Cümə axşamı günü, 05 noyabr 2026
     

Ukraynaya xəyanətin yeni şok təfərrüatları üzə çıxır...

Image


Rusiyanın bu il mayın sonu və ya iyunda Ukraynaya qarşı yeni genişmiqyaslı hücuma keçməsi gözlənilir. Bunu Ukrayna prezidenti Volodimir Zelenski "CBS News"a açıqlamasında deyib. O bildirib ki, silah-sursat çatışmazlığı ilə üzləşən Ukrayna müdafiəçiləri bu hücuma hazır deyil və Qərbin göndərəcəyi silahlara ehtiyacı var.

Zelenski Rusiyanın tükənməz raket ehtiyatları və mərmilərinin bəzi kəndləri məhv etdiyini əlavə edib: "Bizim mərmilərimiz, artilleriya mərmilərimiz, bir çox müxtəlif nəsnələrimiz yoxdur. Bizim yardıma indi ehtiyacımız var". Ukrayna prezidenti vurğulayıb ki, onun qüvvələri Rusiyanın hücumunu dayandırsa da növbəti genişmiqyaslı hücuma qarşı müdafiəyə hazır deyil. O, Rusiyanın xüsusilə də uzaqvuran artilleriya imkanlarının Ukrayna ilə müqayisədə daha yaxşı olduğunu etiraf edib: "Baxmut, Avdeyevka, Lisiçansk, Soledar və digər yerlərdə artilleriya mərmisinin vuruş məsafəsi 20 kilometrdən çox olan düşmənə qarşı döyüşmək həqiqətən də çətin idi, bizim artilleriyamız isə 20 kilometrdən qısa məsafəyə atəş açır". O, Ukraynanın daha çox "Patriot" hava hücumundan müdafiə sisteminə və artilleriyaya ehtiyac duyduğunu qeyd edib. Zelenski ABŞ-nin ayırdığı milyardlarla dolların hələ də ABŞ-də qaldığını deyib: "On milyardlarla dollar ABŞ-də qalır. Gəlin dürüst olaq, Konqres, administrasiya tərəfindən ayırılan vəsaitin əksər hallarda 80%-i, ən azı 75%-dən çoxu ABŞ-da qalır. Bizə sursat gəlir, lakin istehsal orada baş verir və pul da ABŞ-də qalır, vergilər ABŞ-da qalır. Bəli, bizə nəhəng dəstək gəlir, lakin bizim buna ehtiyacımız var". Zelenski onu da bildirib ki, ABŞ və Avropada hələ müharibə yoxdur, lakin çox yaxında bu müharibə başlaya bilər və Rusiya raketləri o istiqamətdə uçacaq. Ukrayna rəhbərinin sözlərinə görə, Avropa İttifaqı (Aİ) Rusiya ilə hərbi münaqişəyə girərsə, o zaman Amerika əsgərləri bütün Avropanı müdafiə etməli olacaq, çünki ABŞ NATO-nun üzvüdür: "Hazırda Birləşmiş Ştatlarda müharibə yoxdur, amma çox tezliklə müharibə ora gəlib çata bilər. Həm Avropaya, həm də ABŞ-yə. Hələlik Rusiya raketləri ABŞ-yə çatmır, amma sabah bu raketlər istənilən ölkəyə uça bilər". Beləliklə, səslənən açıqlamalar göstərir ki, Qərb indiki halda Ukraynanı çox çətin durumda qoyub. Britaniyanın Civitas analitik mərkəzinin hərbi eksperti Robert Klark da bunu etiraf edir: "Qərb Rusiyanın uğurlarına görə Ukraynadan üz döndərə və ona yardımı dayandıra bilər. Kiyevin müttəfiqləri səbrsizlikdən xəbər verməyə başlayır və bu, hərbi və iqtisadi yardımların kəsilməsinə gətirib çıxarır. Eyni zamanda, Rusiya sənayesi Aİ və Ukraynanı qabaqlayır. Ukrayna üçün 2024-cü il amansız xəyanətlə başa çata bilər. Kiyev bir il əvvəlkindən daha qaranlıq vəziyyətdədir".

ABŞ-ın NATO-dakı keçmiş səfiri İvo Daalder də bildirib ki, ABŞ-dakı siyasi dəyişikliklər və prezidentliyə potensial namizəd Donald Trampın fəaliyyəti Ukraynaya yardımın həcminə təsir edir. Diplomat etiraf edib ki, Ukrayna ABŞ yardımını itirəcək. Buna görə də o, Kiyevin 2024-cü ilin birinci yarısında Moskvaya uduzacağını güman edir. Məhşur "Forbes" nəşri isə qeyd edir: "Ağ Ev administrasiyası maliyyə və hərbi yardımı dayandırmaqla Ukraynaya xəyanət etdi. Amerikanın Ukraynaya yardımı ötən il dekabrın sonlarında başa çatdıqda və ABŞ Konqresindəki rusiyapərəst respublikaçılar Co Baydenin təklifinə səs verməkdən imtina edəndə ilk olaraq Ukrayna artilleriya batareyaları ABŞ-ın xəyanətini hiss etdi. Bu vəziyyət Rusiya Silahlı Qüvvələrinə ağır silahları cəbhə xəttinə daha yaxın yerləşdirməyə imkan verir. Bir il əvvəl rus qoşunları cəbhəyə yaxın bu qədər kiçik bir ərazidə bu qədər ağır silah yerləşdirmək risqinə girə bilməzdi". Avropa Parlamentinin İrlandiyadan olan üzvü Kler Deyli də bu xüsusda maraqlı açıqlamalr verib: "Qərb dövlətləri Ukraynanı münaqişənin onun üçün əlverişsiz olan sülh yolu ilə həllinə məcbur etməyə çalışır.       Artıq Qərbin qaçılmaz xəyanəti başlayıb. İndi on minlərlə insanın öldüyü vaxt Ukrayna NATO dostlarının onu mübarizəni davam etdirməyə çağırdığı 2022-ci ilin aprelindən daha pis vəziyyətə düşür". Bu arada Qərb analitikləri Ukrayna prezidenti Volodimir Zelenskinin çevriliş qorxusundan sülh yolu ilə nizamlanmaya qərar verməyəcəyini iddia edirlər. Onların fikrincə, o, təkbaşına Rusiya ilə danışıqlar masasına əyləşməyəcəyinə görə Vaşinqton onu buna məcbur etməlidir. Ukraynanın müdafiə naziri Rustem Umerov Aİ-dən olan həmkarlarına məktub yazaraq, sursat çatışmazlığı ilə bağlı vəziyyəti kritik adlandırıb. Hələ bu il yanvarın ortalarında prezident Volodimir Zelenski etiraf etdi ki, dünyada Ukraynanın Rusiya ordusu ilə qarşıdurmaya tab gətirməsi üçün kifayət qədər hərbi-sənaye kompleksi resursları yoxdur. Amma Qərb daha bu ehtiyacı qarşılamaq istəmir. Yuxarıda qeyd olunduğu kimi, ötən il dekabrın sonunda Vaşinqton son hərbi yardım paketini Kiyevə təhvil verib. Ağ Evin yeni tələbi Konqresdə təsdiqini gözləyir, lakin heç bir irəliləyiş yoxdur. ABŞ rəhbərliyi etiraf edir ki, ABŞ-ın dəstəyinin olmaması səbəbindən digər Qərb ölkələri də Kiyev hakimiyyətinə sponsorluq etməkdən "yaxşı" imtina edə bilər.

Nahid SALAYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Bunu səfir Birol Akgünə açıq məktubum kimi də oxuya bilərsiniz - Aydın QULİYEV yazır...

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

SON XƏBƏRLƏR

05.11.2026 / 14:33
Vuçiçin Moskvaya qaçan silahdaşlarının təyyarəsi Litva üzərindən geri qaytarıldı...

05.11.2026 / 14:14
Paşinyan Türkiyə gedir...

05.11.2026 / 14:06
Azərbaycanın konstitusiya tələbi Ermənistanda "baş-ayaq" təqdim olundu...

05.11.2026 / 13:50
Ermənistan hökuməti TRIPP-lə bağlı parlamentin fövqəladə iclasını çağırdı...

05.11.2026 / 13:43
"Azərbaycan radiosu milli yaddaşımızın və mədəni irsimizin etibarlı qoruyucularından biridir" - Əhməd İsmayılov

05.11.2026 / 13:39
Gələn ilin büdcəsində neftin qiyməti 65 dollar götürülüb

05.11.2026 / 13:25
Ünvanlı dövlət sosial yardımının məbləği artırılır...

05.11.2026 / 13:12
Ərdoğan Bakıya gəlir...

05.11.2026 / 13:04
Gələn il üçün yaşayış minimumu 314 manat müəyyən edilib

05.11.2026 / 12:57
“AİD Group” təhsil şirkətinin rəhbəri həbs olundu - dələduzluq, saxta sənədlər hazırlamaq ittihamı...

05.11.2026 / 12:40
Dronla İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alındı - DTX-dan əməliyyat...

05.11.2026 / 12:37
Putin və Cinpin Ağ Evin yeni zalında qonaq ola bilər - Tramp açıqladı...

05.11.2026 / 12:30
Mirzoyan Türkiyə ilə sərhədlərin hər an açıla biləcəyini deyir...

05.11.2026 / 12:20
Seçki məğlubiyyəti Ağ Evdə şok effekti yaratdı... Tramp dəyişikliyə hazırlaşır – Heqset və Rubio “vurula” bilər...

05.11.2026 / 12:09
​​​​​​​Nəqliyyat vasitələrinin utilizasiyası fondu ləğv edilir...

05.11.2026 / 11:57
Orta aylıq pensiya məbləğində 45 manat artım - 640 manat olacaq...

05.11.2026 / 11:43
Gələn il bir sıra sosial müavinətlər artırılacaq...

05.11.2026 / 11:25
BMT rəsmisi “ASAN xidmət” modelini digər ölkələr üçün nümunə adlandırdı

05.11.2026 / 11:07
Hörmüz boğazında minaya düşən iki tankerə köməyə gələn yedək gəmisi də alov aldı...

05.11.2026 / 10:51
Samvel Karapetyan barəsində 1 aylıq həbs qətimkan tədbiri seçildi...

05.11.2026 / 10:35
İranın lovğalanması Trampı hərbi əməliyyatları bərpa etməyə sövq edə bilər...

05.11.2026 / 10:31
Prezident: "Azərbaycan bundan sonra da Dayanıqlı İnkişaf Məqsədlərinin təşviqini dəstəkləyəcək"

05.11.2026 / 10:29
“ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir" - Prezident

05.11.2026 / 10:25
Dünya Azərbaycanlılarının VI Qurultayı keçiriləcək...

05.11.2026 / 10:25
Prezident İlham Əliyev beynəlxalq tədbir iştirakçılarına müraciət ünvanladı...

05.11.2026 / 10:16
Bakıda BMT İdarəetmə İnnovasiyaları Sammiti keçirilir

05.11.2026 / 09:52
Ukrayna Ryazanda neft zavodunu və Wildberries anbarını vurdu...

05.11.2026 / 09:28
Vens seçkilərdə respublikaçıların məğlubiyyətinin 4 əsas səbəbini açıqladı - buna dəydimi...

05.11.2026 / 09:10
SOCAR ABŞ-da 1,65 milyard dollarlıq aktiv alır - müqavilə imzalandı

05.11.2026 / 06:07
4 Knesset üzvü də Netanyahunu dəstəkləməyəcəyini açıqladı

05.11.2026 / 06:00
Tramp həm “impiçmentdən qorxmuram” dedi, həm də veto hüququnu xatırlatdı

04.11.2026 / 23:49
Macarıstan da Rusiya neft-qazından imtina edir…

04.11.2026 / 23:21
Prezidentin “Şərəf” ordeni ilə təltif etdiyi Kamran İmanov kimdir? - DOSYE

04.11.2026 / 21:40
Dünya Rusiyadan təhlükəsizlik təminatı istəyir, Rusiya isə Ukraynadan... Qalmaqal...

04.11.2026 / 21:19
Türkiyə Rusiyanın TDT üzvlüyünə rəsmi cavab verdi...

04.11.2026 / 21:04
Çində Ukraynaya sərfəli olmayan "yeni Yalta" sxemi hazırlanır...

04.11.2026 / 20:41
5 dövlət + NATO formatında Ukrayna ilə bağlı maraqlı müzakirə başladı...

04.11.2026 / 20:24
Tramp çox əlamətdar tarixi gündə İsrailə 4 milyardlıq hərbi yardımı kəsdi...

04.11.2026 / 20:07
Erməni mediası 2009-dan sonra Türkiyədə verdiyimiz yatırımlara qəribə izah verir... Guya...

04.11.2026 / 19:50
Trampın uduzmasından sonra da neftin bahalaşması dayanmadı...

04.11.2026 / 19:26
AK Parti Türkmənistanda da dini işlərlə ilgilənməyə başladı... Hicab da olacaq?

04.11.2026 / 19:10
Bu ana kimi onlar bizdən pul qazanırdılar, indi Azərbaycan mətbuatı onlardan qazanacaq...

04.11.2026 / 18:51
Amerikalıların son Qarabağ müharibəsindən kitab yazmaqlarının ayrı mənası var...

04.11.2026 / 18:35
Samvel Karapetyan, keçmiş PA rəhbəri və daha 36 nəfər saxlanıldı - Paşinyan rəqiblərini məhv edir...

04.11.2026 / 18:16
Ramiz Mehdiyevin çevriliş planını Rusiyaya kim çatdırıb? - YENİ FAKTLAR...

04.11.2026 / 18:02
Netanyahu bu vəziyyətə düşdü - hökumətə həm indiki iqtidar, həm də müxalifət rəhbərlik edəcək...

04.11.2026 / 17:46
Prezidentin sosial media hesablarında “AIREX 2026” sərgisi ilə bağlı videoçarx paylaşılıb

04.11.2026 / 17:40
İsrailin 4 müxalifət partiyası Netanyahuya qarşı hərəkətə keçdi - fövqəladə hökumət qurulur...

04.11.2026 / 17:15
Melaniya Tramp Rusiya və Ukrayna nümayəndələrini Ağ Evdə bir araya gətirir

04.11.2026 / 17:03
Yaşı 80-i keçən siyasətçilər Amerika siyasətini də qocaldır

04.11.2026 / 16:49
Dövlət qurumu yeni internet tarifləri müəyyənləşdirdi

04.11.2026 / 16:42
Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

04.11.2026 / 16:29
Qeşm adasına ABŞ-ın zərbələri Hörmüzdən azad neft keçidini təmin edə bilər?

04.11.2026 / 16:25
Ermənistan və Azərbaycan Rusiya, Çin və Qərb arasında: kimin manevr azadlığı daha çoxdur?

04.11.2026 / 16:22
Səudiyyə vəliəhdi Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:21
Avropa məhkəməsi Toroyanın mübahisəli ölümünü yüzlərlə qətl edilmiş azərbaycanlıdan üstün tutdu...

04.11.2026 / 16:20
Səudiyyə Kralı Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:18
Məkkə Sazişi İranı ABŞ hücumlarından müdafiə edir?..

04.11.2026 / 16:15
Pakistan Prezidenti Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

04.11.2026 / 16:07
Keçmiş nazirin oğluna yeni vəzifə verildi

04.11.2026 / 15:53
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edildi

04.11.2026 / 15:48
G20 sammitinə dəvət: Azərbaycanın və Prezident İlham Əliyevin artan beynəlxalq nüfuzunun sübutu

04.11.2026 / 15:40
Hersoq qərar verəcək - Netanyahu müsəlman qətliamını davam etdirəcək, ya...

04.11.2026 / 15:17
"Ermənistan Azərbaycanla ikitərəfli ticarəti genişləndirir" - Paşinyan

04.11.2026 / 14:52
"Gələn ildən növbəti böyük sosial islahat paketi planlaşdırılır" - Sahil Babayev

04.11.2026 / 14:39
Gələn il pensiyalar bu qədər artırılacaq...

04.11.2026 / 14:25
İspaniyadan Trampın seçki məlubiyyətinə ilk reaksiya - ifrat sağçı dalğa artıq dağılır…

04.11.2026 / 14:10
164 min manatlıq dələduzluq - boşanma mübahisəsindən istifadə edib qadının mənzilini və avtomobilini ələ keçirdi...

04.11.2026 / 13:57
Fuad Nağıyev professor Məhərrəm Zülfüqarlını təltif edib

04.11.2026 / 13:47
İran ABŞ-dakı seçkilərə belə reaksiya verdi - amerikalılar 'MÜHARİBƏYƏ YOX' dedilər...

04.11.2026 / 13:46
Paşinyan yeni konstitusiyanı bu ay dərc edəcəyinə söz verdi...

04.11.2026 / 13:34
ABŞ çərşənbə günü İrana zərbə endirə bilər – İDDİA…

04.11.2026 / 13:19
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq...

04.11.2026 / 13:07
Uşağın doğulmasına görə müavinət 600 manatdan 1500 manata qaldırılır...

04.11.2026 / 12:54
Respublikaçılar ümidini növbəti seçkiyə bağladı - Conson 2028-də aşağı palata üzərində nəzarətin bərpasına əmindir

04.11.2026 / 12:42
“Neft və mürəkkəb: Neftlə yazılmış hekayələr” sənədli filminin premyerası olub - FOTO

04.11.2026 / 12:40
"2027-ci ildə orta illik inflyasiya 5,3 faiz proqnozlaşdırılır" - Nazir

04.11.2026 / 12:31
Prezident və Birinci xanım “AIREX 2026” sərgisi ilə tanış olublar - FOTO

04.11.2026 / 12:17
Kürdəmir xəstəxanasında 125 min manatlıq yeyinti - bir nəfər barəsində qətimkan tədbiri seçildi...

04.11.2026 / 12:01
Azərbaycanda dəfn pulu artırılır - 946-dan 1200-ə...

04.11.2026 / 11:47
Ukrayna “Ozon”un Adıgeydəki logistika mərkəzini vurdu – güclü yanğın başladı... Sifarişlər dayandırıldı...

Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

XƏBƏR ARXİVİ