Bu, artıq Zəngəzur dəhlizində böyük qələbə və yenilikdir... ABŞ-ın Dövlət katibi Marko Rubio və Ermənistanın XİN Mirzoyan Zəngəzur dəhlizi - TRİPP marşrutunun çərçivəsinin müəyyən və bəyan edilməsi üçün görüşüblər.
Bu çərçivə ilə bağlı razılaşma hələ 8 avqustda Vaşinqtonda əldə edilmişdi. Rubio ilə Mirzoyanın bəyan etdikləri çərçivə sənədi Ermənistan ərazisində maneəsiz multimodal tranzit əlaqəsi yaratmaq məqsədi daşıyan TRİPP-in fəaliyyətə başlaması üçün konkret yol göstərir .
ABŞ Dövlət Departamentinin bəyan etdiyi bu yeni çərçivə sənədi Zəngəzur dəhlizi - TRİPP marşrutunun maneəsiz və tranzit rejimdə işləyəcək multimodal (avtoyol, dəmiryolu, boru kəməri və kabellər) bir keçid olacağını bir daha təsdiqləyir. Azərbaycan öncədən də məsələnin gerçək məzmununun belə olacağını təşviq edirdi. Departamentin açıqladığı çərçivə sənədində "maneəsiz və tranzit" terminləri 2020-ci ilin 9 noyabrında imzalanmış üçtərəfli bəyannamənin də ruhuna və çərçivəsinə uyğundur.
Aydın QULİYEV