Cümə axşamı günü, 05 noyabr 2026
     

Bəşər tarixinin ən qanlı faciələri: 31 mart Azərbaycanlıların soyqırımı - FOTO

Image


Martın 29-da Xətai Rayon İcra Hakimiyyətinin və Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon təşkilatının birgə təşkilatçılığı ilə 31 Mart-Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar tədbir keçirilib. 

Tədbir iştirakçıları öncə torpaqlarımızın azadlığı uğrunda canlarından keçən Vətən övladlarının, həmçinin soyqırımı qurbanlarının xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

YAP Xətai rayon təşkilatının sədri Vüqar Rəhimzadə çıxış edərək bildirib ki, tarix faktlara əsaslanır. Azərbaycanın real həqiqətləri, tarixi faktları özündə əks etdirən təbliğatının uğurlu nəticələri göz önündədir. İnformasiya mübarizəsi bütün dövrlər üçün öz aktuallığını qoruyur. İllər keçdikcə tarixi araşdırmaların miqyasının genişləndirilməsi, yeni faktların üzə çıxması  erməni yalanlarının ifşasında öz sözünü deyir. Ermənilər tarixin müxtəlif dövrlərində havadarlarının dəstəyinə arxalanaraq  azərbaycanlılara və türklərə qarşı soyqırımı, etnik təmizləmə siyasəti həyata keçiriblər. Lakin erməni diasporu və lobbisinin fitnəkarlığı sayəsində özlərini  beynəlxalq aləmə  "yazıq, məzlum" millət kimi təqdim edərək belə əsassız, qeyri-ciddi təbliğatlarının uzunömürlü olacağını düşünüblər. Hər bir addımında tarixi ədalətə, beynəlxalq hüquqa söykənən Azərbaycanın 1993-cü ildə Ulu Öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra həqiqətlərimizin təbliği istiqamətində atdığı addımlar tarixi həqiqətlərimizin bütün dünyaya çatdırılmasına yönəldilmişdi.  Ümummilli Liderin   26 mart  1998-ci il tarixli Fərmanı  ilə  31 Martın Azərbaycanlıların Soyqırımı Günü kimi qeyd olunması da həqiqətlərimizin təbliğində, dünyaya ədalət, beynəlxalq hüquq məfhumlarının xatırladılmasında mühüm addım oldu. 

Vüqar Rəhimzadə qeyd edib ki, Azərbaycanın informasiya cəbhəsində üstünlüyü  uğurlarımızda özünün aydın ifadəsini tapır. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, tarix var, sənədlər var, xəritələr var. Ermənilərin və onlara havadarlıq edən dövlətlərin ölkəmizə qarşı apardıqları əsassız təbliğatların qarşısında Azərbaycanın tarixi faktları dayanır. Tarixi Zəfərimiz, ötən ilin sentyabr ayında həyata keçirilən lokal antiterror tədbirləri nəticəsində suverenliyimizin tam bərpa olunması ədalətin təntənəsidir. Artıq tarixin arxivinə atılmış keçmiş Qarabağ münaqişəsi ermənilərin 1988-ci ildə əsassız torpaq iddiaları nəticəsində yaranmışdı. Münaqişə nəticəsində bir milyondan artıq soydaşımız qaçqın və məcburi köçkün düşdü, 20 faiz torpaqlarımız 30 il işğal altında qaldı. Erməni vəhşiliyinin ən bariz göstəricisi olan Xocalı soyqırımı yaşandı. 32 ildən sonra soydaşlarımızın bu faciəni öz torpaqlarında anmaları tarixi ədalətin, beynəlxalq hüququn Azərbaycanın yanında olmasının nümayişidir. Dövlət başçısı İlham Əliyevin "Faciələrimizi unutmamalıyıq" çağırışı hər birimizin qarşısında bu vəzifəni qoyur ki, təbliğat işinə öz töhfəmizi verək, tariximizin hər bir səhifəsini öyrənək, indiki və gələcək nəsillərə çatdıraq.

  YAP Xətai rayon təşkilatının sədri bu məqamı da xüsusi vurğulayıb ki, bu gün şəhidlərimizin, soyqırımı qurbanlarının ruhu şaddır. Şuşada, Xankəndidə, Xocalıda, Kəlbəcərdə, Laçında, Ağdamda, işğaldan azad edilmiş bütün torpaqlarımızda Azərbaycan Bayrağı dalğalanır.

Çıxış edən Xətai Rayon İcra Hakimiyyəti başçısının müavini Etibar Əhmədov ermənilərin "böyük Ermənistan" xülyalarından,  azərbaycanlılara qarşı törətdikləri kütləvi qətllər və soyqırımı aktlarından bəhs edib. Bildirib ki, 1918-ci il martın 30-da  Bakıda başlanan kütləvi qırğınlar Bakı şəhəri ilə məhdudlaşmadı, Şamaxıda, Qubada, Lənkəranda, Muğan bölgəsi və Qarabağda minlərlə kənd yandırıldı, on minlərlə insan vəhşicəsinə qətlə yetirildi. Tarixin səhifələri vərəqləndikcə yeni-yeni faktlar, erməni vəhşiliyinin tükürpərdən səhnələri üzə çıxır. Son vaxtlar məlumatların dəqiqləşdirilməsi istiqamətində axtarışlar genişləndirilir,  arxiv sənədləri, soyqırımları təsdiqləyən çoxsaylı sübutlar aşkarlanır. 

Etibar Əhmədov diqqəti həqiqətlərimizin təbliği istiqamətində atılan addımlara yönəldərək vurğulayıb ki,  Ümummilli Lider Heydər Əliyevin 1998-ci il martın 26-da imzaladığı Fərmanla 31 mart Azərbaycanlıların Soyqırımı Günü elan edildi. Azərbaycanlılara qarşı törədilən bu bəşəri cinayət barədə həqiqətlərin ölkə və dünya ictimaiyyətinə daha dolğun çatdırılması məqsədilə Prezident İlham Əliyevin Sərəncamı ilə 2018-ci il ölkəmizdə "Azərbaycan Xalq Cümhuriyyəti ili" elan edildi, həmçinin həmin ildə "1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında" Sərəncam imzalandı. Heydər Əliyev Fondunun tariximizin, həqiqətlərimizin təbliği istiqamətində həyata keçirdiyi layihələr təqdirəlayiqdir.

AMEA-nın Tarix və Etnologiya İnstitutunun Qərbi Azərbaycan şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru Cəbi Bəhramov bildirib ki, Ümummilli Lider Heydər Əliyevin 1998-ci ilin mart ayının 26-da imzaladığı Fərmana əsasən, 31 mart tarixi Azərbaycanlıların Soyqırımı Günü kimi qeyd olunur. Bu, gələcək nəsillərin həmin tarixi hadisələri unutmaması, keçmişimizin xatırlanması üçün çox mühüm bir sənəddir. Ulu Öndərin imzaladığı Fərmanla məhz 31 mart tarixinin Azərbaycanlıların Soyqırımı Günü kimi qeyd edilməsinin həm hüquqi, həm də tarixi əsasları var. Məhz bu iki məqam həmin Fərmanın imzalanmasına zəmin yaratdı. Azərbaycan dövləti müstəqillik qazandıqdan sonra öz tarixinə müraciət etməyə, keçmişini araşdırmağa, tarixdə olan qara ləkələri ayırd etməyə haqq qazandı. Ümumiyyətlə, "soyqırımı" beynəlxalq hüquqi termininin mahiyyəti 1948-ci ildə ilk dəfə BMT-nin İnsan Hüquqları Komitəsinin qəbul etdiyi 264 saylı Konvensiyaya uyğun olaraq müəyyən edilib və bu anlayış bir dövlət, bir siyasi qurum, hərbi təşkilatın bir milləti, xalqı, etnik qrupu qəsdən, bilərəkdən irqi, dini, milli mənsubiyyətinə görə məhvə məhkum etməsini ifadə edir. Məhz bu məqamları nəzərə alsaq, söyləyə bilərik ki, azərbaycanlıların etnik təmizləməyə, deportasiyaya və soyqırımına məruz qalmasının 200 illik tarixi var. Erməni kilsəsinin fitvası, erməni terror təşkilatlarının - Daşnaksütyun, ASALA və digər qruplaşmaların iştirakı ilə azərbaycanlılara qarşı etnik təmizləmə, deportasiya və soyqırımı həyata keçirilib. Çar Rusiyası, Sovet hökuməti, İngiltərə hökuməti isə onların ilhamvericiləri olub. Bütün bunların hamısı arxiv sənədləri ilə təsdiq olunub.

Tarixçi alim Bəxtiyar Həsənov çıxışında bildirib ki, tarixi  Zəfərimiz, ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpa olunması   faciələrimizi,  zaman-zaman ermənilərin həyata keçirdikləri  soyqırımı və deportasiyaları  unutdurmur, ona yeni məzmun  gətirir. Dövlət başçısı İlham Əliyevin qeyd etdiyi kimi, biz heç vaxt  işğalı, erməni vəhşiliyini unutmamalıyıq. Eyni zamanda, onu da unutmamalıyıq ki, bu gün Azərbaycan güclüdür, Ermənistan zəifdir. Ermənistan tərəfinin davranışı da məhz bu amillərə söykənir. Biz real həyatda yaşayırıq və 1990-cı illərin əvvəlində Ermənistan tərəfindən bizə qarşı aparılmış etnik təmizləmə siyasətini, Xocalı soyqırımını, işğalı heç vaxt unutmamalıyıq.




VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Bunu səfir Birol Akgünə açıq məktubum kimi də oxuya bilərsiniz - Aydın QULİYEV yazır...

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

SON XƏBƏRLƏR

05.11.2026 / 14:33
Vuçiçin Moskvaya qaçan silahdaşlarının təyyarəsi Litva üzərindən geri qaytarıldı...

05.11.2026 / 14:14
Paşinyan Türkiyə gedir...

05.11.2026 / 14:06
Azərbaycanın konstitusiya tələbi Ermənistanda "baş-ayaq" təqdim olundu...

05.11.2026 / 13:50
Ermənistan hökuməti TRIPP-lə bağlı parlamentin fövqəladə iclasını çağırdı...

05.11.2026 / 13:43
"Azərbaycan radiosu milli yaddaşımızın və mədəni irsimizin etibarlı qoruyucularından biridir" - Əhməd İsmayılov

05.11.2026 / 13:39
Gələn ilin büdcəsində neftin qiyməti 65 dollar götürülüb

05.11.2026 / 13:25
Ünvanlı dövlət sosial yardımının məbləği artırılır...

05.11.2026 / 13:12
Ərdoğan Bakıya gəlir...

05.11.2026 / 13:04
Gələn il üçün yaşayış minimumu 314 manat müəyyən edilib

05.11.2026 / 12:57
“AİD Group” təhsil şirkətinin rəhbəri həbs olundu - dələduzluq, saxta sənədlər hazırlamaq ittihamı...

05.11.2026 / 12:40
Dronla İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alındı - DTX-dan əməliyyat...

05.11.2026 / 12:37
Putin və Cinpin Ağ Evin yeni zalında qonaq ola bilər - Tramp açıqladı...

05.11.2026 / 12:30
Mirzoyan Türkiyə ilə sərhədlərin hər an açıla biləcəyini deyir...

05.11.2026 / 12:20
Seçki məğlubiyyəti Ağ Evdə şok effekti yaratdı... Tramp dəyişikliyə hazırlaşır – Heqset və Rubio “vurula” bilər...

05.11.2026 / 12:09
​​​​​​​Nəqliyyat vasitələrinin utilizasiyası fondu ləğv edilir...

05.11.2026 / 11:57
Orta aylıq pensiya məbləğində 45 manat artım - 640 manat olacaq...

05.11.2026 / 11:43
Gələn il bir sıra sosial müavinətlər artırılacaq...

05.11.2026 / 11:25
BMT rəsmisi “ASAN xidmət” modelini digər ölkələr üçün nümunə adlandırdı

05.11.2026 / 11:07
Hörmüz boğazında minaya düşən iki tankerə köməyə gələn yedək gəmisi də alov aldı...

05.11.2026 / 10:51
Samvel Karapetyan barəsində 1 aylıq həbs qətimkan tədbiri seçildi...

05.11.2026 / 10:35
İranın lovğalanması Trampı hərbi əməliyyatları bərpa etməyə sövq edə bilər...

05.11.2026 / 10:31
Prezident: "Azərbaycan bundan sonra da Dayanıqlı İnkişaf Məqsədlərinin təşviqini dəstəkləyəcək"

05.11.2026 / 10:29
“ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir" - Prezident

05.11.2026 / 10:25
Dünya Azərbaycanlılarının VI Qurultayı keçiriləcək...

05.11.2026 / 10:25
Prezident İlham Əliyev beynəlxalq tədbir iştirakçılarına müraciət ünvanladı...

05.11.2026 / 10:16
Bakıda BMT İdarəetmə İnnovasiyaları Sammiti keçirilir

05.11.2026 / 09:52
Ukrayna Ryazanda neft zavodunu və Wildberries anbarını vurdu...

05.11.2026 / 09:28
Vens seçkilərdə respublikaçıların məğlubiyyətinin 4 əsas səbəbini açıqladı - buna dəydimi...

05.11.2026 / 09:10
SOCAR ABŞ-da 1,65 milyard dollarlıq aktiv alır - müqavilə imzalandı

05.11.2026 / 06:07
4 Knesset üzvü də Netanyahunu dəstəkləməyəcəyini açıqladı

05.11.2026 / 06:00
Tramp həm “impiçmentdən qorxmuram” dedi, həm də veto hüququnu xatırlatdı

04.11.2026 / 23:49
Macarıstan da Rusiya neft-qazından imtina edir…

04.11.2026 / 23:21
Prezidentin “Şərəf” ordeni ilə təltif etdiyi Kamran İmanov kimdir? - DOSYE

04.11.2026 / 21:40
Dünya Rusiyadan təhlükəsizlik təminatı istəyir, Rusiya isə Ukraynadan... Qalmaqal...

04.11.2026 / 21:19
Türkiyə Rusiyanın TDT üzvlüyünə rəsmi cavab verdi...

04.11.2026 / 21:04
Çində Ukraynaya sərfəli olmayan "yeni Yalta" sxemi hazırlanır...

04.11.2026 / 20:41
5 dövlət + NATO formatında Ukrayna ilə bağlı maraqlı müzakirə başladı...

04.11.2026 / 20:24
Tramp çox əlamətdar tarixi gündə İsrailə 4 milyardlıq hərbi yardımı kəsdi...

04.11.2026 / 20:07
Erməni mediası 2009-dan sonra Türkiyədə verdiyimiz yatırımlara qəribə izah verir... Guya...

04.11.2026 / 19:50
Trampın uduzmasından sonra da neftin bahalaşması dayanmadı...

04.11.2026 / 19:26
AK Parti Türkmənistanda da dini işlərlə ilgilənməyə başladı... Hicab da olacaq?

04.11.2026 / 19:10
Bu ana kimi onlar bizdən pul qazanırdılar, indi Azərbaycan mətbuatı onlardan qazanacaq...

04.11.2026 / 18:51
Amerikalıların son Qarabağ müharibəsindən kitab yazmaqlarının ayrı mənası var...

04.11.2026 / 18:35
Samvel Karapetyan, keçmiş PA rəhbəri və daha 36 nəfər saxlanıldı - Paşinyan rəqiblərini məhv edir...

04.11.2026 / 18:16
Ramiz Mehdiyevin çevriliş planını Rusiyaya kim çatdırıb? - YENİ FAKTLAR...

04.11.2026 / 18:02
Netanyahu bu vəziyyətə düşdü - hökumətə həm indiki iqtidar, həm də müxalifət rəhbərlik edəcək...

04.11.2026 / 17:46
Prezidentin sosial media hesablarında “AIREX 2026” sərgisi ilə bağlı videoçarx paylaşılıb

04.11.2026 / 17:40
İsrailin 4 müxalifət partiyası Netanyahuya qarşı hərəkətə keçdi - fövqəladə hökumət qurulur...

04.11.2026 / 17:15
Melaniya Tramp Rusiya və Ukrayna nümayəndələrini Ağ Evdə bir araya gətirir

04.11.2026 / 17:03
Yaşı 80-i keçən siyasətçilər Amerika siyasətini də qocaldır

04.11.2026 / 16:49
Dövlət qurumu yeni internet tarifləri müəyyənləşdirdi

04.11.2026 / 16:42
Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

04.11.2026 / 16:29
Qeşm adasına ABŞ-ın zərbələri Hörmüzdən azad neft keçidini təmin edə bilər?

04.11.2026 / 16:25
Ermənistan və Azərbaycan Rusiya, Çin və Qərb arasında: kimin manevr azadlığı daha çoxdur?

04.11.2026 / 16:22
Səudiyyə vəliəhdi Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:21
Avropa məhkəməsi Toroyanın mübahisəli ölümünü yüzlərlə qətl edilmiş azərbaycanlıdan üstün tutdu...

04.11.2026 / 16:20
Səudiyyə Kralı Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:18
Məkkə Sazişi İranı ABŞ hücumlarından müdafiə edir?..

04.11.2026 / 16:15
Pakistan Prezidenti Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

04.11.2026 / 16:07
Keçmiş nazirin oğluna yeni vəzifə verildi

04.11.2026 / 15:53
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edildi

04.11.2026 / 15:48
G20 sammitinə dəvət: Azərbaycanın və Prezident İlham Əliyevin artan beynəlxalq nüfuzunun sübutu

04.11.2026 / 15:40
Hersoq qərar verəcək - Netanyahu müsəlman qətliamını davam etdirəcək, ya...

04.11.2026 / 15:17
"Ermənistan Azərbaycanla ikitərəfli ticarəti genişləndirir" - Paşinyan

04.11.2026 / 14:52
"Gələn ildən növbəti böyük sosial islahat paketi planlaşdırılır" - Sahil Babayev

04.11.2026 / 14:39
Gələn il pensiyalar bu qədər artırılacaq...

04.11.2026 / 14:25
İspaniyadan Trampın seçki məlubiyyətinə ilk reaksiya - ifrat sağçı dalğa artıq dağılır…

04.11.2026 / 14:10
164 min manatlıq dələduzluq - boşanma mübahisəsindən istifadə edib qadının mənzilini və avtomobilini ələ keçirdi...

04.11.2026 / 13:57
Fuad Nağıyev professor Məhərrəm Zülfüqarlını təltif edib

04.11.2026 / 13:47
İran ABŞ-dakı seçkilərə belə reaksiya verdi - amerikalılar 'MÜHARİBƏYƏ YOX' dedilər...

04.11.2026 / 13:46
Paşinyan yeni konstitusiyanı bu ay dərc edəcəyinə söz verdi...

04.11.2026 / 13:34
ABŞ çərşənbə günü İrana zərbə endirə bilər – İDDİA…

04.11.2026 / 13:19
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq...

04.11.2026 / 13:07
Uşağın doğulmasına görə müavinət 600 manatdan 1500 manata qaldırılır...

04.11.2026 / 12:54
Respublikaçılar ümidini növbəti seçkiyə bağladı - Conson 2028-də aşağı palata üzərində nəzarətin bərpasına əmindir

04.11.2026 / 12:42
“Neft və mürəkkəb: Neftlə yazılmış hekayələr” sənədli filminin premyerası olub - FOTO

04.11.2026 / 12:40
"2027-ci ildə orta illik inflyasiya 5,3 faiz proqnozlaşdırılır" - Nazir

04.11.2026 / 12:31
Prezident və Birinci xanım “AIREX 2026” sərgisi ilə tanış olublar - FOTO

04.11.2026 / 12:17
Kürdəmir xəstəxanasında 125 min manatlıq yeyinti - bir nəfər barəsində qətimkan tədbiri seçildi...

04.11.2026 / 12:01
Azərbaycanda dəfn pulu artırılır - 946-dan 1200-ə...

04.11.2026 / 11:47
Ukrayna “Ozon”un Adıgeydəki logistika mərkəzini vurdu – güclü yanğın başladı... Sifarişlər dayandırıldı...

Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

XƏBƏR ARXİVİ