“Soyuq müharibə”dən bu yana ilk dəfə Rusiya sərhədinə böyük ordu toplamağa hazırlaşan NATO Litvada hərbi təlimlərə başlayıb. Baki-xeber.com xəbər verir ki, Moskva ilə hərbi alyans arasında gərginliyin yüksəldiyi bir vaxtda reallaşan təlimlər “Dəmir Qılınç 2016” adlandırılır.
Pabrade şəhərində keçirilən təlimlərə 11 NATO ölkəsindən 4 min əsgər qatılıb. Təlimlərdə İngiltərənin döyüş təyyarələri, əsgər və tanklarını yerləşdirəcəyi Estoniya da iştirak edir.
Belə bir vaxtda Rusiya da Ukrayna sərhədində 55 minlik ordu toplamağa hazırlaşır. Prezident Vladimir Putin minlərlə əsgərin sərhədə göndərilməsini əmr edib. Rusiya Ukrayna sərhədində 55 minlik ordu ilə təlimlərə hazırlaşır. Kiyev rəhbərliyinin raket təlimlərinə cavab vermək üçün isə, rus döyüş gəmiləri Krım sahillərində gözləyir.
Bir müddət əvvəl NATO-nun ən güclü ölkəsi ABŞ-ın Şimal Qütbündə keçirdiyi hərbi təlimlər Rusiyanı ciddi narahat etmişdi. Çünki bu təlimlər Norveç-Rusiya sərhədinə çox yaxın bölgədə keçirilirdi. 300 əsgər və “Abrams” tanklarının da qatıldığı təlimlərin keçirildiyi vaxt Rusiya hərbi helikopterlərini sərhəddə göndərmişdi.
Qeyd edək ki, bir müddət əvvəl NATO İngiltərə vasitəsilə Rumıniya və Estoniyaya əsgər göndərəcəyini bəyan edib, Döyüş təyyarələri, tanklar və əsgərlərin Rusiyanın qərb sərhədinə yerləşdirilməsi “Soyuq müharibə”dən bu yana ən böyük əzələ nümayişi kimi dəyərləndirilir. NATO-nun bu qərarını çox sərt qarşılayan Moskva isə bu addımlara quru sərhədi olmayan Baltik dənizi sahilindəki Kalininqrada “S-400” və “İskəndər” raket sistemləri yerləşdirərək cavab verdi. Moskva həmçinin, Polşa sərhədinə son texnologiya kənardan idarə olunan döyüş robotu və robot tank da yerləşdirir. Putin isə bir az da irəli gedərək sərhəddə yerləşdirilən NATO ordusunun Rusiya raketlərinin hədəfi olacağını açıq bəyan edib.
TAHİR