Cümə axşamı günü, 05 noyabr 2026
     

Ermənistan Rusiya ilə maliyyə əlaqələrini də kəsir...

Image


 Akif Nəsirli: "Ermənistan hakimiyyəti Qərbə, ABŞ-a üz tutmaqda və Rusiya ilə maliyə, iqtisadi əlaqələri kəsməkdə israrlı görsənir"

 Məlum olduğu kimi, martın 30-dan Ermənistanda "Armenian Card" (ArCa) ödəniş sisteminin iştirakçısı olan bankların əksəriyyəti Rusiyanın "Mir" kartlarına xidmət göstərməyi dayandırıb

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Ermənistanda Rusiyanın "Mir" kartlarının istifadəsinin dayandırılmasına münasibət bildirib. Bu barədə Rusiya KİV məlumat yayıb.

Onun sözlərinə görə, Moskva dəfələrlə bir çox ölkələrin ABŞ tərəfindən təzyiqlərə məruz qaldığını bildirib. "Biz erməni dostlarımızla birlikdə amerikalılar tərəfindən bu görülməmiş təzyiqin verdiyi zərərin müzakirəsi və kompensasiyasının yollarını axtarmağa davam edirik", - deyə Kreml nümayəndəsi əlavə edib.

"Ermənistanda Rusiya ilə bütün sahələrdə əlaqələri üzüb atmaq istiqamətində addımlar atılır"    

Liberal İqtisadçılar Mərkəzinin rəhbəri Akif Nəsirli "Bakı-Xəbər"ə şərhində bildirdi ki, Rusiya və Ermənistan  arasında münasibətlər həm siyasi-diplomatik, həm də iqtisadi baxımdan kəskinləşib.

"Hazırda Ermənistan uğrunda Rusiya və Qərb arasında ciddi mübarizə gedir. Yəni Qərb və Amerika Ermənistanı Rusiyanın caynağından almaq, onun nüfuz dairəsindən çıxarmaq istəyir. Sözsüz ki, bu istiqamətdə siyasi addımların, siyasi cəhdlərin də baş verdiyinin şahid oluruq. Eyni zamanda iqtisadi addımlar da görünməkdədir. Yəni "Mir" kartlarının Ermənistan banklarında xidmətinin dayandırılması da bu istiqamətdə atılan addımlardan biridir və indiyə qədər atılan ən ciddi addım sayılır. Ancaq məsələ burasındadır ki, Ermənistan iqtisadiyyatının böyük əksəriyyəti birbaşa Rusiya hökumətinin nəzarətindədir, ya da rusiyalı biznesmenlərin, iş adamlarının əlindədir. Bu gün Ermənistanın Rusiyanın iqtisadi nüfuz dairəsindən çıxarılması ağlagəlməz dərəcədə inanılan deyil. Amma siyasi hakimiyyət hər halda buna cəhd edir. Düşünürəm ki, Rusiya hələ ki, gözləmə mövqeyində dayanıb. Siyasi məsələləri bir qırağa qoyuram, iqtisadi baxımdan onların situasiyası  siçanı ovlayıb sakitcə buraxmış pişiyə bənzəyir. Yəni bəzən görüsən ki, pişik siçanı ovlayır, amma öldürmür, qarşısına qoyub sakit dayanır, siçan da heç bir hərəkət göstərməyib durur, bir müddətdən sonra siçan tərpənən kimi pişik onu qəfil tutur. Yəni onunla oynayır. Rusiya da ancaq oynmaq yox, gözləmə mövqeyi tutur, gözləyir ki, bəlkə Ermənistanın daxilindəki Rusiya yönümlü qüvvələr  daha ciddi addımlar ata və hakimiyyəti devirə bilər, bununla da məsələ bitər. Hələ ki, Rusiya Ermənistana iqtisadi baxımdan təzyiq göstərmir. Siyasi təzyiqlər də hələ ki, yumşaqdır, sadəcə olaraq nəsihət xarakteri daşıyır.  Rusiya Ermənistanın bu hərəkətlərinə hələ ki, loyal yanaşır. 

Sözsüz ki, Azərbaycan-Ermənistan münaqişəsində Rusiyanın loyal mövqe göstərməsi də, məhz Paşinyan hakimiyyətinin Qərbə və Amerikaya üz tutmasının nəticəsdir. Əslində, bununla Rusiya Ermənistanı cəzalandırır. Yəni Azərbaycan qarşısında onu tək qoyur. Çalışır Ermənistan başa düşsün ki, Rusiyasız mümkün deyil"-deyə A.Nəsirli qeyd etdi.

A.Nəsirlinin sözlərinə görə, Rusiyanın onu geri döndərmək cəhdləri gücləndikdə Ermənistan hakimiyyəti də daha çox Qərbə, ABŞ-a yaxınlaşmaqda israrlıdır.   "Ermənistan hakimiyyəti Qərbə, ABŞ-a üz tutmaqda və Rusiya ilə maliyə, iqtisadi əlaqələri kəsməkdə israrlı görsənir. Ermənistanda Rusiya ilə bütün sahələrdə əlaqələri üzüb atmaq istiqamətində addımlar atılır"-deyə bildirən A.Nəsirli qeyd etdi ki, buna nümunə olaraq Ermənistanın KTMT-də fəaliyyətini dondurmasını göstərmək olar, ondan əvvəl KTMT-nin İrəvanda keçirilən iclasında protokola Ermənistan imza atmadı. "İndi də Ermənistan Rusiyanın ən məşhur ödəniş sistemini dayandırdı. Bundan sonra yəqin ki, Ermənistan rusiyalı iş adamlarının, Rusiya dövlət şirkətlərinin ölkədən çıxarılması istiqamətində müəyyən addımlar atacaq. Amma bu addımları atanda məsələ bir qədər başqa cür ola bilər. Rusiyanın artıq hərəkətə keçməsi mümkündür. Yəni Rusiya üçün də müəyyən mərhələdə "qırmızı xətt" deyilən bir məsələ var. Amma Rusiya elan etmir ki, onun üçün "qırmızı xətt" hansıdır, Ermənistan o xətti nə vaxt keçə bilər. Yəni belə bir xətt hələ ki, müəyyən etməyib. Amma düşüncələrdə, daxili müzakirələrdə Ermənistanın hərəkətlərində Rusiya üçün "qırmızı xətt"  var. Mən elə bilirəm ki, bu "qırmızı xətt" Rusiya iş adamlarının Ermənistan iqtisadiyyatından çıxarılmasına başlanması mərhələsidir. Bəli, Rusiyanı iqtisadi baxımdan Ermənistan hökuməti ölkədən çıxarmağa başlyanda artıq o "qırmızı xətt"i keçəcək və Rusiya buna dözməyəcək. Yəni gözləniləndir ki, Ermənistanın bütün bu hərəkətlərinə görə Rusiya Ermənistana silahlı hücum, ekskalasiya etsin, bununla daxildə hakimiyyəti dəyişsin.  Bu, Rusiya üçün çox asandır, bir neçə saatlıq əməliyyatdır. Çünki Rusiyanın Ermənistanın daxilində də kifayət qədər silahlı qüvvələri var, 102-ci baza Gümrüdə yerləşir, eyni zamanda bu ölkənin ətrafında –Abxaziya və Osetiyada da Rusiyanın hərbi bazası mövcuddur. Belə bir şəraitdə Ermənistanın Rusiyadan kənar iqtisadi müstəqilliyinin təmin edilməsi mümkünsüz görünür. Amma buna baxmayaraq, Paşinyan hakimiyyəti bu məsələdə israrlıdır. Görək növbəti mərhələdə hansı addımlar atacaqlar. Hər halda, Ermənistan hökumətinin bu hərəkətləri Qafqazda yeni münaqişə ocağının yaranmasına gətirib çıxara bilər. Qeyd etdiyim kimi, Rusiya Ermənistana silahlı hücum edə bilər"-deyə A.Nəsirli əlavə etdi.

İradə SARIYEVA         




VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Bunu səfir Birol Akgünə açıq məktubum kimi də oxuya bilərsiniz - Aydın QULİYEV yazır...

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

SON XƏBƏRLƏR

05.11.2026 / 14:33
Vuçiçin Moskvaya qaçan silahdaşlarının təyyarəsi Litva üzərindən geri qaytarıldı...

05.11.2026 / 14:14
Paşinyan Türkiyə gedir...

05.11.2026 / 14:06
Azərbaycanın konstitusiya tələbi Ermənistanda "baş-ayaq" təqdim olundu...

05.11.2026 / 13:50
Ermənistan hökuməti TRIPP-lə bağlı parlamentin fövqəladə iclasını çağırdı...

05.11.2026 / 13:43
"Azərbaycan radiosu milli yaddaşımızın və mədəni irsimizin etibarlı qoruyucularından biridir" - Əhməd İsmayılov

05.11.2026 / 13:39
Gələn ilin büdcəsində neftin qiyməti 65 dollar götürülüb

05.11.2026 / 13:25
Ünvanlı dövlət sosial yardımının məbləği artırılır...

05.11.2026 / 13:12
Ərdoğan Bakıya gəlir...

05.11.2026 / 13:04
Gələn il üçün yaşayış minimumu 314 manat müəyyən edilib

05.11.2026 / 12:57
“AİD Group” təhsil şirkətinin rəhbəri həbs olundu - dələduzluq, saxta sənədlər hazırlamaq ittihamı...

05.11.2026 / 12:40
Dronla İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alındı - DTX-dan əməliyyat...

05.11.2026 / 12:37
Putin və Cinpin Ağ Evin yeni zalında qonaq ola bilər - Tramp açıqladı...

05.11.2026 / 12:30
Mirzoyan Türkiyə ilə sərhədlərin hər an açıla biləcəyini deyir...

05.11.2026 / 12:20
Seçki məğlubiyyəti Ağ Evdə şok effekti yaratdı... Tramp dəyişikliyə hazırlaşır – Heqset və Rubio “vurula” bilər...

05.11.2026 / 12:09
​​​​​​​Nəqliyyat vasitələrinin utilizasiyası fondu ləğv edilir...

05.11.2026 / 11:57
Orta aylıq pensiya məbləğində 45 manat artım - 640 manat olacaq...

05.11.2026 / 11:43
Gələn il bir sıra sosial müavinətlər artırılacaq...

05.11.2026 / 11:25
BMT rəsmisi “ASAN xidmət” modelini digər ölkələr üçün nümunə adlandırdı

05.11.2026 / 11:07
Hörmüz boğazında minaya düşən iki tankerə köməyə gələn yedək gəmisi də alov aldı...

05.11.2026 / 10:51
Samvel Karapetyan barəsində 1 aylıq həbs qətimkan tədbiri seçildi...

05.11.2026 / 10:35
İranın lovğalanması Trampı hərbi əməliyyatları bərpa etməyə sövq edə bilər...

05.11.2026 / 10:31
Prezident: "Azərbaycan bundan sonra da Dayanıqlı İnkişaf Məqsədlərinin təşviqini dəstəkləyəcək"

05.11.2026 / 10:29
“ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir" - Prezident

05.11.2026 / 10:25
Dünya Azərbaycanlılarının VI Qurultayı keçiriləcək...

05.11.2026 / 10:25
Prezident İlham Əliyev beynəlxalq tədbir iştirakçılarına müraciət ünvanladı...

05.11.2026 / 10:16
Bakıda BMT İdarəetmə İnnovasiyaları Sammiti keçirilir

05.11.2026 / 09:52
Ukrayna Ryazanda neft zavodunu və Wildberries anbarını vurdu...

05.11.2026 / 09:28
Vens seçkilərdə respublikaçıların məğlubiyyətinin 4 əsas səbəbini açıqladı - buna dəydimi...

05.11.2026 / 09:10
SOCAR ABŞ-da 1,65 milyard dollarlıq aktiv alır - müqavilə imzalandı

05.11.2026 / 06:07
4 Knesset üzvü də Netanyahunu dəstəkləməyəcəyini açıqladı

05.11.2026 / 06:00
Tramp həm “impiçmentdən qorxmuram” dedi, həm də veto hüququnu xatırlatdı

04.11.2026 / 23:49
Macarıstan da Rusiya neft-qazından imtina edir…

04.11.2026 / 23:21
Prezidentin “Şərəf” ordeni ilə təltif etdiyi Kamran İmanov kimdir? - DOSYE

04.11.2026 / 21:40
Dünya Rusiyadan təhlükəsizlik təminatı istəyir, Rusiya isə Ukraynadan... Qalmaqal...

04.11.2026 / 21:19
Türkiyə Rusiyanın TDT üzvlüyünə rəsmi cavab verdi...

04.11.2026 / 21:04
Çində Ukraynaya sərfəli olmayan "yeni Yalta" sxemi hazırlanır...

04.11.2026 / 20:41
5 dövlət + NATO formatında Ukrayna ilə bağlı maraqlı müzakirə başladı...

04.11.2026 / 20:24
Tramp çox əlamətdar tarixi gündə İsrailə 4 milyardlıq hərbi yardımı kəsdi...

04.11.2026 / 20:07
Erməni mediası 2009-dan sonra Türkiyədə verdiyimiz yatırımlara qəribə izah verir... Guya...

04.11.2026 / 19:50
Trampın uduzmasından sonra da neftin bahalaşması dayanmadı...

04.11.2026 / 19:26
AK Parti Türkmənistanda da dini işlərlə ilgilənməyə başladı... Hicab da olacaq?

04.11.2026 / 19:10
Bu ana kimi onlar bizdən pul qazanırdılar, indi Azərbaycan mətbuatı onlardan qazanacaq...

04.11.2026 / 18:51
Amerikalıların son Qarabağ müharibəsindən kitab yazmaqlarının ayrı mənası var...

04.11.2026 / 18:35
Samvel Karapetyan, keçmiş PA rəhbəri və daha 36 nəfər saxlanıldı - Paşinyan rəqiblərini məhv edir...

04.11.2026 / 18:16
Ramiz Mehdiyevin çevriliş planını Rusiyaya kim çatdırıb? - YENİ FAKTLAR...

04.11.2026 / 18:02
Netanyahu bu vəziyyətə düşdü - hökumətə həm indiki iqtidar, həm də müxalifət rəhbərlik edəcək...

04.11.2026 / 17:46
Prezidentin sosial media hesablarında “AIREX 2026” sərgisi ilə bağlı videoçarx paylaşılıb

04.11.2026 / 17:40
İsrailin 4 müxalifət partiyası Netanyahuya qarşı hərəkətə keçdi - fövqəladə hökumət qurulur...

04.11.2026 / 17:15
Melaniya Tramp Rusiya və Ukrayna nümayəndələrini Ağ Evdə bir araya gətirir

04.11.2026 / 17:03
Yaşı 80-i keçən siyasətçilər Amerika siyasətini də qocaldır

04.11.2026 / 16:49
Dövlət qurumu yeni internet tarifləri müəyyənləşdirdi

04.11.2026 / 16:42
Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

04.11.2026 / 16:29
Qeşm adasına ABŞ-ın zərbələri Hörmüzdən azad neft keçidini təmin edə bilər?

04.11.2026 / 16:25
Ermənistan və Azərbaycan Rusiya, Çin və Qərb arasında: kimin manevr azadlığı daha çoxdur?

04.11.2026 / 16:22
Səudiyyə vəliəhdi Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:21
Avropa məhkəməsi Toroyanın mübahisəli ölümünü yüzlərlə qətl edilmiş azərbaycanlıdan üstün tutdu...

04.11.2026 / 16:20
Səudiyyə Kralı Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:18
Məkkə Sazişi İranı ABŞ hücumlarından müdafiə edir?..

04.11.2026 / 16:15
Pakistan Prezidenti Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

04.11.2026 / 16:07
Keçmiş nazirin oğluna yeni vəzifə verildi

04.11.2026 / 15:53
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edildi

04.11.2026 / 15:48
G20 sammitinə dəvət: Azərbaycanın və Prezident İlham Əliyevin artan beynəlxalq nüfuzunun sübutu

04.11.2026 / 15:40
Hersoq qərar verəcək - Netanyahu müsəlman qətliamını davam etdirəcək, ya...

04.11.2026 / 15:17
"Ermənistan Azərbaycanla ikitərəfli ticarəti genişləndirir" - Paşinyan

04.11.2026 / 14:52
"Gələn ildən növbəti böyük sosial islahat paketi planlaşdırılır" - Sahil Babayev

04.11.2026 / 14:39
Gələn il pensiyalar bu qədər artırılacaq...

04.11.2026 / 14:25
İspaniyadan Trampın seçki məlubiyyətinə ilk reaksiya - ifrat sağçı dalğa artıq dağılır…

04.11.2026 / 14:10
164 min manatlıq dələduzluq - boşanma mübahisəsindən istifadə edib qadının mənzilini və avtomobilini ələ keçirdi...

04.11.2026 / 13:57
Fuad Nağıyev professor Məhərrəm Zülfüqarlını təltif edib

04.11.2026 / 13:47
İran ABŞ-dakı seçkilərə belə reaksiya verdi - amerikalılar 'MÜHARİBƏYƏ YOX' dedilər...

04.11.2026 / 13:46
Paşinyan yeni konstitusiyanı bu ay dərc edəcəyinə söz verdi...

04.11.2026 / 13:34
ABŞ çərşənbə günü İrana zərbə endirə bilər – İDDİA…

04.11.2026 / 13:19
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq...

04.11.2026 / 13:07
Uşağın doğulmasına görə müavinət 600 manatdan 1500 manata qaldırılır...

04.11.2026 / 12:54
Respublikaçılar ümidini növbəti seçkiyə bağladı - Conson 2028-də aşağı palata üzərində nəzarətin bərpasına əmindir

04.11.2026 / 12:42
“Neft və mürəkkəb: Neftlə yazılmış hekayələr” sənədli filminin premyerası olub - FOTO

04.11.2026 / 12:40
"2027-ci ildə orta illik inflyasiya 5,3 faiz proqnozlaşdırılır" - Nazir

04.11.2026 / 12:31
Prezident və Birinci xanım “AIREX 2026” sərgisi ilə tanış olublar - FOTO

04.11.2026 / 12:17
Kürdəmir xəstəxanasında 125 min manatlıq yeyinti - bir nəfər barəsində qətimkan tədbiri seçildi...

04.11.2026 / 12:01
Azərbaycanda dəfn pulu artırılır - 946-dan 1200-ə...

04.11.2026 / 11:47
Ukrayna “Ozon”un Adıgeydəki logistika mərkəzini vurdu – güclü yanğın başladı... Sifarişlər dayandırıldı...

Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

XƏBƏR ARXİVİ