Cümə axşamı günü, 05 noyabr 2026
     

Fransa mətbuatı Makronun ABŞ və Papa ilə uğursuz anti-Azərbaycan fəaliyyətini ifşa etdi...

Image


Mətin Məmmədli: "Fransız mətbuatı Makronun, Fransa hökumətinin bu siyasətini ifşa edir"

Fransa prezidenti Emmanuel Makronun antiazərbaycan mövqeyində olması, kəskin ermənipərəstliyi ilə seçilməsi artıq fransız mətbuatında da etiraf edilir.  

Fransanın "Le-Fiqaro" qəzeti yazır ki, Makron ermənilərin taleyinə səmimi olaraq biganə yanaşmayan yeganə liderdir, amma Fransanın təşəbbüsləri nəticə vermir. Qəzetin yazdığına görə, ötən illərdə Qarabağa dair Fransanın təşkil etmək istədiyi konfrans ABŞ-ın etirazı səbəbindən baş tutmayıb. Məqalədə o da vurğulanır ki, 2022-ci ilin oktyabrında Makron "erməni məsələsini" Roma Papası ilə də müzakirə etmək istəyib və Roma Papasını ziyarət edərkən, özü ilə ermənipərəst yazıçı Sylvain Tessonu da aparıb ki, sonuncu Ermənistanla bağlı məsələni qaldırsın. Amma o, Vatikandan da istədiyi dəstəyi ala bilməyib. 

Göründüyü kimi, Fransada nəşr olunan "Le-Fiqaro" qəzeti Makronun paxırını tamamilə açıb töküb, onun necə ermənipərəst, Ermənistançı olduğunu  ifşa edib. Bir neçə faktı önə çəkən qəzet, gördüyünüz kimi, Makronu səmimi şəkildə Ermənistançı hesab edir, onun ermənipərəstliyini diqqətə çatdırır. İnformasiyadan məlum olur ki, vaxtilə Makron Azərbaycanın əleyhinə bir konfrans təşkil etmək istəyib, amma ABŞ bunun qarşısını aldığı üçün onun bu məkrli niyyəti yarı yolda qalıb. Yəni ABŞ heç bir vəchlə Makronun dəyirmanına su tökmək istəməyib. Məsələdə üçüncü diqqəti çəkən məqam isə Roma Papasını da Azərbaycana qarşı təşkil etmək istədiyi bu işə qoşmaq istəyi olub ki, buna da nail ola bilməyib. Özü ilə Vatikana apardığı erməni yazarın timsah göz yaşları və "ilanı yuvasından çıxarmaqda" mahir olan şirin dili də Papanı bu işə qoşa bilməyib, onun bu cəhdi də uğursuzluğa düçar olub. Nə qədər dil töksələr də,  Papa onların oyunlarına getməyib. 

Bir sözlə, "Le-Fiqaro" qəzeti Makronun Azərbaycanla bağlı mənfur planlarını tamamilə faş edib, onun qərəzli münasibətini açıb göstərib. Makronun Azərbaycan əleyhinə qurmaq istədiyi əvvəlcədən uğursuzluğa düçar olan bu tamaşanın baş tutmaması səbəblərini bir-bir açan "Le-Fiqaro" Fransa prezidentinin əsl simasını dünyaya göstərib. 

"ABŞ və Roma Papasından dəstək ala bilməməsi səbəbindən Makronun antiazərbaycan konfransı təşkil etmək ideyası uğursuzluqla nəticələnib" 

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin eksperti, siyasi elmlər üzrə fəlsəfə doktoru Mətin Məmmədli "Bakı-Xəbər"ə şərhində "Əvvəla, "Le-Fiqaro" qəzetində gedən bu yazı bir daha Fransa hakimiyyətinin antiazərbaycan siyasətini, ermənipərəst mövqeyini açıq-aydın ortaya qoyur. Qəzet məqaləsində də qeyd edildiyi kimi, Fransa prezidenti Makron Avropada, Qərbdə yeganə səmimi ermənipərəst lider kimi xarakterizə olunub. Məqalə bir növ belə təqdim olunub ki, Fransa guya ermənilərin hüquqlarını müdafiə edir, onları Azərbaycandan qoruyur. Amma əslində məsələ ondan ibarətdir ki, Fransanın bugünkü siyasəti, ümumiyyətlə İkinci Qarabağ müharibəsindən sonra postmünaqişə problemlərinə yanaşması ondan ibarətdir ki, onlar yenidən Ermənistanı Azərbaycana qarşı qızışdırmağa çalışırlar"-deyə bildirdi.

M.Məmmədlinin sözlərinə görə, Fransa Ermənistanda revanşizm meyllərini gücləndirir, bunu isə həm siyasi diplomatik vasitələrlə edirlər, həm də başqa vasitələrlə. "Fransa Ermənistanın yanında olduğunu göstərir.  Eyni zamanda bu ölkənin qanunverici orqanı, həm Milli Assambleyası, həm Senatı Azərbaycana qarşı olduqca sərt, qərəzli, ədalətsiz qətnamələr qəbul edib. Digər istiqamət isə Ermənistanı silahlandırmaqdır. Yəni Fransa bu gün Avropada Ermənistanı silahlandıran həqiqətən də yeganə dövlətdir. İki ölkə arasında artıq ötən ilin oktyabrında hərbi əməkdaşlıqla bağlı müqavilə imzalanıb, son olaraq 2024-cü ilin fevral ayının sonlarında Fransanın müdafiə naziri İrəvanda olarkən yenə hərbi əməkdaşlıqla bağlı saziş imzalanıb. Görünən odur ki, Fransa bütün vasitələrlə çalışır Ermənistanı Azərbaycana qarşı qızışdırsın. Son olaraq da qeyd etdim ki, fransız mətbuatı Makronun, Fransa hökumətinin bu siyasətini ifşa edir".        

M.Məmmədli hesab edir ki, Makron məlum antiazərbaycan planına daha çox dövlətləri, daha çox siyasi və dini liderləri qatmaq istəsə də, bu alınmayıb. Ekspertə görə, Makronun Roma Papasından və ABŞ-dan heç bir dəstək ala bilməməsi onun məqsədinin baş tutmamasına səbəb olub. "Le-Fiqaro" qəzetində həmçinin o da qeyd olunub ki, Makron ötən dövrlərdə Azərbaycan əleyhinə bir konfrans keçirməyi planlaşdırıb, bu konfransa bir sıra Qərb dövlətlərini, o cümlədən də dini, siyasi dairələri də cəlb etmək istəyirmiş. Ancaq onun bu planı baş tutmayıb, ABŞ Makronun bu oyununda, yəni konfransda iştirak etməkdən imtina edib. Eyni zamanda, hətta Makron Roma Papasının yanına qədər gedib çıxıb ki, onun da konframsda iştirakına nail olsun, amma Roma Papası da Makronun bu təklifindən imtina edib. ABŞ və Roma Papasından dəstək ala bilməməsi səbəbindən Makronun antiazərbaycan konfransı təşkil etmək ideyası uğursuzluqla nəticələnib" - deyə M.Məmmədli vurğuladı. 

İradə SARIYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Bunu səfir Birol Akgünə açıq məktubum kimi də oxuya bilərsiniz - Aydın QULİYEV yazır...

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

SON XƏBƏRLƏR

05.11.2026 / 14:33
Vuçiçin Moskvaya qaçan silahdaşlarının təyyarəsi Litva üzərindən geri qaytarıldı...

05.11.2026 / 14:14
Paşinyan Türkiyə gedir...

05.11.2026 / 14:06
Azərbaycanın konstitusiya tələbi Ermənistanda "baş-ayaq" təqdim olundu...

05.11.2026 / 13:50
Ermənistan hökuməti TRIPP-lə bağlı parlamentin fövqəladə iclasını çağırdı...

05.11.2026 / 13:43
"Azərbaycan radiosu milli yaddaşımızın və mədəni irsimizin etibarlı qoruyucularından biridir" - Əhməd İsmayılov

05.11.2026 / 13:39
Gələn ilin büdcəsində neftin qiyməti 65 dollar götürülüb

05.11.2026 / 13:25
Ünvanlı dövlət sosial yardımının məbləği artırılır...

05.11.2026 / 13:12
Ərdoğan Bakıya gəlir...

05.11.2026 / 13:04
Gələn il üçün yaşayış minimumu 314 manat müəyyən edilib

05.11.2026 / 12:57
“AİD Group” təhsil şirkətinin rəhbəri həbs olundu - dələduzluq, saxta sənədlər hazırlamaq ittihamı...

05.11.2026 / 12:40
Dronla İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alındı - DTX-dan əməliyyat...

05.11.2026 / 12:37
Putin və Cinpin Ağ Evin yeni zalında qonaq ola bilər - Tramp açıqladı...

05.11.2026 / 12:30
Mirzoyan Türkiyə ilə sərhədlərin hər an açıla biləcəyini deyir...

05.11.2026 / 12:20
Seçki məğlubiyyəti Ağ Evdə şok effekti yaratdı... Tramp dəyişikliyə hazırlaşır – Heqset və Rubio “vurula” bilər...

05.11.2026 / 12:09
​​​​​​​Nəqliyyat vasitələrinin utilizasiyası fondu ləğv edilir...

05.11.2026 / 11:57
Orta aylıq pensiya məbləğində 45 manat artım - 640 manat olacaq...

05.11.2026 / 11:43
Gələn il bir sıra sosial müavinətlər artırılacaq...

05.11.2026 / 11:25
BMT rəsmisi “ASAN xidmət” modelini digər ölkələr üçün nümunə adlandırdı

05.11.2026 / 11:07
Hörmüz boğazında minaya düşən iki tankerə köməyə gələn yedək gəmisi də alov aldı...

05.11.2026 / 10:51
Samvel Karapetyan barəsində 1 aylıq həbs qətimkan tədbiri seçildi...

05.11.2026 / 10:35
İranın lovğalanması Trampı hərbi əməliyyatları bərpa etməyə sövq edə bilər...

05.11.2026 / 10:31
Prezident: "Azərbaycan bundan sonra da Dayanıqlı İnkişaf Məqsədlərinin təşviqini dəstəkləyəcək"

05.11.2026 / 10:29
“ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir" - Prezident

05.11.2026 / 10:25
Dünya Azərbaycanlılarının VI Qurultayı keçiriləcək...

05.11.2026 / 10:25
Prezident İlham Əliyev beynəlxalq tədbir iştirakçılarına müraciət ünvanladı...

05.11.2026 / 10:16
Bakıda BMT İdarəetmə İnnovasiyaları Sammiti keçirilir

05.11.2026 / 09:52
Ukrayna Ryazanda neft zavodunu və Wildberries anbarını vurdu...

05.11.2026 / 09:28
Vens seçkilərdə respublikaçıların məğlubiyyətinin 4 əsas səbəbini açıqladı - buna dəydimi...

05.11.2026 / 09:10
SOCAR ABŞ-da 1,65 milyard dollarlıq aktiv alır - müqavilə imzalandı

05.11.2026 / 06:07
4 Knesset üzvü də Netanyahunu dəstəkləməyəcəyini açıqladı

05.11.2026 / 06:00
Tramp həm “impiçmentdən qorxmuram” dedi, həm də veto hüququnu xatırlatdı

04.11.2026 / 23:49
Macarıstan da Rusiya neft-qazından imtina edir…

04.11.2026 / 23:21
Prezidentin “Şərəf” ordeni ilə təltif etdiyi Kamran İmanov kimdir? - DOSYE

04.11.2026 / 21:40
Dünya Rusiyadan təhlükəsizlik təminatı istəyir, Rusiya isə Ukraynadan... Qalmaqal...

04.11.2026 / 21:19
Türkiyə Rusiyanın TDT üzvlüyünə rəsmi cavab verdi...

04.11.2026 / 21:04
Çində Ukraynaya sərfəli olmayan "yeni Yalta" sxemi hazırlanır...

04.11.2026 / 20:41
5 dövlət + NATO formatında Ukrayna ilə bağlı maraqlı müzakirə başladı...

04.11.2026 / 20:24
Tramp çox əlamətdar tarixi gündə İsrailə 4 milyardlıq hərbi yardımı kəsdi...

04.11.2026 / 20:07
Erməni mediası 2009-dan sonra Türkiyədə verdiyimiz yatırımlara qəribə izah verir... Guya...

04.11.2026 / 19:50
Trampın uduzmasından sonra da neftin bahalaşması dayanmadı...

04.11.2026 / 19:26
AK Parti Türkmənistanda da dini işlərlə ilgilənməyə başladı... Hicab da olacaq?

04.11.2026 / 19:10
Bu ana kimi onlar bizdən pul qazanırdılar, indi Azərbaycan mətbuatı onlardan qazanacaq...

04.11.2026 / 18:51
Amerikalıların son Qarabağ müharibəsindən kitab yazmaqlarının ayrı mənası var...

04.11.2026 / 18:35
Samvel Karapetyan, keçmiş PA rəhbəri və daha 36 nəfər saxlanıldı - Paşinyan rəqiblərini məhv edir...

04.11.2026 / 18:16
Ramiz Mehdiyevin çevriliş planını Rusiyaya kim çatdırıb? - YENİ FAKTLAR...

04.11.2026 / 18:02
Netanyahu bu vəziyyətə düşdü - hökumətə həm indiki iqtidar, həm də müxalifət rəhbərlik edəcək...

04.11.2026 / 17:46
Prezidentin sosial media hesablarında “AIREX 2026” sərgisi ilə bağlı videoçarx paylaşılıb

04.11.2026 / 17:40
İsrailin 4 müxalifət partiyası Netanyahuya qarşı hərəkətə keçdi - fövqəladə hökumət qurulur...

04.11.2026 / 17:15
Melaniya Tramp Rusiya və Ukrayna nümayəndələrini Ağ Evdə bir araya gətirir

04.11.2026 / 17:03
Yaşı 80-i keçən siyasətçilər Amerika siyasətini də qocaldır

04.11.2026 / 16:49
Dövlət qurumu yeni internet tarifləri müəyyənləşdirdi

04.11.2026 / 16:42
Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

04.11.2026 / 16:29
Qeşm adasına ABŞ-ın zərbələri Hörmüzdən azad neft keçidini təmin edə bilər?

04.11.2026 / 16:25
Ermənistan və Azərbaycan Rusiya, Çin və Qərb arasında: kimin manevr azadlığı daha çoxdur?

04.11.2026 / 16:22
Səudiyyə vəliəhdi Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:21
Avropa məhkəməsi Toroyanın mübahisəli ölümünü yüzlərlə qətl edilmiş azərbaycanlıdan üstün tutdu...

04.11.2026 / 16:20
Səudiyyə Kralı Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:18
Məkkə Sazişi İranı ABŞ hücumlarından müdafiə edir?..

04.11.2026 / 16:15
Pakistan Prezidenti Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

04.11.2026 / 16:07
Keçmiş nazirin oğluna yeni vəzifə verildi

04.11.2026 / 15:53
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edildi

04.11.2026 / 15:48
G20 sammitinə dəvət: Azərbaycanın və Prezident İlham Əliyevin artan beynəlxalq nüfuzunun sübutu

04.11.2026 / 15:40
Hersoq qərar verəcək - Netanyahu müsəlman qətliamını davam etdirəcək, ya...

04.11.2026 / 15:17
"Ermənistan Azərbaycanla ikitərəfli ticarəti genişləndirir" - Paşinyan

04.11.2026 / 14:52
"Gələn ildən növbəti böyük sosial islahat paketi planlaşdırılır" - Sahil Babayev

04.11.2026 / 14:39
Gələn il pensiyalar bu qədər artırılacaq...

04.11.2026 / 14:25
İspaniyadan Trampın seçki məlubiyyətinə ilk reaksiya - ifrat sağçı dalğa artıq dağılır…

04.11.2026 / 14:10
164 min manatlıq dələduzluq - boşanma mübahisəsindən istifadə edib qadının mənzilini və avtomobilini ələ keçirdi...

04.11.2026 / 13:57
Fuad Nağıyev professor Məhərrəm Zülfüqarlını təltif edib

04.11.2026 / 13:47
İran ABŞ-dakı seçkilərə belə reaksiya verdi - amerikalılar 'MÜHARİBƏYƏ YOX' dedilər...

04.11.2026 / 13:46
Paşinyan yeni konstitusiyanı bu ay dərc edəcəyinə söz verdi...

04.11.2026 / 13:34
ABŞ çərşənbə günü İrana zərbə endirə bilər – İDDİA…

04.11.2026 / 13:19
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq...

04.11.2026 / 13:07
Uşağın doğulmasına görə müavinət 600 manatdan 1500 manata qaldırılır...

04.11.2026 / 12:54
Respublikaçılar ümidini növbəti seçkiyə bağladı - Conson 2028-də aşağı palata üzərində nəzarətin bərpasına əmindir

04.11.2026 / 12:42
“Neft və mürəkkəb: Neftlə yazılmış hekayələr” sənədli filminin premyerası olub - FOTO

04.11.2026 / 12:40
"2027-ci ildə orta illik inflyasiya 5,3 faiz proqnozlaşdırılır" - Nazir

04.11.2026 / 12:31
Prezident və Birinci xanım “AIREX 2026” sərgisi ilə tanış olublar - FOTO

04.11.2026 / 12:17
Kürdəmir xəstəxanasında 125 min manatlıq yeyinti - bir nəfər barəsində qətimkan tədbiri seçildi...

04.11.2026 / 12:01
Azərbaycanda dəfn pulu artırılır - 946-dan 1200-ə...

04.11.2026 / 11:47
Ukrayna “Ozon”un Adıgeydəki logistika mərkəzini vurdu – güclü yanğın başladı... Sifarişlər dayandırıldı...

Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

XƏBƏR ARXİVİ