Cümə axşamı günü, 05 noyabr 2026
     

Makronun məsuliyyətsiz ritorikası dünyanı nüvə müharibəsinə sürükləyir...

Image


"Fransada güclənən məsuliyyətsiz ritorika dünyanı nüvə müharibəsi uçurumuna atmaq risqi daşıyır". Bunu Rusiya Federasiyasının BMT-dəki daimi nümayəndəsinin birinci müavini Dmitri Polyanski deyib.

Onun sözlərinə görə, nüvə silahından istifadə şərtləri Rusiyanın nüvə doktrinasında açıq şəkildə ifadə olunub və Moskva buna ciddi əməl edir: "Təəssüf edirik ki, həqiqətən də nüvə ritorikasını qızışdıranlara, məsələn, nüvə silahı da daxil olmaqla, bütün hərbi vasitələrdən istifadəni elan edən ABŞ-ın müdafiə naziri Lloyd Ostinə qarşı bu gün bir qınama sözü eşidilməyib. Londonda nüvə düyməsini necə asanlıqla basmağa hazır olduğumuzu da xatırlayırıq. Biz, həmçinin, Parisdə dünyanı nüvə müharibəsi uçurumuna sürükləyən məsuliyyətsiz ritorikanın artdığını görürük". Bundan əvvəl də Rusiya dövlət başçısı Vladimir Putin açıq mətnlə bildirib ki, Rusiya ilə NATO arasında genişmiqyaslı münaqişəni istisna etmək olmaz, lakin bu halda dünya heç kimin maraqlı olmadığı Üçüncü Dünya müharibəsinin bir addımlığında olacaq: "Düşünürəm ki, müasir dünyada hər şey mümkündür. Amma mən deyirəm və bu hamıya aydındır ki, bu, Üçüncü Dünya müharibəsinin tammiqyaslı başlamasının bir addımlığı olacaq. Məncə, çətin ki, kimsə bunda maraqlıdır". Hər halda görünən odur ki, Qərb və Rusiya biri-biri ilə nüvə müharibəsi ehtimalını müzakirə edir. Xüsusən də prezident Vladimir Putinin Federal Məclisə illik müraciətindən sonra Qərb mətbuatında Rusiyanın Qərb qonşularına hücum etməyə hazırlaşdığı barədə xəbərlər yayılıb. Qeyd edək ki, Putin Federal Məclis qarşısında çıxışı zamanı bildirib ki, bütün strateji nüvə qüvvələri zəmanətli istifadəyə tam hazır vəziyyətdədir. Rusiya prezidenti vurğulayıb ki, 2018-ci ildəki müraciətində dedikləri hər şey edilib və ya bu iş tamamlanmaq üzrədir. Bu fonda BBC yazır ki, Rusiya öz rəhbəri vasitəsilə çağırışı qəbul etməyə və silahlanma yarışında iştirak etməyə hazır olduğunu bəyan edir.  Qərb siyasətçilərinin Rusiyanın nüvə silahından istifadə təhlükəsi ilə bağlı bəyanatlarına gəldikdə, hərbi ekspert və politoloq Yevgeni Mixaylovun fikrincə, bu mümkündür. Ancaq yalnız Qərbdən real təhlükə yaranarsa: "Moskva Qərb qoşunlarının Ukraynaya eyni müdaxiləsinə, eyni hədələrə cavab verməyə hazır olduğunu bildirir. Bəli, cavab verə bilərik. Və Vladimir Putin dedi ki, Rusiya olmadan sülh olmayacaq. Həqiqətən real təhlükə yaranarsa, nüvə zərbəsi endiriləcəyini vurğulayaraq dedi".

Hadisələrin bu səpkidə inkişafını tətikləyən əsas tərəf isə Fransanın siyasətidir. Fransa prezidenti Emmanuel Makron "La Parisien" nəşrinə müsahibəsində bir daha qeyd edib ki, Fransa bir gün Ukraynada Rusiyaya qarşı hərbi əməliyyat keçirməli ola bilər, bu mümkündür: "Mən bunu istəmirəm, təşəbbüs də göstərməyəcəyəm, amma bəlkə də nə vaxtsa Rusiya qüvvələrinə qarşı durmaq üçün, nə olursa olsun, quru əməliyyatları tələb olunacaq. Biz bunu edə bilərik, Fransanın da gücü ondadır". Jurnalistlərin Fransa Baş Qərargahının hər ehtimala qarşı ssenarilər hazırlayıb-hazırlamadığı sualına Fransa prezidenti müsbət cavab verib: "Bütün ssenarilərə hazırlaşmaq bizim borcumuzdur. Bunu etməmək səhv olardı". Fransa prezidentinin sözlərinə görə, Rusiya bu müharibədə qalib gələrsə, fransızların da həyatı dəyişəcək və Avropada təhlükəsizlik arxitekturası dağılacaq. Makron vurğulayıb ki, son illərdə Putin bir neçə müharibə səhnəsində sabitliyi pozan qüvvəyə çevrilmək qərarına gəlib. O həmçinin qeyd edib ki, Fransa dünyada az sayda ölkənin malik olduğu nüvə potensialı ilə ilk növbədə fransızların təhlükəsizliyini təmin edir: "Biz özümüzü qorunan hiss etməliyik, çünki biz nüvə qüvvəsiyik. Biz hazırıq, bizim doktrinamız var. Nüvə məsələlərinə gəldikdə, bir neçə sözə ehtiyac var: bu, təhlükəsizlik alətidir. Bu, eskalasiyaya heç vaxt yol verməmək məsuliyyətini üzərinə qoyur". 

Tahir TAĞIYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Bunu səfir Birol Akgünə açıq məktubum kimi də oxuya bilərsiniz - Aydın QULİYEV yazır...

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

SON XƏBƏRLƏR

05.11.2026 / 14:33
Vuçiçin Moskvaya qaçan silahdaşlarının təyyarəsi Litva üzərindən geri qaytarıldı...

05.11.2026 / 14:14
Paşinyan Türkiyə gedir...

05.11.2026 / 14:06
Azərbaycanın konstitusiya tələbi Ermənistanda "baş-ayaq" təqdim olundu...

05.11.2026 / 13:50
Ermənistan hökuməti TRIPP-lə bağlı parlamentin fövqəladə iclasını çağırdı...

05.11.2026 / 13:43
"Azərbaycan radiosu milli yaddaşımızın və mədəni irsimizin etibarlı qoruyucularından biridir" - Əhməd İsmayılov

05.11.2026 / 13:39
Gələn ilin büdcəsində neftin qiyməti 65 dollar götürülüb

05.11.2026 / 13:25
Ünvanlı dövlət sosial yardımının məbləği artırılır...

05.11.2026 / 13:12
Ərdoğan Bakıya gəlir...

05.11.2026 / 13:04
Gələn il üçün yaşayış minimumu 314 manat müəyyən edilib

05.11.2026 / 12:57
“AİD Group” təhsil şirkətinin rəhbəri həbs olundu - dələduzluq, saxta sənədlər hazırlamaq ittihamı...

05.11.2026 / 12:40
Dronla İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alındı - DTX-dan əməliyyat...

05.11.2026 / 12:37
Putin və Cinpin Ağ Evin yeni zalında qonaq ola bilər - Tramp açıqladı...

05.11.2026 / 12:30
Mirzoyan Türkiyə ilə sərhədlərin hər an açıla biləcəyini deyir...

05.11.2026 / 12:20
Seçki məğlubiyyəti Ağ Evdə şok effekti yaratdı... Tramp dəyişikliyə hazırlaşır – Heqset və Rubio “vurula” bilər...

05.11.2026 / 12:09
​​​​​​​Nəqliyyat vasitələrinin utilizasiyası fondu ləğv edilir...

05.11.2026 / 11:57
Orta aylıq pensiya məbləğində 45 manat artım - 640 manat olacaq...

05.11.2026 / 11:43
Gələn il bir sıra sosial müavinətlər artırılacaq...

05.11.2026 / 11:25
BMT rəsmisi “ASAN xidmət” modelini digər ölkələr üçün nümunə adlandırdı

05.11.2026 / 11:07
Hörmüz boğazında minaya düşən iki tankerə köməyə gələn yedək gəmisi də alov aldı...

05.11.2026 / 10:51
Samvel Karapetyan barəsində 1 aylıq həbs qətimkan tədbiri seçildi...

05.11.2026 / 10:35
İranın lovğalanması Trampı hərbi əməliyyatları bərpa etməyə sövq edə bilər...

05.11.2026 / 10:31
Prezident: "Azərbaycan bundan sonra da Dayanıqlı İnkişaf Məqsədlərinin təşviqini dəstəkləyəcək"

05.11.2026 / 10:29
“ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir" - Prezident

05.11.2026 / 10:25
Dünya Azərbaycanlılarının VI Qurultayı keçiriləcək...

05.11.2026 / 10:25
Prezident İlham Əliyev beynəlxalq tədbir iştirakçılarına müraciət ünvanladı...

05.11.2026 / 10:16
Bakıda BMT İdarəetmə İnnovasiyaları Sammiti keçirilir

05.11.2026 / 09:52
Ukrayna Ryazanda neft zavodunu və Wildberries anbarını vurdu...

05.11.2026 / 09:28
Vens seçkilərdə respublikaçıların məğlubiyyətinin 4 əsas səbəbini açıqladı - buna dəydimi...

05.11.2026 / 09:10
SOCAR ABŞ-da 1,65 milyard dollarlıq aktiv alır - müqavilə imzalandı

05.11.2026 / 06:07
4 Knesset üzvü də Netanyahunu dəstəkləməyəcəyini açıqladı

05.11.2026 / 06:00
Tramp həm “impiçmentdən qorxmuram” dedi, həm də veto hüququnu xatırlatdı

04.11.2026 / 23:49
Macarıstan da Rusiya neft-qazından imtina edir…

04.11.2026 / 23:21
Prezidentin “Şərəf” ordeni ilə təltif etdiyi Kamran İmanov kimdir? - DOSYE

04.11.2026 / 21:40
Dünya Rusiyadan təhlükəsizlik təminatı istəyir, Rusiya isə Ukraynadan... Qalmaqal...

04.11.2026 / 21:19
Türkiyə Rusiyanın TDT üzvlüyünə rəsmi cavab verdi...

04.11.2026 / 21:04
Çində Ukraynaya sərfəli olmayan "yeni Yalta" sxemi hazırlanır...

04.11.2026 / 20:41
5 dövlət + NATO formatında Ukrayna ilə bağlı maraqlı müzakirə başladı...

04.11.2026 / 20:24
Tramp çox əlamətdar tarixi gündə İsrailə 4 milyardlıq hərbi yardımı kəsdi...

04.11.2026 / 20:07
Erməni mediası 2009-dan sonra Türkiyədə verdiyimiz yatırımlara qəribə izah verir... Guya...

04.11.2026 / 19:50
Trampın uduzmasından sonra da neftin bahalaşması dayanmadı...

04.11.2026 / 19:26
AK Parti Türkmənistanda da dini işlərlə ilgilənməyə başladı... Hicab da olacaq?

04.11.2026 / 19:10
Bu ana kimi onlar bizdən pul qazanırdılar, indi Azərbaycan mətbuatı onlardan qazanacaq...

04.11.2026 / 18:51
Amerikalıların son Qarabağ müharibəsindən kitab yazmaqlarının ayrı mənası var...

04.11.2026 / 18:35
Samvel Karapetyan, keçmiş PA rəhbəri və daha 36 nəfər saxlanıldı - Paşinyan rəqiblərini məhv edir...

04.11.2026 / 18:16
Ramiz Mehdiyevin çevriliş planını Rusiyaya kim çatdırıb? - YENİ FAKTLAR...

04.11.2026 / 18:02
Netanyahu bu vəziyyətə düşdü - hökumətə həm indiki iqtidar, həm də müxalifət rəhbərlik edəcək...

04.11.2026 / 17:46
Prezidentin sosial media hesablarında “AIREX 2026” sərgisi ilə bağlı videoçarx paylaşılıb

04.11.2026 / 17:40
İsrailin 4 müxalifət partiyası Netanyahuya qarşı hərəkətə keçdi - fövqəladə hökumət qurulur...

04.11.2026 / 17:15
Melaniya Tramp Rusiya və Ukrayna nümayəndələrini Ağ Evdə bir araya gətirir

04.11.2026 / 17:03
Yaşı 80-i keçən siyasətçilər Amerika siyasətini də qocaldır

04.11.2026 / 16:49
Dövlət qurumu yeni internet tarifləri müəyyənləşdirdi

04.11.2026 / 16:42
Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

04.11.2026 / 16:29
Qeşm adasına ABŞ-ın zərbələri Hörmüzdən azad neft keçidini təmin edə bilər?

04.11.2026 / 16:25
Ermənistan və Azərbaycan Rusiya, Çin və Qərb arasında: kimin manevr azadlığı daha çoxdur?

04.11.2026 / 16:22
Səudiyyə vəliəhdi Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:21
Avropa məhkəməsi Toroyanın mübahisəli ölümünü yüzlərlə qətl edilmiş azərbaycanlıdan üstün tutdu...

04.11.2026 / 16:20
Səudiyyə Kralı Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:18
Məkkə Sazişi İranı ABŞ hücumlarından müdafiə edir?..

04.11.2026 / 16:15
Pakistan Prezidenti Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

04.11.2026 / 16:07
Keçmiş nazirin oğluna yeni vəzifə verildi

04.11.2026 / 15:53
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edildi

04.11.2026 / 15:48
G20 sammitinə dəvət: Azərbaycanın və Prezident İlham Əliyevin artan beynəlxalq nüfuzunun sübutu

04.11.2026 / 15:40
Hersoq qərar verəcək - Netanyahu müsəlman qətliamını davam etdirəcək, ya...

04.11.2026 / 15:17
"Ermənistan Azərbaycanla ikitərəfli ticarəti genişləndirir" - Paşinyan

04.11.2026 / 14:52
"Gələn ildən növbəti böyük sosial islahat paketi planlaşdırılır" - Sahil Babayev

04.11.2026 / 14:39
Gələn il pensiyalar bu qədər artırılacaq...

04.11.2026 / 14:25
İspaniyadan Trampın seçki məlubiyyətinə ilk reaksiya - ifrat sağçı dalğa artıq dağılır…

04.11.2026 / 14:10
164 min manatlıq dələduzluq - boşanma mübahisəsindən istifadə edib qadının mənzilini və avtomobilini ələ keçirdi...

04.11.2026 / 13:57
Fuad Nağıyev professor Məhərrəm Zülfüqarlını təltif edib

04.11.2026 / 13:47
İran ABŞ-dakı seçkilərə belə reaksiya verdi - amerikalılar 'MÜHARİBƏYƏ YOX' dedilər...

04.11.2026 / 13:46
Paşinyan yeni konstitusiyanı bu ay dərc edəcəyinə söz verdi...

04.11.2026 / 13:34
ABŞ çərşənbə günü İrana zərbə endirə bilər – İDDİA…

04.11.2026 / 13:19
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq...

04.11.2026 / 13:07
Uşağın doğulmasına görə müavinət 600 manatdan 1500 manata qaldırılır...

04.11.2026 / 12:54
Respublikaçılar ümidini növbəti seçkiyə bağladı - Conson 2028-də aşağı palata üzərində nəzarətin bərpasına əmindir

04.11.2026 / 12:42
“Neft və mürəkkəb: Neftlə yazılmış hekayələr” sənədli filminin premyerası olub - FOTO

04.11.2026 / 12:40
"2027-ci ildə orta illik inflyasiya 5,3 faiz proqnozlaşdırılır" - Nazir

04.11.2026 / 12:31
Prezident və Birinci xanım “AIREX 2026” sərgisi ilə tanış olublar - FOTO

04.11.2026 / 12:17
Kürdəmir xəstəxanasında 125 min manatlıq yeyinti - bir nəfər barəsində qətimkan tədbiri seçildi...

04.11.2026 / 12:01
Azərbaycanda dəfn pulu artırılır - 946-dan 1200-ə...

04.11.2026 / 11:47
Ukrayna “Ozon”un Adıgeydəki logistika mərkəzini vurdu – güclü yanğın başladı... Sifarişlər dayandırıldı...

Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

XƏBƏR ARXİVİ