Cümə axşamı günü, 05 noyabr 2026
     

5 aprel üçtərəfli görüşü Qafqazda 2-ci hərb cəbhəsinin əsasını qoya bilər...

Image


Ramil Məmmədli: "Bu formada Brüssel görüşü Bakı-İrəvan münasibətlərini gərginləşdirmək məqsədi güdür"

Məlum olduğu kimi, aprelin 5-də Ermənistan baş naziri Nikol Paşinyan, Avropa Komissiyasının sədri Ursula fon der Lyayen və ABŞ dövlət katibi Entoni Blinken Brüsseldə görüşəcəklər. Sözügedən görüş Cənubi Qafqazda siyasi tarazlığa ciddi şəkildə təsir edə bilər. 

Çünki Vaşinqton görüşün "Bakı və İrəvan arasında sülh danışıqlarına aid" olduğunu, rəsmi İrəvan isə "üçüncü tərəfə qarşı olmadığını" desə də, Brüsseldə Ermənistanın "təhlükəsizliyinin gücləndirilməsi" adı altında hərbi paktın əldə edilməsinin planlaşdırıldığı haqda məlumatlar var. Azərbaycan Xarici İşlər Nazirliyinin "Avropa Sülh Fondu çərçivəsində Ermənistana hərbi yardımın göstərilməsi planları və aprelin 5-də keçiriləcək toplantının hərbi komponentləri nəzərdə tutduğuna dair məlumatlar əlavə narahatlıq doğurur və regionda sülh quruculuğu səylərinə xələl gətirir" açıqlaması rəsmi Bakıda bu haqda informasiyaların olduğunu göstərir. 

Çünki bütün bunlar Qafqazda yeni münaqişə ocağı yaratmaq məqsədinə xidmət edir. Burada ikinci cəbhə açmaq niyyətləri var. Görüşdə xüsusi qeyd olunmasa da, söhbət faktiki olaraq hərbi paktdan gedir və bu pakt regionda sabitliyin və sülhün bərqərar olmasına qarşı yönəlib. Özü də bunu Ermənistanın əli ilə edirlər. Nəzərə almaq lazımdır ki, hələ ötən əsrin 80-ci illərinin sonlarından Ermənistan bölgədə münaqişə vəziyyəti yaratmaq üçün bir alət kimi istifadə olunur və bu, hazırda da davam edir. O vaxtdan Ermənistan və erməni lobbisi bu regionda müharibə ocağı yaratmaq, SSRİ-yə qarşı bundan istifadə etmək üçün Qərblə müttəfiqlik edib. Bu gün də Ermənistan bölgədə münaqişə vəziyyəti yaratmaq, yeni cəbhə açmaq məsələsində Qərbin əlində bir vasitəçi rolunda çıxış etməkdədir. Ona görə də aprelin 5-də nəzərdə tutulan görüş məhz Ermənistanın əli ilə ikinci bir münaqişə ocağını alovlandırmaq məqsədinin tərkib hissəsidir. Necə ki, 1988-ci ildə Ermənistandan Qərbdəki dairələr istifadə etdilər, bu gün də həmin formada bu dəvlətdən Qərb istifadə edir. O zaman Qərb qüvvələri bunu erməni lobbisinin əli ilə edirdilər, bu gün erməni lobbisi ilə yanaşı, həm də Ermənistan hakimiyyəti ilə birbaşa işləyirlər. İrəliləyiş və dəyişiklik həm də budur.

"Ermənistanın hərbiləşdirilməsi həm də Rusiyaya qarşı bir plandır" 

Sözügedən məsələni "Bakı-Xəbər"ə şərh edən hərbi ekspert Ramil Məmmədlinin fikrincə, 36 il əvvəl işə salınan ssenarini yenidən həyata keçirmək cəhdləri var: "Çünki oxşarlıq çoxdur. Məsələ ondadır ki, 1985-ci ildə Mixail Qorbaçov SSRİ rəhbəri olandan sonra Qərblə yaşanan soyuq müharibənin ortadan qaldırılması yavaş-yavaş gündəmə gəlməyə başladı. O zaman Qərblə SSRİ arasında münasibətlərin yumşaldılmasında erməni lobbisinin əlaqələrindən istifadə edildi. Həmən ermənilər bundan öz məqsədləi üçün istifadə etməyə başladılar. Təsadüfi deyil ki, Qorbaşovun 10-dan çox müşaviri, məsləhətçisi erməni mənşəli idi. Onların da başında Abel Aqambekyan dayanırdı. Bu həmin Aqambekyandır ki, 1987-ci ilin noyabrında Fransada Qarabağ barədə bunları demişdi: "Mən bir iqtisadçı kimi hesab edirəm ki, Qarabağ iqtisadi cəhətdən daha çox Ermənistana bağlıdır, nəinki Azərbaycana". Ondan sonra erməni separatizmi açıq müstəviyə keçdi və yaşananlar hamıya məlumdur. Sonra bəlli oldu ki, Qərb Qarabağdakı erməni separatizminin alovlanmasından istifadə edərək SSRİ-ni çokdürdü. Çünki məhz 1988-ci ildə başlayan erməni separatizmindən sonra SSRİ-də etnik münaqişələr vüsət aldı. Məhz ondan sonra 1989-cu ildə Özbəkistanda Fərqanə hadisələri baş verdi. Bunda da ermənilərin xüsusi rolu olub. İndi də oxşar ssenari həyata keçirilir. Sadəcə forma dəyişib, məzmun eynidir. Ermənistan neçə illərdir KTMT-də təmsil olunur. Bu ölkədə Rusiyanın hərbi bazaları var. Ancaq Qərb Fransanın timsalında mərhələli şəkildə Ermənistanı silahlandırır. Bütün bunlar azmış kimi, aprelin 5-də Brüsseldə Ermənistan, Aİ və ABŞ-ın birgə görüşü təşkil olunur. Ermənistana "təhlükəsizlik zəmanəti" veriləcəyi adı altında tezislər ortaya atılır. Qərb həqiqi sabitlikdə maraqlı olsaydı, Brüssel görüşünə Azərbaycanla Gürcüstanı da dəvət edərdi. Çünki hər iki ölkə Cənubi Qafqaz dövlətidir. Ermənistanın hərbiləşdirilməsi həm də Rusiyaya qarşı bir plandır. Bununla Paşinyanı cəsarətləndirirlər ki, Rusiyadan uzaqlaşmanı tezləşdirsin. Bütün hallarda, bu formada Brüssel görüşü Bakı-İrəvan münasibətlərini gərginləşdirmək məqsədi güdür".

Vidadi ORDAHALLI



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Bunu səfir Birol Akgünə açıq məktubum kimi də oxuya bilərsiniz - Aydın QULİYEV yazır...

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

SON XƏBƏRLƏR

05.11.2026 / 14:33
Vuçiçin Moskvaya qaçan silahdaşlarının təyyarəsi Litva üzərindən geri qaytarıldı...

05.11.2026 / 14:14
Paşinyan Türkiyə gedir...

05.11.2026 / 14:06
Azərbaycanın konstitusiya tələbi Ermənistanda "baş-ayaq" təqdim olundu...

05.11.2026 / 13:50
Ermənistan hökuməti TRIPP-lə bağlı parlamentin fövqəladə iclasını çağırdı...

05.11.2026 / 13:43
"Azərbaycan radiosu milli yaddaşımızın və mədəni irsimizin etibarlı qoruyucularından biridir" - Əhməd İsmayılov

05.11.2026 / 13:39
Gələn ilin büdcəsində neftin qiyməti 65 dollar götürülüb

05.11.2026 / 13:25
Ünvanlı dövlət sosial yardımının məbləği artırılır...

05.11.2026 / 13:12
Ərdoğan Bakıya gəlir...

05.11.2026 / 13:04
Gələn il üçün yaşayış minimumu 314 manat müəyyən edilib

05.11.2026 / 12:57
“AİD Group” təhsil şirkətinin rəhbəri həbs olundu - dələduzluq, saxta sənədlər hazırlamaq ittihamı...

05.11.2026 / 12:40
Dronla İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alındı - DTX-dan əməliyyat...

05.11.2026 / 12:37
Putin və Cinpin Ağ Evin yeni zalında qonaq ola bilər - Tramp açıqladı...

05.11.2026 / 12:30
Mirzoyan Türkiyə ilə sərhədlərin hər an açıla biləcəyini deyir...

05.11.2026 / 12:20
Seçki məğlubiyyəti Ağ Evdə şok effekti yaratdı... Tramp dəyişikliyə hazırlaşır – Heqset və Rubio “vurula” bilər...

05.11.2026 / 12:09
​​​​​​​Nəqliyyat vasitələrinin utilizasiyası fondu ləğv edilir...

05.11.2026 / 11:57
Orta aylıq pensiya məbləğində 45 manat artım - 640 manat olacaq...

05.11.2026 / 11:43
Gələn il bir sıra sosial müavinətlər artırılacaq...

05.11.2026 / 11:25
BMT rəsmisi “ASAN xidmət” modelini digər ölkələr üçün nümunə adlandırdı

05.11.2026 / 11:07
Hörmüz boğazında minaya düşən iki tankerə köməyə gələn yedək gəmisi də alov aldı...

05.11.2026 / 10:51
Samvel Karapetyan barəsində 1 aylıq həbs qətimkan tədbiri seçildi...

05.11.2026 / 10:35
İranın lovğalanması Trampı hərbi əməliyyatları bərpa etməyə sövq edə bilər...

05.11.2026 / 10:31
Prezident: "Azərbaycan bundan sonra da Dayanıqlı İnkişaf Məqsədlərinin təşviqini dəstəkləyəcək"

05.11.2026 / 10:29
“ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir" - Prezident

05.11.2026 / 10:25
Dünya Azərbaycanlılarının VI Qurultayı keçiriləcək...

05.11.2026 / 10:25
Prezident İlham Əliyev beynəlxalq tədbir iştirakçılarına müraciət ünvanladı...

05.11.2026 / 10:16
Bakıda BMT İdarəetmə İnnovasiyaları Sammiti keçirilir

05.11.2026 / 09:52
Ukrayna Ryazanda neft zavodunu və Wildberries anbarını vurdu...

05.11.2026 / 09:28
Vens seçkilərdə respublikaçıların məğlubiyyətinin 4 əsas səbəbini açıqladı - buna dəydimi...

05.11.2026 / 09:10
SOCAR ABŞ-da 1,65 milyard dollarlıq aktiv alır - müqavilə imzalandı

05.11.2026 / 06:07
4 Knesset üzvü də Netanyahunu dəstəkləməyəcəyini açıqladı

05.11.2026 / 06:00
Tramp həm “impiçmentdən qorxmuram” dedi, həm də veto hüququnu xatırlatdı

04.11.2026 / 23:49
Macarıstan da Rusiya neft-qazından imtina edir…

04.11.2026 / 23:21
Prezidentin “Şərəf” ordeni ilə təltif etdiyi Kamran İmanov kimdir? - DOSYE

04.11.2026 / 21:40
Dünya Rusiyadan təhlükəsizlik təminatı istəyir, Rusiya isə Ukraynadan... Qalmaqal...

04.11.2026 / 21:19
Türkiyə Rusiyanın TDT üzvlüyünə rəsmi cavab verdi...

04.11.2026 / 21:04
Çində Ukraynaya sərfəli olmayan "yeni Yalta" sxemi hazırlanır...

04.11.2026 / 20:41
5 dövlət + NATO formatında Ukrayna ilə bağlı maraqlı müzakirə başladı...

04.11.2026 / 20:24
Tramp çox əlamətdar tarixi gündə İsrailə 4 milyardlıq hərbi yardımı kəsdi...

04.11.2026 / 20:07
Erməni mediası 2009-dan sonra Türkiyədə verdiyimiz yatırımlara qəribə izah verir... Guya...

04.11.2026 / 19:50
Trampın uduzmasından sonra da neftin bahalaşması dayanmadı...

04.11.2026 / 19:26
AK Parti Türkmənistanda da dini işlərlə ilgilənməyə başladı... Hicab da olacaq?

04.11.2026 / 19:10
Bu ana kimi onlar bizdən pul qazanırdılar, indi Azərbaycan mətbuatı onlardan qazanacaq...

04.11.2026 / 18:51
Amerikalıların son Qarabağ müharibəsindən kitab yazmaqlarının ayrı mənası var...

04.11.2026 / 18:35
Samvel Karapetyan, keçmiş PA rəhbəri və daha 36 nəfər saxlanıldı - Paşinyan rəqiblərini məhv edir...

04.11.2026 / 18:16
Ramiz Mehdiyevin çevriliş planını Rusiyaya kim çatdırıb? - YENİ FAKTLAR...

04.11.2026 / 18:02
Netanyahu bu vəziyyətə düşdü - hökumətə həm indiki iqtidar, həm də müxalifət rəhbərlik edəcək...

04.11.2026 / 17:46
Prezidentin sosial media hesablarında “AIREX 2026” sərgisi ilə bağlı videoçarx paylaşılıb

04.11.2026 / 17:40
İsrailin 4 müxalifət partiyası Netanyahuya qarşı hərəkətə keçdi - fövqəladə hökumət qurulur...

04.11.2026 / 17:15
Melaniya Tramp Rusiya və Ukrayna nümayəndələrini Ağ Evdə bir araya gətirir

04.11.2026 / 17:03
Yaşı 80-i keçən siyasətçilər Amerika siyasətini də qocaldır

04.11.2026 / 16:49
Dövlət qurumu yeni internet tarifləri müəyyənləşdirdi

04.11.2026 / 16:42
Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

04.11.2026 / 16:29
Qeşm adasına ABŞ-ın zərbələri Hörmüzdən azad neft keçidini təmin edə bilər?

04.11.2026 / 16:25
Ermənistan və Azərbaycan Rusiya, Çin və Qərb arasında: kimin manevr azadlığı daha çoxdur?

04.11.2026 / 16:22
Səudiyyə vəliəhdi Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:21
Avropa məhkəməsi Toroyanın mübahisəli ölümünü yüzlərlə qətl edilmiş azərbaycanlıdan üstün tutdu...

04.11.2026 / 16:20
Səudiyyə Kralı Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:18
Məkkə Sazişi İranı ABŞ hücumlarından müdafiə edir?..

04.11.2026 / 16:15
Pakistan Prezidenti Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

04.11.2026 / 16:07
Keçmiş nazirin oğluna yeni vəzifə verildi

04.11.2026 / 15:53
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edildi

04.11.2026 / 15:48
G20 sammitinə dəvət: Azərbaycanın və Prezident İlham Əliyevin artan beynəlxalq nüfuzunun sübutu

04.11.2026 / 15:40
Hersoq qərar verəcək - Netanyahu müsəlman qətliamını davam etdirəcək, ya...

04.11.2026 / 15:17
"Ermənistan Azərbaycanla ikitərəfli ticarəti genişləndirir" - Paşinyan

04.11.2026 / 14:52
"Gələn ildən növbəti böyük sosial islahat paketi planlaşdırılır" - Sahil Babayev

04.11.2026 / 14:39
Gələn il pensiyalar bu qədər artırılacaq...

04.11.2026 / 14:25
İspaniyadan Trampın seçki məlubiyyətinə ilk reaksiya - ifrat sağçı dalğa artıq dağılır…

04.11.2026 / 14:10
164 min manatlıq dələduzluq - boşanma mübahisəsindən istifadə edib qadının mənzilini və avtomobilini ələ keçirdi...

04.11.2026 / 13:57
Fuad Nağıyev professor Məhərrəm Zülfüqarlını təltif edib

04.11.2026 / 13:47
İran ABŞ-dakı seçkilərə belə reaksiya verdi - amerikalılar 'MÜHARİBƏYƏ YOX' dedilər...

04.11.2026 / 13:46
Paşinyan yeni konstitusiyanı bu ay dərc edəcəyinə söz verdi...

04.11.2026 / 13:34
ABŞ çərşənbə günü İrana zərbə endirə bilər – İDDİA…

04.11.2026 / 13:19
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq...

04.11.2026 / 13:07
Uşağın doğulmasına görə müavinət 600 manatdan 1500 manata qaldırılır...

04.11.2026 / 12:54
Respublikaçılar ümidini növbəti seçkiyə bağladı - Conson 2028-də aşağı palata üzərində nəzarətin bərpasına əmindir

04.11.2026 / 12:42
“Neft və mürəkkəb: Neftlə yazılmış hekayələr” sənədli filminin premyerası olub - FOTO

04.11.2026 / 12:40
"2027-ci ildə orta illik inflyasiya 5,3 faiz proqnozlaşdırılır" - Nazir

04.11.2026 / 12:31
Prezident və Birinci xanım “AIREX 2026” sərgisi ilə tanış olublar - FOTO

04.11.2026 / 12:17
Kürdəmir xəstəxanasında 125 min manatlıq yeyinti - bir nəfər barəsində qətimkan tədbiri seçildi...

04.11.2026 / 12:01
Azərbaycanda dəfn pulu artırılır - 946-dan 1200-ə...

04.11.2026 / 11:47
Ukrayna “Ozon”un Adıgeydəki logistika mərkəzini vurdu – güclü yanğın başladı... Sifarişlər dayandırıldı...

Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

XƏBƏR ARXİVİ