Ukraynada müharibənin başlamasının dördüncü ilində Putin ilk dəfə rus oliqarxlarla birbaşa "hesab masasına" oturub. Putin ölkənin aparıcı oliqarxlarını Kremlə toplayaraq onlardan "yardım" istəyib.
“Financial Times” qəzetinin məlumatına görə, Putin biznes nəhənglərinə Rusiyanın strateji məqsədindən yayınmayacağını və bütün Donbas bölgəsi nəzarət altına alınana qədər hərbi əməliyyatların davam edəcəyini açıq şəkildə bildirib.
Görüşün ən diqqət çəkən məqamlarından biri Putinin enerji bazarı ilə bağlı real təhlili olub. İran və ABŞ-İsrail ittifaqı arasındakı müharibə səbəbindən qlobal bazarda Rusiya neftinə marağın artdığını etiraf edən Rusiya lideri bu vəziyyətin "müvəqqəti" olduğunu vurğulayıb.
Putin dövri dalğalanmaların Kremlin büdcəsini sonsuza qədər saxlaya bilməyəcəyini deyərək, iş adamlarının da əllərini daşın altına qoyması gərəkdiyini vurğulayıb.
Putinin bu birbaşa tələbi dərhal bəzi iştirakçılar tərəfindən müsbət qarşılanıb. Rusiyanın ən varlı adamlarından biri olan Süleyman Kərimov orduya və dövlət büdcəsinə dəstək olmaq bir dəfəyə 100 milyard rubl ianə etməyə hazır olduğunu bildirib. Məlumata görə, başqa bir milyarder iş adamı da Kərimovla birlikdə Putinə "tam dəstək" vəd edib.
Qəzet həmçinin yazıb ki, bu, Putinin dörd illik müharibədə oliqarxlardan birbaşa vəsait istədiyi ilk haldır.
Tahir TAĞIYEV