"Dünən İranın Türkiyəni vurduğunu iddia edirdilər, bu gün Türkiyəni ABŞ-la İran arasında vasitəç kimi görürlər"- məntiq yoxdur…
Bu sözləri “Bakı Xəbər” media qrupunun rəhbəri, politoloq Aydın Quliyev özünün sosial media hesabında yazıb. A.Quliyev daha sonra yazır:
- Bir neçə həftədir Tramp və Netanyahu qüvvələri hamını İranın Türkiyəyə raket zərbələri vurduğuna inandırmağa çalışır. "İran bu məqamda Türkiyəni vürmaqla nə qazanacaq ki?!" sualına isə heç bir inandırıcı arqument gətirə bilmirlər.Əksinə, hər ötən gün şübhələr artır ki," Türkiyəyə düşən raketlərdə Trampla Netanyahunun barmağı var"....Bu gün başqa bir şey də ortaya atılıb.Əsasən ABŞ və İsrail mənbələri, İranın təkziblərinə baxmayaraq, Türkiyənin, Pakistanın və Misirin vasitəçiliyi ilə ABŞ-İran görüşlərinin keçirildiyini iddia edirlər...Hanı məntiq? Dünən İranın Türkiyəyə raket zərbələri vurduğunu iddia edirdilər, bu gün Türkiyəni " İranla ABŞ arasında vasitəçi kimi" guya görmək istəyirlər... İran bunu qəbul edərmi? Trampla " kəllə- kəlləyə gəlməmək " üçün Türkiyə martın 6-dan özünü İranın onu raketlə vurduğuna inanan kimi aparır və hətta İranı ittiham edir...Türkiyə raket məsələsində bir qədər fərqli tövr göstırmiş olsaydı, İran onun vasitəçiliyinə daha etimadlı yanaşa bilərdi.... İranın vasitəçi məsələsində Pakistana güvənməsi də şübhəlidir... Niyə? Bir fakt...Səudiyyə Ərəbistanı Hörmüz boğazındakı vəziyyətlə əlaqədar İranla müharibə əhvalını açıq ortaya qoyub. Pakistan isə onunla "Qarşılıqlı hərbi müsafiə" sazişinə malikdir... Misir Trampın Qəzza planlarına, Sülh şurasına ilk dəstəkçi ölkələrdən biridir...İran ona necə güvənsin?..
SAMİRƏ