Cümə axşamı günü, 05 noyabr 2026
     

Bakıdan qayıdan ABŞ generalları 907 və İran barədə ilginc fikirlər dedilər...

Image


Abutalıb Səmədov: "Bu, təbii ki, ilk növbədə Azərbaycanın geostrateji mövqeyi ilə əlaqədardır" 

ABŞ-ın istefada olan iki hərbi generalı Vaşinqtonu bədnam "907-ci Düzəliş"i ləğv etməyə çağırır. Bu barədə ABŞ Dəniz Piyadaları Korpusunun təqaüdə çıxmış general-leytenantı Karl Mendi və ABŞ Hərbi Hava Qüvvələrinin istefada olan general-leytenantı Kris Noulandın  Yəhudi İnstitutunun Müdafiə və Strateji Araşdırmalar üzrə Gemunder Mərkəzinin direktoru Ceykob Olidortla birgə dərc olunmuş məqaləsində  deyilir. 

Müəlliflər yazır ki, Ermənistanla Azərbaycan arasında sülh sazişinin əldə olunmasına az qalıb. Onların fikrincə, bu müsbət irəliləyiş sülh danışıqları başa çatdıqdan sonra ABŞ ilə hər iki ölkə arasında münasibətlərin bərpası üçün bir fürsətdir: "Biz bu yaxınlarda Azərbaycanın paytaxtı Bakıya  səfərdən  qayıtdıq və ölkə haqqında məlumatlı olduq, onun regiondakı geostrateji əhəmiyyətini dərindən dərk etdik.

Xəzər dənizi sahilində  yerləşən Azərbaycan ABŞ-ın strateji maraqlarının sütunu kimi ağla gəlir. Bununla belə, həm Rusiya, həm də İranla həmsərhəd olan bir ölkə təkcə bənzər  təhdidləri qarşısında ABŞ-ın maraqlarını qorumaq üçün deyil, həm də Mərkəzi Asiyaya və oradan sərbəst ticarət axınını təmin etmək üçün kritik rol oynaya bilər".

ABŞ generallarının açıq mətnlə 907-ci Düzəlişə etiraz etməsi nədən xəbər verir?

Müstəqil siyasətçi Abutalıb Səmədov "Bakı-Xəbər"ə açıqlamasında bildirdi ki, ABŞ-da təkcə istefada olan generallar deyil, hökümətin özü də dəfələrlə 907-ci Düzəlişi ləğv etmək təşəbbüsü ilə çıxış edib: "Bu təşəbbüslər 90-cı illərdə xüsusilə geniş vüsət almışdı. Ancaq nəticəsi olmadı və 907-ci Düzəlişi, hökümətin bütün tələblərinə, əsaslandırmalarına baxmayaraq, ləğv etmək alınmadı. Hətta 1996-cı il Lissabon Sammitində vitse-prezidentlə görüşəndə prezident Heydər Əliyev ona kəskin etirazını bildirdi. Biz ABŞ-ın bölgədəki maraqlarını təmin etmək üçün hər şey etdik, ancaq siz 907-ci Düzəlişi götürmək iqtidarında deyilsiz. İstefada olan iki generalın 907-ci Düzəlişi götürmək təklifi ilə çıxış etməsinin elə müraciətin mətnindən nə ilə bağlı olduğu aydın olur. Bu, təbii ki, ilk növbədə Azərbaycanın geostrateji mövqeyi ilə əlaqədardır. Bir tərəfdən İranla və Rusiya ilə sərhədin olması, digər tərəfdən Xəzər dənizində Azərbaycanın tutduğu mövqe ölkəmizi ABŞ üçün çox vacib bir əraziyə çevirir. Azərbaycan hər zaman müstəqil siyasət yeridib, bizə qarşı ədalətli mövqe tutan dövlətlərlə əməkdaşlıq etmişik, heç kimin diqtəsi ilə oturub-durmamışıq. Bu da beynəlxalq münasibətlər sahəsində çox böyük əhəmiyyətə malik məsələdir. Uzun illər Ermənistan Rusiyanın diqtəsi ilə hərəkət etdi. İndi də istiqaməti dəyişib Qərbin əlaltısına çevrilib. Bunun nə qədər davam edəcəyi, Nikol Paşinyanın uzun müddət hakimiyyətdə qalıb-qalmayacağı, ondan sonra seçilən baş nazirin hansı xətti tutacağı və s. hamısı sual altındadır. Ancaq bir məsələ aydındır ki, Azərbaycan daim öz maraqlarını hər şeydən üstün tutub, beynəlxalq hüquqa sadiq olub, heç kimə baxmadan müstəqil siyasət yeridib. Biz İsraillə münasibət quranda İranın etirazlarına əhəmiyyət vermədik, danışıqlarda Qərb platformasına üstünlük verəndə Rusiyanın nə deyəcəyini düşünmədik. Keçən ilin fevralında Münhendə Azərbaycan Prezidenti açıq bəyan etdi ki, bizim üçün Qərb platforması daha əlverişlidir. Nikol Paşinyan iki ay əvvələ kimi əlindən gələni edirdi ki, sülh sazişi Rusiya platformasında imzalansın. Təbii ki, belə dövlətə etibar etmək də çox çətindir. Azərbaycan Ukrayna ilə münasibətdə də öz müstəqil siyasətini yeritdi, müharibənin ilk günündən Ukraynanın yanında olmağa çalışdı. Ancaq ilk dövrlər bir mövqe tutan Ermənistan, sonradan başqa bir mövqeyə üstünlük verdi. Bu səbəblərdən, Azərbaycanın əhəmiyyətini anlayanlar təklif edirlər ki, 907-ci Düzəliş götürülsün və ABŞ Azərbaycanla daha sıx hərbi əməkdaşlıq etsin. Onu da qeyd etmək istəyirəm ki, son illərə kimi bu əməkdaşlıq dayanmırdı, ABŞ öz maraqlarına uyğun Azərbaycana hərbi yardımlar göstərirdi. Bir şey aydındır ki, bu müraciət heç nəyi dəyişməyəcək. 907-ci Düzəliş götürülməyəcək və Azərbaycan bu düzəliş olmadan da öz müdafiə qüdrətini artırmaq gücündədir. Sadəcə, ABŞ-da bir seyi anlayırlar ki, bölgədə nüfuz sahibi olmaq üçün Azərbaycanla yaxın münasibətlər qurmaq lazımdır. Buna isə, ilk növbədə ABŞ-ın tutduğu ədalətsiz mövqe mane olur və 907-ci Düzəliş bu ədalətsiz mövqeyin bariz nümunəsidir".

Məhəmmədəli QƏRİBLİ



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Bunu səfir Birol Akgünə açıq məktubum kimi də oxuya bilərsiniz - Aydın QULİYEV yazır...

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

SON XƏBƏRLƏR

05.11.2026 / 14:33
Vuçiçin Moskvaya qaçan silahdaşlarının təyyarəsi Litva üzərindən geri qaytarıldı...

05.11.2026 / 14:14
Paşinyan Türkiyə gedir...

05.11.2026 / 14:06
Azərbaycanın konstitusiya tələbi Ermənistanda "baş-ayaq" təqdim olundu...

05.11.2026 / 13:50
Ermənistan hökuməti TRIPP-lə bağlı parlamentin fövqəladə iclasını çağırdı...

05.11.2026 / 13:43
"Azərbaycan radiosu milli yaddaşımızın və mədəni irsimizin etibarlı qoruyucularından biridir" - Əhməd İsmayılov

05.11.2026 / 13:39
Gələn ilin büdcəsində neftin qiyməti 65 dollar götürülüb

05.11.2026 / 13:25
Ünvanlı dövlət sosial yardımının məbləği artırılır...

05.11.2026 / 13:12
Ərdoğan Bakıya gəlir...

05.11.2026 / 13:04
Gələn il üçün yaşayış minimumu 314 manat müəyyən edilib

05.11.2026 / 12:57
“AİD Group” təhsil şirkətinin rəhbəri həbs olundu - dələduzluq, saxta sənədlər hazırlamaq ittihamı...

05.11.2026 / 12:40
Dronla İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alındı - DTX-dan əməliyyat...

05.11.2026 / 12:37
Putin və Cinpin Ağ Evin yeni zalında qonaq ola bilər - Tramp açıqladı...

05.11.2026 / 12:30
Mirzoyan Türkiyə ilə sərhədlərin hər an açıla biləcəyini deyir...

05.11.2026 / 12:20
Seçki məğlubiyyəti Ağ Evdə şok effekti yaratdı... Tramp dəyişikliyə hazırlaşır – Heqset və Rubio “vurula” bilər...

05.11.2026 / 12:09
​​​​​​​Nəqliyyat vasitələrinin utilizasiyası fondu ləğv edilir...

05.11.2026 / 11:57
Orta aylıq pensiya məbləğində 45 manat artım - 640 manat olacaq...

05.11.2026 / 11:43
Gələn il bir sıra sosial müavinətlər artırılacaq...

05.11.2026 / 11:25
BMT rəsmisi “ASAN xidmət” modelini digər ölkələr üçün nümunə adlandırdı

05.11.2026 / 11:07
Hörmüz boğazında minaya düşən iki tankerə köməyə gələn yedək gəmisi də alov aldı...

05.11.2026 / 10:51
Samvel Karapetyan barəsində 1 aylıq həbs qətimkan tədbiri seçildi...

05.11.2026 / 10:35
İranın lovğalanması Trampı hərbi əməliyyatları bərpa etməyə sövq edə bilər...

05.11.2026 / 10:31
Prezident: "Azərbaycan bundan sonra da Dayanıqlı İnkişaf Məqsədlərinin təşviqini dəstəkləyəcək"

05.11.2026 / 10:29
“ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir" - Prezident

05.11.2026 / 10:25
Dünya Azərbaycanlılarının VI Qurultayı keçiriləcək...

05.11.2026 / 10:25
Prezident İlham Əliyev beynəlxalq tədbir iştirakçılarına müraciət ünvanladı...

05.11.2026 / 10:16
Bakıda BMT İdarəetmə İnnovasiyaları Sammiti keçirilir

05.11.2026 / 09:52
Ukrayna Ryazanda neft zavodunu və Wildberries anbarını vurdu...

05.11.2026 / 09:28
Vens seçkilərdə respublikaçıların məğlubiyyətinin 4 əsas səbəbini açıqladı - buna dəydimi...

05.11.2026 / 09:10
SOCAR ABŞ-da 1,65 milyard dollarlıq aktiv alır - müqavilə imzalandı

05.11.2026 / 06:07
4 Knesset üzvü də Netanyahunu dəstəkləməyəcəyini açıqladı

05.11.2026 / 06:00
Tramp həm “impiçmentdən qorxmuram” dedi, həm də veto hüququnu xatırlatdı

04.11.2026 / 23:49
Macarıstan da Rusiya neft-qazından imtina edir…

04.11.2026 / 23:21
Prezidentin “Şərəf” ordeni ilə təltif etdiyi Kamran İmanov kimdir? - DOSYE

04.11.2026 / 21:40
Dünya Rusiyadan təhlükəsizlik təminatı istəyir, Rusiya isə Ukraynadan... Qalmaqal...

04.11.2026 / 21:19
Türkiyə Rusiyanın TDT üzvlüyünə rəsmi cavab verdi...

04.11.2026 / 21:04
Çində Ukraynaya sərfəli olmayan "yeni Yalta" sxemi hazırlanır...

04.11.2026 / 20:41
5 dövlət + NATO formatında Ukrayna ilə bağlı maraqlı müzakirə başladı...

04.11.2026 / 20:24
Tramp çox əlamətdar tarixi gündə İsrailə 4 milyardlıq hərbi yardımı kəsdi...

04.11.2026 / 20:07
Erməni mediası 2009-dan sonra Türkiyədə verdiyimiz yatırımlara qəribə izah verir... Guya...

04.11.2026 / 19:50
Trampın uduzmasından sonra da neftin bahalaşması dayanmadı...

04.11.2026 / 19:26
AK Parti Türkmənistanda da dini işlərlə ilgilənməyə başladı... Hicab da olacaq?

04.11.2026 / 19:10
Bu ana kimi onlar bizdən pul qazanırdılar, indi Azərbaycan mətbuatı onlardan qazanacaq...

04.11.2026 / 18:51
Amerikalıların son Qarabağ müharibəsindən kitab yazmaqlarının ayrı mənası var...

04.11.2026 / 18:35
Samvel Karapetyan, keçmiş PA rəhbəri və daha 36 nəfər saxlanıldı - Paşinyan rəqiblərini məhv edir...

04.11.2026 / 18:16
Ramiz Mehdiyevin çevriliş planını Rusiyaya kim çatdırıb? - YENİ FAKTLAR...

04.11.2026 / 18:02
Netanyahu bu vəziyyətə düşdü - hökumətə həm indiki iqtidar, həm də müxalifət rəhbərlik edəcək...

04.11.2026 / 17:46
Prezidentin sosial media hesablarında “AIREX 2026” sərgisi ilə bağlı videoçarx paylaşılıb

04.11.2026 / 17:40
İsrailin 4 müxalifət partiyası Netanyahuya qarşı hərəkətə keçdi - fövqəladə hökumət qurulur...

04.11.2026 / 17:15
Melaniya Tramp Rusiya və Ukrayna nümayəndələrini Ağ Evdə bir araya gətirir

04.11.2026 / 17:03
Yaşı 80-i keçən siyasətçilər Amerika siyasətini də qocaldır

04.11.2026 / 16:49
Dövlət qurumu yeni internet tarifləri müəyyənləşdirdi

04.11.2026 / 16:42
Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

04.11.2026 / 16:29
Qeşm adasına ABŞ-ın zərbələri Hörmüzdən azad neft keçidini təmin edə bilər?

04.11.2026 / 16:25
Ermənistan və Azərbaycan Rusiya, Çin və Qərb arasında: kimin manevr azadlığı daha çoxdur?

04.11.2026 / 16:22
Səudiyyə vəliəhdi Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:21
Avropa məhkəməsi Toroyanın mübahisəli ölümünü yüzlərlə qətl edilmiş azərbaycanlıdan üstün tutdu...

04.11.2026 / 16:20
Səudiyyə Kralı Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:18
Məkkə Sazişi İranı ABŞ hücumlarından müdafiə edir?..

04.11.2026 / 16:15
Pakistan Prezidenti Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

04.11.2026 / 16:07
Keçmiş nazirin oğluna yeni vəzifə verildi

04.11.2026 / 15:53
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edildi

04.11.2026 / 15:48
G20 sammitinə dəvət: Azərbaycanın və Prezident İlham Əliyevin artan beynəlxalq nüfuzunun sübutu

04.11.2026 / 15:40
Hersoq qərar verəcək - Netanyahu müsəlman qətliamını davam etdirəcək, ya...

04.11.2026 / 15:17
"Ermənistan Azərbaycanla ikitərəfli ticarəti genişləndirir" - Paşinyan

04.11.2026 / 14:52
"Gələn ildən növbəti böyük sosial islahat paketi planlaşdırılır" - Sahil Babayev

04.11.2026 / 14:39
Gələn il pensiyalar bu qədər artırılacaq...

04.11.2026 / 14:25
İspaniyadan Trampın seçki məlubiyyətinə ilk reaksiya - ifrat sağçı dalğa artıq dağılır…

04.11.2026 / 14:10
164 min manatlıq dələduzluq - boşanma mübahisəsindən istifadə edib qadının mənzilini və avtomobilini ələ keçirdi...

04.11.2026 / 13:57
Fuad Nağıyev professor Məhərrəm Zülfüqarlını təltif edib

04.11.2026 / 13:47
İran ABŞ-dakı seçkilərə belə reaksiya verdi - amerikalılar 'MÜHARİBƏYƏ YOX' dedilər...

04.11.2026 / 13:46
Paşinyan yeni konstitusiyanı bu ay dərc edəcəyinə söz verdi...

04.11.2026 / 13:34
ABŞ çərşənbə günü İrana zərbə endirə bilər – İDDİA…

04.11.2026 / 13:19
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq...

04.11.2026 / 13:07
Uşağın doğulmasına görə müavinət 600 manatdan 1500 manata qaldırılır...

04.11.2026 / 12:54
Respublikaçılar ümidini növbəti seçkiyə bağladı - Conson 2028-də aşağı palata üzərində nəzarətin bərpasına əmindir

04.11.2026 / 12:42
“Neft və mürəkkəb: Neftlə yazılmış hekayələr” sənədli filminin premyerası olub - FOTO

04.11.2026 / 12:40
"2027-ci ildə orta illik inflyasiya 5,3 faiz proqnozlaşdırılır" - Nazir

04.11.2026 / 12:31
Prezident və Birinci xanım “AIREX 2026” sərgisi ilə tanış olublar - FOTO

04.11.2026 / 12:17
Kürdəmir xəstəxanasında 125 min manatlıq yeyinti - bir nəfər barəsində qətimkan tədbiri seçildi...

04.11.2026 / 12:01
Azərbaycanda dəfn pulu artırılır - 946-dan 1200-ə...

04.11.2026 / 11:47
Ukrayna “Ozon”un Adıgeydəki logistika mərkəzini vurdu – güclü yanğın başladı... Sifarişlər dayandırıldı...

Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

XƏBƏR ARXİVİ