Cümə günü, 13 noyabr 2026
     

İsveçrə şirkətinin əli, Gürcüstan üzərindən Azərbaycanın ziyanına, Ermənistanın nəfinə oyun...

Image


Aqşin Əliyev: “İstənilən halda, Gürcüstanın belə addımı Azərbaycanın haqlı narazılığına səbəb olacaq”

 

Rusiya xarici işlər nazirinin müavini Qriqori Karasin müsahibəsində deyib ki, 2008-ci ildə baş vermiş müharibədən sonra Gürcüstan öz keçmiş ərazisində yaranan iki yeni dövləti (Abxaziya və Cənubi Osetiya) tanımadığı üçün, onun gömrük sərhədlərinin haradan keçdiyi barədə qeyri-müəyyənlik mövcud idi:

“Biz Rusiya ilə Gürcüstan arasında 2011-ci ildə imzalanan gömrük inzibatçılığı və ticarətin monitorinqi haqqında sazişə böyük ümidlər bəsləyirik. Ümid edirik ki, bu saziş regionda ticarətə güclü impuls verəcək. 2011-ci ildə imzalanan saziş məhz bu məsələyə aydınlıq gətirdi. Biz tezliklə dövlətdaxili prosedurları bitirməyə çalışacağıq ki, yaxın aylarda vacib sənədləri imzalayaq. Bundan sonra saziş işləyəcək”.

Q.Karasin məlum sazişdən əsas faydalanacaq tərəfin Ermənistan olması və Moskvanın bu işi İrəvanın xahişi ilə yerinə yetirməsi barədə suala belə cavab verib: “Həqiqətən də Ermənistanın xahişi var. Lakin bu məsələdə söhbət Rusiya ilə Gürcüstan arasında İsveçrənin vasitəçiliyi ilə imzalanan ikitərəfli sazişdən gedir. Bu saziş, Abxaziya və Cənubi Osetiya da daxil olmaqla, üçüncü ölkələr üçün öhdəliklər qoymur”.

Qeyd edək ki, Gürcüstan hökuməti ölkə ərazisi vasitəsilə Rusiyaya yüklərin, ehtiyac olacağı təqdirdə, nəzarətdən kənar Sxinvali regionu vasitəsilə daşınması üçün İsveçrənin SGS şirkəti ilə müqavilə imzalayıb. Baş nazir Giorgi Kvirikavili bildirib ki, Gürcüstan-Rusiya sərhədindəki Kazbeki-Yuxarı Lars gömrük-buraxılış məntəqəsində fövqəladə vəziyyət yaranarsa, yüklər qeyd olunan marşrutla daşına bilər. “Bu müqavilənin heç bir maddəsi Gürcüstanın maraqları əleyhinə yönəlməyib. Söhbət ondan gedir ki, Yuxarı Lars gömrük-buraxılış məntəqəsi istiqamətində fors-major situasiya zamanı, məsələn, güclü qar, yaxud sürüşmə baş verərsə, Sxinvali istiqamətində bu yol açıla bilər. Bu dəhlizdən həm Türkiyə, həm Ermənistan, həm də ölkəmizin tranzit potensialından yararlanan digər ölkələr istifadə edə bilər. Lakin bu, hələ ki, birtərəfli imzalanmadır. Biz danışıqları davam etdiririk, çünki Rusiya tərəfindən irəli sürülən müəyyən şərtlər var ki, bizim üçün qəbuledilməzdir”, - deyə G.Kvirikaşvili Gürcüstan parlamentində çıxışı zamanı deyib.

Bütün sadalananlardan bu nəticəyə gəlmək olur ki, Gürcüstan hökuməti Ermənistanı blokadadan çıxaracaq yolun açılışına icazə verib. Azərbaycanın önəmli strateji partnyoru sayılan Gürcüstanın atdığı bu addımı necə izah edə bilərik?

Ekspert Aqşin Əliyev qəzetimizə bildirdi ki, bu, Gürcüstanın Ermənistana mühüm nəfəslik verməsi anlamına gəlir: “Ermənistan prezidenti Serj Sarkisyan ötən ilin sonlarında Gürcüstana səfər etdi. Həmin səfər çərçivəsində yolun açılması ilə də bağlı müzakirələr aparıldı. Mövzu Azərbaycanda ciddi etirazlara səbəb oldu. Bu da təbiidir. Çünki Ermənistan-Gürcüstan münasibətlərinin hansı həddədək inkişafı məsələləri Azərbaycan hakimiyyətinin diqqətindən yayına bilməzdi.

Ermənistan hakimiyyəti uzun müddətdir Gürcüstanın nəqliyyat yollarından maksimum istifadə etməyə çalışır. Bilirsinz ki, Rusiya strateji müttəfiqi Ermənistanla quru yolla ancaq Gürcüstan üzərindən əlaqə saxlaya bilər. Gürcüstanla Rusiya arasında münasibətlərin normal olmaması buna imkan vermirdi. Hətta iki ölkə arasında diplomatik münasibətlər belə lazımi səviyyədə bərpa olunmayıb. İndi birdən-birə nə oldu ki, Gürcüstan Rusiya ilə belə razılaşmaya getdi? Faktiki olaraq Gürcüstan Ermənistanın da istifadə edə biləcəyi yolun açılmasına icazə verib. Düzdür, bunu müxtəlif amillər, fors-major vəziyyətin olacağı təqdirdə mümkünlüyü ilə izah edirlər. Gürcüstan rəsmiləri bəyan edirlər ki, həmin yolun açılması ölkələrinin maraqlarına zidd deyil. Ancaq mən belə düşünmürəm. Hesab edirəm ki, Gürcüstanın dəmir yolunun işləməsinə razılıq verməsi tanınmayan və işğal altında olan Abxaziya ilə rəsmən əlaqənin qurulması mənasına gələcək. Bu amil birbaşa Gürcüstanın milli maraqlarına ziddir. Tiflis Rusiya-Ermənistan dəmir yolunun açılması məsələsində Azərbaycanın da mövqeyini nəzərə almalıdır. Azərbaycan öz torpaqlarının işğalına görə Ermənistan ətrafında iqtisadi blokdanın zəifləməsində maraqlı deyil. Gürcüstan Azərbaycanın strateji tərəfdaşıdır. Azərbaycanın əsas enerji layihələrində Gürcüstan yer alıb, boru xətləri bu ölkədən keçir. Bundan başqa, Azərbaycan Gürcüstana böyük həcmdə investisiyalar yatırıb, kreditlər verib. Bunların heç birini Ermənistan Gürcüstan üçün etməyib.

Bakı-Tiflis-Qars dəmir yolu işə düşəndən sonra Ermənistan yüklərini gürcülərin razılığı ilə buradan göndərmək istəyirdi. Azərbaycan və Türkiyənin sərt reaksiyasından sonra artıq bundan danışmırlar. Ermənistan artıq Gürcüstan üzərindən Rusiya ilə əlaqə qurmağı reallaşdırmaq üzrədir. Burada ən maraqlı nüans Gürcüstanın hansı marağının olması ilə bağlıdır. Ermənistan mətbuatında gedən yazılarda Tiflis tərəfindən bununla əlaqədar ermənilərə öz müttəfiqləri olan Rusiya ilə danışmalarının tövsiyə olunduğu qeyd edilib. Mən düşünmürəm ki, bu məsələ 100 faiz həllini tapıb. İstənilən halda, Gürcüstanın belə addımı Azərbaycanın haqlı narazılığına səbəb olacaq”.

Məhəmmədəli QƏRİBLİ



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

13.11.2026 / 20:16
Ermənistan KTMT-də səsvermə hüququndan məhrum edildi – indi də Minsk onun məxfi sənədlərə çıxışını əngəlləmək istəyir

13.11.2026 / 20:13
Məzuniyyətin pulla əvəzlənməsi - İşçi özü istəyirsə, pisdir?

13.11.2026 / 19:52
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək pul tələb edən şəxs saxlanıldı - VİDEO

13.11.2026 / 19:37
Avropanın Bakı zirvəsi təsadüfi qərar deyil...

13.11.2026 / 19:15
İşdə məhəbbət macərası - DOST Agentliyinin müdir müavini buna görə işdən azad olundu

13.11.2026 / 18:58
Zelenski Əliyevdən umacaqlarını Dublində bu cür dilə gətirdi...

13.11.2026 / 18:41
Güclü Avropanın gələcəyində Azərbaycanın yeri - Dublin zirvəsi perspektivi göstərdi...

13.11.2026 / 18:26
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatdı

13.11.2026 / 18:23
Dublin zirvəsi Qafqazda sülh prosesini sürətləndirir - Əliyev Avropa zirvəsində...

13.11.2026 / 17:56
Rusiya xarici ticarətdə dolları yuanla əvəzləyə bilmədi - uğursuzluğun səbəbi...

13.11.2026 / 17:55
Avropa ölkələri birgə xartiya imzaladılar - Rusiyadan gələcək təhlükələrə qarşı

13.11.2026 / 17:40
Firəngiz Əlizadə bəstəkarların əsas problemlərini gündəmə gətirdi - "Kabinetimə gəlib ağlayırlar"

13.11.2026 / 17:13
Bakıdan gəlib bağ evi tikən imkanlı şəxslərin üzündən bəzi rayonlarda torpağın sotu 15–20 min manata çatıb.... Niyə?

13.11.2026 / 16:55
İrandan Almaniyaya 29 kq-dan çox metamfetamin aparanlar Naxçıvanda yaxalandı

13.11.2026 / 16:40
Ev təsərrüfatlarının uçotunun arxasında nələr var - Şayiələr baş alıb gedir, bəs həqiqət harada?...

13.11.2026 / 16:26
“Yazıçılar Birliyi hara, restoran hara?” – Anar parlamentdən kömək istədi...

13.11.2026 / 16:10
KTMT-yə görə Ermənistan Kremldən daha bir "dişsiz həmlə" yeyəcək...

13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb - hələlik kənar müdaxilə yoxdur...

13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində - ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:44
BIAF-ın ikinci mövsümü başa çatıb: 37 ölkədən 500-dən çox iştirakçı, 10 mindən artıq tamaşaçı

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

13.11.2026 / 00:37
Prezident İlham Əliyev Litva Prezidenti ilə görüşüb

13.11.2026 / 00:34
Leyla Əliyeva COP31 çərçivəsində şəhərlərdə havanın keyfiyyətinin yaxşılaşdırılmasına dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 00:25
Prezident İlham Əliyevin Antonio Koşta ilə görüşü olub - FOTO

13.11.2026 / 00:17
Prezident İlham Əliyev Dublində Rumıniya Prezidenti ilə görüşdü - FOTO

12.11.2026 / 23:08
Azərbaycanla Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalandı

12.11.2026 / 22:44
Əliyevin "Avropa Siyasi Birliyi" məkanında ikitərəfli görüşləri başladı - FOTO

12.11.2026 / 22:36
Sadiq Hüseynov tək mənim dayağım deyildi...

12.11.2026 / 22:10
Prezident İlham Əliyev Dublində Çexiyanın Baş naziri ilə görüşdü - FOTO

12.11.2026 / 22:01
Prezident İlham Əliyevin Dublində Yunanıstanın Baş naziri ilə görüşü olub - FOTO

12.11.2026 / 21:56
Əbu-Dabi görüşündən sonra Avropa Rusiya əleyhinə yeni sanksiya hazırlığına başladı...

12.11.2026 / 21:42
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Paşinyanla görüşdən görüntülər paylaşılıb

12.11.2026 / 21:39
Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

12.11.2026 / 21:25
İranla ABŞ razılaşdı, dünyanın hələ xəbəri yoxdur...

12.11.2026 / 21:10
Avropa Siyasi Birliyinin Azərbaycana ehtiyacı sürətlə artır...

12.11.2026 / 21:05
Leyla Əliyeva və Alyona Əliyeva COP31 çərçivəsində Sıfır Tullantı Muzeyinin açılışında iştirak ediblər - FOTO

12.11.2026 / 20:53
ABŞ-da ermənilərin dəstəklədiyi 64 demokratın 57-si Konqresə seçildi

12.11.2026 / 20:36
Qazaxıstanın Rusiyanı Türk Dövlətləri Təşkilatına yaxınlaşdırmaq istəyinin böyük təhlükələri üzə çıxır

12.11.2026 / 20:20
Şəkidə girov götürülmüş əsgərimiz sabiq prezidentlə qonşu kamerada saxlanılır...

12.11.2026 / 20:11
Prezident İlham Əliyevin Dublində Paşinyanla görüşü olub - FOTO/YENİLƏNDİ

12.11.2026 / 20:03
Prezident İlham Əliyevin sosial media hesablarında "Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirakına dair paylaşım edilib - VİDEO

12.11.2026 / 19:56
İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

12.11.2026 / 19:44
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib - FOTO/YENİLƏNDİ

12.11.2026 / 19:38
GÖY MƏSCİDİN YADDAŞI: TARİXİ KİM QORUDU, KİMİN ADI ƏBƏDİLƏŞDİRİLDİ?

12.11.2026 / 19:32
Prezident İlham Əliyev Dublində Bolqarıstanın Baş naziri ilə görüşüb

12.11.2026 / 19:10
İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

12.11.2026 / 18:50
Sənaye istehsalı nisbətən azalıb - Azad edilmiş rayonlarda parklar özünü doğrultmur?...

12.11.2026 / 18:21
Nazir Vilayət Eyvazov Gəncədə vətəndaşların müraciətlərini dinləyib və sıra baxışı keçirib - FOTO/VİDEO

12.11.2026 / 18:14
Öz peşəsinin vurğunu Elnarə Salahova... - Həkim-nevroluq Elnarə Salahova yuxu problemləri haqqında danışır

12.11.2026 / 18:11
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısının açılış plenar sessiyasında iştirak edib - FOTO/YENİLƏNDİ

12.11.2026 / 18:10
Bakıda Ağciyər İnstitutunun binası boşaldıldı, personal çıxarıldı - SƏBƏB...

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ