Cümə axşamı günü, 05 noyabr 2026
     

Vilsonun böyük Ermənistan planı 100 il sonra yeni görkəmdə qayıdır

Image


Artıq heç kimə sirr deyil ki, Qərb Ermənistan vasitəsilə Cənubi Qafqazda möhkəmlənməyə can atır. Bu məqsədlə yenə Ermənistan üzərindən aktiv siyasət yürüdülür, müxtəlif layihələr həyata keçirilir. Aprelin 5-də baş tutacaq Avropa İttifaqı-Ermənistan-ABŞ müştərək konfransı da bu qəbildən hesab olunur. 

Həmin tədbir və ümumi Qərb siyasəti fonunda görünən odur ki, ABŞ və Avropa İttifaqı timsalında Qərb Cənubi Qafqazı növbəti müharibə məkanına çevirməkdə qərarlıdır.

Qeyd olunan konfransla bağlı xüsusi qeyd olunmasa da, söhbət faktiki olaraq hərbi paktdan gedir. Bu pakt regionda sabitliyin və sülhün bərqərar olmasına qarşı yönəlib. Buna səbəblərdən biri Azərbaycanın ərazi bötövlüyünü bərpa etməsindən sonra Qərbin ölkəmizə təsirini itirməsidir. elə buna görə 44 günlük müharibədən sonra Qərb Qarabağda "Kosovo variantı" hazırlayırdı. Buna görə 3 il ərzində Qərb tərəfindən "Humanitar fəlakət" bəhanəsi ilə Azərbaycan və şəxsən prezident İlham Əliyevə qarşı təzyiq kampaniyası aparıldı. Bu istiqamətdə müxtəlif addımlar atıldı. Lakin prezident İlham Əliyevin qətiyyəti və dövlətimizin gücü sayəsində bütün bunlar nəticəsiz qaldı. Bunu görən ABŞ və Aİ-nin timsalında Qərb indi də Ermənistan vasitəsilə ölkəmizə qarşı açıq şəkildə hərbi planlar qurur. Brüsseldə keçirilməsi planlaşdırılan müştərək konfransda müzakirə olunacaq mövzular sırasında hərbi komponentlərin yer alması barədə məlumatlar da bir daha Azərbaycanın bugünədək Aİ və ABŞ-ın regiona yönəlik ssenarilərinə münasibətdə sərgilədiyi prinsipial mövqeyində tamamilə haqlı olduğunu təsdiqləyir. Mövcud stimullaşdırıcı addımların davamı olaraq Ermənistanın revanşist meylləri güclənəcəyi və real təhlükəyə çevriləcəyi təqdirdə, baş verənlərin məsuliyyəti istisnasız olaraq həm də Aİ və ABŞ-ın üzərinə düşəcək. Eyni zamanda burada görünən həm də odur ki, ABŞ 20-ci əsrin əvvəlində mövcud olan "Vudro Vilson planı"nı yeni qiyafədə canlandırmaq istəyir. Xatırladaq ki, ötən əsrin əvvəllərində dünya siyasətində möhkəmlənən ABŞ yeni dünya nizamı formalaşdırmaq həvəsi ilə beynəlxalq münasibətlər sisteminin əsaslarını təşkil edəcək prinsiplər ortaya qoydu. Bunu ilk dəfə ABŞ prezidenti Vudro Vilson 14 maddəlik sənədlə gündəmə gətirdi. Həmin ərəfədə hələ də imperiya idarəçiliyinin mövcud olması Vaşinqtona sərbəst şəkildə hərəkət etməyə imkan vermirdi. Bu geosiyasi mənzərənin dəyişdirilməsi üçün ən yaxşı metod məhz "parçala və hökmranlıq et" siyasəti idi. Vudro Vilsonun 14 maddəlik prinsipləri də buna xidmət edirdi. Həmin dövrdə imzalanan "Sevr" müqaviləsinə əsasən Osmanlı torpaqları bölünürdü və bu bölünmə planını Vilson özünün məşhur planı əsasında hazırlamışdı. Osmanlının bölünən torpaqlarında "Böyük Kürdüstan" yaradılmalı idi. Amma kürdlər həmin vaxt bu planı qəbul etmədilər və türk ordusunda döyüşmək seçimini etdilər. Həmçinin, Türkiyənin Ərzurum, Trabzon, Van və Bitlis bölgələri Ermənistana verilməli idi.  Bununla yanaşı, Trabzonun şərq hissəsi Gürcüstan və Ermənistan arasında bölünməli və ermənilər beləliklə Qara dənizə çıxış imkanı əldə etməli idilər. 1918-ci ildə Paris sülh konfransında Əlimərdan bəy Topçubaşovun Azərbaycan Xalq Cümhuriyyətini tanımaq təklifini rədd edən Vilson "yeni dünya xəritəsi"nə Azərbaycanı daxil etməmişdi. "Sevr" müqaviləsi Osmanlı imperiyası tərəfindən ratifikasiya edilməmişdi və 1920-ci il martın 18-də ingilislərin İstanbulu işğal etdiyi dövrdə müqavilə ləğv edildi. Türkiyədə Atatürkün başlatdığı Qurtuluş savaşı Vilson planını alt-üst etdi. 1923-cü il iyulun 24-də isə Türkiyə ilə Qərb dövlətləri arasında "Lozanna" müqaviləsi imzalandı və bununla "Sevr" müqaviləsinin üstündən xətt çəkildi. "Böyük Ermənistan" xəyalları quran ermənilərsə bu gün də Vilsonun xiffətini çəkirlər. Bunu ABŞ və Avropa İttifaqı yaxşı bilir. Avropa İttifaqı-Ermənistan-ABŞ müştərək konfransını İrəvan üçün cəlbedici edən məqamlardan biri də budur.

Azərbaycanın iştirakı olmadan bu cür müzakirələr yeni təhlükəsizlik arxitekturasının yaradılmasına deyil, əksinə, hazırda qismən mövcud olan sabitliyi pozmağa cəhddir. Bu gün Fransa başda olmaqla, anti-Azərbaycan qüvvələrin Avropa İttifaqı adından ölkəmizə qarşı yürütdüyü siyasət sonda Ermənistanın özü üçün fəlakətli nəticələr vəd edir. Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Əli Nağıyev də rəsmi mediaya müsahibəsində bildirir ki, Fransa regionda sülhə dəstək vermək əvəzinə 30 ilə yaxın müddətdə Azərbaycan torpaqlarını işğal altında saxlamış və xalqımıza qarşı soyqırımı cinayətləri törətmiş Ermənistanı silah-sursatla təmin edərək, orada öz hərbi missiyasını yaratmaqla revanşist hisslərin alovlanmasına rəvac verir, Ermənistanı yeni müharibəyə təhrik edir, Cənubi Qafqazı yenidən müharibə meydanına çevirmək planını reallaşdırmağa çalışır. O qeyd edir ki, Fransa hətta məqsədinə çatmaq üçün bütün bunlarla kifayətlənməyərək öz xüsusi xidmət orqanı nümayəndələri vasitəsilə müxtəlif şəxsləri məxfi əməkdaşlığa cəlb edib casus şəbəkəsi formalaşdırmaqla Azərbaycanın milli təhlükəsizliyinin zərərinə fəaliyyət göstərir: "Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən bu fəaliyyət ifşa olunaraq dərhal və operativ şəkildə zərərsizləşdirilmiş, zəruri və adekvat addımlar atılmışdır. Əməliyyat şəraiti daim nəzarət altında saxlanılmaqla dövlətimizin təhlükəsizliyinə yönələn təhdidlərin qabaqlanması və qarşısının alınması istiqamətində müvafiq tədbirlər bundan sonra da görüləcəkdir. Biz yeni çağırışlara və bölgəmizdə cərəyan edən mənfi təzahürlü proseslərin hər cür ssenarisinə daim hazır olmalı, təhlükəsizliyin etibarlı şəkildə təmin olunması məsələsində ayıq-sayıqlığımızı əldən verməməliyik". Beləliklə, ABŞ, Fransa və digər bəzi Qərb ölkələrinin məqsədi Cənubi Qafqazda yeni qlobal münaqişə yaratmaqdır. Faktiki olaraq, Ermənistan heç bir vəsait ödəmədən hərbi potensialını onlar hesabına genişləndirir. Avropa İttifaqı, ABŞ, həmçinin regional güc mərkəzləri Cənubi Qafqaz siyasətində məntiqli və realist addımlardan uzaq çıxış edirlər. Bu da regionda ümumi sülhə və sabitliyə xələl gətirir. 

Nahid SALAYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Bunu səfir Birol Akgünə açıq məktubum kimi də oxuya bilərsiniz - Aydın QULİYEV yazır...

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

SON XƏBƏRLƏR

05.11.2026 / 14:33
Vuçiçin Moskvaya qaçan silahdaşlarının təyyarəsi Litva üzərindən geri qaytarıldı...

05.11.2026 / 14:14
Paşinyan Türkiyə gedir...

05.11.2026 / 14:06
Azərbaycanın konstitusiya tələbi Ermənistanda "baş-ayaq" təqdim olundu...

05.11.2026 / 13:50
Ermənistan hökuməti TRIPP-lə bağlı parlamentin fövqəladə iclasını çağırdı...

05.11.2026 / 13:43
"Azərbaycan radiosu milli yaddaşımızın və mədəni irsimizin etibarlı qoruyucularından biridir" - Əhməd İsmayılov

05.11.2026 / 13:39
Gələn ilin büdcəsində neftin qiyməti 65 dollar götürülüb

05.11.2026 / 13:25
Ünvanlı dövlət sosial yardımının məbləği artırılır...

05.11.2026 / 13:12
Ərdoğan Bakıya gəlir...

05.11.2026 / 13:04
Gələn il üçün yaşayış minimumu 314 manat müəyyən edilib

05.11.2026 / 12:57
“AİD Group” təhsil şirkətinin rəhbəri həbs olundu - dələduzluq, saxta sənədlər hazırlamaq ittihamı...

05.11.2026 / 12:40
Dronla İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alındı - DTX-dan əməliyyat...

05.11.2026 / 12:37
Putin və Cinpin Ağ Evin yeni zalında qonaq ola bilər - Tramp açıqladı...

05.11.2026 / 12:30
Mirzoyan Türkiyə ilə sərhədlərin hər an açıla biləcəyini deyir...

05.11.2026 / 12:20
Seçki məğlubiyyəti Ağ Evdə şok effekti yaratdı... Tramp dəyişikliyə hazırlaşır – Heqset və Rubio “vurula” bilər...

05.11.2026 / 12:09
​​​​​​​Nəqliyyat vasitələrinin utilizasiyası fondu ləğv edilir...

05.11.2026 / 11:57
Orta aylıq pensiya məbləğində 45 manat artım - 640 manat olacaq...

05.11.2026 / 11:43
Gələn il bir sıra sosial müavinətlər artırılacaq...

05.11.2026 / 11:25
BMT rəsmisi “ASAN xidmət” modelini digər ölkələr üçün nümunə adlandırdı

05.11.2026 / 11:07
Hörmüz boğazında minaya düşən iki tankerə köməyə gələn yedək gəmisi də alov aldı...

05.11.2026 / 10:51
Samvel Karapetyan barəsində 1 aylıq həbs qətimkan tədbiri seçildi...

05.11.2026 / 10:35
İranın lovğalanması Trampı hərbi əməliyyatları bərpa etməyə sövq edə bilər...

05.11.2026 / 10:31
Prezident: "Azərbaycan bundan sonra da Dayanıqlı İnkişaf Məqsədlərinin təşviqini dəstəkləyəcək"

05.11.2026 / 10:29
“ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir" - Prezident

05.11.2026 / 10:25
Dünya Azərbaycanlılarının VI Qurultayı keçiriləcək...

05.11.2026 / 10:25
Prezident İlham Əliyev beynəlxalq tədbir iştirakçılarına müraciət ünvanladı...

05.11.2026 / 10:16
Bakıda BMT İdarəetmə İnnovasiyaları Sammiti keçirilir

05.11.2026 / 09:52
Ukrayna Ryazanda neft zavodunu və Wildberries anbarını vurdu...

05.11.2026 / 09:28
Vens seçkilərdə respublikaçıların məğlubiyyətinin 4 əsas səbəbini açıqladı - buna dəydimi...

05.11.2026 / 09:10
SOCAR ABŞ-da 1,65 milyard dollarlıq aktiv alır - müqavilə imzalandı

05.11.2026 / 06:07
4 Knesset üzvü də Netanyahunu dəstəkləməyəcəyini açıqladı

05.11.2026 / 06:00
Tramp həm “impiçmentdən qorxmuram” dedi, həm də veto hüququnu xatırlatdı

04.11.2026 / 23:49
Macarıstan da Rusiya neft-qazından imtina edir…

04.11.2026 / 23:21
Prezidentin “Şərəf” ordeni ilə təltif etdiyi Kamran İmanov kimdir? - DOSYE

04.11.2026 / 21:40
Dünya Rusiyadan təhlükəsizlik təminatı istəyir, Rusiya isə Ukraynadan... Qalmaqal...

04.11.2026 / 21:19
Türkiyə Rusiyanın TDT üzvlüyünə rəsmi cavab verdi...

04.11.2026 / 21:04
Çində Ukraynaya sərfəli olmayan "yeni Yalta" sxemi hazırlanır...

04.11.2026 / 20:41
5 dövlət + NATO formatında Ukrayna ilə bağlı maraqlı müzakirə başladı...

04.11.2026 / 20:24
Tramp çox əlamətdar tarixi gündə İsrailə 4 milyardlıq hərbi yardımı kəsdi...

04.11.2026 / 20:07
Erməni mediası 2009-dan sonra Türkiyədə verdiyimiz yatırımlara qəribə izah verir... Guya...

04.11.2026 / 19:50
Trampın uduzmasından sonra da neftin bahalaşması dayanmadı...

04.11.2026 / 19:26
AK Parti Türkmənistanda da dini işlərlə ilgilənməyə başladı... Hicab da olacaq?

04.11.2026 / 19:10
Bu ana kimi onlar bizdən pul qazanırdılar, indi Azərbaycan mətbuatı onlardan qazanacaq...

04.11.2026 / 18:51
Amerikalıların son Qarabağ müharibəsindən kitab yazmaqlarının ayrı mənası var...

04.11.2026 / 18:35
Samvel Karapetyan, keçmiş PA rəhbəri və daha 36 nəfər saxlanıldı - Paşinyan rəqiblərini məhv edir...

04.11.2026 / 18:16
Ramiz Mehdiyevin çevriliş planını Rusiyaya kim çatdırıb? - YENİ FAKTLAR...

04.11.2026 / 18:02
Netanyahu bu vəziyyətə düşdü - hökumətə həm indiki iqtidar, həm də müxalifət rəhbərlik edəcək...

04.11.2026 / 17:46
Prezidentin sosial media hesablarında “AIREX 2026” sərgisi ilə bağlı videoçarx paylaşılıb

04.11.2026 / 17:40
İsrailin 4 müxalifət partiyası Netanyahuya qarşı hərəkətə keçdi - fövqəladə hökumət qurulur...

04.11.2026 / 17:15
Melaniya Tramp Rusiya və Ukrayna nümayəndələrini Ağ Evdə bir araya gətirir

04.11.2026 / 17:03
Yaşı 80-i keçən siyasətçilər Amerika siyasətini də qocaldır

04.11.2026 / 16:49
Dövlət qurumu yeni internet tarifləri müəyyənləşdirdi

04.11.2026 / 16:42
Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

04.11.2026 / 16:29
Qeşm adasına ABŞ-ın zərbələri Hörmüzdən azad neft keçidini təmin edə bilər?

04.11.2026 / 16:25
Ermənistan və Azərbaycan Rusiya, Çin və Qərb arasında: kimin manevr azadlığı daha çoxdur?

04.11.2026 / 16:22
Səudiyyə vəliəhdi Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:21
Avropa məhkəməsi Toroyanın mübahisəli ölümünü yüzlərlə qətl edilmiş azərbaycanlıdan üstün tutdu...

04.11.2026 / 16:20
Səudiyyə Kralı Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:18
Məkkə Sazişi İranı ABŞ hücumlarından müdafiə edir?..

04.11.2026 / 16:15
Pakistan Prezidenti Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

04.11.2026 / 16:07
Keçmiş nazirin oğluna yeni vəzifə verildi

04.11.2026 / 15:53
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edildi

04.11.2026 / 15:48
G20 sammitinə dəvət: Azərbaycanın və Prezident İlham Əliyevin artan beynəlxalq nüfuzunun sübutu

04.11.2026 / 15:40
Hersoq qərar verəcək - Netanyahu müsəlman qətliamını davam etdirəcək, ya...

04.11.2026 / 15:17
"Ermənistan Azərbaycanla ikitərəfli ticarəti genişləndirir" - Paşinyan

04.11.2026 / 14:52
"Gələn ildən növbəti böyük sosial islahat paketi planlaşdırılır" - Sahil Babayev

04.11.2026 / 14:39
Gələn il pensiyalar bu qədər artırılacaq...

04.11.2026 / 14:25
İspaniyadan Trampın seçki məlubiyyətinə ilk reaksiya - ifrat sağçı dalğa artıq dağılır…

04.11.2026 / 14:10
164 min manatlıq dələduzluq - boşanma mübahisəsindən istifadə edib qadının mənzilini və avtomobilini ələ keçirdi...

04.11.2026 / 13:57
Fuad Nağıyev professor Məhərrəm Zülfüqarlını təltif edib

04.11.2026 / 13:47
İran ABŞ-dakı seçkilərə belə reaksiya verdi - amerikalılar 'MÜHARİBƏYƏ YOX' dedilər...

04.11.2026 / 13:46
Paşinyan yeni konstitusiyanı bu ay dərc edəcəyinə söz verdi...

04.11.2026 / 13:34
ABŞ çərşənbə günü İrana zərbə endirə bilər – İDDİA…

04.11.2026 / 13:19
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq...

04.11.2026 / 13:07
Uşağın doğulmasına görə müavinət 600 manatdan 1500 manata qaldırılır...

04.11.2026 / 12:54
Respublikaçılar ümidini növbəti seçkiyə bağladı - Conson 2028-də aşağı palata üzərində nəzarətin bərpasına əmindir

04.11.2026 / 12:42
“Neft və mürəkkəb: Neftlə yazılmış hekayələr” sənədli filminin premyerası olub - FOTO

04.11.2026 / 12:40
"2027-ci ildə orta illik inflyasiya 5,3 faiz proqnozlaşdırılır" - Nazir

04.11.2026 / 12:31
Prezident və Birinci xanım “AIREX 2026” sərgisi ilə tanış olublar - FOTO

04.11.2026 / 12:17
Kürdəmir xəstəxanasında 125 min manatlıq yeyinti - bir nəfər barəsində qətimkan tədbiri seçildi...

04.11.2026 / 12:01
Azərbaycanda dəfn pulu artırılır - 946-dan 1200-ə...

04.11.2026 / 11:47
Ukrayna “Ozon”un Adıgeydəki logistika mərkəzini vurdu – güclü yanğın başladı... Sifarişlər dayandırıldı...

Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

XƏBƏR ARXİVİ