Hollandiyanın Haaqa şəhərində Azərbaycan-Türkiyə Mədəniyyət Dərnəyinə hücum edilib. Trend-in türk KİV-lərinə istinadən verdiyi məlumata əsasən, hadisə bu gün gecə 02:30 radələrində baş verib. Dörd nəfər maskalı naməlum şəxs binaya hücum edərək, onun ön və arxa pəncərələrini sındırıblar.
Dərnəyin sədri İlham Aşkının sözlərinə görə, naməlum şəxslər hadisə yerindən qaçıblar. O qeyd edib ki, hadisə ilə bağlı araşdırmalar aparılır.
“Hücumun kim tərəfindən törədildiyi önəmli deyil, onlar türk millətinin hüzurunu poza bilməz. Biz öz fəaliyyətimizi davam etdirəcəyik”, deyə Aşkı bildirib.
Diaspor rəhbəri APA-ya açıqlamasında isə bildirib ki, Afrin əməliyyatından sonra Niderlandda türk millətindən olan şəxslərə və onların məscidlərinə ardıcıl hücumlar olur.