Cümə axşamı günü, 05 noyabr 2026
     

320 erməni işğalçısı məhv edildi, 500-ü yaralandı - Zəfər apreldən başladı...

Image


 Hafiz Cabbarov: "Məhz Aprel döyüşlərində əldə edilən qələbədən sonra xalqımız tam əmin oldu ki, Ordumuz böyük qələbəyə yaxındır"

 Dörd günlük müharibədə, Aprel döyüşlərində çağdaş Zəfər tariximizin əsası qoyuldu. Bu gün Azərbaycan Ordusunun Aprel qələbəsindən 8 il ötür. 

Xalqımızın mübarizə əzminin, ordumuzun rəşadətinin, hünərinin simvoluna çevrilən Aprel döyüşləri zamanı həyata keçirilən sürətli əks-həmlə zamanı 2 000 hektardan artıq ərazi azad edilib və daha çox ərazi əməliyyat baxımından nəzarət altına keçib. Geniş ərazini nəzarətdə saxlamaq imkanı verən strateji əhəmiyyətli "Lələ Təpə" adlandırılan yüksəklik də Azərbaycan Ordusunun nəzarətinə keçib. Bu döyüşlər nəticəsində 320 erməni hərbçisi məhv edilib, 500-dən artığı isə yaralanıb.

Dörd günlük Aprel döyüşləri torpaqlarımızın azadlığı yolunda bir mayak olub. 2016-cı ildə baş verən bu mühüm hadisədən dörd il sonra Tovuz döyüşləri və 44 günlük Vətən müharibəsi baş verdi. Vətən müharibəsi dövründə torpaqlarımız böyük ölçüdə azad edildi, 2023-cü ilin 19-20 sentyabrında ordumuzun həyata keçirdiyi antiterror tədbirlərindən sonra isə torpaqlarımızdan işğalçılar tamamilə silinib atıldı. Bütün bunların ana qaynağı isə dörd günlük Aprel döyüşləri oldu. 

"Aprel döyüşlərini Vətən müharibəsinin başlanğıcı adlandıra bilərik"

"Zəfər tarixi" dərsliyinin həmmüəlliflərindən olan, tədqiqatçı Hafiz Cabbarov "Bakı-Xəbər"ə şərhində "Baxmayaraq ki, Aprel döyüşləri miqyasca o qədər də geniş deyildi və qısa müddəti əhatə edirdi, ancaq nəticələri etibarı ilə sonrakı qələbəmizin qazanılmasında əhəmiyyətli dərəcədə böyük rol oynadı. Aprel döyüşlərinin nəticələrinə bir neçə aspektdən yanaşmaq lazımdır. Bu döyüşlərin özündən sonra hərbi, strateji və psixoloji nəticələri oldu. Hər şeydən əvvəl psixoloji nəticəni qiymətləndirmək lazımdır. Onun psixoloji nəticələri ondan ibarət oldu ki, Azərbaycan xalqının mənəvi ruhunda böyük əminliyin oyanmasına, hiss edilməsinə səbəb oldu. Məhz Aprel döyüşlərində əldə edilən qələbədən sonra xalqımız tam əmin oldu ki, Ordumuz böyük qələbəyə yaxındır. Yəni psixoloji üstünlük qəti olaraq Azərbaycan ordusunun tərəfinə keçdi. 

Bu döyüşlərə qədər ermənilərdə belə saxta illüziya yaranmışdı ki, guya onların orduları məğlubedilməzdir. Əslində Birinci Qarabağ müharibəsinin bir sıra real döyüş əməliyyatlarında Azərbaycan Ordusu qeyri-bərabər döyüşdə də bir sıra qələbələr qazandı.  

Baxmayaraq ki, həm silah-sursat, həm də təşkilatlanma baxımından ermənilər daha hazırlıqlı idi, onlara böyük dövlətlər kömək edirdi, bu zaman da Azərbaycan əsgərinin qəhrəmanlığı sayəsində qələbələrimiz vardı. Lakin faktiki olaraq real nəticə, yəni torpaqlarımızın işğalı bir növ psixoloji üstünlünlüyün bəlkə də itirilməsinə səbəb oldu. 

2010-cu ildə Milli Qəhrəman Mübariz İbrahimovun qəhrəmanlığı, ondan sonra Aprel döyüşləri psixoloji cəhətdən Azərbaycan xalqında inam yaranmasına səbəb oldu. Aprel döyüşləri məhz psixolji baxımdan bir növ ən böyük dönüş nöqtələrindən biri kimi yadda qaldı"-deyə bildirdi.

H.Cabbarov qeyd etdi ki, Aprel döyüşlərinin hərbi strateji baxımdan da üstünlükləri böyükdür. O vurğuladı ki, baxmayaraq, Aprel döyüşləri nəticəsində geri qaytarılan torpaqlar az görsənə bilərdi, ancaq onun strateji əhəmiyyəti sonradan 2020-ci il müharibəsində bir daha özünü göstərdi. "Belə ki, "Lələ Təpə" yüksəkliyinin azad edilməsi, eləcə də Tərtər istiqamətində əldə edilən yüksəkliklər 2020-ci ildə həyata keçirilən hərbi əməliyyatlar zamanı müşahidə nəzarət baxımından Azərbaycan Ordusuna böyük üstünlük qazandırdı. Təsadüfi deyil ki, 2020-ci il müharibəsində ermənilər "Lələ Təpə" yüksəkliyini yenidən əldə etmək üçün böyük bir əməliyyat hazırlamışdılar. Ancaq Azərbaycan Ordusu bu hücumun qarşısını aldı  və erməniləri ağır məğlubiyyətə uğratdı, onlar böyük itkilər verdilər. Həmçinin "Lələ Təpə"dən düşmənin  dərinliyini müşahidə altında tutmaqla Azərbaycan Ordusu yeni uğurlu əməliyyatlar hazırladı. Beləliklə, Aprel döyüşlərini Vətən müharibəsinin başlanğıcı adlandıra bilərik. Dörd günlük müharibədə hərbi əməliyyatlar eyni zamanda 44 günlük müharibənin kiçik modeli idi. O döyüşlər artıq Azərbaycan Ordusunun bu müharibədə hərbi əməliyyatları XXI əsr modelində aparmasının bir növ ilkin siqnallarını verdi. Burada çatışmayan cəhətləri də 2020-ci ildə aradan qaldıraraq Azərbaycan Ordusunun qəhrəmanlığı sayəsində torpaqlarımız azad oldu. Buna görə Azərbaycanın azadlığı, ərazi bütövlüyü uğrunda həlak olan bütün şəhidlərimizə Allahdan rəhmət diləyirəm və biz hər zaman onlara minnətdar olacağıq. Çünki tariximizin qürur və şərəf səhifələrinin yazılmasında məhz onlara borcluyuq. Hesab edirəm ki, bu baxımdan da Aprel döyüşlərinin xüsusi əhəmiyyəti var"-deyə H.Cabbarov vurğuladı. 

İradə SARIYEVA    



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Bunu səfir Birol Akgünə açıq məktubum kimi də oxuya bilərsiniz - Aydın QULİYEV yazır...

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

SON XƏBƏRLƏR

05.11.2026 / 14:33
Vuçiçin Moskvaya qaçan silahdaşlarının təyyarəsi Litva üzərindən geri qaytarıldı...

05.11.2026 / 14:14
Paşinyan Türkiyə gedir...

05.11.2026 / 14:06
Azərbaycanın konstitusiya tələbi Ermənistanda "baş-ayaq" təqdim olundu...

05.11.2026 / 13:50
Ermənistan hökuməti TRIPP-lə bağlı parlamentin fövqəladə iclasını çağırdı...

05.11.2026 / 13:43
"Azərbaycan radiosu milli yaddaşımızın və mədəni irsimizin etibarlı qoruyucularından biridir" - Əhməd İsmayılov

05.11.2026 / 13:39
Gələn ilin büdcəsində neftin qiyməti 65 dollar götürülüb

05.11.2026 / 13:25
Ünvanlı dövlət sosial yardımının məbləği artırılır...

05.11.2026 / 13:12
Ərdoğan Bakıya gəlir...

05.11.2026 / 13:04
Gələn il üçün yaşayış minimumu 314 manat müəyyən edilib

05.11.2026 / 12:57
“AİD Group” təhsil şirkətinin rəhbəri həbs olundu - dələduzluq, saxta sənədlər hazırlamaq ittihamı...

05.11.2026 / 12:40
Dronla İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alındı - DTX-dan əməliyyat...

05.11.2026 / 12:37
Putin və Cinpin Ağ Evin yeni zalında qonaq ola bilər - Tramp açıqladı...

05.11.2026 / 12:30
Mirzoyan Türkiyə ilə sərhədlərin hər an açıla biləcəyini deyir...

05.11.2026 / 12:20
Seçki məğlubiyyəti Ağ Evdə şok effekti yaratdı... Tramp dəyişikliyə hazırlaşır – Heqset və Rubio “vurula” bilər...

05.11.2026 / 12:09
​​​​​​​Nəqliyyat vasitələrinin utilizasiyası fondu ləğv edilir...

05.11.2026 / 11:57
Orta aylıq pensiya məbləğində 45 manat artım - 640 manat olacaq...

05.11.2026 / 11:43
Gələn il bir sıra sosial müavinətlər artırılacaq...

05.11.2026 / 11:25
BMT rəsmisi “ASAN xidmət” modelini digər ölkələr üçün nümunə adlandırdı

05.11.2026 / 11:07
Hörmüz boğazında minaya düşən iki tankerə köməyə gələn yedək gəmisi də alov aldı...

05.11.2026 / 10:51
Samvel Karapetyan barəsində 1 aylıq həbs qətimkan tədbiri seçildi...

05.11.2026 / 10:35
İranın lovğalanması Trampı hərbi əməliyyatları bərpa etməyə sövq edə bilər...

05.11.2026 / 10:31
Prezident: "Azərbaycan bundan sonra da Dayanıqlı İnkişaf Məqsədlərinin təşviqini dəstəkləyəcək"

05.11.2026 / 10:29
“ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir" - Prezident

05.11.2026 / 10:25
Dünya Azərbaycanlılarının VI Qurultayı keçiriləcək...

05.11.2026 / 10:25
Prezident İlham Əliyev beynəlxalq tədbir iştirakçılarına müraciət ünvanladı...

05.11.2026 / 10:16
Bakıda BMT İdarəetmə İnnovasiyaları Sammiti keçirilir

05.11.2026 / 09:52
Ukrayna Ryazanda neft zavodunu və Wildberries anbarını vurdu...

05.11.2026 / 09:28
Vens seçkilərdə respublikaçıların məğlubiyyətinin 4 əsas səbəbini açıqladı - buna dəydimi...

05.11.2026 / 09:10
SOCAR ABŞ-da 1,65 milyard dollarlıq aktiv alır - müqavilə imzalandı

05.11.2026 / 06:07
4 Knesset üzvü də Netanyahunu dəstəkləməyəcəyini açıqladı

05.11.2026 / 06:00
Tramp həm “impiçmentdən qorxmuram” dedi, həm də veto hüququnu xatırlatdı

04.11.2026 / 23:49
Macarıstan da Rusiya neft-qazından imtina edir…

04.11.2026 / 23:21
Prezidentin “Şərəf” ordeni ilə təltif etdiyi Kamran İmanov kimdir? - DOSYE

04.11.2026 / 21:40
Dünya Rusiyadan təhlükəsizlik təminatı istəyir, Rusiya isə Ukraynadan... Qalmaqal...

04.11.2026 / 21:19
Türkiyə Rusiyanın TDT üzvlüyünə rəsmi cavab verdi...

04.11.2026 / 21:04
Çində Ukraynaya sərfəli olmayan "yeni Yalta" sxemi hazırlanır...

04.11.2026 / 20:41
5 dövlət + NATO formatında Ukrayna ilə bağlı maraqlı müzakirə başladı...

04.11.2026 / 20:24
Tramp çox əlamətdar tarixi gündə İsrailə 4 milyardlıq hərbi yardımı kəsdi...

04.11.2026 / 20:07
Erməni mediası 2009-dan sonra Türkiyədə verdiyimiz yatırımlara qəribə izah verir... Guya...

04.11.2026 / 19:50
Trampın uduzmasından sonra da neftin bahalaşması dayanmadı...

04.11.2026 / 19:26
AK Parti Türkmənistanda da dini işlərlə ilgilənməyə başladı... Hicab da olacaq?

04.11.2026 / 19:10
Bu ana kimi onlar bizdən pul qazanırdılar, indi Azərbaycan mətbuatı onlardan qazanacaq...

04.11.2026 / 18:51
Amerikalıların son Qarabağ müharibəsindən kitab yazmaqlarının ayrı mənası var...

04.11.2026 / 18:35
Samvel Karapetyan, keçmiş PA rəhbəri və daha 36 nəfər saxlanıldı - Paşinyan rəqiblərini məhv edir...

04.11.2026 / 18:16
Ramiz Mehdiyevin çevriliş planını Rusiyaya kim çatdırıb? - YENİ FAKTLAR...

04.11.2026 / 18:02
Netanyahu bu vəziyyətə düşdü - hökumətə həm indiki iqtidar, həm də müxalifət rəhbərlik edəcək...

04.11.2026 / 17:46
Prezidentin sosial media hesablarında “AIREX 2026” sərgisi ilə bağlı videoçarx paylaşılıb

04.11.2026 / 17:40
İsrailin 4 müxalifət partiyası Netanyahuya qarşı hərəkətə keçdi - fövqəladə hökumət qurulur...

04.11.2026 / 17:15
Melaniya Tramp Rusiya və Ukrayna nümayəndələrini Ağ Evdə bir araya gətirir

04.11.2026 / 17:03
Yaşı 80-i keçən siyasətçilər Amerika siyasətini də qocaldır

04.11.2026 / 16:49
Dövlət qurumu yeni internet tarifləri müəyyənləşdirdi

04.11.2026 / 16:42
Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

04.11.2026 / 16:29
Qeşm adasına ABŞ-ın zərbələri Hörmüzdən azad neft keçidini təmin edə bilər?

04.11.2026 / 16:25
Ermənistan və Azərbaycan Rusiya, Çin və Qərb arasında: kimin manevr azadlığı daha çoxdur?

04.11.2026 / 16:22
Səudiyyə vəliəhdi Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:21
Avropa məhkəməsi Toroyanın mübahisəli ölümünü yüzlərlə qətl edilmiş azərbaycanlıdan üstün tutdu...

04.11.2026 / 16:20
Səudiyyə Kralı Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:18
Məkkə Sazişi İranı ABŞ hücumlarından müdafiə edir?..

04.11.2026 / 16:15
Pakistan Prezidenti Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

04.11.2026 / 16:07
Keçmiş nazirin oğluna yeni vəzifə verildi

04.11.2026 / 15:53
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edildi

04.11.2026 / 15:48
G20 sammitinə dəvət: Azərbaycanın və Prezident İlham Əliyevin artan beynəlxalq nüfuzunun sübutu

04.11.2026 / 15:40
Hersoq qərar verəcək - Netanyahu müsəlman qətliamını davam etdirəcək, ya...

04.11.2026 / 15:17
"Ermənistan Azərbaycanla ikitərəfli ticarəti genişləndirir" - Paşinyan

04.11.2026 / 14:52
"Gələn ildən növbəti böyük sosial islahat paketi planlaşdırılır" - Sahil Babayev

04.11.2026 / 14:39
Gələn il pensiyalar bu qədər artırılacaq...

04.11.2026 / 14:25
İspaniyadan Trampın seçki məlubiyyətinə ilk reaksiya - ifrat sağçı dalğa artıq dağılır…

04.11.2026 / 14:10
164 min manatlıq dələduzluq - boşanma mübahisəsindən istifadə edib qadının mənzilini və avtomobilini ələ keçirdi...

04.11.2026 / 13:57
Fuad Nağıyev professor Məhərrəm Zülfüqarlını təltif edib

04.11.2026 / 13:47
İran ABŞ-dakı seçkilərə belə reaksiya verdi - amerikalılar 'MÜHARİBƏYƏ YOX' dedilər...

04.11.2026 / 13:46
Paşinyan yeni konstitusiyanı bu ay dərc edəcəyinə söz verdi...

04.11.2026 / 13:34
ABŞ çərşənbə günü İrana zərbə endirə bilər – İDDİA…

04.11.2026 / 13:19
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq...

04.11.2026 / 13:07
Uşağın doğulmasına görə müavinət 600 manatdan 1500 manata qaldırılır...

04.11.2026 / 12:54
Respublikaçılar ümidini növbəti seçkiyə bağladı - Conson 2028-də aşağı palata üzərində nəzarətin bərpasına əmindir

04.11.2026 / 12:42
“Neft və mürəkkəb: Neftlə yazılmış hekayələr” sənədli filminin premyerası olub - FOTO

04.11.2026 / 12:40
"2027-ci ildə orta illik inflyasiya 5,3 faiz proqnozlaşdırılır" - Nazir

04.11.2026 / 12:31
Prezident və Birinci xanım “AIREX 2026” sərgisi ilə tanış olublar - FOTO

04.11.2026 / 12:17
Kürdəmir xəstəxanasında 125 min manatlıq yeyinti - bir nəfər barəsində qətimkan tədbiri seçildi...

04.11.2026 / 12:01
Azərbaycanda dəfn pulu artırılır - 946-dan 1200-ə...

04.11.2026 / 11:47
Ukrayna “Ozon”un Adıgeydəki logistika mərkəzini vurdu – güclü yanğın başladı... Sifarişlər dayandırıldı...

Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

XƏBƏR ARXİVİ