çərşənbə günü, 25 noyabr 2026
     

Neft bazarında vəziyyət qarışır, Azərbaycan preventiv tədbirlər görməyə məcburdur

Image


OPEC+ qurumunda yer alan Səudiyyə Ərəbistanı, Rusiya, İraq, BƏƏ, Küveyt, Qazaxıstan, Əlcəzair və Oman avqust ayında hasilat kvotalarını yenidən artırmağa hazırlaşırlar. Artım bu yazın əvvəlində razılaşdırılmış həddə olacaq. Yəni gündəlik 548 min barrel təşkil edəcək.

Daha çox artıma Səudiyyə Ərəbistanı gedəcək. İddialar səsələnir ki, bu ölkə uyğunluq intizamının aşağı olduğu bir bazarda öz payını bərpa etməyə hazırlaşır. Qlobal neft qiymətlərinin ehtimal olunan azalması bir sıra hasilatçı ölkələrin büdcəsinə, onların neft və qaz gəlirlərinə yaxşı təsir göstərməyəcək. Təşkilatın açıqlamasına görə, 2025-ci ilin avqustunda iyul ayı ilə müqayisədə gündəlik 548 min barrel hasilat düzəlişi sabit qlobal iqtisadi mənzərə və aşağı neft ehtiyatlarında əks olunan cari sağlam bazar əsasları nəzərə alınmaqla edilir. Yada salaq ki, səkkiz OPEC+ ölkəsi 2023-cü ildə neft hasilatını sutkada 2,2 milyon barrellə məhdudlaşdırmışdı. Lakin sonradan hasilatın mərhələli şəkildə artırılmasına qərar verildi. Xüsusilə, ölkələr bu ilin aprel ayından aylıq 130-140 min barrel olmaqla, 2026-cı ilin sentyabrına qədər götürülmüş məhdudiyyətləri mərhələli şəkildə tətbiq edəcəklər. Bununla belə, may, iyun və iyul aylarında hasilatın sutkada 411 min barrel ilə artırılmasına qərar verilib. Eyni variant avqust ayı üçün nəzərdə tutulmuşdu. Nəticədə hasilat təxminən 550 min barrel artacaq ki, bu da cari ilin yazında razılaşdırılmış dörd aylıq artıma bərabərdir.

OPEC bazar sabitliyini qorumaq üçün dəyişən bazar şərtlərindən asılı olaraq bu artımların dayandırıla və ya ləğv edilə biləcəyini vəd edir. Həmçinin göstərilir ki, kvotaların artırılması iştirakçı ölkələrə kompensasiya ödənişlərini sürətləndirmək imkanı verəcək. Bu fonda Qazaxıstan “Tengiz” yatağında yeni güclərin işə salınması ilə əlaqədar ilin əvvəlindən artırdığı neft hasilatını azaltmayacağını artıq bəyan edib. Fevral ayından etibarən ölkədə müəyyən edilmiş həcmdən gündəlik təxminən 300-400 min barrel artıq hasilat həyata keçirilir. Bununla belə, bu ölkələrin 2026-cı ilin sonuna kimi qüvvədə olan 1,65 milyon barrellik könüllü “məhdudiyyət paketi” də var. Hesablamalara görə, cari kompensasiya planını nəzərə alaraq, avqust ayında OPEC+ ölkələri hasilatı iyulun icazə verilən səviyyəsinə – 27,08 milyon barrel səviyyəsinə qədər artıracaqlar. Amma gələn aydan sutkada 502 min barrel də bun aəlavə oluanacaq. Səudiyyə Ərəbistanı artıq iyun ayında hasilatı artırıb. Ümumilikdə, OPEC iyunda sutkada 27 milyon bareldən çox hasil edib ki, bu da may ayı ilə müqayisədə 270 min barrel çoxdur. Qərb agentlikləri yazıb ki, OPEC+ qurumunun n strategiyası karteldə olmayan istehsalçılardan bazar payını geri almağa yönəlib.

İştirakçılar neftin həddindən artıq hasilatı riskindən qorxmurlar, amma bu da qiymətlərə daha çox təzyiq göstərə bilər. Qərb analitikləri vurğulayırlar ki, son aylarda Çində xammala tələbat azaldığından, hasilat isə əksinə artdığından qlobal neft ehtiyatları sutkada təxminən 1 milyon barrel artıq qalır. Beynəlxalq Enerji Agentliyi ilin sonuna qədər neft bazarında təklifin əhəmiyyətli dərəcədə artacağını gözləyir. “JP Morgan Chase” və “Goldman Sachs” investisiya banklarının analitikləri proqnozlaşdırırlar ki, bazarda profisitlər fonunda qara qızılın qiymətləri dördüncü rübdə 60 dollara qədər azala bilər. “Qara qızıl”ın qiymətlərinin aşağı salınması, ABŞ iqtisadiyyatını dəstəkləmək və inflyasiyanın qarşısını almaq üçün davamlı olaraq xammal qiymətlərinin aşağı salınmasını müdafiə edən ABŞ prezidenti Donald Tramp tərəfindən də dəstəklənəcək. Rusiya Milli Enerji Təhlükəsizliyi Fondunun aparıcı eksperti İqor Yuşkov da razılaşır ki, kartelin son qərarlarını bazar payı uğrunda mübarizə diktə edir: “Gələcəkdə ABŞ-ın İranla nə isə razılaşacağı gözlənilir, bəlkə də nüvə proqramı üzrə razılaşmanın bir hissəsi kimi İrana qarşı sanksiyalar yumşaldılacaq, ona görə də OPEC+ sazişinin digər iştirakçılarının İran qanuni olaraq böyük həcmdə bazara neft çıxarmazdan əvvəl hasilatı artırması məntiqlidir”. Digər səbəb kimi saziş iştirakçılarının bəziləri tərəfindən kvotaların sistematik şəkildə pozulması göstərilir. İqor Yuşkov qeyd edir: “Eyni Qazaxıstan öz öhdəliklərini artıq pozmasına baxmayaraq, daha çox neft hasil etməyə başladı, ona görə də bəyan edilmiş hasilat həcmləri ilə real olanlar arasında uçurum getdikcə daha aydın görünürdü. Faktiki olaraq, OPEC+ indi bəyan edilən həcmləri real həcmə çatdırır. Bu qərar yəqin ki, məcburidir ki, razılaşma tamamilə dağılmasın”. “Freedom Finance Global” şirkətinin analitiki Vladimir Çernov qeyd edi rki, hasilatın daha aqressiv artması son nəticədə “qara qızıl”ın qiymətlərinin aşağı düşməsinə gətirib çıxaracaq: “Əgər ən böyük istehsalçılar tələbin bərpası və ya bazar payını bərpa etmək istəyi ilə tədarükü kəskin şəkildə artırmaq qərarına gəlsələr, bu, yavaşlayan qlobal iqtisadiyyat fonunda təklifin artıqlığına səbəb olacaq. Bu halda, “Brent” növbəti həftələrdə bir barel üçün 65 dollara və ondan aşağı səviyyəyə düşə bilər”. Baş verənlər Azərbaycanda da diqqətlə izlənilir. Hesab edilir ki, neftlə bağlı baş verənlər, qiymət azalması Azərbaycana da müəyyən problem yarada bilər. ölkə neftinin qiyməti ilə bağlı proqnoz bir barrel üçün 70 dollardır. Amma qiymət bundan xeyli aşağı düşə bilər. İqtisadçı dördüncü rübdə neftin qiymətinin bir barrel üçün 60 dollara, hətta aşağı düşə biləcəyini də istisna etmir. Bu şəraitdə, hətta fiziki ixrac həcmləri arta bilsə belə, bu, qiymət itkilərini kompensasiya etməyəcək. Beləliklə, OPEC+ qurumunun qısa müddətdə bazar payını bərpa etmək strategiyası artan həcmlərlə kömək etməkdənsə, aşağı qiymətlər səbəbindən ölkə büdcəsinə ziyan vura bilər.

Ramil QULİYEV




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

“Günəş fəallığı” Xəzər suyuna təsir edən sonuncu amıldir - Rusiyadan gələn izaha cavab...

Putin “nüvə çantası”nı özü ilə Çinə niyə aparmışdı...

Ermənilər Qarabağda Amaras udin-alban abidəsinə kor iddialardan əl çəkmirlər...

SON XƏBƏRLƏR

25.11.2026 / 17:43
Zelenski Krım körpüsünü ən kritik yerdən vurdu, Rusiyanın alternativ yolu qalmadı...

25.11.2026 / 17:25
COP31 prezidenti Murat Kurum konfransda işləri korladı, Afrika ölkələrindən üzr istədi, lakin... - VİDEO

25.11.2026 / 17:10
Rusiyanın "Merkuri" gəmisi inanılmaz əməliyyatla vuruldu - şok detallar...

25.11.2026 / 16:57
Milyondan çox pensiyaçının gözlədiyi xəbər – pensiyalar artırılır...

25.11.2026 / 16:43
Ceyhun Bayramov litvalı həmkarı ilə ikitərəfli əlaqələri və regional məsələləri müzakirə etdi

25.11.2026 / 16:37
Sumqayıtda marketdə ahıl qadının pul kisəsi belə oğurlandı - VİDEO

25.11.2026 / 16:29
Paşinyan Putinlə mürəkkəb "dəmiryolu danışıqlarına" gedir... Kritik görüş...

25.11.2026 / 16:02
İran liderlərinə qarşı ABŞ-İsrail cəza terrorunun yeni dalğası müzakirə olunur...

25.11.2026 / 15:46
Azərbaycanın bu şəhəri erməniləri əvvəl “sevindirmişdi”, sonra bellərini qırdı...

25.11.2026 / 15:33
Bakcell tətbiqində VIP Çarxı çevir, iPhone qazan

25.11.2026 / 15:05
Prezident İlham Əliyev Hikmət Çətinin ailəsinə başsağlığı verdi

25.11.2026 / 14:35
Lukaşenko: “Avropa təhlükəsizliyinin gələcək arxitekturası avropalıların özlərinin iştirakı olmadan müzakirə edilə bilməz və Kreml bunu başa düşür”

25.11.2026 / 14:29
Peskov ABŞ-ın Rusiya ilə danışıqlara yanaşmasındakı dəyişikliyə münasibət bildirməkdən imtina etdi

25.11.2026 / 14:17
Lukaşenko Rusiyanın nüvə silahlarının Belarusdan çıxarılmasına icazə verdi

25.11.2026 / 14:12
Xarici ölkələrə malların ixracı ilə bağlı hesablaşmaların aparılma qaydaları hazırlanacaq

25.11.2026 / 14:10
MSK-nın nümayəndə heyəti beynəlxalq seçki forumunda iştirak edib

25.11.2026 / 14:05
ABŞ generalından dəhşətli xəbərdarlıq... NATO Rusiyanın zərbələrinə hazır deyil – Avropa şəhərləri Ukrayna kimi bombalana bilər...

25.11.2026 / 13:57
Əli Əsədov Gürcüstanın Baş nazirinin müavini ilə görüşdü

25.11.2026 / 13:50
ABŞ Ukraynada böyük təhlükə gözləyir? – Səfirlikdən təcili xəbərdarlıq…

25.11.2026 / 13:33
Zəngəzurda dəmiryolunun çəkiləcəyi dəqiq vaxt deyildi...

25.11.2026 / 13:24
Gələn il 61 dövlətin lideri Bakıya gələ bilər...

25.11.2026 / 13:17
Beynəlxalq Meşə Təlim və Tingçilik Mərkəzi yaradıldı - FƏRMAN

25.11.2026 / 13:10
Əvvəl sabiq nazir, indi sədr müavini – Fond qalmaqalı AK Partidə istefa dalğası yaratdı…

25.11.2026 / 12:55
Ukraynadan Rusiyanın neft sənayesinə növbəti ağır zərbə – “Rosneft”in iki nəhəng zavodu vuruldu…

25.11.2026 / 12:42
Zelenski onu Moskvaya dəvət edən Lukaşenkoya cavab verdi – Putini də götür, Kiyevə gəl…

25.11.2026 / 12:39
Naxçıvanda fəxri adlara görə aylıq təqaüdlə bağlı dəyişiklik...

25.11.2026 / 12:25
Prezident İlham Əliyev Litvanın xarici işlər nazirini qəbul edib - FOTO

25.11.2026 / 12:03
Azərbaycan və Litva Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə imzaladı

25.11.2026 / 11:49
Hörmüz boğazında minaya düşən iki tanker alov aldı...

25.11.2026 / 11:36
Vasif Talıbovun imzaladığı 47 fərman ləğv olundu

25.11.2026 / 11:27
İslam Kərimovun qızı Gülnarənin 252,5 milyon dollarlıq sərvəti aşkarlandı – pullar Özbəkistana qaytarılır...

25.11.2026 / 11:06
Xətainin heykəlinin lövhəsindəki yazı ilə bağlı ekspert qrupu yaradıldı

25.11.2026 / 10:42
Azərbaycanda qədim yaşayış məskəni tapıldı

25.11.2026 / 10:38
Naxçıvan Qaz İstismar Xidməti ləğv edildi

25.11.2026 / 10:25
“Giləzi-Quşçuluq”da dəhşətli faktlar üzə çıxdı – 400 tondan çox təhlükəli toyuq əti aşkarlandı... Şirkətdə həbslər aparıldı...

25.11.2026 / 09:48
Türkiyədə məşhurlara qarşı genişmiqyaslı əməliyyat – Özcan Deniz və digər tanınmış simalar saxlanıldı...

25.11.2026 / 09:12
Cared Kuşnerin babasının partizanlıq qeydləri Belarusda dərc olundu

25.11.2026 / 09:05
Kəlbəcər Şəhəri Günü qeyd olunur

25.11.2026 / 08:58
Kadırovun oğlu soyadını dəyişib Serbiya vətəndaşlığı aldı - sanksiyalardan yayınmanın unikal yolu…

25.11.2026 / 08:51
Konqres üzvləri Trampı Putinin G20-yə dəvətini ləğv etməyə çağırdı

24.11.2026 / 23:25
Vaşinqtondan ŞOK SSENARİ... Trampın gizli planı üzə çıxdı – İranın rəhbər şəxslərinə sui-qəsd hazırlanır...

24.11.2026 / 22:49
Britaniyanı qarışdıran ŞOK QALMAQAL – Ukraynaya ABŞ-dan alınmış tonlarla saxta partlayıcı göndərildi...

24.11.2026 / 22:23
İrandan dünyaya neft şoku xəbərdarlığı – müharibə başlasa, neft bazarında fəlakət yaşanacaq...

24.11.2026 / 22:05
Dövlətlər BCM-dən çıxır - Trampın çağırışı ilə yox, başqa səbəbdən...

24.11.2026 / 21:49
Paşinyan erməni tarixindən “4 çarlığı” silib atdı...

24.11.2026 / 21:35
Respublikaçı konqresmenlər indidən Trampın üzünə durmağa başlayıblar...

24.11.2026 / 21:21
Ermənistanın yeni Konstitusiya layihəsi məhkəmə sistemində ajiotaj yaratdı...

24.11.2026 / 21:10
Ali Şura Zəngəzur dəhlizini Hörmüzə bənzədib hədələdi...

24.11.2026 / 20:53
Ermənistan Konstitusiyasının müzakirəsi 6 ay uzanacaq - Şübhəlidir...

24.11.2026 / 20:38
TRİPP - bu sayaq açılışı məqbul saymaq olar?

24.11.2026 / 20:25
COP 31-ci addımında Türkiyədə iflasa uğradı...

24.11.2026 / 20:17
Trampın İran uğursuzluğunun səbəbi Demokratlar Partiyasının seçki qələbəsi imiş...(?)

24.11.2026 / 19:54
Bakıdan TRIPP-lə bağlı İrəvan və Vaşinqtona mühüm mesaj - Azərbaycanın mövqeyi nəzərə alınmalıdır...

24.11.2026 / 19:33
"Gürcüstan-Azərbaycan dövlət sərhədinin delimitasiyası üzrə komissiya fəaliyyətini davam etdirir" - Maka Boçorişvili

24.11.2026 / 19:27
COP31 iqlim sammiti 192 ölkəni birləşdirmək əvəzinə parçaladı...

24.11.2026 / 19:21
Rusiya erməni terrorçusuna həsr olunan filmin nümayişinə qadağa qoydu

24.11.2026 / 19:07
"Gürcüstan vasitəsilə Ermənistana neft ixracı regional əməkdaşlığa mühüm töhfə verir" - Nazir

24.11.2026 / 19:04
Azərbaycan və Gürcüstan XİN rəhbərlərinin geniştərkibli görüşü keçirildi

24.11.2026 / 18:57
Yeni Konstitusiya sayəsində Paşinyan müxalifəti siyasi səhnədən birdəfəlik silə bilər...

24.11.2026 / 18:42
Ermənistan Paşinyan konstitusiyasından nə vaxtsa imtina edə bilər (?)...

24.11.2026 / 18:32
Mənzil satışı adı altında 172 nəfərə qarşı dələduzluq... şirkət direktoru məhkəmə qarşısına çıxarılır...

24.11.2026 / 18:27
Prezident sosial media hesablarında Gürcüstanın Baş nazirinin müavinini qəbulu ilə bağlı videoçarx paylaşılıb

24.11.2026 / 18:25
Tramp demokratlara qarşı plan hazırlayıb - yanvaradək...

24.11.2026 / 18:10
Rusiya-Ukrayna müharibəsində yeni cəbhə xətti: Finlandiya savaş meydanına çevrilir

24.11.2026 / 18:02
İki baş həkim vəzifəsindən azad edildi

24.11.2026 / 17:50
Paşinyan Zəngəzur dəhlizində ilkin olaraq elektrik xəttini açmaq istəyir...

24.11.2026 / 17:33
Ramiz Mehdiyevin kürəkəni Əli Kərimlinin məhkəməsində hakimdən nə xahiş edib?..

24.11.2026 / 17:24
Gənclərin PUA-lar barədə praktiki vərdişlərə yiyələnməsi təmin ediləcək

24.11.2026 / 17:18
Mətbuat Şurası media subyektlərini jurnalist etikası qaydalarına əməl etməyə çağırdı

24.11.2026 / 17:02
Azərbaycan Vatikan Apostol Arxivi ilə əməkdaşlığın yeni istiqamətlərini müəyyən edən sənəd imzalayıb - FOTO

24.11.2026 / 16:48
Prezident İlham Əliyev Gürcüstanın Baş nazirinin müavinini qəbul edib - FOTO

24.11.2026 / 16:37
"...yoxlasan, babası lütün biri olub" - Siyavuş Novruzov

24.11.2026 / 16:21
Vüqar Rəhimzadə: Hər daşı, qayası tarix olan Kəlbəcər canlı təbiət muzeyini xatırladır

24.11.2026 / 16:12
İran Hərbi Dəniz Qüvvələri Hörmüz boğazında iki tankerin minaya düşdüyünü açıqlayıb

24.11.2026 / 15:59
Portuqaliyada qatarların yarıdan çoxu maşinistlərin tətili səbəbindən yoldan çıxıb

24.11.2026 / 15:57
Tramp və Rutte noyabrın 25-də danışıqlar aparacaqlar

24.11.2026 / 15:50
TRIPP-in açılışı Rusiya və İranın Ermənistana hücumlarını artırır...

24.11.2026 / 15:46
Tehrandan Vaşinqtona 7 maddəlik ultimatum – şərtlər qəbul edilməsə, müharibə genişlənəcək...

24.11.2026 / 15:38
Zelenski nöqtəni qoydu - "Krım körpüsü mövcud olmayacaq"...

24.11.2026 / 15:37
“Özbəkfilm” neyroşəbəkələr vasitəsilə film çəkməyə başlayacaq

24.11.2026 / 14:37
Memarlıq və İncəsənət İnstitutunun əməkdaşının məqaləsi Türkiyədə çapdan çıxıb

İnformasiya texnologiyaları Azərbaycanın inkişafında yeni güclü mənbə kimi özünü daha çox təsdiqləyir....

XƏBƏR ARXİVİ