Cümə axşamı günü, 05 noyabr 2026
     

Partiyalar ölkədə siyasi mədəniyyət səviyyəsini bu yollarla yüksəldir…

Image


Məlumdur ki, dövlətin əsas hədəflərindən biri insan hüquq və azadlıqlarının müdafiəsi, vətəndaşların hüquqi, siyasi mədəniyyət səviyyəsinin yüksəldilməsi, sosial və siyasi fəallığının artırılmasıdır. Vətəndaşların siyasi fəallığının artmasında, siyasi mədəniyyətlərinin yüksəlməsində siyasi partiyaların rolu da çox mühümdür.

Siyasi partiyalar öz ideoloji konsepsiyaları ilə cəmiyyətə təsir etmə mexanizmini həyata keçirmək imkanına malikdir. Ancaq Azərbaycanda uzun illər qeydiyyatda olan siyasi partiyaların  fəaliyyətlərində sönüklük müşahidə olunub.

Məhz bu səbəbdən də, ölkədə  "Siyasi partiyalar haqqında" qanun qəbul olundu. Yeni qanunun qəbulu islahatların inklüzivliyini genişləndirməsinə və siyasi sferada əməkdaşlıq platformasının inkişafına xidmət etməyə başlayıb.

Siyasi partiya, əslinə qalanda, dövləti idarə edən hakimiyyətin kiçik modelidir. Yəni orada konkret olaraq dövlətə rəhbərlik edəcək şəxs, eyni zamanda onun hakimiyyəti idarə edəcək siyasi komandası formalaşır. Bu bir növ vərdişlərin əvvəlcədən mənimsənilməsi üçün laboratoriyadır. Siyasi partiyalar insanların hakimiyyəti, dövləti və yaxud dövlətin ayrı-ayrı strukturlarını idarə etməyə hazırlanması üçün bir laboratoriyadır. Bu laboratoriyada, əlbəttə ki, siyasi mədəniyyət ön planda olmalıdır. Yəni, siyasi partiyalar bir qayda olaraq, öz üzvləri arasından daha bacarıqlı, daha layiqliləri daha irəli çəkməklə cəmiyyətə bir növ örnək olurlar. Onlar göstərmiş olurlar ki, hakimiyyətə gələcəkləri təqdirdə məhz bu üsulla daha bacarıqlı, daha qabiliyyətli insanları hakimiyyətin bu və ya digər idarəetmə strukturlarında işə cəlb edəcəklər. Onlardan dövlətin və millətin faydası üçün istifadə edəcəklər.

 2018-ci ildən bəri bu istiqamətdə çox ciddi addımlar atılıb

 Yeni Azərbaycan Partiyasının funksioneri, millət vəkili Elman Nəsirov "Bakı-Xəbər"ə açıqlamasında bildirdi ki, Azərbaycan Prezidenti hələ 2018-ci ildə keçirilən prezident seçkiləri zamanı bütün istiqamətlər üzrə islahatların həyata keçiriləcəyini vurğulamışdı. Ölkə başçısı siyasi islahatlara da xüsusi önəmin veriləcəyini bildirmişdi. Təbiidir ki, aparılan siyasi islahatlar siyasi mədəniyyətin daha da təkmilləşməsinə səbəb olur. Bunun nəticəsində müxalifətlə iqtidarın siyasi dialoqu inkişaf etdi, yeni siyasi konfiqurasiyanın formalaşması ön plana çəkildi. 2018-ci ildən bəri bu istiqamətdə çox ciddi addımlar atılıb. Parlamentin timsalında da bunu görə bilərik. Milli Məclisin rəhbərləri sırasında müxalifət və bitərəflər təmsil olunur. Komitələrdə sədr və sədr müavinləri arasında müxaıifət və bitərəflər var. Yenilənən bu konfiqurasiya siyasi mədəniyyətin nümunəsidir. 

 Belə siyasətin nəticələrini görmüşük

 Hesab edirəm ki, həm də YAP sədri olan Prezidentin həyata keçirdiyi ardıcıl, sistemli islahatlar hakim partiyanın nailiyyəti və siyasi  prülarizmə verdiyi töhfənin nümunəsi sayıla bilər. Ölkədə iqtidar-müxalifət dialoqunun təşəkkül tapması üçün bir çox mexanizmlərdən istifadə olunur. Bu mexanizmlərdən biri də siyasi  debatlardı. Mən özüm də tez-tez belə debatlarda demək olar ki, müxalifətin bütün liderləri ilə üz-üzə gəlmişəm. Belə debatlar ölkədaxili və beynəlxalq proseslərin təhlili baxımından çox önəmlidir. Müxalifətin iqtidarda gördüyü bəzi nöqsanları əsaslandıra bilirsə, hakimiyyət də onları aradan qaldırmaqla  məşğul olur. Müxalifət siyasi nihilizmdən uzaq olmalıdlr. Müxalifət  nəyi deyirsə, onu əsaslandırmalıdır. Konstruktiv təkliflər ortaya qoyulmalıdır. Bu, dövlətçiliyə xidmət deməkdir. Azərbaycanda siyasi mədəniyyətin inkişafından söhbət gedəndə məsələyə bu prizmadan yanaşılmalıdır. Bu baxış bizim üçün böyük məna və əhəmiyyət kəsb edir. Cənab Prezident fevral ayının 7 - də keçirilən növbədənkənar seçkilərdə qalib gəldikdən sonra parlamentdə keçirilən andiçmə mərasimində bir daha vurğuladı ki, islahatların daha da dərinləşməsi kursuna sadiqik. Bu, siyasi mədəniyyətin inkişaf etdirilməsi anlamına gəlir. Belə siyasətin nəticələrini görmüşük. Həm 44 günlük müharibədə, həm də antiterror əməliyyatları zamanı müxalif və siyasi partiyalar və iqtidar həmrəylik nümayiş etdirdi. Lazım olanda dövlətin maraqları naminə vahid mövqe sərgiləmədən qazanan Azərbaycan oldu. Ümummilli məsələdə bizim iqtidara və müxalifətə bölgümüz ola bilməz. Bu artıq bizim üçün faydalı olan yeni siyasi mədəniyyət nümunəsidir. Tarixi nailiyyətlərimizin əsasında dayanan amillərdən biri də budur".

 Cəmiyyətin sosial və siyasi şüurunun formalaşmasının başlıca elementlerindən biri məhz siyasi institutların şəffaf fəaliyyətidir

 Vətəndaşların, xüsusilə də gənclərin sosial və siyasi fəallığı artırılmalı, dövlətin taleyüklü məsələlərində cəmiyyətin mövqeyi və marağı, o cümlədən gənclərin baxışı nəzərə alınmalıdır. Düşünürəm ki, ölkədə bu sahədə həyata keçirilən tədbirlər təqdirəlayiqdir və öz bəhrəsini verməkdədir. Əlbəttə ki, Azərbaycanda seçkili hakimiyyətin mövcudluğu, xalqın seçiminin daim nəzərə alınması siyasi mədəniyyətin və hüquqi düşüncənin inkişafına müsbət təsir göstərir. Cəmiyyətin sosial və siyasi şüurunun formalaşmasının başlıca elementlerindən biri məhz siyasi institutların şəffaf fəaliyyəti və seçkilərin keçirilməsidir. Vətəndaşlara seçib-seçilmək hüququnun tanınması onların siyasi fəallığının artırılmasına bilavasitə səbəbdir.

Məhəmmədəli QƏRİBLİ

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyilə çap olunur.

 




VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Bunu səfir Birol Akgünə açıq məktubum kimi də oxuya bilərsiniz - Aydın QULİYEV yazır...

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

SON XƏBƏRLƏR

05.11.2026 / 14:33
Vuçiçin Moskvaya qaçan silahdaşlarının təyyarəsi Litva üzərindən geri qaytarıldı...

05.11.2026 / 14:14
Paşinyan Türkiyə gedir...

05.11.2026 / 14:06
Azərbaycanın konstitusiya tələbi Ermənistanda "baş-ayaq" təqdim olundu...

05.11.2026 / 13:50
Ermənistan hökuməti TRIPP-lə bağlı parlamentin fövqəladə iclasını çağırdı...

05.11.2026 / 13:43
"Azərbaycan radiosu milli yaddaşımızın və mədəni irsimizin etibarlı qoruyucularından biridir" - Əhməd İsmayılov

05.11.2026 / 13:39
Gələn ilin büdcəsində neftin qiyməti 65 dollar götürülüb

05.11.2026 / 13:25
Ünvanlı dövlət sosial yardımının məbləği artırılır...

05.11.2026 / 13:12
Ərdoğan Bakıya gəlir...

05.11.2026 / 13:04
Gələn il üçün yaşayış minimumu 314 manat müəyyən edilib

05.11.2026 / 12:57
“AİD Group” təhsil şirkətinin rəhbəri həbs olundu - dələduzluq, saxta sənədlər hazırlamaq ittihamı...

05.11.2026 / 12:40
Dronla İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alındı - DTX-dan əməliyyat...

05.11.2026 / 12:37
Putin və Cinpin Ağ Evin yeni zalında qonaq ola bilər - Tramp açıqladı...

05.11.2026 / 12:30
Mirzoyan Türkiyə ilə sərhədlərin hər an açıla biləcəyini deyir...

05.11.2026 / 12:20
Seçki məğlubiyyəti Ağ Evdə şok effekti yaratdı... Tramp dəyişikliyə hazırlaşır – Heqset və Rubio “vurula” bilər...

05.11.2026 / 12:09
​​​​​​​Nəqliyyat vasitələrinin utilizasiyası fondu ləğv edilir...

05.11.2026 / 11:57
Orta aylıq pensiya məbləğində 45 manat artım - 640 manat olacaq...

05.11.2026 / 11:43
Gələn il bir sıra sosial müavinətlər artırılacaq...

05.11.2026 / 11:25
BMT rəsmisi “ASAN xidmət” modelini digər ölkələr üçün nümunə adlandırdı

05.11.2026 / 11:07
Hörmüz boğazında minaya düşən iki tankerə köməyə gələn yedək gəmisi də alov aldı...

05.11.2026 / 10:51
Samvel Karapetyan barəsində 1 aylıq həbs qətimkan tədbiri seçildi...

05.11.2026 / 10:35
İranın lovğalanması Trampı hərbi əməliyyatları bərpa etməyə sövq edə bilər...

05.11.2026 / 10:31
Prezident: "Azərbaycan bundan sonra da Dayanıqlı İnkişaf Məqsədlərinin təşviqini dəstəkləyəcək"

05.11.2026 / 10:29
“ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir" - Prezident

05.11.2026 / 10:25
Dünya Azərbaycanlılarının VI Qurultayı keçiriləcək...

05.11.2026 / 10:25
Prezident İlham Əliyev beynəlxalq tədbir iştirakçılarına müraciət ünvanladı...

05.11.2026 / 10:16
Bakıda BMT İdarəetmə İnnovasiyaları Sammiti keçirilir

05.11.2026 / 09:52
Ukrayna Ryazanda neft zavodunu və Wildberries anbarını vurdu...

05.11.2026 / 09:28
Vens seçkilərdə respublikaçıların məğlubiyyətinin 4 əsas səbəbini açıqladı - buna dəydimi...

05.11.2026 / 09:10
SOCAR ABŞ-da 1,65 milyard dollarlıq aktiv alır - müqavilə imzalandı

05.11.2026 / 06:07
4 Knesset üzvü də Netanyahunu dəstəkləməyəcəyini açıqladı

05.11.2026 / 06:00
Tramp həm “impiçmentdən qorxmuram” dedi, həm də veto hüququnu xatırlatdı

04.11.2026 / 23:49
Macarıstan da Rusiya neft-qazından imtina edir…

04.11.2026 / 23:21
Prezidentin “Şərəf” ordeni ilə təltif etdiyi Kamran İmanov kimdir? - DOSYE

04.11.2026 / 21:40
Dünya Rusiyadan təhlükəsizlik təminatı istəyir, Rusiya isə Ukraynadan... Qalmaqal...

04.11.2026 / 21:19
Türkiyə Rusiyanın TDT üzvlüyünə rəsmi cavab verdi...

04.11.2026 / 21:04
Çində Ukraynaya sərfəli olmayan "yeni Yalta" sxemi hazırlanır...

04.11.2026 / 20:41
5 dövlət + NATO formatında Ukrayna ilə bağlı maraqlı müzakirə başladı...

04.11.2026 / 20:24
Tramp çox əlamətdar tarixi gündə İsrailə 4 milyardlıq hərbi yardımı kəsdi...

04.11.2026 / 20:07
Erməni mediası 2009-dan sonra Türkiyədə verdiyimiz yatırımlara qəribə izah verir... Guya...

04.11.2026 / 19:50
Trampın uduzmasından sonra da neftin bahalaşması dayanmadı...

04.11.2026 / 19:26
AK Parti Türkmənistanda da dini işlərlə ilgilənməyə başladı... Hicab da olacaq?

04.11.2026 / 19:10
Bu ana kimi onlar bizdən pul qazanırdılar, indi Azərbaycan mətbuatı onlardan qazanacaq...

04.11.2026 / 18:51
Amerikalıların son Qarabağ müharibəsindən kitab yazmaqlarının ayrı mənası var...

04.11.2026 / 18:35
Samvel Karapetyan, keçmiş PA rəhbəri və daha 36 nəfər saxlanıldı - Paşinyan rəqiblərini məhv edir...

04.11.2026 / 18:16
Ramiz Mehdiyevin çevriliş planını Rusiyaya kim çatdırıb? - YENİ FAKTLAR...

04.11.2026 / 18:02
Netanyahu bu vəziyyətə düşdü - hökumətə həm indiki iqtidar, həm də müxalifət rəhbərlik edəcək...

04.11.2026 / 17:46
Prezidentin sosial media hesablarında “AIREX 2026” sərgisi ilə bağlı videoçarx paylaşılıb

04.11.2026 / 17:40
İsrailin 4 müxalifət partiyası Netanyahuya qarşı hərəkətə keçdi - fövqəladə hökumət qurulur...

04.11.2026 / 17:15
Melaniya Tramp Rusiya və Ukrayna nümayəndələrini Ağ Evdə bir araya gətirir

04.11.2026 / 17:03
Yaşı 80-i keçən siyasətçilər Amerika siyasətini də qocaldır

04.11.2026 / 16:49
Dövlət qurumu yeni internet tarifləri müəyyənləşdirdi

04.11.2026 / 16:42
Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

04.11.2026 / 16:29
Qeşm adasına ABŞ-ın zərbələri Hörmüzdən azad neft keçidini təmin edə bilər?

04.11.2026 / 16:25
Ermənistan və Azərbaycan Rusiya, Çin və Qərb arasında: kimin manevr azadlığı daha çoxdur?

04.11.2026 / 16:22
Səudiyyə vəliəhdi Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:21
Avropa məhkəməsi Toroyanın mübahisəli ölümünü yüzlərlə qətl edilmiş azərbaycanlıdan üstün tutdu...

04.11.2026 / 16:20
Səudiyyə Kralı Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:18
Məkkə Sazişi İranı ABŞ hücumlarından müdafiə edir?..

04.11.2026 / 16:15
Pakistan Prezidenti Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

04.11.2026 / 16:07
Keçmiş nazirin oğluna yeni vəzifə verildi

04.11.2026 / 15:53
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edildi

04.11.2026 / 15:48
G20 sammitinə dəvət: Azərbaycanın və Prezident İlham Əliyevin artan beynəlxalq nüfuzunun sübutu

04.11.2026 / 15:40
Hersoq qərar verəcək - Netanyahu müsəlman qətliamını davam etdirəcək, ya...

04.11.2026 / 15:17
"Ermənistan Azərbaycanla ikitərəfli ticarəti genişləndirir" - Paşinyan

04.11.2026 / 14:52
"Gələn ildən növbəti böyük sosial islahat paketi planlaşdırılır" - Sahil Babayev

04.11.2026 / 14:39
Gələn il pensiyalar bu qədər artırılacaq...

04.11.2026 / 14:25
İspaniyadan Trampın seçki məlubiyyətinə ilk reaksiya - ifrat sağçı dalğa artıq dağılır…

04.11.2026 / 14:10
164 min manatlıq dələduzluq - boşanma mübahisəsindən istifadə edib qadının mənzilini və avtomobilini ələ keçirdi...

04.11.2026 / 13:57
Fuad Nağıyev professor Məhərrəm Zülfüqarlını təltif edib

04.11.2026 / 13:47
İran ABŞ-dakı seçkilərə belə reaksiya verdi - amerikalılar 'MÜHARİBƏYƏ YOX' dedilər...

04.11.2026 / 13:46
Paşinyan yeni konstitusiyanı bu ay dərc edəcəyinə söz verdi...

04.11.2026 / 13:34
ABŞ çərşənbə günü İrana zərbə endirə bilər – İDDİA…

04.11.2026 / 13:19
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq...

04.11.2026 / 13:07
Uşağın doğulmasına görə müavinət 600 manatdan 1500 manata qaldırılır...

04.11.2026 / 12:54
Respublikaçılar ümidini növbəti seçkiyə bağladı - Conson 2028-də aşağı palata üzərində nəzarətin bərpasına əmindir

04.11.2026 / 12:42
“Neft və mürəkkəb: Neftlə yazılmış hekayələr” sənədli filminin premyerası olub - FOTO

04.11.2026 / 12:40
"2027-ci ildə orta illik inflyasiya 5,3 faiz proqnozlaşdırılır" - Nazir

04.11.2026 / 12:31
Prezident və Birinci xanım “AIREX 2026” sərgisi ilə tanış olublar - FOTO

04.11.2026 / 12:17
Kürdəmir xəstəxanasında 125 min manatlıq yeyinti - bir nəfər barəsində qətimkan tədbiri seçildi...

04.11.2026 / 12:01
Azərbaycanda dəfn pulu artırılır - 946-dan 1200-ə...

04.11.2026 / 11:47
Ukrayna “Ozon”un Adıgeydəki logistika mərkəzini vurdu – güclü yanğın başladı... Sifarişlər dayandırıldı...

Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

XƏBƏR ARXİVİ