çərşənbə axşamı günü, 27 oktyabr 2026
     

ABŞ-Çin “müharibəsi”nə doğru ilk addımlar atıldı...

Image


ABŞ dövlət katibi Marko Rubio Filippinin xarici işlər naziri Enrike Manaloya Vaşinqtonun Cənubi Çin dənizi regionunda təhlükəsizliyə sadiqliyini bildirib. Onun sözlərinə görə, Pekinin oradakı davranışı vəziyyəti təhlükəli və sabitliyi pozur. 

İndi Ağ Ev müttəfiqlərinə və tərəfdaşlarına hərbi yardımı azaltmağı planlaşdırsa da, prezident Donald Tramp çox güman ki, Çinə qarşı mübarizədə daha sərtlik nümayiş etdirəcək.

Tramp administrasiyası Çinə yaxın sularda təhlükəsizlik gündəminin vacibliyini qeyd etməyə davam edir. Rubio Yaponiya, Avstraliya və Hindistanın xarici işlər rəhbərləri, yəni qeyri-rəsmi Dördtərəfli Təhlükəsizlik Dialoqu olan QUAD üzvləri ilə görüşüb. Dövlət Departamentinin rəhbəri ABŞ Konqresinin Senatında təsdiq olunduqdan bir gün sonra qonaqları qəbul edib. Nəticədə, Trampın xarici siyasət prioritetinin Rusiya ilə mübarizə aparmaqdansa, Çinə qarşı mübarizə olacağına çox az şübhə yaranıb. Filippin onilliklər ərzində ABŞ-ın əsas müttəfiqlərindən biri olub. Bu tendensiyadan yalnız Rodriqo Dutertenin prezidentlik müddəti (2016-2022) fərqlənirdi. Sonuncu müstəqil xarici siyasət yeridir və diqqətini ABŞ-a deyil, Çinə və müəyyən dərəcədə Rusiyaya yönəldirdi. Bununla belə, keçmiş diktator Markosun oğlu Kiçik Ferdinand Markosun 2022-ci il seçkilərində qələbəsi ilə işlər kəskin şəkildə dəyişdi. Daha sonra vəzifəsini tərk edən prezidentin qızı Sara Duterte-Karpio vitse-prezident oldu. Əvvəlcə Duterte və Markos klanlarının sülh bağlayaraq ölkəni birgə idarə edəcəyi planlaşdırılırdı. Lakin prezident kürsüsünü alan Markos verdiyi vədləri unudub, vitse-prezidentə məhəl qoymur və ABŞ ilə açıq ittifaqa doğru sürətli dönüşə başlayıb. İki klan arasındakı münasibətlər pisləşib. Filippinlilərlə amerikalılar arasında münasibətlərə gəlincə, onlar fəal şəkildə inkişaf etməkdə davam edirlər. ABŞ-da 4 milyona qədər Filippin əsilli insan yaşayır, Filippində 220 mindən çox amerikalı yaşayır və hər il bundan üç dəfə çox amerikalı turist ölkəyə gəlir. Xatırladaq ki, 19-cu əsrin sonunda adalılara ispan hökmranlığından qurtulmağa kömək edən amerikalılar idi. Lakin daha sonra ABŞ və Filippin arasında müharibə başladı və bu müharibədə amerikalılar sahil xəttini tuta bildilər, lakin bütün ölkəyə nəzarəti ələ keçirmədilər. Nəhayət, ada dövləti muxtariyyət, sonra isə müstəqillik qazandı. İndi heç nə rəsmi Manila və Vaşinqtona əməkdaşlığı dərinləşdirməyə mane olmur. Filippinə amerikapərəst siyasətin dünyanın ən qızğın tərəfdarlarından biri, ABŞ-a isə Çinin rəqibi rəhbərlik edir.

Artıq davamlı olaraq Çin əleyhinə birgə hərbi təlimlər keçirilir. 2023-cü ildən bəri beş manevr keçirilib. Amma sual olunur: sələfindən daha qənaətcil olan Tramp Filippinə böyük pullar tökəcəkmi? Rubio Manalo ilə söhbətində ABŞ-ın əvvəlki administrasiyasına kifayət qədər uyğun mövqe bildirib. Bu baxımdan, Manilanın ideoloji dəstəyinin nə dərəcədə pul ifadəsinə çevriləcəyi maraq doğurur. Xatırladaq ki, Tramp xarici yardımı 90 gün müddətinə dayandırıb. Lakin bu, xərcləri azaltmaq motivasiyasından deyil, bu yardımın effektivliyini yoxlamaq zərurətindən irəli gələrək edilib. Bu arada  Çinin xarici işlər naziri Van İ Marko Rubio ilə telefon danışığında qeyd edib ki, Çin-ABŞ münasibətlərinin inkişafı yeni bir mərhələyə çatıb. O, Çinin əsas maraqları barədə danışaraq, Tayvanın tarixən Çinin bir hissəsi olduğunu, Pekinin adanın Çindən ayrılmasına heç vaxt icazə verməyəcəyini deyib. Van İ Vaşinqtonu Çinlə ABŞ arasında imzalanmış 3 birgə bəyannaməyə əsasən "Vahid Çin" prinsipinə sadiq qalmağa çağırıb. Nazir ölkəsinin heç kimdən üstün olmaq və ya heç kimi əvəz etmək niyyətinin olmadığını, bununla belə qanuni inkişaf hüququnu müdafiə edəcəyini deyib.

ABŞ və Çinin 2 böyük güc olduğunu vurğulayan dövlət katibi Marko Rubio bildirib ki, Çin-ABŞ əlaqələri 21-ci əsrin ən vacib münasibətləri olaraq dünyanın gələcəyini müəyyən edəcək. Bu, Donald Trampın 2-ci müddətə ABŞ-ın Prezidenti vəzifəsinin icrasına başlamasından sonra iki ölkənin xarici siyasət idarələri rəhbərlərinin ilk ünsiyyətidir. Dövlət Departamentinin mətbuat katibi Təmmi Brüsün sözlərinə görə, danışıqlar zamanı Rubio, Tramp administrasiyasının ABŞ-ın maraqlarını irəlilədən əlaqələri dəstəkləyəcəyini vurğulayıb: "Dövlət katibi, həmçinin ABŞ-nin Çinin Tayvan və Cənubi Çin dənizində həyata keçirdiyi zorakı hərəkətləri ilə bağlı ciddi narahatlığını qeyd edib". Diqqətçəkən məqamlardan biri odur ki, Marko Rubio ABŞ Senatında Çinə qarşı sərt mövqeyi ilə tanınan siyasətçi olub. O, dəfələrlə Çindəki insan hüquqları və Çinin dünyada nüfuzunun artmasını tənqid edib, Çinə qarşı qanun layihələri hazırlayıb. Yerli media onu "Amerikanın Çinə qarşı ən radikal siyasətçilərindən biri" adlandırıb. Rəsmi Pekin hətta 2020-ci ildə 2 dəfə Marko Rubioya qarşı sanksiya elan edib. Bunlardan biri "uyğurların hüquqlarının pozulması" məsələsi, digəri isə Honkonq iğtişaşları ilə əlaqədar ABŞ-ın Çin rəsmilərinə tətbiq etdiyi sanksiyalara cavab olaraq elan edilib. Ekspertlər hesab edir ki, əgər rəsmi Pekin Marko Rubioya qarşı sanksiyaları ləğv etməsə, o, Çinə səfər hüququndan məhrum edilən ilk ABŞ dövlət katibi olacaq. Bu günlərdə Çinin XİN rəsmisi Qao Ciakun jurnalistlərin Çinin Marko Rubioya qarşı sanksiyaları ləğv edib-etməməsi barədə suala cavab verərkən belə deyib: "Çin milli maraqları qətiyyətlə müdafiə edəcək. Eyni zamanda, yüksək səviyyəli Çin və ABŞ rəsmilərinin əlaqələrini lazımi səviyyədə saxlamaları lazımdır". ABŞ Senatında qdövlət katibi vəzifəsinə təsdiqlənmək üçün keçirilən iclasda Marko Rubio Çinin 21-ci əsrdə ABŞ üçün "ən böyük təhlükə" olaraq qaldığını söyləyərək Çinə qarşı mövqeyini bir daha bəyan edib.

Nahid SALAYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...

Azərbaycanda şirin su ilə bağlı vəziyyət pisləşir - ümid Xəzərə qalıb…

15 temmuz “FETÖ darbesində” bircə nəfər siyasətçi-deputatın adı çıxmadı...

SON XƏBƏRLƏR

27.10.2026 / 18:29
İran indi də Özbəkistana ərazi iddiası edir, Səmərqəndə dil uzadır

27.10.2026 / 18:02
Azərbaycana mal əti idxalı kəskin artdı - yerli istehsal "ölür", bazar bahalaşır...

27.10.2026 / 17:52
Əli Əsədov İƏT-in baş katibi ilə Azərbaycanın təşkilata sədrliyini müzakirə edib - FOTO

27.10.2026 / 17:44
Milli Azərbaycan ideyası beynəlxalq forumda yenidən gündəmə gətirildi...

27.10.2026 / 17:35
Leyla Əliyeva Müsəlman Ağsaqqalları Şurasının Baş katibi Məhəmməd Əbdülsalam ilə görüşüb - FOTO

27.10.2026 / 17:20
Azad edilmiş ərazilərdə ən böyük memorial kompleks Ağdamda yaradılacaq...

27.10.2026 / 17:06
Leyla Əliyeva Dünya Turizm Təşkilatının Baş katibi ilə görüşüb - FOTO

27.10.2026 / 16:49
İvanişvili Gürcüstanda bütün antirus partiyaları qadağan edir...

27.10.2026 / 16:45
Tramp İrana qarşı yeni əməliyyatlar qərarını heç cür verə bilmir...

27.10.2026 / 16:37
AMEA alimləri Pezeşkiana çağırış etdi - İranda azərbaycanlılar üçün ana dilində məktəblər açılsın...

27.10.2026 / 16:17
Zəngəzur dəhlizində erməni sərhədçilər yalnız müşahidəçi olacaq – ABŞ səfirliyi açıqladı...

27.10.2026 / 16:01
Oktay Saral Azərbaycana qarşı hicab iddialarından hələ imtina etməyibmiş...

27.10.2026 / 15:46
Prezident, birinci xanım və ailə üzvləri “Mənim Abşeronum: Üstə gəl” sərgisi ilə tanış olublar - FOTO

27.10.2026 / 15:41
Tramp bütün hərbi bazalarını "90 günlük müharibəyə" hazırlayır - hədəf kimdir?

27.10.2026 / 14:36
Prezidentin sosial şəbəkə hesablarında VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda iştirakına dair paylaşım edilib - VİDEO

27.10.2026 / 14:05
800 kq Hizbullah partlayıcısı - ələ keçirilən arsenalın taleyinə Livan qərar verir

27.10.2026 / 14:01
Prezident İlham Əliyev ICESCO-nun Baş direktorunu qəbul edib - FOTO

27.10.2026 / 14:00
"Ermənistan Konstitusiyasına dəyişiklik davamlı sülhün əsas şərtlərindən biridir" - Fərid Şəfiyev

27.10.2026 / 13:54
"Bakı bu cür beynəlxalq forumlar vasitəsilə mədəniyyətlərarası dialoqa mühüm töhfə verə bilər" - Ozodbek Nazarbekov

27.10.2026 / 13:49
"Mədəniyyətlərarası dialoq sülh və ümumi gələcək naminə davamlı birgə fəaliyyətdir" - Türkmənistanın mədəniyyət naziri

27.10.2026 / 13:36
Çin brendləri Mao Tzedun zarafatı üzündən ünlü futbolçu ilə müqavilələrini ləğv etdi

27.10.2026 / 13:30
Penitensiar Xidmətə yeni rəis təyin edildi

27.10.2026 / 13:23
Milli Məclisin növbəti iclasının vaxtı açıqlanıb

27.10.2026 / 12:50
Türkiyədə daha bir bələdiyyədə şübhəli əməliyyat – üzvlərin YENİ Partiyaya qoşulmasından saatlar əvvəl həbslər aparıldı...

27.10.2026 / 12:21
Rusiya və Ukrayna Xersonda atəşkəs elan etdi...

27.10.2026 / 12:08
“Bakı Prosesi” mədəniyyətlərarası dialoq üçün beynəlxalq platforma yaradıb" -ICESCO-nun Baş direktoru

27.10.2026 / 11:57
"Forum sülhün, təhlükəsizliyin, həmrəyliyin müzakirə olunduğu əsas platformaya çevrilib" - İƏT-in Baş katibi

27.10.2026 / 11:49
Ermənistan 30 il sonra?

27.10.2026 / 11:26
Azərbaycan Lana Zəki Nusseibehin BMT Baş katibi vəzifəsinə namizədlik təşəbbüsünü alqışlayır

27.10.2026 / 11:14
Prezident İlham Əliyev: "Biz beynəlxalq bazarlarda etibarlı enerji təchizatçısı kimi tanınırıq"

27.10.2026 / 11:08
Paşinyan katolikosa qarşı onun işlərini araşdıran komissiyanı yaratdı

27.10.2026 / 11:06
Prezident: "Müstəqil siyasətimiz bizə çox böyük hörmət qazandırıb"

27.10.2026 / 11:03
"Bu gün Azərbaycan qeyri-sabit regionda sabitlik adası kimi görünür" - Prezident

27.10.2026 / 11:01
Prezident: "Ölkəmizdə 35 ildə qazanılmış nailiyyətlər Azərbaycan xalqı tərəfindən əldə edilmişdir"

27.10.2026 / 10:57
Polis Masallıda əməliyyat keçirdi - saxlanan var...

27.10.2026 / 10:53
"Müstəqil ölkəyə necə yaşamaq, nəyi etmək, nəyi etməmək barədə dərslər verilməli deyil" - Prezident

27.10.2026 / 10:49
Azərbaycan Prezidenti: "İkili standartlar siyasəti beynəlxalq siyasətdən tam şəkildə çıxarılmalıdır"

27.10.2026 / 10:45
"Azərbaycan təcrübəsi bəzi münaqişələrin aradan qaldırılmasına xidmət edə bilər" - Prezident

27.10.2026 / 10:39
Seçkiyə 1 həftə qalmış Trampa qarşı impiçment hazırlıqları başladı

27.10.2026 / 10:34
Prezident Dialoq Forumunda Azərbaycanın öz torpaqlarını azad etməsindən danışdı

27.10.2026 / 10:30
"Bu gün Azərbaycan cəmiyyəti bütün məsələlər üzrə birlik nümayiş etdirir" - Prezident İlham Əliyev

27.10.2026 / 10:28
Dubay məhkəməsi Rusiya neftinin satışından 700 milyon dollardan çox vəsaiti dondurub - işin içində azərbaycanlılar da var…

27.10.2026 / 10:25
Prezident: "İkinci Qarabağ müharibəsi zamanı bütün etnik qrupların və dinlərin nümayəndələri bir dəmir yumruq kimi birləşdilər"

27.10.2026 / 10:19
Bakıda jurnalistlər üçün rəqəmsal bacarıqlar sessiyası keçirilir

27.10.2026 / 10:17
"Azərbaycanın sabit inkişafının əsas səbəblərindən biri cəmiyyətimizdə olan ahəngdarlıqdır" - Prezident

27.10.2026 / 10:14
Prezident: "Azərbaycan tarixən və hər zaman çoxmədəniyyətli ölkə olub"

27.10.2026 / 10:08
"Mədəniyyətlərarası Dialoq Forumu mədəniyyətlərarası münasibətlərin inkişafına öz töhfəsini vermişdir" - Prezident

27.10.2026 / 10:05
Prezident İlham Əliyev VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılışında çıxış edib - FOTO/VİDEO/YENİLƏNDİ

27.10.2026 / 09:52
Dünyanın gözü İsraildəki parlament seçkilərində - Netanyahu, ya Eisenkot...

27.10.2026 / 09:34
ABŞ İran ətrafında hərbi gəmilərin sayını artırır…

27.10.2026 / 09:20
Türkiyədə qasırğa fəlakəti... Fəhlələrin qaldığı iki kabinə devrildi, ölənlər var…

27.10.2026 / 09:07
“Ab-Hava” restoranında kütləvi dava pul üstündə olub - YENİ DETALLAR ortaya çıxdı...

27.10.2026 / 06:37
İsrail BMT-ni cihadçı terrorizmi əsaslandırmaqda ittiham etdi

26.10.2026 / 22:05
Misir də husilərə qarşı müharibəyə qoşulur - qərar verildi…

26.10.2026 / 21:56
Leyla Əliyeva Şamaxıda sosial tikiş müəssisəsinin fəaliyyəti ilə tanış olub - FOTO

26.10.2026 / 21:50
Şamaxının Göylər kəndində körpələr evi-uşaq bağçası istifadəyə verildi - FOTO

26.10.2026 / 21:46
Naxçıvanın büdcəsi 13 milyon kəsildi - maraqlı səbəblərdən danışılır...

26.10.2026 / 21:30
Ermənistanla bağlı qeyri-müəyyənlik KTMT rəhbərliyini çaşdırıb...

26.10.2026 / 21:15
Putin-Si-Tramp dünyada hamı üçün ziyanlı ssenari hazırlayır...

26.10.2026 / 20:57
Dövlət Agentliyində inanılmaz nöqsanlar aşkarlanıb...

26.10.2026 / 20:38
Rusiya Ermənistanla bağlı növbəti qərarı verdi...

26.10.2026 / 20:21
Bakıdan Tehrana sərt cavab: İranda bircə Azərbaycan məktəbi də yoxdur

26.10.2026 / 20:07
Evlənənlərin yarıdan çoxu boşanır - Bu insanlara nə olub?

26.10.2026 / 19:50
Hindistan Ermənistana hərbi dəstəyini dayandırmaq ərəfəsindədir...

26.10.2026 / 19:34
Ermənistanın sərhəd xidmətinə ilk Amerika avtomobilləri və avadanlıqlar gəldi...

26.10.2026 / 19:16
Tramp Ərdoğandan istədiyi hər şeyi ala biləcəyinə əmindir - Niyə?...

26.10.2026 / 19:02
“Ab-Hava” restoranında qətllə bağlı daha iki nəfər həbs edildi...

26.10.2026 / 18:57
ABŞ diplomatlarını Yaxın Şərqdən çıxarır, İranla daha qanlı savaş gözlənilir

26.10.2026 / 18:46
İran müharibəni ABŞ ərazisinə köçürür

26.10.2026 / 18:40
Prezident İlham Əliyev Dünya Turizm Təşkilatının Baş katibini qəbul edib - FOTO

26.10.2026 / 18:23
Gürcüstanın aparıcı müxalifət partiyaları ləğv edilir...

26.10.2026 / 18:19
Ermənistan yeni parlament seçkilərinə gedir, radikal müxalifətin məhvi prosesi başlanır

26.10.2026 / 18:05
Şagirdlərin illik təhsil xərcləri müəyyənləşdi - Əli Əsədov qərar imzaladı...

26.10.2026 / 17:50
Baş Prokurorluq "WhatsApp" hesabları ilə bağlı vətəndaşlara xəbərdarlıq edib

26.10.2026 / 17:38
Ukrayna müharibəsində çox kişilərin bacarmadığını Trampın xanımı etdi... İnanaq?

26.10.2026 / 17:24
Sülhün təşviqi və dezinformasiyaya qarşı mübarizə Bakıda müzakirə olundu

26.10.2026 / 17:10
Azərbaycana yapon turistlərin gəlişi daha da artacaq...

26.10.2026 / 16:53
AK Parti səhv etdi, Azərbaycanla barışıq jestlərini digər partiyalar edir...

26.10.2026 / 16:47
Prezidentin köməkçisi: "Afrika ölkələri ilə münasibətləri daha da inkişaf etdirmək niyyətindəyik"

26.10.2026 / 16:42
"Azərbaycan süni intellekt sahəsində beynəlxalq əməkdaşlığa açıqdır" - Prezidentin köməkçisi

26.10.2026 / 16:35
Hikmət Hacıyev: "Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu daha geniş müzakirə üçün növbəti platforma rolunu oynayacaq"

Milli kimliyə bağlı gənclər uğurlu gələcəyin əsas təminatçılarıdır...

XƏBƏR ARXİVİ