çərşənbə günü, 11 noyabr 2026
     

Rusiyanın Əfqanıstanda gizli oyunu, ABŞ Suriyadan sonra daha bir zərbəni Əfqanıstanda ala bilər...

Image


Əfqanıstanda NATO əsgərləri və ABŞ-ın nəzarətində olan yerli hökumətlə mübarizə aparan “Taliban”ın Rusiya ilə yaxınlaşdığı söz-söhbətləri Vaşinqtonda ciddi narahatlığa yol açıb. Rusiyanın iddiaları təkzib etməsi, “Taliban”ın isə əksinə bunu təsdiqləməsi şübhələri daha da artırır.

Baki-xeber.comn xəbər verir ki, ABŞ, son vaxtlar Rusiya ilə “Taliban” arasında yaxınlaşma xəbərlərindən sonra Kabil hökumətinin devriləcəyindən narahatdır. Belə ki, Vaşinqton Rusiya və “Taliban” arasındakı bağların dərinləşməsi, onsuz da qeyri-sabit ölkədə vəziyyətin daha da kompleks hala gətirilərək Kabildəki hökuməti devirmək üçün ortaq hərəkət etdiklərinə dair məlumatlardan narahatlıqlarını açıq dilə gətirməyə başlayıb.

 “The New York Times” yazır ki, ABŞ rəsmiləri Rusiyanın bu ölkədə İŞİD-lə mübarizə açıqlamalarının “Taliban”a yardımları pərdələmək cəhdindən başqa bir şey olmadığı fikrindədir.

Ancaq Rusiya iddiaları təkzib edir, ən maraqlısı da odur ki “Taliban” Moskvanın əksinə olaraq yaxınlaşma olduğunu təsdiqləyir.

Əfqanıstan parlamenti isə məsələni yaxın günlərdə müzakirəyə çıxarmağı planlaşdırır. Məhz bu xəbərdən sonra Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Kabildəki rus səfirliyində mətbuat konfransı keçirərək “Taliban”la görüşün olmadığını deyib: "Rusiya “Taliban”la hər hansı bir gizli görüş keçirməyib, onlara dəstək iddiaları da yalandır".

Zaxarova, Rusiyanın Əfqanıstanda sülh istədiyini və yalnız “Taliban”ın deyil, bölgədəki bütün müxaliflərin sülh müzakirələrinə qatılması tərəfdarı olduğunu deyib.

«Taliban» sözçüsü Zabihullah Mücahid isə Rusiyanın onlara mənəvi və siyasi baxımdan dəstək olduğunu deyir. O, ruslarla çoxdan, İŞİD-dən öncə əməkdaşlıq etdiklərini bildirir: «2008-ci ilin əvvəlində – Rusiya bizə dəstək olanda, dünyada İŞİD deyilən şey yox idi. Onların yeganə məqsədi bizi ABŞ və onun müttəfiqlərinə qarşı gücləndirmək idi».

Talibançılar Rusiyanın dəstəyinin ölkədəki ABŞ əsgərlərindən xilas olmaq üçün onlara lazım olduğunu da deyir: «Biz mümkün qədər tez ABŞ və digər xarici əsgərlərin torpaqlarımızı tərk etməsini istəyirik. Əfqanıstanın ABŞ və onun müttəfiqlərindən yaxa qurtarması üçün dəstəyə ehtiyacı var və Rusiya da yad qüvvələrin Əfqanıstanı tərk etməsini istəyir».

«Taliban» təmsilçilərinin bu yaxınlarda Tacikistanda, sonra da Moskvada Rusiya rəsmilərilə görüşləri və ələ keçirilmiş rus silahları əfqan kəşfiyyatını da narahat edir. Onlar Rusiyanın «Taliban»ı həm silah, həm də pulla təmin edəcəyindən qorxurlar. “Taliban”ın Kunduz kölgə qubernatoru Molla Abdul Salamın Tacikistana səfər etdiyini deyən Kunduz təhlükəsizlik xidmətinin rəhbəri Qasım Canqalbaq “Taliban”ın ruslarla danışıqlar apardığını deyir. Ancaq bununla belə Rusiyanın “Taliban”a birbaşa kömək etdiyinə dair əllərində dəlil olmadığını bildirib: “Taliban” əgər Rusiyadan zenit almağı bacarsa bölgədə böyük bir oyun dəyişikliyi olacaq və o zaman sülhü unudun".

Əfqanıstandakı NATO qüvvələrinin komandiri general Con Nikolson bölgədə Rusiyanın İŞİD-lə mübarizə məsələsini öz siyasətinə bəraət qazandırmaq məqsədilə ortaya atdığını deyir. O, Rusiyanın Əfqanıstana «düşmən təsirli» ölkələrə – İrana, Pakistana qoşulduğunu, Moskvanın «Taliban»a hüquqi don geyindirdiyini söyləyib.

Xatırladaq ki, Əfqanıstan hələ XIX əsrdən Rusiya ilə Britaniyanın hakimiyyət mübarizəsi apardığı «Böyük Oyun» dövründən beynəlxalq intriqalar və münaqişələrə səhnə olub. Amerika Birləşmiş Ştatları isə 1980-ci illərdə Pakistan vasitəsilə Sovet ordusu ilə mübarizə aparmaq üçün Əfqanıstanın silahlı qiyamçıları “Taliban”a silah və maliyyə dəstəyi verib.

İndi isə ölkədə fəal olan İŞİD döyüşçüləri bir tərəfdən hökumət və koalisiya qüvvələri, digər tərəfdən talibançılarla vuruşur. Rusiya İŞİD-in arxasında ABŞ-ın, ABŞ isə «Taliban»ın arxasında Rusiyanın dayandığını deyir. Moskva Əfqanıstanda müharibəyə görə ABŞ və NATO-nu həmişə qınayıb, yerli hökumətə isə yardım edirdi. Ancaq Ukrayna və Suriya məsələsindən sonra Qərblə münasibətləri pisləşdiyindən Rusiya Əfqanıstan hökumətilə də əməkdaşlığı dayandırıb.

Tahir TAĞIYEV 



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

11.11.2026 / 12:51
İrandan Azərbaycana 34 kq-dan çox narkotikin keçirilməsinin qarşısı alındı

11.11.2026 / 12:39
Minimum 21 günlük əmək məzuniyyətinin pulla əvəz edilməsi qadağan oluna bilər

11.11.2026 / 12:25
Prezident İlham Əliyev COP31-in Liderlər Sammitində iştirak etmək üçün Antalyadakı Ekspo Mərkəzinə gəlib

11.11.2026 / 12:05
Sathesabı maaş ilk bu sahələrdə tətbiq edilə bilər...

11.11.2026 / 11:50
“Ar olsun!”, “Əllərin qana batıb!” - Baydenin üstünə süd paketi atdılar

11.11.2026 / 11:39
COP31 çərçivəsində Qarabağ Dirçəliş Fondundan mühüm təşəbbüs - mina terroruna qarşı...

11.11.2026 / 11:20
Prezident İlham Əliyev Bolqarıstan Prezidentinə başsağlığı verib

11.11.2026 / 11:20
Dünya liderləri iqlim diplomatiyası üçün Antalyada bir araya gəlir – COP31 Liderlər Zirvəsi başlayır

11.11.2026 / 10:38
DİN avtomobil idarə edərkən "TikTok"da canlı yayım açanlara xəbərdarlıq etdi

11.11.2026 / 10:29
ABŞ-ın Maliyyə maziri İran təhdidinə görə evindən hərbi bazaya köçdü...

11.11.2026 / 10:07
Ukrayna Rusiyanın Baltik dənizindəki ən böyük limanına hücum etdi...

11.11.2026 / 09:50
Azərbaycan nefti 99 dollara düşdü...

11.11.2026 / 09:37
Respublikaçılar Pentaqonun rəhbərini impiçment cəhdinin qarşısını aldı – ancaq Demokratlar dayanmayacaq...

11.11.2026 / 09:21
Evdə uşağı döyənlər 200 manat cərimələnəcək...

11.11.2026 / 08:52
Tramp demokratları Heqsetə qarşı impiçment cəhdlərinə son qoymağa çağırdı

10.11.2026 / 21:22
Ərəb millət vəkilləri İsrailin dövlət himni səsləndirilərkən Knesset zalını tərk etdilər - Mənsur Abbas xaric…

10.11.2026 / 21:02
Fransa supermarketlərində soyuducuları “qaynama dərəcəsinə” çatdıranların kimliyi bəlli oldu - iranlı haker qrupu…

10.11.2026 / 19:43
Fransada daha yaxşı təhsil şəraiti tələb edən şagirdlər məktəbləri mühasirəyə aldılar...

10.11.2026 / 19:27
Ermənistanın KTMT-də səsvermə hüququndan məhrum edilir - qərar sabah veriləcək...

10.11.2026 / 19:20
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başlayıb - FOTO

10.11.2026 / 19:05
Əbu-Dabidə Rusiya-ABŞ-Ukrayna danışıqlarının ilk günü başa çatdı - 4 saatdan çox davam edən görüşdə nələr müzakirə olundu...

10.11.2026 / 18:15
Bu şəxslər kredit götürənlərə zamin dura bilməyəcək - QƏRAR

10.11.2026 / 17:43
Rusiya Ukraynanın hücumlarına görə bütün strateji bombardmançılarını Uzaq Şərqə köçürdü...

10.11.2026 / 16:12
Azərbaycan, Türkiyə, Gürcüstan və Bolqarıstan təmiz enerji sahəsində strateji tərəfdaşlıq sazişi imzaladı

10.11.2026 / 15:10
Yerə zibil atanları 10 min manatadək cərimə gözləyir

10.11.2026 / 14:22
ABŞ daha bir Britaniya bazasından təyyarələrini geri çəkdi – İran təhlükəsi...

10.11.2026 / 14:08
Rusiya ilə Ukrayna arasında gizli razılaşma? - Ərazi mübadiləsi...

10.11.2026 / 13:44
Legioner elm: Azərbaycan elminin icarəyə verilmiş reytinqi - İlham Əhmədov yazır...

10.11.2026 / 13:07
İrəvandakı Azərbaycan məscidində erməni şairin büstü qoyulacaq - TƏXRİBAT

10.11.2026 / 12:40
Azərbaycan XİN Polşada baş verən silahlı hücumla bağlı başsağlığı verdi

10.11.2026 / 11:56
Konqres impiçment qərarına Pentaqon rəsmisindən başlayır - Heqset “narahat deyiləm” deyir…

10.11.2026 / 11:54
Prezident İlham Əliyev Polşa Prezidentinə başsağlığı məktubu ünvanlayıb

10.11.2026 / 11:47
Prezident İlham Əliyev Ərdoğana başsağlığı verdi

10.11.2026 / 11:43
Üç ölkə liderinin Çençjen görüşü sual altına düşdü - ABŞ və Çin görüşün formatı barədə razılığa gələ bilmir

10.11.2026 / 11:33
Vaşinqton və İran arasında “uran razılaşması” əldə olunub?..

10.11.2026 / 11:26
Üçrəngli Azərbaycan bayrağını ABŞ-da tanıdan məşhur meksikalı sənətkar - Enrike Kabrera

10.11.2026 / 10:33
Rubio Ukraynaya təhlükəsizlik zəmanətinin verilməsi üçün Rusiyanın razılığını vacib sayır...

10.11.2026 / 10:07
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Ərdoğanın Azərbaycana səfəri ilə bağlı paylaşım edilib - VİDEO

10.11.2026 / 09:27
Bu gündən nisyə mal satanlara yeni tələb qoyulur

10.11.2026 / 09:04
Rusiya Ukraynanı Dnepr çayı boyunca bölməyə çalışır - Zelenski açıqladı

09.11.2026 / 22:59
Azərbaycandan Türkiyəyə başsağlığı mesajı - “Kədərinizi bölüşürük…”

09.11.2026 / 22:15
Fransa SEPAH-ı genişmiqyaslı kiberhücumda ittiham etdi, Aİ-ni İrana qarşı sanksiyalar tətbiq etməyə çağırdı

09.11.2026 / 19:33
2026-cı il ən isti dörd ildən biri olacaq

09.11.2026 / 19:08
Baş Qərargah:"Müdafiə qüvvələri Donetsk vilayətinin müvəqqəti işğal olunmuş ərazisində Rusiyanın "Starlink" blokada stansiyasına zərbə endirib"

09.11.2026 / 18:17
Tramp "Nvidia"-nın baş direktoru Huanqı "ləyaqətli adam" adlandırdı, iddiaları isə müzakirə etmədiyini dedi

09.11.2026 / 18:10
Kolumbiya Konqresinin binası qarşısında və Boqota küçələrində Zəfər Günü aksiyası baş tutub

09.11.2026 / 18:02
Rusiya nümayəndə heyəti Ukrayna ilə bağlı danışıqlar üçün Əbu-Dabiyə gedib

09.11.2026 / 17:55
Omanda Zəfər Günü qeyd edilib

09.11.2026 / 17:48
Makrona etimad göstərənlərin sayı 12 faizə düşüb

09.11.2026 / 17:44
Ukrayna ordusunun da Kosmik Qüvvələri olacaq…

09.11.2026 / 17:35
Tehranda Zəfər Günü münasibətilə rəsmi qəbul keçirilib

09.11.2026 / 17:31
ABŞ İranla müharibəni bitirmək üçün Çindən kömək istədi...

09.11.2026 / 17:00
“Müharibə bitdikdən sonra Ukrayna "bir az fərqli bir formada" olacaq” - Tramp bununla nə demək istəyir...

09.11.2026 / 16:13
SOCAR ilə “Sinopec Corp.” arasında Anlaşma Memorandumu imzalanıb

09.11.2026 / 15:11
ABŞ dövlət katibi İranın tələblərini gülünc və qeyri-real adlandırdı - heç bir irəliləyiş yoxdur...

09.11.2026 / 14:04
Prezident Draqan Vladisavljeviçi “Dostluq” ordeni ilə təltif etdi

09.11.2026 / 13:39
“Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması öz nəticəsini verir" - Şoyqu

09.11.2026 / 13:25
Ölümdən sonra cənnətə gedəcəyimi gözləyirəm, cəhənnəmə getmək istəmirəm - Trampdan maraqlı açıqlama...

09.11.2026 / 13:03
Müdafiə naziri Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan Ordusunu təbrik etdi

09.11.2026 / 12:49
Trampdan Heqsetin mümkün impiçmentinə reaksiya – bu ədalətsizlikdir...

09.11.2026 / 12:33
Rusiya XİN Ermənistanı Aİ-yə üzvlük müraciətindən əvvəl referendum keçirməyə çağırdı...

09.11.2026 / 11:54
Naxçıvanda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüş olub

09.11.2026 / 11:43
Bakıda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüşlər keçirilir - FOTO

09.11.2026 / 11:35
Bölgələrdə yol qəzalarının sayı artıb - BDYPİ xəbərdarlıq edir...

09.11.2026 / 11:30
Prezident İlham Əliyev Kamboca Kralını təbrik etdi

09.11.2026 / 11:22
Rusiya XİN Ermənistanı öz məsuliyyətini KTMT-nin üzərinə atmaqda ittiham etdi...

09.11.2026 / 10:36
Rayonlara qar yağır - Faktiki hava

09.11.2026 / 10:10
Türkiyə XİN Azərbaycan xalqını Dövlət Bayrağı Günü münasibətilə təbrik etdi

09.11.2026 / 09:52
Ukrayna Rusiyanın ikinci ən böyük neft emalı zavodunu vurdu...

09.11.2026 / 09:28
Tramp ABŞ-ın bir saatda İranda 38 körpünü dağıda biləcəyini deyir - bunu istəmirəm...

09.11.2026 / 09:10
İran ABŞ-ın Qeşm adasına hücum etdiyini bildirir...

09.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım edib

09.11.2026 / 00:25
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub - VİDEO

09.11.2026 / 00:05
Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur

08.11.2026 / 21:12
Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb - FOTO

08.11.2026 / 20:56
Ərdoğanın Azərbaycana səfəri başa çatdı - FOTO

08.11.2026 / 20:42
Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO

08.11.2026 / 20:39
Ankarada əkiz qüllələr, İstanbulda körpü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılır - FOTO

08.11.2026 / 19:49
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

08.11.2026 / 19:25
Prezident Əliyevin sosial şəbəkə səhifələrində Ərdoğanla Şuşadakı görüşdən görüntülər paylaşılıb - VİDEO

08.11.2026 / 19:14
"Bakının sevinci Ankaranın sevincidir, Şuşanın qüruru bütün millətimizin qürurudur" - Ərdoğan

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ