çərşənbə günü, 25 noyabr 2026
     

Ermənistan Suriyadan qaçan kriminal ünsürlərdən Qarabağda ordu düzəldir

Image


Serj Sarkisyanın cinayətkar rejiminə və Ermənistanda korrupsiyaya qarşı fəaliyyətinə görə, Ermənistanın "Milli Azadlıq Hərəkatı” ictimai-siyasi təşkilatının rəhbəri Vaan Martirosyana hakimiyyət tərəfindən təzyiq göstərilib. Trend-in məlumatına görə, bunu V.Martirosyan Bakıda mətbuat konfransında deyib.

V.Martirosyan qeyd edib ki, Sarkisyan rejimi öz qazancı üçün Azərbaycanın simasında düşmən obrazı yaradır və ölkə iqtisadiyyatını iflasa uğradıb.

V.Martirosyan Ermənistanda təqiblərə və təzyiqlərə məruaz qalmasından da danışıb: "Mənim Ermənistanda təqib olunmağıma səbəb ictimai və hüquq müdafiəçisi kimi fəaliyyətlə məşğul olmağım olub. Məsələnin pik həddə çatması isə bu il avqustun 14-də Sarkisyanın yaxın dostunun mənə öz evimdə hücum etməsi oldu, ailəmin və yaşlı anamın qarşısında döyüldüm. Həyat yoldaşım döyülərək uşağımızı itirdi. Anama təzyiqlər başladı. Müxtəlif tibbi idarələrin əli ilə bizim döyülməməyimiz barədə saxta sənədlər hazırlandı”.

Xatırladaq ki, Ermənistan "Milli Azadlıq Hərəkatı” təşkilatının rəhbəri Vaan Emilyeviç Martirosyan Azərbaycandan siyasi sığınacaq istəyib.

V. Martirosyan rəhbərlik etdiyi müxalif yönümlü "Milli Azadlıq Hərəkatı” təşkilatının fəaliyyətinə görə Ermənistan Respublikasının dövlət orqanlarının və ayrı-ayrı səlahiyyətli şəxslərinin təzyiqlərinə məruz qalıb.


Dağlıq Qarabağa göndərmək üçün Ermənistanda Yaxın Şərqdən gələn qaçqınlardan ibarət qruplaşmalar yaradılır


Vaan Martirosyan Bakıda mətbuat konfransında deyib ki, Dağlıq Qarabağa göndərilərək hərbi fəaliyyətlərdə iştirak etmək üçün Ermənistanda Yaxın Şərqdən gələn qaçqınlardan ibarət qruplaşmalar yaradılır. Onun sözlərinə əsasən, Yaxın Şərqdə hərbi fəaliyyətlər dövründə Ermənistana təqribən 15-20 min qaçqın gəlib ki, onların çoxu erməni əsillidir: "Onların əksəriyyəti Ermənistanda baş verən bütün dəhşətləri görərək dərhal ölkəni tərk edib. Əsasən kriminal keçmişi olanlardan isə Dağlıq Qarabağa göndərilən qruplaşmalar yaradılır.

V.Martirosyan əlavə edib ki, Ermənistanda heç kəs müharibənin başlamasını istəmir: "Bu, xalqlarımızın ən böyük faciəsi olacaq. Müharibə ondan qazanc götürənlər üçün sərf edəcək. Ermənistan ordusu indiki vəziyyəti ilə təkcə Azərbaycan ordusuna deyil, hətta Afrikanın üçüncü ölkəsinin ordusuna belə müqavimət göstərə bilməz. Bizdə hamı orduda xidmətdən yayınır. Dinc şəraitdə itkilərimiz çoxdur. Müharibə başlasa, Ermənistan ordusu müvəffəqiyyətsizliyə məhkum olacaq”.


Ermənistanın Milli Təhlükəsizlik Xidməti insanlara çox güclü təsir edir


Onun sözlərinə görə, Ermənistanın Milli Təhlükəsizlik Xidməti insanlara çox güclü təsir edir və istənilən ifadəni ala bilər. O, Azərbaycana gəlmiş erməni idmançılarının Ermənistana qayıtdıqdan sonra Azərbaycan barədə haqsız danışmalarını bununla izah edib: "Daha əvvəl Azərbaycana qaçmış, sonra isə Ermənistana geri dönmüş erməni ailəsi məhz bu səbəbdən Azərbaycan barədə pis şeylər danışır”.

V.Martirosyan qeyd edib ki, Sarkisyanın adamları ilə razılaşmaya getmədim və bu səbəbdən mənə qarşı bir neçə cinayət işi qaldırıldı.

Onun sözlərinə görə, Azərbaycan mətbuatından başqa heç kəs Sarkisyanın cinayətkar rejimi barədə daha dolğun həqiqətləri çatdıra bilməz: "Burada olmağımın səbəblərindən biri də budur. Burada gördüyüm səmimiliyin yüzdə bir hissəsini də gözləmirdim. Mənə qarşı münasibət çox yaxşı və yüksək səviyyədədir. Fikrimcə, sərhədlər açılsa, Ermənistandan xeyli sayda erməni Azərbaycana gələcək”.


Sarkisyanın ailəsi reketlə məşğul olur


Vaan Martirosyan bildirib ki, Serj Sarkisyanın ailəsi reketlə məşğul olur. Onun sözlərinə görə, S.Sarkisyanın qardaşı Aleksandr Sarkisyanın hətta "Saşa 50/50” ləqəbi var, çünki o iş adamlarından biznesin iri və ya kiçik olmasına baxmayaraq, gəlirlərin yarısını alır: "Aleksandrın adamları mənim tanışım olduğu konserv zavodunun rəhbərinin oğlunu oğurladılar. Nəticədə o, gəlirin yarısını vermək məcburiyyətində qalıb”.

V.Martirosyan qeyd edib ki, S.Sarkisyanın digər qardaşı Levon Sarkisyan uşaqların müalicəsi üçün Avropa və ABŞ-dan pul dilənən xeyriyyə fonduna rəhbərlik edir: "Əslində isə pullar həmin məqsədlərə xərclənmir və Sarkisyanın ailəsinin cibinə gedir”.

O diqqətə çatdırıb ki, S.Sarkisyan və R.Koçaryanın başçılıq etdiyi "Qarabağ klanı” Ermənistanı və xalqını sevmir, əksinə nifrət edir: "Ermənistan Afrikanın üçüncü dünya ölkələrindən daha pis vəziyyətdədir. Ermənistanda iş yoxdur. İnsanlar xaricdə yaşayan qohumlarından yardım almasa, hamısı çoxdan acından ölərdi. Korrupsiya çox yüksək səviyyədədir. Hamı bilir ki, məsələn, kənd yerində müəllim işləmək üçün 3 min dollar, şəhər məktəbində isə 10 min dollar rüşvət ödəmək lazımdır”.

V.Martirosyan əlavə edib ki, heç kəs Dağlıq Qarabağda yaşamaq istəmir: "Orada boş şəhərlər var. Dağlıq Qarabağda indi seçkilər keçirilsə, xalq Azərbaycanla birləşməyin lehinə səs verəcək”.

Təşkilat rəhbəri pul oğurluğunda ittiham edilməsini təkzib edib: "Hakimiyyət mənə qarşı kampaniyaya başladıqdan sonra iddiaçı mənim əleyhimə ərizə verib. O, bunu Ermənistanın Milli Təhlükəsizlik Xidmətinin təsiri altında edib”.

V.Martirosyan Ermənistanda qalan anasının və həyat yoldaşının qardaşının təhlükəsizliyini təmin etmək xahişilə Azərbaycandakı BMT-nin və Beynəlxalq Qırmızı Xaç Cəmiyyətlərinin ofislərinə müraciət edib.

O bildirib: "Bizim Milli Təhlükəsizlik Xidmətinin hansı metodlardan istifadə etdiyini bilirəm. Xahiş edirəm ki, BMT və Beynəlxalq Qırmızı Xaç Cəmiyyəti müdaxilə etsin. Azərbaycanda qalacağıma və ya sonradan üçüncü ölkəyə gedəcəyimə dair hələ qərar verməmişəm".


Vaan Martirosyanın bəyanatı


Azərbaycandan sığınacaq istəyən Ermənistan vətəndaşı Vaan Martirosyan bəyanatla çıxış edib. APA-nın xəbərinə görə, Vaan Martirosyan və həyat yoldaşı Karina Qasparyan tərəfindən imzalanan birgə bəyanatda deyilir:

"Mən, Martirosyan Vaan Emilyeviç, 1986-cı ildə İrəvanda anadan olmuşam. Ermənistan vətəndaşıyam. Azərbaycan Respublikasındakı qeyri-hökumət təşkilatlarından olan dostların və həmkarlarımın köməyi ilə könüllü şəkildə ailəmlə birlikdə Azərbaycan Respublikası ərazisinə keçmişəm. Azərbaycanda məni çox dostcasına və qonaqpərvərliklə qarşılayıblar, Azərbaycan tərəfindən heç bir təzyiqlə qarşılaşmamışam. Bu hərəkətə səbəb mənim Ermənistanda ictimai-siyasi, hüquq müdafiəçisi fəaliyyətim olub. Mən "Milli Azadlıq Hərəkatı” vətəndaş təşəbbüsünün rəhbəri olaraq Serj Sarkisyanın cinayətkar rejiminə, Ermənistanda hakimiyyətin total korrupsiya fəaliyyətinə qarşı mübarizə aparmışam. Məhz bu fəaliyyətə görə mən və hərəkatdan olan digər həmkarlarım son 3 ildə davamlı şəkildə Ermənistanın hakimiyyət orqanları tərəfindən təqib və təzyiqlərə məruz qalmışıq. Nəhayət, 12 avqust tarixində Serj Sarkiyanın yaxın dostu, hakim Ermənistan Respublika Partiyasının deputatı Mger Sedrakyanın cangüdən və qohumları öz evimdə mənə və ailəmə hücum ediblər. Hücum nəticəsində mən yaşlı anam və 2 yaşlı oğlumun gözü qarşısında vəhşicəsinə döyülmüşəm, nəticədə hamilə həyat yoldaşım uşağımızı itirib. Bundan sonra davamlı şəkildə işi bağlamaq və mediaya məlumat sızdırmamaq üçün rüşvət təklif ediblər. Mən bu təklifi rədd etdikdən sonra anama təzyiqlər başlayıb. Ermənistan İstintaq Komitəsi mənə qarşı müxtəlif saxta cinayət işləri qaldırıb, saxta şahidlər tapıblar və tibbi məntəqələrini mənim döyülməyimlə bağlı saxta sənəd hazırlamağa məcbur ediblər. Bütün bunların nəticəsində həbsdən, repressiyadan, ədalətsiz məhkəmədən və ailəmin təhlükə altında olmasından qorxaraq, dərhal Ermənistanı tərk etmək barədə qərar verdim. Mənim məqsədim Serj Sarkisyanın qeyri-legitim rejiminin cinayətkar mahiyyəti, onun ətrafı tərəfindən törədilən qanunsuzluqla bağlı Azərbaycan KİV-i vasitəsilə dünya ictimaiyyətinin, erməni diasporunun və beynəlxalq ictimaiyyətinin gözünü açmaqdır. Həmçinin onu göstərməkdir ki, bu rejim düşünülmüş şəkildə Dağlıq Qarabağ münaqişəsindən necə istifadə edir və Ermənistan iqtisadiyyatının, ordusunun, erməni xalqının ümumi yaşayışının tənəzzülü hesabına özünün mənfəəti məqsədilə Azərbaycanın simasında saxta düşmən görüntüsü yaradır”.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

“Günəş fəallığı” Xəzər suyuna təsir edən sonuncu amıldir - Rusiyadan gələn izaha cavab...

Putin “nüvə çantası”nı özü ilə Çinə niyə aparmışdı...

Ermənilər Qarabağda Amaras udin-alban abidəsinə kor iddialardan əl çəkmirlər...

SON XƏBƏRLƏR

25.11.2026 / 20:50
TRIPP-ə görə İranla Ermənistan üz-üzə gəlir, Rusiya da İrəvana qəzəblidir...

25.11.2026 / 20:33
Paşinyan parlament müxalifətinə qarşı "B" planına əl atır, bu da nəticə verməsə yeni fikir var...

25.11.2026 / 20:15
İranda qaz qıtlığı ümidləri Azərbaycana yönəltdi...

25.11.2026 / 19:59
Tehran Trampı inanılmaz şərtlərin icrasına məcbur edir...

25.11.2026 / 19:43
Azərbaycan 2027-də ATƏT sədri ola bilər - “Düşmənlər” hərəkətə keçdi...

25.11.2026 / 19:26
Azərbaycan - Gürcüstan sərhəd delimitasiyasında durğunluq yaranıb - Nazir narahat eyham vurdu...

25.11.2026 / 19:21
Xalq artisti Elmira Şabanova vəfat etdi

25.11.2026 / 19:10
Mask Nvidia liderini vurdurdu, Tramp Maskdan qisas aldı...

25.11.2026 / 18:40
Körfəzdən Azərbaycana, Azərbaycandan İrana gedənlər kəskin azalıb - qiymətlər əsas rol oynayır...

25.11.2026 / 18:26
Ermənistanda sabiq müdafiə naziri ilə bağlı yeni qalmaqal – Tonoyana ağır ittiham irəli sürüldü...

25.11.2026 / 18:11
Lukaşenkodan sensasiyalı açıqlama – ondan sonra Belarusu kim idarə edəcək...

25.11.2026 / 17:56
Keçmiş icra başçısının əmlaklarına həbs qoyuldu - SİYAHI

25.11.2026 / 17:43
Zelenski Krım körpüsünü ən kritik yerdən vurdu, Rusiyanın alternativ yolu qalmadı...

25.11.2026 / 17:25
COP31 prezidenti Murat Kurum konfransda işləri korladı, Afrika ölkələrindən üzr istədi, lakin... - VİDEO

25.11.2026 / 17:10
Rusiyanın "Merkuri" gəmisi inanılmaz əməliyyatla vuruldu - şok detallar...

25.11.2026 / 16:57
Milyondan çox pensiyaçının gözlədiyi xəbər – pensiyalar artırılır...

25.11.2026 / 16:43
Ceyhun Bayramov litvalı həmkarı ilə ikitərəfli əlaqələri və regional məsələləri müzakirə etdi

25.11.2026 / 16:37
Sumqayıtda marketdə ahıl qadının pul kisəsi belə oğurlandı - VİDEO

25.11.2026 / 16:29
Paşinyan Putinlə mürəkkəb "dəmiryolu danışıqlarına" gedir... Kritik görüş...

25.11.2026 / 16:02
İran liderlərinə qarşı ABŞ-İsrail cəza terrorunun yeni dalğası müzakirə olunur...

25.11.2026 / 15:46
Azərbaycanın bu şəhəri erməniləri əvvəl “sevindirmişdi”, sonra bellərini qırdı...

25.11.2026 / 15:33
Bakcell tətbiqində VIP Çarxı çevir, iPhone qazan

25.11.2026 / 15:05
Prezident İlham Əliyev Hikmət Çətinin ailəsinə başsağlığı verdi

25.11.2026 / 14:35
Lukaşenko: “Avropa təhlükəsizliyinin gələcək arxitekturası avropalıların özlərinin iştirakı olmadan müzakirə edilə bilməz və Kreml bunu başa düşür”

25.11.2026 / 14:29
Peskov ABŞ-ın Rusiya ilə danışıqlara yanaşmasındakı dəyişikliyə münasibət bildirməkdən imtina etdi

25.11.2026 / 14:17
Lukaşenko Rusiyanın nüvə silahlarının Belarusdan çıxarılmasına icazə verdi

25.11.2026 / 14:12
Xarici ölkələrə malların ixracı ilə bağlı hesablaşmaların aparılma qaydaları hazırlanacaq

25.11.2026 / 14:10
MSK-nın nümayəndə heyəti beynəlxalq seçki forumunda iştirak edib

25.11.2026 / 14:05
ABŞ generalından dəhşətli xəbərdarlıq... NATO Rusiyanın zərbələrinə hazır deyil – Avropa şəhərləri Ukrayna kimi bombalana bilər...

25.11.2026 / 13:57
Əli Əsədov Gürcüstanın Baş nazirinin müavini ilə görüşdü

25.11.2026 / 13:50
ABŞ Ukraynada böyük təhlükə gözləyir? – Səfirlikdən təcili xəbərdarlıq…

25.11.2026 / 13:33
Zəngəzurda dəmiryolunun çəkiləcəyi dəqiq vaxt deyildi...

25.11.2026 / 13:24
Gələn il 61 dövlətin lideri Bakıya gələ bilər...

25.11.2026 / 13:17
Beynəlxalq Meşə Təlim və Tingçilik Mərkəzi yaradıldı - FƏRMAN

25.11.2026 / 13:10
Əvvəl sabiq nazir, indi sədr müavini – Fond qalmaqalı AK Partidə istefa dalğası yaratdı…

25.11.2026 / 12:55
Ukraynadan Rusiyanın neft sənayesinə növbəti ağır zərbə – “Rosneft”in iki nəhəng zavodu vuruldu…

25.11.2026 / 12:42
Zelenski onu Moskvaya dəvət edən Lukaşenkoya cavab verdi – Putini də götür, Kiyevə gəl…

25.11.2026 / 12:39
Naxçıvanda fəxri adlara görə aylıq təqaüdlə bağlı dəyişiklik...

25.11.2026 / 12:25
Prezident İlham Əliyev Litvanın xarici işlər nazirini qəbul edib - FOTO

25.11.2026 / 12:03
Azərbaycan və Litva Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə imzaladı

25.11.2026 / 11:49
Hörmüz boğazında minaya düşən iki tanker alov aldı...

25.11.2026 / 11:36
Vasif Talıbovun imzaladığı 47 fərman ləğv olundu

25.11.2026 / 11:27
İslam Kərimovun qızı Gülnarənin 252,5 milyon dollarlıq sərvəti aşkarlandı – pullar Özbəkistana qaytarılır...

25.11.2026 / 11:06
Xətainin heykəlinin lövhəsindəki yazı ilə bağlı ekspert qrupu yaradıldı

25.11.2026 / 10:42
Azərbaycanda qədim yaşayış məskəni tapıldı

25.11.2026 / 10:38
Naxçıvan Qaz İstismar Xidməti ləğv edildi

25.11.2026 / 10:25
“Giləzi-Quşçuluq”da dəhşətli faktlar üzə çıxdı – 400 tondan çox təhlükəli toyuq əti aşkarlandı... Şirkətdə həbslər aparıldı...

25.11.2026 / 09:48
Türkiyədə məşhurlara qarşı genişmiqyaslı əməliyyat – Özcan Deniz və digər tanınmış simalar saxlanıldı...

25.11.2026 / 09:12
Cared Kuşnerin babasının partizanlıq qeydləri Belarusda dərc olundu

25.11.2026 / 09:05
Kəlbəcər Şəhəri Günü qeyd olunur

25.11.2026 / 08:58
Kadırovun oğlu soyadını dəyişib Serbiya vətəndaşlığı aldı - sanksiyalardan yayınmanın unikal yolu…

25.11.2026 / 08:51
Konqres üzvləri Trampı Putinin G20-yə dəvətini ləğv etməyə çağırdı

24.11.2026 / 23:25
Vaşinqtondan ŞOK SSENARİ... Trampın gizli planı üzə çıxdı – İranın rəhbər şəxslərinə sui-qəsd hazırlanır...

24.11.2026 / 22:49
Britaniyanı qarışdıran ŞOK QALMAQAL – Ukraynaya ABŞ-dan alınmış tonlarla saxta partlayıcı göndərildi...

24.11.2026 / 22:23
İrandan dünyaya neft şoku xəbərdarlığı – müharibə başlasa, neft bazarında fəlakət yaşanacaq...

24.11.2026 / 22:05
Dövlətlər BCM-dən çıxır - Trampın çağırışı ilə yox, başqa səbəbdən...

24.11.2026 / 21:49
Paşinyan erməni tarixindən “4 çarlığı” silib atdı...

24.11.2026 / 21:35
Respublikaçı konqresmenlər indidən Trampın üzünə durmağa başlayıblar...

24.11.2026 / 21:21
Ermənistanın yeni Konstitusiya layihəsi məhkəmə sistemində ajiotaj yaratdı...

24.11.2026 / 21:10
Ali Şura Zəngəzur dəhlizini Hörmüzə bənzədib hədələdi...

24.11.2026 / 20:53
Ermənistan Konstitusiyasının müzakirəsi 6 ay uzanacaq - Şübhəlidir...

24.11.2026 / 20:38
TRİPP - bu sayaq açılışı məqbul saymaq olar?

24.11.2026 / 20:25
COP 31-ci addımında Türkiyədə iflasa uğradı...

24.11.2026 / 20:17
Trampın İran uğursuzluğunun səbəbi Demokratlar Partiyasının seçki qələbəsi imiş...(?)

24.11.2026 / 19:54
Bakıdan TRIPP-lə bağlı İrəvan və Vaşinqtona mühüm mesaj - Azərbaycanın mövqeyi nəzərə alınmalıdır...

24.11.2026 / 19:33
"Gürcüstan-Azərbaycan dövlət sərhədinin delimitasiyası üzrə komissiya fəaliyyətini davam etdirir" - Maka Boçorişvili

24.11.2026 / 19:27
COP31 iqlim sammiti 192 ölkəni birləşdirmək əvəzinə parçaladı...

24.11.2026 / 19:21
Rusiya erməni terrorçusuna həsr olunan filmin nümayişinə qadağa qoydu

24.11.2026 / 19:07
"Gürcüstan vasitəsilə Ermənistana neft ixracı regional əməkdaşlığa mühüm töhfə verir" - Nazir

24.11.2026 / 19:04
Azərbaycan və Gürcüstan XİN rəhbərlərinin geniştərkibli görüşü keçirildi

24.11.2026 / 18:57
Yeni Konstitusiya sayəsində Paşinyan müxalifəti siyasi səhnədən birdəfəlik silə bilər...

24.11.2026 / 18:42
Ermənistan Paşinyan konstitusiyasından nə vaxtsa imtina edə bilər (?)...

24.11.2026 / 18:32
Mənzil satışı adı altında 172 nəfərə qarşı dələduzluq... şirkət direktoru məhkəmə qarşısına çıxarılır...

24.11.2026 / 18:27
Prezident sosial media hesablarında Gürcüstanın Baş nazirinin müavinini qəbulu ilə bağlı videoçarx paylaşılıb

24.11.2026 / 18:25
Tramp demokratlara qarşı plan hazırlayıb - yanvaradək...

24.11.2026 / 18:10
Rusiya-Ukrayna müharibəsində yeni cəbhə xətti: Finlandiya savaş meydanına çevrilir

24.11.2026 / 18:02
İki baş həkim vəzifəsindən azad edildi

24.11.2026 / 17:50
Paşinyan Zəngəzur dəhlizində ilkin olaraq elektrik xəttini açmaq istəyir...

24.11.2026 / 17:33
Ramiz Mehdiyevin kürəkəni Əli Kərimlinin məhkəməsində hakimdən nə xahiş edib?..

24.11.2026 / 17:24
Gənclərin PUA-lar barədə praktiki vərdişlərə yiyələnməsi təmin ediləcək

24.11.2026 / 17:18
Mətbuat Şurası media subyektlərini jurnalist etikası qaydalarına əməl etməyə çağırdı

İnformasiya texnologiyaları Azərbaycanın inkişafında yeni güclü mənbə kimi özünü daha çox təsdiqləyir....

XƏBƏR ARXİVİ