Cümə axşamı günü, 05 noyabr 2026
     

Qlobal gücə çevrilmiş Çinlə Azərbaycanın münasibətlərində yeni mərhələ açıldı...

Image


1970-ci illərin sonlarında başlayan islahatlar nəticəsində Çində baş verən transformasiya dünya üçün də tarixi əhəmiyyət kəsb edən hadisə hesab olunur.  Ölkənin postmaoist rəhbərliyi tərəfindən elan edilmiş  "islahat və açıqlıq siyasəti" Çinin inkişafında yeni mərhələ açıb.

Dünyanın ən çox əhalisinə malik olan ölkələrdən biri kimi Çinin nəhəng əmək potensialı iqtisadiyyatın modernləşdirilməsinə yönəlib. Bunun üçün müvafiq şərait qabaqcıl texnika və texnologiya ilə təchiz edilmiş xarici kapitalın kütləvi şəkildə cəlb edilməsi ilə yaradılıb. Çinin müasir dünya düzənində yüksəlişi və qlobal kapital sisteminə mütərəqqi inteqrasiyası da öz sözünü deyir. Çinin yarım əsrdən də az müddət ərzində yoxsul bir ölkədən dünyanın ikinci iqtisadiyyatına çevrilməsi, həyat səviyyəsinə görə dünya liderləri ilə bir cərgəyə yüksəlməsi  nümunə hesab olunur. Çinin artım üçün nəhəng ehtiyatları var. Bu templə Çin iqtisadi böyüklüyünə görə ABŞ-ı yalnız növbəti onilliyin ortalarında ötüb keçəcək. Ölkənin ÜDM-i təxminən 20 trilyon dollardır, qlobal iqtisadiyyatın təxminən 20%-ni təşkil edir. "The Telegraph" nəşri bir müddət əvvəl qeyd edilən fonda yazırdı: "Böyük tektonik sürüşmələri müşahidə etmək bəzən mümkün olmur. Digər vaxtlarda bu mümkündür və ayaqları yerdə olan hər kəs yerin hərəkətini hiss edə bilər. Çinin yüksəlişi və Amerikanın süqutu da belədir. Biz Britaniyada cinsi və irqi ayrıseçkiliyi mübahisə edərkən Çinin ən yaxşı siyasətçiləri və elçiləri ticarət sövdələşmələri edərək dünyanı dolaşırlar. Keçmişimizdəki hər şeyin iddia edilən qanunsuzluqları haqqında gülünc və məlumatsız sətirlərlə diqqətimizi yayındırsaq da, Çin sadəcə öz gələcəyinə davam edir... Vestminsterdən Vaşinqtona qədər bizi çənginə alan Çin texnologiyasını necə idarə etmək barədə bitməz-tükənməz müzakirələr var. Solçular isə belə sualın qaldırılmasının "irqçilik" ola biləcəyindən narahatdırlar. 

Bu halda Roma yanarkən Neronun skripkada ifa etməsi yada düşür. Amma indiki liderlərin etdikləri bundan da pisdir. Cəmiyyətlərimiz və hökumətlərimiz bəzən TikTok-da, bəzən Pekindəki Emmanuel Makron kimi axmaq rəqslər edir, Çin Kommunist Partiyası isə rəqs edən ayaqlarımızın altından yeri hərəkət etdirir". Çin hazırkı dönəmdə qlobal lider olmaq iddialarını ortaya qoyub. Əvvəllər Pekin özünü yalnız qlobal iqtisadi oyunçu kimi təqdim edirdi, indi isə o, dünya siyasətinin aparıcı aktorlarından birinə çevrilir. Çinin bu siyasəti ABŞ-ın dünya siyasətində hegemon olaraq qalmaq niyyətlərinə ziddir. Ancaq Çin iqtisadi gücdən siyasi gücə transformasiya olunur. 

Beləliklə, Çin yeni qlobal gücə çevrilir. Bu ölkənin münasibətlərində xüsusi diqqət yetirdiyi dövlətlərdən biri isə Azərbaycandır. Azərbaycan və Çin xalqları qədim İpək Yolu vasitəsilə sıx əlaqələrə malik olublar. Qarşılıqlı dostluq və etimad prinsiplərinə əsaslanan Azərbaycan-Çin münasibətləri illərin sınağından keçib və möhkəm təməl üzərində qurulub.

 Ölkəmizin Çindəki səfiri Bünyad Hüseynov Azərbaycan ilə Çin arasında bütün məsələlər üzrə qarşılıqlı anlaşma və dialoqun mövcud olduğunu, ölkələrimiz üçün xüsusi əhəmiyyət daşıyan məsələlərdə daim qarşılıqlı dəstək nümayiş etdirildiyini vurğulayır. Azərbaycan "Vahid Çin" siyasətinə bütün platformalarda dəstəyini bildirib, Çin isə Azərbaycanın ərazi bütövlüyünə, suverenliyinə daim dəstək nümayiş etdirib. Dövlət başçıları İlham Əliyevin və Si Cinpinin səyləri nəticəsində iki ölkə arasında münasibətlər dinamik və hərtərəfli inkişaf dövrünü yaşayır. Xatırladaq ki, Şanxay Əməkdaşlıq Təşkilatının Səmərqənd şəhərində keçirilən Sammiti çərçivəsindəki görüş zamanı dövlət başçıları iqtisadi əməkdaşlığın diversifikasiyası və onun keyfiyyətcə yeni məzmun ilə zənginləşdirilməsinə dair tapşırıq veriblər. Hazırda iqtisadiyyatın müxtəlif sahələri, energetika, nəqliyyat-logistika, sənaye, kənd təsərrüfatı və qarşılıqlı fəaliyyətin digər istiqamətləri üzrə əməkdaşlıq spektrinin genişləndirilməsi imkanları nəzərdən keçirilir. Azərbaycan Çinin Cənubi Qafqazdakı ən böyük ticarət tərəfdaşdır. Bundan başqa, müxtəlif sahələri təmsil edən qurumların rəhbərlərinin qarşılıqlı səfərləri əməkdaşlığın dərinləşməsinə müsbət təsir göstərir. Həmin səfərlər zamanı ölkələrimiz arasında iqtisadi-ticari, enerji, o cümlədən "yaşıl enerji", nəqliyyat-tranzit, investisiya, informasiya-kommunikasiya texnologiyaları, humanitar, turizm və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi barədə çoxsaylı razılıqlar əldə olunub. Azərbaycanda həyata keçirilən nəqliyyat-infrastruktur layihələri isə Çinin "Bir kəmər, bir yol" təşəbbüsünün reallaşmasına öz əhəmiyyətli töhfəsini verir.  "Orta dəhliz" isə Çindən Avropaya və əks istiqamətdə yüklərin daşınması üçün təhlükəsiz və əlverişli alternativ marşruta çevrilib. Bu dəhliz Çinin xarici ticarətinin inkişafına mühüm töhfə verir, bu ölkənin alternativ bazarlara çıxışını təmin edir. Dəhlizin  Çin üçün əhəmiyyəti təkcə ticarət və nəqliyyat əlaqələrinin intensivləşdirilməsində deyil, həm də ölkənin dənizə çıxışı olmayan regionlarının inkişafındadır. Çin və region ölkələri "Orta dəhliz"in kommersiya səmərəliliyinin artırılmasında maraqlıdırlar. 

Tahir TAĞIYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Bunu səfir Birol Akgünə açıq məktubum kimi də oxuya bilərsiniz - Aydın QULİYEV yazır...

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

SON XƏBƏRLƏR

05.11.2026 / 14:33
Vuçiçin Moskvaya qaçan silahdaşlarının təyyarəsi Litva üzərindən geri qaytarıldı...

05.11.2026 / 14:14
Paşinyan Türkiyə gedir...

05.11.2026 / 14:06
Azərbaycanın konstitusiya tələbi Ermənistanda "baş-ayaq" təqdim olundu...

05.11.2026 / 13:50
Ermənistan hökuməti TRIPP-lə bağlı parlamentin fövqəladə iclasını çağırdı...

05.11.2026 / 13:43
"Azərbaycan radiosu milli yaddaşımızın və mədəni irsimizin etibarlı qoruyucularından biridir" - Əhməd İsmayılov

05.11.2026 / 13:39
Gələn ilin büdcəsində neftin qiyməti 65 dollar götürülüb

05.11.2026 / 13:25
Ünvanlı dövlət sosial yardımının məbləği artırılır...

05.11.2026 / 13:12
Ərdoğan Bakıya gəlir...

05.11.2026 / 13:04
Gələn il üçün yaşayış minimumu 314 manat müəyyən edilib

05.11.2026 / 12:57
“AİD Group” təhsil şirkətinin rəhbəri həbs olundu - dələduzluq, saxta sənədlər hazırlamaq ittihamı...

05.11.2026 / 12:40
Dronla İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alındı - DTX-dan əməliyyat...

05.11.2026 / 12:37
Putin və Cinpin Ağ Evin yeni zalında qonaq ola bilər - Tramp açıqladı...

05.11.2026 / 12:30
Mirzoyan Türkiyə ilə sərhədlərin hər an açıla biləcəyini deyir...

05.11.2026 / 12:20
Seçki məğlubiyyəti Ağ Evdə şok effekti yaratdı... Tramp dəyişikliyə hazırlaşır – Heqset və Rubio “vurula” bilər...

05.11.2026 / 12:09
​​​​​​​Nəqliyyat vasitələrinin utilizasiyası fondu ləğv edilir...

05.11.2026 / 11:57
Orta aylıq pensiya məbləğində 45 manat artım - 640 manat olacaq...

05.11.2026 / 11:43
Gələn il bir sıra sosial müavinətlər artırılacaq...

05.11.2026 / 11:25
BMT rəsmisi “ASAN xidmət” modelini digər ölkələr üçün nümunə adlandırdı

05.11.2026 / 11:07
Hörmüz boğazında minaya düşən iki tankerə köməyə gələn yedək gəmisi də alov aldı...

05.11.2026 / 10:51
Samvel Karapetyan barəsində 1 aylıq həbs qətimkan tədbiri seçildi...

05.11.2026 / 10:35
İranın lovğalanması Trampı hərbi əməliyyatları bərpa etməyə sövq edə bilər...

05.11.2026 / 10:31
Prezident: "Azərbaycan bundan sonra da Dayanıqlı İnkişaf Məqsədlərinin təşviqini dəstəkləyəcək"

05.11.2026 / 10:29
“ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir" - Prezident

05.11.2026 / 10:25
Dünya Azərbaycanlılarının VI Qurultayı keçiriləcək...

05.11.2026 / 10:25
Prezident İlham Əliyev beynəlxalq tədbir iştirakçılarına müraciət ünvanladı...

05.11.2026 / 10:16
Bakıda BMT İdarəetmə İnnovasiyaları Sammiti keçirilir

05.11.2026 / 09:52
Ukrayna Ryazanda neft zavodunu və Wildberries anbarını vurdu...

05.11.2026 / 09:28
Vens seçkilərdə respublikaçıların məğlubiyyətinin 4 əsas səbəbini açıqladı - buna dəydimi...

05.11.2026 / 09:10
SOCAR ABŞ-da 1,65 milyard dollarlıq aktiv alır - müqavilə imzalandı

05.11.2026 / 06:07
4 Knesset üzvü də Netanyahunu dəstəkləməyəcəyini açıqladı

05.11.2026 / 06:00
Tramp həm “impiçmentdən qorxmuram” dedi, həm də veto hüququnu xatırlatdı

04.11.2026 / 23:49
Macarıstan da Rusiya neft-qazından imtina edir…

04.11.2026 / 23:21
Prezidentin “Şərəf” ordeni ilə təltif etdiyi Kamran İmanov kimdir? - DOSYE

04.11.2026 / 21:40
Dünya Rusiyadan təhlükəsizlik təminatı istəyir, Rusiya isə Ukraynadan... Qalmaqal...

04.11.2026 / 21:19
Türkiyə Rusiyanın TDT üzvlüyünə rəsmi cavab verdi...

04.11.2026 / 21:04
Çində Ukraynaya sərfəli olmayan "yeni Yalta" sxemi hazırlanır...

04.11.2026 / 20:41
5 dövlət + NATO formatında Ukrayna ilə bağlı maraqlı müzakirə başladı...

04.11.2026 / 20:24
Tramp çox əlamətdar tarixi gündə İsrailə 4 milyardlıq hərbi yardımı kəsdi...

04.11.2026 / 20:07
Erməni mediası 2009-dan sonra Türkiyədə verdiyimiz yatırımlara qəribə izah verir... Guya...

04.11.2026 / 19:50
Trampın uduzmasından sonra da neftin bahalaşması dayanmadı...

04.11.2026 / 19:26
AK Parti Türkmənistanda da dini işlərlə ilgilənməyə başladı... Hicab da olacaq?

04.11.2026 / 19:10
Bu ana kimi onlar bizdən pul qazanırdılar, indi Azərbaycan mətbuatı onlardan qazanacaq...

04.11.2026 / 18:51
Amerikalıların son Qarabağ müharibəsindən kitab yazmaqlarının ayrı mənası var...

04.11.2026 / 18:35
Samvel Karapetyan, keçmiş PA rəhbəri və daha 36 nəfər saxlanıldı - Paşinyan rəqiblərini məhv edir...

04.11.2026 / 18:16
Ramiz Mehdiyevin çevriliş planını Rusiyaya kim çatdırıb? - YENİ FAKTLAR...

04.11.2026 / 18:02
Netanyahu bu vəziyyətə düşdü - hökumətə həm indiki iqtidar, həm də müxalifət rəhbərlik edəcək...

04.11.2026 / 17:46
Prezidentin sosial media hesablarında “AIREX 2026” sərgisi ilə bağlı videoçarx paylaşılıb

04.11.2026 / 17:40
İsrailin 4 müxalifət partiyası Netanyahuya qarşı hərəkətə keçdi - fövqəladə hökumət qurulur...

04.11.2026 / 17:15
Melaniya Tramp Rusiya və Ukrayna nümayəndələrini Ağ Evdə bir araya gətirir

04.11.2026 / 17:03
Yaşı 80-i keçən siyasətçilər Amerika siyasətini də qocaldır

04.11.2026 / 16:49
Dövlət qurumu yeni internet tarifləri müəyyənləşdirdi

04.11.2026 / 16:42
Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

04.11.2026 / 16:29
Qeşm adasına ABŞ-ın zərbələri Hörmüzdən azad neft keçidini təmin edə bilər?

04.11.2026 / 16:25
Ermənistan və Azərbaycan Rusiya, Çin və Qərb arasında: kimin manevr azadlığı daha çoxdur?

04.11.2026 / 16:22
Səudiyyə vəliəhdi Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:21
Avropa məhkəməsi Toroyanın mübahisəli ölümünü yüzlərlə qətl edilmiş azərbaycanlıdan üstün tutdu...

04.11.2026 / 16:20
Səudiyyə Kralı Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:18
Məkkə Sazişi İranı ABŞ hücumlarından müdafiə edir?..

04.11.2026 / 16:15
Pakistan Prezidenti Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

04.11.2026 / 16:07
Keçmiş nazirin oğluna yeni vəzifə verildi

04.11.2026 / 15:53
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edildi

04.11.2026 / 15:48
G20 sammitinə dəvət: Azərbaycanın və Prezident İlham Əliyevin artan beynəlxalq nüfuzunun sübutu

04.11.2026 / 15:40
Hersoq qərar verəcək - Netanyahu müsəlman qətliamını davam etdirəcək, ya...

04.11.2026 / 15:17
"Ermənistan Azərbaycanla ikitərəfli ticarəti genişləndirir" - Paşinyan

04.11.2026 / 14:52
"Gələn ildən növbəti böyük sosial islahat paketi planlaşdırılır" - Sahil Babayev

04.11.2026 / 14:39
Gələn il pensiyalar bu qədər artırılacaq...

04.11.2026 / 14:25
İspaniyadan Trampın seçki məlubiyyətinə ilk reaksiya - ifrat sağçı dalğa artıq dağılır…

04.11.2026 / 14:10
164 min manatlıq dələduzluq - boşanma mübahisəsindən istifadə edib qadının mənzilini və avtomobilini ələ keçirdi...

04.11.2026 / 13:57
Fuad Nağıyev professor Məhərrəm Zülfüqarlını təltif edib

04.11.2026 / 13:47
İran ABŞ-dakı seçkilərə belə reaksiya verdi - amerikalılar 'MÜHARİBƏYƏ YOX' dedilər...

04.11.2026 / 13:46
Paşinyan yeni konstitusiyanı bu ay dərc edəcəyinə söz verdi...

04.11.2026 / 13:34
ABŞ çərşənbə günü İrana zərbə endirə bilər – İDDİA…

04.11.2026 / 13:19
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq...

04.11.2026 / 13:07
Uşağın doğulmasına görə müavinət 600 manatdan 1500 manata qaldırılır...

04.11.2026 / 12:54
Respublikaçılar ümidini növbəti seçkiyə bağladı - Conson 2028-də aşağı palata üzərində nəzarətin bərpasına əmindir

04.11.2026 / 12:42
“Neft və mürəkkəb: Neftlə yazılmış hekayələr” sənədli filminin premyerası olub - FOTO

04.11.2026 / 12:40
"2027-ci ildə orta illik inflyasiya 5,3 faiz proqnozlaşdırılır" - Nazir

04.11.2026 / 12:31
Prezident və Birinci xanım “AIREX 2026” sərgisi ilə tanış olublar - FOTO

04.11.2026 / 12:17
Kürdəmir xəstəxanasında 125 min manatlıq yeyinti - bir nəfər barəsində qətimkan tədbiri seçildi...

04.11.2026 / 12:01
Azərbaycanda dəfn pulu artırılır - 946-dan 1200-ə...

04.11.2026 / 11:47
Ukrayna “Ozon”un Adıgeydəki logistika mərkəzini vurdu – güclü yanğın başladı... Sifarişlər dayandırıldı...

Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

XƏBƏR ARXİVİ