Cümə günü, 13 noyabr 2026
     

Qarabağ danışıqlar prosesində yüksək diplomatik fəallıq mərhələsi başlanır...

Image


Dağlıq Qarabağ münaqişəsinin dinc müstəvidə tənzimlənməsi üçün diplomatik fəallığın yüksək səviyyədə olması da zəruri şərtlərdən biri sayılır. Verilən son rəsmi açıqlamalardan isə bu qənaətə gəlmək mümkündür ki, cari il ərzində konflikt üzrə diplomatik aktivlik dərəcəsi xeyli yüksək olacaq. Hadisələrin bu səpkidə inkişafı Azərbaycanın maraqlarına tam şəkildə cavab verir.

O da maraqlıdır ki, Cənubi Qafqazda geosiyasi, geoiqtisadi maraqları kifayət qədər yüksək olan ölkələr cari il ərzində Qarabağ məsələsinin çözümü istiqamətində diplomatik səylərin artırılacağını bəyan edir. Ekspertlərin fikrincə, əslində, dünya geosiyasi müstəvisində formalaşan vəziyyət, böyük güclərin Qafqazda mövqelərini möhkəmləndirmək niyyətləri fonunda Qarabağ məsələsinin həlli istiqamətində nəticəsi olan diplomatik aktivlik gözləmək mümkündür. Yuxarıda qeyd olunduğu kimi, aparıcı qüvvələr özləri diplomatik fəallığın yüksəldilməsinin tərəfdarı qismində çıxış edir. Elə bu günlərdə Rusiyanın xarici işlər naziri Sergey Lavrov da bildirmişdi ki, Qarabağ məsələsinin çözümü mümkün qədər tez baş tutmalıdır: "Məsələyə mərhələli yanaşma lazımdır. Bu mərhələli yanaşma nəyi indi etməyin mümkünlüyünü göstərəcək, münaqişənin yekun həlli və Dağlıq Qarabağın statusu ilə bağlı əlavə müzakirəyə ehtiyac olan yolları müəyyən edəcək. Yəni iş tərəflərin üzərindədir". 

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova isə növbəti dəfə bu mövzuya toxunaraq maraqlı açıqlama verib. Onun sözlərinə görə, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə danışıqlar prosesində əsas diqqəti, aktivliklə yanaşı, effektivliyin artırılmasına da göstərmək lazımdır.

Zaxarova bundan sonra əsas diqqətin məhz bu nüansa göstəriləcəyindən ümidvar olduğunu bildirib: "Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı danışıqlar prosesində effektivliyi artırmaq lazımdır. Hesab edirəm ki, hər kəs də bununla məşğul olacaq. Rusiya ATƏT-in Minsk Qrupunun həmsədri kimi Dağlıq Qarabağ münaqişəsi ətrafındakı sülhməramlı prosesdə effektivliyini artırmaq niyyətindədir".

Bu günlərdə isə Fransa prezidenti Emmanuel Makron erməni həmkarı ilə görüşdən sonra açıq mətnlə bəyan edib ki, Dağlıq Qarabağ münaqişəsinin tezliklə  həllini tapmaq olduqca vacibdir. Makron onu da bəyan edib ki, Fransa Rusiya və ABŞ-la birgə Qarabağ münaqişəsinin həllinə yardım etməyə hazırdır: "Fransa tərəflər arasında mübahisədə qərəzsiz vasitəçi missiyasına sadiqdir. Biz rusiyalı və amerikalı tərəfdaşlarımızla birgə bu münaqişənin həllinə yardım edə biləcək istənilən təşəbbüsə getməyə hazırıq".

ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta da ölkəsinin diplomatik aktivlik dərəcəsini artıracağını diqqətə çatdırb. Səfir Dağlıq Qarabağ münaqişəsinin həllinə ciddi yanaşdığını, rəsmi Vaşinqton münaqişənin sülh yolu ilə həllinin tərəfdarı olduğunu vurğulayıb: "Bu gün iki ölkənin birgə görməli olduğu işlərin ən vacibi uzun müddətdir davam edən və tez bir zamanda dinc yolla həlli vacib olan Dağlıq Qarabağ münaqişəsidir. ABŞ Minsk Qrupunun həmsədrlərindən biri olaraq, digər həmsədrlərlə və Azərbaycanla birgə bu istiqamətdə səylərini artıracaq". Beləliklə, bu açıqlamalardan bəlli olur ki, Minsk Qrupunun həmsədr ölkələri Qarabağ məsələsinin həllində diplomatik səylərini cari ildə yüksəltmək niyyətindədir. Həmsədrlərin gələn ayın əvvəlində regiona baş tutacaq səfərləri fonunda diplomatik fəallığın yüksəldilməsi isə olduqca vacib əhəmiyyət kəsb edir. Amma Azərbaycan məsələnin təkcə Minsk Qrupunun həmsədrləri səviyyəsində diqqət mərkəzində yer almasını istəmir. Belə görünür ki, cari il ərzində Avropa Şurası da Qarabağ münaqişəsini xüsusi diqqət mərkəzində saxlayacaq. Xüsusən də Avropa Şurası Parlament Assamleyasının Münaqişələr üzrə Alt Komitəsinin yenidən formalaşdırılması prosesə vacib töhfəsini verə bilər. Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətinin rəhbəri, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov da prosesi müsbət qiymətləndirir: "Avropa Şurası Parlament Assamleyasının Münaqişələr üzrə Alt Komitəsi yenidən formalaşdırılır. Belə qurumların sayca çoxluğu Azərbaycan üçün müsbət haldır.  Hər il Parlament Assamleyasının qış sessiyasında Alt Komitənin yenidən formalaşdırılması məsələsinə baxılır və qərar qəbul edilir. Belə komitənin fəaliyyət göstərməsi Azərbaycan üçün çox müsbət haldır. Münaqişələr üzrə Alt Komitə çərçivəsində Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll edilməsi ətrafında müzakirələr aparılır. Dağlıq Qarabağ münaqişəsi nə qədər çox gündəmə gətirilərsə, münaqişənin həllinə o qədər tez nail olarıq". Alt Komitəsinin sədri Stefan Şennak  da eyni mövqedədir. O, AŞPA Alt Komitəsində Dağlıq Qarabağ münaqişəsi ilə bağlı aparılan müzakirələrdə fasilə yaranmasının səbəbini də açıqlayıb: "Avropa Şurası Parlament Assambleyasının Alt Komitəsi çərçivəsində Dağlıq Qarabağ münaqişəsinin həlli üçün aparılan müzakirələrdə hələlik fasilə yaranıb. Yaxın günlərdə  Dağlıq Qarabağ münaqişəsi gündəlikdə deyil. Buna səbəb Alt Komitənin Dnestryanı münaqişəsi ilə sıx və fəal şəkildə məşğul olmasıdır. Dnestryanı münaqişəsi ətrafında intensiv müzakirələr 3 ildir aparılır və bu münaqişənin həlli istiqamətində uğurlarımız var. Məqsədimiz işimizi axıra çatdırmaqdır. Çox güman ki, aprel ayında Dağlıq Qarabağ münaqişəsi ətrafında danışıqlara yenidən başlayacağıq" .

Avropa Şurası Nazirlər Komitəsinin sədri, Danimarkanın xarici işlər naziri Anders Samuelsen də məsələyə maraqlı prizmadan yanaşır. O bildirir ki, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə tezliklə həll edilməsinə nail olmalıyıq. Onun sözlərinə görə, vətəndaşların Dağlıq Qarabağ münaqişəsinin nəticələrindən zərər çəkməsi təəssüf doğurur: "Azərbaycan və Ermənistanın beynəlxalq təşkilatlar qarşısında üzərinə götürdüyü öhdəliklərə əməl etməsi və bu münaqişənin sülh yolu ilə nizamlanması çox vacibdir. Mən bu istiqamətdə ATƏT-in Minsk Qrupunun fəaliyyətini dəstəkləyirəm. Çünki ATƏT-in Minsk Qrupu çərçivəsində müntəzəm görüşlər keçirilir. Ona görə də bu səylərin tezliklə müsbət nəticələr verəcəyinə, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll ediləcəyinə ümidvaram".

Bununla yanaşı, italiyalı deputat Mikele Nikolettinin Avropa Şurası Parlament Assambleyasının prezidenti seçilməsinin də Qarabağ münaqişəsinin həlli istiqamətində qurumda fəaliyyətin yüksəlməsinə rəvac verəcəyi istisna olunmur. Xatırladaq ki, ATƏT-ə də sədrlik  bu il İtaliya tərəfindən həyata keçrilir. İtaliya isə Qarabağ münaqişəsinin həllində aktiv mövqe sərgiləyəcəyini bəyan edir. Bu aktiv mövqe də təkcə ATƏT yox, həm də Avropa Şurasında özünü göstərəcək.

Türkiyənin AŞPA-dakı nümayəndə heyətinin rəhbəri, deputat Akif Çağatay Kılıç da qeyd olunan fikirləri bölüşür. O qeyd edir ki, italiyalı deputat Mikele Nikolettinin Avropa Şurası Parlament Assambleyasının prezidenti seçilməsi həm Türkiyə, həm də Azərbaycan üçün yalnız uğurlu ola bilər. Türkiyəli parlamentari onu da vurğulayıb ki,  Nikolettinin bu vəzifənin öhdəsindən gələcəyinə şübhə etmir: "O, AŞPA-da uzun illik təcrübəyə malikdir və bir sıra missiyalar həyata keçirib. Digər müsbət tərəf isə əslən italyan mənşəli olması, beləliklə, xarakter və mentalitet baxımından bizə daha yaxın olmasıdır. Həqiqətən də keçirdiyimiz görüşlərdən belə nəticəyə gəlmək olar ki, Mikele Nikoletti dünyagörüşlü, müdrük bir rəhbər olacaq. Onunla uğurlu dialoq qura bilmişik. O, bizi tanıyır, biz onu tanıyırıq. Hesab edirəm ki, onun AŞPA prezidenti seçilməsi həm Türkiyə, həm də Azərbaycan üçün yalnız uğurlu ola bilər". Dağlıq Qarabağ münaqişəsinə toxunan.Kılıç bildirib ki, münaqişə ilə bağlı reallıqlar göz qabağındadır: "Bu gerçəklikləri heç kim inkar edə bilməz. Bu reallıqları saxtalaşdırmağa çalışanlar buna nail ola bilməyəcəklər, çünki artıq hamı həqiqəti bilir. Bu günün aktual məsələsi isə bu gerçəklərin qəbul etdirilməsidir. Biz Dağlıq Qarabağ məsələsində bu günə qədər olduğu kimi, bundan sonra da AŞPA çərçivəsində azərbaycanlı deputatlarla birgə fəaliyyət göstərəcəyik".

Bütün bunlar onu göstərir ki, cari il ərzində Qarabağ məsələsində həm ATƏT, həm də Avropa Şurası çərçivəsində diplomatik fəallıq xeyli yüksək olacaq. Eyni zamanda Rusiya, ABŞ və Avropanın özünün də ayrılıqda məsələ ilə bağlı zəruri addımlar atması gözlənir. Hadisələrin qeyd olunan səpkidə inkişafı isə Azərbaycanın maraqlarına tam cavab verir. Bununla yanaşı, o da faktdır ki, barəsində bəhs edilən diplomatik fəallıq istənilən nəticəni verməsə, hərb yolu qaçılmaz olacaq. Əslində, bu gün Ermənistanı qeyd olunan istiqamətdə də böyük qorxu bürüməkdədir.  Erməni mediasının məlumatına görə, generallar apreldə idarəçilik sisteminin dəyişməsindən sonra ordunun taleyinin necə olacağından narahatdır. Erməni siyasi şərhçi Naira Ayrumyan yazır ki, generallar sistem dəyişikliyindən sonra Azərbaycanın erməni ordusunu Qarabağdan asanlıqla təmizləyəcəyindən qorxur: "Apreldən sonra Ermənistanda parlament idarə-üsuluna keçid ediləcək və ölkədə baş nazir əsas güc olacaq. Generallar dəyişiklikdən sonra orduya kimin əmr verəcəyini aydınlaşdırmaq istəyir. Həmçinin, onlar ölkənin idarə edilməsində pay almaq istəyirlər. Bütün bunlarla yanaşı, generallar Azərbaycanın Qarabağı azad edəcəyindən narahatdır. Hətta məxfi görüşlərdə Azərbaycan ordusunun gücü və Qarabağı bir gecədə azad edə biləcəyi ssenariləri açıq şəkildə müzakirə edilir. Çünki Qarabağ məsələsi onların əksəriyyətinin yüksək post tutmasının əsas səbəbidir". Amma erməni tərəfi yaxşı başa düşür ki, hərbi əməliyyatlara start verilməsi fonunda nə onların özlərindən, nə də tutduqları postlardan əsər-əlamət qalmayacaq. Bu mənada münaqişənin dinc müstəvidə həlli erməni tərəfi üçün də çox sərfəlidir.

Tahir TAĞIYEV

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

13.11.2026 / 20:13
Məzuniyyətin pulla əvəzlənməsi - İşçi özü istəyirsə, pisdir?

13.11.2026 / 19:52
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək pul tələb edən şəxs saxlanıldı - VİDEO

13.11.2026 / 19:37
Avropanın Bakı zirvəsi təsadüfi qərar deyil...

13.11.2026 / 19:15
İşdə məhəbbət macərası - DOST Agentliyinin müdir müavini buna görə işdən azad olundu

13.11.2026 / 18:58
Zelenski Əliyevdən umacaqlarını Dublində bu cür dilə gətirdi...

13.11.2026 / 18:41
Güclü Avropanın gələcəyində Azərbaycanın yeri - Dublin zirvəsi perspektivi göstərdi...

13.11.2026 / 18:26
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatdı

13.11.2026 / 18:23
Dublin zirvəsi Qafqazda sülh prosesini sürətləndirir - Əliyev Avropa zirvəsində...

13.11.2026 / 17:56
Rusiya xarici ticarətdə dolları yuanla əvəzləyə bilmədi - uğursuzluğun səbəbi...

13.11.2026 / 17:55
Avropa ölkələri birgə xartiya imzaladılar - Rusiyadan gələcək təhlükələrə qarşı

13.11.2026 / 17:40
Firəngiz Əlizadə bəstəkarların əsas problemlərini gündəmə gətirdi - "Kabinetimə gəlib ağlayırlar"

13.11.2026 / 17:13
Bakıdan gəlib bağ evi tikən imkanlı şəxslərin üzündən bəzi rayonlarda torpağın sotu 15–20 min manata çatıb.... Niyə?

13.11.2026 / 16:55
İrandan Almaniyaya 29 kq-dan çox metamfetamin aparanlar Naxçıvanda yaxalandı

13.11.2026 / 16:40
Ev təsərrüfatlarının uçotunun arxasında nələr var - Şayiələr baş alıb gedir, bəs həqiqət harada?...

13.11.2026 / 16:26
“Yazıçılar Birliyi hara, restoran hara?” – Anar parlamentdən kömək istədi...

13.11.2026 / 16:10
KTMT-yə görə Ermənistan Kremldən daha bir "dişsiz həmlə" yeyəcək...

13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb - hələlik kənar müdaxilə yoxdur...

13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində - ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:44
BIAF-ın ikinci mövsümü başa çatıb: 37 ölkədən 500-dən çox iştirakçı, 10 mindən artıq tamaşaçı

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

13.11.2026 / 00:37
Prezident İlham Əliyev Litva Prezidenti ilə görüşüb

13.11.2026 / 00:34
Leyla Əliyeva COP31 çərçivəsində şəhərlərdə havanın keyfiyyətinin yaxşılaşdırılmasına dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 00:25
Prezident İlham Əliyevin Antonio Koşta ilə görüşü olub - FOTO

13.11.2026 / 00:17
Prezident İlham Əliyev Dublində Rumıniya Prezidenti ilə görüşdü - FOTO

12.11.2026 / 23:08
Azərbaycanla Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalandı

12.11.2026 / 22:44
Əliyevin "Avropa Siyasi Birliyi" məkanında ikitərəfli görüşləri başladı - FOTO

12.11.2026 / 22:36
Sadiq Hüseynov tək mənim dayağım deyildi...

12.11.2026 / 22:10
Prezident İlham Əliyev Dublində Çexiyanın Baş naziri ilə görüşdü - FOTO

12.11.2026 / 22:01
Prezident İlham Əliyevin Dublində Yunanıstanın Baş naziri ilə görüşü olub - FOTO

12.11.2026 / 21:56
Əbu-Dabi görüşündən sonra Avropa Rusiya əleyhinə yeni sanksiya hazırlığına başladı...

12.11.2026 / 21:42
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Paşinyanla görüşdən görüntülər paylaşılıb

12.11.2026 / 21:39
Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

12.11.2026 / 21:25
İranla ABŞ razılaşdı, dünyanın hələ xəbəri yoxdur...

12.11.2026 / 21:10
Avropa Siyasi Birliyinin Azərbaycana ehtiyacı sürətlə artır...

12.11.2026 / 21:05
Leyla Əliyeva və Alyona Əliyeva COP31 çərçivəsində Sıfır Tullantı Muzeyinin açılışında iştirak ediblər - FOTO

12.11.2026 / 20:53
ABŞ-da ermənilərin dəstəklədiyi 64 demokratın 57-si Konqresə seçildi

12.11.2026 / 20:36
Qazaxıstanın Rusiyanı Türk Dövlətləri Təşkilatına yaxınlaşdırmaq istəyinin böyük təhlükələri üzə çıxır

12.11.2026 / 20:20
Şəkidə girov götürülmüş əsgərimiz sabiq prezidentlə qonşu kamerada saxlanılır...

12.11.2026 / 20:11
Prezident İlham Əliyevin Dublində Paşinyanla görüşü olub - FOTO/YENİLƏNDİ

12.11.2026 / 20:03
Prezident İlham Əliyevin sosial media hesablarında "Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirakına dair paylaşım edilib - VİDEO

12.11.2026 / 19:56
İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

12.11.2026 / 19:44
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib - FOTO/YENİLƏNDİ

12.11.2026 / 19:38
GÖY MƏSCİDİN YADDAŞI: TARİXİ KİM QORUDU, KİMİN ADI ƏBƏDİLƏŞDİRİLDİ?

12.11.2026 / 19:32
Prezident İlham Əliyev Dublində Bolqarıstanın Baş naziri ilə görüşüb

12.11.2026 / 19:10
İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

12.11.2026 / 18:50
Sənaye istehsalı nisbətən azalıb - Azad edilmiş rayonlarda parklar özünü doğrultmur?...

12.11.2026 / 18:21
Nazir Vilayət Eyvazov Gəncədə vətəndaşların müraciətlərini dinləyib və sıra baxışı keçirib - FOTO/VİDEO

12.11.2026 / 18:14
Öz peşəsinin vurğunu Elnarə Salahova... - Həkim-nevroluq Elnarə Salahova yuxu problemləri haqqında danışır

12.11.2026 / 18:11
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısının açılış plenar sessiyasında iştirak edib - FOTO/YENİLƏNDİ

12.11.2026 / 18:10
Bakıda Ağciyər İnstitutunun binası boşaldıldı, personal çıxarıldı - SƏBƏB...

12.11.2026 / 18:08
Prezidentlik üçün Rubionu dəstəkləyən respublikaçıların sayı artır - Politiko

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ