Bazar günü günü, 12 iyul 2026
     

Ermənistanın azərbaycanlılara qarşı genosidi bir əsrdir davam edir...

Image


"Ermənilər XX əsrin əvvəllərində həyata keçirdikləri soyqırım cinayətlərini XX əsrin sonlarında Xocalıda və digər ərazilərimizdə təkrar ediblər"

Tariximizdə qanla yazılan səhifələr çoxdur. Bu qanlı səhifələrin yaranmasına səbəb olan isə ərazimizdə yer verib yurd-yuva sahibi etdiyimiz ermənilər, tarixi torpaqlarımızda yaradılan Ermənistan adlandırılan terrorçu dövlətdir. 

Ermənistan, ermənilər son 100 ildə bir neçə dəfə Azərbaycan türklərini soyqırıma məruz qoyub. 1918-ci ilin Mart soyqırımı dövründə və ondan keçən 106 il ərzində erməni daşnakları, qaniçənləri həm Azərbaycanın Güneyində, həm Quzeyində, həm də digər tarixi torpaqlarımızda azərbaycanlılara qarşı qanlı genosid həyata keçiriblər.  

Mart Soyqırımı 1918-ci ilin 30 mart - 3 aprel tarixləri arasında Bakı şəhərində və Bakı quberniyasının müxtəlif bölgələrində, eləcə də Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Salyan, Zəngəzur, Qarabağ, Naxçıvan və digər ərazilərdə Bakı Soveti və daşnak erməni silahlı dəstələrinin azərbaycanlılara qarşı törətdikləri qırğındır. 

Rəsmi mənbələrə əsasən, soyqırımı nəticəsində 12 minə yaxın azərbaycanlı qətlə yetirilib, on minlərlə insan itkin düşüb. 

Heydər Əliyevin 26 mart 1998-ci il tarixli Sərəncamı ilə 31 mart Azərbaycanlıların Soyqırımı Günü kimi qeyd olunur.

Erməni daşnakları XX əsrin əvvəllərindən başlayaraq dəfələrlə soyumuzu qurutmağa çalışıb və uşaq demədən, qadın demədən, qoca demədən insanlarımızı kütləvi olaraq qətlə yetirib soyqırım cinayəti həyata keçiriblər. 

Tarixçilər bildirir ki, Birinci Dünya Müharibəsi, Rusiyada baş vermiş 1917-ci il fevral və oktyabr çevrilişlərindən məharətlə istifadə edən ermənilər öz iddialarını bolşevik bayrağı altında reallaşdırmağa nail oldular. "1918-ci ilin mart ayından etibarən "əksinqilabçı ünsürlərlə mübarizə" şüarı altında Bakı Kommunası tərəfindən ümumən Bakı quberniyasını azərbaycanlılardan təmizləmək məqsədi güdən mənfur plan həyata keçirilməyə başlandı. Həmin günlərdə ermənilərin törətdikləri cinayətlər Azərbaycan xalqının yaddaşına əbədi həkk olunub. Minlərlə dinc azərbaycanlı yalnız milli mənsubiyyətinə görə məhv edilib. Ermənilər evlərə od vurur, insanları diri-diri yandırırdılar. Milli memarlıq incilərini, məktəbləri, xəstəxanaları, məscid və digər abidələri dağıdıb, Bakının böyük bir hissəsini xarabalığa çeviriblər. Azərbaycanlıların soyqırımı  Bakı, Şamaxı, Quba qəzalarında, Qarabağda, Zəngəzurda, Naxçıvanda, Lənkəranda və Azərbaycanın başqa bölgələrində xüsusi qəddarlıqla həyata keçirilib. Bu ərazilərdə dinc əhali kütləvi surətdə qətlə yetirilib, kəndlər yandırılıb, milli mədəniyyət abidələri dağıdılıb məhv edilib. Faciənin günahsız qurbanları içərisində qadınlar və uşaqlar xüsusi ilə seçilir. Erməni vandaliziminin bariz nümunəsi olaraq xüsusi amansızlıqla öldürülən azyaşlıları və silahsız qadınları göstərmək olar.  Onların ağlasığmaz işgəncələrlə öldürülməsi faciənin ağırlığını bir daha sübut edir. Azərbaycanlılara qarşı aparılan soyqırımı siyasətinin xronologiyasını xatırlayarkən, xalqımıza münasibətdə törədilən vəhşilik və cinayətlərin miqyası və metodologiyası heyrət və qəzəb doğurmaya bilmir. 1918-ci ilin mart-aprelində Bakı, Şamaxı, Quba, Muğan və Lənkəranda ermənilər 50 min azərbaycanlını qətlə yetirmiş, 10 minlərlə insanı öz doğma yurd-yuvalarından didərgin salmışlar. Təkcə Bakıda 30 minə yaxın azərbaycanlı xüsusi qəddarlıqla öldürülmüşdür. Ermənilər Şamaxı qəzasında 1653-ü qadın və 965-i uşaq olmaqla ümumilikdə  7000-dən çox insanı soyqırıma məruz qoymuşdular. Şamaxıda 58, Quba ərazisində 122, Qarabağın Dağlıq hissəsində 150, Zəngəzurda 115, İrəvan Quberniyasında 211 kənd yerlə yeksan olunub...

Azərbaycan Xalq Cümhuriyyəti yarandıqdan sonra 1918-ci ilin mart hadisələrinə xüsusi diqqət yetirib. Nazirlər Şurası 1918-ci il iyulun 15-də bu faciənin tədqiqi məqsədi ilə fövqəladə istintaq komissiyasının yaradılması haqqında qərar qəbul etdi. Komissiya mart soyqırımını, ilkin mərhələdə Şamaxıdakı vəhşilikləri, İrəvan quberniyası ərazisində ermənilərin törətdikləri ağır cinayətləri araşdırdı. Məlumatlarda deyilir ki, 1918-ci il 30 mart tarixində axşam saat 05:00-da Bakıda ilk atəş səsləri eşidildi. Əvvəlcədən planlaşdırılmış şəkildə təkcə erməni əsgərləri deyil, Bakıdakı ermənipərəstlər də bu savaşa qoşuldular. Yaxşı silahlanmış və hərbi hazırlıqlı erməni əsgərləri müsəlmanların evlərinə basqınlar edərək, onları öldürür, 3 – 4 günlük körpələri xəncərlə qətlə yetirir, uşaqları alovlar içinə atırdılar. Qadınlar daha ağır şəkildə öldürülürdülər. Arxiv materiallarına görə qulaqları, burunları kəsilən, orqanları parça-parça edilən 57 qadının meyidi tapılmışdı.1918-ci ilin  mart ayında Şamaxının 58 kəndi Bakı Sovetinə bağlı erməni ordusu tərəfindən dağıdıldı. Qoşunu ilə Şamaxıya gələn S.Lalayan ilk olaraq yaşlıların, qadın və uşaqların gizləndiyi məscidi mühasirəyə almağı, sonra isə yandırmağı əmr etdi. Tarixi sənədlərdə göstərilir: "Uşaq və qadınların böyük bir hissəsi məsciddə gizləndi. Tanınmış Axund Molla Səfərqulu öldürüldü. Hər kəs axunda bir şey edilməyəcəyini düşünürdü. Amma ermənilər məscidə girərək, axundu tapdılar. Onun gözlərini çıxarıb, dilini, burnunu və qulaqlarını kəsdilər məsciddəki bütün qadınlar öldürüldü". Təqribən 8000-ə yaxın insan öldürüldü ki, bunun da 1653 nəfəri qadın, 965-i isə uşaq idi. Aprel ayında bu bölgənin 122 kəndi dağıdıldı, yüzlərlə müsəlman türk və ləzgi qətlə yetirildi. Heç təsadüfi deyil ki, 2007-ci il aprelin əvvəllərində Quba ərazisində kütləvi  məzarlıqlar aşkar edilmişdir. Bütün bunlar bir daha azərbaycanlılara qarşı soyqırımı təsdiqləyir. İrəvan quberniyası ilə qonşu olan Azərbaycanın Zəngəzur mahalında 115 kənd dağıdılmış, 3257 nəfər kişi, 3276 nəfər qadın, 2196 uşaq qətlə yetirilib. Dünya ictimaiyyətinə bu həqiqətləri çatdırmaq üçün Xarici İşlər Nazirliyi nəzdində xüsusi qurum yaradıldı. 1919 və 1920-ci ilin mart ayının 31-i iki dəfə Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən ümummilli matəm günü kimi qeyd edilmişdir. Əslində bu, azərbaycanlılara qarşı yürüdülən soyqırımı və bir əsrdən artıq davam edən torpaqlarımızın işğalı proseslərinə tarixdə ilk dəfə siyasi qiymət vermək cəhdi idi. Lakin, Azərbaycan Xalq Cümhuriyyətinin süqutu bu işin başa çatmasına imkan vermədi". Bunlar tarixi sənədlərdə vurğulanır. 

1905-ci, 1918-ci illərdə daşnak, faşist babalarının etdikləri soyqırım cinayətlərini erməni terrorçuları, terror ölkəsi Ermənistan XX əsrin 1988-90-cı illərində yenidən təkrar ediblər, Qərbi Azərbaycanda, Qarabağda azərbaycanlıları genosidə məruz qoyublar. 1992-ci ilin fevral ayının 25-dən 26-na keçən gecə  Ermənistan silahlı birləşmələri və 366-cı motoatıcı alay tərəfindən məqsədyönlü şəkildə törədilən Xocalı soyqırımı tarixin yaddaşından heç zaman silinməz. Erməni quldurları, daşnakları həmçinin Meşəli, Kərkicahan, Ballıqaya, Ağdaban, Qaradağlı kimi faciələr də törədiblər. 

Tarixə baxanda aydın görsənir ki, ötən yüz il müddətində ermənilərin şüurunda, niyyətində heç nə dəyişməyib, separatzim, soyqırım cinayətləri, kütləvi qətliamlar törətmək bunların milli xarakterinə çevrilib. Ermənistan ötən yüz ildə heç zaman daşnak liderlərinin yırtıcı keşmişindən imtina etməyib. 

"... yüz ildən çoxdur ki,  uydurma "Böyük Ermənistan" xəstəliyinə tutulublar"

AMEA-nın Qafqazşünaslıq İnstitutunun Qafqaz Tarixi şəbəsinin müdiri Qasım Hacıyev "Bakı-Xəbər"ə bildirdi ki, son yüz ildə erməni daşnakları xalqımıza qarşı bir neçə dəfə  soyqırım aktları həyata keçirib. Professor təəssüf hissi ilə bildirdi ki, bu cinayətlərə görə nə ermənilər, nə də torpaqlarımızda qurulan Ermənistan dövlətinə qarşı beynəlxalq birlik tərəfindən heç bir addım atılmayıb. 

Q.Hacıyev qeyd etdi ki, ermənilər bizim ərazilərimizə köçürüldükdən və Qərbi Azərbaycanda onlar üçün dövlət qurulandan sonra torpaqlarımıza qarşı iddialar irəli sürməyə başlayıblar, onların işğalçı, terrorçu davranışlarından isə yüzminlərlə azərbaycanlı əziyyət çəkib. 

Q.Hacıyev bildirdi ki, 1828-ci illərdə imzalanan bədnam Türkmənçay müqaviləsindən sonra ərazilərimizə ermənilərin köçürülməsi nəticəsində saysız faciələrlə, insan itkisi ilə, deportasiya və soyqırımlarla üzləşdik. "Ermənilərin kütləvi surətdə Azərbaycan torpaqlarına köçürülməsi prosesi həyata keçirildikdən sonra onlar öz havadarlarının dəstəyi ilə daha çox ərazilərimizi ələ keçirmək niyyətinə düşdülər. XX əsrin əvvəllərində xalıqımıza qarşı amansız soyqırımlar həyata keçirməyə başladılar". Q.Hacıyev əlavə etdi ki, ermənilər məqsədli şəkildə  İrəvan, Naxçıvan və Qarabağ xanlıqlarının ərazilərində məskunlaşdırıldılar. 

Q.Hacıyev qeyd etdi ki,  bundan sonra da Qərbi Azərbaycandan azərbaycanlıların qovulması, məhv edilməsi siyasəti həyata keçirilməyə başladı. Professor Hacıyev dedi ki, bu qanlı cinayətlərin, soyqırım aktlarının törədilməsində əsas məqsəd o olub ki, ermənilər bizim torpaqlarda öz çirkin və mifik ideyalarını həyata keçirsinlər. "Ermənilər yüz ildən çoxdur ki,  uydurma "Böyük Ermənistan" xəstəliyinə tutulublar. Bilirsiz ki, onlar saxta tarix düzəldiblər, ora mifik məsələlər daxil ediblər. Qeyri-saxlam düşüncənin məhsulu olan "Böyük Ermənistan" xülyasından bu gün də xilas ola bilməyiblər. 

Bu xəstə, əsassız niyyətlərini gerçəkləşdirmək üçün  məhz xalqımızı hədəf seçiblər.  

Bilirsiz ki, bu xəstə ideyanı gerçəkləşdirmək üçün onlar nəinki Azərbaycanın, hətta bütün Qafqazın tarixini saxtalaşdırmaqdan çəkinməyiblər. Dediyim kimi, cild-cild kitablar yazıblar, saxta xəritələr çap ediblər".

Q.Hacıyev bildirdi ki, "Böyük Ermənistan" yaratmaq xülyası onların gözünü elə tutub ki, daşnaklar 1905-1907-ci illərdə, 1918-ci ildə onlar  azərbaycanlılara qarşı açıq şəkildə genişmiqyaslı qanlı aksiyalar həyata keçiriblər. 

1918-ci ilin mart qırğınlarını qeyd edən Q.Hacıyevin sözlərinə görə, Bakıda və Azərbaycanın bir sıra ərazilərində, yaşayış məskənlərində ermənilərin azərbaycanlılara qarşı törətdiyi soyqırım cinayətləri cild-cild kitablara sığmaz. Bu cinayətlərin erməni terrorçuları, daşnakları tərəfindən törədildiyini deyən Q.Hacıyev bildirdi ki, amma onların heç biri tarixdə öz cəzasını almayıb. "Ermənilər XX əsrin əvvəllərində həyata keçirdikləri soyqırım cinayətlərini XX əsrin sonlarında Xocalıda və digər ərazilərimizdə təkrar ediblər. Son yüz ildə terror dövləti Ermənistanın Azərbaycan xalqına qarşı törətdiyi soyqırımlara beynəlxalq ictimaiyyət səssiz qalmamalıdır. Xüsusən də erməniləri gecə-gündüz müdafiə edən dövlətlər bu gerçəyi qəbul etməlidirlər ki, Ermənistan son yüz ildə azərbaycanlılara qarşı bir neçə dəfə soyqırım və deportasiya siyasəti həyata keçirib"-deyə professor Hacıyev qeyd etdi. 

İradə SARIYEVA




DİGƏR XƏBƏRLƏR

VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

İrandan Trampa “İrəvan mesajı” - sülh olmasa, TRIPP marşrutuna dözmərik...

Vətəndaşın məmurlarla birbaşa ünsiyyətində sıfır hədd - rəqəmsallaşma dövrünün hədəfi...

Çin və ABŞ-ın mübarizə apardığı Gürcüstan limanında Azərbaycan həlledici söz sahibinə çevrilir...

SON XƏBƏRLƏR

12.07.2026 / 11:10
İrandan ABŞ-a xəbərdarlıq - Sözünüzə əməl edin, əks halda bədəlini ödəyəcəksiniz...

12.07.2026 / 10:52
DÇ-2026 - Yarımfinalında qarşılaşacaq komandalar müəyyənləşdi...

12.07.2026 / 10:37
ABŞ İranı yenə vurdu – İran 5 ölkədə hərbi hədəflərə zərbə endirdi...

12.07.2026 / 10:19
Qazaxıstanda Neolit dövrünə aid məzarlar tapılıb

12.07.2026 / 09:55
SEPAH Hörmüzdə daha bir gəmini vurub

12.07.2026 / 07:31
Almaniyada Ukrayna üçün dron istehsal edən gizli fabrik?..

12.07.2026 / 07:17
1900 LGBT+ sərnişini daşıyan Amerika kruiz gəmisi Türkiyə və Misir sahillərinə buraxılmadı

12.07.2026 / 06:46
Hörmüzdə gəmilərə hücum edən "sistemin yaramaz elementləri" imiş - İran tərəfi belə deyir…

12.07.2026 / 06:31
İnqilab Keşikçiləri Hörmüzü yenidən bağladı - “əlavə xəbərdarlığa qədər…”

11.07.2026 / 23:18
Rusiya Ukraynaya göndərilən silahları izləmək üçün NATO ölkələrində minlərlə kameranı ələ keçirdi...

11.07.2026 / 22:40
Polşa Ukrayna Üsyançı Ordusunun qırmızı-qara bayrağını qadağan edir - Navrotski parlamentə çağırış etdi...

11.07.2026 / 21:10
Prezidentin sosial media hesablarında Quzeyxırman və Güneyxırman kəndlərində sakinlərlə görüşündən videoçarx paylaşılıb

11.07.2026 / 21:05
Ukrayna Rusiyanın Azovdakı “kölgə donanması”nı çökdürür - bir gecədə 28 gəmi vuruldu... +VİDEO

11.07.2026 / 20:46
İstilər Eyfel qülləsinin də “dəngəsini” pozdu

11.07.2026 / 20:02
Prezident: "Hər dəfə Qarabağda, Şərqi Zəngəzurda olanda və inkişafı görəndə ürəyim sevinir"

11.07.2026 / 19:58
"Dövlətimiz güclüdür, Ordumuz güclüdür, iradəmiz yerindədir" - Prezident

11.07.2026 / 19:56
ABŞ konqresmeni İordan çayının qərb sahilində israilli köçkünlər tərəfindən girov götürüldü...

11.07.2026 / 19:53
Prezident İlham Əliyev: "Son 5-6 il ərzində xalqımız haqlı olaraq qürur hissi ilə yaşayır"

11.07.2026 / 19:51
"Hər dəfə keçmiş köçkünlər öz dədə-baba torpaqlarına qayıdanda hamımız üçün bayramdır" - Prezident

11.07.2026 / 19:45
"Soyqırım və deportasiya qurbanlarına dəstək" adlı layihənin icrası davam edir

11.07.2026 / 19:03
Yazıçı-publisist Aydın Tağıyevin kitabının təqdimatı olub - FOTO

11.07.2026 / 18:01
“Xankəndi” hotelinin açılışı oldu - FOTO

11.07.2026 / 17:35
Prezidentin sosial şəbəkə hesablarında Şuşanın Kiçik Qaladərəsi kəndində sakinlərlə görüşü ilə bağlı paylaşım edilib - VİDEO

11.07.2026 / 17:25
Prezident İlham Əliyev Xocavənd rayonunun Quzeyxırman kəndində olub

11.07.2026 / 16:17
Zərdabda narkotikin təsiri altında avtomobil idarə edən sürücü saxlandı

11.07.2026 / 16:01
Prezident Şuşada “Yasəmən” hotelinin yeni korpusları ilə tanış oldu - FOTO

11.07.2026 / 15:32
Prezident Şuşanın Qarabağ küçəsində dövlət-özəl tərəfdaşlığı çərçivəsində həyata keçirilmiş işlərlə tanış olub - FOTO

11.07.2026 / 15:11
Patruşev illər əvvəl bin Ladenə qarşı planlaşdırılan Rusiya-ABŞ əməliyyatını açdı – ABŞ son anda imtina etdi...

11.07.2026 / 15:07
Şuşada “Sadıqcanın evi”nin bərpadan sonra açılışı olub - FOTO

11.07.2026 / 14:22
Azərbaycan vətəndaşını qətlə yetirən şəxs Batumi aeroportunda yaxalandı

11.07.2026 / 14:09
BTQ ilə Burkina-Faso Beynəlxalq Araşdırmalar İnstitutu arasında anlaşma memorandumu imzalandı

11.07.2026 / 13:57
Prezident Şuşanın Kiçik Qaladərəsi kəndində görülən işlərlə tanış olub və kəndə qayıdan sakinlərlə görüşüb - FOTO

11.07.2026 / 13:57
Prezident Şuşanın Kiçik Qaladərəsi kəndində görülən işlərlə tanış olub və kəndə qayıdan sakinlərlə görüşüb - FOTO

11.07.2026 / 13:44
Azərbaycanın sərt müqavimətindən sonra İsrail geri addım atdı – qondarma “soyqırım" məsələsi gündəmdən çıxarıldı...

11.07.2026 / 13:17
CHP-nin idarə etdiyi daha bir bələdiyyədə həbslər aparıldı – sədrin də aralarında olduğu 36 nəfər qandallandı...

11.07.2026 / 12:50
Sui-qəsd iddiaları Trampı qorxutdu... Orduya əmr verdi - İranı xəritədən siləcəklər...

11.07.2026 / 12:19
İran “səhvini” boynuna aldı? - Tramp danışıqların bərpasına göstəriş verdi

11.07.2026 / 12:15
Ukrayna Azovda 13 rus tankerini vurdu - Rusya Don-Azov kanalını gəmilərə bağladı...

11.07.2026 / 11:53
"Karib hövzəsində dekolonizasiya mövzusu çox vaxt lazımi səviyyədə diqqətdə olmur" - Sen-martinli jurnalist

11.07.2026 / 11:29
Ukrayna üçün “Patriot”lar ilkin mərhələdə Almaniyada istehsal oluna bilər...

11.07.2026 / 11:15
Prezident İlham Əliyev Monqolustan Prezidentinə təbrik ünvanlayıb

11.07.2026 / 11:03
Prezident Laçında Hoçaz çayının üzərindəki su elektrik stansiyalarının açılışını etdi - FOTO

11.07.2026 / 10:54
Zakir Həsənov Türkiyədə səfərdədir - FOTO

11.07.2026 / 10:45
“Həkəriçay” su anbarının təməli qoyuldu

11.07.2026 / 10:31
Jan-Mişel Brun Fransa mətbuatını ifşa etdi - müstəmləkə xalqlarına qarşı zorakılığı kölgədə saxlayır, təhrif edirdilər...

11.07.2026 / 10:22
Avropa Parlamenti ermənilərdən başqa həm də yunan lobbisinin əsirliyində imiş... SÜBUT...

11.07.2026 / 10:08
Hakan Fidan S-400-lərin üçüncü ölkəyə göndərilməsi ilə bağlı danışıqların davam etdiyini açıqladı...

11.07.2026 / 09:53
“Azərbaycanca-Norveçcə sözlük" yayınlandı

11.07.2026 / 09:48
"Media dekolonizasiya prosesində qlobal məlumatlılığın artırılmasında mühüm rol oynayır" - Abbas Abbasov

11.07.2026 / 09:44
Vətənə və xalqa xidmət edən ömür Doğum gününüz mübarək, hörmətli Rasim Məmmədov!

11.07.2026 / 09:37
Bakıda medianın dekolonizasiya prosesində roluna həsr olunmuş konfrans keçirilir

11.07.2026 / 09:30
Amerikalı mütəxəssislər TRIPP layihəsi ilə bağlı Ermənistana səfər edib...

11.07.2026 / 09:15
İran Trampın iddialarını təkzib etdi – onlardan danışıqların bərpasını istəməmişik...

11.07.2026 / 08:49
İran ABŞ-ın bombaladığı nüvə obyektlərini bərpa edir - peyk görüntüləri ortaya çıxardı...

10.07.2026 / 22:43
Paşinyan hələ də Ermənistanda qalan Azərbaycan kəndlərindən danışdı...

10.07.2026 / 22:18
Kreml rəsmisi ABŞ-ın Ukraynaya “Patriot hədiyyəsini” dəstəklədi - Peskov nə demək istəyir?...

10.07.2026 / 21:44
Paşinyan yeni konstitusiya layihəsini dekabrda Əliyev və Trampla görüşədək təqdim edəcək...

10.07.2026 / 21:16
Avroparlament Putinin devrilməsinə doğru daha bir addım atdı...

10.07.2026 / 20:55
Rusiyada dərin yanacaq qıtlığının Azərbaycana təsirləri gündəmdə...

10.07.2026 / 20:41
Prezident İlham Əliyev bir sıra beynəlxalq qurumların rəhbər şəxslərini qəbul edib - FOTO

10.07.2026 / 20:37
Azərbaycan JF-17 qırıcı təyyarələri ilə bütün Xəzəri nəzarətə götürür

10.07.2026 / 20:36
Ərdoğanın hədiyyə etdiyi revolverlərin bir çoxu geri qaytarıldı

10.07.2026 / 20:21
Ermənistan İranın əlindən çıxır, TRIPP layihəsinin də buna birbaşa dəxli var

10.07.2026 / 20:05
Akademik Musiqili Teatrda "Şahmaran" tamaşasına daxili baxış keçirilib

10.07.2026 / 19:55
Ermənilərin məhkəməsi çıxışlarla davam etdirilib FOTO

10.07.2026 / 19:39
Tramp İrandan yeni təklif aldığını iddia etdi – “Biz də qəbul etdik”...

10.07.2026 / 19:22
Vasitəçi ölkələr ABŞ-İran gərginliyini azaltmaq üçün hərəkətə keçdi - Qətər Tehrana heyət göndərdi...

10.07.2026 / 18:57
Yaxın Şərqdə gərginliyi daha da artıracaq iddia - ABŞ-dan sonra iki körfəz ölkəsi də İrana hücum etdi...

10.07.2026 / 18:40
Xaricdə təhsil şirkətləri ilə bağlı vətəndaşlara xəbərdarlıq edildi... - "özünü "təhsil ekspertləri" kimi təqdim edənlər..."

10.07.2026 / 18:12
Kreml Türkiyənin S-400-ləri satacağını rəsmən təsdiqlədi – sistemlər üçüncü ölkələr üzərindən Rusiyaya qaytarıla bilər...

10.07.2026 / 17:50
Əli Əsədovun rəhbərliyi ilə İqtisadi Şuranın iclası keçirildi - FOTO

10.07.2026 / 17:35
Nazir Vilayət Eyvazovun göstərdiyi rəqəmlərlə bağlı müzakirə başladı - necə və hansı üsullarla?...

10.07.2026 / 17:19
Professor Məhərrəm Zülfüqarlının “ Atillanın yeni sərgüzəştləri” kitabı nəşr olundu - FOTO

10.07.2026 / 16:32
“Zəngəzur dəhlizi bəyanatına” Ermənistan XİN-nin əks-reaksiyası tam yersizdir...

10.07.2026 / 15:58
“XXI Əsrin Qadınları” İctimai Birliyinin layihəsinin yekun tədbiri Ağsuda keçirilib

10.07.2026 / 15:57
Yunus Oğuzun “Türk” etnonimi və törələri kitabı Respublika Gənclər Kitabxanasının fonduna daxil edilib

10.07.2026 / 15:52
Beyləqan şəhərində fermerlər üçün aqrar sığorta ilə bağlı maarifləndirici təlim keçirilib

10.07.2026 / 15:49
ABŞ MKİ-nin “əllərini pişik yeyib ki, İsrail kəşfiyyatı önə çıxıb?!”...

10.07.2026 / 15:41
Marketlər yerli istehsalçılardan 100 min manat istəyir? – Deputatdan iddia...

10.07.2026 / 15:27
Ölkədə qulaqdibi xəstəliyinin artması iddiaları ilə bağlı rəsmi açıqlama...

10.07.2026 / 15:10
Azərbaycanın Ermənistandakı eksklav kəndlərinin taleyini özümüz həll edəcəyik...

Diasporumuza Rusiyada problemlər yaradılandan sonra Avropa, Amerika istiqamətində fəallıq başladı...

XƏBƏR ARXİVİ