çərşənbə axşamı günü, 18 avqust 2026
     

"Aslan müəllim, Daşkəsəndə qoydurduğunuz hərbi postu götürdülər" - "Gəncə işğal olunacaq"... Aslan İsmayılova suallar var... - VİDEO

Image


Bu günlərdə hüquqşünas Aslan İsmayılov öz Facebook səhifəsində yerləşdirdiyi videoda 1994-cü ilin aprelində Gəncənin erməni qüvvələri tərəfindən işğal təhlükəsi ilə üz-üzə qaldığını iddia edib. Onun sözlərinə görə, 2 aprel 1994-cü ildə Daşkəsəndə olduğu zaman Gədəbəydən polkovnik Babayev adlı bir zabit ona zəng edərək “Həsən baba” və “Həsən nənə” dağları istiqamətində ermənilərin Gəncəyə hücuma hazırlaşdıqlarını bildirib.

İsmayılov iddia edir ki, bu məlumatı “birbaşa mənbədən” alıb və həmin dövrdə köçkün axınının qarşılanmasında, eləcə də təhlükənin qarşısının alınmasında təşəbbüskar kimi iştirak edib. Onun dediyinə görə, polkovnik Babayevin məsləhəti ilə yaxınlıqdakı hərbi hissədən bir top götürülərək həmin yüksəkliyə yerləşdirilib, orada post qurulub. İllər sonra Gəncədə yaşayan Pənah adlı partiya sədri ona zəng edərək bu postun sonradan söküldüyünü və topun götrüldüyünü bildirib.

Lakin İsmayılovun irəli sürdüyü bu iddialar bir sıra ciddi suallar doğurur. Hadisənin tarixi reallıqları, rəsmi səlahiyyət bölgüsü, həmin dövrün siyasi vəziyyəti və şəxsi motivlər nəzərə alınaraq iddialar analitik şəkildə təhlil edilməlidir.

Bu suallara Aslan İsmayılov özü cavab verməkdən imtina etdi. O dedi ki, 3 ildir mediaya müsahibə vermir və belə bir fikri indi də yoxdur. İsmayılov əlavə etdi ki, nə lazımdırsa sosial şəbəkədə yerləşdırıb və bundan sonra da lazım olan məlumatları orada paylaşacaq. Ona görə də biz məsələni tarixi sənədlərə, arxiv materiallarına istinadən, öz mülahizələrimizə əsasən araşdırmaq qərarına gəldik.

Açıq mənbələrə əsasən, Aslan İsmayılov 1993-1994-cü illərdə Prezident Aparatının Dövlət-Hüquq Şöbəsində baş məsləhətçi vəzifəsində çalışıb. Bu, mülki vəzifədir və dövlət-hüquq məsələlərinin analitik təminatı ilə bağlıdır. Belə bir vəzifə sahibinə hərbi əməliyyatlara göstəriş vermək, hərbi texnikanın yerdəyişməsini təşkil etmək və döyüş mövqelərinin qurulmasına rəhbərlik etmək kimi səlahiyyətlər vermir. Bu da İsmayılovun iddialarında ilkin ziddiyyət yaradır - o, real olaraq sərəncam verə bilməyəcəyi sahədə “təşəbbüs göstərdiyini” deyir.

İsmayılovun “polkovnikin məsləhəti ilə hərbi hissədən topun çıxarılıb dağa yerləşdirilməsi” iddiasında bir neçə ciddi problem var.

Məsələn, mülki şəxs ordudan silah çıxara bilməz. Bəlkə də bu hadisə 1991-92-ci illərə aid söylənilsəydi inandırıcı çıxardı, amma Heydər Əliyev kimi dövlətçiliyi bilən bir adamın hakimiyyətdə olduğu dövürdə belə bir addımın atılması mümkün deyildi. Bu yalnız Müdafiə Nazirliyinin yüksək komandanlığı tərəfindən təsdiqlənir.

Hərbi texnikanın hərəkəti rəsmi əmrlə sənədləşdirilir. Bu əmrin heç bir izi nə arxivlərdə, nə o dövrün mətbuatında, nə də hərbçilərin xatirələrində mövcuddur.

1994-cü ildə dövlət tam hərbi nəzarət rejimində idi. Heydər Əliyev hakimiyyətə gəldikdən sonra ordu üzərində sərt idarəetmə tətbiq etmişdi. Ondan xəbərsiz belə bir əməliyyatın baş tutması mümkün deyildi. Onun buna bənzər icazəsi və ya qərarı da arxivlərdə və mediada mövcud deyil.

Bu səbəblər iddianın texniki və hüquqi cəhətdən inandırıcılığını zəiflədir.

Geniş müzakirə doğuran suallardan biri də budur ki, əgər doğrudan da Gəncənin işğalı təhlükəsi mövcud idisə, niyə dövlət səviyyəsində bununla bağlı heç bir qərar, əməliyyat planı və ya icra sənədi yoxdur? Bu barədə o dövrün mətbuatında da xəbərlərə rast gəlinmır.

Niyə bu məsələni mülki bir hüquqşünas, hansısa məsləhətçı “öz təşəbbüsü” ilə həll edib?

Niyə o dövrdə Gəncədə yerləşən korpus, qarnizon və MN rəhbərliyi bu hadisəni heç vaxt təsdiqləməyib?

Əgər bu təhlükədən Heydər Əliyevin xəbəri var idisə, nə üçün rəsmi tədbirlər görülməyib? Yox, əgər Heydər Əliyevin bundan xəbəri yox idisə, bu zaman prezidentə məlum olmayan kəşfiyyat məlumatı mülki şəxsə neçə çatıb? Mülki bir şəxsin topu hərbi hissədən çıxardaraq döyüş mövqeyinə yerləşdirməsi tamamilə qeyri-məntiqi görünür.

Hər iki halda, iddia ciddi uyğunsuzluq yaradır.

1994-cü ilin yazı Qarabağ müharibəsinin ən gərgin dövrlərindən biri idi. Buna baxmayaraq, tarixçilərin, müstəqil tədqiqatçıların və açıq arxivlərin məlumatlarına əsasən, Gəncənin konkret olaraq “Həsən baba” və “Həsən nənə” dağları istiqamətindən hücum planı nə Azərbaycan rəsmi sənədlərində, nə Ermənistan tərəfinin açıqlamalarında, nə də beynəlxalq tədqiqatlarda qeydə alınıb.

Bu məlumat daha çox şifahi xəbər, eşidilmiş məlumat və ya subyektiv xatirə təsiri bağışlayır.

İsmayılov deyir ki, məlumatı telefonla polkovnik Babayev verib. Bu, operativ kəşfiyyat mənbəsi sayılmır. Çünki real kəşfiyyat məlumatı Prezident Aparatının hüquqi məsləhətçisinə deyil, birbaşa Müdafiə Nazirliyinə, Baş Qərargaha və ya Dövlət Təhlükəsizlik Xidmətinə ötürülməlidir.

Şifahi zəng əsasında hərbi texnikanın yerləşdirilməsi həm hərbi protokollara, həm də idarəetmə sisteminə uyğun deyil.

Üstəlik, niyə bu iddia 30 ildən sonra gündəmə gətirilir?

Bunun bir neçə ehtimal olunan səbəbi var. Birincisi, buna səbəb şəxsi imic və siyasi narrativ qurmaq ola bilər. Son illər İsmayılov özünü sistemə qarşı çıxan fiqur kimi təqdim edir. “Keçmiş qəhrəmanlıq” hekayələri bu imici gücləndirir.

İkincisi, bu, hazırkı siyasi kontekstə mesaj ola bilər.

Bu tip hekayələr keçmiş hakimiyyətləri və dövlət strukturlarını dolayı yolla tənqid etmək üçün istifadə oluna bilər.

Üçüncüsü, Facebook kimi platformalar bu cür xatirələrin geniş yayılması üçün əlverişlidir. Bu platformaya da divident gətirir.

Dördüncüsü, 30 ildən sonra xatirələr qarışa, dəyişə və ya yeni formaya düşə bilər.

Niyə bu “qəhrəmanlıqdan” indiyə qədər heç kim danışmayıb?

Əgər hadisə reallıqda baş vermiş olsaydı, onlarla hərbçi buna şahid olmalı idi, Gəncə qarnizonu bundan xəbərdar olardı, yaxud yerli icra hakimiyyəti və komandanlıq bunu təsdiqləyərdi.

Lakin 30 il ərzində heç bir hərbçi, zabit, icra nümayəndəsi və ya dövrün siyasi siması bu hadisəni təsdiqləməyib. Bu isə iddianın kollektiv yaddaşda iz buraxmamasını göstərir.

Yəni Aslan İsmayılovun 1994-cü il Gəncə iddiaları müəyyən dərəcədə dövrün ümumi gərginliyinə uyğun gəlsə də, onların bir çox elementi - rəsmi dövlət səlahiyyət bölgüsü, hərbi qərar mexanizmləri, arxiv materialları, kollektiv yaddaş, protokollar və əməliyyat reallıqları ilə uyğunlaşmır.

Hadisələrin bu şəkildə təqdimatı daha çox xatirə janrı, şəxsi qəhrəmanlıq hekayəsi və ya siyasi mesaj xüsusiyyəti daşıyır. İsmayılovun mövzu ilə bağlı əlavə açıqlama verməkdən imtina etməsi isə sualları daha da artırır.

Akif NƏSİRLİ



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Ərdoğan “Məkkə sazişi”nin arxasındakı sirri açdı - Ekspertlər şübhə ilə baxır...

Avropa Birliyinin Naxçıvan dəmir yollarında marağının görünən və görünməyən tərəfləri...

İrəvanda Azərbaycan təbii qazına qarşı ikitərəfli kampaniya başladı...

SON XƏBƏRLƏR

18.08.2026 / 13:58
Türkiyə Qara dənizdə alternativ logistika yaradır - İydərə limanı

18.08.2026 / 13:43
Bəşər Əsədin əmisi oğlu da edam cəzasına məhkum edildi...

18.08.2026 / 13:26
Rusiya səfiri Azərbaycan XİN-ə çağırıldı...

18.08.2026 / 13:20
Rusiyada miqrantlar üçün giriş tələblərinin daha da sərtləşdirilməsi təklif edildi...

18.08.2026 / 13:07
Tramp Məkkə sazişinə rişxənd elədi...(?)

18.08.2026 / 12:51
Husilər Saudi Aramco neft emalı zavoduna hücum etdi…

18.08.2026 / 12:36
Ukrayna ilk dəfə Rusiya daxilindəki hədəfləri Britaniya dronları ilə vurdu – Moskva Londonu hədələdi…

18.08.2026 / 12:14
Övladlarından ayrı qalan ana iki azyaşlı uşağına qovuşdu

18.08.2026 / 12:02
“Kərkükdən gələn səs”: unudulmuş nəğmələr yenidən səhnəyə qayıdır

18.08.2026 / 12:00
Yaponiyada Azərbaycanı tanıdan yeni kitab nəşr olunub

18.08.2026 / 11:46
Mətbuat Şurası Bəyanat yaydı

18.08.2026 / 11:41
Mətbuat Şurası Rusiya KİV-lərində Azərbaycana qarşı təhdidləri pislədi - BƏYANAT

18.08.2026 / 11:30
Hörmüz boğazında daha bir gəmiyə atəş açıldı – ölən var…

18.08.2026 / 11:19
Trampın reytinqi 33%-ə düşüb - Reuters/Ipsos

18.08.2026 / 11:09
Trampın komandası ilə bağlı maraqlı fakt ortaya çıxdı - 57 məmurun sərvəti dodaq uçuqlatdı…

18.08.2026 / 10:55
Axtarışda olan 101 nəfər saxlandı

18.08.2026 / 10:41
Lavrov qəzəbləndi - Yaponiya "əxlaq həddini aşıb", səfir XİN-ə çağırıldı, amma gəlmədi

18.08.2026 / 10:18
İran Bərzaninin ofisinə edilən hücuma münasibət bildirdi – ehtiyatsızlıq…

18.08.2026 / 10:02
Bölgələrdə yanğına səbəb olan 3 nəfər məsuliyyətə cəlb olundu

18.08.2026 / 09:43
Tovuzda avtomobil su arxına düşdü, sürücü öldü

18.08.2026 / 09:25
Ukrayna Qara dənizdə rus nefti daşıyan Yunanıstan tankerini vurdu…

18.08.2026 / 09:03
Elbrusda 8 alpinist itkin düşdü

18.08.2026 / 08:24
Türkiyənin S 400-nə dünyada sahib çıxan yoxdur - milyardlar metalloma verilə bilər

18.08.2026 / 07:12
Kuşner Yaxın Şərq səfərindən “əliboş” döndü - Netanyahu “öncə HƏMAS” dedi

18.08.2026 / 06:53
Yaponiya səfiri Rusiya XİN-ə getmək qərarı verdi - Lavrovun atmacasından sonra…

18.08.2026 / 06:41
Xaricdən maliyyələşmə şübhəsi “Yabloko”nu Dumadan kənarda qoydu

18.08.2026 / 06:29
Qara dənizdə Rusiya nefti daşıyan yunan gəmisinə hücum edilib

18.08.2026 / 06:16
Konqres Demokratları Trampın səlahiyyətlərini məhdudlaşdırmaq niyyətindədir - Omana təhdidlərdən sonra…

18.08.2026 / 06:08
Fidan və Araqçi arasında yeni “Hörmüz müzakirəsi” - sırada nə var…

17.08.2026 / 21:47
İran ABŞ-a bir neçə həftə vaxt verdi – razılaşma yerinə yetirilməsə, hücuma başlayacağıq…

17.08.2026 / 21:23
Saakaşvili düz deyirsə, Gürcüstan Bakı və İrəvana qarşı Kremlin oyunlarını oynayacaq...

17.08.2026 / 20:56
Zəngəzur dəhlizindən İrana ikinci dəmir yolu - ABŞ-İran savaşı davam etsə...

17.08.2026 / 20:43
Putinin öz partiyası da xarici maliyyə mənbələrindən asılı vəziyyətə düşüb... 810 milyard...

17.08.2026 / 20:17
Lavrov Türkiyəyə - Eyni vaxtda həm Avropada, həm NATO-da, həm də Rusiya ilə dostluq olmaz...

17.08.2026 / 19:56
Ermənistan vətəndaşlığı almaq istəyən xarici ermənilərlə ciddi problem yaranıb...

17.08.2026 / 19:11
“Avroittifaq Azərbaycanla münaqişədə (?) Ermənistanı müdafiə edə bilməyəcək”...

17.08.2026 / 18:38
Azərbaycana qarşı terror və zorakılıq çağırışları edən 3 Rusiya vətəndaşı beynəlxalq axtarışa verildi...

17.08.2026 / 18:03
Tramp Omanı vurmaqla hədələdi - "yolumuza çıxarlarsa, onları yerlə bir edərik”…

17.08.2026 / 17:40
Böyükşor gölünün suyu yaşıl rəngə boyandı - Dövlət Xidməti səbəbi açıqladı...

17.08.2026 / 17:23
Husilər Qırmızı dənizdə Səudiyyənin hərbi gəmilərinə raket zərbələri endirdi…

17.08.2026 / 17:05
İran Ermənistanı hərblə hədələyir - İrəvan qorxu içində...

17.08.2026 / 16:52
ABŞ Çindən donanmanı geri çəkir - Vaşinqtonda yeni siyasi qalmaqal başladı...

17.08.2026 / 16:38
Gürcüstan tezliklə Rusiyanın bir hissəsi ola bilər

17.08.2026 / 16:31
İran İraq Kürdüstanının baş nazirinin ofisini bombaladı…

17.08.2026 / 16:20
Azərbaycan diasporunun Moskvadakı rəhbəri Rusiyadan deportasiya edildi...

17.08.2026 / 16:06
Rusiya Ermənistan mallarını Azərbaycan məhsulları ilə əvəzləyir...

17.08.2026 / 15:50
Azərbaycan Xəzər dənizini Avropa ilə Asiya arasında rəqəmsal körpüyə çevirir...

17.08.2026 / 15:43
Nikah və boşanmaların sayı azalıb...

17.08.2026 / 15:36
Azərbaycan əhalisinin sayı açıqlandı

17.08.2026 / 15:23
Ceki Çanın Azərbaycandakı film çəkilişləri başa çatdı

17.08.2026 / 15:15
Dövlət qulluqçularının adından kiberdələduzluq edən dəstə ifşa edildi - VİDEO

17.08.2026 / 14:57
Trampın "Hörmüzü işğal planı"nın görünməyən və görünən tərəfləri...

17.08.2026 / 14:41
Bakıda Taras Şevçenkonun abidəsinin yerləşdiyi meydana onun adı verildi

17.08.2026 / 14:15
Netanyahu Qəzzanın qisasını İspaniyadan belə alır - Mərakeşdə nə baş verir...

17.08.2026 / 14:01
Ukrayna səfiri Prezident İlham Əliyevə təşəkkür etdi

17.08.2026 / 14:00
Gürcüstandan Azərbaycana və Ermənistana avtomagistral çəkilişi niyə ləngidildi?..

17.08.2026 / 13:48
Rusiya Türkiyənin Qara dənizdə atəşkəs təklifini qəbul etmədi...

17.08.2026 / 12:56
İlk dəfə açıqlandı - ABŞ İrana Vyetnam müharibəsindəkindən daha çox bomba atıb…

17.08.2026 / 12:36
Ərdoğan İsraillə mümkün müharibədən danışdı – “Türkiyə bundan çəkinməyəcək”…

17.08.2026 / 12:21
İran müharibəsi İraqı pulsuz qoydu - neft gəlirləri bir gecədə 6,8 milyarddan 2 milyard dollara düşdü…

17.08.2026 / 12:15
Prezident DSX-nin bir qrup hərbi qulluqçusunu təltif etdi

17.08.2026 / 12:12
Bir qrup hərbçi və mülki işçi ölümündən sonra "Vətənə xidmətə görə" ordeni ilə təltif edildi

17.08.2026 / 12:10
Dövlət Sərhəd Xidmətinin bir sıra hərbçisinə ali hərbi rütbələr verildi - SƏRƏNCAM

17.08.2026 / 11:46
Prezident İlham Əliyevə “İrpin şəhərinin fəxri vətəndaşı” vəsiqəsi təqdim edildi

17.08.2026 / 11:44
Prezident İlham Əliyev Ukraynanın sabiq Prezidenti Yuşenko ilə görüşdü - FOTO

17.08.2026 / 11:32
Avqustun 28-də bu ilin ikinci Ay tutulması olacaq

17.08.2026 / 11:15
Prezident İlham Əliyev indoneziyalı həmkarını Müstəqillik Günü münasibəti ilə təbrik etdi

17.08.2026 / 10:58
Salyanda 16 yaşlı qızın toyu polisin müdaxiləsindən sonra təxirə salındı

17.08.2026 / 10:46
Azərbaycanın Ermənistana ixracı 17 milyon dolları ötdü...

17.08.2026 / 10:22
Qarğıdalı sahəsini narkoplantasiyaya çevirən şəxs yaxalandı - Balakəndə əməliyyat...

17.08.2026 / 10:07
Astarada narkotikin təsiri altında avtomobil idarə edən sürücü saxlandı

17.08.2026 / 09:50
Tramp Pentaqona gözlənilməz əmr verdi - Cənubi Koreya şokda...

17.08.2026 / 09:27
ABŞ-ın SEPAH rəhbəri ilə GİZLİ TƏMAS qurduğu ortaya çıxdı - Tramp iranlı generaldan istədiyi sözü aldı…

17.08.2026 / 09:07
Cared Kuşner Misirdə HƏMAS liderləri ilə görüşdü

17.08.2026 / 08:49
Şuşa və Xocavəndə köç karvanları yola salındı

17.08.2026 / 07:30
Netanyahunun seçki təbliğatında sürpriz isimlər qalmaqal yaratdı

16.08.2026 / 19:10
İran ABŞ əsgərlərinin başına 30 min dollar pul qoydu – qadınlar ikiqat çox alacaq…

16.08.2026 / 18:32
Azərbaycan elminin Scopus, Webof Science, Süni intellekt və nəsillərarası əlaqə problemləri…

16.08.2026 / 18:24
Hindistanın 80 ili: Transformasiya, tərəfdaşlıq və sivilizasiya özünəinamı yolu

16.08.2026 / 16:02
Zelenski avropalı tərəfdaşlarından silah istədi - antibalistik raketləri anbarlarda saxlamayın…

16.08.2026 / 15:38
İran Bəhreyndəki ABŞ bazasını darmadağın etdi – hərbi dəniz bazası Dieqo Qarsiyaya köçürüldü...

Azərbaycanda vətəndaş cəmiyyətinin inkişafında rəqəmsallaşma və innovasiyalar ön plana çıxır

XƏBƏR ARXİVİ