çərşənbə günü, 11 noyabr 2026
     

NATO-nun 1 avqust Gürcüstan demarşı Rusiyanın regional geosiyasətini dəyişə bilər

Image


Nəzakət Məmmədova: “Rusiyanın Azərbaycanla münasibətləri yaxınlaşdırmağa çalışaraq, Qarabağ məsələsində müəyyən güzəştə getməsi də mümkündür”

 

Avqustun 1-də Gürcüstanda NATO-nun çoxmillətli “Noble Partner” (“Layiqli tərəfdaş”) hərbi təlimlərinin sayca dördüncüsü başlayacaq. Artıq dördüncü ildir keçirilən bu təlimlər Rusiyada hər dəfə qəzəb və hiddətlə qarşılanıb.

Azərbaycan və Ermənistanın bu təlimlərdə iştirakı məsələsi də hər dəfə xüsusi həssaslıqla nəzərdən keçirilib. Gürcüstan Müdafiə Nazirliyinin saytında yer alan rəsmi məlumata əsasən, Azərbaycan və Ermənistan təlimlərdə iştirakını təsdiq ediblər. Onların adları 13 ölkənin siyahısındadır. Təlimlərdə NATO üzvü olan ölkələrdən 3 mindən çox hərbçi, o cümlədən ABŞ ordusunun 1500-ə yaxın hərbçisi, onlarla “Abrams” tankları və “Apaçi” vertolyotları, digər hərbi texnikası iştirak edəcək. Amerika hərbi texnikası Gürcüstana dəniz yolu ilə gətiriləcək, Poti limanında boşaldılacaq və oradan tanklar Tiflis yaxınlığındakı Vaziani hərbi bazasına doğru hərəkət edəcək. Təlimlərə üzv ölkələrdən ABŞ-la yanaşı, Türkiyə, Fransa və Almaniya qatılacaq. Bu təlimlərin keçirilməsi Rusiyanın regional siyasətinə necə təsir edəcək?

Politoloq Nəzakət Məmmədova qəzetimizə bildirdi ki, NATO ilə Gürcüstan arasında keçirilən "Layiqli tərəfdaş" təlimləri Alyansın Cənubi Qafqaz və Qara dəniz akvatoriyası siyasətində mühüm yer tutur: “NATO-nun son Brüssel sammitində təşkilatın baş katibi Stoltenberq Gürcüstan Prezidenti Marqelaşvili ilə görüşdən sonra onun ölkəsinin NATO ilə əməkdaşlıq istiqamətində apardığı islahatları yüksək qiymətləndirdi. Eyni zamanda, dəqiq tarix deməsə də, Gürcüstanın Alyansa üzv olacağını bəyan etdi. Hətta Gürcüstan Prezidenti ölkəsinin və Ukraynanın təhlükəsizliyinin NATO-ya üzvlükdən keçdiyini bəyan etdi. Təbii ki, bu məsələ Rusiyada geniş əks-səda doğurub. Prezident Putin aşkarca bəyan etdi ki, Gürcüstan və Ukraynanın NATO-ya üzvlüyü səhv addım olardı və Rusiya buna lazımi cavab verəcək.

Görünən odur ki, NATO Gürcüstan və Ukraynanı üzvlüyə qəbul etməyə tələsmir, lakin potensial üzvlüyə namizəd qismində qəbul edir. Üstəlik, Ukrayna 2014-cü ildən bəri bloklara qoşulmamaq siyasətindən imtina edib. Hətta Prezident Poroşenko Ukrayna hərbi zavodlarının NATO standartlarına uyğun hərbi məhsullar istehsal etdiyini də etiraf edib”.

Politoloqun sözlərinə görə, NATO baş katibi gələn il Gürcüstanla birgə Qara dəniz hövzəsində genişmiqyaslı təlimlər keçiriləcəyini bildirib: “Bu da onu göstərir ki, NATO Gürcüstan və Ukraynanı birgə təşkilatın orbitinə daxil edərək Qara dəniz hövzəsini NATO-nun məsuliyyət zonası kimi görməyi planlaşdırır. Tədbirin keçirilmə yeri də diqqətçəkəndir. Vazianidə vaxtilə rus qoşunları var idi və bu qoşunlar sonradan Gürcüstandan çıxarılıb Ermənistanın Gümrüdəki hərbi bazasına dislokasiya olundu. İndi isə orada ABŞ-ın Avropadakı komandanlığı 13 ölkə ilə birgə "Layiqli tərəfdaş" təlimi keçirir və gələn il hətta Qara dəniz hövzəsini də əhatə etməyi planlaşdırır”.

N.Məmmədova deyir ki, Rusiya buna prezident səviyyəsində artıq reaksiya bildirib və NATO-nu xəbərdar edib: “Alyansın Nizamnaməsinə görə, ərazisində həll olunmamış münaqişələr olan ölkələr təşkilata üzv ola bilməzlər. Gürcüstan və Ukrayna ərazisində separatçı bölgələr var. Rusiya artıq Gürcüstandakı separatçı bölgələri tanıyıb. Ukrayna NATO-ya üzv olarsa və ya bu niyyətini qətiləşdirərsə, Rusiya Donetsk və Luqansk "Xalq respublikaları"nın “müstəqilliyini” tanıya bilər.

Nəzərə alsaq ki, Ukrayna əhalisinin 18 faizi rus millətindən ibarətdir, Rusiyanın buraya təsirinin nə qədər böyük oldugu aydınlaşar. Rusiya onlara vətəndaşlıq verə bilər, eləcə də həm Donetsk və Luqanskda, həm də Abxaziya və Cənubi Osetiyada hərbi bazalar yerləşdirə bilər. Oradakı hərbi bazalar hazırda sülhməramlı qüvvələr statusundadır. Ukraynada vətəndaş müharibəsinin getdiyi, Gürcüstanın Abxaziya və Cənubi Osetiya ərazilərində münaqişənin olduğu bir şəraitdə onların NATO üzvlüyü risqlidir.

Rusiya Gürcüstan və Ukraynada ruspərəst qüvvələri səfərbər edərək NATO üzvlüyünə qarşı etirazlardan tutmuş, separatçı bölgələrdə rus vətəndaşlarının hüquqlarını müdafiəyədək müxtəlif aksiyalarla bu ölkələrin NATO üzvlüyünə mane ola bilər”.

Politoloq hesab edir ki, Rusiya Qərbpərəstləri hakimiyyətdən salmaq üçün hətta çevriliş yolu ilə bu ölkələrdə hakimiyyət dəyişikliyinə belə gedə bilər: “O, postsovet məkanını özünün həyati maraq zonası hesab edir. Baltikyanı ölkələrdən sonra heç bir keçmiş sovet respublikasının NATO-ya və AB-yə üzvlüyünə imkan vermək istəmir. Çünki Alyansın onu hərtərəfli mühasirəyə alaraq sıxışdırmağa çalışdığını bilir. NATO Rusiyaya qarşı “soyuq müharibə” dövründə SSRİ-yə qarşı işləyib-hazırladığı strategiyaları davam etdirir.

Rusiya öz şirkətlərini bu ölkədən çıxarmaqla ikitərəfli ticarətin həcmini azalda bilər. Gürcüstanda keçirilən təlimlərə Rusiyanın münasibəti gələcəkdə artıq sözdən əməli tədbirə və həm bu ölkələrlə, həm də NATO ilə kəskin qarşıdurmaya keçə bilər. Rusiyanın Azərbaycanla münasibətləri yaxınlaşdırmağa çalışaraq, Cənubi Qafqazda tək strateji tərəfdaşı kimi Qarabağ məsələsində müəyyən güzəştə getməsi də mümkündür”.

Məhəmmədəli QƏRİBLİ



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

11.11.2026 / 12:51
İrandan Azərbaycana 34 kq-dan çox narkotikin keçirilməsinin qarşısı alındı

11.11.2026 / 12:39
Minimum 21 günlük əmək məzuniyyətinin pulla əvəz edilməsi qadağan oluna bilər

11.11.2026 / 12:25
Prezident İlham Əliyev COP31-in Liderlər Sammitində iştirak etmək üçün Antalyadakı Ekspo Mərkəzinə gəlib

11.11.2026 / 12:05
Sathesabı maaş ilk bu sahələrdə tətbiq edilə bilər...

11.11.2026 / 11:50
“Ar olsun!”, “Əllərin qana batıb!” - Baydenin üstünə süd paketi atdılar

11.11.2026 / 11:39
COP31 çərçivəsində Qarabağ Dirçəliş Fondundan mühüm təşəbbüs - mina terroruna qarşı...

11.11.2026 / 11:20
Prezident İlham Əliyev Bolqarıstan Prezidentinə başsağlığı verib

11.11.2026 / 11:20
Dünya liderləri iqlim diplomatiyası üçün Antalyada bir araya gəlir – COP31 Liderlər Zirvəsi başlayır

11.11.2026 / 10:38
DİN avtomobil idarə edərkən "TikTok"da canlı yayım açanlara xəbərdarlıq etdi

11.11.2026 / 10:29
ABŞ-ın Maliyyə maziri İran təhdidinə görə evindən hərbi bazaya köçdü...

11.11.2026 / 10:07
Ukrayna Rusiyanın Baltik dənizindəki ən böyük limanına hücum etdi...

11.11.2026 / 09:50
Azərbaycan nefti 99 dollara düşdü...

11.11.2026 / 09:37
Respublikaçılar Pentaqonun rəhbərini impiçment cəhdinin qarşısını aldı – ancaq Demokratlar dayanmayacaq...

11.11.2026 / 09:21
Evdə uşağı döyənlər 200 manat cərimələnəcək...

11.11.2026 / 08:52
Tramp demokratları Heqsetə qarşı impiçment cəhdlərinə son qoymağa çağırdı

10.11.2026 / 21:22
Ərəb millət vəkilləri İsrailin dövlət himni səsləndirilərkən Knesset zalını tərk etdilər - Mənsur Abbas xaric…

10.11.2026 / 21:02
Fransa supermarketlərində soyuducuları “qaynama dərəcəsinə” çatdıranların kimliyi bəlli oldu - iranlı haker qrupu…

10.11.2026 / 19:43
Fransada daha yaxşı təhsil şəraiti tələb edən şagirdlər məktəbləri mühasirəyə aldılar...

10.11.2026 / 19:27
Ermənistanın KTMT-də səsvermə hüququndan məhrum edilir - qərar sabah veriləcək...

10.11.2026 / 19:20
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başlayıb - FOTO

10.11.2026 / 19:05
Əbu-Dabidə Rusiya-ABŞ-Ukrayna danışıqlarının ilk günü başa çatdı - 4 saatdan çox davam edən görüşdə nələr müzakirə olundu...

10.11.2026 / 18:15
Bu şəxslər kredit götürənlərə zamin dura bilməyəcək - QƏRAR

10.11.2026 / 17:43
Rusiya Ukraynanın hücumlarına görə bütün strateji bombardmançılarını Uzaq Şərqə köçürdü...

10.11.2026 / 16:12
Azərbaycan, Türkiyə, Gürcüstan və Bolqarıstan təmiz enerji sahəsində strateji tərəfdaşlıq sazişi imzaladı

10.11.2026 / 15:10
Yerə zibil atanları 10 min manatadək cərimə gözləyir

10.11.2026 / 14:22
ABŞ daha bir Britaniya bazasından təyyarələrini geri çəkdi – İran təhlükəsi...

10.11.2026 / 14:08
Rusiya ilə Ukrayna arasında gizli razılaşma? - Ərazi mübadiləsi...

10.11.2026 / 13:44
Legioner elm: Azərbaycan elminin icarəyə verilmiş reytinqi - İlham Əhmədov yazır...

10.11.2026 / 13:07
İrəvandakı Azərbaycan məscidində erməni şairin büstü qoyulacaq - TƏXRİBAT

10.11.2026 / 12:40
Azərbaycan XİN Polşada baş verən silahlı hücumla bağlı başsağlığı verdi

10.11.2026 / 11:56
Konqres impiçment qərarına Pentaqon rəsmisindən başlayır - Heqset “narahat deyiləm” deyir…

10.11.2026 / 11:54
Prezident İlham Əliyev Polşa Prezidentinə başsağlığı məktubu ünvanlayıb

10.11.2026 / 11:47
Prezident İlham Əliyev Ərdoğana başsağlığı verdi

10.11.2026 / 11:43
Üç ölkə liderinin Çençjen görüşü sual altına düşdü - ABŞ və Çin görüşün formatı barədə razılığa gələ bilmir

10.11.2026 / 11:33
Vaşinqton və İran arasında “uran razılaşması” əldə olunub?..

10.11.2026 / 11:26
Üçrəngli Azərbaycan bayrağını ABŞ-da tanıdan məşhur meksikalı sənətkar - Enrike Kabrera

10.11.2026 / 10:33
Rubio Ukraynaya təhlükəsizlik zəmanətinin verilməsi üçün Rusiyanın razılığını vacib sayır...

10.11.2026 / 10:07
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Ərdoğanın Azərbaycana səfəri ilə bağlı paylaşım edilib - VİDEO

10.11.2026 / 09:27
Bu gündən nisyə mal satanlara yeni tələb qoyulur

10.11.2026 / 09:04
Rusiya Ukraynanı Dnepr çayı boyunca bölməyə çalışır - Zelenski açıqladı

09.11.2026 / 22:59
Azərbaycandan Türkiyəyə başsağlığı mesajı - “Kədərinizi bölüşürük…”

09.11.2026 / 22:15
Fransa SEPAH-ı genişmiqyaslı kiberhücumda ittiham etdi, Aİ-ni İrana qarşı sanksiyalar tətbiq etməyə çağırdı

09.11.2026 / 19:33
2026-cı il ən isti dörd ildən biri olacaq

09.11.2026 / 19:08
Baş Qərargah:"Müdafiə qüvvələri Donetsk vilayətinin müvəqqəti işğal olunmuş ərazisində Rusiyanın "Starlink" blokada stansiyasına zərbə endirib"

09.11.2026 / 18:17
Tramp "Nvidia"-nın baş direktoru Huanqı "ləyaqətli adam" adlandırdı, iddiaları isə müzakirə etmədiyini dedi

09.11.2026 / 18:10
Kolumbiya Konqresinin binası qarşısında və Boqota küçələrində Zəfər Günü aksiyası baş tutub

09.11.2026 / 18:02
Rusiya nümayəndə heyəti Ukrayna ilə bağlı danışıqlar üçün Əbu-Dabiyə gedib

09.11.2026 / 17:55
Omanda Zəfər Günü qeyd edilib

09.11.2026 / 17:48
Makrona etimad göstərənlərin sayı 12 faizə düşüb

09.11.2026 / 17:44
Ukrayna ordusunun da Kosmik Qüvvələri olacaq…

09.11.2026 / 17:35
Tehranda Zəfər Günü münasibətilə rəsmi qəbul keçirilib

09.11.2026 / 17:31
ABŞ İranla müharibəni bitirmək üçün Çindən kömək istədi...

09.11.2026 / 17:00
“Müharibə bitdikdən sonra Ukrayna "bir az fərqli bir formada" olacaq” - Tramp bununla nə demək istəyir...

09.11.2026 / 16:13
SOCAR ilə “Sinopec Corp.” arasında Anlaşma Memorandumu imzalanıb

09.11.2026 / 15:11
ABŞ dövlət katibi İranın tələblərini gülünc və qeyri-real adlandırdı - heç bir irəliləyiş yoxdur...

09.11.2026 / 14:04
Prezident Draqan Vladisavljeviçi “Dostluq” ordeni ilə təltif etdi

09.11.2026 / 13:39
“Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması öz nəticəsini verir" - Şoyqu

09.11.2026 / 13:25
Ölümdən sonra cənnətə gedəcəyimi gözləyirəm, cəhənnəmə getmək istəmirəm - Trampdan maraqlı açıqlama...

09.11.2026 / 13:03
Müdafiə naziri Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan Ordusunu təbrik etdi

09.11.2026 / 12:49
Trampdan Heqsetin mümkün impiçmentinə reaksiya – bu ədalətsizlikdir...

09.11.2026 / 12:33
Rusiya XİN Ermənistanı Aİ-yə üzvlük müraciətindən əvvəl referendum keçirməyə çağırdı...

09.11.2026 / 11:54
Naxçıvanda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüş olub

09.11.2026 / 11:43
Bakıda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüşlər keçirilir - FOTO

09.11.2026 / 11:35
Bölgələrdə yol qəzalarının sayı artıb - BDYPİ xəbərdarlıq edir...

09.11.2026 / 11:30
Prezident İlham Əliyev Kamboca Kralını təbrik etdi

09.11.2026 / 11:22
Rusiya XİN Ermənistanı öz məsuliyyətini KTMT-nin üzərinə atmaqda ittiham etdi...

09.11.2026 / 10:36
Rayonlara qar yağır - Faktiki hava

09.11.2026 / 10:10
Türkiyə XİN Azərbaycan xalqını Dövlət Bayrağı Günü münasibətilə təbrik etdi

09.11.2026 / 09:52
Ukrayna Rusiyanın ikinci ən böyük neft emalı zavodunu vurdu...

09.11.2026 / 09:28
Tramp ABŞ-ın bir saatda İranda 38 körpünü dağıda biləcəyini deyir - bunu istəmirəm...

09.11.2026 / 09:10
İran ABŞ-ın Qeşm adasına hücum etdiyini bildirir...

09.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım edib

09.11.2026 / 00:25
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub - VİDEO

09.11.2026 / 00:05
Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur

08.11.2026 / 21:12
Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb - FOTO

08.11.2026 / 20:56
Ərdoğanın Azərbaycana səfəri başa çatdı - FOTO

08.11.2026 / 20:42
Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO

08.11.2026 / 20:39
Ankarada əkiz qüllələr, İstanbulda körpü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılır - FOTO

08.11.2026 / 19:49
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

08.11.2026 / 19:25
Prezident Əliyevin sosial şəbəkə səhifələrində Ərdoğanla Şuşadakı görüşdən görüntülər paylaşılıb - VİDEO

08.11.2026 / 19:14
"Bakının sevinci Ankaranın sevincidir, Şuşanın qüruru bütün millətimizin qürurudur" - Ərdoğan

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ