çərşənbə günü, 25 noyabr 2026
     

Miqrant böhranı Avropanın bütün "insan haqları kartlarını" açdı

Image


Miqrant böhranının getdikcə kəskinləşdiyi Avropada ayrı-ayrı dövlətlər bu qəbildən olan insanlara qarşı daha sərt formada davranmağa başlayıb. Hətta iş o yerə çatıb ki, BMT-nin qaçqınlar üzrə ali komissarı Antonio Quterreş indiki xaotik vəziyyətin daha da pisləşəcəyini, Avropanın daha çox birliyə və etimada ehtiyacı olduğu bir vaxtda dövlətlər arasında gərginliyin artacağını deyib.
Antonio Quterreş bildirib ki, BMT bu yaxınlarda Macarıstan tərəfindən tətbiq edilmiş bir sıra məhdudlaşdırıcı tədbirlərdən və onların icra tərzindən xüsusilə narahatdır: "BMT Macarıstanın hakimiyyət orqanlarını bir daha, hüquqi və mənəvi öhdəliklərinə uyğun olaraq, müdafiəyə ehtiyacı olan insanların sərhədə maneəsiz çıxışını təmin etməyə çağırır. Dövlətlər sərhədlərini beynəlxalq hüquqa və Avropa qanunvericiliyinə uyğun şəkildə idarə etməli, o cümlədən sığınacaq axtarmaq hüququnu təmin etməlidir". Məlumatlar göstərir ki, yalnız az sayda sığınacaq axtaranların rəsmi sərhəd-buraxılış məntəqəsindən Macarıstana daxil olmasına icazə verilib. BMT, xüsusən suriyalı qaçqınların, o cümlədən artıq çoxlu iztirab çəkmiş uşaqlı ailələrin Avropaya daxil olmasının su şırnağı və gözyaşardıcı qaz vasitəsilə qarşısının alınmasından heyrətə gəlib və məyus olub. Qaçqınların sərhədi qanunsuz keçdiklərinə görə həbsə alınmasına və məsuliyyətə cəlb edilməsinə gəlincə, BMT bildirir ki, sığınacaq axtarmaq üçün sərhədi keçmək cinayət deyil. Amma Avropa miqrantlarla bağlı BMT çağırışlarına məhəl qoymaq niyyətində deyil. Məsələn, Bolqarıstanın daxili işlər naziri Georgi Kostov bildirib ki, ölkənin qaçqınlarla bağlı üzləşdiyi problemlərlə əlaqədar Türkiyə ilə sərhədə daha min hərbçi göndəriləcək. Nazir əlavə edib ki, onların sayının artırılması nəzərdə tutulur. Bolqarıstanın baş naziri Boyko Borisov da ölkə sərhədlərinin "qanunsuz miqrantların" üzünə bağlandığını bildirib. O, ölkəyə yalnız qanuni əsaslarla girmək mümkün olduğunu qeyd edib. Borisov bildirib ki, rəsmi Sofiyanın xahişi ilə Türkiyə polisi və jandarması qaçqınları Bolqarıstan sərhədindən 40 kilometr aralıda saxlayır.
Macarıstanın Müdafiə Nazirliyi isə könüllü əsasda ehtiyatda olan hərbçiləri orduya çağırıb. Müdafiə naziri İştvan Şimiçko qeyd edib ki, ehtiyatda olanlar ilk növbədə yerlərdəki qarnizonlardan ölkənin sərhədlərinə göndərilən hərbçilərin yerini tutacaq. Qeyd edək ki, bundan əvvəl Macarıstanın hüquq-mühafizə qurumlarının əməkdaşları Xorvatiyadan gəlmiş miqranlarla dolu qatarı saxlayıb. Həmçinin 40 xorvatiyalı polis əməkdaşının da saxlandığı bildirilir. Bundan əvvəl Macarıstan hakimiyyəti yaydığı bəyanatda, sərhədləri qoruya bilmədiyinə görə, Xorvatiyanı Macarıstanı və Avropa İttifaqını pis vəziyyətdə qoymaqda ittiham edib. Xorvatiyaya Serbiyadan minlərlə miqrant daxil olub. İlk əvvəl ölkə miqrantları qəbul etsə də, sonradan hökumət Xorvatiyanın miqrant axınına tab gətirmədiyini bəyan edib. Ölkənin baş naziri Zoran Milanoviç miqrantların Macarıstana göndərilməsinə dair ölkəsinin fəaliyyətə başladığını bildirib.
Avstriyanın daxili işlər naziri Yohanna Mikl-Lyaytner isə qonşu ölkələri Avropa İttifaqının qaydalarına riayət etməməkdə günahlandırıb. O həmçinin bəyan edib ki, miqrantlar Avstriyaya Xorvatiya və Sloveniyadan gəlir. Yaranmış durumda Almaniyanın vitse-kansleri, Sosial-Demokrat Partiyasının (ASDP) sədri Ziqmar Qabriel hesab edir ki, qaçqınların Avropaya kütləvi axını nəticəsində yaranan böhran Avropa İttifaqında parçalanmaya gətirib çıxara bilər. O, "Bild" qəzetinə müsahibəsində deyib: "Belə davam etsə, Avropa maliyyə böhranı, yaxud Yunanıstanda böhran zamanı olduğundan daha böyük təhlükə ilə üzləşə bilər. Almanlar qaçqınlara idman zallarını və kazarmaları verir, geyim toplayır və onları öz ailələrində yerləşdirirlər. Başqa ölkələrdə isə sərhədlərdə tikanlı məftillərdən hasarlar çəkir və keçidləri bağlayırlar", deyən vitse-kansler ritorik sual verib: "Almaniya kömək edir, amma indi Almaniyaya kim kömək edəcək?".
Hökumət başçısının müavini qeyd edib ki, qaçqın axını artdıqca Almaniya əhalisi narahatlıq keçirir. "Reuters" agentliyi bu fonda vitse-kanslerin "Qaçqınlar üçün pul var, Almaniya vətəndaşları üçün yoxdur" kimi əhval-ruhiyyələrə yol vermək olmaz" sözlərini sitat gətirib. Ziqmar Qabrielin fikrincə, indi təkcə qaçqınlar üçün deyil, ehtiyacı olan hər kəs üçün sosial mənzillər tikmək lazımdır. Beləliklə, miqrant məsələsində Avropada fikirlər haçalanır. Amma əsas tendensiya miqrantlara qarşı sərtləşən siyasətdir və bu da Avropanın demokratik, insan haqları dəyərlərinə necə yanaşdığını aydın göstərir.
Nahid SALAYEV




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

“Günəş fəallığı” Xəzər suyuna təsir edən sonuncu amıldir - Rusiyadan gələn izaha cavab...

Putin “nüvə çantası”nı özü ilə Çinə niyə aparmışdı...

Ermənilər Qarabağda Amaras udin-alban abidəsinə kor iddialardan əl çəkmirlər...

SON XƏBƏRLƏR

25.11.2026 / 15:46
Azərbaycanın bu şəhəri erməniləri əvvəl “sevindirmişdi”, sonra bellərini qırdı...

25.11.2026 / 14:35
Lukaşenko: “Avropa təhlükəsizliyinin gələcək arxitekturası avropalıların özlərinin iştirakı olmadan müzakirə edilə bilməz və Kreml bunu başa düşür”

25.11.2026 / 14:29
Peskov ABŞ-ın Rusiya ilə danışıqlara yanaşmasındakı dəyişikliyə münasibət bildirməkdən imtina etdi

25.11.2026 / 14:17
Lukaşenko Rusiyanın nüvə silahlarının Belarusdan çıxarılmasına icazə verdi

25.11.2026 / 14:12
Xarici ölkələrə malların ixracı ilə bağlı hesablaşmaların aparılma qaydaları hazırlanacaq

25.11.2026 / 14:10
MSK-nın nümayəndə heyəti beynəlxalq seçki forumunda iştirak edib

25.11.2026 / 14:05
ABŞ generalından dəhşətli xəbərdarlıq... NATO Rusiyanın zərbələrinə hazır deyil – Avropa şəhərləri Ukrayna kimi bombalana bilər...

25.11.2026 / 13:50
ABŞ Ukraynada böyük təhlükə gözləyir? – Səfirlikdən təcili xəbərdarlıq…

25.11.2026 / 13:33
Zəngəzurda dəmiryolunun çəkiləcəyi dəqiq vaxt deyildi...

25.11.2026 / 13:24
Gələn il 61 dövlətin lideri Bakıya gələ bilər...

25.11.2026 / 13:17
Beynəlxalq Meşə Təlim və Tingçilik Mərkəzi yaradıldı - FƏRMAN

25.11.2026 / 13:10
Əvvəl sabiq nazir, indi sədr müavini – Fond qalmaqalı AK Partidə istefa dalğası yaratdı…

25.11.2026 / 12:55
Ukraynadan Rusiyanın neft sənayesinə növbəti ağır zərbə – “Rosneft”in iki nəhəng zavodu vuruldu…

25.11.2026 / 12:42
Zelenski onu Moskvaya dəvət edən Lukaşenkoya cavab verdi – Putini də götür, Kiyevə gəl…

25.11.2026 / 12:39
Naxçıvanda fəxri adlara görə aylıq təqaüdlə bağlı dəyişiklik...

25.11.2026 / 12:25
Prezident İlham Əliyev Litvanın xarici işlər nazirini qəbul edib - FOTO

25.11.2026 / 12:03
Azərbaycan və Litva Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə imzaladı

25.11.2026 / 11:49
Hörmüz boğazında minaya düşən iki tanker alov aldı...

25.11.2026 / 11:36
Vasif Talıbovun imzaladığı 47 fərman ləğv olundu

25.11.2026 / 11:27
İslam Kərimovun qızı Gülnarənin 252,5 milyon dollarlıq sərvəti aşkarlandı – pullar Özbəkistana qaytarılır...

25.11.2026 / 11:06
Xətainin heykəlinin lövhəsindəki yazı ilə bağlı ekspert qrupu yaradıldı

25.11.2026 / 10:42
Azərbaycanda qədim yaşayış məskəni tapıldı

25.11.2026 / 10:38
Naxçıvan Qaz İstismar Xidməti ləğv edildi

25.11.2026 / 10:25
“Giləzi-Quşçuluq”da dəhşətli faktlar üzə çıxdı – 400 tondan çox təhlükəli toyuq əti aşkarlandı... Şirkətdə həbslər aparıldı...

25.11.2026 / 09:48
Türkiyədə məşhurlara qarşı genişmiqyaslı əməliyyat – Özcan Deniz və digər tanınmış simalar saxlanıldı...

25.11.2026 / 09:12
Cared Kuşnerin babasının partizanlıq qeydləri Belarusda dərc olundu

25.11.2026 / 09:05
Kəlbəcər Şəhəri Günü qeyd olunur

25.11.2026 / 08:58
Kadırovun oğlu soyadını dəyişib Serbiya vətəndaşlığı aldı - sanksiyalardan yayınmanın unikal yolu…

25.11.2026 / 08:51
Konqres üzvləri Trampı Putinin G20-yə dəvətini ləğv etməyə çağırdı

24.11.2026 / 23:25
Vaşinqtondan ŞOK SSENARİ... Trampın gizli planı üzə çıxdı – İranın rəhbər şəxslərinə sui-qəsd hazırlanır...

24.11.2026 / 22:49
Britaniyanı qarışdıran ŞOK QALMAQAL – Ukraynaya ABŞ-dan alınmış tonlarla saxta partlayıcı göndərildi...

24.11.2026 / 22:23
İrandan dünyaya neft şoku xəbərdarlığı – müharibə başlasa, neft bazarında fəlakət yaşanacaq...

24.11.2026 / 22:05
Dövlətlər BCM-dən çıxır - Trampın çağırışı ilə yox, başqa səbəbdən...

24.11.2026 / 21:49
Paşinyan erməni tarixindən “4 çarlığı” silib atdı...

24.11.2026 / 21:35
Respublikaçı konqresmenlər indidən Trampın üzünə durmağa başlayıblar...

24.11.2026 / 21:21
Ermənistanın yeni Konstitusiya layihəsi məhkəmə sistemində ajiotaj yaratdı...

24.11.2026 / 21:10
Ali Şura Zəngəzur dəhlizini Hörmüzə bənzədib hədələdi...

24.11.2026 / 20:53
Ermənistan Konstitusiyasının müzakirəsi 6 ay uzanacaq - Şübhəlidir...

24.11.2026 / 20:38
TRİPP - bu sayaq açılışı məqbul saymaq olar?

24.11.2026 / 20:25
COP 31-ci addımında Türkiyədə iflasa uğradı...

24.11.2026 / 20:17
Trampın İran uğursuzluğunun səbəbi Demokratlar Partiyasının seçki qələbəsi imiş...(?)

24.11.2026 / 19:54
Bakıdan TRIPP-lə bağlı İrəvan və Vaşinqtona mühüm mesaj - Azərbaycanın mövqeyi nəzərə alınmalıdır...

24.11.2026 / 19:33
"Gürcüstan-Azərbaycan dövlət sərhədinin delimitasiyası üzrə komissiya fəaliyyətini davam etdirir" - Maka Boçorişvili

24.11.2026 / 19:27
COP31 iqlim sammiti 192 ölkəni birləşdirmək əvəzinə parçaladı...

24.11.2026 / 19:21
Rusiya erməni terrorçusuna həsr olunan filmin nümayişinə qadağa qoydu

24.11.2026 / 19:07
"Gürcüstan vasitəsilə Ermənistana neft ixracı regional əməkdaşlığa mühüm töhfə verir" - Nazir

24.11.2026 / 19:04
Azərbaycan və Gürcüstan XİN rəhbərlərinin geniştərkibli görüşü keçirildi

24.11.2026 / 18:57
Yeni Konstitusiya sayəsində Paşinyan müxalifəti siyasi səhnədən birdəfəlik silə bilər...

24.11.2026 / 18:42
Ermənistan Paşinyan konstitusiyasından nə vaxtsa imtina edə bilər (?)...

24.11.2026 / 18:32
Mənzil satışı adı altında 172 nəfərə qarşı dələduzluq... şirkət direktoru məhkəmə qarşısına çıxarılır...

24.11.2026 / 18:27
Prezident sosial media hesablarında Gürcüstanın Baş nazirinin müavinini qəbulu ilə bağlı videoçarx paylaşılıb

24.11.2026 / 18:25
Tramp demokratlara qarşı plan hazırlayıb - yanvaradək...

24.11.2026 / 18:10
Rusiya-Ukrayna müharibəsində yeni cəbhə xətti: Finlandiya savaş meydanına çevrilir

24.11.2026 / 18:02
İki baş həkim vəzifəsindən azad edildi

24.11.2026 / 17:50
Paşinyan Zəngəzur dəhlizində ilkin olaraq elektrik xəttini açmaq istəyir...

24.11.2026 / 17:33
Ramiz Mehdiyevin kürəkəni Əli Kərimlinin məhkəməsində hakimdən nə xahiş edib?..

24.11.2026 / 17:24
Gənclərin PUA-lar barədə praktiki vərdişlərə yiyələnməsi təmin ediləcək

24.11.2026 / 17:18
Mətbuat Şurası media subyektlərini jurnalist etikası qaydalarına əməl etməyə çağırdı

24.11.2026 / 17:02
Azərbaycan Vatikan Apostol Arxivi ilə əməkdaşlığın yeni istiqamətlərini müəyyən edən sənəd imzalayıb - FOTO

24.11.2026 / 16:48
Prezident İlham Əliyev Gürcüstanın Baş nazirinin müavinini qəbul edib - FOTO

24.11.2026 / 16:37
"...yoxlasan, babası lütün biri olub" - Siyavuş Novruzov

24.11.2026 / 16:21
Vüqar Rəhimzadə: Hər daşı, qayası tarix olan Kəlbəcər canlı təbiət muzeyini xatırladır

24.11.2026 / 16:12
İran Hərbi Dəniz Qüvvələri Hörmüz boğazında iki tankerin minaya düşdüyünü açıqlayıb

24.11.2026 / 15:59
Portuqaliyada qatarların yarıdan çoxu maşinistlərin tətili səbəbindən yoldan çıxıb

24.11.2026 / 15:57
Tramp və Rutte noyabrın 25-də danışıqlar aparacaqlar

24.11.2026 / 15:50
TRIPP-in açılışı Rusiya və İranın Ermənistana hücumlarını artırır...

24.11.2026 / 15:46
Tehrandan Vaşinqtona 7 maddəlik ultimatum – şərtlər qəbul edilməsə, müharibə genişlənəcək...

24.11.2026 / 15:38
Zelenski nöqtəni qoydu - "Krım körpüsü mövcud olmayacaq"...

24.11.2026 / 15:37
“Özbəkfilm” neyroşəbəkələr vasitəsilə film çəkməyə başlayacaq

24.11.2026 / 14:37
Memarlıq və İncəsənət İnstitutunun əməkdaşının məqaləsi Türkiyədə çapdan çıxıb

24.11.2026 / 14:18
Yunanıstan pasportunda Xankəndi “Stepanakert” kimi göstərilib - XİN faktı araşdıracaq

24.11.2026 / 13:50
ABŞ-da Azərbaycan bayrağı ilə bağlı yayılan məlumatlar təkzib edildi

24.11.2026 / 13:25
İlham Əliyev Beynəlxalq Konqres qarşısında vəzifə qoydu - İpək yolunun bərpa imkanları... - İpək yolunun bərpa imkanları...

24.11.2026 / 12:49
Qafqazda və Azərbaycan memarlığında Kəlbəcər abidələrinin yeri və rolu

24.11.2026 / 12:46
Azərbaycançılıq: milli suverenlik və dövlətçilik ideologiyası

24.11.2026 / 12:31
"Heç bir dastanımızda Azərbaycan kişisinin iki qadını yoxdur" – Gündüz İsmayılov

24.11.2026 / 12:18
Prezidentin sosial şəbəkə hesablarında Monteneqronun Baş nazirini qəbul etməsi ilə bağlı görüntülər paylaşılıb

24.11.2026 / 11:56
Prezident İlham Əliyev Monteneqronun Baş nazirinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib - FOTO

24.11.2026 / 11:55
"Dayanıqlı sülh Cənubi Qafqazı mühüm strateji əhəmiyyətə malik məkana çevirib" - Prezident

24.11.2026 / 11:31
Prezident İlham Əliyev Beynəlxalq Qafqaz Konqresinin iştirakçılarına müraciət ünvanlayıb

24.11.2026 / 11:25
Yaxın Şərq müharibəsi Avropaya sıçraya bilər – Tehran ABŞ-ın Avropadakı müttəfiqlərinə xəbərdarlıq etdi

İnformasiya texnologiyaları Azərbaycanın inkişafında yeni güclü mənbə kimi özünü daha çox təsdiqləyir....

XƏBƏR ARXİVİ