Cümə günü, 28 avqust 2026
     

5 apreldə anti-Azərbaycan üçtərəfli hərbi paktın əsası qoyulacaq...

Image


Tofiq Abbasov: "Hədəf də tək Azərbaycan yox, Rusiya, İran və Türkiyədir"

5 aprel 2024-cü ildə Brüsseldə Aİ-Ermənistan-ABŞ müştərək konfransı keçiriləcək.  Avropa İttifaqı və ABŞ tərəfindən bu kimi fəaliyyətlər açıq şəkildə birtərəfli və qərəzli xarakter daşıyır və ikili standart yanaşmasına əsaslanır. 

Çünki sözügedən konfrans tam şəffaf şəkildə keçirilmir, regional inklüzivlikdən məhrumdur və regionda təşviq edilən və çox ehtiyac duyulan etimad quruculuğuna və inteqrasiyaya ziddir. Bu konfrans erməni tərəfini xoş niyyətlə danışıqlara sövq etmək əvəzinə, regionda yeni bölücü xətlər və dırnaqarası təsir dairələri yaradır.

Ermənistandakı revanşist əhval-ruhiyyə fonunda Vaşinqton və Brüssel tərəfindən bu kimi açıq ermənipərəst ictimai təzahür Ermənistanın Azərbaycana qarşı yenidən mümkün təxribatlarında Aİ və ABŞ-ın Ermənistanı dəstəkləyəcəyinə dair bu ölkədə təhlükəli illüziya yarada bilər. Bu halda, Aİ və ABŞ Ermənistanın sabitliyi pozan hər hansı mümkün hərəkətinə görə məsuliyyəti bölüşəcəklər.

Beynəlxalq hüququn əsas norma və prinsipləri əsasında davamlı sülhə, sabitliyə və təhlükəsizliyə nail olmaq üçün unikal imkan yarandığı bir zamanda, onlar regionda yeni eskalasiya və gərginlik dalğası yaratmağa çalışırlar.

Bu təmasları birmənalı olaraq anti-Azərbaycan layihəsi adlandırmaq olarmı?

Siyasi şərhçi Tofiq Abbasov "Bakı-Xəbər"ə açıqlamasında bildirdi ki, bu plan özünün dağıdıcı, təhlükəli tərkibi ilə tək Azərbaycana qarşı deyil: "Burada bəhanə kimi Azərbaycanın guya aqressiv planlar üzərində işləməsi gətirilir. Guya bu gün də olmasa, sabah  Azərbaycan Ermənistana hücum edəcək. Təcavüz faktorunu qondarma şəkildə gündəmə gətirirlər. Ancaq əsas məsələ regionda yerləşmək və Ermənistandan istifadə etməkdir. Hədəf də tək Azərbaycan yox, Rusiya, İran və Türkiyədir. Biz bilirik ki, Türkiyə NATO - nun üzvüdür, guya onların müttəfiqidir. Ancaq bəzi planlarda onlar Türkiyənin özünü də razı salmağa çalışmırlar. Əksinə, Türkiyənin gözləntiləri və planlarına zidd şəkildə hərəkət edirlər. Əgər biz bir qədər geriyə dönsək, yada salarıq ki, Qarabağda ermənilər yaşayırdı, separatizmlə əlaqəli idilər. Özlərinin müqəddəratlarını həll etmək səviyyəsində müddəalar irəli sürürdülər. Bu, bəzi Qərb dairələrin, Fransanın Makron siyasətinə bir növ ümidlər verirdi ki, erməni faktorundan istifadə edərək, Fransa bölgəyə hərbi, sülh kontingenti adı altında adamlarını yerləşdirə bilər. Biz bilirik ki, Fransa dəfələrlə BMT - nin təhlükəsizlik şurasında çalışdı ki, Azərbaycanın maraqlarına qarşı olan bir qətnaməni üzə çıxarsın, ondan da istifadə edərək öz nüfuzunu Cənubi Qafqaza gətirsin. Ancaq bu iş alınmadı və arxasında da Fransanın Amerikanın əlində oyuncağa çevrildiyini aydın gördük. Əgər Ermənistanı Fransa bir alət kimi istifadə edirsə, Fransanın özündən də Amerika alət kimi istifadə edir. Ona görə də Makronu ortaya atıblar. Makron da ciddi siyasətçi təsiri bağışlamır, əksinə, yüngül çəkili bir oyuncağa bənzəyir. Amerikanlılar istədikləri kimi onu oynada bilirlər. Burada indi baş verən isə odur ki, hazırda onlar Azərbaycanı önə gətirirlər. Guya Azərbaycan aqressiv planlar üzərində işləyir. Ona görə də, Paşinyanı aprel ayının 5 - də Brüsselə dəvət ediblər. Onlar özləri yaxşı bilir ki, Paşinyanın potensialı nədən ibarətdir. Ermənistanı müharibəyə hazırlaşdırmaq o deməkdir ki, onlar Ermənistanı sona kimi çökdürmək istəyirlər. Çünki Ermənistan hərbi sahədə Azərbaycana qarşı balaca bir hərələt etsə, başından zərbəsini alacaq. Bundan sonra da gündəmə Ermənistanın müqəddəratı məsələsi gələcək. Onlar bütün bunları gözəl başa düşürlər. Ancaq eskalasiyadan çəkinmirlər. Eskalasiya nədir? Eskalasiya gərginliyin artması, onun dərəcəsinin yüksək həddə qalxmasıdır. Bu da onlara əsas verir ki, guya Qafqazda proseslər böyük həyəcan doğurur deyə, biz bu məsələləri həll etməliyik. Amma əvvəllər onlar erməni məsələsindən Qarabağda istifadə etmək istəyirdilərsə, bilmək olmaz Rusiyanın münasibəti necə olacaq. Çünki Rusiyanın Qarabağda hələ də kontingenti var. İndi isə biz görürük ki, onlar heç nəyə məhəl qoymadan Paşinyanı fakt qarşısında qoyublar, konfrans adı altında onu məhşər ayağına çəkirlər. Ancaq bu, Paşinyana qəti lazım deyil. Çünki, birincisi, Paşinyan KTMT - dən, Avrasiya məkanından qırılmayıb və onlar da onu Avropa İttifqqında üzvlük vədi ilə məcbur edirlər. Bəllidir ki, onlar Avropa İttifaqına Ermənistanı qəbul edən deyillər. Ermənistanı bu adla şirnikləndirirlər. Ancaq sona kimi vədlərinə əməl etməyəcəklər. Çünki Ermənistan o vəziyyətdə deyil. Digər tərəfdən, NATO üzvlüyünə söz verirlər. Bu da olan iş deyil. Sadəcə, uşaq başı aldadırmış kimi Ermənistanı aldadırlar. Ermənistanda da revanşistlər, terror təşkilatları dairənin içindədirlər və inanırlar ki, guya Avropa onlara yiyə duracaq və kömək edəcək. Tarix təkrarlanacaq. İndiki məqamda da Azərbaycan güclü olmalıdır. Rusiyanın, İranın da bu proseslərə sakit baxması da bizə məlum deyil. Düzdür, son məlumatlara görə, Rusiya Ermənistana silah-sürsatını göndərməyə başlayıb. Ancaq yenə də deyirəm, bu, Ermənistanın bölgədəki güc balansına təsir edə biləcək amil deyil. Çünki Azərbaycan hər baxımdan Ermənistanı üstələyir. Əgər kimsə Ermənistana kömək istəyirsə, Türkiyə və Azərbaycanla münasibətlərini bərpa etmə prosesinə mane olmasın. Çünki Qərb heç vaxt Ermənistana kömək edə bilməyəcək. Birincisi, bura həm Rusiyanın, həm İranın, həm də Türkiyənin təsir gücü olan bir yerdir. Təsadüfi deyil ki, prezident İlham Əliyev 3 + 3 platformasını irəli sürdü və bu çox işlək bir formatdır. Tehrandan artıq rəsmi xəbər gəldi ki, 3 + 3 formatı çərçivəsində ən yaxın zamanda səviyyəli bir görüş baş tutacaq. Demək, diplomatik danışıqlar, məsləhətləşmələr gedir. Bu da Qərbə bir cavabdır. Amma Azərbaycan öz gücünə, bacarığına inanır və biz heç kəsdən heç nə gözləmirik. Ermənistanın və onun arxasında duran havadarlarının cavabını hər zaman vermişik, yenə də verməyə hazırıq. Odur ki, Ermənistan üçün ən yaxşı çıxış yolu avantürist planlarından geri çəkilmək və bölgəyə dönməkdir".

Məhəmmədəli QƏRİBLİ




DİGƏR XƏBƏRLƏR

VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Paşinyan dəmiryolları üçün Rusiyaya 400 milyon dollar geri - satış qiyməti qoydu...

Problemli bank kreditləri sürətlə artır - ciddi səbəb olduğu deyilir...

Bakı Slavyan Universitetində erməni dilinin tədrisi hansı zərurətə söykən(m)ir?...

SON XƏBƏRLƏR

28.08.2026 / 14:53
Putin hakimiyyəti Moskvada antiAzərbaycançı kütləvi aksiyalara start verdi...

28.08.2026 / 14:27
Baltikyanıdan olan Avropa komissarlarının Rusiya təcavüzündən bəhs edən qorxunc məktubu...

28.08.2026 / 14:10
Paşinyan – “hüquq sistemində Köçəryan-Sarkisyan mafiyası var, axtarışdan əvvəl məlumat sızdırıblar"...

28.08.2026 / 13:41
Ukrayna Rusiyanın ən böyük neft zavodlarından birinə səkkizinci dəfə zərbə endirdi...

28.08.2026 / 13:23
Baş Prokurorluq tərcüməçi Ziya Muradovun ölümü ilə bağlı araşdırmalara başladı

28.08.2026 / 13:08
ABŞ kəşfiyyat şefinin Moskva səfərinin pərdəarxası açılır – “vəziyyətiniz pisləşməmiş müharibəni dayandırın”…

28.08.2026 / 12:50
Nepalda daşqınlarda ölənlərin sayı 475-ə çatdı... Yeni təhlükə - çinli xilasedicilər axtarışları dayandırdı…

28.08.2026 / 12:37
Bakıda iki qeyri-yaşayış obyekti və məsciddə qanunsuz müdaxilə - xəbərdarlıq edildi

28.08.2026 / 12:25
Bir vaxtlar Vüsaldan incidiyim üçün özümü bərk-bərk qınayıram...

28.08.2026 / 12:10
Mehriban Əliyevanın ünvanına doğum günü münasibətilə təbriklər gəlməkdə davam edir

28.08.2026 / 12:09
Qara dənizin Rumıniya sahillərində ticarət gəmisi vurularaq batırıldı...

28.08.2026 / 11:42
Nepalda ard-arda fəlakət yaşanır… İndi də su bəndi partladı – əhaliyə təcili çağırış edildi…

28.08.2026 / 11:25
Norveç kralı V Harald vəfat etdi…

28.08.2026 / 11:14
İran ABŞ-ı ikiqat zərbə ilə hədələdi - hər hansı bir addım atsa...

28.08.2026 / 11:01
Kirayə ev axtaran tələbələrə DİN-dən TƏCİLİ XƏBƏRDARLIQ - "Təcili beh göndərin" ifadələrinə inanmayın...

28.08.2026 / 10:46
"Ballıqaya qətliamının günahkarları ədalət qarşısında cavab verməlidir" - XİN

28.08.2026 / 10:24
Göyçayda narkotik tərkibli bitkilər yetişdirən şəxs yaxalandı

28.08.2026 / 10:08
Suriya prezidenti kürd lideri özünə müşavir təyin etdi...

28.08.2026 / 09:57
DİN kiberdələduzların yeni üsulları ilə bağlı əhaliyə müraciət etdi - diqqətli olun...

28.08.2026 / 09:50
Bakı aeroportunda “Elektron qapı sərhəd nəzarəti sistemi” istifadəyə verildi

28.08.2026 / 09:31
İran müharibəsi ABŞ-ı vurdu – “Patriot” ehtiyatı tükənir... Avropa mümkün hücum qarşısında müdafiəsiz qalacaq...

28.08.2026 / 09:08
Tramp İranla əməkdaşlıq edən Çin banklarına niyə sanksiya tətbiq etmir? – “Hər şeyi açıqlamağa məcbur deyiləm”...

28.08.2026 / 08:43
Sankt-Peterburqda bombalı hücum - Rusiya HHQ-nin zabiti öldürüldü...

27.08.2026 / 23:36
İşğalın ideoloji cəhətdən əsaslandırılması: fəhlə sinfinin hüquqları və insan haqları, bir medalın iki üzü - Professor Məhərrəm ZÜLFÜQARLI yazır...

27.08.2026 / 23:04
“Qarabağ” avrokuboklarda mübarizəni dayandırdı

27.08.2026 / 22:01
Kreml dəmiryolunu Ermənistana qaytarmaq istəmir - “Qərb Paşinyanı şantaj edir” dedi...

27.08.2026 / 21:27
Türkiyə və İsrail müharibə ərəfəsində - Kəşfiyyat rəhbərləri yenidən Bakıda görüşəcəklər...

27.08.2026 / 21:05
Azərbaycanda nağd pul dövriyyəsinə meyl hələ də güclü olaraq qalır...

27.08.2026 / 20:43
Paşinyan “erməni soyqırımını” alətə çevirən Netanyahuya ağır sözlər dedi - “son qoyulsun”...

27.08.2026 / 20:18
Paşinyan ən qatı müxalif deputatı dövlətin ən strateji postuna təyin etdi...Niyə?

27.08.2026 / 19:55
Polad Bülbüloğlu evlilik xəbərini təkzib etdi

27.08.2026 / 19:28
Paşinyan dəmiryolları üçün Rusiyaya 400 milyon dollar geri - satış qiyməti qoydu...

27.08.2026 / 19:04
ABŞ Özbəkistanı Çinlə qanunsuz tranzit ticarət edənlərin siyahısına saldı... Azərbaycanla nə əlaqəsi...

27.08.2026 / 18:49
ABŞ-ın baş kəşfiyyatçısı Moskvada Ermənistanı da müzakirə edib...

27.08.2026 / 18:33
Putin Paşinyandan “Avrasiya referendumu” tələb edir - Ermənistan ittifaqa referendumsuz daxil olmuşdu...

27.08.2026 / 18:02
Kriminal submədəniyyət, söyüş Ermənistan ordusunun axırına çıxır...

27.08.2026 / 17:47
Şimali Kipr Türk Cümhuriyyəti və Cənubi Kipr prezidentləri razılıq əldə etdilər...

27.08.2026 / 17:34
“Narkomaniyaya yox deyək!” mövzusunda tədbir keçirilib

27.08.2026 / 17:23
“Azərbaycanın sifarişi ilə Ermənistanda tuthatutdur...” - müxalifət həm də “ideya istehsal edir”...

27.08.2026 / 17:05
Problemli bank kreditləri sürətlə artır - ciddi səbəb olduğu deyilir...

27.08.2026 / 16:48
İranla maliyyə-ticarət əlaqəsi olan ölkələrə Trampın sanksiya hədəsi etiraz doğurdu - Azərbaycanın cavabı...

27.08.2026 / 16:33
Plüralizmin inkişafı geniş beynəlxalq əlaqələr sayəsində daha dinamik xarakter alır - Azərbaycanla-Özbəkistanın timsalında...

27.08.2026 / 16:19
Türk Müdafiə Qurşağı - İlham Əliyevin birgə türk təlimləri təklifi daha da aktuallaşdı...

27.08.2026 / 16:02
Bakı Slavyan Universitetində erməni dilinin tədrisi hansı zərurətə söykən(m)ir?...

27.08.2026 / 15:50
XİN Rusiyanı Azərbaycan səfirliyinin qonaq evi qarşısındakı təxribatla bağlı tədbirlər görməyə çağırdı

27.08.2026 / 15:42
Prezident “Sabah” futbol klubuna 5 milyon manat ayrılması barədə Sərəncam imzaladı

27.08.2026 / 15:39
Bu axşam “Qarabağ”ın oyununa görə metronun iş rejimi dəyişəcək - AÇIQLAMA

27.08.2026 / 15:20
"Barselona" “Fənərbağça”nın 31 yaşlı qapıçısını transfer etdi

27.08.2026 / 15:13
Paşinyan kimin əlinə “oynayır”?

27.08.2026 / 15:04
Ərtegin Salamzadə yaradıcılığında milli ruh

27.08.2026 / 14:46
Ukraynadan Rusiyaya ağır zərbə - "Lukoil"un bütün zavodları dayandı…

27.08.2026 / 14:28
Moskva Buxarestə nota verdi, bir rumın diplomatı da ölkədən qovdu…

27.08.2026 / 14:07
Nepalda daşqınlarda ölənlərin sayı 270-ə çatdı…

27.08.2026 / 13:51
Məleykə Abbaszadə abituriyentlərə çağırış etdi

27.08.2026 / 13:34
Məktəbli geyimlərinin YENİ QİYMƏTLƏRİ açıqlandı...

27.08.2026 / 13:23
ABŞ-ın kəşfiyyat şefinin gizli Rusiya səfərinin səbəbi ortaya çıxdı - Moskvaya xəbərdarlıq edildi…

27.08.2026 / 13:11
Ceyhun Bayramov Avstriyanın yeni səfirini qəbul etdi

27.08.2026 / 12:57
Rusiya ballistik raketlərində Amerika komponentləri aşkarlandı - Ukrayna danışıqlar üçün ABŞ-a nümayəndə göndərir…

27.08.2026 / 12:41
ABŞ-dan bütün Avropanı silkələyəcək ŞOK İDDİA - Rusiya Ukraynada nüvə silahından istifadə edəcək…

27.08.2026 / 12:21
Sabahdan universitetlərə qeydiyyat başlayır - yalnız mygov üzərindən...

27.08.2026 / 12:07
Cinayət törətməkdə şübhəli bilinən 51 nəfər saxlanıldı

27.08.2026 / 11:55
Bakıda estetik mərkəzdə yoxlama - pozuntular aşkarlandı...

27.08.2026 / 11:44
DİN-dən sosial şəbəkələrdəki saxta xidmətlərlə bağlı xəbərdarlıq...

27.08.2026 / 11:26
Prezident İlham Əliyev Maya Sanduya məktub ünvanlayıb

27.08.2026 / 11:16
Podrat müqaviləsi bağlayarkən bunlara diqqət edin – Ali Məhkəmədən açıqlama...

27.08.2026 / 11:11
Ukrayna Ozon-un daha iki anbarına zərbə endirdi...

27.08.2026 / 10:51
Nepalda və Tibetdə daşqınlarda ölənlərin sayı 165-i keçdi - 1300-dən çox itkin var...

27.08.2026 / 10:36
Zelenskinin darmadağın erdiyi ticarət şəbəkəsinin sahibi Rusiyanın ən varlı qadını oldu....

27.08.2026 / 10:23
"Dövlət büdcəsində nəzərdə tutulmayan tikililərin maliyyələşdirilməsi mümkün deyil" - Xüsusi nümayəndəlik

27.08.2026 / 09:47
Sabirabadda həyətində narkotik tərkibli bitkilər yetişdirən şəxs saxlandı

27.08.2026 / 09:31
Nigar Fərhad saxlanıldı

27.08.2026 / 09:06
Köçəryan barəsində iki aylıq həbs qətimkan tədbiri seçildi…

26.08.2026 / 23:33
Rəşid Behbudovun qızı Polad Bülbüloğluna yazdı - “Mənim sevimli quşcuğazım..."

26.08.2026 / 22:50
İran ordusu Qətərdən itkin düşmüş üç pilotun taleyinə aydınlıq gətirilməsini tələb etdi...

26.08.2026 / 22:26
Zelenski Trampın adamları ilə 3 maddəlik saziş mətnini razılaşdırdı...

26.08.2026 / 22:10
Müxalifət Paşinyanı devirmək üçün Rusiya sülhməramlılarını ölkəyə dəvət etmək istəyir...

26.08.2026 / 21:52
Dövlət borcumuz azalmaq əvəzinə 4 milyard artır - məmurlar belə demirdilər...

26.08.2026 / 21:37
Tibbi müəssisələrdə onlayn növbə götürənlərlə canlı növbəçilərin arasında problem böyüyür...

26.08.2026 / 21:23
Paşinyan "genosiddən və Müstəqillik bəyannaməsindən" imtina etdi...

26.08.2026 / 21:09
Azərbaycana təcavüzün 2 əsas təşkilatçı fiquru həbsə atılır - sülh sazişinin yolu açılır...

26.08.2026 / 20:53
Trampın və Netanyahunun Suriya planları Ərdoğanın Suriyadan tam sıxışdırılması ilə nəticələnə bilər...

Plüralizmin inkişafı geniş beynəlxalq əlaqələr sayəsində daha dinamik xarakter alır - Azərbaycanla-Özbəkistanın timsalında...

XƏBƏR ARXİVİ