Cümə günü, 23 oktyabr 2026
     

Paşinyan Putinlə danışıb Köçəryanın qələmini qırdı...

Image


Ermənistan Baş Prokurorluğu ölkənin ikinci prezidenti Robert Köçəryanın qanunsuz əmlakının və onunla əlaqəli şəxslərin 22 daşınmaz əmlakının, 15 müxtəlif şirkətdəki payların müsadirə edilməsini tələb edir. Bu barədə baş prokuror Anna Vardapetyan parlamentində bildirib.

Onun sözlərinə görə, iş üzrə cavabdehlər Robert və Bella Köçəryanlar, Sedrak Köçəryanvə Zarui Badalyan, Levon və Siranuş Köçəryanlar, Qayane Köçəryan və Vigen Çatinyandır: “Prokurorluq Ermənistanın maraqları naminə 985 milyon dram və ya 2,5 milyon dollar məbləğində istiqraz, 1,4 milyon dollardan çox məbləğdə bank əmanətləri, 4 milyon dollardan çox məbləğdə kreditlər üzrə tələb hüquqları, 8,3 milyard dram, 260 milyon rubl və təxminən 590 min avro, iki nəqliyyat vasitəsi və sairin müsadirə edilməsini tələb edir”. Məsələ ilə bağlı “armenianreport” poralı yazır ki, bütün bunların indi baş verməsi heç də təsadüf deyil: “Son günlərin əsas hadisəsi ondan ibarətdir ki, Ermənistan Baş Prokurorluğu Robert Köçəryan və onun ailəsindən Ermənistan Respublikasının xeyrinə əmlaklarının müsadirə olunmasını tələb edir. Respublika ictimaiyyəti təbii ki, Köçəryanların çox zəngin olduğunu bilirdi. Amma yenə də müsadirə olunması planlaşdırılanların siyahısı çox sarsıdıcıdır. Amma yenə də bu, ölkəmizin prezidenti olmuş insanın “halal zəhməti ilə qazandığı”nın cüzi bir hissəsidir. Təbii ki, həyatımızda heç bir şey təsadüfən baş vermir, xüsusən də belə yüksək səviyyədə. Hamı başa düşür ki, indiki iqtidarın guya heç bir qisasçılıq siyasəti aparmadığı barədə sözlərinə inanmaq olmaz. Xatırlayırıq ki, bu yaxınlarda ölkəmizin baş naziri Nikol Paşinyan şəxsən parlamentdə bəyan etmişdi ki, o, Robert Köçəryan və Serj Sarkisyanın hələ də həbs olunmamasının necə baş verdiyini başa düşmür. Hətta ibtidai sinif şagirdi də onun bu çıxışları ilə Respublika Baş Prokurorluğunun hazırkı tələbi arasında əlaqə yarada bilər. Ancaq daha bir vacib məqamı qeyd etmək lazımdır. Məlum olduğu kimi, Nikol Paşinyan Moskvaya səfər edib və onun səfəri İrəvanla Kreml arasında münasibətlərin pisləşdiyini nəzərə alaraq böyük səs-küyə səbəb olub. Paşinyan KTMT-ni açıq şəkildə tənqid edir, Rusiyadan uzaqlaşır və Qərblə əlaqələr qurur. Lakin Moskvaya səfərin özü və Azərbaycan prezidentinin uçmadığı Qələbə paradında iştirak gərginliyi qismən də olsa aradan qaldırmaq istəyindən xəbər verir. Görünür, buna görə Paşinyan Belarus diktatoru Aleksandr Lukaşenkoya zorla yaxınlaşmağa da dözüb. Bunun üçün o, azərbaycanlı əsgərlərin Qırmızı Meydanda keçirdikləri yürüşün şahidi olmağa da razılıq verdi. Çünki paşinyanın açıq şəkildə ifadə edilmiş şəxsi marağı var idi.

İndi hər şey, bütün sirr aydın olur. Paşinyanın Moskvadan qayıtmasından dərhal sonra postsovet məkanının diqqətdə olan siyasətçilərindən birinə qarşı genişmiqyaslı hücum baş verdi. Söhbət indi sadəcə 22 əmlakdan, milyonlarla dollardan, şirkətlərdəki paylardan və digər əhəmiyyətli aktivlərdən gedir. Məsələ ondadır ki, Köçəryanın həbsi üçün zəmin hazırlanır. Bəli, heç də şişirtmirik, sadəcə elan edirik. Və burada aşkar şeyləri aydın şəkildə ifadə etmək lazımdır. Məsələ təkcə Köçəryanın təkcə keçmiş prezident olmasında deyil. Bu, açıq şəkildə rusiyapərəst mövqe sərgiləyən, Kremlə yaxın olan və Rusiyanın siyasi dairələrində tez-tez qonaq olan siyasətçidir. Bu cür iri miqyaslı əmlakın müsadirə edilməsi prosedurunun Moskvadan xəbərsiz başlaması, ən azı, riskli addım olardı. Axı Kreml ənənəvi olaraq postsovet məkanındakı keçmiş sadiq müttəfiqlərinə təsir üçün bir növ “ehtiyat aerodrom” kimi baxır. Nəticə etibarı ilə, belə hərəkətlərin Rusiya ilə razılaşdırıla biləcəyini düşünməyə əsas var - birbaşa olmasa da, heç olmasa səssiz razılıqla. Bundan nə çıxır? Köçəryan artıq Rusiya üçün strateji dəyər ifadə etmir. Bəli, dəyişən geosiyasət kontekstində Kreml hazırkı hökumətimizlə yeni razılaşmalar naminə köhnə əlaqələri “sıfırlamağa” üstünlük verə bilər. Bəli, Köçəryanın gələcək aktivlərinin müsadirəsi təkcə hüquqi proses deyil. Bu, siyasi siqnaldır – həm yerli erməni auditoriyası, həm də beynəlxalq müşahidəçilər bunu güc balansında dəyişikliklərin göstəricisi kimi qiymətləndirirlər. Paşinyanın Moskva səfərindən dərhal sonra belə addımların atılması heç bir şübhə yeri qoymur: Kreml ya razılaşdı, ya da keçmiş müttəfiqinin taleyinə bilərəkdən göz yumdu. Bu isə İrəvanla Moskva arasında münasibətlərdə yeni mərhələnin başlanğıcı demək ola bilər - praqmatik, soyuq, lakin hələ də canlı olan mərhələ”. Bu günlərdə Ermənistanın hakim “Vətəndaş Müqaviləsi” Partiyasının deputatı Vaaqn Aleksanyan da qeyd edib ki, Robert Köçəryan Rusiya xüsusi xidmət orqanlarına işləyir: “Köçəryan söyləyir ki, Ermənistan Rusiyaya xəyanət edib və Rusiyanın düşmənlərinin tərəfinə keçib və buna görə də Rusiya Qarabağda müharibəyə müdaxilə etməyib. Bu, Ermənistanın keçmiş prezidentinin yox, xidmət etdiyi ağalara hər cür bəraət qazandırmağa çalışan Rusiya xüsusi xidmət orqanlarının agentinin sözləridir”. Politoloq Robert Qevondyan Köçəryanın özünü Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkin kimi apardığını söyləyib. Ekspert sabiq prezidentlə səfirin yerini dəyişdirməyi təklif edib. Ermənistan parlamentinin sədri Alen Simonyan da bildirib ki, Köçəryan Ermənistan Respublikasında Rusiyanın casusu statusuna malikbir şəxsdir. Amma indi Rusiya bu siyasətçinin üzərindən xətt çəkir.

Nahid SALAYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...

Azərbaycanda şirin su ilə bağlı vəziyyət pisləşir - ümid Xəzərə qalıb…

15 temmuz “FETÖ darbesində” bircə nəfər siyasətçi-deputatın adı çıxmadı...

SON XƏBƏRLƏR

23.10.2026 / 13:50
Amerikalı milyarder Trampın İran müharibəsinə qarşı çıxdı - səhv etdik...

23.10.2026 / 13:34
ABŞ qonşulardan İranla quru sərhədi bağlamağı tələb edə bilər...

23.10.2026 / 13:08
İrandan Körfəz ölkələrinə SƏRT XƏBƏRDARLIQ - ABŞ-a dəstəyi dayandırın, yoxsa...

23.10.2026 / 12:55
Ali təhsil alan zabitlərlə bağlı MÜHÜM QƏRAR - hərbi rütbədə olma müddəti bir il azaldılır...

23.10.2026 / 12:41
Prezident İlham Əliyev Fərhad Xəlilova “İstiqlal” ordenini təqdim edib - FOTO

23.10.2026 / 12:35
Prezident Xalq rəssamı Fərhad Xəlilovu təbrik etdi

23.10.2026 / 12:33
Olimpiya Kompleksinin direktoru barəsində həbs qətimkan tədbiri seçildi

23.10.2026 / 12:30
Fərhad Xəlilov “İstiqlal” ordeni ilə təltif edildi

23.10.2026 / 12:12
Hafiz İsmayılbəylinin səlahiyyət müddəti uzadıldı

23.10.2026 / 11:58
İmperiya mərkəzləri kimi Azərbaycana göstərişlər verirlər – Deputat 3 hədəf göstərdi...

23.10.2026 / 11:35
KTMT liderləri Ermənistanın üzvlük məsələsini müzakirəyə çıxarır...

23.10.2026 / 11:12
Prezident İlham Əliyev Hindistanın xarici işlər nazirini qəbul etdi - FOTO

23.10.2026 / 11:07
Putin işğal edilmiş Ukrayna torpaqlarını Rusiya ərazisi elan etdi - "Zelenskinin açıqlaması yersizdir"...

23.10.2026 / 10:50
BDYPİ piyadalara növbəti dəfə çağırış etdi - azyaşlılarla hərəkət zamanı...

23.10.2026 / 10:37
Sosial ödənişlərin artırılması üçün altıncı sosial islahat paketi hazırlanır...

23.10.2026 / 10:15
Azərbaycanda vəzifəli şəxs HƏBS EDİLDİ - YARIM MİLYONLUQ YEYİNTİ...

23.10.2026 / 09:57
Gələn il şəhər və rayonlara dotasiya ayrılmayacaq - xərclərini öz gəlirləri hesabına ödəyəcəklər...

23.10.2026 / 09:26
Gələn ilin büdcəsi layihəsi Milli Məclisdə - gəlirlər və xərclər açıqlandı...

23.10.2026 / 09:10
Rusiya Qara dənizdə Ukrayna üçün hərbi yük daşıyan gəmini vurdu

23.10.2026 / 06:20
Məhkəmə Trampı fakt qarşısında qoydu - 11 dekabra kimi ifadə verməyə məcburdur…

23.10.2026 / 06:01
ABŞ Ukrayna üçün Starlink məhdudiyyətlərini ləğv etdi - Zelenski “xoruzun quyruğunu” gördü…

23.10.2026 / 05:53
Putin Rusiyanın NATO ölkələrinə qarşı müharibə iddialarını “siyasi şizofreniya” adlandırdı

22.10.2026 / 22:50
XXI əsrin çoxşaxəli hərbi qarşıdurması - Rusiya-Ukrayna müharibəsi (2014-2026)

22.10.2026 / 22:06
Media və Yayım Şurası Türkiyənin bəzi media resurslarında yayılan əsassız iddialara cavab verdi

22.10.2026 / 21:28
İsrail İran rejimini devirmək üçün yenidən hərəkətə keçdi...

22.10.2026 / 21:03
Rusiya Ermənistan üçün yeni iqtisadi fəlakət ssenarisi vəd edir...

22.10.2026 / 20:35
ABŞ Avropadan çıxacaq - Tramp hədələdi...

22.10.2026 / 20:17
Ermənistan parlamentində Zəngəzur dəhlizi barədə maraqlı fakt açıqlandı...

22.10.2026 / 19:54
Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...

22.10.2026 / 19:30
Azərbaycanda şirin su ilə bağlı vəziyyət pisləşir - ümid Xəzərə qalıb…

22.10.2026 / 19:06
AK Parti iqtidarı Vensin İran barədə ikibaşlı bəyanatına susdu...

22.10.2026 / 18:43
AK Parti dönəmində yaradılmış 208 universitetin heç biri dünya top suyahılara düşə bilməyib...

22.10.2026 / 18:26
Azərbaycan BMT-də mina təhlükəsi ilə mübarizəyə beynəlxalq dəstəyin artırılmasına çağırdı

22.10.2026 / 18:19
Atamın nəfəsini duyduğum Naxçıvan...Atamla ikinci söhbətim...

22.10.2026 / 18:13
Azərbaycanın üstündə AKP-MHP iqtidarı pozula bilər...

22.10.2026 / 17:51
Bir ailədən iki azyaşlı şəhid - Cahid və Fazilə...

22.10.2026 / 17:42
Paşinyan sülh sazişinə qədər bütün yolların açılacağına ümidlidir...

22.10.2026 / 16:56
15 temmuz “FETÖ darbesində” bircə nəfər siyasətçi-deputatın adı çıxmadı...

22.10.2026 / 16:43
Leyla Əliyeva Səmərqənddə “Uşağın gözü ilə dünya” sərgisi və İmam əl-Buxari memorial kompleksi ilə tanış olub - FOTO

22.10.2026 / 16:05
Milli kimliyə bağlı gənclər uğurlu gələcəyin əsas təminatçılarıdır...

22.10.2026 / 15:53
"Əraziləri ver, pulumuzu qaytar" - Tramp Zelenskinin qarşısında şərt qoydu...

22.10.2026 / 15:35
Ərdoğanın keçmiş müşaviri saxlanıldı - şübhəli maliyyə əməliyyatları...

22.10.2026 / 15:13
ABŞ oliqarxları Fransada ifrat solçuların inqilabını hazırlayır...

22.10.2026 / 15:01
44 günün fövqündə: milli iradənin və tarixi yaddaşın təntənəsi

22.10.2026 / 14:43
Putin NATO-ya qarşı əməliyyatlar barədə xüsusi tapşırıq verdi...

22.10.2026 / 14:20
Türkiyədə 15 temmuz "çevrilişini" araşdıran komissiya 10 ildir hesabat verə biımir...

22.10.2026 / 13:58
Paşinyandan sülh sazişinin tarixi ilə bağlı yeni açıqlama - 2027-2028-ci ildə mümkündür...

22.10.2026 / 13:50
Gürcüstanda Azərbaycanla bağlı saxta xəbərlər yayan şəxs saxlanıldı - dövlətə xəyanət ittihamı...

22.10.2026 / 13:26
Mənzil təmiri adı ilə dələduzluq edən şəxs Almaniyada tutuldu - Azərbaycana gətirilir...

22.10.2026 / 13:11
“Metropoliya ilk dəfə olaraq Ermənistanı özündən uzaqlaşdıra biləcəyi barədə xəbərdarlıq edir” – Paşinyan

22.10.2026 / 13:03
Yardımlının yeni icra başçısı kimdir? – DOSYE

22.10.2026 / 12:57
Paşinyan "Tramp marşrutu" layihəsinin praktiki icrasına başlandığını elan etdi...

22.10.2026 / 12:43
Ali Məhkəmə qızına zorakılıq edən kürəkənini öldürən atanı məhkəmə zalından azadlığa buraxdı...

22.10.2026 / 12:30
Milli Məclis Fransada etirazlar zamanı insan hüquqlarının pozulması hallarını pislədi

22.10.2026 / 12:17
Yardımlıya yeni başçı təyin edildi - SƏRƏNCAM

22.10.2026 / 12:15
Elçin Yusubov Prezidentin xüsusi nümayəndəsi vəzifəsindən azad edildi

22.10.2026 / 12:12
Qubanın iki bələdiyyəsinin adları dəyişdirildi

22.10.2026 / 11:47
Azaraq Ermənistan tərəfə keçən azərbaycanlının kimliyi açıqlandı...

22.10.2026 / 11:32
Ermənistanda TRIPP üzrə infrastruktur layihələndirmə işlərinə başlandı...

22.10.2026 / 11:24
Naxçıvan Ali Məclisinin Sosial siyasət komitəsinin səlahiyyətləri genişləndirilir...

22.10.2026 / 11:15
BMT-də Fransız Polineziyasına dair qətnamə layihəsi qəbul edildi

22.10.2026 / 11:09
Ukrayna dronları Moskva vilayətindəki hərbi zavoda zərbə endirdi...

22.10.2026 / 10:51
ABŞ Yaxın Şərqdəki bəzi hərbi bazalardan qoşunlarını geri çəkir...

22.10.2026 / 10:36
Sabahdan vint, bolt və qaykaların ixrac tarifi 20 DƏFƏ ARTIRILIR...

22.10.2026 / 10:21
Aİ ölkələri Rusiya ilə Ukrayna danışıqları aparan şəxsin namizədliyinin müzakirəsinə başladı...

22.10.2026 / 10:07
ABŞ Departamenti bəzi diplomat və ailə üzvlərini Səudiyyədən çıxarır... - husilərin hücumları artır...

22.10.2026 / 09:44
“Aİ-nin Ermənistanla bağlı planları birbaşa Rusiyanın strateji təhlükəsizliyinə təsir göstərir” - Qriqori Karasin

22.10.2026 / 09:15
“BakuBus” avtobuslarda kondisioner məsələsinə aydınlıq gətirdi - sürücü qərar verə bilməz...

22.10.2026 / 08:53
Ermənistanın mina müharibəsinə qarşı Avropa şəhərlərində silsilə aksiyalar keçirilir - FOTO

21.10.2026 / 21:50
"Sarı jiletlilər" Fransada yeni şənbə etirazlarına hazırlaşır... Makron qəzəbləndi - böyük şəhərlərə ordu yeridilir...

21.10.2026 / 21:34
Zelenski hazırkı cəbhə xətti boyunca müharibəni dondurmağa hazır olduğunu bəyan etdi...

21.10.2026 / 21:09
Avrasiya İB ölkələri Ermənistana qarşı qorxunc hesabat yaydılar...

21.10.2026 / 20:35
Rusiyanın hərbi hazırlığı ilk dəfə NATO-nu qorxuya saldı...

21.10.2026 / 20:11
Rusiya pozulmuş dizel ticarətini yenidən əvvəlki həddə gətirdi - "...sayənizdə, cənab Tramp"...

21.10.2026 / 19:54
AK Parti iqtidarının Suriya uğursuzluğu - İsrailin "druz üsyanı" başlanır...

21.10.2026 / 19:46
Ərdoğan Prezident İlham Əliyevə zəng etdi...

21.10.2026 / 19:31
AK Parti iqtidarı Azərbaycanı “vurmaqla” özünü Mərkəzi Asiyada da yandırdı...

21.10.2026 / 19:28
Leyla Əliyeva beynəlxalq tədbirdə uşaqlarda onkoloji xəstəliklərlə mübarizədə qlobal əməkdaşlığın əhəmiyyətinə diqqət çəkib - FOTO

21.10.2026 / 19:12
AK Partinin xarici siyasətdə növbəti uğursuzluğu - Avropa Birliyi Şimali Kipri yenə saymadı...

21.10.2026 / 18:51
Sosial-siyasi inqilablar Avropanı bürüdü... Qitəni viran qoyan etirazların arxasında nə dayanır?..

21.10.2026 / 18:34
Putin Ukrayna döyüşlərində əsir alınan amerikalı döyüşçünü Trampın xahişi ilə azad etdi...

Milli kimliyə bağlı gənclər uğurlu gələcəyin əsas təminatçılarıdır...

XƏBƏR ARXİVİ