Bazar günü günü, 27 sentyabr 2026
     

Tramp İrana taktiki nüvə bombası atacaq?..

Image


Abutalıb Səmədov: "ABŞ-ın İrana taktiki nüvə bombası atmaq ehtimalı yoxdur"

Hazırda dünya mediasında yayılan məlumatlara görə, Donald Trump İranla bağlı çox sərt bəyanatlar versə də, onun taktiki nüvə bombası istifadə edəcəyi ilə bağlı rəsmi və təsdiqlənmiş qərar yoxdur.

Amma ABŞ və İran arasında münaqişə artıq açıq hərbi qarşıdurma mərhələsinə keçib və gərginlik sürətlə artır. Trump İranı dəfələrlə çox ağır zərbələrlə hədələyib, məsələn “ciddi hücumlar” və ya “böyük dağıntılar” olacağı barədə açıqlamalar verib.

Bəzi xəbərlərdə onun İranın infrastrukturu və hərbi obyektlərinə hücumları genişləndirə biləcəyi vurğulanır.

Eyni zamanda ekspertlər qeyd edir ki, ABŞ-ın hərbi variantları arasında müxtəlif ssenarilər müzakirə olunur və bəzi analitik yazılarda nüvə silahı variantının "müzakirə edilə bilən seçimlərdən biri" kimi qeyd edildiyi hallar var.

Lakin çox vacib məqam budur ku, nüvə silahının istifadəsi son dərəcə radikal addım sayılır. Bu, beynəlxalq hüquq, siyasi risklər və mümkün qlobal müharibə təhlükəsi səbəbilə praktik olaraq ən son və ən az ehtimal olunan variant hesab edilir.

Hazırkı xəbərlərdə daha çox konvensional (yəni adi) silahlarla genişmiqyaslı hücumlar, hava zərbələri və strateji obyektlərin vurulması müzakirə olunur, nüvə zərbəsi isə daha çox ekspert səviyyəsində nəzəri ehtimal kimi ortaya atılır.

Qısa desək, mediada Trumpın İranı çox sərt şəkildə hədələdiyi doğrudur, amma onun konkret olaraq taktiki nüvə bombası atacağına dair təsdiqlənmiş, rəsmi plan və ya qərar yoxdur. Bu cür iddialar əsasən ehtimallar və ya şərhlər səviyyəsindədir, fakt kimi qəbul olunmur.

Tramp İrana taktiki nüvə bombası ata bilərmi?

Politoloq Abutalıb Səmədov məsələ ilə bağlı "Bakı-Xəbər" qəzetinə açıqlamasında bildirib ki, Amerikanın İrana taktiki nüvə bombası atmaq ehtimalı yoxdur. Onun sözlərinə görə, belə bir addım ABŞ-ın və prezident Trampın nüfuzuna çox ağır zərbə vura bilər: "Çünki bir tərəfdən Tramp elan edir ki, İran artıq məğlub olub, onun hava hücumundan müdafiə qüvvələri, hərbi dəniz donanması məhv edilib, ballistik raket ehtiyatının böyük hissəsi sıradan çıxarılıb. Belə bir şəraitdə taktiki nüvə bombasından istifadə etmək ABŞ prezidentinin yalan bəyanatlar verməsinin sübutu ola bilər. Əgər qarşında məğlub edilmiş bir dövlət varsa və sən öz hədəflərinə nail olmusansa, taktiki nüvə silahına nə ehtiyac var?

Məlumdur ki, Rusiya-Ukrayna müharibəsində Moskva pis vəziyyətə düşəndə taktiki nüvə silahından istifadə edəcəyi barədə bəyanatlar verirdi. İlk belə bəyanat 2022-ci ilin oktyabr ayında səsləndirilmişdi. Çünki Ukrayna böyük sürətlə əks hücuma keçmiş, 78 min kvadrat kilometr ərazisini rus qoşunlarından azad etmişdi. Həmin dövrdə Rusiyanın yüksək vəzifəli şəxsləri, ilk növbədə Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev, taktiki nüvə silahından istifadənin zəruriliyi barədə danışırdı. Bu da ABŞ-ı kifayət qədər narahat etmişdi və dərhal Ukrayna rəhbərliyinə hücumu dayandırmaqla bağlı göstərişlər verilmişdi.

2022-ci ilin oktyabr-noyabr aylarından sonra Ukrayna demək olar ki, irəliləyə bilmədi, əsasən müdafiə mövqeyində qaldı. Nəticədə hər il Kiyev 5-6 min kvadrat kilometr ərazi itirir. Ukrayna bu ilin ilk rübü ərzində də müəyyən ərazilər itirib. Rusiyanın taktiki nüvə silahından istifadə istəyi aydın idi, çünki ağır vəziyyətə düşmüşdü. Medvedev deyirdi ki, nüvə dövləti məğlub ola bilməz.

ABŞ prezidenti belə bir etiraf edə bilərmi? Əgər etsə, ilin sonunda keçiriləcək aralıq seçkilərdə Respublikaçılar qələbə qazana bilərmi? Əlbəttə yox. Bu halda Tramp "topal ördək" statuslu prezidentə çevrilər və onun fəaliyyətinin faydası azalardı. Üstəlik, Respublikaçıların gələcək prezident seçkilərində də qələbə şansı minimuma enər.

Bu səbəbdən hesab etmirəm ki, ABŞ prezidenti taktiki nüvə silahından istifadə etmək qərarına gəlsin. Baxmayaraq ki, taktiki nüvə silahı o qədər də genişmiqyaslı dağıdıcı deyil - təxminən 10 kvadrat kilometr ərazidə təsir göstərir, öldürücü radius isə 1-2 kilometrdir. Əsas məsələ ondadır ki, bu silah geniş ərazilərdə radioaktiv çirklənməyə səbəb olmur. Buna görə də Rusiya bəzən belə fikirlərə düşə bilir.

Bundan əlavə, nəzərə almaq lazımdır ki, Rusiya ilə ABŞ əhalisi arasında ciddi fərq var. ABŞ əhalisinin əksəriyyəti müharibənin əleyhinədir və bir əsgərin ölümü onlar üçün böyük faciə sayılır. Hazırda da ABŞ-ın İrana qarşı müharibəsinə əhalinin böyük hissəsi etiraz edir. Amma Rusiyada səbəbin nə olmadından asılı olmayaraq, əhalinin əksəriyyəti həm müharibəni, həm də hakimiyyəti dəstəkləyir.

Mən düşünmürəm ki, ABŞ İrana qarşı ciddi uğursuzluğa məruz qalıb. Əvvəlcədən də müəyyən etmək olardı ki, bu müharibədə hansı nəticələr əldə edilə bilər. İranın bəzi hərbi obyektləri sıradan çıxarılıb, donanmaya ciddi zərbə dəyib, ballistik raketlərin sayı azaldılıb, 60% zənginləşdirilmiş 440 kq uran isə nəzarətdən çıxıb. Onun harada olduğu dəqiq məlum deyil.

ABŞ bundan artıq nə əldə edə bilər? Endirilən zərbələr, dağıntılar və itkilər əksər hallarda dövlətləri güzəştə getməyə məcbur edir. Məsələn, Yuqoslaviyanı 77 gün bombaladılar və nəticədə quru əməliyyatı olmadan rəhbərlik tələbləri qəbul etdi. Sonradan Kosovo müstəqillik qazandı və Yuqoslaviya parçalandı.

Lakin İran rəhbərliyi xalqın maraqlarını əsas götürmür. Bu, ABŞ üçün çətin anlaşılan məsələdir. Bu qədər dağıntıya məruz qalan ölkə əslində danışıqlara daha çox meylli olmalıdır. Amma hazırda İranın belə niyyəti görünmür. Ola bilsin, gizli danışıqlar gedir və real vəziyyət fərqlidir.

Bir məqamı da xatırlatmaq istəyirəm: 1979-cu ildə İran inqilabı ərəfəsində İranla Çinin ÜDM-i arasında fərq təxminən 100 milyard dollar idi. Hazırda İranın ÜDM-i 356 milyard dollar olduğu halda, Çinin ÜDM-i 18 trilyon dollardan artıqdır. Xalqı düşünmək bir dövləti bu səviyyəyə gətirə bilər".

Səmədovun fikrincə, ABŞ rəhbərliyi müharibədən çıxış yolu axtarır. O deyir ki, ola bilsin, quru əməliyyatı planından tam imtina etməyib, müəyyən əraziləri ələ keçirmək (Xark adasını - red. A.N) və ya Hörmüz boğazına nəzarət etmək istəyir: "Tramp buna nail olsa, öz məqsədinə çatdığını elan edə bilər. Lakin taktiki nüvə silahından istifadə ABŞ üçün çox ciddi problemlər yaradar və Respublikaçılar Partiyası bunun altından çıxa bilməz."

Akif NƏSİRLİ




DİGƏR XƏBƏRLƏR

VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

1500 il alban patriarxlığının iqamətgahı olmuş yerləri ermənilər necə mənimsəyə bilər?!...

Azərbaycan mədən sənayesini yenidən qurur - qızıl, mis, dəmir...

İrəvana gedən azərbaycanlı ekspertlər düşmən hesab edildi.... Fakt...

SON XƏBƏRLƏR

26.09.2026 / 23:58
Rusiya Ukraynanın data-mərkəzlərini vurur - neft zavodlarının qisası alınır?...

26.09.2026 / 23:23
"Bu münasibətləri kənar qüvvələrin təxribatlarına qurban vermək olmaz" - Bəhruz Quliyev

26.09.2026 / 21:18
Zelenski Trampdan Rusiyaya qarşı "cəhənnəm sanksiyaları" tətbiq etməsini istədi...

26.09.2026 / 20:25
Latviyada NATO təlimləri zamanı İtaliya zirehli maşını başqa bir maşına atəş açdı – yaralılar var...

26.09.2026 / 19:53
Prezidentin sosial şəbəkə hesablarında Formula 1 Azərbaycan Qran-Prisinin əsas yarışından görüntülər paylaşılıb - VİDEO

26.09.2026 / 19:07
Polşa öz ərazisində yerləşdiriləcək hər bir əsgər üçün ABŞ-a ildə 15 min dollar təklif etdi...

26.09.2026 / 17:52
Azərbaycan üzərindən İrandan Rusiyaya qaz kəməri çəkilir...

26.09.2026 / 17:19
Corc Rassell Formula 1 Azərbaycan Qran-Prisinin qalibi oldu

26.09.2026 / 16:42
Prezident İlham Əliyev Beynəlxalq Xizək və Snoubord Federasiyasının prezidenti ilə görüşdü - FOTO

26.09.2026 / 16:19
Prezident İlham Əliyev Beynəlxalq Avtomobil Federasiyasının prezidenti ilə görüşdü - FOTO

26.09.2026 / 16:17
Pezeşkian İranın 60 faiz zənginləşdirilmiş uranı yenidən "qarışdırmağa" hazır olduğunu bildirdi...

26.09.2026 / 15:56
Tramp Zelenskiyə Moskvaya get demədi, rədd cavabı da almadı...

26.09.2026 / 15:44
"Azərbaycan-Türkiyə münasibətlərinə xələl gətirməyə yönəlmiş əsassız iddialar narahatlıq doğurur" - Media və Yayım Şurası

26.09.2026 / 15:23
Prezident İlham Əliyev və Mehriban Əliyeva Formula 1-in əsas yarışına baxdılar - FOTO/YENİLƏNDİ

26.09.2026 / 14:56
Azərbaycan Ermənistan, və Gürcüstanın elektrik enerjisi sistemləri bir-birinə bağlanır...

26.09.2026 / 14:40
İnvestisiya Forumunda 10,8 milyard dollarlıq 23 sənəd imzalandı

26.09.2026 / 14:23
Ermənilərin 60 faizi AİB və AB arasında seçimlə bağlı referendumun keçirilməsini dəstəklədi – SORĞU...

26.09.2026 / 14:08
Ruslara daha bir ölkəyə qarşı xüsusi əməliyyat keçirməyi planlaşdırır...

26.09.2026 / 13:50
Prezidentin sosial şəbəkə hesablarında II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu ilə bağlı paylaşım edilib - VİDEO

26.09.2026 / 13:24
MM komissiyası Türkiyə ərazisindən aparılan informasiya kampaniyası ilə bağlı bəyanat yaydı

26.09.2026 / 13:15
ABŞ senatorları Trampı Putinə G20 sammitinə dəvəti ləğv etməyə çağırdı...

26.09.2026 / 12:43
Kreml Türkiyənin Qara dənizdə təhlükəsizlik müzakirəsi təklifindən imtina etdi…

26.09.2026 / 12:12
Laçında traktor minaya düşdü

26.09.2026 / 12:06
“Minkənd” Kiçik Su Elektrik Stansiyasının açılışı olub, “Tekstil Klasteri” layihəsi üzrə istehsal müəssisəsinin təməli qoyuldu

26.09.2026 / 12:01
Cənubi Qafqazda yeni siyasi gündəm yaradan Vətən Müharibəsi - TƏHLİL

26.09.2026 / 11:50
Şahin Mustafayev Aleksandr Novakla görüşdü

26.09.2026 / 11:37
“Sea Breeze” artıq beynəlxalq investorlar üçün cəlbedici məkana çevrilib" - Emin Ağalarov

26.09.2026 / 11:18
İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində imzalanmış sənədlər mübadilə edilib - FOTO/YENİLƏNDİ

26.09.2026 / 10:57
Lavrov BMT Baş katibinə "Hesabat" təqdim etdi... Maraqlıdır…

26.09.2026 / 10:54
Tramp Çin liderindən İrana yardımı dayandırmağı tələb etdi

26.09.2026 / 10:33
"ÜDM-in 70 faizdən çoxu qeyri-neft sektorunun payına düşür" - Prezident

26.09.2026 / 10:15
Prezident Azərbaycanda investorlar üçün maraq doğuran məqamları açıqladı

26.09.2026 / 10:15
"Əgər azərbaycanlı olsaydım, mən də İlham Əliyevə səs verərdim" - “Global Infrastructure Partners”in təsisçisi

26.09.2026 / 10:07
"Biz çox etibarlı elektrik enerji təchizatçısı olmaq istəyirik" - Prezident

26.09.2026 / 10:01
Prezident İlham Əliyev: "Azərbaycan dünyada ən təhlükəsiz yerlərdən biridir"

26.09.2026 / 09:50
"Otuz ildən çoxdur Azərbaycanda siyasi və iqtisadi sabitlik hökm sürür" - Prezident

26.09.2026 / 09:44
Prezident: "Regionumuzda geosiyasi vəziyyət dəyişsə, biz təchizatçılar üçün yenə də çox cəlbedici olacağıq"

26.09.2026 / 09:38
"Azərbaycan yeganə ölkədir ki, Şərq-Qərb və Şimal-Cənub dəhlizlərinin fəal iştirakçısıdır" - Prezident

26.09.2026 / 09:27
“Autizmli uşaqlarla iş” layihəsi uğurla başa çatıb

26.09.2026 / 09:22
Prezident: "Bəzi ənənəvi təchizat zəncirləri müəyyən risklərlə üzləşir"

26.09.2026 / 09:19
"Neft-qaz yenə də bizim iqtisadiyyatımızın önəmli hissəsidir" - Prezident

26.09.2026 / 09:14
Prezident İlham Əliyev: "Bərpaolunan enerji sahəsində çox böyük potensialımız var"

26.09.2026 / 09:11
"Bir çox aparıcı beynəlxalq şirkətlər Azərbaycanı etibarlı tərəfdaş kimi görürlər" - Prezident

26.09.2026 / 09:10
Ceyhun Bayramov BMT Baş Assambleyasının 81-ci sessiyasında çıxış etdi - FOTO

26.09.2026 / 09:04
Prezident İlham Əliyev II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində keçirilən tədbirdə iştirak edib - FOTO/VİDEO/YENİLƏNDİ

26.09.2026 / 08:51
Qafqaz Albaniyası memarlığında heraldika və simvoloji nişanlar sistemi

26.09.2026 / 08:50
Qaradağda palçıq vulkanı püskürdü - VİDEO

26.09.2026 / 08:50
Tramp CNN jurnalistlərini yenə “bortdan kənarda” qoydu - məhkəmə qərarına rəğmən…

26.09.2026 / 08:27
Mamdanidən Netanyahunun "antisemit mer" ittihamına sərt cavab - "fələstinlilərin soyqırımını ört-basdır etdiniz”…

25.09.2026 / 23:11
Türkiyə Səudiyyə-Husi savaşına qoşulacaq? – Ərdoğan “məcbur deyilik” dedi, ancaq…

25.09.2026 / 22:43
Rusiya Azərbaycandan Ermənistana mümkün qaz nəqlinə münasibət bildirdi - çətindir…

25.09.2026 / 22:07
Paşinyan Qaregini katolikosluqdan qovmaq fikrini dəyişmədi...

25.09.2026 / 21:49
Albaniya dövrünün qədim Azərbaycan pulları...

25.09.2026 / 21:32
Avropa Birliyinin rus oliqarxlara sanksiya siyahısı yavaş-yavaş seyrəlir...

25.09.2026 / 21:14
“Şəhid anası”, “Şəhid qızı”, “Şəhid xanımı” yazılmış maşınlar görsəniz...

25.09.2026 / 20:56
Ermənistanın üstündə 2 illik Rusiya-Avropa davası başlayır...

25.09.2026 / 20:40
İlham Əliyev xarici investorlara “gəlin, ancaq sizsiz də edərik” mesajı verdi...

25.09.2026 / 20:23
Pezeşkian 17 iyun sazişinə yenidən qayıtdı, Tramp 3 noyabr seçkidən sonra "yeni saziş "deyir...

25.09.2026 / 20:08
İlham Əliyev Yuri Lujkov haqda “Azərbaycanın dostu” ifadəsini işlətdi...

25.09.2026 / 20:03
XALÇA VƏ SANDIQ: YADDAŞIN İKİ MƏDƏNİ FORMASI

25.09.2026 / 19:51
Milanın əsas hava limanına Berluskoninin adı verildi

25.09.2026 / 19:42
Nyu-Yorkda Azərbaycanın sədrliyi ilə TDT XİN Şurasının qeyri-rəsmi iclası keçirildi - FOTO

25.09.2026 / 19:38
“Əfv sərəncamı humanizm siyasətinin göstəricisidir” - Əhliman Əmiraslanov

25.09.2026 / 19:30
Bir milyon dollarlıq qoyun: ölkədə səs-küy salan yeni cins

25.09.2026 / 19:24
Nazir Vilayət Eyvazov Türkiyənin emniyet genel müdiri ilə görüşüb - FOTO

25.09.2026 / 19:17
Rusiya Ermənistana xəbərdarlıq etdi – rus qazından imtina etsəniz…

25.09.2026 / 19:04
Əhliman Əmiraslanov Milli Məclisdə vətəndaşları qəbul edib

25.09.2026 / 18:50
Zakir Həsənov "Birliyin Gücü - 2026" birgə hərbi təlimini izlədi - FOTO/VİDEO

25.09.2026 / 18:37
Büdcəmizin 8 faizi Qarabağın bərpasına ayrılacaq...

25.09.2026 / 18:22
Prezident İlham Əliyev Tokayevə başsağlığı verdi

25.09.2026 / 18:10
Azərbaycanın ümumi strateji valyuta ehtiyatları 90,8 milyarda çatdı...

25.09.2026 / 17:51
TRİPP Hörmüz boğazının ən güclü alternativinə çevrilə bilər...

25.09.2026 / 17:27
Formula 1 - Corc Rassel sıralama turunu birinci sırada bitirdi

25.09.2026 / 17:22
Ermənistan Azərbaycana görə xarici siyasətini tamam dəyişir...

25.09.2026 / 17:16
Azərbaycanın Qarabağ və Şərqi Zəngəzura yatırdığı investisiyanın həcmi açıqlandı - 6 ildə 25 milyard dollar...

25.09.2026 / 17:05
Tarix və Etnologiya İnstitutunun əməkdaşları Qəbəldə ekspedisiyada olublar...

25.09.2026 / 16:59
Paşinyan Zəngəzurdan qabaq Türkiyə ilə keçidin açılmasına inamını hələ itirməyib...

25.09.2026 / 16:45
Azərbaycan-Ermənistan sərhəd delimitasiyası ilyarımdır dayanıb...

25.09.2026 / 16:30
Erməni həyasızlığının son həddi - QAİ revanşistərin saxta iddialarını alt-üst etdi...

25.09.2026 / 16:12
Naxçıvana yeni təhsil naziri təyin edildi

25.09.2026 / 15:57
Gürcüstan Patriarxlığı da erməni kilsəsinin yolunu tutdu - Azərbaycan XİN-dən sərt açıqlama gəldi...

Azərbaycanın regional və beynəlxalq əməkdaşlığında hərbi tərəfdaşlığın rolu sürətlə artır

XƏBƏR ARXİVİ