Cümə axşamı günü, 05 noyabr 2026
     

Rusiya Ermənistana diplomatik müharibə elan etdi - Ukrayna ssenarisi yenidən gündəmdə...

Image


 

 

İra30-2

 Abutalıb Səmədov: "Hadisələr göstərir ki, yalnız hərbi müdaxilə ilə Ermənistanı bu kursdan döndərmək olar"

 ABŞ, Avropa İttifaqı (Aİ) və Ermənistan arasında aprelin 5-də keçiriləcək görüşə Rusiyanın münasibəti aydındır. Bu artıq müxtəlif rəsmilərin açıqlama və bəyanatlarında öz ifadəsini tapıb. 

Onu da bildirək ki, Rusiya Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda qeyd edilir ki, 

Rusiya Federasiyasının 102-ci hərbi bazasının Ermənistanda olması respublikanın suverenliyinin yeganə real təminatıdır. 

Rusiya Xarici İşlər Nazirliyindən TASS-a verilən məlumata görə, "Aİ ilə Ermənistan arasında münasibətlərin dərinləşməsi: Ermənistanda daha çox Avropa; Avropada daha çox Ermənistan" adlı məqalə NATO-nun keçmiş baş katibi Anders Foq Rasmussenin rəhbərliyi ilə hazırlanıb.

"Təhlükəsizliklə bağlı təkliflər sağlam düşüncəyə tamamilə ziddir. 102-ci hərbi baza və Rusiya sərhədçilərinin mövcudluğu Ermənistanın suverenliyinin yeganə real təminatıdır.

Onların geri çəkilməsinin bir növ respublikanın hərbi potensialını gücləndirəcəyi fikri təhlükəli demaqogiyadır. Bu gün bizi mövcud təhlükəsizlik sisteminə yenidən baxmağa məcbur edən Qərb bunun müqabilində konkret heç nə təklif etmir", - XİN qeyd edib. 

Rusiya Xarici İşlər Nazirliyinin bəyanatında bu məsələyə aydın münasibət sərgilənib. Eyni zamanda, 5 aprel görüşü ilə bağlı Rusiya XİN-in,  Mariya Zaxarovanın və Sergey Lavrovun  son açıqlamaları faktiki olaraq Ermənistana müharibə elan edilməsidir. Yəni bu açıqlamalarla faktiki olaraq  Rusiya Ermənistana diplomatik müharibə elan edib.

Rusiya mövqelərini qoruyub saxlamaq üçün digər vasitələrdən də istifadə edə, hücum planı həyata keçirə bilər. Yəni hətta gözlənilir ki, Rusiya  Ermənistana hərbi müstəvidə zərbə endirsin. Çünki o siyasətin ardıcıllığı təmin olunmalıdır. Əgər bu gün diplomatik hücumlar varsa, bu sonda mütləq hərbi hücuma çevrilməlidir və Ermənistana hərbi zərbə də endirilə bilər. Bu da Ukrayna ssenarisinin Ermənistanda da təkrar olunması demək olar.  

Digər bir tərəfdən də, Ermənistan ABŞ-la, Aİ ilə qaşıq dəyişir, görüşə hazırlaşır, amma bu mənzərəyə İran seyrçi qalır. 

Rusiya artıq Ermənistana diplomatik müharibə elan etdi və Ukrayna ssenarisi yenidən gündəmə gəldi.   Gözlənilir ki, Rusiya Ermənistana hərbi müdaxilə edəcək, ona hərbi zərbə endirəcək. 

Ekspertlər hesab edir ki, Rusiyanın Ermənistanı ikinci Ukraynaya çevirməsi ssenarisi artıq işə düşüb və biz bunu yaxın dövrlər ərzində görə bilərik. Ekspertlərə görə, əgər Ermənistan tutduğu siyasi kursdan geriyə addım atmazsa Rusiyanın hərbi hücumları ilə qarşılaşmalı olacaq və bu da onun üçün çox acı nəticələr deməkdir.   

"...2025-ci ildə Ermənistana hərbi müdaxilə ehtimalı çox güclüdür..."

Məsələ ilə bağlı şərh verən "Alyans" Strateji Araşdırmalar Mərkəzinin sədri, siyasi ekspert Abutalıb Səmədov baki-xeber.com-a " Rusiyanın xarici işlər naziri Lavrovun Ermənistan lideri haqqında dedikləri artıq körpülərin tamamilə yandırıldığının göstəricisidir. Rusiya ilə Ermənistanın münasibətlərinin bu hakimiyyət dövründə düzəlməsi mümkünsüzdür. Ancaq eyni zamanda Paşinyan hakimiyyətini devirmək şansı hələ ki, Rusiyanın əlində yoxdur. Göstərilən cəhdlər nəticə vermir. Hadisələr göstərir ki, yalnız hərbi müdaxilə ilə Ermənistanı bu kursdan döndərmək olar. Hərbi müdaxilə də Ukrayna ilə müharibənin getdiyi dövrdə, təbiidir ki, mümkün deyil. Bu səbəbdən, görünür, Rusiyanın Ermənistana qarşı atacağı addımların ardıcıllığı belə olacaq: ilk növbədə Ukrayna cəbhəsində vəziyyət sabitləşir, Ukraynanın 2024-cü ildə nəzərdə tutulan əks-hücumunun da qarşısı alınır və bundan sonra Ermənistana qarşı əvvəlcə iqtisadi addımlar atılır, ardınca 2025-ci ildə, yaxud növbəti ildə hərbi müdaxilə edilir. Bu artıq Ukrayna-Rusiya müharibəsinin tamamilə Rusiyanın qələbəsi ilə başa çatmasından aslı olacaq. Yalnız bu halda Rusiya Ermənistana hərbi müdaxilə fikrinə düşə bilər. Hadisələr də göstərir ki, Ermənistanın siyasətində ciddi dönüş olmasa Rusiyanın Ermənistana hərbi müdaxiləsi  qaçılmazdır. Təbiidir ki, hadisələrin bu cür gedişi bizi də narahat edir. Çünki o da aydındır ki, Ukrayna müharibəsindən Rusiya qələbə ilə çıxsa, təkcə Ermənistan üçün problem yaratmayacaq, o, keçmiş MDB dövlətlərinin hamısı üçün problemə çevriləcək. Bu səbəbdən maraqlıyıq ki, ən azından Rusiya Ukrayna müharibəsindən qalib çıxmasın, kifayət qədər zəifləmiş çıxsın ki, öz imperiya düşəncələrindən imtina etmək məcburiyyətində qalsın. Bu səbəbdən də hamı Ukraynaya yardımın tezləşdirilməsini tələb etməlidir. İndi bizdə bir qrup adam peyda olub, "hər şey yaxşıdır, Ukrayna qalib gələcək" deyir. Başa düşmək olmur ki, bunlar kimə ürək-dirək verirlər, kimi aldadırlar. Bu gedişlə Ukraynanın qalib gəlməsi mümkün deyil. Ona görə arxayınlaşmaq və heç ciddi iş görməmək hamımız üçün təhlükəlidir. "Hər şey yaxşıdır" mövqeyindən təcili imtina olunmalıdır. ABŞ səfirliyinə, ABŞ hökumətinə, Avropa Birliyinə, onların səfirliklərinə müraciətlər təşkil olunmalıdır, yardımlar artırılmalıdır, Ukraynanın qələbəsi üçün ciddi addımların atılması tələb olunmalıdır. Əks halda 2024-cü ildə Ukraynanı ağır günlər gözləyir və bu hamımız üçün təhlükəlidir"-deyə bildirdi. 

A.Səmədovun sözlərinə görə, nəzərə alsaq ki, ABŞ-ın Ukraynaya yardımı hələ də qəbul olunmayıb, bu gedişlə yaxın vaxtlarda qəbul edilmək ehtimalı da yoxdur. A.Səmədov təəssüflə qeyd etdi ki, digər tərəfdən, bu yardımla bağlı qərar hətta qəbul olunsa da, əvvəlki illərlə müqayisədə onun həcmi az olacaq. "Nəzərə alaq ki, keçən il ABŞ Ukraynaya təkcə hərbi məqsədlər üçün 23 milyard dollar vəsait ayırdı və bu il ayrılacaq vəsait 23 milyarddan az olacaq. Çox təəssüf ki, ötən il Ukrayna irəli gedə bilmədi. Son günlər də hərbi əməliyyatlar Rusiyanın üstünlüyü ilə davam edir. Hərbi yardımların artırılması tələbi ilə hərəkat başlamalıdır. Özünü Ukrayna təəssübkeşi hesab edənlər də konkret işlər görməlidirlər. Özlərindən savadlı, özlərindən ağıllı adamları düşmən elan etmək yox, hərəkət etmək lazımdır. Üstəlik, burada bir məqamı da nəzərə almaq lazımdır. Aİ Ukraynaya 50 milyard yardım ayrılması barədə qərar qəbul edib, amma bu yardım 4 il ərzində veriləcək. Bu ayrılan 50 milyardı hərbi xərclərə yönəltmək mümkünsüzdür. Bu da nəzərə alınmalıdır. Vəziyyət kifayət qədər ciddidir. Ciddi addımlar atılmasa, Ukraynaya yardımlar tez və daha artıq səviyyədə göstərilməsə 2025-ci ildə Ermənistana hərbi müdaxilə ehtimalı çox güclüdür..."-deyə A.Səmədov əlavə etdi. 

A.Səmədovun sözlərinə görə, Ermənistanın Aİ və ABŞ-la durmadan yaxınlaşması həm Rusiyanı, həm də İranı ciddi şəkildə narahat edir. O qeyd etdi ki, dəfələrlə İran rəsmiləri öz mövqelərini Ermənistana çatdırıblar. "Ancaq çox qəribədir ki, İsrailin Azərbaycanda bir ferma tikməsini kəsin etirazla qarşılayan İran Ermənistana qarşı hələlik səbr göstərməkdə davam edir. Görünür, münasibətlərin indiki vəziyyəti İran tərəfindən dözülməz kimi qiymətləndirilmir. Hələ ümid edir ki, müəyyən fikirlərini çatdırmaqla Ermənistanı Avropa Birliyi və ABŞ-la sıx əməkdaşlıqdan çəkindirmək olar. Ancaq çox güman, İran da anlayır ki, artıq Ermənistan Rusiyadan uzaqlaşmaq xəttini götürüb ABŞ və Avropa Birliyinə yaxınlaşır. Bu, İran üçün də ciddi problemlər yarada bilər və yaradacaq"-deyə A.Səmədov vurğuladı.  

İradə SARIYEVA  




VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Bunu səfir Birol Akgünə açıq məktubum kimi də oxuya bilərsiniz - Aydın QULİYEV yazır...

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

SON XƏBƏRLƏR

05.11.2026 / 14:33
Vuçiçin Moskvaya qaçan silahdaşlarının təyyarəsi Litva üzərindən geri qaytarıldı...

05.11.2026 / 14:14
Paşinyan Türkiyə gedir...

05.11.2026 / 14:06
Azərbaycanın konstitusiya tələbi Ermənistanda "baş-ayaq" təqdim olundu...

05.11.2026 / 13:50
Ermənistan hökuməti TRIPP-lə bağlı parlamentin fövqəladə iclasını çağırdı...

05.11.2026 / 13:43
"Azərbaycan radiosu milli yaddaşımızın və mədəni irsimizin etibarlı qoruyucularından biridir" - Əhməd İsmayılov

05.11.2026 / 13:39
Gələn ilin büdcəsində neftin qiyməti 65 dollar götürülüb

05.11.2026 / 13:25
Ünvanlı dövlət sosial yardımının məbləği artırılır...

05.11.2026 / 13:12
Ərdoğan Bakıya gəlir...

05.11.2026 / 13:04
Gələn il üçün yaşayış minimumu 314 manat müəyyən edilib

05.11.2026 / 12:57
“AİD Group” təhsil şirkətinin rəhbəri həbs olundu - dələduzluq, saxta sənədlər hazırlamaq ittihamı...

05.11.2026 / 12:40
Dronla İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alındı - DTX-dan əməliyyat...

05.11.2026 / 12:37
Putin və Cinpin Ağ Evin yeni zalında qonaq ola bilər - Tramp açıqladı...

05.11.2026 / 12:30
Mirzoyan Türkiyə ilə sərhədlərin hər an açıla biləcəyini deyir...

05.11.2026 / 12:20
Seçki məğlubiyyəti Ağ Evdə şok effekti yaratdı... Tramp dəyişikliyə hazırlaşır – Heqset və Rubio “vurula” bilər...

05.11.2026 / 12:09
​​​​​​​Nəqliyyat vasitələrinin utilizasiyası fondu ləğv edilir...

05.11.2026 / 11:57
Orta aylıq pensiya məbləğində 45 manat artım - 640 manat olacaq...

05.11.2026 / 11:43
Gələn il bir sıra sosial müavinətlər artırılacaq...

05.11.2026 / 11:25
BMT rəsmisi “ASAN xidmət” modelini digər ölkələr üçün nümunə adlandırdı

05.11.2026 / 11:07
Hörmüz boğazında minaya düşən iki tankerə köməyə gələn yedək gəmisi də alov aldı...

05.11.2026 / 10:51
Samvel Karapetyan barəsində 1 aylıq həbs qətimkan tədbiri seçildi...

05.11.2026 / 10:35
İranın lovğalanması Trampı hərbi əməliyyatları bərpa etməyə sövq edə bilər...

05.11.2026 / 10:31
Prezident: "Azərbaycan bundan sonra da Dayanıqlı İnkişaf Məqsədlərinin təşviqini dəstəkləyəcək"

05.11.2026 / 10:29
“ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir" - Prezident

05.11.2026 / 10:25
Dünya Azərbaycanlılarının VI Qurultayı keçiriləcək...

05.11.2026 / 10:25
Prezident İlham Əliyev beynəlxalq tədbir iştirakçılarına müraciət ünvanladı...

05.11.2026 / 10:16
Bakıda BMT İdarəetmə İnnovasiyaları Sammiti keçirilir

05.11.2026 / 09:52
Ukrayna Ryazanda neft zavodunu və Wildberries anbarını vurdu...

05.11.2026 / 09:28
Vens seçkilərdə respublikaçıların məğlubiyyətinin 4 əsas səbəbini açıqladı - buna dəydimi...

05.11.2026 / 09:10
SOCAR ABŞ-da 1,65 milyard dollarlıq aktiv alır - müqavilə imzalandı

05.11.2026 / 06:07
4 Knesset üzvü də Netanyahunu dəstəkləməyəcəyini açıqladı

05.11.2026 / 06:00
Tramp həm “impiçmentdən qorxmuram” dedi, həm də veto hüququnu xatırlatdı

04.11.2026 / 23:49
Macarıstan da Rusiya neft-qazından imtina edir…

04.11.2026 / 23:21
Prezidentin “Şərəf” ordeni ilə təltif etdiyi Kamran İmanov kimdir? - DOSYE

04.11.2026 / 21:40
Dünya Rusiyadan təhlükəsizlik təminatı istəyir, Rusiya isə Ukraynadan... Qalmaqal...

04.11.2026 / 21:19
Türkiyə Rusiyanın TDT üzvlüyünə rəsmi cavab verdi...

04.11.2026 / 21:04
Çində Ukraynaya sərfəli olmayan "yeni Yalta" sxemi hazırlanır...

04.11.2026 / 20:41
5 dövlət + NATO formatında Ukrayna ilə bağlı maraqlı müzakirə başladı...

04.11.2026 / 20:24
Tramp çox əlamətdar tarixi gündə İsrailə 4 milyardlıq hərbi yardımı kəsdi...

04.11.2026 / 20:07
Erməni mediası 2009-dan sonra Türkiyədə verdiyimiz yatırımlara qəribə izah verir... Guya...

04.11.2026 / 19:50
Trampın uduzmasından sonra da neftin bahalaşması dayanmadı...

04.11.2026 / 19:26
AK Parti Türkmənistanda da dini işlərlə ilgilənməyə başladı... Hicab da olacaq?

04.11.2026 / 19:10
Bu ana kimi onlar bizdən pul qazanırdılar, indi Azərbaycan mətbuatı onlardan qazanacaq...

04.11.2026 / 18:51
Amerikalıların son Qarabağ müharibəsindən kitab yazmaqlarının ayrı mənası var...

04.11.2026 / 18:35
Samvel Karapetyan, keçmiş PA rəhbəri və daha 36 nəfər saxlanıldı - Paşinyan rəqiblərini məhv edir...

04.11.2026 / 18:16
Ramiz Mehdiyevin çevriliş planını Rusiyaya kim çatdırıb? - YENİ FAKTLAR...

04.11.2026 / 18:02
Netanyahu bu vəziyyətə düşdü - hökumətə həm indiki iqtidar, həm də müxalifət rəhbərlik edəcək...

04.11.2026 / 17:46
Prezidentin sosial media hesablarında “AIREX 2026” sərgisi ilə bağlı videoçarx paylaşılıb

04.11.2026 / 17:40
İsrailin 4 müxalifət partiyası Netanyahuya qarşı hərəkətə keçdi - fövqəladə hökumət qurulur...

04.11.2026 / 17:15
Melaniya Tramp Rusiya və Ukrayna nümayəndələrini Ağ Evdə bir araya gətirir

04.11.2026 / 17:03
Yaşı 80-i keçən siyasətçilər Amerika siyasətini də qocaldır

04.11.2026 / 16:49
Dövlət qurumu yeni internet tarifləri müəyyənləşdirdi

04.11.2026 / 16:42
Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

04.11.2026 / 16:29
Qeşm adasına ABŞ-ın zərbələri Hörmüzdən azad neft keçidini təmin edə bilər?

04.11.2026 / 16:25
Ermənistan və Azərbaycan Rusiya, Çin və Qərb arasında: kimin manevr azadlığı daha çoxdur?

04.11.2026 / 16:22
Səudiyyə vəliəhdi Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:21
Avropa məhkəməsi Toroyanın mübahisəli ölümünü yüzlərlə qətl edilmiş azərbaycanlıdan üstün tutdu...

04.11.2026 / 16:20
Səudiyyə Kralı Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:18
Məkkə Sazişi İranı ABŞ hücumlarından müdafiə edir?..

04.11.2026 / 16:15
Pakistan Prezidenti Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

04.11.2026 / 16:07
Keçmiş nazirin oğluna yeni vəzifə verildi

04.11.2026 / 15:53
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edildi

04.11.2026 / 15:48
G20 sammitinə dəvət: Azərbaycanın və Prezident İlham Əliyevin artan beynəlxalq nüfuzunun sübutu

04.11.2026 / 15:40
Hersoq qərar verəcək - Netanyahu müsəlman qətliamını davam etdirəcək, ya...

04.11.2026 / 15:17
"Ermənistan Azərbaycanla ikitərəfli ticarəti genişləndirir" - Paşinyan

04.11.2026 / 14:52
"Gələn ildən növbəti böyük sosial islahat paketi planlaşdırılır" - Sahil Babayev

04.11.2026 / 14:39
Gələn il pensiyalar bu qədər artırılacaq...

04.11.2026 / 14:25
İspaniyadan Trampın seçki məlubiyyətinə ilk reaksiya - ifrat sağçı dalğa artıq dağılır…

04.11.2026 / 14:10
164 min manatlıq dələduzluq - boşanma mübahisəsindən istifadə edib qadının mənzilini və avtomobilini ələ keçirdi...

04.11.2026 / 13:57
Fuad Nağıyev professor Məhərrəm Zülfüqarlını təltif edib

04.11.2026 / 13:47
İran ABŞ-dakı seçkilərə belə reaksiya verdi - amerikalılar 'MÜHARİBƏYƏ YOX' dedilər...

04.11.2026 / 13:46
Paşinyan yeni konstitusiyanı bu ay dərc edəcəyinə söz verdi...

04.11.2026 / 13:34
ABŞ çərşənbə günü İrana zərbə endirə bilər – İDDİA…

04.11.2026 / 13:19
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq...

04.11.2026 / 13:07
Uşağın doğulmasına görə müavinət 600 manatdan 1500 manata qaldırılır...

04.11.2026 / 12:54
Respublikaçılar ümidini növbəti seçkiyə bağladı - Conson 2028-də aşağı palata üzərində nəzarətin bərpasına əmindir

04.11.2026 / 12:42
“Neft və mürəkkəb: Neftlə yazılmış hekayələr” sənədli filminin premyerası olub - FOTO

04.11.2026 / 12:40
"2027-ci ildə orta illik inflyasiya 5,3 faiz proqnozlaşdırılır" - Nazir

04.11.2026 / 12:31
Prezident və Birinci xanım “AIREX 2026” sərgisi ilə tanış olublar - FOTO

04.11.2026 / 12:17
Kürdəmir xəstəxanasında 125 min manatlıq yeyinti - bir nəfər barəsində qətimkan tədbiri seçildi...

04.11.2026 / 12:01
Azərbaycanda dəfn pulu artırılır - 946-dan 1200-ə...

04.11.2026 / 11:47
Ukrayna “Ozon”un Adıgeydəki logistika mərkəzini vurdu – güclü yanğın başladı... Sifarişlər dayandırıldı...

Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

XƏBƏR ARXİVİ