çərşənbə günü, 25 noyabr 2026
     

ABŞ - Rusiya müharibəsinin planı masa üzərinə qoyuldu

Image


ABŞ və Rusiya arasında kəskinləşəy münasibətlərin sonda tərəflərin hərbi müstəvidə üz-üzə gəlməsi ilə nəticələnəcəyinə dair verilən proqnozlar getdikcə daha çox reallığa çevrilməyə başlayır. Hər halda, hadisələrin inkişaf axarı məhz bu istiqamətdə cərəyan edir. Nüfuzlu "Foreign Policy" jurnalı da yazır ki, ABŞ Müdafiə Nazirliyi SSRİ-nin dağılmasından bu yana ilk dəfə Rusiya ilə mümkün müharibənin planını masa üzərinə qoyub və yenidən nəzərdən keçirməyə başlayıb.
Bildirilir ki, ABŞ Müdafiə Nazirliyinin əsas qorxusu Rusiyanın Baltik ölkələrinə qarşı mümkün hərbi təcavüzüdür. Bu ssenari Rusiyanın Krımı ilhaq etməsindən sonra NATO-da narahatlıq yaratmağa başlayıb. "Foreign Policy" yazır ki, Pentaqon Rusiya ilə mümkün müharibənin iki variantını nəzərdən keçirir. Birinci varianta əsasən ABŞ NATO üzrə müttəfiqləri ilə birlikdə, ikinci varianta əsasən isə tək döyüşəcək. Jurnalın yazdığına görə, əslində Pentaqonun bütün mümkün təhdidlərə qarşı planları var. Maraqlı məqam isə budur ki, Rusiya ilə hərbi qarşıdurma planı 1991-ci ildən nəzərdən keçirilmirdi, lakin artıq vəziyyət dəyişir. Yüksək ranqlı Pentaqon təmsilçisi sözügedən nəşrə bildirib: "Təhlükəsizlik sferasında yaranmış vəziyyəti, Rusiyanın hərəkətlərini nəzərə alanda aydın olur ki, biz bu planı təkmilləşdirməliyik və tamamlamalıyıq". Mənbə deyib ki, hətta 2008-ci ildə Rusiyanın Gürcüstana hərbi müdaxiləsindən sonra da bu plan modifikasiya olunmamışdı.
Son vaxtlar ABŞ müdafiə naziri Eşton Karter və Birləşmiş Ştatlar ordusunun komandanları Rusiyanı əsas hərbi təhdid adlandırıb. Birləşmiş Ştatlar Rusiya təhdidinə qarşı Avropada zirehli texnika, beşinci nəsil qırıcılar və pilotsuz təyyarələr yerləşdirir. Ekspertlər isə NATO-nun Şərqə doğru genişlənməsi fonunda Rusiyanın narahatlıq keçirdiyini bildirir. Xüsusilə iki bölgəyə diqqət yönəldilir: Cənubi Qafqaz və Baltikyanı. NATO Baltikyanı ölkələrdə öz mövqelərini möhkəmləndirib. Lakin Rusiya da boş dayanmır. Rusiyalı müxalifətçi Mixail Xodorkovski isə bildirir ki, Rusiya genişmiqyaslı müharibəni Ukraynada, Baltikyanı ölkələrdə və Yaxın Şərqdə başlaya bilər: "Birinci Ukraynadır ki, burada quru qoşunlarının əməliyyatı keçirilə bilər. Bu, reallığa daha yaxın variantdır. İkincisi Baltikyanı ölkələrdir ki, Rusiya burada davamlı provokasiyalar həyata keçirəcək. Üçüncüsü isə bütün zamanların ehtiyat variantı olan Yaxın Şərqdir". Əslində, son günlərdə Yaxın Şərqdə tərəflərin qarşıdurması daha radikal xarakter alır. Hətta bu fonda Rusiya və ABŞ Suriyanın münaqişə zonasında qüvvələrinin təsadüfən toqquşmasına yol verilməməsi yollarını müzakirə edir. Amerikanın müdafiə naziri Eşton Karter 7 ay əvvəl vəzifəsinə başladıqdan bəri ilk dəfə olaraq Rusiyanın müdafiə naziri Segey Şoyqu ilə bu xüsusda söhbət aparıb. Müdafiə rəsmilərinin bildirdiyinə görə, Şoyqu Karterə Suriyadakı qüvvələrinin müdafiə mahiyyəti ilə o ölkədə olduğunu və Moskvanın Suriya hökuməti qarşısındakı öhdəliyinə əməl etdiyini deyib. Karter və Şoyqu Rusiya və ABŞ-ın üst-üstə düşən perspektivləri və fikir ayrılıqları ilə bağlı təmas saxlanmasına razılıq verib. ABŞ dövlət katibi Con Kerri isə münaqişənin siyasi yolla həllinə üstünlük verildiyini vurğulayıb. Lakin o deyib ki, Suriya prezidenti Bəşər Əsəd vəzifəsindən istefa verməlidir. Londonda Britaniyanın xarici işlər naziri Filip Hammondla görüşdən sonra ABŞ dövlət katibi Rusiya və İranı, nüfuzlarından istifadə edərək, Əsədi müzakirələrə razı salmağa çağırıb. Moskva isə Əsədin istefası ilə razılaşmır. Bu xüsusda müzakirələr Rusiyanın Suriyadakı hərbi mövcudluğunu artırdığı bir vaxt keçirilir. ABŞ rəsmiləri Rusiyanın Latakiya yaxınlığındakı hərbi bazaya 4 qırıcı təyyarə yerləşdirdiyini bildirir. Bundan əlavə, bölgədə Rusiyanın 8 hərbi vertolyotu da müşahidə edilib. Rəsmilər Rusiyanın hazırda Suriyaya 500 piyada dəniz qüvvəsi yerləşdirdiyini bildirir. Rusiyanın daha artıq əsgərini Suriyaya göndərəcəyi gözlənir.
Suriya ilə yanaşı, Rusiya prezidenti Vladimir Putin Belarusda təyyarə bazasının yaradılması barədə göstəriş verib. Qeyd edək ki, hələ 2014-cü ilin yayında Rusiyanın "Su-27" qırıcılarının Bobruysk aerodromunda yerləşdiriləcəyi barədə informasiya yayılıb. Baranoviçi bazasında isə "Su-27" qırıcıları çoxdan yerləşdirilib. "Su-27" qırıcıları çoxməqsədli və hər cür hava şəraitinə uyğun qırıcıdır. Sözügedən qırıcılar Rusiya Hərbi Hava Qüvvələrinin əsas zərbə qüvvəsini təşkil edir. Hərbi analitiklər hesab edir ki, Belarus Rusiyanın Qərblə qarşıdurmasında strateji müharibə meydanı rolu oynaya bilər. "Belarus Security Blog" analitik layihəsinin rəhbəri Andrey Porotnikovun sözlərinə görə, Rusiyanın "S-400" zenit-raket kompleksi, "İsgəndər-M" raket kompleksləri və "Su-34" qırıcıları Moskvanın gücünün əsası olacaq. O, Kremlin müharibə meydanı kimi Belarusdan NATO-çuları bu silahlarla hədələməyə başlayacağını bildirir. Ekspert mümkün ssenarini də səsləndirir: "Belovejski meşəsində yerləşdirilən "S-400"lər Polşa ərazisi üzərində Amerika raketlərini vuracaq". O, "İsgəndər"lərin hər cür hava şəraitində belə düşmən raketlərini məhv etməyə qadir olan yüksək dəqiqlikli silah olduğunu xatırladır. ABŞ-ın "The National Interest" nəşri isə qeyd edir ki, Rusiya Kalininqrad vilayətində "İsgəndər-M" raket komplekslərini yerləşdimək barədə niyyətini dəfələrlə ifadə edib. Nəşr diqqətə çatdırır ki, Kalininqrad vilayəti NATO-ya üzv ölkələrin - Polşa və Baltikyanı ölkələrin qonşuluğunda yerləşir.
Nahid SALAYEV




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

“Günəş fəallığı” Xəzər suyuna təsir edən sonuncu amıldir - Rusiyadan gələn izaha cavab...

Putin “nüvə çantası”nı özü ilə Çinə niyə aparmışdı...

Ermənilər Qarabağda Amaras udin-alban abidəsinə kor iddialardan əl çəkmirlər...

SON XƏBƏRLƏR

25.11.2026 / 15:46
Azərbaycanın bu şəhəri erməniləri əvvəl “sevindirmişdi”, sonra bellərini qırdı...

25.11.2026 / 14:35
Lukaşenko: “Avropa təhlükəsizliyinin gələcək arxitekturası avropalıların özlərinin iştirakı olmadan müzakirə edilə bilməz və Kreml bunu başa düşür”

25.11.2026 / 14:29
Peskov ABŞ-ın Rusiya ilə danışıqlara yanaşmasındakı dəyişikliyə münasibət bildirməkdən imtina etdi

25.11.2026 / 14:17
Lukaşenko Rusiyanın nüvə silahlarının Belarusdan çıxarılmasına icazə verdi

25.11.2026 / 14:12
Xarici ölkələrə malların ixracı ilə bağlı hesablaşmaların aparılma qaydaları hazırlanacaq

25.11.2026 / 14:10
MSK-nın nümayəndə heyəti beynəlxalq seçki forumunda iştirak edib

25.11.2026 / 14:05
ABŞ generalından dəhşətli xəbərdarlıq... NATO Rusiyanın zərbələrinə hazır deyil – Avropa şəhərləri Ukrayna kimi bombalana bilər...

25.11.2026 / 13:50
ABŞ Ukraynada böyük təhlükə gözləyir? – Səfirlikdən təcili xəbərdarlıq…

25.11.2026 / 13:33
Zəngəzurda dəmiryolunun çəkiləcəyi dəqiq vaxt deyildi...

25.11.2026 / 13:24
Gələn il 61 dövlətin lideri Bakıya gələ bilər...

25.11.2026 / 13:17
Beynəlxalq Meşə Təlim və Tingçilik Mərkəzi yaradıldı - FƏRMAN

25.11.2026 / 13:10
Əvvəl sabiq nazir, indi sədr müavini – Fond qalmaqalı AK Partidə istefa dalğası yaratdı…

25.11.2026 / 12:55
Ukraynadan Rusiyanın neft sənayesinə növbəti ağır zərbə – “Rosneft”in iki nəhəng zavodu vuruldu…

25.11.2026 / 12:42
Zelenski onu Moskvaya dəvət edən Lukaşenkoya cavab verdi – Putini də götür, Kiyevə gəl…

25.11.2026 / 12:39
Naxçıvanda fəxri adlara görə aylıq təqaüdlə bağlı dəyişiklik...

25.11.2026 / 12:25
Prezident İlham Əliyev Litvanın xarici işlər nazirini qəbul edib - FOTO

25.11.2026 / 12:03
Azərbaycan və Litva Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə imzaladı

25.11.2026 / 11:49
Hörmüz boğazında minaya düşən iki tanker alov aldı...

25.11.2026 / 11:36
Vasif Talıbovun imzaladığı 47 fərman ləğv olundu

25.11.2026 / 11:27
İslam Kərimovun qızı Gülnarənin 252,5 milyon dollarlıq sərvəti aşkarlandı – pullar Özbəkistana qaytarılır...

25.11.2026 / 11:06
Xətainin heykəlinin lövhəsindəki yazı ilə bağlı ekspert qrupu yaradıldı

25.11.2026 / 10:42
Azərbaycanda qədim yaşayış məskəni tapıldı

25.11.2026 / 10:38
Naxçıvan Qaz İstismar Xidməti ləğv edildi

25.11.2026 / 10:25
“Giləzi-Quşçuluq”da dəhşətli faktlar üzə çıxdı – 400 tondan çox təhlükəli toyuq əti aşkarlandı... Şirkətdə həbslər aparıldı...

25.11.2026 / 09:48
Türkiyədə məşhurlara qarşı genişmiqyaslı əməliyyat – Özcan Deniz və digər tanınmış simalar saxlanıldı...

25.11.2026 / 09:12
Cared Kuşnerin babasının partizanlıq qeydləri Belarusda dərc olundu

25.11.2026 / 09:05
Kəlbəcər Şəhəri Günü qeyd olunur

25.11.2026 / 08:58
Kadırovun oğlu soyadını dəyişib Serbiya vətəndaşlığı aldı - sanksiyalardan yayınmanın unikal yolu…

25.11.2026 / 08:51
Konqres üzvləri Trampı Putinin G20-yə dəvətini ləğv etməyə çağırdı

24.11.2026 / 23:25
Vaşinqtondan ŞOK SSENARİ... Trampın gizli planı üzə çıxdı – İranın rəhbər şəxslərinə sui-qəsd hazırlanır...

24.11.2026 / 22:49
Britaniyanı qarışdıran ŞOK QALMAQAL – Ukraynaya ABŞ-dan alınmış tonlarla saxta partlayıcı göndərildi...

24.11.2026 / 22:23
İrandan dünyaya neft şoku xəbərdarlığı – müharibə başlasa, neft bazarında fəlakət yaşanacaq...

24.11.2026 / 22:05
Dövlətlər BCM-dən çıxır - Trampın çağırışı ilə yox, başqa səbəbdən...

24.11.2026 / 21:49
Paşinyan erməni tarixindən “4 çarlığı” silib atdı...

24.11.2026 / 21:35
Respublikaçı konqresmenlər indidən Trampın üzünə durmağa başlayıblar...

24.11.2026 / 21:21
Ermənistanın yeni Konstitusiya layihəsi məhkəmə sistemində ajiotaj yaratdı...

24.11.2026 / 21:10
Ali Şura Zəngəzur dəhlizini Hörmüzə bənzədib hədələdi...

24.11.2026 / 20:53
Ermənistan Konstitusiyasının müzakirəsi 6 ay uzanacaq - Şübhəlidir...

24.11.2026 / 20:38
TRİPP - bu sayaq açılışı məqbul saymaq olar?

24.11.2026 / 20:25
COP 31-ci addımında Türkiyədə iflasa uğradı...

24.11.2026 / 20:17
Trampın İran uğursuzluğunun səbəbi Demokratlar Partiyasının seçki qələbəsi imiş...(?)

24.11.2026 / 19:54
Bakıdan TRIPP-lə bağlı İrəvan və Vaşinqtona mühüm mesaj - Azərbaycanın mövqeyi nəzərə alınmalıdır...

24.11.2026 / 19:33
"Gürcüstan-Azərbaycan dövlət sərhədinin delimitasiyası üzrə komissiya fəaliyyətini davam etdirir" - Maka Boçorişvili

24.11.2026 / 19:27
COP31 iqlim sammiti 192 ölkəni birləşdirmək əvəzinə parçaladı...

24.11.2026 / 19:21
Rusiya erməni terrorçusuna həsr olunan filmin nümayişinə qadağa qoydu

24.11.2026 / 19:07
"Gürcüstan vasitəsilə Ermənistana neft ixracı regional əməkdaşlığa mühüm töhfə verir" - Nazir

24.11.2026 / 19:04
Azərbaycan və Gürcüstan XİN rəhbərlərinin geniştərkibli görüşü keçirildi

24.11.2026 / 18:57
Yeni Konstitusiya sayəsində Paşinyan müxalifəti siyasi səhnədən birdəfəlik silə bilər...

24.11.2026 / 18:42
Ermənistan Paşinyan konstitusiyasından nə vaxtsa imtina edə bilər (?)...

24.11.2026 / 18:32
Mənzil satışı adı altında 172 nəfərə qarşı dələduzluq... şirkət direktoru məhkəmə qarşısına çıxarılır...

24.11.2026 / 18:27
Prezident sosial media hesablarında Gürcüstanın Baş nazirinin müavinini qəbulu ilə bağlı videoçarx paylaşılıb

24.11.2026 / 18:25
Tramp demokratlara qarşı plan hazırlayıb - yanvaradək...

24.11.2026 / 18:10
Rusiya-Ukrayna müharibəsində yeni cəbhə xətti: Finlandiya savaş meydanına çevrilir

24.11.2026 / 18:02
İki baş həkim vəzifəsindən azad edildi

24.11.2026 / 17:50
Paşinyan Zəngəzur dəhlizində ilkin olaraq elektrik xəttini açmaq istəyir...

24.11.2026 / 17:33
Ramiz Mehdiyevin kürəkəni Əli Kərimlinin məhkəməsində hakimdən nə xahiş edib?..

24.11.2026 / 17:24
Gənclərin PUA-lar barədə praktiki vərdişlərə yiyələnməsi təmin ediləcək

24.11.2026 / 17:18
Mətbuat Şurası media subyektlərini jurnalist etikası qaydalarına əməl etməyə çağırdı

24.11.2026 / 17:02
Azərbaycan Vatikan Apostol Arxivi ilə əməkdaşlığın yeni istiqamətlərini müəyyən edən sənəd imzalayıb - FOTO

24.11.2026 / 16:48
Prezident İlham Əliyev Gürcüstanın Baş nazirinin müavinini qəbul edib - FOTO

24.11.2026 / 16:37
"...yoxlasan, babası lütün biri olub" - Siyavuş Novruzov

24.11.2026 / 16:21
Vüqar Rəhimzadə: Hər daşı, qayası tarix olan Kəlbəcər canlı təbiət muzeyini xatırladır

24.11.2026 / 16:12
İran Hərbi Dəniz Qüvvələri Hörmüz boğazında iki tankerin minaya düşdüyünü açıqlayıb

24.11.2026 / 15:59
Portuqaliyada qatarların yarıdan çoxu maşinistlərin tətili səbəbindən yoldan çıxıb

24.11.2026 / 15:57
Tramp və Rutte noyabrın 25-də danışıqlar aparacaqlar

24.11.2026 / 15:50
TRIPP-in açılışı Rusiya və İranın Ermənistana hücumlarını artırır...

24.11.2026 / 15:46
Tehrandan Vaşinqtona 7 maddəlik ultimatum – şərtlər qəbul edilməsə, müharibə genişlənəcək...

24.11.2026 / 15:38
Zelenski nöqtəni qoydu - "Krım körpüsü mövcud olmayacaq"...

24.11.2026 / 15:37
“Özbəkfilm” neyroşəbəkələr vasitəsilə film çəkməyə başlayacaq

24.11.2026 / 14:37
Memarlıq və İncəsənət İnstitutunun əməkdaşının məqaləsi Türkiyədə çapdan çıxıb

24.11.2026 / 14:18
Yunanıstan pasportunda Xankəndi “Stepanakert” kimi göstərilib - XİN faktı araşdıracaq

24.11.2026 / 13:50
ABŞ-da Azərbaycan bayrağı ilə bağlı yayılan məlumatlar təkzib edildi

24.11.2026 / 13:25
İlham Əliyev Beynəlxalq Konqres qarşısında vəzifə qoydu - İpək yolunun bərpa imkanları... - İpək yolunun bərpa imkanları...

24.11.2026 / 12:49
Qafqazda və Azərbaycan memarlığında Kəlbəcər abidələrinin yeri və rolu

24.11.2026 / 12:46
Azərbaycançılıq: milli suverenlik və dövlətçilik ideologiyası

24.11.2026 / 12:31
"Heç bir dastanımızda Azərbaycan kişisinin iki qadını yoxdur" – Gündüz İsmayılov

24.11.2026 / 12:18
Prezidentin sosial şəbəkə hesablarında Monteneqronun Baş nazirini qəbul etməsi ilə bağlı görüntülər paylaşılıb

24.11.2026 / 11:56
Prezident İlham Əliyev Monteneqronun Baş nazirinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib - FOTO

24.11.2026 / 11:55
"Dayanıqlı sülh Cənubi Qafqazı mühüm strateji əhəmiyyətə malik məkana çevirib" - Prezident

24.11.2026 / 11:31
Prezident İlham Əliyev Beynəlxalq Qafqaz Konqresinin iştirakçılarına müraciət ünvanlayıb

24.11.2026 / 11:25
Yaxın Şərq müharibəsi Avropaya sıçraya bilər – Tehran ABŞ-ın Avropadakı müttəfiqlərinə xəbərdarlıq etdi

İnformasiya texnologiyaları Azərbaycanın inkişafında yeni güclü mənbə kimi özünü daha çox təsdiqləyir....

XƏBƏR ARXİVİ