Cümə axşamı günü, 05 noyabr 2026
     

“Krokus terroru” Moskvanın Orta Asiya ölkələri ilə əlaqələrinə böyük zərbə vurdu...

Image


Təbriz Musayev: "Miqrantların axını dayansa, bu, Rusiya iqtisadiyyatı üçün fəlakət olacaq"

Moskva yaxınlığındakı Crocus City Hall konsert zalındakı terror aktının məsuliyyətinin Orta Asiyadan olan miqrantların üzərinə atılmasından sonra Qırğızıstanın Xarici İşlər Nazirliyi ölkə vətəndaşlarını mümkünsə Rusiyaya səfərlərini təxirə salmağı və bu ölkəyə səfər edərkən həmişə bütün lazımi sənədləri özləri ilə aparmağı tövsiyə edib. 

Özbəkistanın hakimiyyət orqanları da Rusiyada qalan və ya ora getməyi planlaşdıran bütün ölkə vətəndaşları üçün oxşar tövsiyə verib.

O da məlum olub ki, Türkmənistan paytaxtından Moskvaya uçmağa çalışan bir çox sərnişinin təyyarəyə minmələrinə icazə verilməyib. Məlum terror aktı Rusiyada, xüsusən də müsəlman Orta Asiya ölkələrindən olan işçilərə qarşı anti-immiqrant əhval-ruhiyyəsinin artmasına səbəb olub. Biri Qırğızıstandan, qalanları isə Tacikistandan olmaqla, 7 şübhəli tutularaq istintaq təcridxanasına yerləşdirilib. 

Məlum məsələdir ki, bütün bunlar Mərkəzi Asiya ölkələrindən Rusiyaya miqrant axınına mənfi təsir göstərəcək. Söhbət taciklərdən, qırğızlardan, özbəklərdən və türkmənlərdən gedir. Ehtimallar var ki, onlar bundan sonra daha çox Türkiyəyə, Körfəz ölkələrinə, Cənubi Koreyaya axın edəcəklər. Bu da iki istiqamət üzrə nəticələr doğura bilər. Birincisi, Rusiyada işçi qüvvəsinə tələbat daha da artacaq və əmək qüvvəsi çatışmazlığı yarana bilər. İkincisi, bu, Mərkəzi Asiya ölkələri ilə Rusiyanın arasında münasibətlərin soyumasına təsir edəcəkmi? O cümlədən, Mərkəzi Asiyada Qərbin fəallaşmaq cəhdlərinin yeni mərhələsini doğura bilərmi? Yəni bu ona gətirib çıxara bilərmi ki, Orta Asiyadan Rusiyaya miqrant axını azalsın və onlar əsasən digər yaxın region ölkələrinə getsinlər? Ümumən, sadalanan iki istiqamətdə nə kimi perspektivlər gözlənilir?

"Onlara qarşı pis münasibət səngiməsə, bu, Orta Asiya ölkələri ilə Moskvanın münasibətlərini pisləşdirəcək" 

Sözügedən məsələni "Bakı-Xəbər"ə şərh edən İrəvan Azadlıq Təşkilatının sədri Təbriz Musayev baş verənlərə bir neçə prizmadan yanaşdı: "Əvvəla, Rusiyanın miqrantlara ciddi ehtiyacı var. Miqrantlara ehtiyacları olmasa onları ölkələrinə buraxmazlar. Məsələ ondadır ki, Rusiya dünyada ərazisinin böyüklüyünə görə birinci olsa da, əhali sayı buna adekvat deyil. Orada ucsuz-bucaqsız ərazilər var ki, əhali yaşamır. Hələ Ukrayna ilə müharibə başlamazdan əvvəl Rusiya əhalisi azalırdı və hətta Putin səviyyəsində ölkənin ciddi demoqrafik problemlə üzləşdiyi bəyan edilib. Müharibədən əvvəl hər il 1 milyondan çox Rusiya əhalisi azalırdı. Bütün bunlara baxmayaraq, Rusiyada miqrantlarla bağlı qanunvericilik getdikcə daha da sərtləşdirilir. Məlum terror aktı Rusiyada miqrantlara münasibətdə şovinizm əhvl-ruhiyəsini daha da gücləndirib. Üstəlik, Rusiyanın müvafiq qurumları bundan sui-istifadə edirlər. Miqrantları yerli-yersiz incidirlər. Halbuki, Orta Asiyanın 3 ölkəsi Rusiyanın yaratdığı KTMT-də, Avrasiya İqtisadi İttifaqında təmsil olunur. Əminliklə deyirəm ki, Orta Asiya miqrantlarının axını dayansa, bu, Rusiya iqtisadiyyatı üçün fəlakət olacaq. Onsuz da sanksiyalar səbəbindən iqtisadi vəziyyət yaxşı deyil. Götürək elə tacikləri. Taciklər Rusiyada ən çətin, ləyaqəti aşağılayan işləri görürlər. Özü də çox ucuz qiymətə. Niyə? Çünki buna məcburdular. Tacikistanın zəngin faydalı qazıntıları olsa da, Orta Asiyanın ən kasıb ölkəsidir. Ölkəyə sərmayə qoyuluşu əsasən Çinə məxsusdur. Miqrantlara qarşı pis münasibət səngiməsə, bu, Orta Asiya ölkələri ilə Rusiyanın münasibətlərini pisləşdirəcək. Bu da Qərbin işinə yarayacaq. Çünki bir sıra Qərb dövlətləri bu ölkələrin sərvətlərinə yiyələnmək üçün son illər fəallıqlarını artırıblar. Üstəlik, həm Rusiya, həm Qərb üçün əsas rəqiblərdən biri də Çindir. Çin əvvəl bu ölkələrə sərmayə qoyuluşunu artırır, sonra bundan istifadə edərək yumşaq güc siyasətini həyata keçirir. Xüsusən də Çinin Tacikistan və Qırğızıstanda iqtisadi təsiri artmaqdadır. Orta Asiya miqrantları baş verənlərlə əlaqədar digər regionlara üz tutacaqlar, amma düşünmürəm ki, bu, onların vəziyyətini daha da yaxşılaşdıracaq. Çünki digər ölkələrdə miqrantlara münasibət müxtəlifdir".

Vidadi ORDAHALLI



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Bunu səfir Birol Akgünə açıq məktubum kimi də oxuya bilərsiniz - Aydın QULİYEV yazır...

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

SON XƏBƏRLƏR

05.11.2026 / 14:33
Vuçiçin Moskvaya qaçan silahdaşlarının təyyarəsi Litva üzərindən geri qaytarıldı...

05.11.2026 / 14:14
Paşinyan Türkiyə gedir...

05.11.2026 / 14:06
Azərbaycanın konstitusiya tələbi Ermənistanda "baş-ayaq" təqdim olundu...

05.11.2026 / 13:50
Ermənistan hökuməti TRIPP-lə bağlı parlamentin fövqəladə iclasını çağırdı...

05.11.2026 / 13:43
"Azərbaycan radiosu milli yaddaşımızın və mədəni irsimizin etibarlı qoruyucularından biridir" - Əhməd İsmayılov

05.11.2026 / 13:39
Gələn ilin büdcəsində neftin qiyməti 65 dollar götürülüb

05.11.2026 / 13:25
Ünvanlı dövlət sosial yardımının məbləği artırılır...

05.11.2026 / 13:12
Ərdoğan Bakıya gəlir...

05.11.2026 / 13:04
Gələn il üçün yaşayış minimumu 314 manat müəyyən edilib

05.11.2026 / 12:57
“AİD Group” təhsil şirkətinin rəhbəri həbs olundu - dələduzluq, saxta sənədlər hazırlamaq ittihamı...

05.11.2026 / 12:40
Dronla İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alındı - DTX-dan əməliyyat...

05.11.2026 / 12:37
Putin və Cinpin Ağ Evin yeni zalında qonaq ola bilər - Tramp açıqladı...

05.11.2026 / 12:30
Mirzoyan Türkiyə ilə sərhədlərin hər an açıla biləcəyini deyir...

05.11.2026 / 12:20
Seçki məğlubiyyəti Ağ Evdə şok effekti yaratdı... Tramp dəyişikliyə hazırlaşır – Heqset və Rubio “vurula” bilər...

05.11.2026 / 12:09
​​​​​​​Nəqliyyat vasitələrinin utilizasiyası fondu ləğv edilir...

05.11.2026 / 11:57
Orta aylıq pensiya məbləğində 45 manat artım - 640 manat olacaq...

05.11.2026 / 11:43
Gələn il bir sıra sosial müavinətlər artırılacaq...

05.11.2026 / 11:25
BMT rəsmisi “ASAN xidmət” modelini digər ölkələr üçün nümunə adlandırdı

05.11.2026 / 11:07
Hörmüz boğazında minaya düşən iki tankerə köməyə gələn yedək gəmisi də alov aldı...

05.11.2026 / 10:51
Samvel Karapetyan barəsində 1 aylıq həbs qətimkan tədbiri seçildi...

05.11.2026 / 10:35
İranın lovğalanması Trampı hərbi əməliyyatları bərpa etməyə sövq edə bilər...

05.11.2026 / 10:31
Prezident: "Azərbaycan bundan sonra da Dayanıqlı İnkişaf Məqsədlərinin təşviqini dəstəkləyəcək"

05.11.2026 / 10:29
“ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir" - Prezident

05.11.2026 / 10:25
Dünya Azərbaycanlılarının VI Qurultayı keçiriləcək...

05.11.2026 / 10:25
Prezident İlham Əliyev beynəlxalq tədbir iştirakçılarına müraciət ünvanladı...

05.11.2026 / 10:16
Bakıda BMT İdarəetmə İnnovasiyaları Sammiti keçirilir

05.11.2026 / 09:52
Ukrayna Ryazanda neft zavodunu və Wildberries anbarını vurdu...

05.11.2026 / 09:28
Vens seçkilərdə respublikaçıların məğlubiyyətinin 4 əsas səbəbini açıqladı - buna dəydimi...

05.11.2026 / 09:10
SOCAR ABŞ-da 1,65 milyard dollarlıq aktiv alır - müqavilə imzalandı

05.11.2026 / 06:07
4 Knesset üzvü də Netanyahunu dəstəkləməyəcəyini açıqladı

05.11.2026 / 06:00
Tramp həm “impiçmentdən qorxmuram” dedi, həm də veto hüququnu xatırlatdı

04.11.2026 / 23:49
Macarıstan da Rusiya neft-qazından imtina edir…

04.11.2026 / 23:21
Prezidentin “Şərəf” ordeni ilə təltif etdiyi Kamran İmanov kimdir? - DOSYE

04.11.2026 / 21:40
Dünya Rusiyadan təhlükəsizlik təminatı istəyir, Rusiya isə Ukraynadan... Qalmaqal...

04.11.2026 / 21:19
Türkiyə Rusiyanın TDT üzvlüyünə rəsmi cavab verdi...

04.11.2026 / 21:04
Çində Ukraynaya sərfəli olmayan "yeni Yalta" sxemi hazırlanır...

04.11.2026 / 20:41
5 dövlət + NATO formatında Ukrayna ilə bağlı maraqlı müzakirə başladı...

04.11.2026 / 20:24
Tramp çox əlamətdar tarixi gündə İsrailə 4 milyardlıq hərbi yardımı kəsdi...

04.11.2026 / 20:07
Erməni mediası 2009-dan sonra Türkiyədə verdiyimiz yatırımlara qəribə izah verir... Guya...

04.11.2026 / 19:50
Trampın uduzmasından sonra da neftin bahalaşması dayanmadı...

04.11.2026 / 19:26
AK Parti Türkmənistanda da dini işlərlə ilgilənməyə başladı... Hicab da olacaq?

04.11.2026 / 19:10
Bu ana kimi onlar bizdən pul qazanırdılar, indi Azərbaycan mətbuatı onlardan qazanacaq...

04.11.2026 / 18:51
Amerikalıların son Qarabağ müharibəsindən kitab yazmaqlarının ayrı mənası var...

04.11.2026 / 18:35
Samvel Karapetyan, keçmiş PA rəhbəri və daha 36 nəfər saxlanıldı - Paşinyan rəqiblərini məhv edir...

04.11.2026 / 18:16
Ramiz Mehdiyevin çevriliş planını Rusiyaya kim çatdırıb? - YENİ FAKTLAR...

04.11.2026 / 18:02
Netanyahu bu vəziyyətə düşdü - hökumətə həm indiki iqtidar, həm də müxalifət rəhbərlik edəcək...

04.11.2026 / 17:46
Prezidentin sosial media hesablarında “AIREX 2026” sərgisi ilə bağlı videoçarx paylaşılıb

04.11.2026 / 17:40
İsrailin 4 müxalifət partiyası Netanyahuya qarşı hərəkətə keçdi - fövqəladə hökumət qurulur...

04.11.2026 / 17:15
Melaniya Tramp Rusiya və Ukrayna nümayəndələrini Ağ Evdə bir araya gətirir

04.11.2026 / 17:03
Yaşı 80-i keçən siyasətçilər Amerika siyasətini də qocaldır

04.11.2026 / 16:49
Dövlət qurumu yeni internet tarifləri müəyyənləşdirdi

04.11.2026 / 16:42
Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

04.11.2026 / 16:29
Qeşm adasına ABŞ-ın zərbələri Hörmüzdən azad neft keçidini təmin edə bilər?

04.11.2026 / 16:25
Ermənistan və Azərbaycan Rusiya, Çin və Qərb arasında: kimin manevr azadlığı daha çoxdur?

04.11.2026 / 16:22
Səudiyyə vəliəhdi Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:21
Avropa məhkəməsi Toroyanın mübahisəli ölümünü yüzlərlə qətl edilmiş azərbaycanlıdan üstün tutdu...

04.11.2026 / 16:20
Səudiyyə Kralı Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:18
Məkkə Sazişi İranı ABŞ hücumlarından müdafiə edir?..

04.11.2026 / 16:15
Pakistan Prezidenti Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

04.11.2026 / 16:07
Keçmiş nazirin oğluna yeni vəzifə verildi

04.11.2026 / 15:53
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edildi

04.11.2026 / 15:48
G20 sammitinə dəvət: Azərbaycanın və Prezident İlham Əliyevin artan beynəlxalq nüfuzunun sübutu

04.11.2026 / 15:40
Hersoq qərar verəcək - Netanyahu müsəlman qətliamını davam etdirəcək, ya...

04.11.2026 / 15:17
"Ermənistan Azərbaycanla ikitərəfli ticarəti genişləndirir" - Paşinyan

04.11.2026 / 14:52
"Gələn ildən növbəti böyük sosial islahat paketi planlaşdırılır" - Sahil Babayev

04.11.2026 / 14:39
Gələn il pensiyalar bu qədər artırılacaq...

04.11.2026 / 14:25
İspaniyadan Trampın seçki məlubiyyətinə ilk reaksiya - ifrat sağçı dalğa artıq dağılır…

04.11.2026 / 14:10
164 min manatlıq dələduzluq - boşanma mübahisəsindən istifadə edib qadının mənzilini və avtomobilini ələ keçirdi...

04.11.2026 / 13:57
Fuad Nağıyev professor Məhərrəm Zülfüqarlını təltif edib

04.11.2026 / 13:47
İran ABŞ-dakı seçkilərə belə reaksiya verdi - amerikalılar 'MÜHARİBƏYƏ YOX' dedilər...

04.11.2026 / 13:46
Paşinyan yeni konstitusiyanı bu ay dərc edəcəyinə söz verdi...

04.11.2026 / 13:34
ABŞ çərşənbə günü İrana zərbə endirə bilər – İDDİA…

04.11.2026 / 13:19
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq...

04.11.2026 / 13:07
Uşağın doğulmasına görə müavinət 600 manatdan 1500 manata qaldırılır...

04.11.2026 / 12:54
Respublikaçılar ümidini növbəti seçkiyə bağladı - Conson 2028-də aşağı palata üzərində nəzarətin bərpasına əmindir

04.11.2026 / 12:42
“Neft və mürəkkəb: Neftlə yazılmış hekayələr” sənədli filminin premyerası olub - FOTO

04.11.2026 / 12:40
"2027-ci ildə orta illik inflyasiya 5,3 faiz proqnozlaşdırılır" - Nazir

04.11.2026 / 12:31
Prezident və Birinci xanım “AIREX 2026” sərgisi ilə tanış olublar - FOTO

04.11.2026 / 12:17
Kürdəmir xəstəxanasında 125 min manatlıq yeyinti - bir nəfər barəsində qətimkan tədbiri seçildi...

04.11.2026 / 12:01
Azərbaycanda dəfn pulu artırılır - 946-dan 1200-ə...

04.11.2026 / 11:47
Ukrayna “Ozon”un Adıgeydəki logistika mərkəzini vurdu – güclü yanğın başladı... Sifarişlər dayandırıldı...

Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

XƏBƏR ARXİVİ