Cümə axşamı günü, 05 noyabr 2026
     

Azərbaycanın 4 kəndi işğaldan "bir gülləsiz" azad edilir...

Image


Azərbaycanın Ermənistan qarşısında qoyduğu növbəti tələb yerinə yetirilir. Artıq bəlli olduğu kimi, Ermənistan hakimiyyəti Qazaxın anklav olmayan 4 kəndinin, yəni Bağanis Ayrım, Qızılhacılı, Aşağı Əskipara və Xeyrimlinin qaytarılması ilə bağlı mövqeyini  qətiləşdirib. Hakim partiya bunun hüquqa uyğun olduğunu, eyni zamanda yeni savaşın qarşısının alınması baxımından mühüm əhəmiyyət kəsb etdiyini bəyan edir. 

Parlamentin "Vətəndaş müqaviləsi" fraksiyasının deputatı Lilit Minasyan qeyd edir ki, sərhəd delimitasiyası komissiyaları Tavuş bölgəsində ərazilərin verilməsi prosesinin necə baş verməsini anlamaq üçün sənədlərin mübadiləsi aparır. Baş nazir Nikol Paşinyanın onlarla görüşdə konkret tarixlər barədə danışıb-danışmadığını soruşduqda, deputat cavab verib ki, heç bir tarix qeyd olunmayıb. "Paşinyan fraksiya ilə görüşdə vaxtlarının az olduğunu deyibmi" sualına isə deputat belə cavab verib: "Mən bu ifadəni həqiqətən xatırlamıram, amma özüm bu ərazini öyrənirəm və regionda hansı tektonik hərəkətlərin olduğuna baxıram. Mən də hesab edirəm ki, bizim illərlə vaxtımız yoxdur və biz müəyyən müddət ərzində bu problemi həll edə biləcəyik". 3-cü ordu korpusunun bu ərazilərdən çıxarılmasının müzakirə edilib-edilməməsi ilə bağlı suala Lilit Minasyan cavab verib ki, bu məsələ hələ də müzakirə olunur: "Hərəkətlərin nə olacağını dəqiq deyə bilmərik. Bütün bunlar hələ danışıqlar mərhələsindədir". "Vətəndaş müqaviləsi" fraksiyasının digər deputatı Akop Aslanyan da məsələyə maraqlı reaksiya verib: "Baş nazir Nikol Paşinyan son çıxışları zamanı Tavuşun dörd kəndinin yer almadığı Ermənistan xəritəsinin maketini göstərib. "Bu, Almatı Bəyannaməsi əsasında qəbul edilmiş xəritədir. Bu, Ermənistanın BMT-yə üzv olduğu xəritədir. Xəritədə göstərilənlər birbaşa yerdə əsas götürülür. Məhz bunun əsasında delimitasiya və demarkasiya danışıqları aparılır. Bizə məxsus olan bizim olmalıdır, düşmənə məxsus olan isə qaytarılmalıdır". O, sərhədlərin dəqiqləşməsinə şimaldan başlamağı düzgün hesab edib, çünki onun fikrincə, Tavuş bölgəsində tərəflər kompromisləri daha tez və asan tapa bilər, sonra isə bu razılaşma digər ərazilərdə dərinləşməlidir: "Kim dedi ki, biz əraziləri birtərəfli qaydada veririk? Biz həmişə demişik ki, Azərbaycan Ermənistanın 31 kəndinin həyati əhəmiyyət daşıyan ərazilərindən çıxmalıdır. Bu proses Tavuşdan başlamalıdır. Ermənistanın imtinası Azərbaycana İrəvanı destruktiv mövqedə ittiham etməyə əsas verə bilər". Akop Aslanyan, Ermənistan bu prosesdən imtina edəcəyi təqdirdə, Paşinyanın danışdığı hərbi ssenarini istisna etməyib. Qeyd edilənlər fonunda "armenianreport" portalı isə yazır: "Nikol Paşinyan Ermənistanın baş naziri kimi ona həvalə edilmiş vəzifələrin mahiyyətini çox konkret başa düşdüyünü artıq sübut edib. O, öz ölkəsinin sakinlərini şantaj etməyə, Azərbaycan növbəti ərazi tələblərini yerinə yetirməsə, onları müharibə ilə hədələməyə keçdi. Bu cür davranışlar fonunda Ermənistanın hakim fraksiyasının deputatı Vaaqn Aleksanyanın dedikləri təəccüblü deyil.
 "Tavuşda Azərbaycan adında kənd yoxdur. Söhbət 1991-92-ci illərə qədər Azərbaycan kəndlərinin mövcud olduğu Tavuş kəndlərinə bitişik ərazilərdən gedir. Bunu heç kim inkar etmir", - Aleksanyan bildirib. Onun sözlərinə görə, hərbi vəziyyətdə, bəzi hallarda çaşqınlıq şəraitində dövlət sərhədindən çox, təhlükələrlə dolu təmas xətti formalaşıb. O, ərazilərin Azərbaycana "təslim edilməsi" və ya "verilməsi" anlayışı ilə razılaşmayıb, "dövlət sərhədində dayanmağın" zəruriliyini bildirib.

Biz özümüz onlara güc vermişik. Biz özümüz inanırdıq ki, Nikol və onun komandası Ermənistanı Serj Sarkisyanın, daha əvvəl isə Robert Köçəryanın dövründə olduğundan daha güclü, zəngin, təhlükəsiz edəcək. Şirin söz deyənlərə inandıq. İndi də buna uyğun olaraq, ölkədə baş verən hər şeyə görə biz onlardan heç də az məsuliyyət daşımırıq.  
 Eyni zamanda, rəqiblərinə diqqət yetirməyə dəyər. Levon Köçəryan son zamanlar fəallaşıb və korrupsioner medianın köməyi ilə az qala Ermənistanın qəhrəmanına çevrilir. Hamı birtəhər unutmağa başladı ki, bu, Ermənistanın və xalqımızın quldurunun oğludur. Eyni zamanda, Levon artıq özünü həm atasının varisi kimi, həm də Rusiyaya xidmət baxımından sübut edə bilib. O, hərəkətlərini gizlətmədən belə edir. O, Moskvanın Cənubi Qafqazda vəziyyətin sabitləşməsi üçün vacib olduğunu iddia edir. Ciddidirmi?! Bəli. Biz artıq Moskvanın sabitlik dedikdə nəyi nəzərdə tutduğunu gördük. Bu, yad torpaqların işğalı, yad şəhərlərin dağıdılması, əcnəbi vətəndaşların öldürülməsidir. Ukraynada Rusiya məhz belə davranır. Levon Köçəryan isə bütün bunları bilir, amma Kremldəki "düzgün adamların" nəyi bəyənəcəyini deyir. Onlardan biri də Rusiya Federasiyası Dövlət Dumasının vitse-spikeri Pyotr Tolstoydur. Bu yaxınlarda Bakıda olub və Azərbaycana çoxlu təriflər səsləndirib. Bu, Ermənistan hakimiyyətinə qarşı təhqiramiz bəyanatlar verən həmin Tolstoydur. Məhz buna görə də o, Levon Köçəryana yaxındır, amma biz onların birliyindən deyil, Ermənistandan danışmalıyıq. Və burada hər şey qorxudan daha çoxdur. Axı yuxarıda adı çəkilən Pyotr Tolstoy ötən ilin dekabrında ölkəmizin rəhbərliyini "hər şeyi əldə etməyə çalışan postsovet ölkələrinin səhvlərini təkrarlamamağa çağırmışdı" Yenə də Ukraynaya açıq-aşkar eyham vuruldu, bunun bütün nəticələri var". Portal daha sonra yazır ki, məhz bu şərait Azərbaycanın maraqlarına cavab verir. Bu fonda da Qazaxın ilk növbədə 4 kəndinin Azərbaycana qaytarılmasının qaçılmaz olduğu qeyd edilir. Digər 4 kəndin də aqibətinin eyni olacağı vurğulanır. 

Tahir TAĞIYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Bunu səfir Birol Akgünə açıq məktubum kimi də oxuya bilərsiniz - Aydın QULİYEV yazır...

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

SON XƏBƏRLƏR

05.11.2026 / 14:33
Vuçiçin Moskvaya qaçan silahdaşlarının təyyarəsi Litva üzərindən geri qaytarıldı...

05.11.2026 / 14:14
Paşinyan Türkiyə gedir...

05.11.2026 / 14:06
Azərbaycanın konstitusiya tələbi Ermənistanda "baş-ayaq" təqdim olundu...

05.11.2026 / 13:50
Ermənistan hökuməti TRIPP-lə bağlı parlamentin fövqəladə iclasını çağırdı...

05.11.2026 / 13:43
"Azərbaycan radiosu milli yaddaşımızın və mədəni irsimizin etibarlı qoruyucularından biridir" - Əhməd İsmayılov

05.11.2026 / 13:39
Gələn ilin büdcəsində neftin qiyməti 65 dollar götürülüb

05.11.2026 / 13:25
Ünvanlı dövlət sosial yardımının məbləği artırılır...

05.11.2026 / 13:12
Ərdoğan Bakıya gəlir...

05.11.2026 / 13:04
Gələn il üçün yaşayış minimumu 314 manat müəyyən edilib

05.11.2026 / 12:57
“AİD Group” təhsil şirkətinin rəhbəri həbs olundu - dələduzluq, saxta sənədlər hazırlamaq ittihamı...

05.11.2026 / 12:40
Dronla İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alındı - DTX-dan əməliyyat...

05.11.2026 / 12:37
Putin və Cinpin Ağ Evin yeni zalında qonaq ola bilər - Tramp açıqladı...

05.11.2026 / 12:30
Mirzoyan Türkiyə ilə sərhədlərin hər an açıla biləcəyini deyir...

05.11.2026 / 12:20
Seçki məğlubiyyəti Ağ Evdə şok effekti yaratdı... Tramp dəyişikliyə hazırlaşır – Heqset və Rubio “vurula” bilər...

05.11.2026 / 12:09
​​​​​​​Nəqliyyat vasitələrinin utilizasiyası fondu ləğv edilir...

05.11.2026 / 11:57
Orta aylıq pensiya məbləğində 45 manat artım - 640 manat olacaq...

05.11.2026 / 11:43
Gələn il bir sıra sosial müavinətlər artırılacaq...

05.11.2026 / 11:25
BMT rəsmisi “ASAN xidmət” modelini digər ölkələr üçün nümunə adlandırdı

05.11.2026 / 11:07
Hörmüz boğazında minaya düşən iki tankerə köməyə gələn yedək gəmisi də alov aldı...

05.11.2026 / 10:51
Samvel Karapetyan barəsində 1 aylıq həbs qətimkan tədbiri seçildi...

05.11.2026 / 10:35
İranın lovğalanması Trampı hərbi əməliyyatları bərpa etməyə sövq edə bilər...

05.11.2026 / 10:31
Prezident: "Azərbaycan bundan sonra da Dayanıqlı İnkişaf Məqsədlərinin təşviqini dəstəkləyəcək"

05.11.2026 / 10:29
“ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir" - Prezident

05.11.2026 / 10:25
Dünya Azərbaycanlılarının VI Qurultayı keçiriləcək...

05.11.2026 / 10:25
Prezident İlham Əliyev beynəlxalq tədbir iştirakçılarına müraciət ünvanladı...

05.11.2026 / 10:16
Bakıda BMT İdarəetmə İnnovasiyaları Sammiti keçirilir

05.11.2026 / 09:52
Ukrayna Ryazanda neft zavodunu və Wildberries anbarını vurdu...

05.11.2026 / 09:28
Vens seçkilərdə respublikaçıların məğlubiyyətinin 4 əsas səbəbini açıqladı - buna dəydimi...

05.11.2026 / 09:10
SOCAR ABŞ-da 1,65 milyard dollarlıq aktiv alır - müqavilə imzalandı

05.11.2026 / 06:07
4 Knesset üzvü də Netanyahunu dəstəkləməyəcəyini açıqladı

05.11.2026 / 06:00
Tramp həm “impiçmentdən qorxmuram” dedi, həm də veto hüququnu xatırlatdı

04.11.2026 / 23:49
Macarıstan da Rusiya neft-qazından imtina edir…

04.11.2026 / 23:21
Prezidentin “Şərəf” ordeni ilə təltif etdiyi Kamran İmanov kimdir? - DOSYE

04.11.2026 / 21:40
Dünya Rusiyadan təhlükəsizlik təminatı istəyir, Rusiya isə Ukraynadan... Qalmaqal...

04.11.2026 / 21:19
Türkiyə Rusiyanın TDT üzvlüyünə rəsmi cavab verdi...

04.11.2026 / 21:04
Çində Ukraynaya sərfəli olmayan "yeni Yalta" sxemi hazırlanır...

04.11.2026 / 20:41
5 dövlət + NATO formatında Ukrayna ilə bağlı maraqlı müzakirə başladı...

04.11.2026 / 20:24
Tramp çox əlamətdar tarixi gündə İsrailə 4 milyardlıq hərbi yardımı kəsdi...

04.11.2026 / 20:07
Erməni mediası 2009-dan sonra Türkiyədə verdiyimiz yatırımlara qəribə izah verir... Guya...

04.11.2026 / 19:50
Trampın uduzmasından sonra da neftin bahalaşması dayanmadı...

04.11.2026 / 19:26
AK Parti Türkmənistanda da dini işlərlə ilgilənməyə başladı... Hicab da olacaq?

04.11.2026 / 19:10
Bu ana kimi onlar bizdən pul qazanırdılar, indi Azərbaycan mətbuatı onlardan qazanacaq...

04.11.2026 / 18:51
Amerikalıların son Qarabağ müharibəsindən kitab yazmaqlarının ayrı mənası var...

04.11.2026 / 18:35
Samvel Karapetyan, keçmiş PA rəhbəri və daha 36 nəfər saxlanıldı - Paşinyan rəqiblərini məhv edir...

04.11.2026 / 18:16
Ramiz Mehdiyevin çevriliş planını Rusiyaya kim çatdırıb? - YENİ FAKTLAR...

04.11.2026 / 18:02
Netanyahu bu vəziyyətə düşdü - hökumətə həm indiki iqtidar, həm də müxalifət rəhbərlik edəcək...

04.11.2026 / 17:46
Prezidentin sosial media hesablarında “AIREX 2026” sərgisi ilə bağlı videoçarx paylaşılıb

04.11.2026 / 17:40
İsrailin 4 müxalifət partiyası Netanyahuya qarşı hərəkətə keçdi - fövqəladə hökumət qurulur...

04.11.2026 / 17:15
Melaniya Tramp Rusiya və Ukrayna nümayəndələrini Ağ Evdə bir araya gətirir

04.11.2026 / 17:03
Yaşı 80-i keçən siyasətçilər Amerika siyasətini də qocaldır

04.11.2026 / 16:49
Dövlət qurumu yeni internet tarifləri müəyyənləşdirdi

04.11.2026 / 16:42
Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

04.11.2026 / 16:29
Qeşm adasına ABŞ-ın zərbələri Hörmüzdən azad neft keçidini təmin edə bilər?

04.11.2026 / 16:25
Ermənistan və Azərbaycan Rusiya, Çin və Qərb arasında: kimin manevr azadlığı daha çoxdur?

04.11.2026 / 16:22
Səudiyyə vəliəhdi Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:21
Avropa məhkəməsi Toroyanın mübahisəli ölümünü yüzlərlə qətl edilmiş azərbaycanlıdan üstün tutdu...

04.11.2026 / 16:20
Səudiyyə Kralı Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:18
Məkkə Sazişi İranı ABŞ hücumlarından müdafiə edir?..

04.11.2026 / 16:15
Pakistan Prezidenti Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

04.11.2026 / 16:07
Keçmiş nazirin oğluna yeni vəzifə verildi

04.11.2026 / 15:53
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edildi

04.11.2026 / 15:48
G20 sammitinə dəvət: Azərbaycanın və Prezident İlham Əliyevin artan beynəlxalq nüfuzunun sübutu

04.11.2026 / 15:40
Hersoq qərar verəcək - Netanyahu müsəlman qətliamını davam etdirəcək, ya...

04.11.2026 / 15:17
"Ermənistan Azərbaycanla ikitərəfli ticarəti genişləndirir" - Paşinyan

04.11.2026 / 14:52
"Gələn ildən növbəti böyük sosial islahat paketi planlaşdırılır" - Sahil Babayev

04.11.2026 / 14:39
Gələn il pensiyalar bu qədər artırılacaq...

04.11.2026 / 14:25
İspaniyadan Trampın seçki məlubiyyətinə ilk reaksiya - ifrat sağçı dalğa artıq dağılır…

04.11.2026 / 14:10
164 min manatlıq dələduzluq - boşanma mübahisəsindən istifadə edib qadının mənzilini və avtomobilini ələ keçirdi...

04.11.2026 / 13:57
Fuad Nağıyev professor Məhərrəm Zülfüqarlını təltif edib

04.11.2026 / 13:47
İran ABŞ-dakı seçkilərə belə reaksiya verdi - amerikalılar 'MÜHARİBƏYƏ YOX' dedilər...

04.11.2026 / 13:46
Paşinyan yeni konstitusiyanı bu ay dərc edəcəyinə söz verdi...

04.11.2026 / 13:34
ABŞ çərşənbə günü İrana zərbə endirə bilər – İDDİA…

04.11.2026 / 13:19
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq...

04.11.2026 / 13:07
Uşağın doğulmasına görə müavinət 600 manatdan 1500 manata qaldırılır...

04.11.2026 / 12:54
Respublikaçılar ümidini növbəti seçkiyə bağladı - Conson 2028-də aşağı palata üzərində nəzarətin bərpasına əmindir

04.11.2026 / 12:42
“Neft və mürəkkəb: Neftlə yazılmış hekayələr” sənədli filminin premyerası olub - FOTO

04.11.2026 / 12:40
"2027-ci ildə orta illik inflyasiya 5,3 faiz proqnozlaşdırılır" - Nazir

04.11.2026 / 12:31
Prezident və Birinci xanım “AIREX 2026” sərgisi ilə tanış olublar - FOTO

04.11.2026 / 12:17
Kürdəmir xəstəxanasında 125 min manatlıq yeyinti - bir nəfər barəsində qətimkan tədbiri seçildi...

04.11.2026 / 12:01
Azərbaycanda dəfn pulu artırılır - 946-dan 1200-ə...

04.11.2026 / 11:47
Ukrayna “Ozon”un Adıgeydəki logistika mərkəzini vurdu – güclü yanğın başladı... Sifarişlər dayandırıldı...

Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

XƏBƏR ARXİVİ