Cümə axşamı günü, 05 noyabr 2026
     

Paşinyan "2 daşın arasında" Rusiyaya düşmən daha bir ölkənin başçısı ilə görüşdü...

Image


Abutalıb Səmədov: "Paşinyanın Finlandiya baş naziri ilə görüşü və apardığı danışıqlar ilk növbədə anti-Azərbaycan xarakteri daşıyır"

Brüsseldə Ermənistan və Finlandiyanın baş nazirləri Nikol Paşinyan və Petteri Orpo arasında görüş olub.

Ermənistan baş nazirinin aparatının informasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, görüşdə Ermənistan və Finlandiya arasında ikitərəfli əməkdaşlıq məsələlərinə toxunulub.

Həmsöhbətlər Ermənistan və Avropa İttifaqı arasında hərtərəfli tərəfdaşlığın gündəliyi, əməkdaşlığın genişləndirilməsi və dərinləşdirilməsi perspektivləri barədə fikir mübadiləsi aparıblar. 

Ermənistanın baş naziri Ermənistan Respublikası hökuməti tərəfindən hazırlanmış "Dünyanın kəsişməsi" layihəsini Cənubi Qafqazda iqtisadi qarşılıqlı əlaqənin və sülhün təmin edilməsinin mühüm təminatı kimi təqdim edib.

Diqqət çəkən məqam budur ki, Finlandiya NATO-ya girəndən sonra fin-rus münasibətləri  dəhşətli dərəcədə pisləşib.

Finlandiya ilə olan bu görüş Ermənistanın  daha bir anti-rus jesti hesab edilə bilərmi?

Müstəqil siyasi şərhçi Abutalıb Səmədov "Bakı-Xəbər"ə açıqlamasında bildirdi ki, Paşinyanın Finlandiya baş naziri ilə görüşü və apardığı danışıqlar ilk növbədə anti -Azərbaycan xarakteri daşıyır: "Təbii ki, Paşinyanın fəaliyyətində anti-rus istiqaməti mühümdür. Ancaq onun orda "sülh kəsişməsi" deyilən erməni layihəsini təqdim etməsi ilk növbədə dünya ictimai rəyini Azərbaycana qarşı dömdərməyə yönəlib. Çünki sülh sazişinin imzalanmasına mane olan məsələlərdən biri də Ermənistanın təbliğatını apardığı "sülh kəsişməsi" layihəsidir. Bu layihə ilk əvvəl Zəngəzur dəhlizinə qarşl yönəlib. Bizim üçün, Türkiyə üçün son dərəcə əhəmiyyətə malik olan Zəngəzur dəhlizinə qarşı Ermənistan "sülh kəsişməsi" layihəsini ortaya atıb və bütün dünyada bu cür təbliğatla məşğuldur. Layihənin mahiyyəti ondan ibarətdir ki, Ermənistan Naxçıvandan  Azərbaycanın əsas hissəsinə çəkiləcək dəmir yolunun Mehridən  keçən, sərhədin yaxınlığında olan 43 km - lik hissəsini qəbul edir, ancaq avtomobil yolunun tamamilə başqa istiqamətdən çəkilməsini istəyir. Eyni zamanda, həmin o "sülh kəsişməsində" nəzərdə tutulan hissə dağlıq ərazidir, dolayı yollarla keçmək lazımdır. Həmçinin, Qarabağdan qaçmış ermənilərin sıx yerləşdiyi ərazidir. Təbii ki, bu da bizi həm təhlükəsizlik baxımından, həm də yolun qışda keçilməz olması baxımından qane etmir. Yəni bu cür layihənin qəbul edilməsi qışda yolun bir müddət bağlanmasına gətirib çıxara bilər. Şübhəsiz, bu da qətiyyən arzuolunan deyil. Paşinyan layihə əlində bütün dünyanı gəzir və hamını inandırmağa çalışır ki, bu "sülh kəsişməsi" sülhə, iqtisadi əməkdaşlığa xidmət edir. Ancaq əslində həm sülhün, həm də iqtisadi əməkdaşlığın qarşısını almağa yönəlmiş bir layihədir. Azərbaycan da onu heç vaxt qəbul etməyəcək. Eyni zamanda, Ermənistanın irəli sürdüyü digər tələblər də var ki, bu tələblər də qəbulolunmazdır. Ermənistanın imzaladığı 10 noyabr bəyanatında Zəngəzur dəhlizinə Rusiya sərhədçilərinin nəzarəti nəzərdə tutulub. Bu variant da bizi qane edir. Ermənilərin terrora meylini, bizə qarşı erməni nifrətinin pik həddə olduğunu nəzərə alsaq, bir müddət Naxçıvandan Azərbaycanın əsas hissəsinə çəkiləcək yolun rus sərhədçilərin nəzarətində olması bizim maraqlarımıza xidmət edir. Digər tərəfdən, Ermənistan sərhəd və gömrük nəzarətinin tətbiq olunmasını tələb edir. Ancaq biz başa salmağa çalışırıq ki, Azərbaycanın bir hissəsindən başqa hissəsinə keçən yüklər və vətəndaşlar heç bir gömrük yoxlamasından, sərhəd xidmətinin yoxlamasından keçməməlidir. Ermənistan Kalininqrad modelinin tətbiqini də təklif edir ki, burada da ermənilər reallıqları qəti qəbul etmək istəmirlər. Növbədi prinsip onların qarşılıqlılıq və bərabərlik prinsipidir ki, buna əsasən Naxçıvandan Azərbaycana və Azərbaycanın əsas hissəsindən Naxçıvana gedən vətəndaşlar və yüklər üçün qoyulan tələblər Ermənistan vətəndaşlarının Azərbaycandan keçərək Rusiyaya, digər istiqamətlərinə hərəkət etməsinə qoyulan tələblərlə eyni olmalıdır. Bu da məntiqsizdir. Birinci halda söhbət Azərbaycandan Azərbaycana gedən yüklərdən, sərnişinlərdən gedir. İkinci halda isə Ermənistandan Çinə qədər hərəkət edən erməni vətəndaşlarından söhbət gedir. Bir sözlə, Ermənistan bu prosesi dalana dirəmək üçün əlindən gələni edir. Hələ ki, vəziyyətin dəyişəcəyini gözləmək şansımız yoxdur. Ancaq Azərbaycan prezidenti NATO - nun baş katibi ilə görüşündə qeyd etdi ki, bu gün Azərbaycan və Ermənistan heç vaxt olmadığı qədər yaxındırlar. İnşallah, Ermənistan konstruktiv mövqe tutar və bölgəmizi sülh və əməkdaşlıq bölgəsinə çevirmək imkanı yaranar".

Məhəmmədəli QƏRİBLİ



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Bunu səfir Birol Akgünə açıq məktubum kimi də oxuya bilərsiniz - Aydın QULİYEV yazır...

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

SON XƏBƏRLƏR

05.11.2026 / 14:33
Vuçiçin Moskvaya qaçan silahdaşlarının təyyarəsi Litva üzərindən geri qaytarıldı...

05.11.2026 / 14:14
Paşinyan Türkiyə gedir...

05.11.2026 / 14:06
Azərbaycanın konstitusiya tələbi Ermənistanda "baş-ayaq" təqdim olundu...

05.11.2026 / 13:50
Ermənistan hökuməti TRIPP-lə bağlı parlamentin fövqəladə iclasını çağırdı...

05.11.2026 / 13:43
"Azərbaycan radiosu milli yaddaşımızın və mədəni irsimizin etibarlı qoruyucularından biridir" - Əhməd İsmayılov

05.11.2026 / 13:39
Gələn ilin büdcəsində neftin qiyməti 65 dollar götürülüb

05.11.2026 / 13:25
Ünvanlı dövlət sosial yardımının məbləği artırılır...

05.11.2026 / 13:12
Ərdoğan Bakıya gəlir...

05.11.2026 / 13:04
Gələn il üçün yaşayış minimumu 314 manat müəyyən edilib

05.11.2026 / 12:57
“AİD Group” təhsil şirkətinin rəhbəri həbs olundu - dələduzluq, saxta sənədlər hazırlamaq ittihamı...

05.11.2026 / 12:40
Dronla İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alındı - DTX-dan əməliyyat...

05.11.2026 / 12:37
Putin və Cinpin Ağ Evin yeni zalında qonaq ola bilər - Tramp açıqladı...

05.11.2026 / 12:30
Mirzoyan Türkiyə ilə sərhədlərin hər an açıla biləcəyini deyir...

05.11.2026 / 12:20
Seçki məğlubiyyəti Ağ Evdə şok effekti yaratdı... Tramp dəyişikliyə hazırlaşır – Heqset və Rubio “vurula” bilər...

05.11.2026 / 12:09
​​​​​​​Nəqliyyat vasitələrinin utilizasiyası fondu ləğv edilir...

05.11.2026 / 11:57
Orta aylıq pensiya məbləğində 45 manat artım - 640 manat olacaq...

05.11.2026 / 11:43
Gələn il bir sıra sosial müavinətlər artırılacaq...

05.11.2026 / 11:25
BMT rəsmisi “ASAN xidmət” modelini digər ölkələr üçün nümunə adlandırdı

05.11.2026 / 11:07
Hörmüz boğazında minaya düşən iki tankerə köməyə gələn yedək gəmisi də alov aldı...

05.11.2026 / 10:51
Samvel Karapetyan barəsində 1 aylıq həbs qətimkan tədbiri seçildi...

05.11.2026 / 10:35
İranın lovğalanması Trampı hərbi əməliyyatları bərpa etməyə sövq edə bilər...

05.11.2026 / 10:31
Prezident: "Azərbaycan bundan sonra da Dayanıqlı İnkişaf Məqsədlərinin təşviqini dəstəkləyəcək"

05.11.2026 / 10:29
“ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir" - Prezident

05.11.2026 / 10:25
Dünya Azərbaycanlılarının VI Qurultayı keçiriləcək...

05.11.2026 / 10:25
Prezident İlham Əliyev beynəlxalq tədbir iştirakçılarına müraciət ünvanladı...

05.11.2026 / 10:16
Bakıda BMT İdarəetmə İnnovasiyaları Sammiti keçirilir

05.11.2026 / 09:52
Ukrayna Ryazanda neft zavodunu və Wildberries anbarını vurdu...

05.11.2026 / 09:28
Vens seçkilərdə respublikaçıların məğlubiyyətinin 4 əsas səbəbini açıqladı - buna dəydimi...

05.11.2026 / 09:10
SOCAR ABŞ-da 1,65 milyard dollarlıq aktiv alır - müqavilə imzalandı

05.11.2026 / 06:07
4 Knesset üzvü də Netanyahunu dəstəkləməyəcəyini açıqladı

05.11.2026 / 06:00
Tramp həm “impiçmentdən qorxmuram” dedi, həm də veto hüququnu xatırlatdı

04.11.2026 / 23:49
Macarıstan da Rusiya neft-qazından imtina edir…

04.11.2026 / 23:21
Prezidentin “Şərəf” ordeni ilə təltif etdiyi Kamran İmanov kimdir? - DOSYE

04.11.2026 / 21:40
Dünya Rusiyadan təhlükəsizlik təminatı istəyir, Rusiya isə Ukraynadan... Qalmaqal...

04.11.2026 / 21:19
Türkiyə Rusiyanın TDT üzvlüyünə rəsmi cavab verdi...

04.11.2026 / 21:04
Çində Ukraynaya sərfəli olmayan "yeni Yalta" sxemi hazırlanır...

04.11.2026 / 20:41
5 dövlət + NATO formatında Ukrayna ilə bağlı maraqlı müzakirə başladı...

04.11.2026 / 20:24
Tramp çox əlamətdar tarixi gündə İsrailə 4 milyardlıq hərbi yardımı kəsdi...

04.11.2026 / 20:07
Erməni mediası 2009-dan sonra Türkiyədə verdiyimiz yatırımlara qəribə izah verir... Guya...

04.11.2026 / 19:50
Trampın uduzmasından sonra da neftin bahalaşması dayanmadı...

04.11.2026 / 19:26
AK Parti Türkmənistanda da dini işlərlə ilgilənməyə başladı... Hicab da olacaq?

04.11.2026 / 19:10
Bu ana kimi onlar bizdən pul qazanırdılar, indi Azərbaycan mətbuatı onlardan qazanacaq...

04.11.2026 / 18:51
Amerikalıların son Qarabağ müharibəsindən kitab yazmaqlarının ayrı mənası var...

04.11.2026 / 18:35
Samvel Karapetyan, keçmiş PA rəhbəri və daha 36 nəfər saxlanıldı - Paşinyan rəqiblərini məhv edir...

04.11.2026 / 18:16
Ramiz Mehdiyevin çevriliş planını Rusiyaya kim çatdırıb? - YENİ FAKTLAR...

04.11.2026 / 18:02
Netanyahu bu vəziyyətə düşdü - hökumətə həm indiki iqtidar, həm də müxalifət rəhbərlik edəcək...

04.11.2026 / 17:46
Prezidentin sosial media hesablarında “AIREX 2026” sərgisi ilə bağlı videoçarx paylaşılıb

04.11.2026 / 17:40
İsrailin 4 müxalifət partiyası Netanyahuya qarşı hərəkətə keçdi - fövqəladə hökumət qurulur...

04.11.2026 / 17:15
Melaniya Tramp Rusiya və Ukrayna nümayəndələrini Ağ Evdə bir araya gətirir

04.11.2026 / 17:03
Yaşı 80-i keçən siyasətçilər Amerika siyasətini də qocaldır

04.11.2026 / 16:49
Dövlət qurumu yeni internet tarifləri müəyyənləşdirdi

04.11.2026 / 16:42
Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

04.11.2026 / 16:29
Qeşm adasına ABŞ-ın zərbələri Hörmüzdən azad neft keçidini təmin edə bilər?

04.11.2026 / 16:25
Ermənistan və Azərbaycan Rusiya, Çin və Qərb arasında: kimin manevr azadlığı daha çoxdur?

04.11.2026 / 16:22
Səudiyyə vəliəhdi Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:21
Avropa məhkəməsi Toroyanın mübahisəli ölümünü yüzlərlə qətl edilmiş azərbaycanlıdan üstün tutdu...

04.11.2026 / 16:20
Səudiyyə Kralı Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:18
Məkkə Sazişi İranı ABŞ hücumlarından müdafiə edir?..

04.11.2026 / 16:15
Pakistan Prezidenti Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

04.11.2026 / 16:07
Keçmiş nazirin oğluna yeni vəzifə verildi

04.11.2026 / 15:53
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edildi

04.11.2026 / 15:48
G20 sammitinə dəvət: Azərbaycanın və Prezident İlham Əliyevin artan beynəlxalq nüfuzunun sübutu

04.11.2026 / 15:40
Hersoq qərar verəcək - Netanyahu müsəlman qətliamını davam etdirəcək, ya...

04.11.2026 / 15:17
"Ermənistan Azərbaycanla ikitərəfli ticarəti genişləndirir" - Paşinyan

04.11.2026 / 14:52
"Gələn ildən növbəti böyük sosial islahat paketi planlaşdırılır" - Sahil Babayev

04.11.2026 / 14:39
Gələn il pensiyalar bu qədər artırılacaq...

04.11.2026 / 14:25
İspaniyadan Trampın seçki məlubiyyətinə ilk reaksiya - ifrat sağçı dalğa artıq dağılır…

04.11.2026 / 14:10
164 min manatlıq dələduzluq - boşanma mübahisəsindən istifadə edib qadının mənzilini və avtomobilini ələ keçirdi...

04.11.2026 / 13:57
Fuad Nağıyev professor Məhərrəm Zülfüqarlını təltif edib

04.11.2026 / 13:47
İran ABŞ-dakı seçkilərə belə reaksiya verdi - amerikalılar 'MÜHARİBƏYƏ YOX' dedilər...

04.11.2026 / 13:46
Paşinyan yeni konstitusiyanı bu ay dərc edəcəyinə söz verdi...

04.11.2026 / 13:34
ABŞ çərşənbə günü İrana zərbə endirə bilər – İDDİA…

04.11.2026 / 13:19
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq...

04.11.2026 / 13:07
Uşağın doğulmasına görə müavinət 600 manatdan 1500 manata qaldırılır...

04.11.2026 / 12:54
Respublikaçılar ümidini növbəti seçkiyə bağladı - Conson 2028-də aşağı palata üzərində nəzarətin bərpasına əmindir

04.11.2026 / 12:42
“Neft və mürəkkəb: Neftlə yazılmış hekayələr” sənədli filminin premyerası olub - FOTO

04.11.2026 / 12:40
"2027-ci ildə orta illik inflyasiya 5,3 faiz proqnozlaşdırılır" - Nazir

04.11.2026 / 12:31
Prezident və Birinci xanım “AIREX 2026” sərgisi ilə tanış olublar - FOTO

04.11.2026 / 12:17
Kürdəmir xəstəxanasında 125 min manatlıq yeyinti - bir nəfər barəsində qətimkan tədbiri seçildi...

04.11.2026 / 12:01
Azərbaycanda dəfn pulu artırılır - 946-dan 1200-ə...

04.11.2026 / 11:47
Ukrayna “Ozon”un Adıgeydəki logistika mərkəzini vurdu – güclü yanğın başladı... Sifarişlər dayandırıldı...

Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

XƏBƏR ARXİVİ