Cümə günü, 28 avqust 2026
     

Ermənistanı fəlakətə sürükləyən Qərb Cənubi Qafqazda sülhə böyük zərbə vurur

Image


"Dünyada Rusiya qədər erməni maraqlarını nəzərə almağa hazır olan ikinci ölkə yoxdur". Belə bir açıqlama ilə Rusiya Federasiya Şurasının Beynəlxalq Əlaqələr Komitəsinin sədri Qriqori Karasin çıxış edib. 

O, qeyd edir ki, İrəvan Rusiyadan daha ermənipərəst birini tapa bilməz: "Bunun bir çox səbəbləri var - tarix və qan bağlarından tutmuş regional təhlükəsizlik prioritetlərinə qədər. Ciddi düşünməyin vaxtıdır". Amma maraqlıdır ki, Rusiyada rəsmi səviyyədə ifadə edilən bu mövqeyə baxmayaraq, Ermənistanda tamam fərqli düşünürlər. İrəvan Rusiyanı Qərbə dəyişməyə hazır olduğunu artıq təkcə sözdə yox, praktiki əməldə də nümayiş etdirir. Qeyd edilən xüsusda Rusiyanın "Voennıy Osvedomitel" portalı olduqca maraqlı məlumat yayıb. Burada qeyd olunur ki, NATO-nun baş katibi Yens Stoltenberq və Ermənistanın baş naziri Nikol Paşinyan arasında İrəvanda keçirilən görüş fonunda olduqca diqqətcəlbedici proseslərin də getdiyi üzə çıxıb. Belə ki, ABŞ dövlət katibi Entoni Blinken və Avropa Komissiyasının sədri Ursula fon der Leyenin iştirakı ilə də Paşinyan və Stoltenberqin daha geniş tərkibdə 2024-cü ilin aprelində növbəti görüşünün hazırlandığı barədə məlumat daxil olub: "Ehtimal olunur ki, ABŞ və Avropa İttifaqı Ukrayna ilə Böyük Britaniya, Fransa, Almaniya və digər ölkələr arasında ikitərəfli sazişlər kimi Ermənistana təhlükəsizlik zəmanətləri vermək üçün pakt imzalamağa hazırlaşır. Belə olan halda regionda geosiyasi hadisələr sürətlə inkişaf etməyə başlaya bilər. Əvvəla, Ermənistanın KTMT-də iştirakını "dondurmasından" sonra məntiqi addım ataraq, təşkilatdan qəti şəkildə çıxma prosesinə, eləcə də Rusiyanın Gümrüdəki 102-ci bazasının ləğvinə başlayacaq. Bu da faktiki olaraq müttəfiq qoşunlarının Ermənistan ərazisindən qəti şəkildə çıxarılmasına gətirib çıxarır. Gözlənilir ki, İrəvan tərəfindən artıq qovulmuş Rusiya sərhədçiləri və Rusiya hərbçilərinin yerinə artıq sərhəddə yerləşdirilmiş Avropa Monitorinq Missiyasının tərkibində göndərilə bilən ABŞ hərbçiləri olacaq. Bu, şübhəsiz ki, mümkün olan ən pis variantdır, lakin indi artıq göz qabağındadır ki, Rusiyanın nüfuzu proqressiv şəkildə postsovet məkanından sıxışdırılır, burada Mərkəzi Asiya Qafqazdan sonra növbəti sırada yer alır. Mövcud təhlükəli vəziyyətdə Rusiya hakimiyyəti hələ də münaqişəyə qarışmadan gözləmə mövqeyini davam etdirir, lakin təcrübədən göründüyü kimi, Paşinyanın Fransa və ABŞ kimi Qərb dövlətləri ilə hərbi əməkdaşlığa kəskin dönüş yaratmaq üçün atdığı addımlar yalnız Rusiyanın mövqeyi baxımından pisləşir. Maraqlıdır ki, indi Paşinyanın qorxduğu yeganə arqument Rusiyanın təsiri deyil, hərbi nöqteyi-nəzərdən çox güclü olan qonşu Azərbaycandır".

Beləliklə, proseslərin gedişi ruslar üçün müsbət heç nə vəd etmir. Amma məsələnin digər tərəfləri də var. Qərbin oyunu regionda dağıdıcı nəticələrə gətirib çıxara bilər. Qərb ölkələri tərəfindən Ermənistana həm maliyyə və iqtisadi, həm də hərbi, mənəvi dəstək göstərilir. Belə olduğu halda sülh üçün Ermənistan heç cür konstruktiv mövqe nümayiş etdirə bilməz. Hadisələrin qeyd edilən səpkidə inkişafı Azərbaycanın maraqlarına cavab vermir və ölkəmizə qarşı atılan addımdır. Ermənistanın 2020-ci ildəki hərbi-diplomatik məğlubiyyətdən sonra revanşist əməllərindən çəkinəcəyi və 10 noyabrda imzalanan üçtərəfli bəyanatın şərtlərini yerinə yetirəcəyi düşünülsə də, gözləntilər özünü doğrultmadı. 4 ilə yaxındır ki, İrəvan öhdəliklərini icra etməkdən boyun qaçırır. Hələ üstəlik hərbi qüvvəsi darmadağın edildiyi halda, müəyyən vaxtlarda təxribat əməllərini də davam etdirir. Bu da Qərbdən gələn dəstəyə görədir. İndi ABŞ və Avropa İttifaqı Ukrayna ilə Böyük Britaniya, Fransa, Almaniya və digər ölkələr arasında ikitərəfli sazişlər kimi Ermənistana təhlükəsizlik zəmanətləri verilməsi də Qərbin daha geniş miqyasda regiona hərbi cəhətdən daxil olması cəhdidir. Bu da regionda hərbi müstəvidə qarşıdurma risqini artırır. Çünki Rusiya və İranın buna sona qədər dözümlü yanaşacağı inandırıcı deyil. Eyni zamanda baş verənlər Qərbin Ukraynadan sonra Qafqazda da Rusiyaya qarşı ikinci cəbhə açmaq cəhdidir. Rusiya Xarici İşlər Nazirliyi artıq açıq mətnlə bildirir ki, Qərb Cənubi Qafqazda Rusiyaya qarşı ikinci cəbhə açmaq niyyətindədir. Bunun üçün Ermənistan vasitə olaraq seçilib. Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova əvvəllər bəyan etmişdi ki, Ermənistan hakimiyyəti "Qərbin təhriki ilə" öz xarici siyasətini tamamilə dəyişməyə hazırlaşır: "ABŞ və Aİ Rusiyanı Cənubi Qafqazdan sıxışdırmaq istəyir". 

Bütün bunlar o deməkdir ki, indi Rusiya Ermənistan və Gürcüstan üzərindən Qafqazda ona qarşı ikinci cəbhənin açıla biləcəyindən ehtiyat edir. Uzun müddət ərzində Qərbin sanksiyaları ilə mübarizə aparan İran da indi şimal sərhədlərində, yəni, Ermənistanda Qərblə açıq konfrantasiya şəklinə qədər gəlib çıxıb. Bu vəziyyətin yaranmasının yeganə cavabdehi isə Ermənistandır. 

Qeyd edək ki, İran daim Qafqazda sərhədlərin dəyişdirilməsini özünün qırmızı xətti adlandırıb və prosesin regiondan kənar qüvvələr tərəfindən icra edilməsinə qarşı olmasını bildirib. İndiki vəziyyətdə Avropa İttifaqının müşahidə missiyasının daxilində bölgəyə nüfuz edən Avropanın təmsilçiləri İranın milli maraqlarına birbaşa təhdiddir. Bu, əslində Ermənistanın İrana qarşı xəyanəti kimi də qiymətləndirilir. Ermənistanı uzun illər ərzində hərbi, siyasi və iqtisadi cəhətdən dəstəkləyən İran hazırkı yaranmış vəziyyətdən olduqca narahatdır. Beləliklə, görünən odur ki, ABŞ-ın liderliyi ilə Qərb dövlətlərinin siyasəti Cənubi Qafqazda da vəziyyətin gərginləşdirilməsinə xidmət edir. Bunun üçün Ermənistan vasitə olaraq seçilib. Bu fonda həmin ölkənin tezliklə Suriyaya, Ukrayna və ya Livana çevriləcəyi gözlənilir. Bu, indiki vəziyyətdə Qərbin qucağına qaçan Ermənistanda siyasi və iqtisadi vəziyyətin acınacaqlı olacağı ehtimalını deməyə əsas verir. Rusiyaya qarşı hazırkı münasibət, İranın milli maraqlarına olan təhdidlər, beynəlxalq müşahidəçi adı altında kəşfiyyat sisteminin Ermənistana nüfuz etməsi kimi detallar yaxın zamanlarda başa verə biləcək real siyasi və hərbi proseslərdə bu ölkənin tək olacağına faktiki işarədir. Amma Ermənistan rəhbərliyi hələ də bu reallığı görmək istəmir. 

Tahir TAĞIYEV




DİGƏR XƏBƏRLƏR

VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Paşinyan dəmiryolları üçün Rusiyaya 400 milyon dollar geri - satış qiyməti qoydu...

Problemli bank kreditləri sürətlə artır - ciddi səbəb olduğu deyilir...

Bakı Slavyan Universitetində erməni dilinin tədrisi hansı zərurətə söykən(m)ir?...

SON XƏBƏRLƏR

28.08.2026 / 15:51
Avropaya üzv qəbulu siyahısında Gürcüstanla Türkiyənin adı çəkilmədi... İşlər qəlizləşir...

28.08.2026 / 15:37
Kiberpolsi onlayn kazino əməliyyatları çərçivəsində daha 3 nəfəri saxladı - VİDEO

28.08.2026 / 15:24
Paşinyan Azərbaycanla sülhü pozan daxili və xarici qüvvələrdən danışdı...

28.08.2026 / 15:08
Bakcell-in “GO” tariflərinə qoşulun və üstünlüklərdən faydalanın

28.08.2026 / 14:53
Putin hakimiyyəti Moskvada antiAzərbaycançı kütləvi aksiyalara start verdi...

28.08.2026 / 14:27
Baltikyanıdan olan Avropa komissarlarının Rusiya təcavüzündən bəhs edən qorxunc məktubu...

28.08.2026 / 14:10
Paşinyan – “hüquq sistemində Köçəryan-Sarkisyan mafiyası var, axtarışdan əvvəl məlumat sızdırıblar"...

28.08.2026 / 13:41
Ukrayna Rusiyanın ən böyük neft zavodlarından birinə səkkizinci dəfə zərbə endirdi...

28.08.2026 / 13:23
Baş Prokurorluq tərcüməçi Ziya Muradovun ölümü ilə bağlı araşdırmalara başladı

28.08.2026 / 13:08
ABŞ kəşfiyyat şefinin Moskva səfərinin pərdəarxası açılır – “vəziyyətiniz pisləşməmiş müharibəni dayandırın”…

28.08.2026 / 12:50
Nepalda daşqınlarda ölənlərin sayı 475-ə çatdı... Yeni təhlükə - çinli xilasedicilər axtarışları dayandırdı…

28.08.2026 / 12:37
Bakıda iki qeyri-yaşayış obyekti və məsciddə qanunsuz müdaxilə - xəbərdarlıq edildi

28.08.2026 / 12:25
Bir vaxtlar Vüsaldan incidiyim üçün özümü bərk-bərk qınayıram...

28.08.2026 / 12:10
Mehriban Əliyevanın ünvanına doğum günü münasibətilə təbriklər gəlməkdə davam edir

28.08.2026 / 12:09
Qara dənizin Rumıniya sahillərində ticarət gəmisi vurularaq batırıldı...

28.08.2026 / 11:42
Nepalda ard-arda fəlakət yaşanır… İndi də su bəndi partladı – əhaliyə təcili çağırış edildi…

28.08.2026 / 11:25
Norveç kralı V Harald vəfat etdi…

28.08.2026 / 11:14
İran ABŞ-ı ikiqat zərbə ilə hədələdi - hər hansı bir addım atsa...

28.08.2026 / 11:01
Kirayə ev axtaran tələbələrə DİN-dən TƏCİLİ XƏBƏRDARLIQ - "Təcili beh göndərin" ifadələrinə inanmayın...

28.08.2026 / 10:46
"Ballıqaya qətliamının günahkarları ədalət qarşısında cavab verməlidir" - XİN

28.08.2026 / 10:24
Göyçayda narkotik tərkibli bitkilər yetişdirən şəxs yaxalandı

28.08.2026 / 10:08
Suriya prezidenti kürd lideri özünə müşavir təyin etdi...

28.08.2026 / 09:57
DİN kiberdələduzların yeni üsulları ilə bağlı əhaliyə müraciət etdi - diqqətli olun...

28.08.2026 / 09:50
Bakı aeroportunda “Elektron qapı sərhəd nəzarəti sistemi” istifadəyə verildi

28.08.2026 / 09:31
İran müharibəsi ABŞ-ı vurdu – “Patriot” ehtiyatı tükənir... Avropa mümkün hücum qarşısında müdafiəsiz qalacaq...

28.08.2026 / 09:08
Tramp İranla əməkdaşlıq edən Çin banklarına niyə sanksiya tətbiq etmir? – “Hər şeyi açıqlamağa məcbur deyiləm”...

28.08.2026 / 08:43
Sankt-Peterburqda bombalı hücum - Rusiya HHQ-nin zabiti öldürüldü...

27.08.2026 / 23:36
İşğalın ideoloji cəhətdən əsaslandırılması: fəhlə sinfinin hüquqları və insan haqları, bir medalın iki üzü - Professor Məhərrəm ZÜLFÜQARLI yazır...

27.08.2026 / 23:04
“Qarabağ” avrokuboklarda mübarizəni dayandırdı

27.08.2026 / 22:01
Kreml dəmiryolunu Ermənistana qaytarmaq istəmir - “Qərb Paşinyanı şantaj edir” dedi...

27.08.2026 / 21:27
Türkiyə və İsrail müharibə ərəfəsində - Kəşfiyyat rəhbərləri yenidən Bakıda görüşəcəklər...

27.08.2026 / 21:05
Azərbaycanda nağd pul dövriyyəsinə meyl hələ də güclü olaraq qalır...

27.08.2026 / 20:43
Paşinyan “erməni soyqırımını” alətə çevirən Netanyahuya ağır sözlər dedi - “son qoyulsun”...

27.08.2026 / 20:18
Paşinyan ən qatı müxalif deputatı dövlətin ən strateji postuna təyin etdi...Niyə?

27.08.2026 / 19:55
Polad Bülbüloğlu evlilik xəbərini təkzib etdi

27.08.2026 / 19:28
Paşinyan dəmiryolları üçün Rusiyaya 400 milyon dollar geri - satış qiyməti qoydu...

27.08.2026 / 19:04
ABŞ Özbəkistanı Çinlə qanunsuz tranzit ticarət edənlərin siyahısına saldı... Azərbaycanla nə əlaqəsi...

27.08.2026 / 18:49
ABŞ-ın baş kəşfiyyatçısı Moskvada Ermənistanı da müzakirə edib...

27.08.2026 / 18:33
Putin Paşinyandan “Avrasiya referendumu” tələb edir - Ermənistan ittifaqa referendumsuz daxil olmuşdu...

27.08.2026 / 18:02
Kriminal submədəniyyət, söyüş Ermənistan ordusunun axırına çıxır...

27.08.2026 / 17:47
Şimali Kipr Türk Cümhuriyyəti və Cənubi Kipr prezidentləri razılıq əldə etdilər...

27.08.2026 / 17:34
“Narkomaniyaya yox deyək!” mövzusunda tədbir keçirilib

27.08.2026 / 17:23
“Azərbaycanın sifarişi ilə Ermənistanda tuthatutdur...” - müxalifət həm də “ideya istehsal edir”...

27.08.2026 / 17:05
Problemli bank kreditləri sürətlə artır - ciddi səbəb olduğu deyilir...

27.08.2026 / 16:48
İranla maliyyə-ticarət əlaqəsi olan ölkələrə Trampın sanksiya hədəsi etiraz doğurdu - Azərbaycanın cavabı...

27.08.2026 / 16:33
Plüralizmin inkişafı geniş beynəlxalq əlaqələr sayəsində daha dinamik xarakter alır - Azərbaycanla-Özbəkistanın timsalında...

27.08.2026 / 16:19
Türk Müdafiə Qurşağı - İlham Əliyevin birgə türk təlimləri təklifi daha da aktuallaşdı...

27.08.2026 / 16:02
Bakı Slavyan Universitetində erməni dilinin tədrisi hansı zərurətə söykən(m)ir?...

27.08.2026 / 15:50
XİN Rusiyanı Azərbaycan səfirliyinin qonaq evi qarşısındakı təxribatla bağlı tədbirlər görməyə çağırdı

27.08.2026 / 15:42
Prezident “Sabah” futbol klubuna 5 milyon manat ayrılması barədə Sərəncam imzaladı

27.08.2026 / 15:39
Bu axşam “Qarabağ”ın oyununa görə metronun iş rejimi dəyişəcək - AÇIQLAMA

27.08.2026 / 15:20
"Barselona" “Fənərbağça”nın 31 yaşlı qapıçısını transfer etdi

27.08.2026 / 15:13
Paşinyan kimin əlinə “oynayır”?

27.08.2026 / 15:04
Ərtegin Salamzadə yaradıcılığında milli ruh

27.08.2026 / 14:46
Ukraynadan Rusiyaya ağır zərbə - "Lukoil"un bütün zavodları dayandı…

27.08.2026 / 14:28
Moskva Buxarestə nota verdi, bir rumın diplomatı da ölkədən qovdu…

27.08.2026 / 14:07
Nepalda daşqınlarda ölənlərin sayı 270-ə çatdı…

27.08.2026 / 13:51
Məleykə Abbaszadə abituriyentlərə çağırış etdi

27.08.2026 / 13:34
Məktəbli geyimlərinin YENİ QİYMƏTLƏRİ açıqlandı...

27.08.2026 / 13:23
ABŞ-ın kəşfiyyat şefinin gizli Rusiya səfərinin səbəbi ortaya çıxdı - Moskvaya xəbərdarlıq edildi…

27.08.2026 / 13:11
Ceyhun Bayramov Avstriyanın yeni səfirini qəbul etdi

27.08.2026 / 12:57
Rusiya ballistik raketlərində Amerika komponentləri aşkarlandı - Ukrayna danışıqlar üçün ABŞ-a nümayəndə göndərir…

27.08.2026 / 12:41
ABŞ-dan bütün Avropanı silkələyəcək ŞOK İDDİA - Rusiya Ukraynada nüvə silahından istifadə edəcək…

27.08.2026 / 12:21
Sabahdan universitetlərə qeydiyyat başlayır - yalnız mygov üzərindən...

27.08.2026 / 12:07
Cinayət törətməkdə şübhəli bilinən 51 nəfər saxlanıldı

27.08.2026 / 11:55
Bakıda estetik mərkəzdə yoxlama - pozuntular aşkarlandı...

27.08.2026 / 11:44
DİN-dən sosial şəbəkələrdəki saxta xidmətlərlə bağlı xəbərdarlıq...

27.08.2026 / 11:26
Prezident İlham Əliyev Maya Sanduya məktub ünvanlayıb

27.08.2026 / 11:16
Podrat müqaviləsi bağlayarkən bunlara diqqət edin – Ali Məhkəmədən açıqlama...

27.08.2026 / 11:11
Ukrayna Ozon-un daha iki anbarına zərbə endirdi...

27.08.2026 / 10:51
Nepalda və Tibetdə daşqınlarda ölənlərin sayı 165-i keçdi - 1300-dən çox itkin var...

27.08.2026 / 10:36
Zelenskinin darmadağın erdiyi ticarət şəbəkəsinin sahibi Rusiyanın ən varlı qadını oldu....

27.08.2026 / 10:23
"Dövlət büdcəsində nəzərdə tutulmayan tikililərin maliyyələşdirilməsi mümkün deyil" - Xüsusi nümayəndəlik

27.08.2026 / 09:47
Sabirabadda həyətində narkotik tərkibli bitkilər yetişdirən şəxs saxlandı

27.08.2026 / 09:31
Nigar Fərhad saxlanıldı

27.08.2026 / 09:06
Köçəryan barəsində iki aylıq həbs qətimkan tədbiri seçildi…

26.08.2026 / 23:33
Rəşid Behbudovun qızı Polad Bülbüloğluna yazdı - “Mənim sevimli quşcuğazım..."

26.08.2026 / 22:50
İran ordusu Qətərdən itkin düşmüş üç pilotun taleyinə aydınlıq gətirilməsini tələb etdi...

26.08.2026 / 22:26
Zelenski Trampın adamları ilə 3 maddəlik saziş mətnini razılaşdırdı...

26.08.2026 / 22:10
Müxalifət Paşinyanı devirmək üçün Rusiya sülhməramlılarını ölkəyə dəvət etmək istəyir...

26.08.2026 / 21:52
Dövlət borcumuz azalmaq əvəzinə 4 milyard artır - məmurlar belə demirdilər...

Plüralizmin inkişafı geniş beynəlxalq əlaqələr sayəsində daha dinamik xarakter alır - Azərbaycanla-Özbəkistanın timsalında...

XƏBƏR ARXİVİ