Cümə axşamı günü, 05 noyabr 2026
     

Qərbin xəyanətkarlığı Ukraynanı yarıyolda qoyur...

Image


Rusiya-Ukrayna müharibəsi, əslində isə Rusiya ilə Qərb arasında qarşıdurma "Crocus City Hall"da baş vermiş terror aktından sonra özünün yeni mərhələsinə qədəm qoyur. Görünən odur ki, bu olaydan sonra Rusiya Ukraynaya qarşı daha kəskin addımlar atacaq. 

Hazırda Rusiya birmənalı şəkildə terror aktının arxasında məhz Ukraynanın dayandığını sübut etməyə çalışır. Bu fonda Rusiya Federal Xidmətinin rəhbəri Aleksandr Bortnikov Moskva yaxınlığındakı "Crocus City Hall"da baş vermiş terror aktında Ukrayna izinin olmasını açıqlayıb. Onun sözlərinə görə, bu cür məlumatlar terror aktı ilə bağlı cinayət işinin istintaqı çərçivəsində saxlanılan şəxslərdən alınıb. Bortnikov qeyd edib ki, Rusiya xüsusi xidmət orqanlarının ölkədə seçki günlərində terror aktının hazırlanması barədə məlumatı olub. Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev də "Crocus City Hall"da baş verən terror aktında Ukraynanın əli olduğuna dair açıqlama verib. Belə ki, jurnalistin terror aktının arxasında Ukraynanın, yoxsa İŞİD terror təşkilatının dayanması ilə bağlı sualına Patruşev qısa olaraq "Əlbəttə Ukrayna" cavabını verib. Rusiya Qərbin təlimatları əsasında Ukraynanın belə bir addım atdığını da daha çox gündəmə gətirməyə çalışır. Amma Kiyev özü, eləcə də Qərb bunları inkar edir. ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Metyu Miller bu xüsusda qeyd edir: "Amerika Birləşmiş Ştatları "Crocus City Hall"da törədilən terror aktında Vaşinqton, London və Kiyevin əli olduğunu inkar edir və bununla bağlı heç bir sübut yoxdur. Əvvəla bu, sadəcə olaraq, doğru deyil. Biz açıq şəkildə bildirdik ki, Ukraynanın bu işə qarışdığına dair heç bir sübut yoxdur". Amma Rusiyanın artan aqressiyası fonunda Qərb yenə Ukraynanı meydanda tək qoyur. Bu fonda "Politiko" nəşri yazır: "Ukrayna genişmiqyaslı müharibə başlayandan bəri özünün ən təhlükəli dövrünə yaxınlaşır. Sual yaranır: ölkənin özünü itirmək təhlükəsi varmı? Tərəfdaşları ölkəni aktiv şəkildə silahlarla təmin etdi. Zəif rus taktikası və ovaxtkı baş komandan Valeri Zalujnının çevik düşüncəsi sayəsində Ukrayna cəsarəti milləti xilas etdi. Qərb silahları və texnikası böyük miqdarda gəlsə də, heç vaxt tez çatmırdı və çox zaman Rusiyanın eskalasiyasından qorxan, bəzən Kremldən gələn nüvə təhdidlərindən çəkinən həm ABŞ, həm də Avropa liderlərinin şübhələri ilə müşayiət olunurdu. Ukraynalıların mütəmadi olaraq qeyd etdiyi kimi, alınan silahlar ölkənin sağ qalması üçün kifayətdir, lakin müharibədə qalib gəlmək üçün kifayət deyil. Üstəlik, son aylarda silahlar xeyli azalır". Bu durumda olduqca maraqlı açıqlama Avstriyanın keçmiş xarici işlər naziri Karin Knaysldan gəlib. O bildirib ki, NATO keçmiş Yuqoslaviyada etdiyi kimi, indi Ukraynaya da vaxtı keçmiş döyüş sursatları göndərir. O, Kosovoya səfəri zamanı rastlaşdığı bir hadisəni danışıb: "1999-cu ilin iyun-iyul aylarında ilk dəfə Kosovoya bir qrup alman istehkamçı ilə birlikdə getdim. Orada söhbət əsnasında bizə dedilər ki, Serbiyada piyada əleyhinə minalar istehsal olunmur. Bütün bu döyüş sursatları NATO arsenalından idi. Onların partlamamasının səbəbi isə, bu gün Ukraynada olduğu kimi, vaxtı keçmiş döyüş sursatlarından istifadə edilməsi idi. İndi də "Tomahawk" raketləri. NATO "silmək istədiyi" sursatları Ukraynaya göndərməkdədir". Knaysl qeyd edib ki, tarix bugünə qədər davam edir: "Kosovolular qurban, serblər təcavüzkar idi, indiki vəziyyətdə problemlərə baxanda 1999-cu ildən bəri heç nəyin həll olunmadığını görürük".

Bunlar o fonda baş verir ki, nə Ukrayna, nə Rusiya, nə də hər iki tərəfin önəmli müttəfiqləri üçün sülh sazişinin bağlanmasına zəmin görünür. Kiyev administrasiyası beynəlxalq səviyyədə tanınmış sərhədlərin bərpası və rus qoşunlarının ölkədən çıxarılması ilə bağlı qətiyyətli mövqe nümayiş etdirir. Moskva administrasiyası isə Ukraynanın real ölkə olmadığını və Rusiya qüvvələrinin öz məqsədlərinə çatana qədər müharibəni davam etdirəcəyini iddia edir. Min kilometrə qədər uzanan cəbhə xəttinin forması 2022-ci ilin payızından bəri çox az dəyişib. İki il əvvəl genişmiqyaslı işğaldan sonra bir neçə ay ərzində Ukrayna Rusiya qüvvələrini şimaldan və paytaxt Kiyev ətrafından geri qovdu. Həmin ilin sonunda şərqdə və cənubda da geniş əraziləri geri aldı. Bununla belə, indi Rusiya qüvvələri bölgədə möhkəm istehkamlarla məskunlaşıb. Ukraynalılar silah-sursatlarının tükəndiyini deyirlər. Hazırda Ukraynanın, 2014-cü ilin martında ilhaq edilmiş Krım və Rusiyanın az sonra ələ keçirdiyi Şərqi Donetsk və Luqansk vilayətlərinin böyük hissəsi də daxil olmaqla, təxminən 18 faizi Rusiyanın işğalı altındadır. Kiel Dünya İqtisadiyyatı İnstitutunun məlumatına görə, son iki il ərzində Ukraynaya böyük miqdarda hərbi, maliyyə və humanitar yardım göndərilib, o cümlədən 2024-cü ilin yanvarına qədər Avropa İttifaqı təsisatlarından təxminən 92 milyard dollar və ABŞ-dan 73 milyard dollar ayrılıb. Amma indi vəziyyət dəyişir. ABŞ Konqresinin Ukraynaya təklif etdiyi 60 milyard dollarlıq yeni yardım paketi daxili siyasi münaqişələrdə ilişib qalıb. Avropa da yardımı azaldır. Sanksiyalar isə Qərb ölkələrinin ümid etdiyi kimi nəticə vermədi və Rusiya həm neftini satmağa, həm də hərbi sənayesi üçün hissələri və komponentləri təmin etməyə davam edir. Siyasi və hərbi analitiklər heç bir tərəfin təslim olmaq istəmədiyini nəzərə alaraq, müharibənin uzun müddət davam edəcəyini təxmin edirlər.

Nahid SALAYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Bunu səfir Birol Akgünə açıq məktubum kimi də oxuya bilərsiniz - Aydın QULİYEV yazır...

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

SON XƏBƏRLƏR

05.11.2026 / 14:33
Vuçiçin Moskvaya qaçan silahdaşlarının təyyarəsi Litva üzərindən geri qaytarıldı...

05.11.2026 / 14:14
Paşinyan Türkiyə gedir...

05.11.2026 / 14:06
Azərbaycanın konstitusiya tələbi Ermənistanda "baş-ayaq" təqdim olundu...

05.11.2026 / 13:50
Ermənistan hökuməti TRIPP-lə bağlı parlamentin fövqəladə iclasını çağırdı...

05.11.2026 / 13:43
"Azərbaycan radiosu milli yaddaşımızın və mədəni irsimizin etibarlı qoruyucularından biridir" - Əhməd İsmayılov

05.11.2026 / 13:39
Gələn ilin büdcəsində neftin qiyməti 65 dollar götürülüb

05.11.2026 / 13:25
Ünvanlı dövlət sosial yardımının məbləği artırılır...

05.11.2026 / 13:12
Ərdoğan Bakıya gəlir...

05.11.2026 / 13:04
Gələn il üçün yaşayış minimumu 314 manat müəyyən edilib

05.11.2026 / 12:57
“AİD Group” təhsil şirkətinin rəhbəri həbs olundu - dələduzluq, saxta sənədlər hazırlamaq ittihamı...

05.11.2026 / 12:40
Dronla İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alındı - DTX-dan əməliyyat...

05.11.2026 / 12:37
Putin və Cinpin Ağ Evin yeni zalında qonaq ola bilər - Tramp açıqladı...

05.11.2026 / 12:30
Mirzoyan Türkiyə ilə sərhədlərin hər an açıla biləcəyini deyir...

05.11.2026 / 12:20
Seçki məğlubiyyəti Ağ Evdə şok effekti yaratdı... Tramp dəyişikliyə hazırlaşır – Heqset və Rubio “vurula” bilər...

05.11.2026 / 12:09
​​​​​​​Nəqliyyat vasitələrinin utilizasiyası fondu ləğv edilir...

05.11.2026 / 11:57
Orta aylıq pensiya məbləğində 45 manat artım - 640 manat olacaq...

05.11.2026 / 11:43
Gələn il bir sıra sosial müavinətlər artırılacaq...

05.11.2026 / 11:25
BMT rəsmisi “ASAN xidmət” modelini digər ölkələr üçün nümunə adlandırdı

05.11.2026 / 11:07
Hörmüz boğazında minaya düşən iki tankerə köməyə gələn yedək gəmisi də alov aldı...

05.11.2026 / 10:51
Samvel Karapetyan barəsində 1 aylıq həbs qətimkan tədbiri seçildi...

05.11.2026 / 10:35
İranın lovğalanması Trampı hərbi əməliyyatları bərpa etməyə sövq edə bilər...

05.11.2026 / 10:31
Prezident: "Azərbaycan bundan sonra da Dayanıqlı İnkişaf Məqsədlərinin təşviqini dəstəkləyəcək"

05.11.2026 / 10:29
“ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir" - Prezident

05.11.2026 / 10:25
Dünya Azərbaycanlılarının VI Qurultayı keçiriləcək...

05.11.2026 / 10:25
Prezident İlham Əliyev beynəlxalq tədbir iştirakçılarına müraciət ünvanladı...

05.11.2026 / 10:16
Bakıda BMT İdarəetmə İnnovasiyaları Sammiti keçirilir

05.11.2026 / 09:52
Ukrayna Ryazanda neft zavodunu və Wildberries anbarını vurdu...

05.11.2026 / 09:28
Vens seçkilərdə respublikaçıların məğlubiyyətinin 4 əsas səbəbini açıqladı - buna dəydimi...

05.11.2026 / 09:10
SOCAR ABŞ-da 1,65 milyard dollarlıq aktiv alır - müqavilə imzalandı

05.11.2026 / 06:07
4 Knesset üzvü də Netanyahunu dəstəkləməyəcəyini açıqladı

05.11.2026 / 06:00
Tramp həm “impiçmentdən qorxmuram” dedi, həm də veto hüququnu xatırlatdı

04.11.2026 / 23:49
Macarıstan da Rusiya neft-qazından imtina edir…

04.11.2026 / 23:21
Prezidentin “Şərəf” ordeni ilə təltif etdiyi Kamran İmanov kimdir? - DOSYE

04.11.2026 / 21:40
Dünya Rusiyadan təhlükəsizlik təminatı istəyir, Rusiya isə Ukraynadan... Qalmaqal...

04.11.2026 / 21:19
Türkiyə Rusiyanın TDT üzvlüyünə rəsmi cavab verdi...

04.11.2026 / 21:04
Çində Ukraynaya sərfəli olmayan "yeni Yalta" sxemi hazırlanır...

04.11.2026 / 20:41
5 dövlət + NATO formatında Ukrayna ilə bağlı maraqlı müzakirə başladı...

04.11.2026 / 20:24
Tramp çox əlamətdar tarixi gündə İsrailə 4 milyardlıq hərbi yardımı kəsdi...

04.11.2026 / 20:07
Erməni mediası 2009-dan sonra Türkiyədə verdiyimiz yatırımlara qəribə izah verir... Guya...

04.11.2026 / 19:50
Trampın uduzmasından sonra da neftin bahalaşması dayanmadı...

04.11.2026 / 19:26
AK Parti Türkmənistanda da dini işlərlə ilgilənməyə başladı... Hicab da olacaq?

04.11.2026 / 19:10
Bu ana kimi onlar bizdən pul qazanırdılar, indi Azərbaycan mətbuatı onlardan qazanacaq...

04.11.2026 / 18:51
Amerikalıların son Qarabağ müharibəsindən kitab yazmaqlarının ayrı mənası var...

04.11.2026 / 18:35
Samvel Karapetyan, keçmiş PA rəhbəri və daha 36 nəfər saxlanıldı - Paşinyan rəqiblərini məhv edir...

04.11.2026 / 18:16
Ramiz Mehdiyevin çevriliş planını Rusiyaya kim çatdırıb? - YENİ FAKTLAR...

04.11.2026 / 18:02
Netanyahu bu vəziyyətə düşdü - hökumətə həm indiki iqtidar, həm də müxalifət rəhbərlik edəcək...

04.11.2026 / 17:46
Prezidentin sosial media hesablarında “AIREX 2026” sərgisi ilə bağlı videoçarx paylaşılıb

04.11.2026 / 17:40
İsrailin 4 müxalifət partiyası Netanyahuya qarşı hərəkətə keçdi - fövqəladə hökumət qurulur...

04.11.2026 / 17:15
Melaniya Tramp Rusiya və Ukrayna nümayəndələrini Ağ Evdə bir araya gətirir

04.11.2026 / 17:03
Yaşı 80-i keçən siyasətçilər Amerika siyasətini də qocaldır

04.11.2026 / 16:49
Dövlət qurumu yeni internet tarifləri müəyyənləşdirdi

04.11.2026 / 16:42
Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

04.11.2026 / 16:29
Qeşm adasına ABŞ-ın zərbələri Hörmüzdən azad neft keçidini təmin edə bilər?

04.11.2026 / 16:25
Ermənistan və Azərbaycan Rusiya, Çin və Qərb arasında: kimin manevr azadlığı daha çoxdur?

04.11.2026 / 16:22
Səudiyyə vəliəhdi Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:21
Avropa məhkəməsi Toroyanın mübahisəli ölümünü yüzlərlə qətl edilmiş azərbaycanlıdan üstün tutdu...

04.11.2026 / 16:20
Səudiyyə Kralı Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:18
Məkkə Sazişi İranı ABŞ hücumlarından müdafiə edir?..

04.11.2026 / 16:15
Pakistan Prezidenti Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

04.11.2026 / 16:07
Keçmiş nazirin oğluna yeni vəzifə verildi

04.11.2026 / 15:53
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edildi

04.11.2026 / 15:48
G20 sammitinə dəvət: Azərbaycanın və Prezident İlham Əliyevin artan beynəlxalq nüfuzunun sübutu

04.11.2026 / 15:40
Hersoq qərar verəcək - Netanyahu müsəlman qətliamını davam etdirəcək, ya...

04.11.2026 / 15:17
"Ermənistan Azərbaycanla ikitərəfli ticarəti genişləndirir" - Paşinyan

04.11.2026 / 14:52
"Gələn ildən növbəti böyük sosial islahat paketi planlaşdırılır" - Sahil Babayev

04.11.2026 / 14:39
Gələn il pensiyalar bu qədər artırılacaq...

04.11.2026 / 14:25
İspaniyadan Trampın seçki məlubiyyətinə ilk reaksiya - ifrat sağçı dalğa artıq dağılır…

04.11.2026 / 14:10
164 min manatlıq dələduzluq - boşanma mübahisəsindən istifadə edib qadının mənzilini və avtomobilini ələ keçirdi...

04.11.2026 / 13:57
Fuad Nağıyev professor Məhərrəm Zülfüqarlını təltif edib

04.11.2026 / 13:47
İran ABŞ-dakı seçkilərə belə reaksiya verdi - amerikalılar 'MÜHARİBƏYƏ YOX' dedilər...

04.11.2026 / 13:46
Paşinyan yeni konstitusiyanı bu ay dərc edəcəyinə söz verdi...

04.11.2026 / 13:34
ABŞ çərşənbə günü İrana zərbə endirə bilər – İDDİA…

04.11.2026 / 13:19
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq...

04.11.2026 / 13:07
Uşağın doğulmasına görə müavinət 600 manatdan 1500 manata qaldırılır...

04.11.2026 / 12:54
Respublikaçılar ümidini növbəti seçkiyə bağladı - Conson 2028-də aşağı palata üzərində nəzarətin bərpasına əmindir

04.11.2026 / 12:42
“Neft və mürəkkəb: Neftlə yazılmış hekayələr” sənədli filminin premyerası olub - FOTO

04.11.2026 / 12:40
"2027-ci ildə orta illik inflyasiya 5,3 faiz proqnozlaşdırılır" - Nazir

04.11.2026 / 12:31
Prezident və Birinci xanım “AIREX 2026” sərgisi ilə tanış olublar - FOTO

04.11.2026 / 12:17
Kürdəmir xəstəxanasında 125 min manatlıq yeyinti - bir nəfər barəsində qətimkan tədbiri seçildi...

04.11.2026 / 12:01
Azərbaycanda dəfn pulu artırılır - 946-dan 1200-ə...

04.11.2026 / 11:47
Ukrayna “Ozon”un Adıgeydəki logistika mərkəzini vurdu – güclü yanğın başladı... Sifarişlər dayandırıldı...

Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

XƏBƏR ARXİVİ