Cümə axşamı günü, 05 noyabr 2026
     

Fransa hakimiyyəti Korsika xalqına qarşı növbəti istilaçı qərarını verdi...

Image


Faiq Ələkbərli: "Korsika gec-tez öz müstəqilliyini qazanacaq"

Makron hökuməti Korsika xalqına qarşı irticaçı siyasətini hələ də davam etdirir. Haqlı olaraq mütəqillik tələb edən, özgür yaşamaq hüquna sahib olmaq istəyən korsikalıların Fransa buxovundan azad olunması müşkülə çevrilib. Bu müşkülün də həllinə mane olan birbaşa Makrondur. 

Bu toplum Fransa müstəmləkəsindən azad olmaq istəyir, amma Makron hökuməti onların azadlıq səsini boğur. Mütəmadi olaraq bu xalqa qarşı irticaçı siyasət yürüdən rəsmi Paris yenə də onların iradələri əleyhinə addım atıb, bu xalqın azadlıq istəyinin qarşısına çəpər çəkib.

Korsika parlamenti adanın muxtariyyətinə dair qanun layihəsini qəbul edib. "Le Figaro" xəbər verir ki, 6 maddədən ibarət sənəd 3 hissəyə bölünərək səsverməyə çıxarılıb. Qanunun birinci maddəsinə görə, Korsikanın Fransa hüdudları daxilində muxtariyyəti tanınır, icmanın tarixi, linqvistik və mədəni xüsusiyyətləri nəzərə alınır. 63 deputatdan 62-si bu maddənin lehinə səs verib.

Digər maddələr normativ hüquqlara, sığorta və digər məsələlərə həsr olunub. Bu maddələr də səs çoxluğu ilə qəbul edilib. Lakin müstəqillik tərəfdarı Nasione (Nazione) partiyası qanun layihəsinin əleyhinə çıxıb. Partiyanın Korsika parlamentindəki yeganə deputatı Jozefa Ciakometti Piredda (Josepha Giacometti Piredda) bütün maddələrin əleyhinə səs verib. Xanım deputatın fikrincə, Parisdə daxili işlər naziri Jerar Darmaninin rəhbərliyi altında hazırlanmış qanun layihəsi irəliyə doğru addım deyil, buxovdur. Məqsəd Konstitusiya baxımından əhəmiyyət daşımayan məsələləri rəsmiləşdirməkdir.

Sənəd qanuni qüvvəyə minməsi üçün Fransa parlamentinin hər iki palatası tərəfindən təsdiqlənməlidir.

"Fransa hökuməti muxtariyyət oyunu ilə onların müstəqilliyə gedən yolunu birdəfəlik bağlamaq istəyir" 

AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun aparıcı elmi işçisi, fəlsəfə doktoru, siyasi şərhçi Faiq Ələkbərli "Bakı-Xəbər"ə şərhində bildirdi ki, Fransa öz irticaçı siyasətini dayandırmaq istəmir, bu səbəbdən də korsikalıların müstəmləkə buxovundan azad olunmasını əngəlləyir. F.Ələkbərli hesab edir ki, Korsika parlamentində adanın muxtariyyətinə dair qanun layihəsinin qəbul edilməsinin müstəqillik tərəfdarları tərəfindən narazılıqla qarşılanması təbiidir. "Korsikalılar müstəqil olmaq istəyirlər, rəsmi Parisdən asılı olmağa son qoymaq arzusundadırlar. Amma Makron hökuməti yenə də onların bu istəklərinin, uzun illərdən bəri apardıqları mübarizənin qarşısını öz absurd addımları ilə almağa çalışırlar. Halbuki, özgürlük onların haqqıdır. Bilirsiz ki, Korsika adasının əhalisi müstəqil olmaq istəyir və bu onların haqqıdır"-deyə F.Ələkbərli bildirdi. 

F.Ələkbərli hesab edir ki, Fransa hüdudları daxilində Korsikanın muxtariyyətinə dair qərarın qəbul edilməsi korsikalıların müstəqilliyə gedən yolunu bağlamağa xidmət edir. O hesab edir ki, müstəqillik tərəfdarı olan qüvvələr bu layihənin Fransa parlamentinin hər iki palatasında təsdiqlənməsinin baş tutmaması üçün addımlar atmalıdır. "Düzdür, birdən-birə müstəqillik aktını imzalamaq çətindir. Amma buna nail olmaq üçün illərdir mübarizə aparırlar. Fransa hökuməti muxtariyyət oyunu ilə onların müstəqilliyə gedən yolunu birdəfəlik bağlamaq istəyir. 

Amma burada bir məqam da var ki, onu nəzərdən qaçırmamalıyıq. İndiyə qədər onlar çox böyük çətinliklə öz dillərini, mədəniyyətlərini, milli kimliklərini qoruyub saxlaya biliblər. Amma gələcəkdə Korsikanın müstəqil olması qaçılmazdır. Makron hökuməti elə zənn edir ki, muxtariyyət məsələsi ilə gələcəkdə Korsikanın müstəqil olmasının qarşısını ala bilər, qətiyyən belə deyil. Onlar öz mübarizələrini davam etdirəcəklər. Ola bilsin, Korsikanın daxilində kimlərsə muxtariyyət məsələsi ilə razılaşsın, amma müstəqillik tərəfdarıları öz mübarizəsini dayandırmayacaq. 

Hesab edirəm ki, nəinki Korsika, eləcə də Fransanın müstəmləkəsi olan digər xalqlar bu ölkənin əsarətindən qurtarmalıdır. Korsika gec-tez öz müstəqilliyini qazanacaq"-deyə F.Ələkbərli qeyd etdi.

F.Ələkbərli vurğuladı ki, muxtariyyət məsələsinə dair Korsikda başlayan narazılıqlar öz bəhrəsini verməlidir. O xatırlatdı ki, Fransa müstəmləkəsindən əziyyət çəkən xalqların Bakıda toplaşması, buradan dünyaya müstəqillik arzularını bəyan etməsi, eyni amalla Türkiyədə, Rusiyada və başqa ölkələrdə tədbirlər keçirilməsi nəticəsiz qalmayacaq.   

Alimin sözlərinə görə, Korsika xalqına azadlıq verməyən, müstəqil dövlət olmalarına mane olan, onların başını muxtariyyət oyunu ilə qatan rəsmi Paris, Makron hökuməti halbuki, Qarabağda bir ovuc erməniyə "müstəqillik" tələb edirdi. "Öz ərazi bütövlüyünü bu şəkildə qoruyan, xalqlara müstəqil olmaq haqqı vermək istəməyən Fransa Azərbaycanın ərazi bütövlüyünə qarşı düşmən münasibət bəsləyir, torpaqlarımızın parçalanmasını istəyirdi. Bir ovuc erməniyə "müstəqillik" tələb edirdi. Azərbaycanın ərazi bütövlüyünün əleyhinə çıxan Makron hökuməti indi niyə qoymur ki, vaxtilə işğal etdiyi ərazilərin sahibləri orda müstəqil dövlət qursunlar? Qarabağ Azərbaycanın tarixi ərazisidir, bundan başqa BMT tərəfindən təsdiqlənmiş, qəbul olunmuş torpağıdır. Azərbaycan öz ərazi bütövlüyünü, suverenliyini təmin edib, amma Fransa bunu həzm edə bilmir. Elə insanpərvərdirlərsə, korsikalıların başını muxtariyyətlə qatmasınlar, onlara müstəqillik versinlər"-deyə müsahibimiz vurğuladı. 

İradə SARIYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Bunu səfir Birol Akgünə açıq məktubum kimi də oxuya bilərsiniz - Aydın QULİYEV yazır...

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

SON XƏBƏRLƏR

05.11.2026 / 14:33
Vuçiçin Moskvaya qaçan silahdaşlarının təyyarəsi Litva üzərindən geri qaytarıldı...

05.11.2026 / 14:14
Paşinyan Türkiyə gedir...

05.11.2026 / 14:06
Azərbaycanın konstitusiya tələbi Ermənistanda "baş-ayaq" təqdim olundu...

05.11.2026 / 13:50
Ermənistan hökuməti TRIPP-lə bağlı parlamentin fövqəladə iclasını çağırdı...

05.11.2026 / 13:43
"Azərbaycan radiosu milli yaddaşımızın və mədəni irsimizin etibarlı qoruyucularından biridir" - Əhməd İsmayılov

05.11.2026 / 13:39
Gələn ilin büdcəsində neftin qiyməti 65 dollar götürülüb

05.11.2026 / 13:25
Ünvanlı dövlət sosial yardımının məbləği artırılır...

05.11.2026 / 13:12
Ərdoğan Bakıya gəlir...

05.11.2026 / 13:04
Gələn il üçün yaşayış minimumu 314 manat müəyyən edilib

05.11.2026 / 12:57
“AİD Group” təhsil şirkətinin rəhbəri həbs olundu - dələduzluq, saxta sənədlər hazırlamaq ittihamı...

05.11.2026 / 12:40
Dronla İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alındı - DTX-dan əməliyyat...

05.11.2026 / 12:37
Putin və Cinpin Ağ Evin yeni zalında qonaq ola bilər - Tramp açıqladı...

05.11.2026 / 12:30
Mirzoyan Türkiyə ilə sərhədlərin hər an açıla biləcəyini deyir...

05.11.2026 / 12:20
Seçki məğlubiyyəti Ağ Evdə şok effekti yaratdı... Tramp dəyişikliyə hazırlaşır – Heqset və Rubio “vurula” bilər...

05.11.2026 / 12:09
​​​​​​​Nəqliyyat vasitələrinin utilizasiyası fondu ləğv edilir...

05.11.2026 / 11:57
Orta aylıq pensiya məbləğində 45 manat artım - 640 manat olacaq...

05.11.2026 / 11:43
Gələn il bir sıra sosial müavinətlər artırılacaq...

05.11.2026 / 11:25
BMT rəsmisi “ASAN xidmət” modelini digər ölkələr üçün nümunə adlandırdı

05.11.2026 / 11:07
Hörmüz boğazında minaya düşən iki tankerə köməyə gələn yedək gəmisi də alov aldı...

05.11.2026 / 10:51
Samvel Karapetyan barəsində 1 aylıq həbs qətimkan tədbiri seçildi...

05.11.2026 / 10:35
İranın lovğalanması Trampı hərbi əməliyyatları bərpa etməyə sövq edə bilər...

05.11.2026 / 10:31
Prezident: "Azərbaycan bundan sonra da Dayanıqlı İnkişaf Məqsədlərinin təşviqini dəstəkləyəcək"

05.11.2026 / 10:29
“ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir" - Prezident

05.11.2026 / 10:25
Dünya Azərbaycanlılarının VI Qurultayı keçiriləcək...

05.11.2026 / 10:25
Prezident İlham Əliyev beynəlxalq tədbir iştirakçılarına müraciət ünvanladı...

05.11.2026 / 10:16
Bakıda BMT İdarəetmə İnnovasiyaları Sammiti keçirilir

05.11.2026 / 09:52
Ukrayna Ryazanda neft zavodunu və Wildberries anbarını vurdu...

05.11.2026 / 09:28
Vens seçkilərdə respublikaçıların məğlubiyyətinin 4 əsas səbəbini açıqladı - buna dəydimi...

05.11.2026 / 09:10
SOCAR ABŞ-da 1,65 milyard dollarlıq aktiv alır - müqavilə imzalandı

05.11.2026 / 06:07
4 Knesset üzvü də Netanyahunu dəstəkləməyəcəyini açıqladı

05.11.2026 / 06:00
Tramp həm “impiçmentdən qorxmuram” dedi, həm də veto hüququnu xatırlatdı

04.11.2026 / 23:49
Macarıstan da Rusiya neft-qazından imtina edir…

04.11.2026 / 23:21
Prezidentin “Şərəf” ordeni ilə təltif etdiyi Kamran İmanov kimdir? - DOSYE

04.11.2026 / 21:40
Dünya Rusiyadan təhlükəsizlik təminatı istəyir, Rusiya isə Ukraynadan... Qalmaqal...

04.11.2026 / 21:19
Türkiyə Rusiyanın TDT üzvlüyünə rəsmi cavab verdi...

04.11.2026 / 21:04
Çində Ukraynaya sərfəli olmayan "yeni Yalta" sxemi hazırlanır...

04.11.2026 / 20:41
5 dövlət + NATO formatında Ukrayna ilə bağlı maraqlı müzakirə başladı...

04.11.2026 / 20:24
Tramp çox əlamətdar tarixi gündə İsrailə 4 milyardlıq hərbi yardımı kəsdi...

04.11.2026 / 20:07
Erməni mediası 2009-dan sonra Türkiyədə verdiyimiz yatırımlara qəribə izah verir... Guya...

04.11.2026 / 19:50
Trampın uduzmasından sonra da neftin bahalaşması dayanmadı...

04.11.2026 / 19:26
AK Parti Türkmənistanda da dini işlərlə ilgilənməyə başladı... Hicab da olacaq?

04.11.2026 / 19:10
Bu ana kimi onlar bizdən pul qazanırdılar, indi Azərbaycan mətbuatı onlardan qazanacaq...

04.11.2026 / 18:51
Amerikalıların son Qarabağ müharibəsindən kitab yazmaqlarının ayrı mənası var...

04.11.2026 / 18:35
Samvel Karapetyan, keçmiş PA rəhbəri və daha 36 nəfər saxlanıldı - Paşinyan rəqiblərini məhv edir...

04.11.2026 / 18:16
Ramiz Mehdiyevin çevriliş planını Rusiyaya kim çatdırıb? - YENİ FAKTLAR...

04.11.2026 / 18:02
Netanyahu bu vəziyyətə düşdü - hökumətə həm indiki iqtidar, həm də müxalifət rəhbərlik edəcək...

04.11.2026 / 17:46
Prezidentin sosial media hesablarında “AIREX 2026” sərgisi ilə bağlı videoçarx paylaşılıb

04.11.2026 / 17:40
İsrailin 4 müxalifət partiyası Netanyahuya qarşı hərəkətə keçdi - fövqəladə hökumət qurulur...

04.11.2026 / 17:15
Melaniya Tramp Rusiya və Ukrayna nümayəndələrini Ağ Evdə bir araya gətirir

04.11.2026 / 17:03
Yaşı 80-i keçən siyasətçilər Amerika siyasətini də qocaldır

04.11.2026 / 16:49
Dövlət qurumu yeni internet tarifləri müəyyənləşdirdi

04.11.2026 / 16:42
Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

04.11.2026 / 16:29
Qeşm adasına ABŞ-ın zərbələri Hörmüzdən azad neft keçidini təmin edə bilər?

04.11.2026 / 16:25
Ermənistan və Azərbaycan Rusiya, Çin və Qərb arasında: kimin manevr azadlığı daha çoxdur?

04.11.2026 / 16:22
Səudiyyə vəliəhdi Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:21
Avropa məhkəməsi Toroyanın mübahisəli ölümünü yüzlərlə qətl edilmiş azərbaycanlıdan üstün tutdu...

04.11.2026 / 16:20
Səudiyyə Kralı Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:18
Məkkə Sazişi İranı ABŞ hücumlarından müdafiə edir?..

04.11.2026 / 16:15
Pakistan Prezidenti Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

04.11.2026 / 16:07
Keçmiş nazirin oğluna yeni vəzifə verildi

04.11.2026 / 15:53
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edildi

04.11.2026 / 15:48
G20 sammitinə dəvət: Azərbaycanın və Prezident İlham Əliyevin artan beynəlxalq nüfuzunun sübutu

04.11.2026 / 15:40
Hersoq qərar verəcək - Netanyahu müsəlman qətliamını davam etdirəcək, ya...

04.11.2026 / 15:17
"Ermənistan Azərbaycanla ikitərəfli ticarəti genişləndirir" - Paşinyan

04.11.2026 / 14:52
"Gələn ildən növbəti böyük sosial islahat paketi planlaşdırılır" - Sahil Babayev

04.11.2026 / 14:39
Gələn il pensiyalar bu qədər artırılacaq...

04.11.2026 / 14:25
İspaniyadan Trampın seçki məlubiyyətinə ilk reaksiya - ifrat sağçı dalğa artıq dağılır…

04.11.2026 / 14:10
164 min manatlıq dələduzluq - boşanma mübahisəsindən istifadə edib qadının mənzilini və avtomobilini ələ keçirdi...

04.11.2026 / 13:57
Fuad Nağıyev professor Məhərrəm Zülfüqarlını təltif edib

04.11.2026 / 13:47
İran ABŞ-dakı seçkilərə belə reaksiya verdi - amerikalılar 'MÜHARİBƏYƏ YOX' dedilər...

04.11.2026 / 13:46
Paşinyan yeni konstitusiyanı bu ay dərc edəcəyinə söz verdi...

04.11.2026 / 13:34
ABŞ çərşənbə günü İrana zərbə endirə bilər – İDDİA…

04.11.2026 / 13:19
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq...

04.11.2026 / 13:07
Uşağın doğulmasına görə müavinət 600 manatdan 1500 manata qaldırılır...

04.11.2026 / 12:54
Respublikaçılar ümidini növbəti seçkiyə bağladı - Conson 2028-də aşağı palata üzərində nəzarətin bərpasına əmindir

04.11.2026 / 12:42
“Neft və mürəkkəb: Neftlə yazılmış hekayələr” sənədli filminin premyerası olub - FOTO

04.11.2026 / 12:40
"2027-ci ildə orta illik inflyasiya 5,3 faiz proqnozlaşdırılır" - Nazir

04.11.2026 / 12:31
Prezident və Birinci xanım “AIREX 2026” sərgisi ilə tanış olublar - FOTO

04.11.2026 / 12:17
Kürdəmir xəstəxanasında 125 min manatlıq yeyinti - bir nəfər barəsində qətimkan tədbiri seçildi...

04.11.2026 / 12:01
Azərbaycanda dəfn pulu artırılır - 946-dan 1200-ə...

04.11.2026 / 11:47
Ukrayna “Ozon”un Adıgeydəki logistika mərkəzini vurdu – güclü yanğın başladı... Sifarişlər dayandırıldı...

Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

XƏBƏR ARXİVİ