Cümə axşamı günü, 05 noyabr 2026
     

Rusiyada Solovyovkimilərin "erməni missiyası" bitmək üzrədir...

Image


Şakir Ağayev: "Onun kimilərinin Azərbaycana qarşı apardığı bu şərləmə kampaniyası, informasiya təxribatı heç zaman baş tutmayacaq"    

Erməni emissarı, teleaparıcı, jurnalist Vladimir Solovyovun antiazərbaycan mövqeyi uzun illərdən bəridir ki, məlumdur. Rusiyadakı erməni lobbisinin bəsləməsi, avtafa daşıyanı rolunu ifa etməkdən usanmayan Solovyovun Moskvada  "Crocus City Hall" konsert zalında törədilmiş və xeyli günahsız insanın ölümünə səbəb olmuş terror aktında Azərbaycan "izini" axtarması gülünc görsənir. 

Məlum terror aktında haqsız olaraq Azərbaycan "izini" axtaran teleaparıcının hansı yuvanın quşu olduğu məlumdur. Onun və onun kimilərinin illərdir Azərbaycana qarşı sərgilədikləri qərəzli münasibətdən hər kəsin xəbəri var. Erməni yalına hürməyi özünə adət edən Solovyov çoxdandır ki, onların əlində oyuncağa çevrilib. Bu o Solovyovdur ki, Ermənistanın keçmiş prezidenti, Xocalı qatili Serjik Sarkisyan onun sinəsinə "Qaregin Njde" medalı taxıb. "SS", neonasist Solovyova bu medalın "Ermənistan Respublikasının dövləti və milli maraqlarının müdafiə edilməsinə görə" təqdim olunduğu bildirilirdi.

Bu məxluq həm ermənipərəstdir, həm də faşist. Sinəsində faşist medalı gəzdirən bu muzdlu jurnalistin Azərbaycana qarşı növbəti təxribatı qətiyyən təsadüfi xarakter daşımır. Bu məxluqun  erməni əsilli – rusiyalı jurnalist Marqarita Simonyanla və media maqnatı Aram Qabrielyanovla "işbirliyi" də çoxdan təsdiqlənib, onların işi birgə dezinformasiya yaymaq, ictimai rəyi tərsinə çöndərməkdir. 

Təbii ki, bunu da havayı etmir, müqabilində külli miqdarda vəsait əldə edir. Gəliri olmasa, erməniləri müdafiə etmək, Azərbaycanı qaralamaq, ölkəmizə şər atmaq onun nəyinə lazımdır ki...

Rusiayada da, Azərbaycanda da, başqa respublikalarda da Solovyovun hansı "məzhəbə" qulluq etdiyi məlumdur. 

Moskvadakı terakta görə Azərbaycanı əsassız olaraq ittiham etməsi onun əsl simasını bir daha açıb göstərir ki, bu məxluq pula görə hər cür simasızlığa əl ata bilir, təki pul olsun, onun kimiləri pula görə atasına belə söyər. Çünki belələrinin heç zaman özlərinin müstəqil fikri olmur, onlar bəlli dairələrin dili ilə danışır, onların sifarişlərini icra edir...

V.Solovyov açıq şəkildə Azərbaycana qarşı informasiya təxribatı aparır, Moskavada törədilən terror aktına görə Bakını hədəfə alır. Solovyov və erməni Simonyanın media prinsipləri ilə bir araya sığmayan fəaliyyətləri, Azərbaycana qarşı şərləmə kampaniyası aparmaları nə deməkdir?

"Hesab edirəm ki, Solovyov etdiyi qərəzli, antiazərbaycan çıxışlarına, bu əsassız ittihama görə də vaxtı yetişəndə Azərbaycandan üzr istəyəcək" 

 "Novoye Vremya" qəzetinin baş redaktoru Şakir Ağayev "Bakı-Xəbər"ə şərhində   təəssüflə bildirdi ki, Solovyovun antiazərbaycan baxışları bu gün də davam edir. "Rusiyada törədilən və böyük faciə olan terror aktına görə Solovyovun Azərbaycanın adını hallandırması onun antiazərbaycan baxışlarının davamıdır. Təəssüf ki, o, Azərbaycana qarşı qərəzli münasibətini hələ də davam etdirir. Solovyov Vətən müharibəsi dövründə də eyni qərəzli mövqeni tutdu, ölkəmizə qarşı informasiya təxribatı həyata keçirdi. O, həmin dövrdə də bir sıra qərəzli çıxışlar etdi. Azərbaycanın Rusiyadakı səfirliyinin təkidi ilə hətta  bu təxribatçı çıxışlarına görə o iki dəfə üzr istəyib. Solovyov müəyyən qrupların maraqlarına xidmət edir. Söhbət Simonyan, Qabrielyanov kimilərinin təmsil olunduğu qruplardan gedir. Bu gün inkişaf edən Rusiya-Azərbaycan əlaqələrini o qrupları dərindən narahat edir. Bu adamların məqsədi Rusiya və Azərbaycan arasında olan münasibətləri kəskinləşdirmək, ona xələl gətirməkdir. Heç bir jurnalist etikasına sığmayan, heç bir fakta əsaslanmayan qarayaxma kampaniyasından istifadə etməklə bu münasibətləri korlamaq istəyirlər. Rusiyada Azərbaycanın əleyhinə olan Solovyov kimilərini idarə edən müəyyən qüvvələrin, təbii ki, əsas məqsədləri budur"-deyə Ş.Ağayev qeyd etdi.

Ş.Ağayev hesab edir ki, Solovyov, Simonyan kimilərinin apardığı şər kampaniyası heç zaman özünü doğrultmaz: "Onun kimilərinin Azərbaycana qarşı apardığı bu şərləmə kampaniyası, informasiya təxribatı heç zaman baş tutmayacaq.  Çünki Rusiya prezidenti də, Rusiyanın güc nazirlikləri də, Təhlükəsizlik Şurasının katibi də, Təhlükəsizlik Xidmətinin rəhbəri də terror aktının kim tərəfindən necə törədildiyinə müəyyən mənada aydınlıq gətirdilər ki, burada kimlərin iştirakı var və bu terror aktı kimlərin marağında olub. Bu gün Ermənistanın antirusiya siyasəti, Ermənistan-Rusiya münasibətlərinin kəskinləşməsi təbii ki, Solovyovları, Simonyanları, Qabrielyanovları narahat edir. Azərbaycan-Rusiya münasibətləri isə yüksələn xətlə inkişaf edir. Sözsüz ki, bundan da Azərbaycanı sevməyən insanlar rahatsız olur. Bu qüvvələr Azərbaycana qarşı qarayaxmalarla əslində çörək qazandıqları, işlədikləri Rusiyaya xəyanət etmiş olurlar. Onların bu cür əsassız ittihamları ilk növbədə Rusiya dövlətinin maraqlarına xidmət etmir. Bunlar anlamırlar ki, terror aktından dərhal sonra Rusiyaya birinci başsağlığı verən dövlətlərdən biri Azərbaycan və Türkiyə olub. Həm XİN-lər, həm də dövlət başçıları səviyyəsində başsağlığı verilib. Bu da onları narahat edir. Solovyov kimilərinin bu qərəzli çıxışları nə Rusiyanın, nə də Azərbaycanın siyasətinə təsir göstərə bilər. Hesab edirəm ki, Solovyov etdiyi qərəzli, antiazərbaycan çıxışlarına, bu əsassız ittihama görə də vaxtı yetişəndə Azərbaycandan üzr istəyəcək". 

Ş.Ağayev əlavə etdi ki, Azərbaycanda tarixən terror təşkilatları olmayıb, terror təşkilatlarının məkanı Ermənistan, onu təşkil edən və həyata keçirən həmişə ermənilər olub.   Ş.Ağayevin sözlərinə görə, Rusiyanın terror üzrə araşdırma aparan mütəxəssisləri də ilk əvvəl bu terror aktında erməni izinin istisna edilmədiyini qeyd ediblər.  "Solovyov yaxşı olardı ki, erməni terrorunun tarixinə baxsın. Azərbaycan özü uzun illərdir ki, erməni teroruna məruz qalıb. Biz bilirik ki, bir millətə qarşı töprədilən terror nədir, bunu özümüz yaşamışıq. Çünki həmişə terrora məruz qalmışıq. Hesab etmirəm ki, Solovyov bunları bilmir, yaxşı bilir. Sadəcə, məqsədi Rusiya-Azərbaycan münasibətlərinə zərbə vurmaqdır" - deyə Ş.Ağayev qeyd etdi.

İradə SARIYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Bunu səfir Birol Akgünə açıq məktubum kimi də oxuya bilərsiniz - Aydın QULİYEV yazır...

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

SON XƏBƏRLƏR

05.11.2026 / 14:33
Vuçiçin Moskvaya qaçan silahdaşlarının təyyarəsi Litva üzərindən geri qaytarıldı...

05.11.2026 / 14:14
Paşinyan Türkiyə gedir...

05.11.2026 / 14:06
Azərbaycanın konstitusiya tələbi Ermənistanda "baş-ayaq" təqdim olundu...

05.11.2026 / 13:50
Ermənistan hökuməti TRIPP-lə bağlı parlamentin fövqəladə iclasını çağırdı...

05.11.2026 / 13:43
"Azərbaycan radiosu milli yaddaşımızın və mədəni irsimizin etibarlı qoruyucularından biridir" - Əhməd İsmayılov

05.11.2026 / 13:39
Gələn ilin büdcəsində neftin qiyməti 65 dollar götürülüb

05.11.2026 / 13:25
Ünvanlı dövlət sosial yardımının məbləği artırılır...

05.11.2026 / 13:12
Ərdoğan Bakıya gəlir...

05.11.2026 / 13:04
Gələn il üçün yaşayış minimumu 314 manat müəyyən edilib

05.11.2026 / 12:57
“AİD Group” təhsil şirkətinin rəhbəri həbs olundu - dələduzluq, saxta sənədlər hazırlamaq ittihamı...

05.11.2026 / 12:40
Dronla İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alındı - DTX-dan əməliyyat...

05.11.2026 / 12:37
Putin və Cinpin Ağ Evin yeni zalında qonaq ola bilər - Tramp açıqladı...

05.11.2026 / 12:30
Mirzoyan Türkiyə ilə sərhədlərin hər an açıla biləcəyini deyir...

05.11.2026 / 12:20
Seçki məğlubiyyəti Ağ Evdə şok effekti yaratdı... Tramp dəyişikliyə hazırlaşır – Heqset və Rubio “vurula” bilər...

05.11.2026 / 12:09
​​​​​​​Nəqliyyat vasitələrinin utilizasiyası fondu ləğv edilir...

05.11.2026 / 11:57
Orta aylıq pensiya məbləğində 45 manat artım - 640 manat olacaq...

05.11.2026 / 11:43
Gələn il bir sıra sosial müavinətlər artırılacaq...

05.11.2026 / 11:25
BMT rəsmisi “ASAN xidmət” modelini digər ölkələr üçün nümunə adlandırdı

05.11.2026 / 11:07
Hörmüz boğazında minaya düşən iki tankerə köməyə gələn yedək gəmisi də alov aldı...

05.11.2026 / 10:51
Samvel Karapetyan barəsində 1 aylıq həbs qətimkan tədbiri seçildi...

05.11.2026 / 10:35
İranın lovğalanması Trampı hərbi əməliyyatları bərpa etməyə sövq edə bilər...

05.11.2026 / 10:31
Prezident: "Azərbaycan bundan sonra da Dayanıqlı İnkişaf Məqsədlərinin təşviqini dəstəkləyəcək"

05.11.2026 / 10:29
“ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir" - Prezident

05.11.2026 / 10:25
Dünya Azərbaycanlılarının VI Qurultayı keçiriləcək...

05.11.2026 / 10:25
Prezident İlham Əliyev beynəlxalq tədbir iştirakçılarına müraciət ünvanladı...

05.11.2026 / 10:16
Bakıda BMT İdarəetmə İnnovasiyaları Sammiti keçirilir

05.11.2026 / 09:52
Ukrayna Ryazanda neft zavodunu və Wildberries anbarını vurdu...

05.11.2026 / 09:28
Vens seçkilərdə respublikaçıların məğlubiyyətinin 4 əsas səbəbini açıqladı - buna dəydimi...

05.11.2026 / 09:10
SOCAR ABŞ-da 1,65 milyard dollarlıq aktiv alır - müqavilə imzalandı

05.11.2026 / 06:07
4 Knesset üzvü də Netanyahunu dəstəkləməyəcəyini açıqladı

05.11.2026 / 06:00
Tramp həm “impiçmentdən qorxmuram” dedi, həm də veto hüququnu xatırlatdı

04.11.2026 / 23:49
Macarıstan da Rusiya neft-qazından imtina edir…

04.11.2026 / 23:21
Prezidentin “Şərəf” ordeni ilə təltif etdiyi Kamran İmanov kimdir? - DOSYE

04.11.2026 / 21:40
Dünya Rusiyadan təhlükəsizlik təminatı istəyir, Rusiya isə Ukraynadan... Qalmaqal...

04.11.2026 / 21:19
Türkiyə Rusiyanın TDT üzvlüyünə rəsmi cavab verdi...

04.11.2026 / 21:04
Çində Ukraynaya sərfəli olmayan "yeni Yalta" sxemi hazırlanır...

04.11.2026 / 20:41
5 dövlət + NATO formatında Ukrayna ilə bağlı maraqlı müzakirə başladı...

04.11.2026 / 20:24
Tramp çox əlamətdar tarixi gündə İsrailə 4 milyardlıq hərbi yardımı kəsdi...

04.11.2026 / 20:07
Erməni mediası 2009-dan sonra Türkiyədə verdiyimiz yatırımlara qəribə izah verir... Guya...

04.11.2026 / 19:50
Trampın uduzmasından sonra da neftin bahalaşması dayanmadı...

04.11.2026 / 19:26
AK Parti Türkmənistanda da dini işlərlə ilgilənməyə başladı... Hicab da olacaq?

04.11.2026 / 19:10
Bu ana kimi onlar bizdən pul qazanırdılar, indi Azərbaycan mətbuatı onlardan qazanacaq...

04.11.2026 / 18:51
Amerikalıların son Qarabağ müharibəsindən kitab yazmaqlarının ayrı mənası var...

04.11.2026 / 18:35
Samvel Karapetyan, keçmiş PA rəhbəri və daha 36 nəfər saxlanıldı - Paşinyan rəqiblərini məhv edir...

04.11.2026 / 18:16
Ramiz Mehdiyevin çevriliş planını Rusiyaya kim çatdırıb? - YENİ FAKTLAR...

04.11.2026 / 18:02
Netanyahu bu vəziyyətə düşdü - hökumətə həm indiki iqtidar, həm də müxalifət rəhbərlik edəcək...

04.11.2026 / 17:46
Prezidentin sosial media hesablarında “AIREX 2026” sərgisi ilə bağlı videoçarx paylaşılıb

04.11.2026 / 17:40
İsrailin 4 müxalifət partiyası Netanyahuya qarşı hərəkətə keçdi - fövqəladə hökumət qurulur...

04.11.2026 / 17:15
Melaniya Tramp Rusiya və Ukrayna nümayəndələrini Ağ Evdə bir araya gətirir

04.11.2026 / 17:03
Yaşı 80-i keçən siyasətçilər Amerika siyasətini də qocaldır

04.11.2026 / 16:49
Dövlət qurumu yeni internet tarifləri müəyyənləşdirdi

04.11.2026 / 16:42
Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

04.11.2026 / 16:29
Qeşm adasına ABŞ-ın zərbələri Hörmüzdən azad neft keçidini təmin edə bilər?

04.11.2026 / 16:25
Ermənistan və Azərbaycan Rusiya, Çin və Qərb arasında: kimin manevr azadlığı daha çoxdur?

04.11.2026 / 16:22
Səudiyyə vəliəhdi Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:21
Avropa məhkəməsi Toroyanın mübahisəli ölümünü yüzlərlə qətl edilmiş azərbaycanlıdan üstün tutdu...

04.11.2026 / 16:20
Səudiyyə Kralı Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:18
Məkkə Sazişi İranı ABŞ hücumlarından müdafiə edir?..

04.11.2026 / 16:15
Pakistan Prezidenti Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

04.11.2026 / 16:07
Keçmiş nazirin oğluna yeni vəzifə verildi

04.11.2026 / 15:53
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edildi

04.11.2026 / 15:48
G20 sammitinə dəvət: Azərbaycanın və Prezident İlham Əliyevin artan beynəlxalq nüfuzunun sübutu

04.11.2026 / 15:40
Hersoq qərar verəcək - Netanyahu müsəlman qətliamını davam etdirəcək, ya...

04.11.2026 / 15:17
"Ermənistan Azərbaycanla ikitərəfli ticarəti genişləndirir" - Paşinyan

04.11.2026 / 14:52
"Gələn ildən növbəti böyük sosial islahat paketi planlaşdırılır" - Sahil Babayev

04.11.2026 / 14:39
Gələn il pensiyalar bu qədər artırılacaq...

04.11.2026 / 14:25
İspaniyadan Trampın seçki məlubiyyətinə ilk reaksiya - ifrat sağçı dalğa artıq dağılır…

04.11.2026 / 14:10
164 min manatlıq dələduzluq - boşanma mübahisəsindən istifadə edib qadının mənzilini və avtomobilini ələ keçirdi...

04.11.2026 / 13:57
Fuad Nağıyev professor Məhərrəm Zülfüqarlını təltif edib

04.11.2026 / 13:47
İran ABŞ-dakı seçkilərə belə reaksiya verdi - amerikalılar 'MÜHARİBƏYƏ YOX' dedilər...

04.11.2026 / 13:46
Paşinyan yeni konstitusiyanı bu ay dərc edəcəyinə söz verdi...

04.11.2026 / 13:34
ABŞ çərşənbə günü İrana zərbə endirə bilər – İDDİA…

04.11.2026 / 13:19
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq...

04.11.2026 / 13:07
Uşağın doğulmasına görə müavinət 600 manatdan 1500 manata qaldırılır...

04.11.2026 / 12:54
Respublikaçılar ümidini növbəti seçkiyə bağladı - Conson 2028-də aşağı palata üzərində nəzarətin bərpasına əmindir

04.11.2026 / 12:42
“Neft və mürəkkəb: Neftlə yazılmış hekayələr” sənədli filminin premyerası olub - FOTO

04.11.2026 / 12:40
"2027-ci ildə orta illik inflyasiya 5,3 faiz proqnozlaşdırılır" - Nazir

04.11.2026 / 12:31
Prezident və Birinci xanım “AIREX 2026” sərgisi ilə tanış olublar - FOTO

04.11.2026 / 12:17
Kürdəmir xəstəxanasında 125 min manatlıq yeyinti - bir nəfər barəsində qətimkan tədbiri seçildi...

04.11.2026 / 12:01
Azərbaycanda dəfn pulu artırılır - 946-dan 1200-ə...

04.11.2026 / 11:47
Ukrayna “Ozon”un Adıgeydəki logistika mərkəzini vurdu – güclü yanğın başladı... Sifarişlər dayandırıldı...

Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

XƏBƏR ARXİVİ