Cümə axşamı günü, 05 noyabr 2026
     

Fransanın Cənubi Qafqaz siyasətinə qarşı beynəlxalq narazılıq artır

Image


Fransanın Ermənistanı fəlakətə sürükləməsinə dair növbəti xəbərdarlıq Rusiyadan gəlib. Bu ölkənin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib ki, Fransanın Cənubi Qafqazın təhlükəsizliyini təmin etməyə qadir olduğunu düşünmək sadəlövhlükdür.

Onun sözlərinə görə, Fransanın belə imkanları olsaydı, bu dövlət onu Parisin müqaviləli öhdəlikləri olan ölkələrə münasibətdə tətbiq edərdi: "Biz bu haqda dəfələrlə demişik. Onlar onilliklərlə həmin ölkələrdə olublar, həmin ölkələrə öz müstəmləkələri kimi baxıblar, hətta postmüstəmləkə dövründə və yeni müstəmləkəçilik dövründə belə öz maraqlarını saxlamışdılar. Fransa Afrika qitəsində bunu etməyə borclu idi, ona görə ki, bunu etmək üçün pul alırdı. Fransanın orda mövcudluğu üçün səxavətlə pul ödənilirdi. Bu ölkələrdəki Fransa missiyası uğursuz oldu. Ona görə yox ki, buna səbəb siyasi uyğunsuzluq oldu. Ona görə ki, Fransa öz müttəfiqləri və tərəfdaşları olan bu ölkələri ən böhranlı anlarında tək qoydu. Onlar da Fransa mövcudiyyətinə əvəz axtarmağa başladılar". Zaxarova qeyd edib ki, Cənubi Qafqazın gələcəyi Paris üçün ancaq alətdir: "Bu sadəcə öz rifahını dəstəkləmək və Rusiya ilə hibrid müharibə və Afrika qitəsindəki uğursuzluğu fonunda bir vasitədir. Cənubi Qafqaz regionunda Fransanın mövcudluğu region dövlətlərini izləmək, onlar haqqında kəşfiyyat xarakterli məlumatları toplamaq, ölkələrimiz arasında əldə olunan sülh razılaşmalarının reallaşmasına imkan verməmək cəhdidir". Təbii ki, bütün bu sözlər daha çox Ermənistana ünvanlanıb. Ekspertlər hesab edir ki, Ermənistan Fransanın Cənubi Qafqazda neokolonializm siyasəti yeritməsi üçün bir vasitə olub. Başqa bir ölkənin forpostundan çıxmağa çalışaraq Fransanın təsirinə düşüb. Ümumiyyətlə, Ermənistan beynəlxalq münasibətlərin subyektindən daha çox obyektinə çevrilib. Əlbəttə, bütün bunlar Ermənistan üçün yaxşı nəsə vəd etmir. Fransanın müdafiə nazirinin "biz Ermənistanı Azərbaycana qarşı silahlandırırıq" deməsi də Ermənistanı açıq şəkildə yeni təxribata çəkməkdir. Azərbaycana qarşı qərəzli addımlar, Ermənistanın dəstəklənməsi də Fransanın geosiyasi oyununun tərkib hissəsidir. Paris erməniləri növbəti dəfə Azərbaycana, Türkiyəyə qarşı yönəltmək istəyir, regionda "beşinci kolon" formalaşdırmağa çalışırlar. Bununla yanaşı, nəzərə alınmalıdır ki, Fransada erməni lobbisi hələ də güclüdür. Hətta bu lobbi Fransa hökumətində də artıq kök atıb. Bu, bir fərd və ya bir siyasətçi ilə bağlı deyil, Fransanın ümumi siyasətinə təsir edə bilirlər. Hətta bəzi bölgələrdə seçkilərin nəticələri erməni əhalisinin kimə səs verəcəyindən asılı olur. Başqa bir məqam isə Fransada ermənilərin geniş media resurslarının varlığıdır. Bunlar ictimai rəyə diqtə edən media orqanlarıdır. Söhbət Fransada anti-türk və anti-İslam fikrinin formalaşmasında müstəsna rol oynayan media resurslarından gedir. Bunlar Fransanın ictimai-siyasi həyatında "5-ci kolon" rolunu oynayan, dövlətin siyasətinə təsir edə bilən, seçkilərdə kənar oyunçuların belə vasitə kimi istifadə edə biləcəkləri qüvvədir. İndiki halda ermənilərin də təsiri ilə Fransa Qafqazda gedən prosesə müdaxilə imkanları qazanmaq istəyir. ATƏT-in Minsk qrupunun öz aktuallığını itirməsinin ardından Fransa da prosesdən aralı düşüb. Amma Fransa Cənubi Qafqazda heç bir zaman güc statusunda çıxış etməyib, edə də bilməyəcək. Bunu Fransanın məşhur "Le Figaro" nəşri də etiraf edir. 

Nəşr prezident Emmanuel Makronun yürütdüyü siyasətin uğursuzluğunu açıq etiraf edir. Bildirilir ki, Fransa lideri ermənilərin taleyinə səmimi olaraq biganə yanaşmayan yeganə liderdir, amma Fransanın təşəbbüsləri nəticə vermir. Məsələn, ötən illər Qarabağa dair Fransanın təşkil etmək istədiyi konfrans ABŞ-ın etirazı səbəbindən baş tutmamışdı. Məqalədən məlum olur ki, 2022-ci ilin oktyabrında Makron "erməni məsələsini" Roma Papası ilə də müzakirə etmək istəyib, özü ilə ermənipərəst yazıçı Silven Tessonu da aparıb. Amma Vatikandan istədiyi dəstəyi ala bilməyib. "Dağlıq Qarabağın yox olması, reallaşdırıla bilinməyən fransız vədinin xronikası" adlı məqalədə xatırlanır ki,  Avropa İttifaqı və Bakı 2022-ci ilin iyulunda "enerji əməkdaşlığında yeni fəsil" açmaq üçün qaz sazişi imzalayıb: "Beləliklə, vahid mövqeyin olmamasından Azərbaycana sanksiya təklif edən heç bir qətnamə qəbul edilmədi. Erməni məsələsinə yaxından cəlb olunmuş "Renew"un avrodeputatı Natali Loiseau əmin edir ki, "Biz qətiyyətlə döyüşdük, lakin karbohidrogenlərə ümid bəsləyən bir neçə ölkə bu yolla getməyə hazır deyildi". Bu xüsusda o, İtaliya və Macarıstanı qeyd edir. Fransanın keçmiş naziri, Almaniyaya gəlincə, təəssüf hissi ilə qeyd edir ki, "o, Şarl Mişel kimi təcavüzkarla təcavüzə məruz qalan arasında vasitəçiliyin mümkün olduğuna əmindir. Lakin bu, birincinin tərəfini tutmaqdır". Hətta Vatikan kənardadır. 2022-ci ilin oktyabrında Roma Papasını ziyarət edərkən Emmanuel Makron özü ilə Tessonu apardı ki, sonuncu Ermənistanla bağlı söz desin. Yazıçı katoliklərin rəhbəri və onun xarici işlər naziri Qallaqgherin biganəliyindən heyrətə gəldi. O söyləyir ki, "ermənilərin taleyini qeyd edəndə, hər ikisi tam biganəlik, hətta aqressivlik nümayiş etdirdi". Yazıçı acı bir şəkildə istehza edir: "Roma Papası yeni qlobal və bir-biri ilə əlaqəli bir dünyanın ortaya çıxması ilə çox məşğuldur, ona görə də ilk xristianlara qayğı göstərə bilmir. Erməni - bir xalqın müəyyən bir torpağa bağlılığı və müəyyən bir mənəviyyata mənsub olması deməkdir. Bu, əbədi dəyişiklik ayaqqabısında bir daşdır. Ermənistan buna görə narahat edir. Vatikanda olduğum zaman başa düşdüyüm bu oldu". Bu ümumi laqeydlik içərisində fransız dəstəyi fərqli şəkildə özünü göstərir". Senat bir çox qətnaməyə səs verir. Parisin Minsk qrupunun həmsədri rolunun tələb etdiyi neytrallığı dərk edən Xarici İşlər Nazirliyi sakit qalır. Ketrin Kolonna İrəvana yalnız Azərbaycanın 19 və 20 sentyabr 2023-cü il tarixli hərbi əməliyyatından sonra səfər edir. Ermənilərin kütləvi köçü fonunda fransız diplomatiyasının rəhbəri vəziyyətin "etnik təmizləməyə bənzəməsini" mümkün hesab edir və hərbi avadanlığın çatdırılmasını elan edir. Bir neçə gün sonra İlham Əliyev və Rəcəb Tayyib Ərdoğanın ziyarət etməkdən imtina edəcəyi Qranadadakı Avropa Sammitində Emmanuel Makron Bakıya qarşı "sanksiya vaxtının olmadığını" bəyan edəcək. O, azərbaycanlı həmkarına "təzyiqi saxlamaq" və Ermənistanı "ən yaxşı şəkildə qorumaq" üçün zəng edəcəyinə dair öhdəlik götürəcək. Amma bunlar prezident Əliyevi heyrətləndirmək üçün kifayət etmədi. Azərbaycan Prezident Administrasiyası kommünikesində Fransanı Ermənistanı "silahlandırmaqla" Qafqazda "yeni müharibə hazırladığında" ittiham edəcək. Fevralda 97% səslə yenidən seçilmiş İlham Əliyev öz inauqurasiya çıxışında bəyan edib ki, Ermənistanla mübahisəsində heç bir beynəlxalq vasitəçilik istəmir. Və Fransanın ünvanına "Öz işinizlə məşğul olun", - deyə vurğulayıb".

Tahir TAĞIYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Bunu səfir Birol Akgünə açıq məktubum kimi də oxuya bilərsiniz - Aydın QULİYEV yazır...

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

SON XƏBƏRLƏR

05.11.2026 / 14:33
Vuçiçin Moskvaya qaçan silahdaşlarının təyyarəsi Litva üzərindən geri qaytarıldı...

05.11.2026 / 14:14
Paşinyan Türkiyə gedir...

05.11.2026 / 14:06
Azərbaycanın konstitusiya tələbi Ermənistanda "baş-ayaq" təqdim olundu...

05.11.2026 / 13:50
Ermənistan hökuməti TRIPP-lə bağlı parlamentin fövqəladə iclasını çağırdı...

05.11.2026 / 13:43
"Azərbaycan radiosu milli yaddaşımızın və mədəni irsimizin etibarlı qoruyucularından biridir" - Əhməd İsmayılov

05.11.2026 / 13:39
Gələn ilin büdcəsində neftin qiyməti 65 dollar götürülüb

05.11.2026 / 13:25
Ünvanlı dövlət sosial yardımının məbləği artırılır...

05.11.2026 / 13:12
Ərdoğan Bakıya gəlir...

05.11.2026 / 13:04
Gələn il üçün yaşayış minimumu 314 manat müəyyən edilib

05.11.2026 / 12:57
“AİD Group” təhsil şirkətinin rəhbəri həbs olundu - dələduzluq, saxta sənədlər hazırlamaq ittihamı...

05.11.2026 / 12:40
Dronla İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alındı - DTX-dan əməliyyat...

05.11.2026 / 12:37
Putin və Cinpin Ağ Evin yeni zalında qonaq ola bilər - Tramp açıqladı...

05.11.2026 / 12:30
Mirzoyan Türkiyə ilə sərhədlərin hər an açıla biləcəyini deyir...

05.11.2026 / 12:20
Seçki məğlubiyyəti Ağ Evdə şok effekti yaratdı... Tramp dəyişikliyə hazırlaşır – Heqset və Rubio “vurula” bilər...

05.11.2026 / 12:09
​​​​​​​Nəqliyyat vasitələrinin utilizasiyası fondu ləğv edilir...

05.11.2026 / 11:57
Orta aylıq pensiya məbləğində 45 manat artım - 640 manat olacaq...

05.11.2026 / 11:43
Gələn il bir sıra sosial müavinətlər artırılacaq...

05.11.2026 / 11:25
BMT rəsmisi “ASAN xidmət” modelini digər ölkələr üçün nümunə adlandırdı

05.11.2026 / 11:07
Hörmüz boğazında minaya düşən iki tankerə köməyə gələn yedək gəmisi də alov aldı...

05.11.2026 / 10:51
Samvel Karapetyan barəsində 1 aylıq həbs qətimkan tədbiri seçildi...

05.11.2026 / 10:35
İranın lovğalanması Trampı hərbi əməliyyatları bərpa etməyə sövq edə bilər...

05.11.2026 / 10:31
Prezident: "Azərbaycan bundan sonra da Dayanıqlı İnkişaf Məqsədlərinin təşviqini dəstəkləyəcək"

05.11.2026 / 10:29
“ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir" - Prezident

05.11.2026 / 10:25
Dünya Azərbaycanlılarının VI Qurultayı keçiriləcək...

05.11.2026 / 10:25
Prezident İlham Əliyev beynəlxalq tədbir iştirakçılarına müraciət ünvanladı...

05.11.2026 / 10:16
Bakıda BMT İdarəetmə İnnovasiyaları Sammiti keçirilir

05.11.2026 / 09:52
Ukrayna Ryazanda neft zavodunu və Wildberries anbarını vurdu...

05.11.2026 / 09:28
Vens seçkilərdə respublikaçıların məğlubiyyətinin 4 əsas səbəbini açıqladı - buna dəydimi...

05.11.2026 / 09:10
SOCAR ABŞ-da 1,65 milyard dollarlıq aktiv alır - müqavilə imzalandı

05.11.2026 / 06:07
4 Knesset üzvü də Netanyahunu dəstəkləməyəcəyini açıqladı

05.11.2026 / 06:00
Tramp həm “impiçmentdən qorxmuram” dedi, həm də veto hüququnu xatırlatdı

04.11.2026 / 23:49
Macarıstan da Rusiya neft-qazından imtina edir…

04.11.2026 / 23:21
Prezidentin “Şərəf” ordeni ilə təltif etdiyi Kamran İmanov kimdir? - DOSYE

04.11.2026 / 21:40
Dünya Rusiyadan təhlükəsizlik təminatı istəyir, Rusiya isə Ukraynadan... Qalmaqal...

04.11.2026 / 21:19
Türkiyə Rusiyanın TDT üzvlüyünə rəsmi cavab verdi...

04.11.2026 / 21:04
Çində Ukraynaya sərfəli olmayan "yeni Yalta" sxemi hazırlanır...

04.11.2026 / 20:41
5 dövlət + NATO formatında Ukrayna ilə bağlı maraqlı müzakirə başladı...

04.11.2026 / 20:24
Tramp çox əlamətdar tarixi gündə İsrailə 4 milyardlıq hərbi yardımı kəsdi...

04.11.2026 / 20:07
Erməni mediası 2009-dan sonra Türkiyədə verdiyimiz yatırımlara qəribə izah verir... Guya...

04.11.2026 / 19:50
Trampın uduzmasından sonra da neftin bahalaşması dayanmadı...

04.11.2026 / 19:26
AK Parti Türkmənistanda da dini işlərlə ilgilənməyə başladı... Hicab da olacaq?

04.11.2026 / 19:10
Bu ana kimi onlar bizdən pul qazanırdılar, indi Azərbaycan mətbuatı onlardan qazanacaq...

04.11.2026 / 18:51
Amerikalıların son Qarabağ müharibəsindən kitab yazmaqlarının ayrı mənası var...

04.11.2026 / 18:35
Samvel Karapetyan, keçmiş PA rəhbəri və daha 36 nəfər saxlanıldı - Paşinyan rəqiblərini məhv edir...

04.11.2026 / 18:16
Ramiz Mehdiyevin çevriliş planını Rusiyaya kim çatdırıb? - YENİ FAKTLAR...

04.11.2026 / 18:02
Netanyahu bu vəziyyətə düşdü - hökumətə həm indiki iqtidar, həm də müxalifət rəhbərlik edəcək...

04.11.2026 / 17:46
Prezidentin sosial media hesablarında “AIREX 2026” sərgisi ilə bağlı videoçarx paylaşılıb

04.11.2026 / 17:40
İsrailin 4 müxalifət partiyası Netanyahuya qarşı hərəkətə keçdi - fövqəladə hökumət qurulur...

04.11.2026 / 17:15
Melaniya Tramp Rusiya və Ukrayna nümayəndələrini Ağ Evdə bir araya gətirir

04.11.2026 / 17:03
Yaşı 80-i keçən siyasətçilər Amerika siyasətini də qocaldır

04.11.2026 / 16:49
Dövlət qurumu yeni internet tarifləri müəyyənləşdirdi

04.11.2026 / 16:42
Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

04.11.2026 / 16:29
Qeşm adasına ABŞ-ın zərbələri Hörmüzdən azad neft keçidini təmin edə bilər?

04.11.2026 / 16:25
Ermənistan və Azərbaycan Rusiya, Çin və Qərb arasında: kimin manevr azadlığı daha çoxdur?

04.11.2026 / 16:22
Səudiyyə vəliəhdi Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:21
Avropa məhkəməsi Toroyanın mübahisəli ölümünü yüzlərlə qətl edilmiş azərbaycanlıdan üstün tutdu...

04.11.2026 / 16:20
Səudiyyə Kralı Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:18
Məkkə Sazişi İranı ABŞ hücumlarından müdafiə edir?..

04.11.2026 / 16:15
Pakistan Prezidenti Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

04.11.2026 / 16:07
Keçmiş nazirin oğluna yeni vəzifə verildi

04.11.2026 / 15:53
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edildi

04.11.2026 / 15:48
G20 sammitinə dəvət: Azərbaycanın və Prezident İlham Əliyevin artan beynəlxalq nüfuzunun sübutu

04.11.2026 / 15:40
Hersoq qərar verəcək - Netanyahu müsəlman qətliamını davam etdirəcək, ya...

04.11.2026 / 15:17
"Ermənistan Azərbaycanla ikitərəfli ticarəti genişləndirir" - Paşinyan

04.11.2026 / 14:52
"Gələn ildən növbəti böyük sosial islahat paketi planlaşdırılır" - Sahil Babayev

04.11.2026 / 14:39
Gələn il pensiyalar bu qədər artırılacaq...

04.11.2026 / 14:25
İspaniyadan Trampın seçki məlubiyyətinə ilk reaksiya - ifrat sağçı dalğa artıq dağılır…

04.11.2026 / 14:10
164 min manatlıq dələduzluq - boşanma mübahisəsindən istifadə edib qadının mənzilini və avtomobilini ələ keçirdi...

04.11.2026 / 13:57
Fuad Nağıyev professor Məhərrəm Zülfüqarlını təltif edib

04.11.2026 / 13:47
İran ABŞ-dakı seçkilərə belə reaksiya verdi - amerikalılar 'MÜHARİBƏYƏ YOX' dedilər...

04.11.2026 / 13:46
Paşinyan yeni konstitusiyanı bu ay dərc edəcəyinə söz verdi...

04.11.2026 / 13:34
ABŞ çərşənbə günü İrana zərbə endirə bilər – İDDİA…

04.11.2026 / 13:19
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq...

04.11.2026 / 13:07
Uşağın doğulmasına görə müavinət 600 manatdan 1500 manata qaldırılır...

04.11.2026 / 12:54
Respublikaçılar ümidini növbəti seçkiyə bağladı - Conson 2028-də aşağı palata üzərində nəzarətin bərpasına əmindir

04.11.2026 / 12:42
“Neft və mürəkkəb: Neftlə yazılmış hekayələr” sənədli filminin premyerası olub - FOTO

04.11.2026 / 12:40
"2027-ci ildə orta illik inflyasiya 5,3 faiz proqnozlaşdırılır" - Nazir

04.11.2026 / 12:31
Prezident və Birinci xanım “AIREX 2026” sərgisi ilə tanış olublar - FOTO

04.11.2026 / 12:17
Kürdəmir xəstəxanasında 125 min manatlıq yeyinti - bir nəfər barəsində qətimkan tədbiri seçildi...

04.11.2026 / 12:01
Azərbaycanda dəfn pulu artırılır - 946-dan 1200-ə...

04.11.2026 / 11:47
Ukrayna “Ozon”un Adıgeydəki logistika mərkəzini vurdu – güclü yanğın başladı... Sifarişlər dayandırıldı...

Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

XƏBƏR ARXİVİ