Bazar günü günü, 18 oktyabr 2026
     

"Çin Tayvanı tutmağa hazırlaşır, Rusiya dəstək verir" - planın uzaq hədəfi var...

Image


Rusiya Çinə Tayvana mümkün müdaxiləyə hazırlaşmaqda yardım göstərir. Bunu bu yaxınlarda sızdırılmış 800 səhifəlik müqavilələr və yazışmalar toplusu üzə çıxarıb. Sənədi Böyük Britaniyada yerləşən təhlil mərkəzi əldə edib və müstəqil şəkilldə təsdiqlədib.

Kral Birləşmiş Xidmətlər İnstitutunun (RUSI) tədqiqatçısı Oleksandr Danilyuk sənədləri Cek Uotlinqlə birlikdə əldə edib. O, bu sənədlərin Çin-Rusiya hərbi əməkdaşlığı üçün nə demək olduğunu, Rusiyanın Çinin Tayvanı tutmasını niyə dəstəkləyə biləcəyini izah edib. 23 milyon əhalisi olan Tayvan öz idarəçiliyi olan adadır. Pekin isə onu öz ərazisi hesab edir. Sızdırılmış sənədlər 2023-cü ildə Moskvanın Çin Xalq Azadlıq Ordusuna hücum maşınları, tank əleyhinə silahlar, digər hərbi texnika satmağa razılaşdığını göstərir. Bu zirehli texnika Çinin tələblərinə uyğunlaşdırılacaq. Rusiya isə xüsusi təyinatlı Çin desantçılarından ibarət batalyona təlim keçəcək. Müqavilələrdə Rusiyanın Çinə oxşar silahların istehsalına imkan verəcək texnologiyaları ötürəcəyi də qeyd olunur. Bütün bunlar Çinin hava-desant manevr qabiliyyətini gücləndirə bilər. Rusiya ordusu bu sahədə Çin Xalq Azadlıq Ordusundan üstündür. Pekinin bu niyyəti potensial hücum zamanı sahilboyu liman və çimərliklərə hücumla yanaşı, ölkə daxilindəki infrastruktur obyektlərini də ələ keçirə biləcəyi sarıdan narahatlığı artırıb. RUSI 800-səhifəlik müqavilə və əlavə materialların orijinal təsir bağışladığını bildirir. Üstəlik, sənədlərdəki bir çox detallı məlumatlar müstəqil təsdiqlənib. Amma qurum sənədlərin bəzi hissələrinin dəyişdirildiyini, yaxud çıxarıldığını da istisna etmir. Oleksandr Danilyuk deyir ki, Moskva ilə Pekin arasında razılaşmanın məğzi hava-desant əməliyyatları üçün lazım olan xüsusi avadanlığı əldə etməkdən ibarətdir: “İdeya belədir ki, quruda xüsusi təyinatlı qrupları olsun, Rusiya avadanlığından istifadə etməklə mülki yük təyyarələrindən çox yüksəkdən tullanıb Tayvan ərazisinə girə bilsinlər. Bu avtomatik sistemlərlə Rusiya desant tankları və zirehli döyüş maşınları kimi avadanlığı çatdıracaqlar. Beləliklə, xüsusi təyinatlı əsgərlərin Tayvana bir-bir paraşütlə tullanması lazım gəlməz; çoxu öncədən turist kimi Tayvana qanuni daxil ola bilər”. Tədqiqatçı əlavə edir ki, əməliyyatların gedişində daha çox batalyon işə salına bilər – Rusiya avadanlığından istifadə edən bir batalyon, Çin avadanlığından yararlanan iki, ya üç batalyon. Bu isə azından Taybey limanını nəzarətə almağa yetər: “Fikrimizcə, bu, əməliyyatın əsas hədəfidir. Bu, Çin Xalq Azadlıq Ordusuna dənizdən müdaxilə üçün həyati əhəmiyyətli liman üzərində nəzarəti verəcək”.

İndiyədək belə bir fikir yayğın olub ki, Rusiya Çinə daha qabaqcıl hərbi texnika ixracında maraqlı deyil, oğurlana, dəyişdirilə biləcəyindən qorxur. İndi durum dəyişibmi? Bununla bağlı sualına cavabında Danilyuk deyib ki, bu cür hərbi əməkdaşlıq rusiyalılar üçün həddən artıq vacibdir, çünki tamamilə təcrid olunmuş ölkələr klubunda qalmaq istəmirlər: “Rusiya müharibə vasitələrinə çoxlu resurs yatırıb. Bu vasitələri düzgün geopolitik gücə çevirməyin yeganə yolu isə daha geniş, qlobal müharibədir. Və bu müharibə üçün ən arzuolunan səhnə Hind-Sakit okeanı regionudur. Görünür, ruslar Çini Tayvana hücuma təhrik etməkdən ötrü hər şeyə hazırdırlar, xüsusilə də bu, ABŞ ilə Çin arasında faktiki toqquşmaya səbəb olarsa”. Onun sözlərinə görə, Rusiya Tayvanın Krımsayağı zəbtində maraqlı deyil. O zaman tam müqavimət göstərilməmişdi, beynəlxalq reaksiya da bir elə də mənfi olmamışdı. Rusiyalılar istəyirlər ki, Çinin hücumunun qarşısı kəsilsin, o qədər uzansın ki, eskalasiya imkanı yaransın: “Bu halda amerikalılar, Yaponiya kimi ölkələr də müharibəyə cəlb olunar. Məncə, onların istədiyi də elə budur. Moskva müharibə üçün ilkin şərt yaratmaq, Tayvanın işğalının qaçılmaz görünməsi üçün Çin cəmiyyətinə təsir göstərə bilmir, çünki demokratik deyil. Amma Tayvan cəmiyyətinə, hətta Amerika cəmiyyəti və siyasətinə təsir göstərə bilər”. Ekspert hazırda Tayvanda siyasi ab-havanın qarışıq, parçalanmış olmasına diqqət çəkir, parlamentdə əlbəyaxa davalar, küçə etirazları baş verib. Bu isə siyasi böhranı qızışdırmaq, sabitliyi pozmaq üçün ideal şərtdir. Danilyuk Çin ordusunun Rusiyadan raket və dron hücumları ilə bağlı da öyrənəcəkləri olduğunu deyir. Məsələn, havadan müdafiə sistemlərini necə sıradan çıxarmaq, onların sursatını necə tükəndirmək kimi. Tədqiqatçının fikrincə, əsas məsələ Tayvan cəmiyyətinin konfrontasiya və polyarizasiyadan nə dərəcədən yayına, adanı qorumaq üçün birləşə bilib-bilməyəcəyidir. Bu, çətin məsələdir: “Tayvanın işğalı isə Çinə çox baha başa gələ bilər. Reallıq çox sadədir: Çin getdikcə güclənir, Avropada isə böhran davam edir. Yaşayarıq, görərik”. Bu arada isə ABŞ hərbi kəşfiyyatının məxfi hesabatında deyilir ki, Çin Tayvanı işğal etməyə hazırlaşmaq üçün sürətlə ölkənin ticarət bərə donanmasını qurur. Bu ilin əvvəlində Müdafiə Departamenti üçün Müdafiə Kəşfiyyat Agentliyinin üzvləri tərəfindən hazırlanmış hesabata görə, böyük okean ticarət gəmiləri tankları daşımaq və amfibiya əməliyyatlarında iştirak etmək üçün dəyişdirilir. Təkcə 2022-ci ildə hərbi hissələrin iştirak etdiyi hərbi təlimlər zamanı “Beş Göz” kəşfiyyat agentliyi tərəfindən 30-a yaxın Çin ticarət gəmisi izlənilib. “Beş Göz” ittifaqı Avstraliya, Kanada, Yeni Zelandiya, Böyük Britaniya və ABŞ arasında kəşfiyyat məlumatlarının paylaşılması ittifaqıdır. Tayvan hökuməti bildirir ki, o, gəmilərə Çinin Tayvana qarşı ekspansionist niyyətlərinin bir hissəsi kimi baxır. Bu ilin əvvəlində peyk kəşfiyyatı gəmilərin Çin sahilləri boyunca bir sıra yeni eniş dokları və hərbi təlimlərdə amfibiya qüvvələrinin yerləşdirilməsi ilə birlikdə istifadə edildiyini göstərib. Eniş dokları bərələrə yükləri və insanları çimərliyə yerləşdirməyə imkan verən yeni gəmi sinfidir. ABŞ Müdafiə Nazirliyinin kəşfiyyat hesabatında kommersiya bərələri Çinlə qarşıdurma ssenarisində potensial hərbi hədəflər kimi qiymətləndirilib, yəni Tayvan böhranı vəziyyətində bərələr, hətta mülki heyətlər olsa belə, ABŞ qüvvələri tərəfindən hədəfə alına və batırıla bilər. Bu, qismən ABŞ-ın Hind-Sakit Okean Komandanlığı daxilində gəmilərlə bağlı artan narahatlıqlarını ifadə edən müzakirə sənədlərində öz əksini tapıb.

Nahid SALAYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Türkiyədəki təriqət hicabçıları Azərbaycanda “28 şubat” ssenariləri uydurur...

Avrasiyanın yeni ticarət və nəqliyyat əlaqələrinin xəritəsi Bakıda cızılır

İqtisadiyyat Nazirliyinin və Beynəlxalq Valyuta Fondunun Azərbaycan proqnozları bir-birinə qarşıdır...

SON XƏBƏRLƏR

17.10.2026 / 23:11
Bir ömürdən minlərlə ömrə uzanan mənəvi irs:Minarə Tahirovanın əziz xatirəsinə - MDU rektoru Anar Eminov yazır...

17.10.2026 / 19:12
Zelenski Trampın dizel qərarını yenə tənqid etdi – bu ilk addımdır, Rusiyaya qarşı sanksiyaların ləğvi davam edəcək…

17.10.2026 / 17:29
Bahalaşmaya qarşı çıxan etirazçılar Marsel şəhər bələdiyyəsinin binasına basqın etdilər…

17.10.2026 / 17:10
Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

17.10.2026 / 16:45
ABŞ Rusiya dizel yanacağının potensial alıcılarının siyahısını Moskvaya təqdim etdi

17.10.2026 / 16:20
Hörmüz boğazında minaya dəyən supertankerdə güclü yanğın başladı…

17.10.2026 / 16:02
Tramp makiyajdan istifadə etdiyini etiraf etdi - ölü kimi görünmək istəmirəm…

17.10.2026 / 15:37
Biləsuvarda ağır yol qəzası - iki nəfər ölüb, üç nəfər xəsarət alıb...

17.10.2026 / 15:33
Valeh Ələsgərov "Şərəf" ordeni ilə təltif edilib

17.10.2026 / 15:18
“Şahinlərin Görüşü-2026” təlimində növbəti məşq uçuşları icra olunub - VİDEO

17.10.2026 / 14:50
Misir prezidenti 2030-cu ildə vəzifəsindən gedəcəyini açıqladı…

17.10.2026 / 14:35
Bakıda keçirilən NATO təlimi başa çatdı - FOTO/VİDEO

17.10.2026 / 13:22
Beynəlxalq Valyuta Fonduna ən çox borcu olan ölkələr - siyahı açıqlandı...

17.10.2026 / 10:18
Bir gündə 38 cinayətin üstü açıldı, axtarışda olan 51 nəfər saxlandı

17.10.2026 / 09:51
“Environmental Protection First” koalisiyası Ermənistanın COP17-yə ev sahibliyi etməsini ikili standart adlandırdı

17.10.2026 / 09:04
Tarix üzrə fəlsəfə doktoru Hacı Həsənovun yaradıcılığında milli ruh

17.10.2026 / 07:51
Avropa İttifaqı üzv ölkələrdən 10 gəmini bir araya gətirə bilmir…

17.10.2026 / 07:39
Trampın mətbuat katibi işdən ayrıldı - Keti ilk çıxışında “özünü yandırdı”…

16.10.2026 / 22:10
Bakıdan Parisə demokratiya mesajı: Fransanın insan haqları siyasəti ifşa olundu...

16.10.2026 / 21:52
Azərbaycan tarixdə Nürnberq məhkəməsinin 2-ci nümunəsini yaratdı...

16.10.2026 / 21:36
Avropanın iki ən böyük təşkilatı “atavizm qalığı” adlandırılıdı...

16.10.2026 / 21:21
28 dövlətin qarşısında Ermənistan da, BMT də, ATƏT də ifşa olundu...

16.10.2026 / 21:05
Bakıdan dünyaya: “bunu etməsəniz, müharibələr davam edəcək”...

16.10.2026 / 20:51
Məğlub etdik, məhv etmədik - Əliyev 44 gün Zəfərinin mühüm mənəvi aspektini də açdı...

16.10.2026 / 20:37
İkitərəfli, çoxtərəfli formatlardan regional təhlükəsizliyə - Azərbaycanın yeni düsturu...

16.10.2026 / 20:25
Əliyev keçmiş Ermənistan prezidentlərinin cinayətləri məsələsini qaldırdı...

16.10.2026 / 20:20
Bizim öz yolumuz var, bizim öz amalımız var və bütün Azərbaycan xalqı bu amal ətrafında birləşib! - VİDEO

16.10.2026 / 20:16
Prezidentin sosial media hesablarında Ermənistanın Gəncəyə beşinci raket hücumunun ildönümü ilə bağlı VİDEOÇARX yayımlanıb

16.10.2026 / 20:14
Ramiz Mehdiyev YAP-dan çıxarıldı...

16.10.2026 / 20:08
Dünyanı daha ağır fəlakətlərdən xilas etmək yolunun anonsu Bakıdan verildi...

16.10.2026 / 19:51
Azərbaycan-Ermənistan sülhünün möhkəmləndirilməsində İrəvan yenə məsuliyyətsizlik edir...

16.10.2026 / 19:45
Türkiyəli jurnalist Azərbaycanın həbs qərarından sonra çıxıb üzr istədi

16.10.2026 / 19:31
Aydın Quliyev:"Mətbuat Şurasının yeni İdarə Heyətinə üzvlük seçkilərinə niyə qatılmadım?"...

16.10.2026 / 19:17
Prezident İlham Əliyev Milli Paralimpiya Komitəsinin kollektivini və paralimpiyaçıları təbrik etdi

16.10.2026 / 18:10
Bakıda AQEM-in fəaliyyəti ilə bağlı mühüm nəticələrə imza atıldı

16.10.2026 / 18:07
Tramp-Zelenski ziddiyyətləri böyüyür - Ukrayna nə bədəl ödəyə bilər?..

16.10.2026 / 17:53
Azad Füzuli tarixi Zəfərin qürurunu və Böyük Qayıdışın sevincini yaşayır - Vüqar Rəhimzadə

16.10.2026 / 17:30
İrəvanın Avropa siyasəti iflasa uğradı, ermənilər yenidən Rusiya ilə aranı düzəltməyə can atır...

16.10.2026 / 17:22
Əli Əsədov paralimpiya komitələrinin rəhbərləri ilə əməkdaşlığın genişləndirilməsini müzakirə edib

16.10.2026 / 17:20
Tramp "bütün bombaların anasını" İranın başına atmaq istəyir... 9.5 ton...

16.10.2026 / 17:11
Əlilliyi olan şəxslər və şəhid ailələri ilə bağlı maliyyələşdirmə müddəti uzadıldı

16.10.2026 / 17:06
Trampın yeni mətbuat katibi mətbuatın “radar"ına düşdü - lisenziyası yoxmuş…

16.10.2026 / 16:49
Azərbaycana hicab müdaxiləsi AKP iqtidarını parçalaya bilər - diqqət mərkəzində Fidan və Kalın...

16.10.2026 / 16:45
Azərbaycan və Türkiyə doğma qardaşdır

16.10.2026 / 15:22
Azərbaycanda hakimiyyətin zorla ələ keçirilməsinə çağırışlar edən Türkiyə vətəndaşı beynəlxalq axtarışa verilib - FOTO

16.10.2026 / 15:13
Mingəçevir Dövlət Universiteti QS Stars beynəlxalq qiymətləndirməsində dörd istiqamət üzrə maksimum nəticə əldə edərək 5 ulduz alıb

16.10.2026 / 15:09
Fatih Ərbakan Azərbaycanın düşməni kimi göründü – ermənilər hicabı sevir?..

16.10.2026 / 14:48
10 milyonluq Azərbaycan daha çox sərmayə yatırıb, nəinki 85 milyonluq Türkiyə - niyə?..

16.10.2026 / 14:36
Tramp və Mask Ukraynanın internet sürətini kəsir - dron və raketlər yarıyolda düşə bilər...

16.10.2026 / 14:22
Ceyhun Bayramov AQEM-in Baş katibi ilə Azərbaycanın sədrliyinin nəticələrini müzakirə edib

16.10.2026 / 13:07
Milli mədəni irs və art-terapiya: Azərbaycandan Vaşinqtona uzanan yaradıcı təşəbbüs

16.10.2026 / 12:54
Prezident İlham Əliyev Gürcüstanın yeni səfirini qəbul edib - FOTO

16.10.2026 / 12:51
Prezident Azərbaycanda paralimpiya hərəkatının inkişafında xidmətləri olan bir qrup şəxsi təltif edib

16.10.2026 / 12:47
Prezident İlham Əliyev Hindistanın ölkəmizdə yeni təyin olunmuş səfirini qəbul edib - FOTO

16.10.2026 / 12:16
Mətbuat Şurasının yeni sədri və üzvləri seçildi

16.10.2026 / 11:36
Natiq Məmmədli: Azərbaycan jurnalistləri dezinformasiya hücumuna qarşı prinsipial mövqe nümayiş etdirməlidir

16.10.2026 / 11:06
XII Bakı Beynəlxalq Kitab Sərgisində 30 ölkə təmsil olunacaq

16.10.2026 / 11:01
Müşfiq Ələsgərli:"Media subyektlərinin redaksiyalarında süni intellekt sistemlərindən istifadə qaydalarını müəyyən edən daxili sənədlər qəbul edilməlidir"

16.10.2026 / 10:43
Ukrayna Ryazanda neft zavodunu vurdu, Tramp qəzəbləndi – rüsvayçılıqdır, o, bizim işləməli olduğumuz adam deyil…

16.10.2026 / 10:30
Rəşad Məcid: "4 il ərzində Mətbuat Şurasına ümumilikdə 815 şikayət daxil olub"

16.10.2026 / 10:20
Azərbaycan jurnalistlərinin IX Qurultayının iştirakçıları Prezidentə müraciət ünvanladı

16.10.2026 / 09:53
Xırdalanda məktəbə hücum edən şəxs həbs edildi

16.10.2026 / 09:28
Azərbaycan jurnalistlərinin IX qurultayı keçirilir

16.10.2026 / 09:19
MM komissiyası Azərbaycana qarşı aparılan hibrid hücumlarla əlaqədar bəyanat yaydı

16.10.2026 / 09:06
XİN AQEM-in VII Sammitinin nəticələrini açıqladı

16.10.2026 / 08:50
Azərbaycan-Türkiyə münasibətlərinin cari vəziyyəti müzakirə olundu

16.10.2026 / 08:01
Moskva ətrafında yeni virus aşkarlandı - meymunçiçəyi…

16.10.2026 / 07:53
Netanyahu ilk dəfə əl-Şəra ilə telefon danışığından söz açdı

15.10.2026 / 23:34
BMT-dən ərzaq böhranı xəbərdarlığı - ABŞ və İranın bir neçə həftə vaxtı var…

15.10.2026 / 23:16
Trampdan sonra Mask da Zelenskinin getməsini istədi, tutarlı da cavab aldı – Putinə də belə çağırış edibsinizmi…

15.10.2026 / 22:28
Azərbaycan tarixinin öyrənilməmiş səhifələri - Rusiyanın İrana təcavüzündə Azərbaycan hərbiçilərindən istifadə etməsi (1920-ci il)

15.10.2026 / 22:11
Təsadüf - zərurət

15.10.2026 / 21:41
Prezident İlham Əliyevin sosial media hesablarında Qətər Əmiri ilə görüşlə bağlı videoçarx paylaşılıb

15.10.2026 / 21:33
Qarabağdan qovulan separatçıların bir qismi Ukraynada vuruşub məhv oldular...

15.10.2026 / 21:25
Prezidentin sosial media hesablarında Trans-Xəzər Fiber-Optik Kabel Xəttinin açılışı ilə bağlı videoçarx paylaşılıb

15.10.2026 / 21:16
İran Gürcüstan azərbaycanlıları ilə bağlı xüsusi plan hazırlayıb - Regional təhlükə...

15.10.2026 / 20:51
Dizel yanacağının dünya siyasətinə təsiri artır, hətta Ukrayna buna qurban edilir

15.10.2026 / 20:35
Ermənistan Rusiyanın “dəmir caynağından” xilas ola bilmir, Kreml bu ölkədən çıxmaqdan imtina edir

15.10.2026 / 20:18
Baxçalı Azərbaycanla bağlı çətin bir yükün altına keçir...

15.10.2026 / 20:02
Paşinyan Azərbaycanla ərazi mübadiləsinə hazırlaşır...

15.10.2026 / 19:45
Tanınmış ilahiyyatçıların çoxu hicab məsələsində prinsipsiz davrandı...

Azərbaycançılıq və dini-mənəvi irs-hicab olayları Azərbaycan ideologiyasına qarşı çevrilib...

XƏBƏR ARXİVİ