çərşənbə axşamı günü, 29 sentyabr 2026
     

Mərkəzi Asiya +Azərbaycan - Avrasiyada yeni güc mərkəzi...

Image


Azərbaycan yeni müstəqillik tarixində hər zaman Mərkəzi Asiya dövlətləri ilə əməkdaşlığa böyük önəm verib. Eyni yanaşma Mərkəzi Asiya ölkələri tərəfindən də sərgilənib. Elə bu fonda müşahidə edilən odur ki, Mərkəzi Asiya artıq Azərbaycanla, belə demək mümkünsə, tamlaşır, bütövləşir.

Qeyd edək ki, son illərdə prezident İlham Əliyev Mərkəzi Asiya ölkələrinə çoxsaylı səfərlər həyata keçirib. Bununla bağlı Özbəkistanın paytaxtı Daşkənddə Mərkəzi Asiya Dövlət Başçılarının 7-ci Məşvərət Görüşündə çıxışında Azərbaycan dövlət başçısı bildirib: “Azərbaycanla Mərkəzi Asiya dövlətləri arasında münasibətlər xüsusi xarakter daşıyır. Bizi çoxəsrlik ortaq tarix, mənəvi və mədəni irs, qardaşlıq, dostluq, həmrəylik birləşdirir. Biz bu əlaqələri nəinki qoruyub saxlamışıq, həm də onlara strateji tərəfdaşlıq xarakterinə malik olan yeni dinamika bəxş etmişik. Son illər yüksəksəviyyəli qarşılıqlı səfərlər müntəzəm xarakter alıb. Son üç ildə mən Mərkəzi Asiya ölkələrində 14 dəfə səfərdə olmuşam. Bu müddət ərzində həmkarlarım ölkəmizə 23 dəfə səfər ediblər”. Bütün bunlar dialoqun və qarşılıqlı etimadın yüksək dinamikasından xəbər verir. Qeyd edək ki, Mərkəzi Asiyanın dövlət başçıları 2018-ci ildən başlayaraq mütəmadi olaraq hər il Məşvərət Görüşü keçirərək regional əlaqələrin inkişafı məsələlərini müzakirə edirlər. 2023-cü ildən isə Azərbaycanın prezidenti də bu formatda keçirilən görüşlərdə qonaq qismində iştirak edir. Bu il keçirilən görüş isə tarixi əhəmiyyət daşıyaraq onunla əlamətdardır ki, Azərbaycan Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Görüşünün tamhüquqlu üzvü oldu. Belə hal sözgüdən formatın coğrafiyasının genişlənməsi ilə yanaşı, Mərkəzi Asiya respublikalarının Cənubi Qafqaz regionu ilə əlaqələrinin artmasına səbəb olacaq. Qazaxıstanın “Kazinform” Beynəlxalq İnformasiya Agentliyi “Daşkənd Sammiti: Mərkəzi Asiya beşliyi, üstəgəl Bakı” sərlövhəli materialda yazır ki, bütün bunlar olduqca mühümdür. Qazaxıstanın Avrasiya Milli Universitetinin eksperti Janat Momınkulov məsələ ilə bağlı bildirir: “Azərbaycanın Məşvərət Görüşü formatına tamhüquqlu üzv olması yeni və strateji xarakter daşıyan qarşılıqlı əlaqələr mərkəzinin nüvəsinin formalaşması deməkdir. Mərkəzi Asiyanın geosiyasi məkanının genişlənməsi nəqliyyat-logistika quruculuğuna öz müsbət təsirini mütləq göstərəcək. Bu genişlənmə təhlükəsizliyin daha etibarlı təmin olunmasına, nəqliyyat, enerji, ticarət sahələrində daha dərin əməkdaşlığa və qarşılıqlı sərmayə yatırımına böyük imkanlar yaradacaq”. “Ekspert xüsusi ilə qeyd edir ki, Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun davamı olacaq “Zəngəzur dəhlizi çox yaxşı imkanlar vəd edir. Bu yol Mərkəzi Asiya ilə Cənubi Qafqaz arasında ticarət əlaqəsi yaradacaq. Digər bir ekspert - Fəlsəfə, Politologiya və Dinşünaslıq İnstitutunun Sosial Elmlər Mərkəzinin rəhbəri Rustam Mustafin isə nəzərə çatdırıb ki, Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev Vaşinqtona səfəri zamanı Zəngəzur dəhlizinin Ağ Evdə müzakirə etməsi təsadüfi deyil. Tokayevin ABŞ-da Zəngəzur dəhlizini dəstəklədiyini bəyan etməklə Qazaxıstanın beynəlxalq xarakterli infrastruktur layihələrdə iştirak etmək niyyətini bildirib. Materialda vurğulanıb ki, Mərkəzi Asiyanın və Azərbaycanın əməkdaşlıq əlaqələri böyük perspektiv vəd edir.

Bu arada onu da qeyd edək ki, Mərkəzi Asiya Dövlət Başçılarının 7-ci Məşvərət Görüşündə Azərbaycanın da tamhüquqlu əsasda qoşulduğu yeni formatda əməkdaşlığın perspektivləri açıqlanıb. Özbəkistan prezidenti Şavkat Mirziyoyev bu xüsusda bildirib ki, “Mərkəzi Asiya +” formatında qarşılıqlı fəaliyyət güclənir və region nüfuzlu beynəlxalq forumlarda vahid mövqedən çıxış edir. Azərbaycanın bu formata qoşulması ilə regionun qlobal birlikdə səsinin daha da əhəmiyyətli olacağına əminlik ifadə edilib. Azərbaycanla Mərkəzi Asiya ölkələri arasında siyasi əlaqələrin dərinləşməsi qarşılıqlı iqtisadi fəaliyyətin artması ilə müşayiət olunur. Bu uğurun təməli şaxələndirilmiş ticarət yollarının inkişafındakı və regional sabitliyin gücləndirilməsindəki ortaq maraqdır. Son illərin məlumatları iqtisadi əlaqələrdə yeni bir dövrün başlanğıcından xəbər verir. Şaxələndirilmiş nəqliyyat-logistika infrastrukturunun inkişafı əməkdaşlığın ən vacib amillərindən biridir. Azərbaycan Qərb bazarlarına çıxış əldə etmək istəyən Mərkəzi Asiya dövlətləri üçün mühüm tranzit ölkə kimi çıxış edir. Ölkəmizin Orta Dəhlizdə fəal iştirakı strateji əhəmiyyətə malikdir. Ələt Beynəlxalq Dəniz Ticarət Limanı, Bakı-Tiflis-Qars dəmir yolu xətti və geniş ticarət donanması da daxil olmaqla, Azərbaycanın nəqliyyat-logistika infrastrukturu bu marşrutun əsas halqasıdır. O da faktdır ki, Azərbaycan özünün “Əsrin müqaviləsi”, Xəzər dənizində hasilat modeli və çoxşaxəli ixrac siyasəti ilə Mərkəzi Asiya dövlətləri üçün inkişaf yolunun nümunəsidir. Bu ölkələr enerji sektorunu modernləşdirərkən Azərbaycan təcrübəsinə geniş şəkildə müraciət edirlər. İkincisi, Azərbaycanın qaz nəqli infrastrukturunun—TANAP, TAP və Cənub Qaz Dəhlizinin Mərkəzi Asiya üçün Avropaya çıxış imkanı yaratması strateji əhəmiyyət kəsb edir. Türkmənistan qazının Xəzərin dibi ilə Azərbaycana nəqli perspektivi region üçün yeni iqtisadi imkanlar deməkdir. Üçüncüsü, Azərbaycan Mərkəzi Asiya dövlətləri ilə həm ənənəvi enerji, həm də bərpa olunan enerji layihələrində əməkdaşlığı genişləndirir. “Yaşıl enerji” keçidi üçün təcrübə mübadiləsi, Xəzər hövzəsində külək və günəş enerjisi layihələrinin planlaşdırılması regional enerji təhlükəsizliyini gücləndirir. Azərbaycan Mərkəzi Asiyanın siyasi inteqrasiyasında da mühüm rol oynayır. Türk Dövlətləri Təşkilatının formalaşmasında və güclənməsində Azərbaycanın təşəbbüskarlığı regionun inkişaf sürətini artıran mühüm amildır. Mərkəzi Asiyanın inkişafı sabitlikdən asılıdır. Terrorizm, sərhəd təhlükəsizliyi, narkotik qaçaqmalçılığı və regional risklər fonunda Azərbaycan hərbi təlimlər, təhlükəsizlik orqanları arasında əməkdaşlıq, kibertəhlükəsizlik üzrə təcrübə mübadiləsi, sərhəd idarəetməsi və gömrük modernləşdirilməsi kimi sahələrdə Mərkəzi Asiya dövlətləri ilə praktiki əməkdaşlıq həyata keçirir. Nəqliyyat dəhlizləri, enerji layihələri, regional təşkilatlar və təhlükəsizlik əməkdaşlığı sayəsində Azərbaycan həm Mərkəzi Asiyanın qlobal iqtisadi sistemə qoşulmasına yardım edir, həm də regionun geosiyasi əhəmiyyətini artırır.

Samirə SƏFƏROVA




DİGƏR XƏBƏRLƏR

VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Xüsusi şərtlərlə pensiya alan qulluqçuların pulları azala bilər...

Azərbaycandakı Kürmük məbədinə Gürcüstan patriarxlığının iddiası... Real tarix...

Dövlət qulluğuna qəbulun mürəkkəbləşdirilməsi ciddi suallar doğurdu...

SON XƏBƏRLƏR

29.09.2026 / 22:06
2.4 milyardın taleyi Rusiya-Türkiyə münasibətlərində ciddi problemə çevrildi...

29.09.2026 / 21:50
Putin ordunu 15 min nəfər artırdı, gələn il müharibəyə 27 trilyon xərcləyəcək...

29.09.2026 / 21:33
Paşinyan mina xəritələrini Bakıda məhkum edilmiş separatçılarla dəyişmək istəyir...

29.09.2026 / 21:14
Avropa İttifaqı NATO-nu əvəzləmək üçün hərəkətə keçdi - Şimal Alyansının sonu çatır...

29.09.2026 / 20:52
Kremlin yeni səfərbərlik hazırlığı başladı - miqrantlar üçün təhlükə artır

29.09.2026 / 20:40
Gürcüstanı 2 monastr məsələsində Azərbaycana qarşı qızışdıranlar var...

29.09.2026 / 20:25
Daxili işlər naziri Şəkidə vətəndaş qəbulu və sıra baxışı keçirəcək

29.09.2026 / 20:18
Danışıqlar dalana dirəndi, neft bahalaşdı

29.09.2026 / 19:49
Azərbaycan Orta Dəhlizdən əlavə 1,3 milyard dollar qazanacaq - Dünya Bankı xəbər verdi...

29.09.2026 / 19:31
Azərbaycana xaricdən sərmayə cəlbinin yeni mərhələsi açıldı...

29.09.2026 / 19:14
“Nefti Hitlerdən qoruduq, ancaq SSRİ onu bizə bərbad gündə qaytardı” – Əliyevdən unikal ittiham və tarix...

29.09.2026 / 18:50
Azərbaycanın olmadığı beynəlxalq təşkilatda idarəçilik Ermənistanın əlinə keçir...

29.09.2026 / 18:33
ABŞ-Britaniya tarixində pik gərginlik – Tramp hərbi bazanı çəkib aparır...

29.09.2026 / 18:17
Vuçiç istəyəndə prezident olur, lazım gələndə baş nazir də ola bilir - Serbiyada başladı...

29.09.2026 / 17:44
Rusiyada strateji bombardmançı təyyarə qəzaya uğradı - altı ölü, bir yaralı…

29.09.2026 / 17:23
Putin Rusiyadan Azərbaycana nağd pulun çıxarılmasına qoyulan limiti sərtləşdirdi...

29.09.2026 / 16:58
Rusiya Polşa-Ukrayna sərhədində Yahodin keçid məntəqəsini bombaladı…

29.09.2026 / 16:41
Trampın və Netanyahunun çıxışı qəti sübut etdi ki, BMT ölüb, yerdən götürən yoxdur"...

29.09.2026 / 16:23
Makronun reytinqi tarixi minimuma düşdü – 18 faiz...

29.09.2026 / 16:14
Lənkəranda zəlzələ olub

29.09.2026 / 16:08
İranın qarşı çıxdığı TRİPP-ə ehtiyacı artır...

29.09.2026 / 15:52
Xətainin heykəlinin üzərindəki yazı ilə bağlı araşdırma başladı...

29.09.2026 / 15:37
Tramp İrana qarşı sanksiyaların azaldılması ilə bağlı xəbərləri təkzib etdi…

29.09.2026 / 14:42
Məkkə sazişi elə sınaq anında “sarsıntı keçirdi”... Husilər Səudiyyəni dağldır...

29.09.2026 / 14:21
Prezident İlham Əliyev Pezeşkianı təbrik etdi

29.09.2026 / 13:52
Trampın İranla bağlı iştahı xeyli artdı – “Onlarla belə sazişi 1 il əvvəl imzalamaq olardı, indi yox”...

29.09.2026 / 13:37
İrəvan bələdiyyəsinə qəti tapşırıq - Ararat dağını göstərən videolar yaymayın…

29.09.2026 / 13:22
Qalibafdan ABŞ-a təhdid kimi mesaj – biz neft sata bilmiriksə, regionda heç bir ölkə sata bilməz…

29.09.2026 / 13:07
Ukrayna Rusiyanın daha bir Kasta radar stansiyasını vurdu…

29.09.2026 / 12:45
Bakıya gələn Qazaxıstan vətəndaşının üzərindən 4 milyonluq brilyant çıxdı

29.09.2026 / 12:30
İnfantinodan Prezident İlham Əliyevə maraqlı hədiyyələr... - FOTO

29.09.2026 / 12:16
Prezident İlham Əliyev FIFA-nın prezidentini qəbul etdi - FOTO

29.09.2026 / 12:14
Almaniyanın XI naziri Lavrova 2 aydın mesaj verdi - Tramp bunu bilsə, aləm yenə qarışacaq...

29.09.2026 / 11:37
Lənkəranda vətəndaşların 150 min manatdan çox pulunu ələ keçirən şıxs yaxalandı

29.09.2026 / 11:20
ABŞ Yunanıstanda çevriliş hazırlayır? - Afinadakı səfirdən ŞOK AÇIQLAMA …

29.09.2026 / 10:55
Ağsuda meşə yanğınına səbəb olan şəxs saxlandı

29.09.2026 / 10:48
Baş prokuror xaricdə Azərbaycana qarşı cinayət törətməkdə ittiham edilən şəxslərdən danışdı

29.09.2026 / 10:36
9 milyonluq bir ölkə ABŞ-ı idarə edir - Amerikalı jurnalistdən Tramp administrasiyasına sərt sözlər…

29.09.2026 / 10:20
Bir ayda at arabalarının iştirakı ilə iki qəza baş verib - Yol polisindən xəbərdarlıq...

29.09.2026 / 09:29
Rusiya Kiyevdə Ukrayna Elmlər Akademiyasının binasını vurdu – DƏHŞƏTLİ GÖRÜNTÜLƏR...

29.09.2026 / 09:12
Romada “Harmoniya” sənədli filminin təqdimatı olub - FOTO

29.09.2026 / 08:28
Azərbaycan xarici iqtisadi strategiyasını dəyişir, biz buna sadəcə məhkumuq...

29.09.2026 / 07:40
Rusiya Monqolustanla hərbi tərəfdaşlıq sənədi imzaladı

29.09.2026 / 07:16
Pentaqonun nəhəng kadr məlumat bazasına haker hücumu - 3 milyona yaxın fayl oğurlanıb

29.09.2026 / 06:53
İran ABŞ gəmilərini Hind okeanında da vuracaq - ölkəyə qarşı hərbi müdaxilə bərpa olunarsa…

29.09.2026 / 01:03
Bakıda 16 marşrutun hərəkət sxemi dəyişdirilir - XƏBƏRDARLIQ

29.09.2026 / 00:03
"Starship" kosmik gəmisi partlayıb

28.09.2026 / 23:21
Trampdan Cinpinə təəccüblü təklif – bizdən silah almaq istəyirsiniz?...

28.09.2026 / 23:05
Senator Kennedi Trampı Hörmüz boğazında gərginliyi artırmağa çağırdı...

28.09.2026 / 22:37
Paşinyan hökuməti kilsəni siyasətdən kənarlaşdıran 74 səhifəlik sənəd hazırladı...

28.09.2026 / 22:22
Xüsusi şərtlərlə pensiya alan qulluqçuların pulları azala bilər...

28.09.2026 / 22:08
Tramp Rusiya ilə sülh hədəfini dəyişdi - Zelenski “Patriot”ları aldı...

28.09.2026 / 21:52
Azərbaycan 44 günə bitirdi - Rusiyanın Ukraynada ilişməsinin müqayisəli kökləri...

28.09.2026 / 21:37
Bərələr Azərbaycanın rolunu daha da gücləndirdi...

28.09.2026 / 21:25
Netanyahunun seçki məğlubiyyəti qaçılmaz ola bilər - İsraildə seçkiqabağı rəy sorğusu...

28.09.2026 / 21:10
Çindən 6 min kilometr dəmiryolu İran üçün nə deməkdir...

28.09.2026 / 20:57
Azərbaycandakı Kürmük məbədinə Gürcüstan patriarxlığının iddiası... Real tarix...

28.09.2026 / 20:43
Azərbaycanda dollar-manat kursu dəyişməyəcək - Prezident sözünü qəti dedi...

28.09.2026 / 20:30
Azərbaycanın xarici siyasətinə Türkiyə iqtidarının müdaxilə cəhdi iflas etdi...

28.09.2026 / 20:25
Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyinin rəhbəri vəzifəsindən azad edildi

28.09.2026 / 20:18
Britaniyada katolik-protestant toqquşmaları başladı...

28.09.2026 / 20:05
Fransua Olland Fransa prezident seçkilərində iştirak edəcəyini istisna etmədi...

28.09.2026 / 19:48
Qarabağ arxeoloji mədəniyyətlər qovşağında: Professor Hidayət Cəfərovun tədqiqatları timsalında

28.09.2026 / 19:36
Tramp İrana elə sözlər dedi ki... Müharibədə “qan su yerinə axacaq”...

28.09.2026 / 19:23
ABŞ-la Avropanın yanacaq “müharibəsi” başlanır...

28.09.2026 / 19:22
Ermənistanın İctimai Televiziyası üzr istədi - 27 sentyabrda konsert yayımladığına görə…

28.09.2026 / 19:03
Şuşada avtomobil tankəleyhinə minaya düşdü, sürücü xəsarət aldı

28.09.2026 / 18:45
Vüqar Rəhimzadə: Azərbaycan uğurlu iqtisadi inkişaf modeli ilə qlobal sərmayə üçün etibarlı və cəlbedici tərəfdaşdır

28.09.2026 / 18:40
Hindistan etirazlarla çalxalanır - hakim partiyanın şok fırıldaqları üzə çıxdı...

28.09.2026 / 18:31
Hacıbaba Babayev Gədəbəyin icra başçısı təyin edildi

28.09.2026 / 18:28
Naftalan şəhərinə icra başçısı təyin edildi

28.09.2026 / 18:26
Qaradağ rayonuna yeni icra başçısı təyin edildi

28.09.2026 / 18:21
Azərbaycan və Gürcüstan arasında süni kilsə mübahisəsi niyə qızışdırılır?

28.09.2026 / 18:12
“Vyanadan Bakıya” – Avropa caz ənənəsi ilə Azərbaycan musiqisinin vəhdəti

28.09.2026 / 18:04
Mingəçevir Dövlət Universiteti ilə “Mingəçevir Tekstil” MMC arasında əməkdaşlıq memorandumu imzalanıb

28.09.2026 / 17:36
Bakcell İçərişəhərin tarixi irsini rəqəmsal texnologiyalarla canlandıracaq

28.09.2026 / 17:10
Alban-Udi Dini İcmasının nümayəndələri Xudavəng Monastırını ziyarət ediblər

28.09.2026 / 16:53
Ukraynadan böyük əməliyyat – üç kənd azad edildi, 250-dən çox rus əsgəri əsir götürüldü…

28.09.2026 / 16:38
Tramp Putini G20 zirvəsinə xüsusi məqsədlə dəvət edib - ancaq şübhələr var...

28.09.2026 / 16:23
ABŞ-ın Azərbaycandakı səfirliyi media nümayəndələri ilə görüş keçirdi

28.09.2026 / 15:39
Kreml Ankaranın Qara dənizdə təhlükəsizlik təklifini rədd etdi...

Azərbaycanın regional və beynəlxalq əməkdaşlığında hərbi tərəfdaşlığın rolu sürətlə artır

XƏBƏR ARXİVİ