çərşənbə günü, 25 noyabr 2026
     

"Azərbaycanın geosiyasəti"

Image



Əli Həsənovun kitabından qənaətə gəldiyim düşüncələr

Təsadüfi deyil ki, SSRİ dağıldıqdan sonra Avropa İttifaqı müxtəlif illərdə bu istiqamətdə bir çox sənəd və proqramlar qəbul etmiş və onları həyata keçirmişdir.
Belə ki, Aİ 1999-cu ilin oktyabrında qəbul etdiyi "Cənub-Şərqi Avropada sabitlik Paktı" adlı sənədin, 2000-ci ildə Belçikada fəaliyyət göstərən Avropa Siyasi Tədqiqatlar Mərkəzinin hazırladığı "Qafqazda sabitliyə dair Pakt" adlı layihənin, 2000-ci ildə reallaşdırdığı "Qonşuluq siyasəti", 2008-ci ildən həyata keçirdiyi "Şərq tərəfdaşlığı"nın adlarını çəkmək olar. Eyni zamanda, Avropanın Rusiyadan qaz ixracını minimuma endirmək üçün TAP və TANAP qaz kəmərinin reallaşması üçün ABŞ-la yanaşı bu qurumun da Azərbaycana dəstək verməsi onun düşünülmüş və illər sonrasına hesablanmış geosiyasi, geoiqtisadi maraqlarından xəbər verir.
Kitabın müəllifi qeyd edir ki, Avropa Birliyi, başqa sahələrdə olduğu kimi, Cənubi Qafqazın təhlükəsizliyi məsələsində də əsas diqqətini hər hansı bir bölgə ölkəsinin konkret regional və beynəlxalq təhlükəsizliyinin təmin edilməsinə deyil, hər üç ölkə ilə tərəfdaşlıq münasibəti qurmağa yönəldir. Bu maraqlar regional sabitlik, enerji-nəqliyyat kommunikasiyalarının beynəlxalq təhlükəsizliyinin, Xəzər-Qara dəniz hövzəsinə Qərb ölkələrinin Rusiya iradəsindən asılı olmayan sərbəst çıxışının təmin edilməsi üzərində qurulmuşdur.
Qeyd edək ki, Fars körfəzi ABŞ iqtisadiyyatı üçün əsas enerji mənbəyi funksiyasını necə yerinə yetirirsə, Xəzər hövzəsi də Avropa İttifaqı üçün də həmin funksiyanı yerinə yetirir. Lakin mütəxəssislər belə hesab edir ki, bu funksiyanın yerinə yetirilməsi, ABŞ-dan fərqli olaraq, Aİ üçün asan olmayacaq. Hörmətli professor bunun səbəblərini belə açıqlayır: "Əvvəla, ABŞ-dan fərqli olaraq, Avropa İttifaqı bu regionun təhlükəsizliyinə görə hərbi-siyasi məsuliyyət daşımaq istəmir. Bu isə Avropanın bölgədəki hadisələrə fəal müdaxilə etmək şanslarını xeyli azaldır;
İkincisi, Avropa İttifaqı hələlik yekcins güc məzkəzinə çevrilə bilməyib. Buradakı bir sıra dövlətlərin dünyadakı qlobal proseslərə fərqli mövqedən yanaşması Avropa İttifaqının vahid geostrategiyasının formalaşdırılmasına mane olur və nəticədə, Avropa geosiyasi mərkəz kimi ABŞ və Rusiyaya real alternativ kimi çıxış etməkdə çətinlik çəkir;
Üçüncüsü, İraq probleminə yanaşmada Almaniya ilə Fransanın tutduğu mövqe Avropa İttifaqında vahid geostrategiyasının formalaşmaq üzrə olduğunu nümayiş etdirsə də, vahid Avropa Konstitusiyası ətrafında cərəyan edən proseslər bunun tam əksini sübut etdi. Məlum oldu ki, bu gün Avropa hələlik öz gələcəyinə dair yekdil rəyə gələ bilməyib;
Dördüncüsü, Xəzər hövzəsindəki enerji layihələrində ən fəal iştirak edən Avropa dövləti Böyük Britaniyadır. Bu dövlətin regiondakı geostrategiyası isə Avropa İttifaqının deyil, ABŞ-ın mövqələrinin möhkəmlənməsinə yönəlib və s". (Bax.S. 312)
Avropa İttifaqının Avrasiya sistemində Azərbaycanın rolu və yerinə gəldikdə isə qeyd etməliyik ki, bu qurumun Azərbaycanla əməkdaşlığı Sovet İttifaqı dağıldıqdan dərhal sonra, yəni 1991-ci ildən başlayıb və 1992-ci ildə TASİS proqramı çərçivəsində Azərbaycanı tam əhatə edən layihə olub. Bu ildən bu proqram çərçivəsində Azərbaycan və MDB ölkələrində həyata keçirilən iqtisadi və nəqliyyat-kommunikasiya sahələrinə Avropa İttifaqı 4 milyard avrodan artıq vəsait xərcləyib. Nəzərə alaq ki, TASİS-in əsas layihələrində biri və vacibi o dövr üçün ən gərəkli sayılan, 13 dövləti özündə birləşdirən TRASEKA layihəsidir.
Qeyd edək ki, Azərbaycan Respublikası ilə Avropa İttifaqının əməkdaşlığının, tərəfdaşlığının hüquqi əsası 1996-cı ildə qoyulmuşdur. Lüksemburqda imzalanmış "Avropa İttifaqı ilə Azərbaycan arasında tərəfdaşlıq və əməkdaşlıq haqqında" saziş 1999-cu ildə Aİ-yə üzv olunan dövlətlər tərəfindən ratifikasiya olunaraq qüvvəyə minmişdir.
Əli Həsənov yazır ki, Avropa İttifaqı ilə Azərbaycan Respublikası arasında əməkdaşlığın yeni mərhələyə daxil olması 2004-cu ildən "Avropa qonşuluq siyasəti" ilə başlamışdır. Mütəxəssisləri fikrinə görə, Azərbaycanın Xəzər hövzəsi və Cənubi Qafqazdakı geosiyasi və geoiqtisadi nüfuzunun möhkəmlənməsinə uğurlu transmilli enerji və nəqliyyat-dəhliz siyasətini yürütməsinə Avropa Birliyi ilə səmərəli əməkdaşlığın və tərəfdaşlığın mühüm təsiri olmuşdur.
"Avropa Qonşuluq siyasəti" Azərbaycan üçün aşağıdakı perspektivləri yaratmışdır:
- Siyasi, iqtisadi və inzibati islahatların həyata keçirilməsi və birgə dəyərlərə hörmət edilməsi sahəsində konkret irəliləyişə nail olunması müqabilində Aİ-nin daxili bazarında müəyyən paya sahib olmaq imkanı;
- Əmtəələrin, xidmətlərin və kapitalın sərbəst dövriyyəsini təmin etmək üçün inteqrasiya və liberallaşma proseslərində iştirak;
- Avropa İttifaqının üzvü olan ölkələrdə daha səmərəli siyasi dialoq və əməkdaşlıq, güzəştli ticarət əlaqələri və açıq bazar, miqrasiya, narkotiklər və mütəşəkkil cinayətkarlıqla mübarizə sahəsində əməkdaşlıq, sərmayələrin təşviqi, yeni maliyyə mənbələrinin əldə edilməsi, ölkəmizin Ümumdünya Ticarət Təşkilatına üzv olmasının dəstəklənməsi və s.
Göründüyü kimi, "Avropa qonşuluq siyasəti" proqramı Azərbaycana nə qədər üstünlüklər verir, bir çox daxili və xarici məsələlərin, problemlərin həllinə yardımçı olur. Belə ki, Azərbaycanın xarici aləmlə digər dövlətlərlə yürütdüyü balanslaşdırılmış siyasət və ikitərəfli əməkdaşlıq özünü doğruldur. Lakin bəzi mütəxəssislər həm ölkə içindən, həm də xaricdən qətiyyətlə, çox zaman hadisələri şişirtməklə hesab edirdilər ki, Azərbaycan öz mövqeyini ortaya qoymalı, münasibətləri gərginləşdirmədən hər hansı bloka qoşulmalı, o blokun tam hüquqlu üzvü olmalıdır. Əks təqdirdə Azərbaycan əzilmiş və sıxılmış vəziyyətdə qalacaq, sosial və digər problemlərin məngənəsində sıxılacaq, dar gündə, yəni əgər Qarabağ probleminin həlli silahlı qarşıdurmadan keçəcəksə yanımızda kimsəni görməyəcək, onların yardımından məhrum olacağıq və s. və ilaxır.
Amma zaman göstərdi ki, Azərbaycan dövləti və onun Prezidenti İlham Əliyev bölgədə Ermənistandan və Gürcüstandan fərqli olaraq düzgün siyasət yürüdür. Bildiyiniz kimi, Ermənistan birmənalı şəkildə Rusiyanın yanında yer alıb. Belə ki, Rusiya Ermənistanın enerji-nəqliyyat dəhlizini öz əlində saxlamaqla yanaşı, eyni zamanda özünün geostrateji planlarını həyata keçirmək üçün adı çəkilən ölkədə böyük hərbi birləşmələr yerləşdirib, bir sözlə, Ermənistan Rusiyanın hərbi platsdarm rolunu oynayır və görünən də odur ki, belə bir vəziyyət uzun müddət davam edəcək. Qərb dövlətləri nə qədər cəhd etsələr də, Ermənistanı Rusiyanın tabeliyindən qopara bilmirlər. Ermənistan daxilindən buna cəhdlər olanda, dərhal hakimiyyət çevrilişi olur, Rusiyaya loyal münasibət bəsləyən kimsəni dövlət başına gətirirlər. Sabiq prezident Ter-Petrosyan hakimiyyət zirvəsindən endirilib, onun yerinə Köçəryan gətirildi. Yaxud bu ölkənin parlamentində millət vəkillərini günün günorta çağı güllələdirlər, yaxud Rusiyanın "bir barmağının işarəsi ilə" küçələrə tökülüb mitinqlər keçirir, Sarkisyana "get" deyirlər. Rusiya bütün bunları o zaman edir ki, onun geosiyasi və geostrateji maraqlarına təhlükə yaranır, çünki ABŞ və Qərb dövlətləri Xəzər-Qara dəniz hövzəsində getdikcə fəallıqlarını daha da artırırlar. Bu fəallığın kontekstində Rusiya daha da aqressivləşir, yeni-yeni layihələr həyata keçirməyi planlaşdırır və bu sahədə tələskənlik, düşünülməmiş addımlar Qərbin xeyrinə işləyir.
(Ardı var)
Yunus OĞUZ






DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

“Günəş fəallığı” Xəzər suyuna təsir edən sonuncu amıldir - Rusiyadan gələn izaha cavab...

Putin “nüvə çantası”nı özü ilə Çinə niyə aparmışdı...

Ermənilər Qarabağda Amaras udin-alban abidəsinə kor iddialardan əl çəkmirlər...

SON XƏBƏRLƏR

25.11.2026 / 15:46
Azərbaycanın bu şəhəri erməniləri əvvəl “sevindirmişdi”, sonra bellərini qırdı...

25.11.2026 / 14:35
Lukaşenko: “Avropa təhlükəsizliyinin gələcək arxitekturası avropalıların özlərinin iştirakı olmadan müzakirə edilə bilməz və Kreml bunu başa düşür”

25.11.2026 / 14:29
Peskov ABŞ-ın Rusiya ilə danışıqlara yanaşmasındakı dəyişikliyə münasibət bildirməkdən imtina etdi

25.11.2026 / 14:17
Lukaşenko Rusiyanın nüvə silahlarının Belarusdan çıxarılmasına icazə verdi

25.11.2026 / 14:12
Xarici ölkələrə malların ixracı ilə bağlı hesablaşmaların aparılma qaydaları hazırlanacaq

25.11.2026 / 14:10
MSK-nın nümayəndə heyəti beynəlxalq seçki forumunda iştirak edib

25.11.2026 / 14:05
ABŞ generalından dəhşətli xəbərdarlıq... NATO Rusiyanın zərbələrinə hazır deyil – Avropa şəhərləri Ukrayna kimi bombalana bilər...

25.11.2026 / 13:50
ABŞ Ukraynada böyük təhlükə gözləyir? – Səfirlikdən təcili xəbərdarlıq…

25.11.2026 / 13:33
Zəngəzurda dəmiryolunun çəkiləcəyi dəqiq vaxt deyildi...

25.11.2026 / 13:24
Gələn il 61 dövlətin lideri Bakıya gələ bilər...

25.11.2026 / 13:17
Beynəlxalq Meşə Təlim və Tingçilik Mərkəzi yaradıldı - FƏRMAN

25.11.2026 / 13:10
Əvvəl sabiq nazir, indi sədr müavini – Fond qalmaqalı AK Partidə istefa dalğası yaratdı…

25.11.2026 / 12:55
Ukraynadan Rusiyanın neft sənayesinə növbəti ağır zərbə – “Rosneft”in iki nəhəng zavodu vuruldu…

25.11.2026 / 12:42
Zelenski onu Moskvaya dəvət edən Lukaşenkoya cavab verdi – Putini də götür, Kiyevə gəl…

25.11.2026 / 12:39
Naxçıvanda fəxri adlara görə aylıq təqaüdlə bağlı dəyişiklik...

25.11.2026 / 12:25
Prezident İlham Əliyev Litvanın xarici işlər nazirini qəbul edib - FOTO

25.11.2026 / 12:03
Azərbaycan və Litva Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə imzaladı

25.11.2026 / 11:49
Hörmüz boğazında minaya düşən iki tanker alov aldı...

25.11.2026 / 11:36
Vasif Talıbovun imzaladığı 47 fərman ləğv olundu

25.11.2026 / 11:27
İslam Kərimovun qızı Gülnarənin 252,5 milyon dollarlıq sərvəti aşkarlandı – pullar Özbəkistana qaytarılır...

25.11.2026 / 11:06
Xətainin heykəlinin lövhəsindəki yazı ilə bağlı ekspert qrupu yaradıldı

25.11.2026 / 10:42
Azərbaycanda qədim yaşayış məskəni tapıldı

25.11.2026 / 10:38
Naxçıvan Qaz İstismar Xidməti ləğv edildi

25.11.2026 / 10:25
“Giləzi-Quşçuluq”da dəhşətli faktlar üzə çıxdı – 400 tondan çox təhlükəli toyuq əti aşkarlandı... Şirkətdə həbslər aparıldı...

25.11.2026 / 09:48
Türkiyədə məşhurlara qarşı genişmiqyaslı əməliyyat – Özcan Deniz və digər tanınmış simalar saxlanıldı...

25.11.2026 / 09:12
Cared Kuşnerin babasının partizanlıq qeydləri Belarusda dərc olundu

25.11.2026 / 09:05
Kəlbəcər Şəhəri Günü qeyd olunur

25.11.2026 / 08:58
Kadırovun oğlu soyadını dəyişib Serbiya vətəndaşlığı aldı - sanksiyalardan yayınmanın unikal yolu…

25.11.2026 / 08:51
Konqres üzvləri Trampı Putinin G20-yə dəvətini ləğv etməyə çağırdı

24.11.2026 / 23:25
Vaşinqtondan ŞOK SSENARİ... Trampın gizli planı üzə çıxdı – İranın rəhbər şəxslərinə sui-qəsd hazırlanır...

24.11.2026 / 22:49
Britaniyanı qarışdıran ŞOK QALMAQAL – Ukraynaya ABŞ-dan alınmış tonlarla saxta partlayıcı göndərildi...

24.11.2026 / 22:23
İrandan dünyaya neft şoku xəbərdarlığı – müharibə başlasa, neft bazarında fəlakət yaşanacaq...

24.11.2026 / 22:05
Dövlətlər BCM-dən çıxır - Trampın çağırışı ilə yox, başqa səbəbdən...

24.11.2026 / 21:49
Paşinyan erməni tarixindən “4 çarlığı” silib atdı...

24.11.2026 / 21:35
Respublikaçı konqresmenlər indidən Trampın üzünə durmağa başlayıblar...

24.11.2026 / 21:21
Ermənistanın yeni Konstitusiya layihəsi məhkəmə sistemində ajiotaj yaratdı...

24.11.2026 / 21:10
Ali Şura Zəngəzur dəhlizini Hörmüzə bənzədib hədələdi...

24.11.2026 / 20:53
Ermənistan Konstitusiyasının müzakirəsi 6 ay uzanacaq - Şübhəlidir...

24.11.2026 / 20:38
TRİPP - bu sayaq açılışı məqbul saymaq olar?

24.11.2026 / 20:25
COP 31-ci addımında Türkiyədə iflasa uğradı...

24.11.2026 / 20:17
Trampın İran uğursuzluğunun səbəbi Demokratlar Partiyasının seçki qələbəsi imiş...(?)

24.11.2026 / 19:54
Bakıdan TRIPP-lə bağlı İrəvan və Vaşinqtona mühüm mesaj - Azərbaycanın mövqeyi nəzərə alınmalıdır...

24.11.2026 / 19:33
"Gürcüstan-Azərbaycan dövlət sərhədinin delimitasiyası üzrə komissiya fəaliyyətini davam etdirir" - Maka Boçorişvili

24.11.2026 / 19:27
COP31 iqlim sammiti 192 ölkəni birləşdirmək əvəzinə parçaladı...

24.11.2026 / 19:21
Rusiya erməni terrorçusuna həsr olunan filmin nümayişinə qadağa qoydu

24.11.2026 / 19:07
"Gürcüstan vasitəsilə Ermənistana neft ixracı regional əməkdaşlığa mühüm töhfə verir" - Nazir

24.11.2026 / 19:04
Azərbaycan və Gürcüstan XİN rəhbərlərinin geniştərkibli görüşü keçirildi

24.11.2026 / 18:57
Yeni Konstitusiya sayəsində Paşinyan müxalifəti siyasi səhnədən birdəfəlik silə bilər...

24.11.2026 / 18:42
Ermənistan Paşinyan konstitusiyasından nə vaxtsa imtina edə bilər (?)...

24.11.2026 / 18:32
Mənzil satışı adı altında 172 nəfərə qarşı dələduzluq... şirkət direktoru məhkəmə qarşısına çıxarılır...

24.11.2026 / 18:27
Prezident sosial media hesablarında Gürcüstanın Baş nazirinin müavinini qəbulu ilə bağlı videoçarx paylaşılıb

24.11.2026 / 18:25
Tramp demokratlara qarşı plan hazırlayıb - yanvaradək...

24.11.2026 / 18:10
Rusiya-Ukrayna müharibəsində yeni cəbhə xətti: Finlandiya savaş meydanına çevrilir

24.11.2026 / 18:02
İki baş həkim vəzifəsindən azad edildi

24.11.2026 / 17:50
Paşinyan Zəngəzur dəhlizində ilkin olaraq elektrik xəttini açmaq istəyir...

24.11.2026 / 17:33
Ramiz Mehdiyevin kürəkəni Əli Kərimlinin məhkəməsində hakimdən nə xahiş edib?..

24.11.2026 / 17:24
Gənclərin PUA-lar barədə praktiki vərdişlərə yiyələnməsi təmin ediləcək

24.11.2026 / 17:18
Mətbuat Şurası media subyektlərini jurnalist etikası qaydalarına əməl etməyə çağırdı

24.11.2026 / 17:02
Azərbaycan Vatikan Apostol Arxivi ilə əməkdaşlığın yeni istiqamətlərini müəyyən edən sənəd imzalayıb - FOTO

24.11.2026 / 16:48
Prezident İlham Əliyev Gürcüstanın Baş nazirinin müavinini qəbul edib - FOTO

24.11.2026 / 16:37
"...yoxlasan, babası lütün biri olub" - Siyavuş Novruzov

24.11.2026 / 16:21
Vüqar Rəhimzadə: Hər daşı, qayası tarix olan Kəlbəcər canlı təbiət muzeyini xatırladır

24.11.2026 / 16:12
İran Hərbi Dəniz Qüvvələri Hörmüz boğazında iki tankerin minaya düşdüyünü açıqlayıb

24.11.2026 / 15:59
Portuqaliyada qatarların yarıdan çoxu maşinistlərin tətili səbəbindən yoldan çıxıb

24.11.2026 / 15:57
Tramp və Rutte noyabrın 25-də danışıqlar aparacaqlar

24.11.2026 / 15:50
TRIPP-in açılışı Rusiya və İranın Ermənistana hücumlarını artırır...

24.11.2026 / 15:46
Tehrandan Vaşinqtona 7 maddəlik ultimatum – şərtlər qəbul edilməsə, müharibə genişlənəcək...

24.11.2026 / 15:38
Zelenski nöqtəni qoydu - "Krım körpüsü mövcud olmayacaq"...

24.11.2026 / 15:37
“Özbəkfilm” neyroşəbəkələr vasitəsilə film çəkməyə başlayacaq

24.11.2026 / 14:37
Memarlıq və İncəsənət İnstitutunun əməkdaşının məqaləsi Türkiyədə çapdan çıxıb

24.11.2026 / 14:18
Yunanıstan pasportunda Xankəndi “Stepanakert” kimi göstərilib - XİN faktı araşdıracaq

24.11.2026 / 13:50
ABŞ-da Azərbaycan bayrağı ilə bağlı yayılan məlumatlar təkzib edildi

24.11.2026 / 13:25
İlham Əliyev Beynəlxalq Konqres qarşısında vəzifə qoydu - İpək yolunun bərpa imkanları... - İpək yolunun bərpa imkanları...

24.11.2026 / 12:49
Qafqazda və Azərbaycan memarlığında Kəlbəcər abidələrinin yeri və rolu

24.11.2026 / 12:46
Azərbaycançılıq: milli suverenlik və dövlətçilik ideologiyası

24.11.2026 / 12:31
"Heç bir dastanımızda Azərbaycan kişisinin iki qadını yoxdur" – Gündüz İsmayılov

24.11.2026 / 12:18
Prezidentin sosial şəbəkə hesablarında Monteneqronun Baş nazirini qəbul etməsi ilə bağlı görüntülər paylaşılıb

24.11.2026 / 11:56
Prezident İlham Əliyev Monteneqronun Baş nazirinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib - FOTO

24.11.2026 / 11:55
"Dayanıqlı sülh Cənubi Qafqazı mühüm strateji əhəmiyyətə malik məkana çevirib" - Prezident

24.11.2026 / 11:31
Prezident İlham Əliyev Beynəlxalq Qafqaz Konqresinin iştirakçılarına müraciət ünvanlayıb

24.11.2026 / 11:25
Yaxın Şərq müharibəsi Avropaya sıçraya bilər – Tehran ABŞ-ın Avropadakı müttəfiqlərinə xəbərdarlıq etdi

İnformasiya texnologiyaları Azərbaycanın inkişafında yeni güclü mənbə kimi özünü daha çox təsdiqləyir....

XƏBƏR ARXİVİ