Cümə axşamı günü, 05 noyabr 2026
     

Ermənistan KTMT-də fəaliyyətini de-yure dondurdu...

Image


Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında Ermənistanın fəaliyyətini dayandırması həm bu ölkənin özündə, həm də Rusiyada getdikcə daha sərt tənqidlə qarşılanır. Amma buna baxmayaraq, Ermənistan hakimiyyəti təşkilatla münasibətdə getdikcə daha sərt mövqe sərgiləyir. 

Hətta fikirlər də yayılır ki, Qərb Ermənistan vasitəsilə sözügedən qurumu parçalamaq, sonda dağıtmaq istəyir. 

Yuxarıda qeyd edilənlər təbii olaraq Rusiyanın kəskin hiddətinə səbəb olur. Elə bu fonda Rusiya xarici işlər naziri Sergey Lavrov Ermənistan baş naziri Nikol Paşinyanı yenidən ikitərəfli münasibətlərin pozulmasında ittiham edib. "İzvestiya" qəzetinə müsahibəsində o deyib: "Müxtəlif görüşlər üçün İrəvana gedəndə baş nazir Nikol Paşinyanla da danışmışam. Mənə elə gəlirdi ki, o, Rusiya ilə müttəfiqlik münasibətlərinin davam etdirilməsinin, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) və Avrasiya İqtisadi İttifaqı (Aİİ) çərçivəsində qarşılıqlı fəaliyyətin Ermənistana nə fayda gətirəcəyini hələ də başa düşür. Amma indi həm Ermənistanın Təhlükəsizlik Şurasında, həm də parlamentdə Ermənistan rəsmiləri birbaşa deyirlər ki, bizə Avropa İttifaqına daha çox bel bağlamaq lazımdır. Onların sözlərinə görə, KTMT guya respublika qarşısında öz öhdəliklərini yerinə yetirmir. KTMT missiyasının mandatı 2021-ci ildə tam razılaşdırılmışdı, lakin səhər Paşinyan konsensusun olmadığını bildirdi. Gecəyə qədər oturduq, hər şeyi təsdiqlədik, səhər prezidentlər, baş nazirlər görüşəndə isə məlum oldu ki, qərarla bağlı razılıq yoxdur. Bir neçə gün sonra Paşinyan Avropa İttifaqının (Aİ) sülhməramlı missiyasını Ermənistana dəvət etdi. Rəsmi İrəvan Azərbaycana bunun cəmi 2 ay çəkəcəyini vəd etmişdi. 2 aydan sonra isə Aİ bu missiyanı ikiqat artırdı. İndi Kanada, Norveç və ABŞ-dən olan hərbi personal ora göndərilir və bu missiya Şimali Atlantika Alyansının missiyasına çevrilir". Onu da qeyd edək ki, hələ bir ay əvvəl Paşinyan bildirmişdi ki, Ermənistan KTMT üzvlüyünü de-yure də dondura bilər: "Biz sual verdik ki, Ermənistan Respublikasında KTMT-nin məsuliyyət sahəsi nədir. Amma  bugünə qədər cavab almamışıq. Öhdəliklərini yerinə yetirmək əvəzinə, KTMT Ermənistan üçün təhlükəsizlik problemləri yaradır. İndi biz faktiki olaraq üzvlüyü dondurmuşuq və bu proses davam edərsə, onu de-yure də dondurmalı olacağıq, başqa nə edə bilərik?". Ermənistan parlamentinin spikeri Alen Simonyan isə qeyd edir ki, üzvlük artıq de-yure də dondurulub: "Ermənistan KTMT-dəki  iştirakını bu qurumun mövcud olub-olmadığını, fəaliyyət göstərdiyini və ya regionu tərk edib-etmədiyini anlayana qədər dondurub". Simonyan onu da bildirib ki, Ermənistanın hərəkətləri ölkənin suverenliyini qorumağa yönəlib. Xatırladaq ki, KTMT-nin baş katibi İmanqali Tasmaqambetov da bildirib ki, Ermənistan son vaxtlar Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı katibliyinin işində iştirak etməyib, lakin katibliyə İrəvandan üzvlüyün dayandırılması ilə bağlı heç bir rəsmi açıqlama daxil olmayıb: "Biz, təbii ki, analitiklərimizin və onların əlində olan vasitələrin köməyi ilə Ermənistan ətrafındakı vəziyyəti və Ermənistanla KTMT arasındakı münasibətləri təhlil edirik. Gizlətməyəcəm ki, erməni elitasında müəyyən hadisələr narahatlıq doğurur. Amma biz Ermənistan rəhbərliyinin siyasi sayıqlıq nümayiş etdirəcəyinə və təşkilatla bağlı müxtəlif ssenarilərin həyata keçirilməsi perspektivlərinin düşünülmüş şəkildə qiymətləndirilməsinə ümid edirik".

Qeyd edək ki, KTMT-yə hazırda Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan, Rusiya və Tacikistan daxildir. Amma bu gedişlə  Ermənistanın KTMT sıralarını tərk etməsi gözlənilir. Hətta bu fonda Ermənistan KTMT Parlament Assambleyasının "Crocus City Hall"da törədilən terror aktını pisləyən bəyanatına qoşulmayıb. Alen Simonyanın mətbuat katibi Nelli Qulyan bu xüsusda qeyd edib: "KTMT-dən Ermənistan tərəfinə bəyanata qoşulmaq təklifi olub, biz onu rədd etdik, çünki Ermənistan KTMT-dəki üzvlüyünü dondurub". KTMT parlamentarilərinin Moskvadakı terror aktını pisləyən bəyanatına Ermənistanın niyə qoşulmaması ilə bağlı sual hakim "Vətəndaş müqaviləsi" fraksiyanın deputatı Babken Tunyanı təəccübləndirir: "Niyə bu hər hansı konkret platforma vasitəsilə baş vermədi? Biz bunu başa düşməliyik. İndi simpatiyadan və ya faciədən danışırıq, yoxsa hansısa platformadan? Çünki münasibəti və qınamağı müəyyən edən budursa, məncə, biz fərqli şeylər düşünürük". Deputatın sözlərinə görə, İrəvandan Moskvaya kifayət qədər başsağlığı məktubları gpndərilib: " Ermənistanın mövqeyi bu platformada həll olunmur". "Əgər erməni tərəfi bu platformada terroru pisləyən bəyanata belə qoşulmağı məqsədəuyğun hesab etmirsə, niyə bu strukturu tərk etmir?" Tunyan bunu başqa mövzu sayıb: "Bu başqa sualdır". Hakimiyyəti təmsil edən digər deputat Mariya Karapetyan deyib ki, məsələ Paşinyanın dediyi məqamdadır: "KTMT-nin Ermənistan Respublikasının sərhədini göstərmək problemi var, oriyentasiya problemi var. Ona görə də vəziyyət tam olaraq Ermənistanın baş nazirinin qeyd etdiyi nöqtədə qalır". Parlamentin müxalif "Hayastan" fraksiyasının üzvü Artur Xaçatryan isə fərqli düşünür: "Əgər hər hansı alyansın üzvü olmağa davam etsəniz, işləməlisiniz. Beynəlxalq münasibətlərdə dar və təcrid olunmuş yanaşma qəbul edilmir. İki simlə oynamaq çox risqlidir. Əgər problem varsa, o problemin həllinə çalışmaq lazımdır. Əks halda yanaşmalar bir-birinə uyğun gəlmirsə, niyə KTMT-nin sərhədlərimizi tanımasını gözləyirsiniz? Nikol Paşinyan, siz ölkənin sərhədlərini qanuniləşdirmisiniz ki, kimdən də nəsə istəyirsiniz? İndi başqa təşkilatlara və ölkələrə qəzəblənmək qeyri-ciddidir". Bununla belə, KTMT eyni iş tərzini davam etdirərsə, Ermənistanın baş naziri alyansdan çıxmaq perspektivini istisna etməyib.

Samirə SƏFƏROVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Bunu səfir Birol Akgünə açıq məktubum kimi də oxuya bilərsiniz - Aydın QULİYEV yazır...

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

SON XƏBƏRLƏR

05.11.2026 / 14:33
Vuçiçin Moskvaya qaçan silahdaşlarının təyyarəsi Litva üzərindən geri qaytarıldı...

05.11.2026 / 14:14
Paşinyan Türkiyə gedir...

05.11.2026 / 14:06
Azərbaycanın konstitusiya tələbi Ermənistanda "baş-ayaq" təqdim olundu...

05.11.2026 / 13:50
Ermənistan hökuməti TRIPP-lə bağlı parlamentin fövqəladə iclasını çağırdı...

05.11.2026 / 13:43
"Azərbaycan radiosu milli yaddaşımızın və mədəni irsimizin etibarlı qoruyucularından biridir" - Əhməd İsmayılov

05.11.2026 / 13:39
Gələn ilin büdcəsində neftin qiyməti 65 dollar götürülüb

05.11.2026 / 13:25
Ünvanlı dövlət sosial yardımının məbləği artırılır...

05.11.2026 / 13:12
Ərdoğan Bakıya gəlir...

05.11.2026 / 13:04
Gələn il üçün yaşayış minimumu 314 manat müəyyən edilib

05.11.2026 / 12:57
“AİD Group” təhsil şirkətinin rəhbəri həbs olundu - dələduzluq, saxta sənədlər hazırlamaq ittihamı...

05.11.2026 / 12:40
Dronla İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alındı - DTX-dan əməliyyat...

05.11.2026 / 12:37
Putin və Cinpin Ağ Evin yeni zalında qonaq ola bilər - Tramp açıqladı...

05.11.2026 / 12:30
Mirzoyan Türkiyə ilə sərhədlərin hər an açıla biləcəyini deyir...

05.11.2026 / 12:20
Seçki məğlubiyyəti Ağ Evdə şok effekti yaratdı... Tramp dəyişikliyə hazırlaşır – Heqset və Rubio “vurula” bilər...

05.11.2026 / 12:09
​​​​​​​Nəqliyyat vasitələrinin utilizasiyası fondu ləğv edilir...

05.11.2026 / 11:57
Orta aylıq pensiya məbləğində 45 manat artım - 640 manat olacaq...

05.11.2026 / 11:43
Gələn il bir sıra sosial müavinətlər artırılacaq...

05.11.2026 / 11:25
BMT rəsmisi “ASAN xidmət” modelini digər ölkələr üçün nümunə adlandırdı

05.11.2026 / 11:07
Hörmüz boğazında minaya düşən iki tankerə köməyə gələn yedək gəmisi də alov aldı...

05.11.2026 / 10:51
Samvel Karapetyan barəsində 1 aylıq həbs qətimkan tədbiri seçildi...

05.11.2026 / 10:35
İranın lovğalanması Trampı hərbi əməliyyatları bərpa etməyə sövq edə bilər...

05.11.2026 / 10:31
Prezident: "Azərbaycan bundan sonra da Dayanıqlı İnkişaf Məqsədlərinin təşviqini dəstəkləyəcək"

05.11.2026 / 10:29
“ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir" - Prezident

05.11.2026 / 10:25
Dünya Azərbaycanlılarının VI Qurultayı keçiriləcək...

05.11.2026 / 10:25
Prezident İlham Əliyev beynəlxalq tədbir iştirakçılarına müraciət ünvanladı...

05.11.2026 / 10:16
Bakıda BMT İdarəetmə İnnovasiyaları Sammiti keçirilir

05.11.2026 / 09:52
Ukrayna Ryazanda neft zavodunu və Wildberries anbarını vurdu...

05.11.2026 / 09:28
Vens seçkilərdə respublikaçıların məğlubiyyətinin 4 əsas səbəbini açıqladı - buna dəydimi...

05.11.2026 / 09:10
SOCAR ABŞ-da 1,65 milyard dollarlıq aktiv alır - müqavilə imzalandı

05.11.2026 / 06:07
4 Knesset üzvü də Netanyahunu dəstəkləməyəcəyini açıqladı

05.11.2026 / 06:00
Tramp həm “impiçmentdən qorxmuram” dedi, həm də veto hüququnu xatırlatdı

04.11.2026 / 23:49
Macarıstan da Rusiya neft-qazından imtina edir…

04.11.2026 / 23:21
Prezidentin “Şərəf” ordeni ilə təltif etdiyi Kamran İmanov kimdir? - DOSYE

04.11.2026 / 21:40
Dünya Rusiyadan təhlükəsizlik təminatı istəyir, Rusiya isə Ukraynadan... Qalmaqal...

04.11.2026 / 21:19
Türkiyə Rusiyanın TDT üzvlüyünə rəsmi cavab verdi...

04.11.2026 / 21:04
Çində Ukraynaya sərfəli olmayan "yeni Yalta" sxemi hazırlanır...

04.11.2026 / 20:41
5 dövlət + NATO formatında Ukrayna ilə bağlı maraqlı müzakirə başladı...

04.11.2026 / 20:24
Tramp çox əlamətdar tarixi gündə İsrailə 4 milyardlıq hərbi yardımı kəsdi...

04.11.2026 / 20:07
Erməni mediası 2009-dan sonra Türkiyədə verdiyimiz yatırımlara qəribə izah verir... Guya...

04.11.2026 / 19:50
Trampın uduzmasından sonra da neftin bahalaşması dayanmadı...

04.11.2026 / 19:26
AK Parti Türkmənistanda da dini işlərlə ilgilənməyə başladı... Hicab da olacaq?

04.11.2026 / 19:10
Bu ana kimi onlar bizdən pul qazanırdılar, indi Azərbaycan mətbuatı onlardan qazanacaq...

04.11.2026 / 18:51
Amerikalıların son Qarabağ müharibəsindən kitab yazmaqlarının ayrı mənası var...

04.11.2026 / 18:35
Samvel Karapetyan, keçmiş PA rəhbəri və daha 36 nəfər saxlanıldı - Paşinyan rəqiblərini məhv edir...

04.11.2026 / 18:16
Ramiz Mehdiyevin çevriliş planını Rusiyaya kim çatdırıb? - YENİ FAKTLAR...

04.11.2026 / 18:02
Netanyahu bu vəziyyətə düşdü - hökumətə həm indiki iqtidar, həm də müxalifət rəhbərlik edəcək...

04.11.2026 / 17:46
Prezidentin sosial media hesablarında “AIREX 2026” sərgisi ilə bağlı videoçarx paylaşılıb

04.11.2026 / 17:40
İsrailin 4 müxalifət partiyası Netanyahuya qarşı hərəkətə keçdi - fövqəladə hökumət qurulur...

04.11.2026 / 17:15
Melaniya Tramp Rusiya və Ukrayna nümayəndələrini Ağ Evdə bir araya gətirir

04.11.2026 / 17:03
Yaşı 80-i keçən siyasətçilər Amerika siyasətini də qocaldır

04.11.2026 / 16:49
Dövlət qurumu yeni internet tarifləri müəyyənləşdirdi

04.11.2026 / 16:42
Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

04.11.2026 / 16:29
Qeşm adasına ABŞ-ın zərbələri Hörmüzdən azad neft keçidini təmin edə bilər?

04.11.2026 / 16:25
Ermənistan və Azərbaycan Rusiya, Çin və Qərb arasında: kimin manevr azadlığı daha çoxdur?

04.11.2026 / 16:22
Səudiyyə vəliəhdi Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:21
Avropa məhkəməsi Toroyanın mübahisəli ölümünü yüzlərlə qətl edilmiş azərbaycanlıdan üstün tutdu...

04.11.2026 / 16:20
Səudiyyə Kralı Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:18
Məkkə Sazişi İranı ABŞ hücumlarından müdafiə edir?..

04.11.2026 / 16:15
Pakistan Prezidenti Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

04.11.2026 / 16:07
Keçmiş nazirin oğluna yeni vəzifə verildi

04.11.2026 / 15:53
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edildi

04.11.2026 / 15:48
G20 sammitinə dəvət: Azərbaycanın və Prezident İlham Əliyevin artan beynəlxalq nüfuzunun sübutu

04.11.2026 / 15:40
Hersoq qərar verəcək - Netanyahu müsəlman qətliamını davam etdirəcək, ya...

04.11.2026 / 15:17
"Ermənistan Azərbaycanla ikitərəfli ticarəti genişləndirir" - Paşinyan

04.11.2026 / 14:52
"Gələn ildən növbəti böyük sosial islahat paketi planlaşdırılır" - Sahil Babayev

04.11.2026 / 14:39
Gələn il pensiyalar bu qədər artırılacaq...

04.11.2026 / 14:25
İspaniyadan Trampın seçki məlubiyyətinə ilk reaksiya - ifrat sağçı dalğa artıq dağılır…

04.11.2026 / 14:10
164 min manatlıq dələduzluq - boşanma mübahisəsindən istifadə edib qadının mənzilini və avtomobilini ələ keçirdi...

04.11.2026 / 13:57
Fuad Nağıyev professor Məhərrəm Zülfüqarlını təltif edib

04.11.2026 / 13:47
İran ABŞ-dakı seçkilərə belə reaksiya verdi - amerikalılar 'MÜHARİBƏYƏ YOX' dedilər...

04.11.2026 / 13:46
Paşinyan yeni konstitusiyanı bu ay dərc edəcəyinə söz verdi...

04.11.2026 / 13:34
ABŞ çərşənbə günü İrana zərbə endirə bilər – İDDİA…

04.11.2026 / 13:19
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq...

04.11.2026 / 13:07
Uşağın doğulmasına görə müavinət 600 manatdan 1500 manata qaldırılır...

04.11.2026 / 12:54
Respublikaçılar ümidini növbəti seçkiyə bağladı - Conson 2028-də aşağı palata üzərində nəzarətin bərpasına əmindir

04.11.2026 / 12:42
“Neft və mürəkkəb: Neftlə yazılmış hekayələr” sənədli filminin premyerası olub - FOTO

04.11.2026 / 12:40
"2027-ci ildə orta illik inflyasiya 5,3 faiz proqnozlaşdırılır" - Nazir

04.11.2026 / 12:31
Prezident və Birinci xanım “AIREX 2026” sərgisi ilə tanış olublar - FOTO

04.11.2026 / 12:17
Kürdəmir xəstəxanasında 125 min manatlıq yeyinti - bir nəfər barəsində qətimkan tədbiri seçildi...

04.11.2026 / 12:01
Azərbaycanda dəfn pulu artırılır - 946-dan 1200-ə...

04.11.2026 / 11:47
Ukrayna “Ozon”un Adıgeydəki logistika mərkəzini vurdu – güclü yanğın başladı... Sifarişlər dayandırıldı...

Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

XƏBƏR ARXİVİ