çərşənbə günü, 25 noyabr 2026
     

Suriya Rusiya üçün ikinci Əfqanıstan, ya...

Image


Rusiya döyüş təyyarələrinin Suriyada başlatdığı hava əməliyyatı dünya gündəmini qarışdırdı. Bu əməliyyatlar "İŞİD-mi yoxsa müxaliflərə qarşımı” sualını da özü ilə gətirdi. Rusiya İŞİD hədəflərini bombaladığını iddia edir, suriyalı müxaliflər və Qərb isə Rusiyanın mülki vətəndaşları vurduğunu iddia edir. Hər iki cəbhədən fərqli iddialar səslənir.

Baki-xeber.com xəbər verir ki, Rusiya bu gün də 30 hədəfi bombalayıb, hədəflər arasında "Fəth Ordusu”nun da olduğu bildirilir.

İordaniya xəbər saytı "Al Bawaba”nın xəbərinə görə, rus qırıcıları Suriyadakı "Əl-Qaidə”yə bağlı Nusra Cəbhəsinə aid hədəfləri vurub. Təşkilatın "Fəth Ordusu"nun qərargahının 30 dəfə bombardman edildiyi və yaraqlıların hədəf alındığı qeyd edilir.

CNN televiziyasına açıqlama verən amerikalı senator Con Makkeyn isə Rusiya döyüş təyyarələrinin Suriyada CIA (ABŞ kəşfiyyatı) tərəfindən təlim keçirilən Azad Suriya Ordusunun döyüşçülərini də vurduğunu bildirib. Makkeyn bununla bağlı məlumatı bölgədəki mənbələrdən aldığını bildirib. "Reuters”ə açıqlama verən Azad Suriya Ordusu komandirlərindən biri də Rusiya təyyarələrinin təlim düşərgələrindən birini vurduğunu bildirib.

Obama administrasiyası bildirib ki, Rusiyanın Suriya daxilində kimi bombaladığını bilmir. Hələlik bilinən odur ki, Rusiya CIA-nın sınaqdan çıxardığı, ABŞ silahlarından istifadə edən üsyançı qrupa zərbə endirib. «Tajammu al-Aaza» qruplaşmasının rəhbəri Jamil al-Saleh deyib ki, zərbələr onların Suriyanın qərbindəki əl-Latamina bazasına dəyib.

«Foreign Policy» yazır ki, üsyançılara ABŞ istehsalı olan avadanlıq verilib. Üstəlik, əməliyyatların mərkəzində ABŞ kəşfiyyat rəsmilərinin olduğu bildirilir. Yəni bütün bunlar «Tajammu al-Aaza»ya silahların rəsmi icazə ilə verildiyini göstərir: «Bu qrupa silah verilməsinin bir səbəbi o ola bilər ki, «Tajammu al-Aaza» ABŞ-ın cihadçı hərəkata hava kampaniyasını dəstəkləyib. Qruplaşma bir bəyanatında İŞİD-i Suriya inqilabına təhlükə adlandırıb və beynəlxalq koalisiyanı Əsəd rejiminə qarşı hava kampaniyasını genişləndirməyə çağırıb».

Rusiya İraqdakı ABŞ səfirliyinə xəbərdarlıq göndərib ki, Rusiyanın bomba zərbələri zamanı koalisiya Suriyanın hava məkanından kənar dursun, ancaq amerikanlar etiraz edib. Ancaq sonradan Kreml bu məlumatları təkzib edib.

Livanda "Hizbullah”a dolayısı ilə Bəşər Əsəd rejiminə yaxınlığı ilə tanınan "Mayadeen TV” rus təyyarələrinin cümə axşamı müxaliflərin əlindəki bölgələri vurduğuna dair məlumat yayıb. Televiziya çərşənbə günü başlayan bombardımanlarda İdlib və Hamanın güneyinin də hədəf alındığını bildirir. Bu bölgələr də İŞİD-lə də döyüşən müxalif qrupların əlindədir.

Müxaliflər tərəfindən ələ keçirilən İdlip şəhəri, Əsədin məmləkəti Lazkiyəyə və ətrafına yaxın olduğuna görə, rejim tərəfindən böyük əhəmiyyət daşıyır.

Onu da qeyd edək ki, dünən də Rusiya Suriyada Humus bölgəsində 20 hava əməliyyatı keçirib. Rusiya 8 İŞİD hədəfini vurduğunu iddia edir, ABŞ isə "Rusiyanın vurduğu bölgədə İŞİD yoxdur" deyir. ABŞ bildirib ki, hədəflərin Suriya prezidenti Bəşər Əsədin opponentləri olduğundan narahatdır.

Müxalif Azad Suriya Ordusuna bağlı bir qrup isə rus qırıcılarının İŞİD-i deyil onları hədəf aldığını və 26 nəfərin öldüyünü iddia edirlər. Müxaliflər bir az da irəli gedərək Rusiyanın onları hədəf almasının Vaşinqtonla razılaşdırılmış ola biləcəyini də iddia edirlər.

Kreml isə Rusiyanın Suriyada başlatdığı hava hücumlarında terror təşkilatlarının hədəf alındığını bildirir. Putinin sözçüsü Dmitri Peskov hədəflərin Suriya ordusu ilə birlikdə seçildiyini bildirib.

Onu da qeyd edək ki, Suriyada təsadüfi insidentlərin baş verməsindən qorunmaq üçün Rusiya hərbçiləri ABŞ həmkarları ilə yaxın vaxtlarda məsləhətləşmələrə başlayacaq. Bu barədə ABŞ dövlət katibi Con Kerri və Rusiya XİN rəhbəri Sergey Lavrovun birgə mətbuat konfransında elan olunub.

Rusiyanın 1979-ci ildə Əfqanıstan ərazisindəki hava əməliyyatlarından sonra ilk dəfə sərhədləri xaricinə çıxdığı Suriyada nələr edəcəyini indi bütün dünyada müzakirə mövzusuna çevrilib.

"Independent” qəzeti isə yazır ki, Rusiyanın Suriyada bombardmana başlaması, oradakı vətəndaş müharibəsində dönüş yaradacaq. Bu Rusiya və ABŞ-ın münaqişənin yanında deyil ortasında, ana səhnədə olacaqları mənasına gəlir. Döyüşə tamamilə daxil olmaları isə qarşıdurmanı daha erkən bitirə bilər. Bu vəziyyətdə Vaşinqton və Moskvanın yerli müttəfiqləri üzərindəki nəzarəti də artacaq.

"Rusiyanın hökumət qüvvələrinə hərbi dəstəyi, Dəməşqin böyük ehtimalla hərbi cəhətdən məğlub olmayacağını, İŞİD və "Əl-Qaidə” kimi qrupların isə qazanmayacağını göstərir. Ancaq bu Bəşər Əsədin hakimiyyətdə qalacağı mənasını vermir. Amma Suriya dövləti, xüsusilə də Suriya ordusu, İraqda 2003-cü ildə Səddamın devrilməsindən sonra dövlətin çökməsi təcrübəsinin əksinə, var olmağa davam edəcək".

Qəzet yazır ki, ruslar Hələbin şimalındadır, Hama, Humus və Dəməşqdə İŞİD-in nəzarətindəki bölgələrdə vurula bilər. Ümumiyyətlə hava əməliyyatlarının sərtliyi çox şeylərə təsir edə bilər: "ABŞ liderliyindəki koalisiya İraqda 4.122 İŞİD hədəfini, Suriyada isə 2.362 İŞİD mövqeyini vurmuşdu. Ancaq bu hava əməliyyatlar təşkilatın 17 mayda İraqda Ramadini, 22 mayda isə Suriyada Palmiranı ələ keçirməsinin qarşısını ala bilməmişdi.

Rusiyanın hərbi əməliyyatları bu böyüklükdə olmayacaq. Ancaq yaxşı həyata keçirilən quru qüvvələri ilə koordinasiyalı hava əməliyyatları İŞİD-ə qarşı işə yaraya bilər. Eynilə Kobani və Hasekedə olduğu kimi".

Müəllif rusların Bağdadda keçən həftə qurulan və Rusiya, İran, İraq tərəfindən idarə edilən kəşfiyyat xidməti ilə çalışdıqlarını bildirir: "Suriyadakı yerli və beynəlxalq aktyorlar Rusiyanın hərbi müdaxiləsinə necə reaksiya verəcək? Qarşıdurmalarının mürəkkəbliyi nəzərə alındıqda bunu qabaqcadan proqnozlaşdırmaq demək olar ki, qeyri-mümkündür.

Suriya böhranı Rusiyaya yenidən ABŞ-a meydan oxuyan və Sovetlər Birliyi qədər olmasa da böyük güc olmaq imkanı tanıdı. Döyüşə girən Moskva bu döyüşü qazanmalı, əks halda yeni statusunu itirə bilər”.

ABŞ rəsmiləri və beynəlxalq hüquq ekspertləri bloombergview.com-a deyiblər ki, Rusiya hökuməti açıq-aşkar Suriya ordusuna kömək edir. Bu halda prezident Putin də daxil olmaqla, ölkə rəsmiləri hərbi cinayətlərə yardım etdiklərinə görə cinayət təqibinə məruz qala bilərlər. Ancaq bəzi ekspertlər Rusiyanın bu məsələdə məsuliyyətini sübuta yetirməyi çətin məsələ sayırlar. Onlar Rusiyanın həmin qəddarlıqda birbaşa iştirak etmədiyini, eyni məntiqlə Birləşmiş Ştatların da İraq və Cənubi Sudan ordusuna hərbi yardım göstərdiyini vurğulayırlar. Bu ordulara qarşı da ittihamlar var. Ancaq digər tərəfdən, Birləşmiş Ştatlar qanunvericiliyi insan haqlarını pozan ordulara birbaşa yardımı qadağan edir. Rusiyada belə bir prosedur yoxdur.

«The Financial Times» isə keçmiş ABŞ prezidenti Corc Buşla Putinin oxşar Şərq siyasətini təhlil edib: «Corc Buşun məşhur bir deyimi var ki, Vladimir Putinin gözlərinin içinə baxıb və onun ruhunu görüb. Ola bilsin, elə də olub – ABŞ-ın keçmiş, Rusiyanın indiki prezidentləri terrorla mübarizə məsələsində ruh-qardaşlarına oxşamağa başlayırlar. Prezident Buş kimi prezident Putin də hərbi qüvvələrini Yaxın Şərqə yerləşdirmək qərarı verib və bunu terrorçuluqla müharibə çərçivəsində etdiyini deyir. Prezident Buş kimi Rusiya lideri də iddia edir ki, bəşəri dünya adından hərəkət edir, qlobal dəstək istəyir».

Ancaq qəzet 2003-cü ildə olduğu kimi, indi də «terrorçu» anlayışının qarışıq olduğunu yazır. O vaxt da cənab Buşun tənqidçiləri Saddam Hüseynin 11 sentyabr terroruna bağlılığına sübutun olmadığını deyirdilər. Eləcə də, Rusiyanın Suriyaya endirdiyi zərbələrin cihadçıları hədəfə almadığına dair geniş məlumatlar yayılır.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

“Günəş fəallığı” Xəzər suyuna təsir edən sonuncu amıldir - Rusiyadan gələn izaha cavab...

Putin “nüvə çantası”nı özü ilə Çinə niyə aparmışdı...

Ermənilər Qarabağda Amaras udin-alban abidəsinə kor iddialardan əl çəkmirlər...

SON XƏBƏRLƏR

25.11.2026 / 12:03
Azərbaycan və Litva Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə imzaladı

25.11.2026 / 11:49
Hörmüz boğazında minaya düşən iki tanker alov aldı...

25.11.2026 / 11:36
Vasif Talıbovun imzaladığı 47 fərman ləğv olundu

25.11.2026 / 11:27
İslam Kərimovun qızı Gülnarənin 252,5 milyon dollarlıq sərvəti aşkarlandı – pullar Özbəkistana qaytarılır...

25.11.2026 / 11:06
Xətainin heykəlinin lövhəsindəki yazı ilə bağlı ekspert qrupu yaradıldı

25.11.2026 / 10:42
Azərbaycanda qədim yaşayış məskəni tapıldı

25.11.2026 / 10:38
Naxçıvan Qaz İstismar Xidməti ləğv edildi

25.11.2026 / 10:25
“Giləzi-Quşçuluq”da dəhşətli faktlar üzə çıxdı – 400 tondan çox təhlükəli toyuq əti aşkarlandı... Şirkətdə həbslər aparıldı...

25.11.2026 / 09:48
Türkiyədə məşhurlara qarşı genişmiqyaslı əməliyyat – Özcan Deniz və digər tanınmış simalar saxlanıldı...

25.11.2026 / 09:12
Cared Kuşnerin babasının partizanlıq qeydləri Belarusda dərc olundu

25.11.2026 / 09:05
Kəlbəcər Şəhəri Günü qeyd olunur

25.11.2026 / 08:58
Kadırovun oğlu soyadını dəyişib Serbiya vətəndaşlığı aldı - sanksiyalardan yayınmanın unikal yolu…

25.11.2026 / 08:51
Konqres üzvləri Trampı Putinin G20-yə dəvətini ləğv etməyə çağırdı

24.11.2026 / 23:25
Vaşinqtondan ŞOK SSENARİ... Trampın gizli planı üzə çıxdı – İranın rəhbər şəxslərinə sui-qəsd hazırlanır...

24.11.2026 / 22:49
Britaniyanı qarışdıran ŞOK QALMAQAL – Ukraynaya ABŞ-dan alınmış tonlarla saxta partlayıcı göndərildi...

24.11.2026 / 22:23
İrandan dünyaya neft şoku xəbərdarlığı – müharibə başlasa, neft bazarında fəlakət yaşanacaq...

24.11.2026 / 22:05
Dövlətlər BCM-dən çıxır - Trampın çağırışı ilə yox, başqa səbəbdən...

24.11.2026 / 21:49
Paşinyan erməni tarixindən “4 çarlığı” silib atdı...

24.11.2026 / 21:35
Respublikaçı konqresmenlər indidən Trampın üzünə durmağa başlayıblar...

24.11.2026 / 21:21
Ermənistanın yeni Konstitusiya layihəsi məhkəmə sistemində ajiotaj yaratdı...

24.11.2026 / 21:10
Ali Şura Zəngəzur dəhlizini Hörmüzə bənzədib hədələdi...

24.11.2026 / 20:53
Ermənistan Konstitusiyasının müzakirəsi 6 ay uzanacaq - Şübhəlidir...

24.11.2026 / 20:38
TRİPP - bu sayaq açılışı məqbul saymaq olar?

24.11.2026 / 20:25
COP 31-ci addımında Türkiyədə iflasa uğradı...

24.11.2026 / 20:17
Trampın İran uğursuzluğunun səbəbi Demokratlar Partiyasının seçki qələbəsi imiş...(?)

24.11.2026 / 19:54
Bakıdan TRIPP-lə bağlı İrəvan və Vaşinqtona mühüm mesaj - Azərbaycanın mövqeyi nəzərə alınmalıdır...

24.11.2026 / 19:33
"Gürcüstan-Azərbaycan dövlət sərhədinin delimitasiyası üzrə komissiya fəaliyyətini davam etdirir" - Maka Boçorişvili

24.11.2026 / 19:27
COP31 iqlim sammiti 192 ölkəni birləşdirmək əvəzinə parçaladı...

24.11.2026 / 19:21
Rusiya erməni terrorçusuna həsr olunan filmin nümayişinə qadağa qoydu

24.11.2026 / 19:07
"Gürcüstan vasitəsilə Ermənistana neft ixracı regional əməkdaşlığa mühüm töhfə verir" - Nazir

24.11.2026 / 19:04
Azərbaycan və Gürcüstan XİN rəhbərlərinin geniştərkibli görüşü keçirildi

24.11.2026 / 18:57
Yeni Konstitusiya sayəsində Paşinyan müxalifəti siyasi səhnədən birdəfəlik silə bilər...

24.11.2026 / 18:42
Ermənistan Paşinyan konstitusiyasından nə vaxtsa imtina edə bilər (?)...

24.11.2026 / 18:32
Mənzil satışı adı altında 172 nəfərə qarşı dələduzluq... şirkət direktoru məhkəmə qarşısına çıxarılır...

24.11.2026 / 18:27
Prezident sosial media hesablarında Gürcüstanın Baş nazirinin müavinini qəbulu ilə bağlı videoçarx paylaşılıb

24.11.2026 / 18:25
Tramp demokratlara qarşı plan hazırlayıb - yanvaradək...

24.11.2026 / 18:10
Rusiya-Ukrayna müharibəsində yeni cəbhə xətti: Finlandiya savaş meydanına çevrilir

24.11.2026 / 18:02
İki baş həkim vəzifəsindən azad edildi

24.11.2026 / 17:50
Paşinyan Zəngəzur dəhlizində ilkin olaraq elektrik xəttini açmaq istəyir...

24.11.2026 / 17:33
Ramiz Mehdiyevin kürəkəni Əli Kərimlinin məhkəməsində hakimdən nə xahiş edib?..

24.11.2026 / 17:24
Gənclərin PUA-lar barədə praktiki vərdişlərə yiyələnməsi təmin ediləcək

24.11.2026 / 17:18
Mətbuat Şurası media subyektlərini jurnalist etikası qaydalarına əməl etməyə çağırdı

24.11.2026 / 17:02
Azərbaycan Vatikan Apostol Arxivi ilə əməkdaşlığın yeni istiqamətlərini müəyyən edən sənəd imzalayıb - FOTO

24.11.2026 / 16:48
Prezident İlham Əliyev Gürcüstanın Baş nazirinin müavinini qəbul edib - FOTO

24.11.2026 / 16:37
"...yoxlasan, babası lütün biri olub" - Siyavuş Novruzov

24.11.2026 / 16:21
Vüqar Rəhimzadə: Hər daşı, qayası tarix olan Kəlbəcər canlı təbiət muzeyini xatırladır

24.11.2026 / 16:12
İran Hərbi Dəniz Qüvvələri Hörmüz boğazında iki tankerin minaya düşdüyünü açıqlayıb

24.11.2026 / 15:59
Portuqaliyada qatarların yarıdan çoxu maşinistlərin tətili səbəbindən yoldan çıxıb

24.11.2026 / 15:57
Tramp və Rutte noyabrın 25-də danışıqlar aparacaqlar

24.11.2026 / 15:50
TRIPP-in açılışı Rusiya və İranın Ermənistana hücumlarını artırır...

24.11.2026 / 15:46
Tehrandan Vaşinqtona 7 maddəlik ultimatum – şərtlər qəbul edilməsə, müharibə genişlənəcək...

24.11.2026 / 15:38
Zelenski nöqtəni qoydu - "Krım körpüsü mövcud olmayacaq"...

24.11.2026 / 15:37
“Özbəkfilm” neyroşəbəkələr vasitəsilə film çəkməyə başlayacaq

24.11.2026 / 14:37
Memarlıq və İncəsənət İnstitutunun əməkdaşının məqaləsi Türkiyədə çapdan çıxıb

24.11.2026 / 14:18
Yunanıstan pasportunda Xankəndi “Stepanakert” kimi göstərilib - XİN faktı araşdıracaq

24.11.2026 / 13:50
ABŞ-da Azərbaycan bayrağı ilə bağlı yayılan məlumatlar təkzib edildi

24.11.2026 / 13:25
İlham Əliyev Beynəlxalq Konqres qarşısında vəzifə qoydu - İpək yolunun bərpa imkanları... - İpək yolunun bərpa imkanları...

24.11.2026 / 12:49
Qafqazda və Azərbaycan memarlığında Kəlbəcər abidələrinin yeri və rolu

24.11.2026 / 12:46
Azərbaycançılıq: milli suverenlik və dövlətçilik ideologiyası

24.11.2026 / 12:31
"Heç bir dastanımızda Azərbaycan kişisinin iki qadını yoxdur" – Gündüz İsmayılov

24.11.2026 / 12:18
Prezidentin sosial şəbəkə hesablarında Monteneqronun Baş nazirini qəbul etməsi ilə bağlı görüntülər paylaşılıb

24.11.2026 / 11:56
Prezident İlham Əliyev Monteneqronun Baş nazirinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib - FOTO

24.11.2026 / 11:55
"Dayanıqlı sülh Cənubi Qafqazı mühüm strateji əhəmiyyətə malik məkana çevirib" - Prezident

24.11.2026 / 11:31
Prezident İlham Əliyev Beynəlxalq Qafqaz Konqresinin iştirakçılarına müraciət ünvanlayıb

24.11.2026 / 11:25
Yaxın Şərq müharibəsi Avropaya sıçraya bilər – Tehran ABŞ-ın Avropadakı müttəfiqlərinə xəbərdarlıq etdi

24.11.2026 / 11:05
ABŞ Suriyaya yenidən qoşun göndərir – 15 ölkənin iştirakı ilə hərbi missiya planı...

24.11.2026 / 10:54
ABŞ-ın hərbi müşayiəti də kömək etmədi – Hörmüzdə daha üç tanker alov aldı...

24.11.2026 / 10:46
ABŞ senatoru Prezident Əliyevi və Paşinyanı təbrik etdi

24.11.2026 / 10:23
Sürücülük hüququ olmayan şəxs ailəsi ilə birlikdə qəzaya düşdü...

24.11.2026 / 10:07
Yaxın Şərq yeni qarşıdurmanın astanasında – Qətər Vaşinqtona xəbərdarlıq etdi...

24.11.2026 / 09:48
Bakıda yeni işıqforlar quraşdırılacaq - avtobus sürücülərinin nəzərinə...

24.11.2026 / 09:12
Hacıqabulda müəmmalı ölüm - ADSEA yayılan məlumatı təkzib etdi

24.11.2026 / 08:40
İran Ali rəhbərinin müşaviri TRİPP-i “saxta dəhliz” adlandırdı - “Hörmüzdən dərs çıxarın” nə deməkdir?

24.11.2026 / 08:05
Rusiya Kosmosa nüvə peyki buraxır? Alman kəşfiyyatından şok xəbər

23.11.2026 / 22:41
Moskvanın Avropada gizli casus əməliyyatı – 20 milyondan çox elanın arxasındakı gizli plan ortaya çıxdı

23.11.2026 / 22:16
Türkiyə NATO-dan çıxa bilər - Fidanın ikibaşlı anonsu...

23.11.2026 / 21:59
İllər əvvəl qırılmış Moskva-Tbilisi dialoqu müəmmalı şəkildə bərpa olundu...

23.11.2026 / 21:56
Hədəf mərkəzdə, ruh yüksəkdə!” – Azərbaycan Maliyyə-İqtisad Kollecinin tələbələri üçün oxatma təlimi keçirilib

23.11.2026 / 21:44
Netanyahu Fələstinlə bağlı Teampın planına tam əks şərt irəli sürdü...

23.11.2026 / 21:29
Fürsətçi… YUNUS OĞUZ yazır

23.11.2026 / 21:27
“Azərbaycan Ermənistana öz qubernatorunu göndərəcək, ölkə Bakıdan idarə olunacaq...”

İnformasiya texnologiyaları Azərbaycanın inkişafında yeni güclü mənbə kimi özünü daha çox təsdiqləyir....

XƏBƏR ARXİVİ