yazdı ki, Ermənistanın baş naziri ABŞ prezidenti Donald Trampla şəkil çəkdirmək üçün onu qapının ağzında gözləyib. Trampın başqa qapıdan çıxdığını görəndə Paşinyan cəld ona tərəf qaçıb və şəkil çəkdirməyə nail olub. Eyni zamanda ruslar Trampın qəfildən onun qarşısında peyda olan bu saqqallı şəxsin kim olduğunu bildiyinə şübhə edirdilər. Paşinyanın sammitdə iştirakının ardınca Rusiyanın Ermənistandakı 102-ci hərbi bazasının hərbçiləri heç bir xəbərdarlıq etmədən, hansısa təlim adı altında Şirak rayonunun Panik kəndinə daxil olaraq sağa-sola atəş açdılar. Nəticədə kənddə böyük vahimə yaranıb. İnsidentin ardınca müdafiə naziri David Tonoyan bildirib ki, 102-ci hərbi bazaya dair müqavilənin şərtlərinə yenidən baxıla bilər. Beləliklə, hazırda Rusiyanın Ermənistandakı hakimiyyətlə münasibətləri tamamilə gərgindir və ayrılmaz müttəfiqlik barədə pafoslu nitqlər daha eşidilmir. Belə vəziyyətdə Ermənistana qarşı Rusiyanın, təbii qazla yanaşı, digər təsir rıçaqlarını da işə salması tamamilə gözləniləndir.

Nahid SALAYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

11.11.2026 / 12:51
İrandan Azərbaycana 34 kq-dan çox narkotikin keçirilməsinin qarşısı alındı

11.11.2026 / 12:39
Minimum 21 günlük əmək məzuniyyətinin pulla əvəz edilməsi qadağan oluna bilər

11.11.2026 / 12:25
Prezident İlham Əliyev COP31-in Liderlər Sammitində iştirak etmək üçün Antalyadakı Ekspo Mərkəzinə gəlib

11.11.2026 / 12:05
Sathesabı maaş ilk bu sahələrdə tətbiq edilə bilər...

11.11.2026 / 11:50
“Ar olsun!”, “Əllərin qana batıb!” - Baydenin üstünə süd paketi atdılar

11.11.2026 / 11:39
COP31 çərçivəsində Qarabağ Dirçəliş Fondundan mühüm təşəbbüs - mina terroruna qarşı...

11.11.2026 / 11:20
Prezident İlham Əliyev Bolqarıstan Prezidentinə başsağlığı verib

11.11.2026 / 11:20
Dünya liderləri iqlim diplomatiyası üçün Antalyada bir araya gəlir – COP31 Liderlər Zirvəsi başlayır

11.11.2026 / 10:38
DİN avtomobil idarə edərkən "TikTok"da canlı yayım açanlara xəbərdarlıq etdi

11.11.2026 / 10:29
ABŞ-ın Maliyyə maziri İran təhdidinə görə evindən hərbi bazaya köçdü...

11.11.2026 / 10:07
Ukrayna Rusiyanın Baltik dənizindəki ən böyük limanına hücum etdi...

11.11.2026 / 09:50
Azərbaycan nefti 99 dollara düşdü...

11.11.2026 / 09:37
Respublikaçılar Pentaqonun rəhbərini impiçment cəhdinin qarşısını aldı – ancaq Demokratlar dayanmayacaq...

11.11.2026 / 09:21
Evdə uşağı döyənlər 200 manat cərimələnəcək...

11.11.2026 / 08:52
Tramp demokratları Heqsetə qarşı impiçment cəhdlərinə son qoymağa çağırdı

10.11.2026 / 21:22
Ərəb millət vəkilləri İsrailin dövlət himni səsləndirilərkən Knesset zalını tərk etdilər - Mənsur Abbas xaric…

10.11.2026 / 21:02
Fransa supermarketlərində soyuducuları “qaynama dərəcəsinə” çatdıranların kimliyi bəlli oldu - iranlı haker qrupu…

10.11.2026 / 19:43
Fransada daha yaxşı təhsil şəraiti tələb edən şagirdlər məktəbləri mühasirəyə aldılar...

10.11.2026 / 19:27
Ermənistanın KTMT-də səsvermə hüququndan məhrum edilir - qərar sabah veriləcək...

10.11.2026 / 19:20
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başlayıb - FOTO

10.11.2026 / 19:05
Əbu-Dabidə Rusiya-ABŞ-Ukrayna danışıqlarının ilk günü başa çatdı - 4 saatdan çox davam edən görüşdə nələr müzakirə olundu...

10.11.2026 / 18:15
Bu şəxslər kredit götürənlərə zamin dura bilməyəcək - QƏRAR

10.11.2026 / 17:43
Rusiya Ukraynanın hücumlarına görə bütün strateji bombardmançılarını Uzaq Şərqə köçürdü...

10.11.2026 / 16:12
Azərbaycan, Türkiyə, Gürcüstan və Bolqarıstan təmiz enerji sahəsində strateji tərəfdaşlıq sazişi imzaladı

10.11.2026 / 15:10
Yerə zibil atanları 10 min manatadək cərimə gözləyir

10.11.2026 / 14:22
ABŞ daha bir Britaniya bazasından təyyarələrini geri çəkdi – İran təhlükəsi...

10.11.2026 / 14:08
Rusiya ilə Ukrayna arasında gizli razılaşma? - Ərazi mübadiləsi...

10.11.2026 / 13:44
Legioner elm: Azərbaycan elminin icarəyə verilmiş reytinqi - İlham Əhmədov yazır...

10.11.2026 / 13:07
İrəvandakı Azərbaycan məscidində erməni şairin büstü qoyulacaq - TƏXRİBAT

10.11.2026 / 12:40
Azərbaycan XİN Polşada baş verən silahlı hücumla bağlı başsağlığı verdi

10.11.2026 / 11:56
Konqres impiçment qərarına Pentaqon rəsmisindən başlayır - Heqset “narahat deyiləm” deyir…

10.11.2026 / 11:54
Prezident İlham Əliyev Polşa Prezidentinə başsağlığı məktubu ünvanlayıb

10.11.2026 / 11:47
Prezident İlham Əliyev Ərdoğana başsağlığı verdi

10.11.2026 / 11:43
Üç ölkə liderinin Çençjen görüşü sual altına düşdü - ABŞ və Çin görüşün formatı barədə razılığa gələ bilmir

10.11.2026 / 11:33
Vaşinqton və İran arasında “uran razılaşması” əldə olunub?..

10.11.2026 / 11:26
Üçrəngli Azərbaycan bayrağını ABŞ-da tanıdan məşhur meksikalı sənətkar - Enrike Kabrera

10.11.2026 / 10:33
Rubio Ukraynaya təhlükəsizlik zəmanətinin verilməsi üçün Rusiyanın razılığını vacib sayır...

10.11.2026 / 10:07
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Ərdoğanın Azərbaycana səfəri ilə bağlı paylaşım edilib - VİDEO

10.11.2026 / 09:27
Bu gündən nisyə mal satanlara yeni tələb qoyulur

10.11.2026 / 09:04
Rusiya Ukraynanı Dnepr çayı boyunca bölməyə çalışır - Zelenski açıqladı

09.11.2026 / 22:59
Azərbaycandan Türkiyəyə başsağlığı mesajı - “Kədərinizi bölüşürük…”

09.11.2026 / 22:15
Fransa SEPAH-ı genişmiqyaslı kiberhücumda ittiham etdi, Aİ-ni İrana qarşı sanksiyalar tətbiq etməyə çağırdı

09.11.2026 / 19:33
2026-cı il ən isti dörd ildən biri olacaq

09.11.2026 / 19:08
Baş Qərargah:"Müdafiə qüvvələri Donetsk vilayətinin müvəqqəti işğal olunmuş ərazisində Rusiyanın "Starlink" blokada stansiyasına zərbə endirib"

09.11.2026 / 18:17
Tramp "Nvidia"-nın baş direktoru Huanqı "ləyaqətli adam" adlandırdı, iddiaları isə müzakirə etmədiyini dedi

09.11.2026 / 18:10
Kolumbiya Konqresinin binası qarşısında və Boqota küçələrində Zəfər Günü aksiyası baş tutub

09.11.2026 / 18:02
Rusiya nümayəndə heyəti Ukrayna ilə bağlı danışıqlar üçün Əbu-Dabiyə gedib

09.11.2026 / 17:55
Omanda Zəfər Günü qeyd edilib

09.11.2026 / 17:48
Makrona etimad göstərənlərin sayı 12 faizə düşüb

09.11.2026 / 17:44
Ukrayna ordusunun da Kosmik Qüvvələri olacaq…

09.11.2026 / 17:35
Tehranda Zəfər Günü münasibətilə rəsmi qəbul keçirilib

09.11.2026 / 17:31
ABŞ İranla müharibəni bitirmək üçün Çindən kömək istədi...

09.11.2026 / 17:00
“Müharibə bitdikdən sonra Ukrayna "bir az fərqli bir formada" olacaq” - Tramp bununla nə demək istəyir...

09.11.2026 / 16:13
SOCAR ilə “Sinopec Corp.” arasında Anlaşma Memorandumu imzalanıb

09.11.2026 / 15:11
ABŞ dövlət katibi İranın tələblərini gülünc və qeyri-real adlandırdı - heç bir irəliləyiş yoxdur...

09.11.2026 / 14:04
Prezident Draqan Vladisavljeviçi “Dostluq” ordeni ilə təltif etdi

09.11.2026 / 13:39
“Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması öz nəticəsini verir" - Şoyqu

09.11.2026 / 13:25
Ölümdən sonra cənnətə gedəcəyimi gözləyirəm, cəhənnəmə getmək istəmirəm - Trampdan maraqlı açıqlama...

09.11.2026 / 13:03
Müdafiə naziri Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan Ordusunu təbrik etdi

09.11.2026 / 12:49
Trampdan Heqsetin mümkün impiçmentinə reaksiya – bu ədalətsizlikdir...

09.11.2026 / 12:33
Rusiya XİN Ermənistanı Aİ-yə üzvlük müraciətindən əvvəl referendum keçirməyə çağırdı...

09.11.2026 / 11:54
Naxçıvanda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüş olub

09.11.2026 / 11:43
Bakıda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüşlər keçirilir - FOTO

09.11.2026 / 11:35
Bölgələrdə yol qəzalarının sayı artıb - BDYPİ xəbərdarlıq edir...

09.11.2026 / 11:30
Prezident İlham Əliyev Kamboca Kralını təbrik etdi

09.11.2026 / 11:22
Rusiya XİN Ermənistanı öz məsuliyyətini KTMT-nin üzərinə atmaqda ittiham etdi...

09.11.2026 / 10:36
Rayonlara qar yağır - Faktiki hava

09.11.2026 / 10:10
Türkiyə XİN Azərbaycan xalqını Dövlət Bayrağı Günü münasibətilə təbrik etdi

09.11.2026 / 09:52
Ukrayna Rusiyanın ikinci ən böyük neft emalı zavodunu vurdu...

09.11.2026 / 09:28
Tramp ABŞ-ın bir saatda İranda 38 körpünü dağıda biləcəyini deyir - bunu istəmirəm...

09.11.2026 / 09:10
İran ABŞ-ın Qeşm adasına hücum etdiyini bildirir...

09.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım edib

09.11.2026 / 00:25
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub - VİDEO

09.11.2026 / 00:05
Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur

08.11.2026 / 21:12
Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb - FOTO

08.11.2026 / 20:56
Ərdoğanın Azərbaycana səfəri başa çatdı - FOTO

08.11.2026 / 20:42
Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO

08.11.2026 / 20:39
Ankarada əkiz qüllələr, İstanbulda körpü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılır - FOTO

08.11.2026 / 19:49
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

08.11.2026 / 19:25
Prezident Əliyevin sosial şəbəkə səhifələrində Ərdoğanla Şuşadakı görüşdən görüntülər paylaşılıb - VİDEO

08.11.2026 / 19:14
"Bakının sevinci Ankaranın sevincidir, Şuşanın qüruru bütün millətimizin qürurudur" - Ərdoğan

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ